Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-18/2025 08.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Xüsusi ittihamçı Zərərçəkmiş şəxs, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayət ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək 05 noyabr 1990-ci il tarixdə Şabran rayonun Gil-Gil Çay qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlanılaraq ona cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində X1 öz səhvini başa düşdüyünü, bir daha belə hala yol verməyəcəyinə dair vəd verdiyini, odur ki, Rüfət Hüseynova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətindən imtina etdiyini qeyd etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Rüfət Hüseynov ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində xüsusi ittihamçı Zərərçəkmiş şəxs ilə barışması səbəbindən sonuncunun xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyini, habelə onun da, xüsusi ittihamçıya qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 88.4.2-ci maddəsinə əsasən, xüsusi ittihamçının cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququ var. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, şikayəti vermiş şəxs (xüsusi ittihamçı) Zərərçəkmiş şəxs şikayətindən imtina etmiş və təqsirləndirilən şəxslə (barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslə) barışmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(059)-18/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-18/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver