Məhkəmə qərarları › İş №1(059)-19/2025

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-19/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-19/2025 06.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 06 may 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1967-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Siyəzən şəhəri, X2 küçəsi, ev 12 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi 09 ədəd zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş atəş üçün yararlı olan döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını və 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olan həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsi olan darağı əldə edərək üzərində qanunsuz gəzdirməklə, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ-də 1980-cı ildə istehsal olunmuş 614377 nömrəli, 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəşə yararlı, hissə mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah olan AK-74 modelli avtomatı isə köhnə “Samur- Abşeron” su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsi kimi tanınan ərazidə basdıraraq, gizlətməklə saxlamış və 24 yanvar 2024-cü il tarixdə, saat 10:50-də Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaşadığı Siyəzən şəhərinin Xətai küçəsində şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi rayon Polis Şöbəsində üzərində şəxsi axtarış aparılan zaman həmin 09 ədəd patron və 01 ədəd darağ onun əynində olan tünd rəngli uzunqol gödəkcənin sağ iç cibindən, 01 ədəd odlu silah olan Kalaşnikov tipli avtomat isə köhnə “Samur-Abşeron” su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsi kimi tanınan əraziyə baxış keçirilən zaman onun gizlətdiyi yerdən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, əvvəllər həyat və sağlamlıq və mülkiyyətin əleyhinə olan cinayət əməllərinə görə məhkum olunmuş, habelə 9 il əvvəl azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. Bundan başqa, narkomaniya xəstəliyə düçar olmuş qardaşı uşaqları ilə bir evdə yaşamaqla bərabər sonuncular ilə ailə münasibəti pis vəziyyətdədir. Belə ki, qardaşı uşaqlarından müdafiə olunmaq üçün üzərində bıçaq gəzdirmiş, həmçinin sonuncular onun evinin qapısını sınırdıqları üçün 20 yanvar 2025-ci il tarixdə polis əməkdaşlarına bu barədə məlumat vermişdir. Habelə, həmin tarixdə polis əməkdaşları ilə birgə getdiyi rayon X1 adlı polis əməkdaşına həbs olunmaq istədiyini bildirmişdir. Beləliklə də, polis əməkdaşları ilə razılaşdığı formada ittiham edildiyi əməli törətməsini, avtomatın ona məxsus olmasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclası prosesində gah təqsirini etiraf edərək, gah da özünü təqsirli bilməyərək verdiyi ziddiyətli ifadələr özünü müdafiə xarakteri daşıyır və ifadəsində qeyd etdiyi hallar heç bir mötəbər sübutla təsdiq edilməməklə bərabər onun subyektiv mülahizələrdən ibarətdir. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması məhkəmə iclasında tədqiq edilmiş şahid ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər keçmiş SSRİ-nin cinayət məcəlləsi ilə qəsdən adam öldürmə nəzərdə tutan cinayət əməlini törətməkdə, sonradan isə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Bundan başqa, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 5- 10 gün əvvəl yaşadığı Siyəzən şəhəri ərazisində dəmir yolunun kənarında yerləşən zibilliyə zibil atan zaman orada avtomata bənzər əşyanın bir hissəsinin ağ rəngli kisədən çıxmasını görmüş, habelə odlu silahları tanıdığı və bu silahlara marağı olduğu üçün həmin silaha yaxınlaşmış, həmin kisəni açan zaman isə bir ədəd avtomat sandıqça və sonradan saydıqda 09 ədəd patron olmasını müəyyən etmişdir. Bundan sonra, silahın darağını çıxarıb üzərində saxlasa da, bir evdə yaşadığı qardaşı övladları ilə arasında narazılıq olduğu üçün silahı evə aparmayaraq, Siyəzən şəhəri ərazisində, köhnə “Samur-Abşeron” su kanalının kənarı kimi tanınan ərazidə basdırmışdır. 24 yanvar 2025-ci il tarixdə, saat 10:00 radələrində yaşadığı Siyəzən şəhərinin Xətai küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq odlu silah və onun hissələrini daşımağında şübhəli olduğunu bildirib, onu rayon polis şöbəsinə dəvət etmişlər. Orada ona hüquqlarının müdafiəsi üçün Müdafiəçi təyin edilmiş, üzərində şəxsi axtarış aparılan zamanı təklif əsasında əynində olan tünd göy rəngli gödəkcənin sağ iç cibində saxladığı bir ədəd sandıqçanı və 09 ədəd patronu təqdim etmişdir. Sonra, həmin əşyalar zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalamışdır. Bundan sonra, üzərinə şəxsi axtarış keçirilsə də, əlavə qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra, müstəntiq ondan təqdim etdiyi sandıqçanın və patronların məxsus olduğu odlu silahın harada olması barədə soruşduqda, o, odlu silahı basdırdığı yeri polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmişdir. Beləliklə, odlu silahı basdırdığı yerə gedilmiş, habelə onun təqdim etdiyi yer polis əməkdaşları tərəfindən qazınılarkən oradan üzərində 1980, 614377 nömrələri yazılmış bir ədəd AK-74 markalı avtomat silah aşkar olunaraq götürülmüşdür. Həmçinin, həmin avtomat silahda bir ədəd ağ rəngli boş kisəyə qoyularaq, müvafiq qaydada qablaşdırılmış, qablaşdırmanın üzərinə yapışdırılmış kağız iştirakçılar tərəfindən imzalanmış, habelə video qeydiyyat yekunlaşdırılmışdır. Onun silahı satmaq niyyəti olmamış, silahlara marağı olduğu üçün onu basdırmış və öz üzərində gəzdirərək daşımışdır, həmin silah ilə heç bir cinayət hadisəsi törətməmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 24 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında, sonuncu həmin tarixdə, onun və RPŞnin iki əməliyyat müvəkkili tərəfindən yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki evinin yaxınlığında saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Siyəzən rayon Polis Şöbəsinə gətirilmişdir. Orada müstəntiq Turab Rzazadənin rəhbərliyi, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncu təklif əsasında əynində olan tünd rəngli uzunqol gödəkcənin sağ iç cibindən bir ədəd avtomat silahın sandıqçasına bənzər əşyanı təqdim etmiş, habelə bu sandıqçaya baxış keçirilən zaman içərisində 09 ədəd avtomat silahın patronlarına bənzər predmetlər olması müəyyən edilmişdir. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bu predmetlərin məxsus olduğu avtomatı silahı “Samur-Abşeron” su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində, yaşadığı evdən təxminən 300-350 metr aralı məsafədə yerə basdırdığını bildirdiyi üçün, həmin əraziyə gedilərək baxış keçirilməsinə başlanılmış, habelə baxış zamanı sonuncunun təqdim etdiyi yer əməliyyat müvəkkili Hüseyn Əliyev tərəfindən qazılarkən, oradan bir ədəd avtomat silah aşkar edilərək, müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 25 yanvar 2025-ci il tarixli, 25/82 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 614377 nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1980-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqatda təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal ilə olunmuş 40 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 09 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Cinayət işinin 25-26-cı vərəqələrində olan 24 yanvar 2025-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan, eləcə də, işin 27-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin tarixdə, saat 11:20-dən saat 11:55-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində Siyəzən RPŞ-nin inzibati binasında (saat 11:20-dən saat 11:45-dək) keçirilən şəxsi axtarış zamanı 09 ədəd patron və 01 ədəd avtomat silahın sandıqçasına bənzər əşya (darağ) onun əynində olan tünd rəngli uzunqol gödəkcənin sağ iç cibindən aşkar olunaraq götürülmüşdür. Həmçinin, (saat 11:45-dən saat 11:55-dək) “Samur-Abşeron” su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsindən, Təqsirləndirilən şəxs təqdim etdiyi yer qazılarkən isə, oradan üzərində 1980, 614377 nömrəli yazılmış bir ədəd avtomat silaha bənzər əşya aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Samsung” markalı video videokamera vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-115-ci vərəqələrində olan 01 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, 01 ədəd 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsi olan darağ və 03 ədədinin eksperimental atəşlər zamanı istifadə olunması nəzərə alınmaqla, qalıq 06 ədəd 5,45x39 mm kalibrli patronlar cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Siyəzən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin 24 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın və sonuncunun təqdim etdiyi əraziyə keçirilən baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd kompakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-77-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 fevral 2025-ci il tarixli tələbnaməsindən, eləcə də, işin 99-102-ci vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 08 iyun 2011-ci il tarixli qərarından və işin 98-ci vərəqəsindəki Siyəzən rayon icra və probasiya şöbəsinin 19 mart 2025-ci il tarixli, 182 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 21 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 66-cı maddəsi tətbiq edilməklə, qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 noyabr 2011-ci il tarixli qərarı ilə sonuncu qeyd olunan hökm dəyişdirilərək, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla, 4 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Sumqayıt Apellyasiya Məhkəməsinin 08 iyun 2011-ci il tarixli qərarı ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla, 4 il 8 gün müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 2 il sınaq müddəti verilməklə şərti hesab edilmiş, habelə şərti hesab edilməsi müstəqil icra edilmişdir. Habelə, 21 may 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin, Siyəzən rayon icra və probasiya şöbəsində Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğunun olması müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-73-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 26 yanvar 2025-ci il tarixli, 4(059)-4/2025 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-75-ci vərəqələrində olan xasiyyətnamə və arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyətini Başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspert rəyləri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında qeyd etdiklərini gah etiraf edərək gah da etiraf etməyərək ziddiyətli ifadələr versə də, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsir göstərilmədiyini, polis əməkdaşlarından razı olduğunu bildirmiş, cinayət işinin materiallarında ona xəsarət və ya zor tətbiq edilməsi ilə bağlı hər hansı məlumat olmamış, təqsirləndirilən şəxs təqsirini etiraf etməyərək göstərdiyi halları təsdiq edəcək mötəbər sübuta malik olmamış, habelə onun bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Belə olan halda, Təqsirləndirilən şəxs aşkar olunan ittihamın əsasını təşkil edən silahın ona aid olmadığını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun barəsində yaşadığı yer üzrə şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməllə ictimai təhlükəsizliyə qəsd etdiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini (əvvəllər mülkiyyət əleyhinə törətdiyi cinayət əməllərinə görə verilmiş cəzalardan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), habelə odlu silaha maraq göstərməklə, onu qanunsuz olaraq gizlətməsini, həmçinin döyüş sursatlarını özü ilə daşıyaraq gəzdirməsini, bu əməli ilə özünü cəmiyyətin və ictimaiyyətin fövqündə qoymasını, sözügedən silahı əldə etdiyi mənbə ilə bağlı qeyri-səmimilik nümayiş etdirməsini, hüquq pozuntusuna meyl etməsini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına və hüquqazidd əməllərini davam etdirəcəyinə kifayət qədər əsaslar olmasını, cəzasını ağırlaşdıran halın olmamasını və yuxarıda qeyd olunan yüngülləşdirici halın mövcudluğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 2/3 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın və sonuncunun təqdim etdiyi əraziyə keçirilən baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd kompakt disk cinayət işində saxlanılmalı, digər maddi sübut, Siyəzən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, habelə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, 01 ədəd 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsi olan darağ və 03 ədədinin eksperimental atəşlər zamanı istifadə olunması nəzərə alınmaqla, qalıq 06 ədəd 5,45x39 mm kalibrli patronlar isə hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, ekspertiza tədqiqatı zamanı ekpert tərəfindən silahın lüləsinin uc hissəsindən və patron yuvasının daxilindən 02 ədəd sterilizə olunmuş çöp vasitəsilə götürülmüş nümunələr məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 24 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, habelə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 614377 nömrəli Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, bir ədəd 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsi olan darağ və 03 ədədinin eksperimental atəşlər zamanı istifadə olunması nəzərə alınmaqla, qalıq 06 ədəd 5,45x39 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Ekspertiza tədqiqatı zamanı ekpert tərəfindən silahın lüləsinin uc hissəsindən və patron yuvasının daxilindən 02 ədəd sterilizə olunmuş çöp vasitəsilə götürülmüş nümunələr məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın və sonuncunun təqdim etdiyi əraziyə keçirilən baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd kompakt disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar