Məhkəmə qərarları › İş №1(059)-19/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-19/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-19/2022 25.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil X3 iştirakları ilə 25 yanvar 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə, saat 03:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədi ilə "xxxx" QSC-nin Gilgilçay-Qızılburun dəmir yolu xəttinin 2540-cı kilometrliyinin, piket 9 cüt yolundan 182,80 manat dəyərində 8 ədəd R-65 markalı rels yanlıqları, 4,50 manat dəyərində 10 ədəd özül boltlarını, cəmi 187,30 manat dəyərində özgənin əmlakını götürüb aparmaqla, dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər “Vətən N” mühafizə xidmətində mühafizəçi işləmişdir. 14 avqust 2021-ci il tarixində gecə evdə olarkən, saat 01-02:00 radələrində iş yoldaşı Şahid2 mobil telefon nömrəsinə zəng etmiş, sonuncunun hal-əhvalını soruşaraq nə etməsi ilə maraqlanmış, habelə söhbət zamanı Ağasi iş yoldaşı mühafizəçi Asimlə birlikdə Gilgilçay stansiyasının çıxışındakı ərazidə xidmətdə olduqlarını və postdan çıxıb özlərinə siqaret ala bilmədiklərini qeyd etmişdir. Bundan bir qədər sonra o, özünə məxsus Vaz 2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə evdən çıxaraq Ağasiyə siqaret alıb, sözügedən stansiyasına getmiş, ora çatıb, Ağasi və Asimlə görüşmüş, siqareti Ağasiyə vermiş, həmin vaxt maddi vəziyyəti zəif olduğu üçün ərazidən bir neçə dəmir yolu detalı aparmasına icazə istəmiş, lakin Ağasi və Asim buna icazə verməmişlər. Bundan sonra, o, sağollaşaraq həmin yerdən uzaqlaşmış, bir neçə dəqiqə sonra ora gizlin yaxınlaşaraq Ağasi və Asimin olmadığından əmin olub, oradan 8 ədəd rels yanlıqını götürüb, kənarlaşmış, avtomobilinin yük yerinə həmin detalları yığmışdır. Daha sonra, o, evdə valideynlərinin bilməməsi üçün idarə etdiyi avtomobil ilə Şabran şəhərində yaşayan tanışı Vüqarın yaşadığı ev istiqamətində getmiş, yoldan sonuncuya zəng etmiş, ondan bayıra çıxmasını xahiş edərək evinin qarşısına gəldiyini bildirmişdir. Tanışı Vüqar bayıra çıxmış, həmin vaxt o, gətirdiyi rels yanlıqlarını Vüqardan həyətlərində saxlamasını xahiş etmiş və səhər açılanda gəlib götürəcəyini bildirmişdir. Vüqar əvvəl rels yanlıqlarının onda haradan olmasını, oğurluq olub-olmamasını soruşduqda, o, yanlıqların tullantı olmasını bildirmişdir. Vüqar razılıq verdikdən sonra o, 8 ədəd rels yanlığını 10 ədəd bolt-qaykaları ilə birlikdə Vüqarın həyətinə yığmış, sonuncu ilə sağollaşıb evinə qayıtmışdır. Həmin gün saat 17:00-da evdə olarkən mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş, özünü polis kimi təqdim edən şəxs harada olduğunu ondan soruşmuş, o da yaşadığı ünvanın yerini bildirmişdir. Bir qədər sonra yaşadığı ünvanın qarşısına polis əməkdaşları gəlmiş, onu baş verən oğurluq hadisəsi ilə əlaqədar Xaçmaz st. XPŞ-yə dəvət etmiş, o da etiraz etmədən XPŞ-yə getmiş və orada polis əməkdaşlarına hər şeyi olduğu kimi etiraf etmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, gəncliyinin, eləcə də zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncunun nümayəndəsi tərəfdən ona qarşı şikayət və tələbin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, eləcə də şahidlərin verdikləri ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X6 məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən 14 avqust 2021-ci il tarixdə, saat 03:00 radələrində "xxxx" QSC-nin Gilgilçay-Qızılburun stansiyasının ərazisindən edilmiş oğurluq nəticəsində QSC-yə dəyəri müvafiq ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə, yəni cəmi 187,30 manat zərər dəymiş, habelə oğurlanmış 8 ədəd R-65 markalı rels yanlıqları və 10 ədəd özül boltları zərərçəkmiş hüquqi şəxsə qaytarılmışdır. Odur ki, hazırda təqsirləndirlən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən sonuncuya qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o, əvvəllər “Vətən N” mühafizə xidmətində mühafizəçi işləmiş, xidməti postu "xxxx" QSC-nin Gilgilçay kəndi hissəsində yerləşmiş, iş qrafiki bir gün iş günü və iki gün istirahət günü olmaqla, fəaliyyəti olduğu ərazidə gedən tikintilərlə əlaqədar saxlanılmış texnikaların mühafizəsindən ibarət olmuşdur. O, 13 avqust 2021-ci il tarixdə saat 08:00-dan 14 avqust 2021-ci il tarixi saat 08:00-dək işdə olmuş, 14 avqust 2021-ci il tarixdə gecə saat 01-02:00 radələrində xidmətdə olarkən “Vətən N” mühafizə xidmətində işləmiş mühafizəçi Elçin onun mobil telefonuna zəng edərək əhvalını və nə etdiyini soruşmuş, o da həmin vaxt çəkməyə siqareti olmadığını bildirmişdir. Bu vaxt Elçin bir qədər sonra siqaret alıb, onun üçün gətirəcəyini qeyd etmiş, habelə bir müddət sonra xidmətdə olduğu yerə gələrək ona və postda xidmətdə olan digər mühafizəçi Asimə yaxınlaşaraq salamlaşmış, ona siqaret vermişdir. Bundan sonra, söhbət zamanı Elçin onlardan postlarında dəmir yolu xətlərinə aid detallardan gizlin aparmasına icazə istəmiş, lakin, o, Asimlə buna qəti şəkildə qarşı çıxaraq icazə verməmişlər. Daha sonra, Elçin onlarla sağollaşıb, çıxıb getmişdir. O, Asimlə bir qədər həmin yerdə durub, sonra postun digər ərazisinə nəzarət etmək üçün getmişlər. 14 avqust 2021-ci il tarixdə, saat 09:00 radələrində iş vaxtları bitdiyi üçün o, evinə getmiş, bir qədər sonra ona tanımadığı nömrədən polis əməkdaşı zəng etmiş, xidməti ərazilərində oğurluq edilməsi barədə məlumat verərək, onu Xaçmaz st. XPŞ-yə dəvət etmiş, o, isə XPŞ-yə gedərək, baş vermiş hadisə barədə məlumatının olmaması, lakin gecə xidmətdə olarkən “Vətən N” mühafizə xidmətində işləmiş, lakin həmin vaxt xidmətdə olmayan Təqsirləndirilən şəxs xidməti ərazilərinə gəlməsi və ərazidən dəmir yolu xətlərinə aid olan detallardan aparmaq istəməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqında Şahid1, Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, 14 avqust 2021-ci il tarixdə gecə evdə olarkən saat 03:30 radələrində tanışı, “Vətən N” mühafizə xidmətində mühafizəçi işləmiş Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng etmiş, tullantı dəmirləri onun yaşadığı evin həyətinə qoymaq istəməsini və səhər açılanda gəlib götürəcəyini bildirmiş, o, isə buna etiraz etməmişdir. Bir qədər sonra Elçin özünə məxsus Vaz 2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yaşadığı evin qarşısına gəlmiş, görüşdükdən sonra o, Elçindən dəmir tullantını haradan əldə etməsini soruşmuş, Elçin də ona dəmir yolunda təmir tikinti işləri getdiyini və sökülən istifadəyə yarasız 8 ədəd rels yanlıqları və 10 ədəd boltları lazımsız olduğu üçün götürdüyünü bildirmişdir. Bu vaxt o, həmin detalların tullantı olmasını düşünərək Elçinə detalları həyətinə yığmasına icazə vermişdir. Səhəri gün evdə olarkən Elçin polis əməkdaşları ilə onun qapısına gəlmiş, o, nə baş verdiyini soruşmuş, polislər isə ona Elçinin dəmir yolu xətlərindən detalları gizli götürərək, onun həyətyanı sahəsində gizlətdiyini bildirməklə, həyətə baxış keçirmək istədiklərini qeyd etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş, habelə Elçinin detalları həqiqətən də, gətirərək onun həyətinə yığmasını bildirib, polis əməkdaşlarına baxış keçirmələrinə icazə vermiş, o cümlədən 8 ədəd rels yanlığı və 10 ədəd özül boltları polis tərəfindən baxış keçirilərək götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2021-ci il tarixli, 9/6309 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində və "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli Xaçmaz yol sahəsi tərəfindən tərtib edilmiş 16 avqust 2021-ci il tarixli, PÇ 248-01 saylı arayış məlumatlarına əsasən tədqiq edilən tədqiqat obyektlərinin, o cümlədən 10 ədəd özül boltların 14 avqust 2021-ci il tarixə köhnəlməsini nəzərə alaraq, respublikadaxili orta bazar pərakəndə satış qiyməti 4,50 manat (1 ədəd özül boltun dəyəri 0,45 manat), 8 ədəd R 65 markalı rels yanlığının qiyməti isə 182,80 manat (1 ədəd R 65 markalı rels yanlığının dəyəri 22,85 manat) müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-cu səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-ci vərəqəsindəki 01 sentyabr 2021ci il tarixli, maddi sübut kimi tanınma, 125-128-ci səhifələrində olan sübutların qiymətləndirilməsi haqqında qərarlardan, eləcə də iş materiallarına əlavə edilmiş 29 dekabr 2021-ci il tarixli aktın və "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli Xaçmaz yol sahəsinin həmin tarixli, PC 300-01 saylı məktubunun surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-2-ci maddəsi ilə elan olunmuş 16 avqust 2021-ci il tarixli ittiham nəzərə alınmış, X2, Şahid1 və Şahid2 barələrində CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd olunmuşdur. Həmçinin, “Vətən N” mühafizə xidməti olan hüquqi şəxsin barəsində Azərbaycan Respublikasının CM-nin 162-1-ci maddəsi ilə olan cinayət təqibinin başlanılması rədd edilsə də, həmin hüquqi şəxsin barəsində İXM-nin 192-ci maddəsi ilə tədbir görülməsi üçün Xaçmaz rayon prokuroru qarşısında vəsatətin qaldırılması qərara alınmışdır. Eyni zamanda, iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına verilmiş 8 ədəd R-65 markalı rels yanlıqları və 10 ədəd özül boltları "xxxx" QSCnin İnfrastruktur Departamentinin 1 nömrəli Xaçmaz yol sahəsinə qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-111-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 54-57-ci vərəqələrində olan Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 4(067)-98/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 01 (bir) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 avqust 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-ci səhifəsindəki təqsirləndirilən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə 14 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 26 saylı evin 7-ci mənzilində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi tərəfindən 25 yanvar 2022-ci il tarixdə tərtib olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əmlaklar QSC-yə qaytarılmışdır. Bu səbəbdən də, onların Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələb və şikayətləri yoxdur. Cəzanın təyin edilməsi məsələsi məhkəmənin mülahizəsinə buraxılır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, gənc olmaqla, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, gənc olmaqla, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin ½-i həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdən 14 sentyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 01 (bir) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 8 ədəd R- 65 markalı rels yanlıqları və 10 ədəd özül boltları zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli Xaçmaz yol sahəsinə qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) ay müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 8 ədəd R-65 markalı rels yanlıqları və 10 ədəd özül boltları zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli Xaçmaz yol sahəsinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar