Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-19/2021 08.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 08 iyun 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Sədan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 noyabr 2020-ci il tarixdə “X1 Mərkəzi” X5 X2 verdiyi yaxma analizin nəticəsi 24 noyabr 2020-ci il tarixdən pozitiv çıxdığına görə Covid-19 xəstəsi kimi rəsmi qeydiyyata alınmaqla müalicəsini yaşadığı evdə özünü təcrid formasında davam etdirmək üçün karantinə alınmasına və karantin rejimi qaydalarına uyğun olaraq 14 gün ərzində yaşadığı evi tərk etməməli, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına səbəb olmamalı, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratmamalı olduğu halda 04 dekabr 2020-ci il tarixdə yaşadığı və özünü təcriddə olduğu Siyəzən rayonu, Sədan kəndində yerləşən ünvanı tərk edərək işlədiyi Siyəzən şəhəri, Babək küçəsində yerləşən “Sülh Electroniks” mağazasına gəlmiş, karantin rejimi qaydalarını pozmaqla Covid-19 xəstəliyinin yayılması üçün real təhlükə yaratmış və həmin tarixdə, saat 10:40 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən işlədiyi mağazada müəyyən edilərək saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 23 noyabr 2020-ci il tarixdə səhər saatlarında boğazı ağrıdığından qardaşı Mehracla xəstəxanaya getmiş, orada həkim tərəfindən müayinə olunduqdan sonra ağ ciyərlərinin yoxlanılmasından ötrü rentgen müayinəsinə göndərilmiş və rentgen müayinəsi zamanı sağlamlığında heç bir problem aşkar edilməmişdir. Daha sonra, ondan Covid-19 virusunun yoxlanılması məqsədi ilə yaxma analizi götürülmüş, 24 noyabr 2020-ci il tarixdə isə analizin cavabının pozitiv çıxması barədə mobil telefonuna mesaj göndərilmişdir. Həmin mesajda özünü təcriddə olması və yaşadığı evdən çölə çıxacağı təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı qeyd edilmişdir. Həmin gün yaşadığı evə X6 avtomobili gəlmiş və o, həmin avtomobillə “X1 Mərkəzi”nə gətirilmişdir. Covid-19 xəstəsi olsa da, yalnız boğazının şişməsi nəticəsində cüzi miqdarda nəfəs darlığından başqa, heç bir narahatçılığı və səhhətində ciddi problemlər olmadığından həkimlər onu evə buraxmaq qərarına gəlmişlər. O da, öz növbəsində buna etiraz etməmiş, həmçinin həkimlər ona 14 gün ərzində yaşadığı evi tərk etməməsi barədə iltizama imza etdirdikdən, sonra xəstəxanadan TTY avtomobili ilə yaşadığı Siyəzən rayonu, Sədan kəndində yerləşən evinə gətirilmişdir. İşlədiyi Siyəzən şəhəri, Babək küçəsində yerləşən “Sülh Electroniks” mağazasının rəhbərliyi ilə telefon əlaqəsi saxlayıb, Covid-19 xəstəsi olması barədə məlumat verərək yaşadığı evdə müalicəsini davam etdirmişdir. 01 dekabr 2020-ci il tarixdə TTY avtomobili ilə tibb işçiləri yaşadığı evə gələrək ondan Covid-19 virusu ilə bağlı yenidən analiz götürmüşlər. 02 dekabr 2020-ci il tarixdə istifadəsində olan mobil telefona Covid-19 virusu ilə bağlı verdiyi növbəti analizin cavabının neqativ çıxmasına dair mesaj göndərilmişdir. Səhhətində narahatçılıq olmadığından 04 dekabr 2020-ci il tarixdə işə çıxmaq qərarına gəlmiş və bu məqsədlə səhər saat 08:00 radələrində yaşadığı Siyəzən rayonu, Sədan kəndində yerləşən evindən çıxıb işlədiyi Siyəzən şəhəri, Babək küçəsində yerləşən “Sülh Electroniks” mağazasına gəlmişdir. Saat 09:00 radələrində iş yerinə çatmış, işə çatdıqdan sonra mağazanın rəhbərliyinə zəng edərək işdə olması barədə məlumat vermişdir. Həmin gün təxminən saat 11:00 radələrində mağazanın digər işçisi Şahid3 ilə birlikdə işdə olduğu zaman xüsusi qoruyucu geyim formasında olan polis əməkdaşları mağazaya daxil olmuş, videoçəkiliş vasitəsi ilə Covid-19 xəstəsi olduğundan özünü təcrid formasında evdə olmalı olduğunu, hansı səbəbdən özünü təcrid qaydalarını pozduğunu soruşmuşlar. Polis əməkdaşlarına Covid-19 xəstəsi kimi qeydiyyatda olduğunu, lakin, sonradan verdiyi analizin cavabının neqativ çıxdığını və artıq xəstə olmadığını bildirmişdir. Polis əməkdaşları özünü təcrid formasında yaşadığı ünvanı tərk etməmək üçün təyin edilmiş 14 günlük müddətin başa çatmadığını izah etmişlər. Daha sonra mağazaya TTY avtomobili ilə həkim briqadası dəvət edərək, həmin avtomobillə yaşadığı evə göndərilmişdir. Odur ki, ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 04 dekabr 2020-ci il tarixdə saat 09:00 təlimatında onlara Covid-19 xəstələri ilə bağlı Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş adlı siyahı barədə məlumat verilmişdir. Həmin gün adı Covid-19 xəstələrinin siyahısında olan Təqsirləndirilən şəxs özünü təcrid formasında 14 gün müddətinə karantinə alınmasına baxmayaraq, yaşadığı ünvanı tərk edib işlədiyi Siyəzən şəhəri, Babək küçəsində yerləşən «Sülh Electroniks» mağazasında satıcı kimi fəaliyyətini davam etdirməklə ətrafdakı insanlar üçün real təhlükə yaratması barədə məlumat aldıqlarından həmin gün saat 10:40 radələrində xüsusi qoruyucu geyimlə təchiz olunmuş formada CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə videoçəkiliş vasitəsi ilə qeyd olunan mağazaya getmişlər. Mağazaya daxil olanda şəxsiyyətlərini sonradan müəyyən etdikləri Təqsirləndirilən şəxs, həmçinin, digər satıcı Şahid3 həqiqətən mağazada fəaliyyətlərini davam etdirdiklərini görmüşlər. Təqsirləndirilən şəxs ilə ara məsafəsi saxlamaqla özlərini təqdim edib, sonuncuya Covid-19 testinin cavabı müsbət çıxdığından özünü təcrid formasında yaşadığı ünvanda olmalı olduğu halda, hansı səbəbdən karantin rejimi qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyini soruşmuş, sonuncu həqiqətən Covid-19 xəstəsi kimi qeydiyyatda olduğunu etiraf edib, lakin, evdə həkimlər tərəfindən yenidən analiz götürüldüyünü, analizinin cavabının neqativ çıxdığını və səhhətində heç bir narahatçılıq hiss etmədiyini bildirmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs 14 günlük karantin müddəti başa çatmadığından özünü təcrid şəraitində evdə olmalı olduğuna görə mağazaya TTY avtomobili ilə həkim briqadası dəvət edib, sonuncunu həmin avtomobil ilə yaşadığı evə yola salınmasını təmin etmişlər. Bundan sonra, planşet vasitəsi ilə mağazada olan digər satıcı Şahid3 adının Covid-19 xəstələrinin siyahısında olub-olmamasını yoxlasalar da, sonuncunun adı həmin xəstələrin siyahısında aşkar edilməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozaraq özünü təcriddə olduğu ünvanı tərk etməklə işlədiyi mağazada fəaliyyətini davam etdirməsi barədə Şahid1 raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid RPŞ-nin sabiq əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, 2020-ci ilin noyabr ayının əvvəllərindən Siyəzən şəhəri, Babək küçəsində yerləşən “Sülh Electroniks” mağazasında satıcı işləyir və Təqsirləndirilən şəxs isə həmin mağazada satış təmsilçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Covid-19 xəstəliyi ilə əlaqədar 23 noyabr 2020-ci il tarixdə “X1 Mərkəzi” X5 X2 yaxma analizi vermiş, 24 noyabr 2020-ci il tarixdə analizinin nəticəsi pozitiv çıxdığına görə sonuncuya həmin vaxtdan həkimlər tərəfindən özünü təcrid formasında 14 gün müddətində ev şəraitində müalicə təyin olunmuş və o, həmin tarixdən işə gəlməmişdir. 04 dekabr 2020-ci il tarixdə, saat 09:00 radələrində işə gələrkən Rüfanənin işdə olduğunu görüb həkimlər tərəfindən ona təyin olunmuş 14 günlük karantin rejiminin başa çatmadığını və işə gəlməməli olduğunu bildirdikdə, sonuncu səhhətində heç bir problem olmadığını, həkimlərin ondan evdə yenidən analiz götürdüklərini və nəticəsinin neqativ çıxdığını qey etmişdir. Həmin gün təxminən saat 10:30 radələrində mağazada işdə olduqları zaman Siyəzən RPŞ-nin iki əməkdaşı xüsusi geyim formasında vedeoçəkiliş vasitəsi ilə mağazaya daxil olmuş, polis əməkdaşları Rüfanəyə yaxınlaşıb, ara məsafəsi saxlamaqla, özlərini təqdim edib Covid-19 testinin cavabı müsbət çıxdığından özünü təcrid formasında yaşadığı ünvanda olmalı olduğu halda, hansı səbəbdən karantin rejimi qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyini soruşmuşlar. Rüfanə polis əməkdaşlarına Covid-19 xəstəsi kimi xəstəxanada qeydiyyatda olduğunu etiraf edib, evdə həkimlər tərəfindən sonuncudan yenidən analiz götürüldüyünü, analizinin cavabının neqativ çıxdığını və səhhətində heç bir narahatçılıq hiss etmədiyini bildirmişdir. Buna baxmayaraq, polis əməkdaşları Rüfanəyə özünü təcrid şəraitində evdə olmalı olduğu 14 günlük karantin müddətinin başa çatmadığını izah edib, mağazaya X6 avtomobili ilə həkim dəvət edərək sonuncunun həmin avtomobillə yaşadığı evə yola salınmasını təmin etmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvana yola salınandan sonra, polis əməkdaşları əllərində olan planşet vasitəsi ilə onun Covid-19 xəstəsi kimi qeydiyyatda olub-olmadığını yoxlamış və adı həmin siyahıda aşkar olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 6-cı və 126-127-ci vərəqələrində olan X1 X4 Şəxsin 05 dekabr 2020-ci il tarixli, SMDM/264 nömrəli və 22 aprel 2021-ci il tarixli, 77 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2020-ci il tarixdə X1 Mərkəzi PHŞ-in X2 yaxma analizi vermiş, 24 noyabr 2020-ci il tarixdən Covid-19 xəstəsi kimi qeydiyyata alınmış və müalicəsi ev şəraitində davam etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs müalicənin yaşadığı evdə özünü təcrid formasında davam etdirilməli olması ilə bağlı özünün də tanış olmaqla, imza etdiyi müvafiq bildiriş verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 7-ci və 127-128-ci vərəqələrində olan 24 noyabr 2020-ci il tarixli iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs yeni növ koronovirus (Covid-19) infeksiyası ilə bağlı nəticələrinin müsbət olması səbəbi ilə 24 noyabr 2020-ci il tarixindən 14 gün (iki neqativ test nəticəsi olarsa) ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılması, test nəticələrinin mənfi çıxacağı müddətə qədər yaşadığı evi tərk etməyərək sanitariya-gigiyena nomalarına, epidemiya əleyhinə və xüsusi karantin rejiminin qaydalarına riayət edəcəyi, qeyd olunan normaları və qaydaları pozacağı təqdirdə Azərbaycan Respublikası CM-nin 139-cu və Azərbaycan Respublikası İXM-nin 211-ci maddələri ilə cinayət və inzibati məsuliyyət daşıyacağı barədə məlumatlandırılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 142-143-cü vərəqələrində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3 30 aprel 2021-ci il tarixli, PHŞ/1.1-2-2021-969 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” analizinin nəticəsi “vahid məlumat portalından” əldə olunan məlumata əsasən 24 noyabr 2020-ci il tarixində, saat 17:08:46 Pozitiv (+) olaraq qeydiyyata alınmış, habelə 01 dekabr 2020-ci il və 08 dekabr 2020-ci il tarixlərdə götürülmüş analizlərin nəticəsi 02 dekabr 2020-ci il tarixində, saat 15:36:27 Neqativ (-), 09 dekabr 2020-ci il tarixində, saat 14:38:43 Neqativ (-) kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-64-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə 26 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2020-ci il tarixdə, saat 10:40 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı və özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun işlədiyi Siyəzən şəhəri, Babək küçəsində yerləşən “Sülh Elektroniks” mağazasında Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 dekabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 53-54-cü vərəqələrində olan 23 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 58-59-cu vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, Siyəzən rayonu, Sədan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Sədan kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Belə ki, “Koronavirus (COVİD-19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokol”a 1 nömrəli əlavənin 9.1-ci bəndinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcridetmə müddəti bitdikdə, yoluxma faktı təsdiq edilmiş şəxs və (və ya) onunla təmasda olanlar üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən onlara SMS bildirişlər göndərilir. Bu əlavənin 9.3-cü və 9.4-cü bəndlərinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcrid olunanların ən azı 7 gündən sonra 24 saat intervalla 2 ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda, eləcə də yaşayış yerində və ya olduğu yerdə təcrid olunma başlandığı gündən 14 gün keçdikdə, tövsiyələrin 9.1-ci bəndində nəzərdə tutulan SMS bildirişlər göndərilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun gəncliyini, yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 04 dekabr 2020-ci il tarixdə, saat 10:40 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı və özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun işlədiyi Siyəzən şəhəri, Babək küçəsində yerləşən “Sülh Elektroniks” mağazasında Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 04 dekabr 2020-ci il tarixdə, saat 10:40 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı və özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun işlədiyi Siyəzən şəhəri, Babək küçəsində yerləşən “Sülh Elektroniks” mağazasında Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-19/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-19/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver