Məhkəmə qərarları › İş №1(059)-18/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-18/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-18/2024 23.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakı ilə 23 aprel 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1972-ci il tarixdə, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs1 xarici ölkələrdən müxtəlif markalarda və sayda dərman preparatlarının ölkə ərazisinə gətirəcəyini yalan vəd verib, vahid qəsdlə davamlı olaraq 2021-ci ilin iyun ayında 20 000 (iyirmi min) manat, həmin ilin oktyabr ayının əvvəllərində 15000 (on beş min) manat, bu ayın sonlarında 5000 (beş min) manat və yenə həmin ilin dekabr ayının ortalarında 4500 (dörd min beş yüz) manat olmaqla, istintaqa dəqiq məlum olmayan vaxtlarda Zərərçəkmiş şəxs1 ümumilikdə 44500 (qırx dörd min beş yüz) manat pulunu Siyəzən şəhərində ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı Siyəzən rayon sakini Zərərçəkmiş şəxs1 vasitəsi ilə sonuncunun tanışı Zərərçəkmiş şəxs2 xarici ölkələrdən müxtəlif markalarda və sayda dərman preparatlarının ölkə ərazisinə gətirəcəyini yalan vəd verib, 2021-ci ilin noyabr ayında ümumilikdə 36000 (otuz altı min) manat pulu Siyəzən şəhərində ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs3 xarici ölkələrdən müxtəlif markalarda və sayda dərman preparatlarının ölkə ərazisinə gətirəcəyini yalan vəd verib, vahid qəsdlə davamlı olaraq 2021-ci ilin oktyabr ayının ortalarında 20000 (iyirmi min) manat, bu ayın sonlarında isə 4000 (dörd min) manat olmaqla, istintaqa dəqiq məlum olmayan vaxtlarda Zərərçəkmiş şəxs3 ümumilikdə 24000 (iyirmi dörd min) manat pulunu Siyəzən şəhərində ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs4 xarici ölkələrdən müxtəlif markalarda və sayda dərman preparatlarının ölkə ərazisinə gətirəcəyini yalan vəd verib 2021-ci ilin noyabr ayında 10000 (on min) manat pulu Siyəzən şəhərində ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1 ilə Siyəzən şəhərində görüşmüş, habelə sonuncuya birlikdə iş görməyi yəni, xarici ölkələrdən, həmçinin Türkiyyə Respublikasından dərman preparatlarını gətirərək, burada satıb, əldə edəcəkləri gəliri bərabər paylara bölməyi təklif etmiş, lakin, buna görə konkret hansı məbləğ lazım olduğunu qarşı tərəfə bildirməmişdir. Bundan sonra, 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1 20000 manat, həmin ilin oktyabr ayında 15000 və 5000 manat, həmin ilin dekabr ayında isə 4500 manat pul almışdır. Bundan başqa, eyni məqsədlə 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 36000 manat, 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs3 20000 və 4000 manat olmaqla, cəmi 24000 manat, 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs4 isə həmin vaxt işlətdiyi aptekdə 10000 manat pul almışdır. O, bütün pulları Siyəzən şəhərində müxtəlif yerlərdə almış və ehtiyaclarına xərcləmişdir. Hazırda həmin məbləğləri zərərçəkmiş şəxslərə qaytarmasa da, 1 ay ərzində Bakı şəhərinin Yasamal rayonu (sovetski) ərazisində yerləşən evinə görə alacağı kompensasiya məbləği ilə bu pulları qaytaracaqdır. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, onun, Siyəzən rayonu ərazisində aptek işlədən şəxs kimi, həmçinin mərhum atası Nadir Sədrəddinov ilə aralarında olan yoldaşlıq münasibətinə görə təxminən 20 ildir tandığı Təqsirləndirilən şəxs qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, təxminən 2021-ci ilin iyun ayında Siyəzən şəhərinin avtovağzal deyilən ərazisində yerləşməklə, Təqsirləndirilən şəxs işlətdiyi aptekdən dərman preparatı alıb çıxarkən sonuncu ilə rastaşmış, bu zaman avtomobilindən enib, onunla görüşən Elşən söhbət əsnasında ona birlikdə iş görməyi təklif edərək, yəni, xarici ölkələrdən dərman preparatlarını gətirəcəyini və burada satacağını bildirib, bundan əldə edəcəyi gəliri izah etmişdir. Təklif etdiyi işə görə həmin ay, yəni 2021-ci ilin iyun ayında Elşənə 2000 manat məbləğində pul vermiş, sonuncu isə bunun müqabilində ona bir ay ərzində hər gün 100 manat olmaqla, cəmi 3000 manat pul qaytarsa da, sonradan həmin 3000 manat pulu geri istəyib, bu dəfə müqabilində 4500 manat qaytaracağını bildirmiş, habelə Elşən, ona verdiyi 3000 manat pulun müqabilində 4500 manat məbləğində pul qaytarmışdır. Bundan əlavə, Elşənə mərhum atasından miras qalmış obyekti olduğunu, həmin obyekti sataraq, ev almaq istədiyini bildirdiyin də, Elşən, obyektin satışından əldə etdiyi pulu ona verməsini, həmin məbləğ dövriyyə olunduqdan sonra, xeyrini götürməyini təklif etmiş, habelə 2021-ci ilin avqust ayında qayınanasının bacısı Zərərçəkmiş şəxs2 35000 manata satdığı obyektin pulunu və sonradan qayınanası Sveta Zeynalovadan aldığı əlavə 5000 manat pulu Elşənə vermişdir. Belə ki, Elşən “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə sonuncuya göndərilmiş səs qeydlərini ona göndərib, pul lazım olduğunu bildirmiş, xeyir gələcəyini qeyd etmişdir. Beləliklə də, 2021-ci ilin iyun ayından noyabr ayına kimi Təqsirləndirilən şəxs 44500 manat məbləğində pul versə də, sonuncu hər dəfə inandırıcı vədlər verməklə, bu məbləğdən heç bir ödəniş etməyərək, işlətdiyi aptekin ikinci mərtəbəsində 100 000 manat məbləğinə yaxın dəyərdə dərman preparatlarının olduğunu göstərib, pulunun burada “yatdığını” qeyd etmişdir. Lakin, 2022-ci ilin may ayında Elşənin işlətdiyi aptekdən çıxarıldığını görüb, maraqlandığında sonuncu Bakı şəhərində evinin olduğunu, həmin evini satıb, pullarını qaytaracağını bildirsə də, sonradan onun Abşeron rayonunun Masazır qəsəbəsində yaşadığını, satacağını bildirdiyi evinin digər borclarına görə əlindən alındığını öyrənmişdir. Bundan sonra, bu barədə soruşduğun da, Elşən evini banka girov qoyduğunu, daha sonra isə, pulu bir-iki günə geri qaytaracağını bildirsə də, hazırki vaxta kimi heç bir ödəniş etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs şikayətçidir. Bundan əlavə, Elşənin təklif etdiyi iş barədə ailə üzvlərinə danışdığından qayınanası Sveta Zeynalova bu barədə bacısı Zərərçəkmiş şəxs2 bildirmiş, sonuncu da, bu işə yatırım etmək istəmişdir. Beləliklə, Zərərçəkmiş şəxs2 ondan satın aldığı obyekti əvvəl aptek işlətməsi üçün Təqsirləndirilən şəxs, sonuncunun təklifi ilə icarəyə verməyini düşünsə də, sonradan Elşən onunla iş görəcəyi, yəni xarici ölkələrdən dərman preparatlarının gətirilməsi və burada satılması işinə kapital qoyacağı təqdirdə daha çox gəlir əldə edəcəyini bildirdiyi üçün, Zərərçəkmiş şəxs2 sözügedən obyekti həmin ilin noyabr ayında satmış, habelə sonuncuya məxsus 36000 manat məbləğində pul tərəfindən Elşənə verilmişdir. Qeyd edir ki, Arzu ilə Elşən bir-birini tanımamaqla yanaşı, görüşməyiblər, habelə onlar arasında vasitəçilik edən, həmçinin Arzunun puluna cavabdeh olan şəxs özü olmuş, habelə sonuncunun dul qadın olduğunu Elşənə bildirmişdir. Bundan başqa, Cavidin və Samirin Elşənə pul vermələrində iştirak etməmiş, habelə Samirin Elşənə pul verməsini sonradan sonuncudan eşitmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə sonuncu ilə ilk dəfə aldandığına əmin olduqdan sonra Bakı şəhərində görüşmüşdür. Bundan başqa, 2021-ci ilin avqust ayında məbləğin bir qismini kredit borcu əldə etməklə, Zərərçəkmiş şəxs1 obyekt satın almışdır. Belə ki, həmin obyekti Təqsirləndirilən şəxs təklifi ilə sonuncuya aptek işlətməsi üçün icarəyə verməli, habelə icarə pulu ilə kredit borcunu ödəmək fikrində olmuşdur. Eyni zamanda, koronavirus xəstəsi olduğu vaxt Elşən Ramana ona məxsus obyekti satmağı, əldə edəcək pul məbləğini də, xarici ölkələrdən dərman preparatlarını gətirməyinə yatırım etməyi təklif etmiş, habelə obyekt tərəfindən 2021-ci ilin noyabr ayında satılmaqla, cəmi 36000 manat məbləğində pul Ramanın vasitəçiliyi ilə Elşənə verilmiş, sonuncu isə öz növbəsində 2022-ci ilin aprel ayına kimi cəmi 70000 manat pul qaytarmağı öhdəsinə götürsə də, bu müddət ərzində heç bir ödəniş etməmişdir. Beləliklə, 2022-ci il may ayından sonra aldanıldığını anlamış, habelə Elşəni tanımadığı üçün Ramana zəng edib, pulunun aqibəti ilə maraqlansa da, sonradan 2023-cü ilin mart ayında Elşənin özü ilə görüşmüşdür. Kiminsə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsində maraqlı olmasa da, dəymiş zərərin ödənilməsini tələb etməklə, şikayətçidir. Zərərçəkmiş şəxs4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs sonuncuya pul verməmişdən təxminən 3 ay öncə Raman vasitəsi ilə tanımış, eyni zamanda, Elşən ilə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bundan başqa, Elşənin Ramana təklif etdiyi iş barədə eşitdikdən sonra, 2021-ci ilin noyabr ayında 10000 manat məbləğində pulu Elşənə, sonuncunun Siyəzən rayonu ərazisində işlətdiyi aptekdə, xarici ölkələrdən dərman preparatlarını gətirməyinə yatırım etmək üçün vermişdir. Elşən isə bundan bir ay sonra, verdiyi pulun müqabilində ona hər gün 100 manat olmaqla, 6 ayın sonunda, yəni 2022-ci ilin aprel ayında 15000 pul qaytarmalı idi. Hazırda heç bir məbləğ qaytarılmadığı üçün, Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 10 ildən artıq müddətdir tanısa da, sonuncu ilə yaxın münasibəti 2021-ci ilin yay aylarında bacısının əri Zərərçəkmiş şəxs1 vasitəsi ilə yaranmış, habelə təqsirləndirilən şəxsə qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Belə ki, bacısının əri Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə yaxşı münasibəti olmuşdur. Bundan başqa, o, 2021-ci ilin yay aylarında Ramandan, sonuncuya Elşənin birlikdə iş görməyi, yəni, xarici ölkələrdən dərman preparatlarını gətirib, burada sataraq gəlir əldə etməyi təklif etdiyini eşitmişdir. Bundan sonra, Elşən Xanikişiyev ilə görüşmüş, habelə həmin işə yatırım etmək üçün 2021-ci ilin oktyabr ayının ortalarında Siyəzən şəhərinin Heydər Əliyev küçəsində sonuncunun idarəçiliyində olan avtomobilində ona 20000 manat məbləğində, bundan təxminən 10 gün sonra isə, Elşənin işlətdiyi aptekdə ona 4000 manat məbləğində pul vermişdir. Aralarında olan razılaşmaya görə Elşən ona həmin tarixdən bir ay sonra, 5 ay müddətində hər gün 240 manat pul qaytarmalı olsa da, sonuncu vədinə əməl etməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 128-137-ci vərəqələrindəki 19 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan olunmuş dəyişdirilmədən qüvvəsində saxlanılmaqla, sonuncunun barəsində həbs qətimkan tədbirinin seçilməsi nərəzə alınmışdır. Həmçinin, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-in 178.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüssusat üzrə onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 88-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 55-ci vərəqəsində olan 20 iyul 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 85-ci vərəqəsində olan 22 iyul 2023-cü il tarixli tutulmuş şəxsin həbsdən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 153-cü səhifəsindəki 30 sentyabr 2023-cü il tarixli məcburi gətirmə haqqında, işin İ cild 199-200-cü səhifələrindəki 10 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və şəxsin tutulması haqqında qərarlardan, eləcə də işin İİ cild 9-cu səhifədəki 16 dekabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin aparılması üçün dəfələrlə RPİ-nin İŞ-nə dəvət olunsa da, sonuncu heç bir üzrlü səbəb olmadan istintaqa gəlməkdən yayındığından barəsində 30 sentyabr 2023-cü il tarixdə Yasamal RPİ-nin İŞ-nə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, onun olduğu yer müəyyən olunmadığı, habelə barəsində seçilmiş qətimkan tədbirinin şərtərini pozaraq istintaqdan qaçıb gizləndiyinə görə Təqsirləndirilən şəxs barəsində 10 oktyabr 2023-cü il tarixdə axtarış elan edilməklə, cinayət işi üzrə icraat dayandırılmış, sonuncu 16 dekabr 2023-cü il tarixdə Bakı şəhərinin Yasamal rayonu ərazisində tutularaq Siyəzən RPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 13-cü vərəqəsində olan 18 dekabr 2023-cü il tarixli qətimkan tədbirinə xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 iyul 2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinə xitam verilərək “həbs” növündə qətimkan tədbiri seçilməsi üçün Siyəzən Rayon Məhkəməsinə vəsatət-təqdimat verilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 22-24-cü, eləcə də işin İİ cild 74- 76-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 4(059)-48/2023 saylı həbs qətimkan tədbirinin seçilməsinə, həmçinin həbsdə saxlama müddətinin uzadılmasına dair 09 yanvar 2024-cü il tarixli, 4(059)-1/2024 saylı qərarlarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 18 dekabr 2023-cü il tarixdə 29 gün müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 dekabr 2023-cü il tarixdən hesablanmış, həmçinin, onun həbsdə saxlama müddəti 09 yanvar 2024-cü il tarixdə 2 (iki) ay, yəni 14 mart 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 111-112-ci vərəqələrində olan araış və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, uzun illərdir həmin ünvanda yaşamayan Təqsirləndirilən şəxs barəsində qeydiyyatda olduğu müddət ərzində Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti MKTB-nin 40 saylı MKİS-nə heç bir şikayət ərizəsi daxil olmamışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Cinayət işinin faktiki hallarından da göründüyü kimi Elşən Xanişiyev zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məxsus pul vəsaitlərini ələ keçirmək niyyəti ilə onlara, xarici ölkələrdən müxtəlif markalarda və sayda dərman preparatlarının ölkə ərazisinə gətirəcəyini bilə-bilə yalan vəd verib, həqiqətə uyğun olmayan məlumatlar verməklə, habelə aralarında yaranmış etibarlı münasibətlərdən istifadə edərək, zərərçəkmiş şəxslərə aid pul vəsaitlərini sahibliyinə keçirmiş, bununla da, o, həmin pul vəsaitlərindən istədiyi kimi istifadə etmək imkanı əldə etməklə, dələduzluq əməlini başa çatdırmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə təkrarən onların əmlakını (pul vəsaitlərini) ələ keçirmə cinayət əməllərini törətməsini, zərərçəkmiş şəxslərə təkrarən xeyli miqdarda ziyan vurmasını, həmçinin sonuncuların hər birinə münasibətdə yüksək məbləğ təşkil edən bu pulları ödəməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, o cümlədən ictimai faydalı işlə məşğul olmamasını, polis əməkdaşları tərəfindən axtarıldığını bildiyi halda, onların çağırışlarından yayınmaqla, uzun müddət yaşayış yerini müəyyən etməyin mümkün olmamasını (Siyəzən Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 4(059)-48/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı), bununla da uzun müddət ibtidai araşdırmadan yayınmasını, bu minvalla hüquqazidd əməllərini davam etdirməsini, tərbiyə olunmamasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların da olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 4/5 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 16 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinin İ və İİ hissələrinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də məhkəmə məsrəfi yoxdur. Həmçinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 16 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs cinayət əməllərini törətməsi nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar