Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-2/2022 18.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, eləcə də Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə 18 fevral 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1985-ci il tarixdə Xaçmaz rayonu, Çarxı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 228.4-cü və 234.2-ci maddələri ilə, xx xxxxxx 1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədilə Təqsirləndirilən şəxs2 10 aprel 2021-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı ünvan 3 ünvanında 8 ədəd “yaponka” adlanan cücənin müqabilində 0,130 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, bundan başqa istintaqa məlum olmayan mənbədən ümumi təmiz çəkiləri 0,569 qram narkotik vasitə heroin və 1,541 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək əldə edərək, üzərində və yaşadığı ünvanda saxlamış, 12 aprel 2021-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda yaşadığı evin həyətində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə heroindən 0,081 qramı əynində olan qara rəngli cins şalvarın qabaq sağ balaca yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə və həmin psixotrop maddə metamfetamindən 0,032 qramı əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 ədəd ağ-qara rəngli siqaret kağızı bükülüsündə aşkar olunaraq götürülmüş, əməliyyat-axtarış təbdirlərinin davamı olaraq yaşadığı ünvanda yerləşən toyuq-cücə saxlanılması üçün nəzərdə tutulan tikiliyə videoçəkilişlə keçirilən baxış zamanı xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək göy rəngli çantanın içərisində 1 ədəd göy polietilinə bükülmüş vəziyyətdə, narkotik vasitə heroinin 0,488 qramı isə göy rəngli çantanın içərisində və orada olan mebel masasının üzərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,216 qram, 0,048 qram, 0,010 qram, 0,005 qram, 0,138 qram və 0,071 olmaqla, 4 ədəd şəffaf poletilin bükülüdə və 2 ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükülülərində, psixotrop maddə metamfetaminin 0,098 qramı göy rəngli çantanın içərisində 1 ədəd şəffaf sellofan bükülüdə, bundan başqa, göy çantanın içərisindən üzərlərində narkotik vasitə heroinin izləri olan 2 ədəd şəffaf polietilin kəsiyi, 1 ədəd şüşə ampula, 3 ədəd 2,5 ml-lik şpris, 1 ədəd boru şəkilli kağız əşyası (müştük), 6 ədəd pambıq parçası aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını yaşadığı ünvanda saxlamış, bu soyuq silah 12 aprel 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı ünvan 5 evin həyətində yerləşən toyuq-cücə saxlanılması üçün nəzərdə tutulan tikilidəki divanın üzərindən aşkar olunaraq götürülmüşdür. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkiləri 0,393 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 30,389 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək, həmin psixotrop maddə metamfetaminin 0,130 qramını 10 aprel 2021-ci il tarixdə, saat 15:00 radələrində ünvan 5 ünvanda tanışı Təqsirləndirilən şəxs1 yaşadığı evdə 8 ədəd cücənin müqabilində Təqsirləndirilən şəxs1 satmış, qalan 0,263 qram psixotrop maddə metamfetamini və 30,389 qram narkotik vasitə qurudulmuş marixuananı Sumqayıt şəhərinin 18-ci mikrorayon “Daş Bazarı” deyilən ərazidə yerləşən fəaliyyət göstərdiyi avtomobil təmir sexinin köməkçi otağında saxlamış, 19 aprel 2021-ci il tarixdə, saat 18:30 radələrində öz razılığı ilə qeyd edilən yerə keçirilən baxış zamanı psixotrop maddə metamfetamin köməkçi otaqda olan kreslonun üzərində 1 ədəd gümüşü rəngli falqaya bükülmüş vəziyyətdə və narkotik vasitə qurudulmuş marixuana isə divanın üzərində qırmızı sellofana paketə bükülmüş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 228.4-cü və 234.2-ci maddələri ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir və eyni zamanda, onu da bildirir ki, o, uzun müddətdir narkotik vasitə aludəçisidir, müxtəlif vaxtlarda narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul etmişdir. X1 tanıyır, münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 12 aprel 2021ci il tarixdə Cəbrayıl onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, söhbət əsnasında o, Cəbrayıla evinin həyətini su basdığını deyərək həyəti sudan təmizləməkdə köməklik etməsini xahiş etmişdir. Həmin gün təxminən saat 11:00 radələrində Cəbrayıl onun yaşadığı evə gəlmiş, habelə evə daxil olduqdan dərhal sonra polis əməkdaşları da onun yaşadığı evə daxil olub, evin həyətində onu və Cəbrayılı narkotik vasitələrin saxlanılmasında, həmçinin istifadə edilməsində şübhəli olduqlarını deyərək saxlayıb, Siyəzən RPŞ-yə aparmışlar. Orada növbətçi hissədə üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu, şübhəli şəxs qismində tutulacağı, üzərinə axtarış aparılacağı bildirilmiş və buna görə hüquq, eləcə də vəzifələri elan olunmaqla, hüquqlarının qorunması üçün Müdafiəçi1 dəvət edilmişdir. Bundan sonra, üzərində hər hansı bir qanunsuz əşya olduğu halda təqdim edilməsi təklif olunmuş, o, da üzərində qanunsuz əşya olmadığını qeyd etmişdir. Sonra vəkil Müdafiəçi1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən “Xiomi Redmi” markalı mobil telefon, sağ arxa cibindən 2 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 2 ədədi 1 manatlıq pul əskinazları olmaqla, cəmi 62 manat pul aşkar edilmişdir. Eyni zamanda, şalvarının sağ yan cibindən 1 ədəd ağ-qara rəngli siqaret kağızı bükülüsü, şalvarın sol yan cibindən isə 1 ədəd istifadə olunmamış şpris aşkar edilmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd ağ-qara rəngli siqaret kağızı bükülüsü açıldıqda, içərisində ağ kristalşəkilli kütlə, əynindəki şalvarının sağ qabaq cib hissəsində olan balaca cibdən aşkar edilərək götürülmüş 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü açıldıqda içərisindən qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş şpris, 62 manat pul, 1 ədəd “Xiome markalı” mobil telefon ona məxsus olsa da, şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüş 1 ədəd ağ-qara rəngli siqaret kağızı bükülüsü və həmin şalvarın sağ balaca cibindən aşkar edilərək götürülmüş 1 ədəd gümüşü rəngli siqaret bükülü heç biri ona məxsus olmamışdır. Belə ki, üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitəni avtomobil ilə Siyəzən RPŞ-yə aparılarkən RPŞ-nin sabiq əməliyyat müvəkkili Şahid1 cibinə qoymuşdur. Belə ki, həmin narkotik vasitə ona məxsus olmamışdır. Çünki, həmin vaxt Şahid1 maşında üzü üstə uzanmasından istifadə edib narkotik vasitəni cibinə qoymuşdur. Daha sonra, ona yaşadığı ünvan 5 evin həyətində yerləşən toyuq-cücə saxlanılması üçün nəzərdə tutulan tikiliyə baxış keçiriləcəyi bildirilmiş, habelə ora gedilmişdir. Qeyd edilən yerə keçirilən baxışda anası Xavər və müdafiəçisi Müdafiəçi1 da iştirak etmişlər. Toyuq-cücə saxlanılması üçün nəzərdə tutulmuş tikiliyə baxış zamanı qırmızı rəngli divanın üstündən müştük, açılıb bağlanan bıçaq, qara masanın üzərindən 2 ədəd ağ-gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar edilmişdir. Bükülülərə baxış zamanı içərilərində narkotik vasitə heroinə oxşar kütlələr, sonra həmin yerdən göy rəngli çantanın içərisindən limon duzu, sınıq şüşə ampulası, 3 ədəd boş şpris, 1 ədəd içərisində narkotik vasitə olan tiryək, 5 ədəd qara qəhvəyi rəngli pampıq bükülülər aşkar olunmuşdur. Çantadan 2 ədəd şəffaf sellofan torba tapılmış, paketlərin birincisindən üzərində heroinin izləri olan 2 ədəd şəffaf sellofan paket, eləcə də açılmış vəziyyətdə şəffaf sellofanda qara rəngli pambıq kütlə aşkar edilmişdir. Sonra ikinci torba açılmış və əlavə olaraq 1 ədəd şəffaf torba, onun içərisində əlavə olaraq 5 ədəd bükülü aşkar edilmiş, 2 ədəd bükülünün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə, 1 ədəd ağ rəngli psixotrop maddə metamfetmin təsbit edilmişdir. Qeyd edilənlərdən yalnız 1 ədəd göy rəngli sellofanın içərisində olan tiryək, limon duzu, sınıq şüşə ampula, 5 ədəd pambıq bükülü, eləcə də 1 ədəd şəffaf sellofan torbada olan qara rəngli kütlə ona məxsus olmuşdur. Belə ki, həmin vaxt o, polis əməkdaşları tərəfindən saxlanılarkən Siyəzən RPŞnin əməkdaşı Şahid2 toyuq hinində arxa tərəfindən keçərək orada nəsə etmiş, o, oradan aşkar olunmuş narkotik vasitələrin Şahid2 tərəfindən oraya atıldığından şübhələnmişdir. Qeyd edilən tiryəki Siyəzən şəhərində, evinin qarşısında tapmış, 6 ədəd pambıq bükülünü isə narkotik vasitə qəbul edən zaman istifadə etmişdir. Həmin pambıq bükülülərdə çox güman narkotik vasitələrin izləri olmuşdur. 1 ədəd ampulanı narkotik vasitə bişirib hazırlamaq üçün saxlamış, limon duzunu da narkotik vasitəni bişirən zaman istifadə etmişdir. Evindən və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə tiryəkdən başqa, digər narkotik vasitələr, psixotrop maddə metamfetamin, eləcə də digər predmetlər ona məxsus olmamışdır. Bundan başqa, tikiliyə baxış zamanı divardan asılan bıçaqlar aşkarlanmış, onlardan biri ona dostundan hədiyyə olsa da, digərini mağazadan almışdır. Divanın üzərindən aşkar olunaraq götürülmüş bıçağı isə bir müddət əvvəl Bakı şəhərindən yerini xatırlamadığı mağazalardan birindən almışdır. Eyni zamanda, o, Təqsirləndirilən şəxs2 2021-ci ilin mart ayının sonunda 8 ədəd cücə versə də, həmin cücələri ona dost kimi pay vermiş, bu psixotrop maddənin əvəzində olmamış, Mikayıl ümumiyyətlə, heç vaxt ona narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Bundan əlavə, onun Təqsirləndirilən şəxs2 narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Əgər həmin cücələrin birinin qiymətinin təxminən 50 qəpik olması nəzərə alınsa, onda cücələrin ümumi dəyəri olan 4 manat iddia edilən psixotrop maddənin alınması üçün ümumiyyətlə kifayət edə bilməzdi. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə münasibətdə tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Siyəzən RPŞ-yə aparılarkən, eləcə də yaşadığı ünvanın həyətindəki hində olarkən əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən qeyri-qanuni hərəkətlərə məruz qalması, həmçinin hazırda ziddiyyətli ifadə verərək təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir və eyni zamanda, onu da bildirir ki, təxminən 5-6 il olar ki, narkotik vasitə qurudulmuş marixuanadan, düşəndə psixotrop maddə metamfetamindən gündə təxminən 1 qrama yaxın istifadə etmişdir. Təqsirləndirilən şəxs1 təxminən 1 il olar tanımışdır. Belə ki, sonuncu ilə 2021-ci ilin fevral ayında Siyəzən rayonu, Qalaaltı kəndində məclisdə olarkən tanış olmuş, həmin məclisdə, söhbət əsnasında o, Təqsirləndirilən şəxs1 narkotik vasitə heroindən, həmçinin psixotrop maddə metamfetamindən istifadə etdiyini bilmiş, habelə sonuncu ilə orada narkotik vasitə qəbul etmişlər. 2021-ci ilin fevral ayının sonlarına yaxın o, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, Siyəzən rayonu, Orta Çalğan kəndində valideynlərinin yanında olduğunu, sonuncu ilə görüşmək istədiyini bildirdiyində Abusət etiraz etməmiş və onu yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən evinə dəvət etmişdir. O, təxminən saat 15:00 radələrində özünə məxsus “Mercedes-Benz” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə gəlmiş, sonuncu isə öz növbəsində onu qarşılayaraq, evin həyətində yerləşən toyuq-cücə saxlanılması üçün nəzərdə tutulan tikiliyə dəvət etmişdir. Bir qədər Abusət ilə söhbətləşdikdən, həmçinin sonuncunun təsərrüfatında saxladığı ev quşlarına baxdıqdan sonra Sumqayıt şəhərinə qayıtmış, sonuncu ilə mobil telefon vasitəsilə cəmi 2 dəfə əlaqə saxlamışdır. 2021-ci ilin mart ayının əvvəllərində o, özünə məxsus “Mercedes-Benz” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə valideynlərinin yaşadığı Siyəzən rayonu, Orta Çalğan kəndinə gəldikdən sonra həmin gün təxminən saat 15:00 radələrində Təqsirləndirilən şəxs1 zəng etmiş, habelə sonuncu da onu yaşadığı evə dəvət etmişdir. Həmin tikilidə toyuq-cücə saxlanıldığını görmüş, eləcə də Abusətin özünün oturması üçün qoyulmuş balaca stullarda əyləşsələr də, qanunazidd hər hansı hərəkətə yol verməmiş, habelə bir qədər söhbətləşdikdən sonra, o, Sumqayıt şəhərinə qayıtmışdır. Bundan sonra, o, Abusətlə rabitə vasitəsi ilə ara-sıra əlaqə saxlasa da, Siyəzən rayonuna gələ bilməmişdir. Sonuncu dəfə o, 10 aprel 2021-ci il tarixdə, saat 16:00 radələrində yenidən Siyəzən rayonuna valideynlərinin yanına gəlmiş, habelə Abusətə zəng edərək, onunla yaşadığı ünvanda görüşmüş, həmin gün Abusətlə onun saxladığı quşlara baxıb, çay içmiş, amma üzərində heç nə olmamışdır. Bəlkə də həmin vaxt metamfetamin istifadə etmişlər, amma bu onun tam yadında deyildir. Bundan sonra, Abusət ona cücələrin yeri soyuq olduğu üçün təxminən dəyəri 50 qəpik olan 2 ədədini özündə saxlamaq şərtilə 8 ədəd “yaponka” cücəni pay kimi vermiş, o, isə həmin cücələri özü ilə Sumqayıt şəhərinə işlədiyi sexə aparmışdır. Yolda bu cücələrdən 3-ü tələf olmuşdur. Ümumiyyətlə, psixotrop maddə metafetamin təxmini 50-70 manat dəyərindədir. 19 aprel 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində “Daş Bazarı” adlanan yerdə olan avtomobil təmir sexində olarkən, Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq, cinayət işi üzrə dindirilməli olduğunu bildirməklə, onu RPŞ-yə dəvət etmiş, habelə o, sonuncularla birlikdə RPŞ-yə getmiş, həmçinin bir dəfə oranı tərk edərək yenidən işlədiyi avtomobil təmir sexinə qayıtmış, RPŞnin əməkdaşları ora baxış keçirmiş və baxış zamanı sözügedən sexin içərisində olan köməkçi otaqdakı divanın üzərindən qurudulmuş marixuana aşkar etmişlər. Həmin narkotik vasitə qurudulmuş marixuana RPŞ-nin əməkdaşları tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyularaq, qablaşdırılmış və üzəri möhürlənərək, iştirakçılar tərəfindən imzalanmışdır. İşlədiyi sexdə narkotik vasitə qurudulmuş marixuana olsa da, psixotrop maddə metamfetamin olmamış, bu maddə ona aid olmamışdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə münasibətdə tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, himayəsində iki azyaşlı uşağının olmasının, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 5-6 il olar ki, narkotik vasitə qurudulmuş marixuanadan, psixotrop maddə metamfemitndən isə 1 ilə yaxın olar, gündə təxminən 1 qrama yaxın istifadə etmişdir. Təqsirləndirilən şəxs1 təxminən 1 il olar tanımışdır. Belə ki, Abusətlə 2021-ci ilin fevral ayında Siyəzən rayonu, Qalaaltı kəndində məclisdə olarkən tanış olmuş, orada, söhbət əsnasında o, Təqsirləndirilən şəxs1 narkotik vasitə heroindən, həmçinin psixotrop maddə metamfetamindən istifadə etdiyini bilmiş, habelə sonuncu ilə orada narkotik vasitə qəbul etmişlər. 2021-ci ilin fevral ayının sonlarına yaxın o, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, Siyəzən rayonu, Orta Çalğan kəndində valideynlərinin yanında olduğunu, sonuncu ilə görüşmək istədiyini bildirdiyində Abusət etiraz etməmiş və onu yaşadığı Siyəzən şəhəri, H. Əliyev küçəsində yerləşən evinə dəvət etmişdir. O, təxminən saat 15:00 radələrində özünə məxsus “Mercedes-Benz” markalı, **- ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə gəlmiş, sonuncu isə öz növbəsində onu qarşılayaraq, evin həyətində yerləşən toyuq-cücə saxlanılması üçün nəzərdə tutulan tikiliyə dəvət etmişdir. Bundan sonra o, üzərində olan tanımadığı şəxsdən aldığı psixotrop maddə metamfetamini cibindən çıxararaq, Abusətə gəl “patı çəkək” deyə təklif etmiş, sonuncu da buna etiraz etməmişdir. O, təxminən 0,5 qram olan metafetamini iki hissəyə ayıraraq, bir miqdarını Abusətə vermiş, digər hissəsini isə özü qəbul etmişdir. Bir qədər Abusət ilə söhbətləşdikdən sonra Sumqayıt şəhərinə qayıtmış və bundan sonra da sonuncu ilə mobil telefon vasitəsilə mütəmadi olaraq əlaqə saxlamışdır. 2021-ci ilin mart ayının əvvəllərində o, özünə məxsus “Mercedes-Benz” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə valideynlərinin yaşadığı Siyəzən rayonu, Orta Çalğan kəndinə gəldikdən sonra həmin gün təxminən saat 15:00 radələrində Təqsirləndirilən şəxs1 zəng etmiş, habelə sonuncu da onu yaşadığı evə dəvət etmişdir. O, Təqsirləndirilən şəxs1 məxsus evin həyətindəki tikilidə olarkən, üzərində olan tanımadığı şəxsdən aldığı 1 qram psixotrop maddə metamfetamini çıxarıb sonuncuya təklif etmiş, Abusət də etiraz etməmişdir. Bundan sonra o, metamfetminin bir hissəsini Abusətə vermiş, digər hissəsini isə özü götürərək, sonuncu ilə birlikdə istifadə etmiş və bir qədər söhbət etdikdən sonra o, yenidən Sumqayıt şəhərinə qayıtmışdır. Sonuncu dəfə o, 10 aprel 2021ci il tarixdə Siyəzən rayonuna valideynlərinin yanına gəldiyində yenidən Təqsirləndirilən şəxs1lə görüşmüş və sonuncuya məxsus evin həyətində olan tikilidə psixotrop maddə metamfetamin qəbul etmiş, bu zaman onun üzərində 0,5 qram psixotrop maddə olmuşdur. Həmin psixotrop maddədən bir hissəsini Abusətə vermiş, sonuncu isə qarşılığında ona 8 ədəd yapon xoruzunun cücəsini təklif etmişdir. O, ilk öncə qəbul etmək istəməsə də, Abusətin təkidi ilə cücələri götürüb Sumqayıt şəhərinə aparmışdır. 19 aprel 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Daş Bazarı” adlanan yerdə olan avtomobil təmir sexində olarkən, Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq, cinayət işi üzrə dindirilməli olduğunu bildirməklə, onu RPŞyə dəvət etmiş, habelə o, sonuncularla birlikdə RPŞ-yə getmişdir. RPŞ-nin İstintaq Bölməsində olarkən, ona Təqsirləndirilən şəxs1 tanıdığını, sonuncuya narkotik vasitə satıb-satmadığını soruşduqda, o, 10 aprel 2021-ci il tarixdə Siyəzən şəhəri, H. Əliyev küçəsində Abusətə məxsus evin həyətində olan tikilidə olarkən, sonuncuya psixotrop maddə metafetamini verdiyini, bir hissəsinin isə işlədiyi yerdə qaldığını bildirmiş, habelə orada özünə məxsus qurudulmuş marixuana olduğunu söyləmişdir. Sonra RPŞ-nin əməkdaşları ilə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Daş Bazarı” adlanan ünvanda olan avtomobil təmir sexinə qayıtmış, habelə sonuncular həmin sexə baxış keçirmiş və bu zaman sözügedən sexin içərisində olan köməkçi otaqdakı divanın üzərindən qurudulmuş marixuana aşkar etmişlər. Həmin narkotik vasitə qurudulmuş marixuana RPŞ-nin əməkdaşları tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyularaq, qablaşdırılmış və üzəri möhürlənərək, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, həmin otaqda olan kreslonun üzərində gümüşü rəngli falqanın içərisində psixotrop maddə metamfeamin, həmin metamfeamini qəbul etmək üçün istifadə edilmiş gümüşü rəngli falqa aşkar edilərək götürülmüş və müvafiq qaydada ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, həmin otaqda divardan asılı vəziyyətdə olan 1 ədəd kisəcikdən 1 ədəd müştük və tütün aşkar edilmiş, onlar da, müvafiq qaydada qablaşdırılaraq, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Abusət Allahverdiyin ona psixotrop maddə qarşılığında verdiyi cücələrə baxış keçirilmiş, həmin cücələr də götürüldükdən sonra RPŞ-nin əməkdaşları ilə birlikdə Siyəzən RPŞ-yə getmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında məhkəməyədək istintaq zamanı verdiyi ifadədən fərqli ifadə verməsini, Siyəzən RPŞ-də olarkən təzyiq altında polis əməkdaşları tərəfindən müxtəlif sənədlərə imza etdirilməsi, onları oxumaması, psixi təsirə məruz qalması ilə əlaqələndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 hazırda verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, hər iki təqsirləndirilən şəxs həm məhkəməyədək istintaq zamanı, həm də məhkəmə istintaqı dövründə bir-birinə qarşı səmimi olmaqla, baş verənləri təfərrüatlı şəkildə izah etmiş, habelə bu zaman fikirlərini səlis şəkildə ifadə etməklə, törətdikləri əməllərinin mahiyyətini aydınlaşdırmışlar. Bu səbəbdən də, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadə obyektiv həqiqəti çatdırmaqla, daha əsaslı, inandırıcı və mötəbər hesab edilməli, o cümlədən nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə qismən təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 12 aprel 2021-ci il tarixdə Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində, yaşadığı evin həyətyanı sahəsində yerləşən toyuq-cücə saxlanması üçün nəzərdə tutulan tikilidə və həmin tikiliyə bitişik anbar kimi istifadə olunan digər tikilidə narkotik vasitə saxlaması, istifadə etməsi və satması, həmçinin Siyəzən şəhəri sakini X2 Abusət Allahverdiyevə məxsus yaşayış evinin həyətyanı sahəsində yerləşən toyuq-cücə saxlanması üçün nəzərdə tutulan tikilidə sonuncudan narkotik vasitə əldə edərək, qəbul etməsi barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında CAB-ın rəisi Fikrət Məstəliyev tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə həmin gün, saat təxminən 12:00 radələrində PPXT-nın polis nəfəri X17, PPXT-nın komandiri Şahid4 və məlumat portalının operatoru Şahid6 Qiyas oğlu ilə birlikdə Siyəzən şəhərinin H.Əliyev küçəsinə gedərək ətraf ərazini müşahidəyə götürmüşlər. Bir qədər sonra X7 Allahverdiyevin həyətindən zibil atmağa çıxdığını, sonuncunun da Cəbrayılın yanında olduğunu görüb onlara yaxınlaşmış, özlərini təqdim edib, Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını və üzərlərində narkotik vasitə gəzdirmələrinə dair əsaslı şübhə olduğunu bildirərək şəxsi axtarış keçirmək istədiklərini qeyd etdikdə, sonuncular məsuliyyətdən yayınmaq üçün qışqıraraq, müqavimət göstərdiklərindən yerində şəxsi axtarış keçirilməsinin mümkün olmadığını başa düşüb, onları RPŞ-yə gətirmişlər. RPŞ-nin növbətçi hissəsində ilk olaraq Cəbrayıl Mövlanverdiyevin üzərində videoçəkliş vasitəsi ilə şəxsi axtarış başlanılmış, bundan əvvəl X3 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri, o cümlədən, müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilsə də, sonuncu ərizə ilə müraciət edərək müdafiəçidən imtina etmiş və hüquqlarını özünün qoruyacağını bildirmişdir. Şəxsi axtarış zamanı Cəbrayıl Mövlanverdiyevə üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu üzərində qanunla qadağan edilmiş hər hansı predmet və əşya olmadığını bildirmiş, sonra, onun üzərində şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Cəbrayıl Mövlanverdiyevin üzərində keçirilən şəxsi axtarış ilə əlaqədar protokol tərtib olunaraq ucadan oxunmuş, doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərində baxış keçirilməsi üçün növbətçi hissəyə gətirilmiş və sonuncunun üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs1 üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədilə şəxsi axtarışda Müdafiəçi1 da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu üzərində qanunla qadağan edilmiş hər hansı predmet və əşya olmadığını bildirmişdir. Sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın keçirilməsinə başlamış, əvvəlcə sonuncunun əynindəki qara rəngli cins şalvarın qabaq sağ cibindən 1 ədəd ağ-qara rəngli siqaret kağızı bükülüsü aşkar olunmuş, həmin bükülü tərəfindən açdıqda, içərisində ağ kristalşəkilli psixotrop maddə metanfetaminə oxşar kütlə olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs1 bu barədə soruşulduqda, sonuncu həmin bükülünün ona məxsus olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ arxa cibindən 2 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq və 2 ədəd 1 manatlıq əskinazlarda olmaqla, ümumilikdə 62 manat nağd pul, şalvarının arxa sol cibindən isə 1 ədəd 2 ml qram həcmində şpris aşkar edilmiş və sonuncudan şpris barədə soruşduqda həmin şprislə toyuqlara dərman verdiyini, habelə, şprisin istifadə olunmadığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sağ qabaq cib hissəsində olan balaca cibdən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar edilmiş və bükülü tərəfindən açılan zaman içərisindən qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 bu barədə soruşduqda da, həmin kütlənin ona məxsus olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərində axtarış aparsa da, üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmiş, sonuncunun üzərindən aşkar edilmiş 1 ədəd 2 ml qram həcmində şpris, 1 ədəd içərisində ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olan ağ-qara rəngli siqaret kağızı bükülüsü və 1 ədəd içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar kütlə olan gümüşü rəngli siqaret kağızı bükülüsü bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, habelə, onun üzərindən aşkar edilmiş ümumilikdə 62 manat nəğd pul və "Xiaomi Redmi" markalı mobil telefon da digər bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Bunlar barədə protokol tərtib olunaraq Təqsirləndirilən şəxs1 və digər iştirakçılara ucadan oxunmuş, lakin, Abusət Allahveridyev üzərindən bükülülərdə aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə oxşar maddələrin ona məxsus olmadığını deyərək, protokolu imza etməkdən imtina etsə də, o, və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs1 PRŞ-nin "əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair" qərarı əsasında yaşadığı ünvan 5 evə qəfləti baxış keçirəcəklərini bildirmiş, sonuncu da evinə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra onun yaşadığı evin qarşısına getmişlər. Baxış zamanı Müdafiəçi1 iştirakı təmin olunmaqla, Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş, habelə baxış zamanı sonuncunun anası X9 da iştirak etmişdir. Təqsirləndirilən şəxs1 həyətyanı sahəsində toyuq-cücə saxlanılması üçün nəzərdə tutulan tikilidə və ona bitişik digər tikilidə qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunduqda, sonuncu yaşadığı ünvanda qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra, həyətyanı sahəyə, toyuq-cücə saxlamaq üçün nəzərdə tutulan tikiliyə baxış keçirilməyə başlanılmış, qeyd olunan tikiliyə daxil olduqda divarın sol tərəfində, divan formasında oturacağın üzərində narkotik vasitə qəbul etmək üçün nəzərdə tutulmüş müştüyün, 1 ədəd göy rəngli "Sobraniye" markalı siqaret qutusunun, 1 ədəd qulpu qəhvəyi rəngdə olmaqla, açılıb-qatlanan bıçağın, gümüşü rəngli boş vəziyyətdə yandırılmış falqanın, divara sancılmış formada 2 ədəd xəncər formalı bıçağın, divanın yanında olan qara rəngli balaca mebel masasının üzərində 2 ədəd bükülünün, 1 ədəd telefon altlığının və göy rəngli çantanın olduğu müəyyən olunmuşdur. Oturacağın üzərində olan "Sobraniye" markalı siqaret qutusunun içinə və divanın üzərində yanmış vəziyyətdə olan falqanın içinə baxdığında oradan qanunla qadağan edilmiş hər hansı bir əşya olmamasını müəyyən etmiş, sonra balaca mebel masasının üzərində, ağzı açıq vəziyyətdə olan göy rəngli çantaya baxış keçirilən zaman çantanın içərisindən üzərində "Limon duzu" sözləri yazılmış bağlama, 1 ədəd sınıq vəziyyətdə şüşə ampula, 2 ədədi 2,5 ml, 1 ədədi isə 2 ml qram həcimdə olmaqla, ümumilikdə 3 ədəd boş şpris, 1 ədəd göy rəngli sellofanın içərisində tiryəkə bənzər qara rəngli maddə, 5 ədəd qara-qəhvəyi rəngdə pambığa bənzər kütlə, 2 ədəd şəffaf rəngli paketlər, həmin paketlərin birinin içərisində üzərində narkotik vasitə qalıqları olması ehtimal olunan 2 ədəd şəffaf rəngli boş sellofanlar, 1 ədəd şəffaf sellofana bükülmüş qara rəngli pambığa və ya tiryəkə bənzər kütlə, digər ikinci şəffaf rəngli paketin içərisində isə əlavə 2 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd isə ağ rəngli toz halında kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olmaqla, ümumilikdə 3 ədəd şəffaf rəngli sellofan paketlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 aşkar olunan predmetlərdən 1 ədəd göy rəngli sellofanın içərisindəki qara rəngli kütlənin tiryək olduğunu və ona məxsus olduğunu, hətta baxış zamanı həmin kütləni istifadə etmək istədiyini, şprislərin, sınıq şüşə ampulanın, müştüyün, "Limon duzu" sözləri yazılan bağlamanın, qara-qəhvəyi rəngli pambıqların da ona məxsus olduğunu bildirsə də, digər bükülülərin ona aid olmadığını bildirmişdir. Bundan sonra, qara rəngli mebel masasının üzərində olan 2 ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükülüləri həmin masanın üzərində olan telefon altlığının içərisinə qoyaraq içərilərindəki kütlələrin nə olduğunun görünməsindən ötrü videokameranın qarşısına gətirmiş və bükülülər açıldıqda içərilərində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlələr olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs1 həmin kütlələrin də ona aid olmadığını bildirmişdir. Daha sonra, həmin bükülülərin içərisindəki kütlələrin dağılma ehtimalı olduğuna görə bükülüləri 1 ədəd qara-ağ rəngli kağız bükülünün içərisinə qoymuşdur. Bundan sonra, aşkar olunmuş yuxarıda qeyd olunan predmetlər bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, Təqsirləndirilən şəxs1 və anası Xavər Allahverdiyeva həmin zərfin üzərinə imza etməkdən imtina etsələr də, zərfin üzəri digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra həmin tikilidəki biri divanın üzərində, ikisi isə divara sancılmış vəziyyətdən olan bıçaqlar qablaşdırılmaq üçün götürülsə də, ölçüləri böyük olduğundan İB-nin sabiq rəisi Bədirşah Vəlimətov həmin bıçaqları baxışın sonunda müvafiq qaydada qablaşdırılacağını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda yerləşən həyətdəki digər tikiliyə də baxış keçirilsə də, həmin yerdən qanunla qadağan olunmuş əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 həyətyanı sahəsindəki tikililərə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunaraq ucadan oxunmuş, protokola Təqsirləndirilən şəxs1 və anası Xavər Allahverdiyeva imza etməkdən imtina etsələr də, o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etdiyi şəxsin müəyyən edilməsi istiqamətində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs2 25 manat pul və 8 ədəd bala yapon xoruzu əvəzinə Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamin satdığı məlum olmuşdur. Bu səbəbdən 19 aprel 2021-ci il tarixdə saat 15:00 radələrində RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, məlumat portalının operatoru Şahid6 Qiyas oğlu və ƏRQ-nın kiçik inspektoru Şahid3 ilə birlikdə Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində “Daş bazarı” deyilən yerdə yerləşən Təqsirləndirilən şəxs2 işlədiyi avtomobil təmiri sexinə getmiş və orada sonuncuya yaxınlaşıb özlərini təqdim edərək Siyəzən RPŞ-də istintaq edilən cinayət işi üzrə ifadəsinin alınmalı olduğu deyib onu rayon Polis Şöbəsinə dəvət etmiş, o da, etiraz etməyərək, onlarla birlikdə RPŞyə getmişdir. RPŞ-nin X13 X5 tanıyıb-tanımadığını, sonuncuya narkotik vasitə satıbsatmadığını soruşulduqda, o, Təqsirləndirilən şəxs1 tanıdığını və 10 aprel 2021-ci il tarixdə Abusətin yaşadığı Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən evinin həyətində olan tikilidə ona psixotrop maddə metafetamin verdiyini bildirmişdir. Sonra, Mikayıl həmin psixotrop maddənin bir hissəsinin işlədiyi sexdə qaldığını, habelə, həmin sexdə özünə məxsus qurudulmuş marixuana olduğunu bildirdikdə onlar yenidən sonuncunun işlədiyi sexə qayıtmışlar. Orada Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X24 da, keçirilən baxışda iştirak etmişdir. Sexin qarşısında Mikayıla sexin qapısını açması təklif olunduqda, sonuncu üzərində olan açarla sexin jaluz formada olan qapısını açmış və onlar sexə daxil olmuşlar. Mikayıldan keçiriləcək baxışa etirazının olub-olmaması soruşulduqda, sonuncu etiraz etmədiyini bildirmiş, bundan sonra, İB-nin sabiq baş müstəntiqi X19 psixotrop maddənin və qurudulmuş marixuananın harada olmasını soruşduqda, sonuncu sexin köməkçi otağını göstərmişdir. Köməkçi tikiliyə daxil olmazdan əvvəl avtomobil təmiri sexinin içərisinə baxış keçirtsə də, oradan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar etməmişdir. Bundan sonra, taxta pilləkənlə çıxaraq, köməkçi tikiliyə daxil olmuş, orada sağ tərəfdə olan divanın üzərindəki qırmızı rəngli sellofan paketi görüb, həmin paketi açdıqda içərisində yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmiş, şifahi sorğu zamanı Mikayıl kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və sonra həmin kütlə Azər Şahbazov tərəfindən bir ədəd ağ rəngli zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, divan ilə üzbəüz kreslonun üzərindən 1 ədəd gümüşü rəngli bükülü aşkar edilmiş, bükülüyə baxış keçirilən zaman içərisində ağ kristal şəkilli kütlənin olması müəyyən olunmuş, bükülü kütlənin dağılmaması üçün daha bir ağ kağıza bükülmüşdür. Həmin yerdə əlavə olaraq gümüşü rəngli falqalar, balaca masanın üzərindən 1 ədəd qara rəngli müştük, divarda isə 1 ədəd qara rəngli kisəcik aşkar edilmiş, həmin kisəciyə baxış zamanı içərisində tütünə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra, həmin yerə ümumi baxış keçirilsə də, qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş 1 ədəd müştük, 1 ədəd içərisində tütünə bənzər kütlə olan kisəcik, 1 ədəd əlavə olaraq ağ rəngli kağıza bükülmüş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan bükülü bir ədəd ağ rəngli zərfə, üzərində psixotrop maddə metamfetaminin izləri olması ehtimalı olan 3 ədəd falqalar bir zərfdə, götürülmüş 1 ədəd müştük və içərisində tütünə bənzər kütlə olan qara rəngli kisəcik isə bir başqa zərfə qoyularaq qablaşdırılıb, möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra, avtomobil sexinin əsas hissəsinə qayıtdıqda Təqsirləndirilən şəxs2 masanın üzərində olan karton qutunun içərisindəki cücələri göstərərək həmin cücələri ona Abusətin verdiyini, 8 ədəd cücədən 5 ədəd cücə qaldığını, 3 cücənin isə tələf olduğunu bildirmişdir. Baxışı keçirən RPŞ-nin İB-nin sabiqbaş müstəntiqi Azər Şahbazov həmin cücələri müvafiq qaydada götürəcəyini qeyd etmiş, keçirilmiş baxışla əlaqədar protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2, KTQ-nun baş inspektoru, X12, Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid6 Qiyas oğlu, təminat hissəsinin polis nəfəri-sürücü Şahid3, növbətçi hissəsinin növbətçi köməkçisi Şahid5, eləcə də RPŞ-nin NMQ-nin sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin PPBT-nin komandiri Şahid4 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş X4 ifadəsində göstərmişdir ki, təxminən 2006-cı ildən narkotik vasitə heroindən istifadə edir. Sonuncu dəfə 2017-ci ildə Siyəzən Rayon Məhkəməsinin hökmü ilə narkotik vasitələrin qanunsuz saxlanılması, həm də oğurluq cinayətinə görə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təxminən 1 ildən çox olar, cəzaçəkmə müəssisəsindən qayıtmış, həmçinin yenidən narkotik vasitə heroindən istifadə etməyə başlamaqla, istifadəsində ***-***-**-** saylı mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs1 Siyəzən şəhər sakini kimi təxminən 20 ildən çox olar, tanımış, onunla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, Abusətin həm narkotik vasitə heroin, həm də, psixotrop maddə metamfetamindən istifadə etdiyini, eyni zamanda satışı ilə məşğul olduğunu bilmişdir. O, gündəlik narkotik vasitə heroinə olan tələbatını ödəməkdən ötrü, bir neçə dəfə Abusətin yaşadığı ünvana gedib, onunla orada görüşmüş, bunun üçün əvvəlcədən istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan Abusətin istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng vurmuş, sonuncu evdə olduğu təqdirdə onun evinə getmiş və evin həyətində ev işləri görmüşdür. Hər dəfə Abusətin həyətində işlədikdən sonra sonuncu gördüyü işin əvəzində ona bir dəfə istifadə üçün narkotik vasitə heroin vermişdir. Abusət ona narkotik vasitə heroini hazır şprisdə vermiş o, heroini Abusətin yaşadığı evin həyətindəki, toyuq-cücə saxlanılan hində inyeksiya yolu ilə qəbul etmişdir. Belə ki, 2020-ci ilin mart ayında Novruz bayramından əvvəl təxminən 5-6 gün o, Abusətin həyətində onun cücələrini saxladığı toyuq hininin yan yörəsini çəpərləmiş, həmçinin toyuq hininin içərisində müəyyən işlər görmüş, işlədiyi həmin 5-6 gün müddət ərzində hər gün işini qurtardıqdan sonra Abusət ona bir dəfəlik istifadə üçün narkotik vasitə heroin vermişdir. O, heroini Abusətin yaşadığı evin həyətində toyuq hinin içərisində qəbul etmişdir. Sonuncu dəfə o,10 aprel 2021-ci il tarixdə Abusətin yaşadığı evə gedərək, evin həyətyanı sahəsində torpağı belləmiş və oranı belləyib, işini qurtardıqdan sonra Abusət ona yenidən bir dəfə istifadə üçün narkotik vasitə heroin vermişdir. O, narkotik vasitə heroini inyeksiya yolu ilə orada qəbul etmişdir. 12 aprel 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində o, yenidən Abusətin yaşadığı evə getmiş, sonuncunun yanına getməkdə məqsədi, onun həyətində bir qədər iş görmək, iş görüb qurtardıqdan sonra Abusətin ona gördüyü işin müqabilində verəcəyi narkotik vasitə heroini qəbul etmək olmuş, həmin gün, təxminən saat 12:00 radələrində o, həyətdə işlədikdən sonra yığdığı zibili atmaq üçün küçəyə çıxmaq istəyərkən Abusətin evinin giriş qapısından həyətə polis əməkdaşları daxil olaraq, özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduqlarını deyərək, onu və Abusəti birlikdə saxlayaraq Siyəzən RPŞ-yə aparmış, orada, növbətçi hissədə əvvəlcə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Daha sonra, bununla bağlı tərtib olunmaqla, ucadan oxunmuş protokol doğru olduğu üçün imzalarla təsdiq edilmişdir. Eyni zamanda, X4 məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı əlavə ifadəsində göstərmişdir ki, X15 uşaq vaxtlarından tanımaqla, sonuncunun narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmuşdur. O, Abusətin yanında olarkən X25 zəng vuraraq istifadə etmək üçün sonuncudan narkotik vasitə istəmiş və Abusət narkotik vasitəni ona verərək Zöhraba çatdırmasını xahiş etmiş, o, da öz növbəsində Abusətin ona verdiyi narkotik vasitəni Zöhraba aparıb vermişdir. Bu hal bir neçə dəfə təkrarlanmışdır. Abusətin ona verdiyi narkotik vasitəni Zöhrab üçün apararkən heç bir qazanc əldə etməmiş, həmin narkotik vasitəni sonuncuya aparıb verərkən Abusət və Zöhrabdan qarşılığında pul və ya başqa gəlir əldə etməmişdir. Bundan əlavə, şahid Cəbrayıl Mövlanverdiyev məhkəməyədək istintaq zamanı ibtidai istintaq orqanına təqdim etdiyi 13 aprel 2021-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs1lə münasibətləri normal olduğuna görə gələcək münasibətlərinə təsir etməsin deyə ona qarşı ibtidai istintaqa verdiyi ifadə üzrə üzləşdirmə keçirilməməsini xahiş etsə də, 14 dekabr 2021-ci il tarixdə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, Abusətdən aldığı narkotik vasitəni heç kimə vermədiyini qeyd etməklə, yanaşı onun evinin həyətində işlərdə kömək etdiyinə görə Abusətin anası Xavər Allahverdiyevanın ona zəhmət haqqı verdiyini göstərmişdir. Məhkəmə şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən ərizələrinə münasibətdə qeyd edir ki, bu ərizələr Cəbrayıl Mövlanverdiyevin rayon sakini kimi Təqsirləndirilən şəxs1lə üzləşməkdən çəkinməsi, buna tərəddüd etməsi, həmçinin sonuncunun ona təsir etməkdən qorxması kimi qiymətləndirilməli, habelə Abusətdən aldığı narkotik vasitəni heç kimə vermədiyini qeyd etməklə, yanaşı onun evinin həyətində işlərdə kömək etdiyinə görə Abusətin anası Xavər Allahverdiyevanın ona zəhmət haqqı verdiyini göstərməsi ilə bağlı ərizəsində bildirdiklərinə tənqidi yanaşaraq belə hesab edir ki, şahidin bu cür ifadə verməsi Təqsirləndirilən şəxs1 gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, şahid Cəbrayıl Mövlanverdiyev hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 gördüyü işin müqabilində bir neçə dəfə birdəfəlik istifadə üçün ona narkotik vasitə heroin verdiyini, habelə Zöhrab Lətifova da şəxsi marağı olmasa da, onun vasitəsilə narkotik vasitə heroin göndərdiyini səmimi şəkildə etiraf etmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 10 il yaxın olar, narkotik vasitə olan heroin və qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs1 təxminən 2-3 il olar, bir məhəllədə yaşayan Cəbrayıl adlı şəxsin vasitəsilə tanımışdır. O, Cəbrayılın vasitəsilə Abusətdən dəfələrlə narkotik vasitə olan heroin almışdır. Sonuncu dəfə, yəni Təqsirləndirilən şəxs1 tutulmamışdan 2-3 gün qabaq, dəqiq xatırlamadığı tarixdə, o, Cəbrayılı yanına çağırmış və ona narkotik vasitə olan heroin lazım olduğunu bildirərək Təqsirləndirilən şəxs1 onun üçün heroin almasını xahiş etmiş, Cəbrayıl da, bununla razılaşaraq, Abusətin yanına getmiş, habelə Abusətdən onun üçün 10 manat müqabilində bir dəfəlik istifadə etmək üçün narkotik vasitə olan heroin alıb gətirmişdir. Bundan başqa o, əvvəllər də narkotik vasitə almaq üçün özü Abusətin yanına getsə də, sonuncu yalnız Cəbrayıl vasitəsilə ondan narkotik vasitə almasını istəmiş, bu səbəbdən o, həmişə Təqsirləndirilən şəxs1 narkotik vasitəni Cəbrayıl vasitəsilə almışdır. O, bəzən Cəbrayıla zəng vuranda sonuncu ona Abusətin yanında olduğunu bildirmiş və o, həmin vaxtlarda Cəbrayıla Abusətdən onun üçün narkotik vasitə alıb gətirməsini xahiş etmiş, Cəbrayıl da, onun üçün Abusətdən narkotik vasitə alıb gətirmiş, habelə onlar əvvəlcədən razılaşdıqları yerdə görüşərək narkotik vasitəni Cəbrayıldan götürmüşdür. Hərdən Cəbrayıl ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın qarşısına narkotik vasitə almaq üçün getmiş, Cəbrayıl Abusətin yaşadığı evin həyətinə girmiş o, isə bayırda, məhəllədə Cəbrayılı gözləmiş, bir neçə dəqiqə sonra sonuncu Abusətdən narkotik vasitə alaraq çıxmış və birlikdə oradan getmişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 77-82-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2021-ci il tarixli, 6/1443 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ..." yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,081 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 0,032 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə mtemafetamindir. Həmin zərfdə olan 1 ədəd 2 ml-lik boş şprisin içərisində narkotik və ya psixotrop maddələrin izləri yoxdur. Üzərində "Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 10 ünvanından aşkar olunaraq götürülmüş".... yazısı olan zərfdəki 1 ədəd qara-ağ rəngli kağız bükümdə olan 2 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi 0,138 və 0,071 qram, ümumi təmiz çəkisi 0,209 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd şəffaf rəngli polietilen torbacıqda 2 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,216 və 0,048 qram, ümumi təmiz çəkisi 0,264 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,098 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd mavi rəngli polietilen bükümdə təmiz çəkisi 1,541 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, 1 ədəd şəffaf polietilen torbacıqda 2 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,010 qram və 0,005 qram ümumi təmiz çəkisi 0,015 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “novakain” yazısı olan şüşə ampul, 3 ədəd 2,5 ml-lik şpris, 1 ədəd boruşəkilli kağız əşyanın içərisində 5 ədəd qara rəngli pambıq parçası, 2 ədəd şəffaf polietilen kəsiyi və 1 ədəd bükümdə qara rəngli pambıq parçası üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün həmin heroinin çəkisini müəyyən etmək mümkün olmamışdır. Həmçinin rəydən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 0,569 qramdır və həmin heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək, götürülümüş metamfetaminin ümumi təmiz çəkisi 0,130 qramdır və həmin metamfetaminlər xarici əlamətlərinə, eləcə də tərkiblərindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülümüş üzərində “Limon Duzu” yazısı olan paketdəki ağ rəngli kristallardan ibarət maddə kütləsi narkotik və psixotrop maddələrə aid olmayan limon turşusudur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsasən heroin, tiryək “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiqata 0,1 qram sərf olunduqdan sonra heroinin qalıq çəkisi 0,469 qram, 0,04 qram sərf olunduqdan sonra metamfetaminin qalıq çəkisi 0,09 qram, 0,1 qram sərf olunduqdan sonra tiryəkin qalıq çəkisi 1,441 qram təşkil etmişdir. Cinayət işinin İ cild 76-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 173-174-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-ci il tarixli, 7/376 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs2.....avtomobil sexində...” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd qırmızı rəngli polietilen bükümdə təmiz çəkisi 30,389 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2.... avtomobil sexində...” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd qara rəngli torbacıqda təmiz çəkisi 14,211 qram olan tütünün tərkibində narkotik aktivliyə komponentlər yoxdur onun tərkibi yalnız tütündən ibarətdir. Bir ədəd müşdüyün içərisində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Tədqiqata 0,1 qram sərf olunduqdan sonra marixuananın qalıq çəkisi 30,289 qram təşkil etmişdir. Cinayət işinin İ cild 172-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 78,82 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 177-180-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-ci il tarixli, 6/1553 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs2.... avtomobil sexində aşkar olunmuş...” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,263 qram kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs2 fəaliyyət göstərdiyi avtomobil təmir sexinin köməkçi otağında kreslonun üzərində aşkar edilərək, götürülmüş 1 ədəd bükümdəki metamfetamin Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetamininlərlə (13 aprel 2021-ci il tarixli, 6/1443 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsasən heroin, tiryək “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiqata 0,263 qram metamfetamindən 0,05 qram (Təqsirləndirilən şəxs2) sərf olunduqdan sonra metamfetaminin qalıq çəkisi 0,213 qram, 0,09 qram metamfetamindən 0,02 qram (Təqsirləndirilən şəxs1) sərf olunduqdan sonra isə 0,07 qram təşkil etmişdir. Cinayət işinin İ cild 176-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 88-89-cu vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2021-ci il tarixli, 3/727 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və şərti olaraq “1” rəqəmi ilə işarələnmiş 1 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş və şərti olaraq “2” rəqəmi ilə işarələnmiş 1 ədəd predmet-ucu deşici xassəyə malik, kustar üsulla kortik formasında hazırlanmış suvenir qılıncdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş və şərti olaraq “3” rəqəmi ilə işarələnmiş 1 ədəd predmet-ucu deşici xassəyə malik, kustar üsulla hazırlanmış suvenir xəncərdir, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin İİ cild 87-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-ballistik ekspertizasının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X27 Şəxsi Ambulator X8 Ekspert komissiyası tərəfindən 10 iyun 2021-ci il tarixdə verilmiş 1830 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs1 2010-cu ildən "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə X14 Mərkəzində narkoloji kabinetdə qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X27 Şəxsi Ambulator X8 Ekspert komissiyası tərəfindən 10 iyun 2021-ci il tarixdə verilmiş 1816 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 48-50-ci vərəqələrində olan 12 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində qara rəngli qısaqollu idman köynəyi, qara rəngli cins şalvarı, göy rəngli yay ayaqqabısı və ağzında qara rəngli tibbi maska olmuş, bu zaman Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, sonuncu üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet olmadığını, həmçinin üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra, CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən şəxsin üzərinə axtarış keçirilməsi başlanılmış, əvvəlcə Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ qabaq cibindən bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon aşkar olunmuş, sonuncu həmin mobil telefonun ailə üzvlərinə məxsus olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən 1 ədəd ağ-qara rəngli siqaret kağızı bükülüsü aşkar olunmuş, həmin bükülü CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən açıldığında içərisində ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs1 həmin bükülünün ona məxsus olmadığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən 2 ədədi 20 manatlıq, 2 ədədi 10 manatlıq, 2 ədədi 1 manatlıq pul əskinasları formasında olmaqla ümumilikdə 62 manat nağd pul, bu şalvarın sol arxa cibindən isə 1 ədəd 2 ml qram həcmində şpris aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin şprislə toyuqlara dərman verdiyini və aşkar olunan şprisin yeni olduğunu və istifadə olunmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ qabaq balaca cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar olunmuş, bu bükülüdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin kütlənin də, ona məxsus olmadığını bildirmişdir. Daha sonra, şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmadı. Aşkar olunmuş predmetlər müvafiq qaydada qablaşdırılmış, Təqsirləndirilən şəxs1 isə üzərindən aşkar olunan 1 ədəd ağ-qara və 1 ədəd gümüşü rəngli kağız bükülülərdə olan kütlələrin ona məxsus olmadığını bildirərək, zərfin üzərinə imza etməkdən imtina etdikdən sonra, digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs1 Siyəzən RPŞ-nin əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarı əsasında ona yaşadığı ünvan 11 ünvanına qəfləti baxış keçiriləcəyi qeyd olunmuş, sonuncu evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 53-55-ci vərəqələrində olan 12 aprel 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə giriş 1 taylı boz rəngli dəmir qapı vasitəsilədir. Həyətə daxil olduqdan sonra sol tərəfdə toyuq-cücə saxlanılması üçün nəzərdə tutulan tikilinin və həmin tikilinin qarşısında çəpərlənmiş torpaq sahəsinin olduğu görünür. Toyuq-cücələrin saxlanılması üçün nəzərdə tutulan tikiliyə giriş balaca bir taylı ağ rəngli taxta qapı vasitəsilədir. Qapıdan içəri daxil olduqdan, həmin yerin qaranlıq olduğu, işıqlandırmanın olmadığı müəyyən olunduğu üçün həmin yer süni işıqlandırma ilə işıqlandırılmışdır. Həmin tikilinin içərisinə daxil olduqdan içəridə divarın sol tərəfində divara bitişik vəziyyətdə qırmızı rəngli divan formasında oturacağın, həmin oturacağın üzərində narkotik vasitə qəbul etmək üçün nəzərdə tutulan müştük, 1 ədəd göy rəngli “Sobranie” markalı siqaret qutusunun, 1 ədəd qəhvəyi qulplu açılıb-qatlanan bıçağın, gümüşü rəngli boş vəziyyətdə yandırılmış falqanın olduğu, daha sonra həmin divarda qara rəngli gödəkçənin asıldığı, divara sancılmış formada 2 ədəd xəncər formalı bıçağın olduğu, divandan sonra qara rəngli balaca mebel masasının, masanın da üzərində 2 ədəd bükülülərin, 1 ədəd telefon altlığı və göy rəngli çantanın olduğu müşahidə olunmuşdur. Şahid1 tərəfindən “Sobranie” markalı siqaret qutusunun içərisində olan siqaretlər boşaldıldığında həmin qutunun içərisindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan başqa, divanın üzərində olan gümüşü rəngli yanmış vəziyyətdə olan kağız falqanın da boş olduğu müəyyən olunmuşdur. Daha sonra, Şahid1 tərəfindən qara rəngli balaca mebel masasının üzərindəki ağzı açıq vəziyyətdə olan göy rəngli çantanın içərisinə baxış keçirilməsi davam etdirilmişdir. Həmin çantanın içərisinə baxış keçirilərkən çantanın içərisindən 1 ədəd üzərində “Limon Duzu” sözləri yazılmış bağlama, 1 ədəd sınıq şüşə ampula, 2 ədədi 2,5 ml, 1 ədədi isə 2 ml qramlıq olmaqla ümumilikdə 3 ədəd boş şpris, 1 ədəd göy rəngli sellofanın içərisində qara rəngli tiryəkə bənzər maddə, 5 ədəd qara-qəhvəyi rəngli pambığa bənzər kütlə, 2 ədəd şəffaf rəngli paketlər, bu şəffaf rəngli paketlərin birinin içərisində üzərində narkotik vasitə qalıqları olması ehtimal edilən 2 ədəd şəffaf rəngli boş sellofanlar, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş qara rəngli pambığa və ya tiryəkə bənzər kütlə, digər ikinci şəffaf rəngli paketin içərisində isə əlavə 2 ədədi içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olan, 1 ədəd isə ağ rəngli toz halında kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olmaqla, ümumilikdə 3 ədəd şəffaf rəngli sellofan paketlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 aşkar olunan predmetlərdən 1 ədəd göy rəngli sellofanın içərisindəki qara rəngli kütlənin tiryək olduğunu və ona məxsus olduğunu, hətta videoçəkiliş zamanı həmin kütləni istifadə etmək istədiyini, şprislərin, sınıq şüşə ampulanın, müştüyün, “Limon Duzu” sözləri yazılan bağalamanın, qara-qəhvəyi rəngli pambıqların ona məxsus olduğunu bildirsə də, digər bükülülərin ona aid olmadığını qeyd etmişdir. Daha sonra, Şahid1 tərəfindən qara rəngli mebel masasının üzərində olan 2 ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükülüləri həmin masanın üzərində olan telefon altlığının içərisinə qoyularaq içərilərindəki kütlələrin nə olduğunun görünməsindən ötrü videokameranın qarşısına gətirmişdir. Həmin bükülülər açıldığında içərilərində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin bükülülərin də ona aid olmadığını bildirmişdir. Daha sonra, bu bükülülərin içərilərindəki kütlələrin dağılma ehtimalı olduğuna görə Şahid1 tərəfindən həmin bükülülər 1 ədəd qara-ağ rəngli kağız bükülünün içərisinə qoyulmuşdur. Bundan sonra, aşkar olunmuş yuxarıda qeyd olunan predmetlər 1 ədəd ağ rəngli zərfin üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs1 və anası Xavər Allahverdiyeva həmin zərfin üzərinə imza etməkdən imtina etsələr də, zərfin üzəri digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, həmin tikilidəki biri divanın üzərindən ikisi isə divara sancılmış vəziyyətdə olan bıçaqlar götürülərək 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda yerləşən həyətdəki digər tikiliyə də baxış keçirilsə də, oradan qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar edilməmişdir. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 134-136-cı vərəqələrində olan 19 aprel 2021-ci il tarixli baxış keçirilmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi avtomobil təmiri sexində saxladığı psixotrop maddə və narkotik vasitə qurudulmuş marixuananın harada olduğu soruşulmuş, sonuncu psixotrop maddənin avtomobil təmir sexinin köməkçi otağını göstərərək həmin istiqamətdə hərəkət etmişdir. Sonra Təqsirləndirilən şəxs2 əvvəlcə avtomobil təmir sexinin içərisinə baxış keçirmək məqsədi ilə getməməsi və gözləməsi tapşırılmış, Sonra əməliyyat müvəkilli Şahid1 avtomobilin təmir sexinə baxış keçirilməsi tapşırılmışdır. Avtomobil təmir sexinə Şahid1 tərəfindən baxış keçirilsə də, qanunla qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Sonra bir daha Təqsirləndirilən şəxs2 saxladığı narkotik vasitə və psixotrop maddəni təqdim etməsi təklif olunmuş, sonuncu avtomobil təmir sexinin köməkçi otağını göstərmiş, həmin istiqamətdə hərəkət etmişdir. Həmin yerə taxta pilləkən ilə Təqsirləndirilən şəxs2 və baxış iştirakçıları çıxaraq köməkçi otağa daxil olmuşlar. Qeyd edilən yer təxminən 2x6 metr ölçüdədir. Hündürlüyü təxminən 1 metr 50 sm təşkil etmişdir. Qeyd edilən yer taxtalar ilə sexin divarına bərkidilmişdir. Köməkçi otağın tavan ilə döşəməsi arasındakı məsafənin az olması baxışın keçirilməsinə çətinlik yaratmışdır. Ora daxil olan kimi orada sağ tərəfdə olan divanın üzərində qırmızı rəngdə sellofan paketin olduğu görünmüşdür. Əməliyyat müvəkkilli Şahid1 tərəfindən həmin paket açılmış, bu zaman içərisində yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kütlənin narkotik vasitə “nəşə” yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kütlə 1 ədəd ağ rəngli zərfə qoyulmuşdur. Zərfin üzəri Təqsirləndirilən şəxs2 və digər iştirakçılar tərəfindən imzalanmış, sonra baxış davam etdirilmişdir. Baxış zamanı orada divan ilə üzbəüz kreslonun üzərində 1 ədəd gümüşü rəngli bükülü aşkar edilmişdir. Həmin bükülü Şahid1 tərəfindən açıldığında, içərisində ağ kristal şəkilli kütlə aşkar olunmuşdur. Sonra həmin yerdən əlavə olaraq gümüşü rəngli falqalar da müəyyən edilmişdir. Sonra qeyd edilən gümüşü rəngli falqanın içərisində ağ kristal şəkilli kütlənin dağılmaması üçün əlavə olaraq 1 ədəd ağ kağıza bükülmüş, baxış davam etdirilmişdir. Baxış zamanı həmin yerdə balaca masanın üzərindən 1 ədəd qara rəngli müştük aşkar edilmişdir. Sonra həmin yerdə divarda 1 ədəd qara rəngli kisəcik aşkar edilmişdir. Həmin kisəciyin içərisində tütünə bənzər kütlə müəyyən edilmişdir. Sonra qeyd edilən yerə tam olaraq baxış keçirilmişdir. Baxış zamanı oradan qanunla qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunaraq götürülmüş 1 ədəd müştük 1 ədəd içərisində tütünə bənzər kütlə olan kisəciyin içərisinə qoyulmuşdur. Aşkar edilərək götürülmüş 1 ədəd əlavə olaraq ağ kağıza bükülmüş içərisində psixotrop maddə metamfetminə bənzər kütlə olan bükülü 1 ədəd ağ rəngli zərfə qoyulmuşdur. Sonra oradan üzərilərində psixotrop maddə metamfemtinin izləri olma ehtimalı olan 3 ədəd falqalar zərfə yerləşdirilmişdir. Bundan sonra, oradan götürülmüş 1 ədəd qara rəngli müştük və içərisində tütünə bənzər kütlə olan 1 ədəd kisəcik əlavə olaraq başqa zərfə qoyulub, işitrakçılar tərəfindən imzalanır və möhürlənir. Daha sonra, qeyd edilən yerə baxış davam etdirilsə də, qanunla qadağan olunan əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin, həmin köməkçi otaqdan çıxaraq avtomobil təmiri sexinin əsas hissəsinə qayıdıldığında masanın üzərində 1 ədəd karton qutu görünmüşdür. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən pay olaraq verilən cücələrin sexdə masanın üzərinə qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 qeyd edilən cücələri göstərərək, bu cücələrin ona Təqsirləndirilən şəxs1 tərəfindən verildiyini, 8 ədəd cücədən 3 ədədinin tələf olduğunu qeyd etmişdir. Bundan sonra, qeyd edilən 5 ədəd cücələr müvafiq qaydada götürülmüşdür. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 139, 181-183-cü səhifələrində olan 19, 20 aprel 2021-ci il tarixli maddi sübut kimi tanınmaq haqqında və işin İİ cild 111- 139-cu vərəqələrində olan 15 iyun 2021-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 14 aprel 2021ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişiklər edilməklə, ona CM-nin 228.4 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilsə də, Təqsirləndirilən şəxs2 21 aprel 2021-ci il tarixdə CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 234.4.1 və 234.4.2-ci, Cəbrayıl Mövlanverdiyev barəsində 234.1 və 234.4.1-ci maddələri, Zöhrab Lətifov barəsində isə CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evin həyətində olan tikilidən aşkar edilərək götürülmüş 0,469 qram qalıq çəkidə narkotik vasitə olan heroin kütləsi, 0,07 qram qalıq çəkidə psixotrop maddə metamfetamin kütləsi, 1,441 qram qalıq qalmış tiryək, göy çantanın içərisindən üzərlərində narkotik vasitə heroinin izləri olan 2 ədəd şəffaf polietilin kəsiyi, 1 ədəd şüşə ampula, 3 ədəd 2,5 ml-lik şpris, 1 ədəd boru şəkilli kağız əşya (müştük), 6 ədəd pambıq parçası, “Limon Duzu” yazısı olan paketdəki ağ rəngli kristallardan ibarət kütlə, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ov bıçağı, 1 ədəd ucu deşici xassəyə malik kustar üsulla kortik formada hazırlanmış suvenir qılınc, 1 ədəd ucu deşici xassəyə malik kustar üsulla hazırlanmış suvenir xəncər və Təqsirləndirilən şəxs2 işlədiyi avtomobil sexindən götürülmüş 0,213 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, 30,289 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd qara rəngli torbacıqda təmiz çəkisi 14,211 qram olan tütün kütləsi və 1 ədəd müştük iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına, Təqsirləndirilən şəxs2 işlədiyi Sumqayıt şəhəri 18ci mikrorayon ərazisində yerləşən avtomobil təmiri sexindən götürülmüş 8 ədəd “yaponka” adlanan cücədən geriyə qalmış 5 ədəd “yaponka” adlanan cücə maddi sübut kimi tanınaraq saxlanılması üçün Siyəzən rayon Baytarlıq İdarəsinə təhvil verilmiş, cücələrin qurd xəstəliyindən (askardidioz) tələf olması nəzərə alınmış, həmçinin X2 və Təqsirləndirilən şəxs1 üzərlərində 12 aprel 2021-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, Təqsirləndirilən şəxs1 12 aprel 2021-ci il tarixdə yaşadığı ünvan 5 ünvana, Təqsirləndirilən şəxs2 19 aprel 2021-ci il tarixdə işlədiyi Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində yerləşən avtomobil təmiri sexinə videoçəkiliş ilə keçirilmiş baxış görüntülərinin yaddaşına köçürüldüyü 4 ədəd, eləcə də DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 5 ədəd Kompakt disklər cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 247-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 may 2021-ci il tarixli tələbnamədən, eləcə də işin İİ cild 45-49-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 29 iyun 2016-cı tarixli, 1(059)-57/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 mart 2017-ci il tarixdə isə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 4 ay 21 gününü çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 248-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 117-118-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 4(059)-14/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 206-207-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 4(059)-16/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 65-68-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 31 may 2008-ci il təvəllüdlü Amid və 11 noyabr 2010-cu il təvəllüdlü Cahid adında iki yetkinlik yaşına çatmayan övladı olan ünvan 13 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 239-240-cı vərəqələrində olan arayışdan, doğum haqqında şəhadətnamənin surətindən, bu cildin 242-ci səhifəsindəki xasiyyətnamədən, həmçinin İİ cilddə olan digər doğum haqqında şəhadətnamənin surətindən görünür ki, himayəsində 19 aprel 2019-cu il təvəllüdlü Sevinc və 26 avqust 2021-ci il təvəllüdlü Vidadi adında iki azyaşlı övladı olan ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 barəsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil-Kommunal Sahəsinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddəni əldə etmə və ya saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitələri, həmçinin psixotrop maddəni satma, eləcə də qanunsuz olaraq soyuq silahı əldə etmə cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 şəxsi istehlak miqdarından artıq miqdarda 0,130 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, ümumi təmiz çəkiləri 0,569 qram narkotik vasitə heroini və 1,541 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki əldə edərək üzərində və yaşadığı ünvanda saxlaması, həmçinin 12 aprel 2021-ci il tarixdə, saat 12:00 radələrində saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə heroindən 0,081 qramının əynində olan qara rəngli cins şalvarın qabaq sağ balaca yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə, psixotrop maddə metamfetamindən 0,032 qramının əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 ədəd ağ-qara rəngli siqaret kağızı bükülüsündə aşkar olunaraq götürülməsi, əməliyyat-axtarış təbdirlərinin davamı olaraq yaşadığı ünvanda yerləşən toyuq-cücə saxlanılması üçün nəzərdə tutulan tikiliyə videoçəkilişlə keçirilən baxış zamanı xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin göy rəngli çantanın içərisində 1 ədəd göy polietilinə bükülmüş vəziyyətdə, narkotik vasitə heroinin 0,488 qramının isə göy rəngli çantanın içərisində və orada olan mebel masasının üzərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,216 qram, 0,048 qram, 0,010 qram, 0,005 qram, 0,138 qram və 0,071 olmaqla 4 ədəd şəffaf poletilin bükülüdə və 2 ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükülülərində, psixotrop maddə metamfetaminin 0,098 qramının göy rəngli çantanın içərisində 1 ədəd şəffaf sellofan bükülüdə qanunsuz olaraq saxlanması, habelə ayrı-ayrı vaxtlarda Cəbrayıl Mövlanverdiyevlə və Zöhrab Lətifovla əvvəlcədən razılıq əldə edərək, onları müəyyən iş və haqq müqabilində qanunsuz olaraq narkotik vasitə, həmçinin psixotrop maddə ilə təmin etməsi, eləcə də narkotik vasitə olan heroini X20 Mövlanverdiyev vasitəsilə göndərməsi, bununla da öz şəxsi maraqlarını təmin etməsi Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə, habelə psixotrop maddə satmasını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Eyni zamanda, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 13-cü bəndinə əsasən CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən əldə etdiyi zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını yaşadığı ünvanda saxlamış, bu soyuq silah 12 aprel 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı ünvan 5 evin həyətində yerləşən toyuq-cücə saxlanılması üçün nəzərdə tutulan tikilidəki divanın üzərindən aşkar olunaraq götürülmüşdür. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.4-cü və 234.2-ci maddələri ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməllərdə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə, həmçinin ictimai təhlükəsizliyə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, şəxsiyyətini, o cümlədən əvvəllər narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, yenidən bu dəfə də əvvəl olduğu kimi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, eyni zamanda, ictimai təhlükəsizlik əleyhinə kateqoriyadan olan cinayət əməllərini törətməsi onun törətdiyi əməllərin ictimai təhlükəliliyini xeyli dərəcədə artdığını, hüquqazidd əməllərini davam etdirməklə, narkotik vasitəni təbliğ etməklə, qanunsuz dövriyyəsində iştirakını bununla belə yuxarıda qeyd olunan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-cü və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 törədiyi bu əməldə, yəni qanunsuz olaraq ümumi təmiz çəkiləri 0,393 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 30,389 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək, Sumqayıt şəhərinin 18-ci mikrorayon “Daş Bazarı” deyilən ərazidə yerləşən fəaliyyət göstərdiyi avtomobil təmir sexinin köməkçi otağında saxlaması əməlində CM-nin 234.1-ci maddəsinin tərkibinin mövcud olduğu təsdiq olunsa da, CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin tövsifinə münasibət bildirərək hesab edir ki, istintaq orqanı tərəfindən onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırda isə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə yaranmış şübhələr onun ittiham edildiyi əmələ aidiyyətinin təsdiq edilməsinə maneə yaradır. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ittiham olunduğu əməl düzünə və yanakı sübutlarla təsdiq edilməlidir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq narkotik vasitə olan qurudulmuş marixuananı, eləcə də psixotrop maddə metamfetamini əldə edib işlədiyi avtomobilin təmiri sexində saxlaması öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmır. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 istinad edilən ittihamı verərkən onun təqsirləndirilən şəxs qismində cəlb edilərkən verdiyi ilkin ifadəyə istinad etsə də, məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 hər hansı bir psixotrop maddə almadığını bildirmişdir. Çünki, həm ibtidai araşdırmada, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 verdiyi ifadələrdə onun psixotrop maddəni birbaşa Təqsirləndirilən şəxs2 əldə etmək, sonuncunun isə Təqsirləndirilən şəxs1 satmaq niyyəti müəyyən edilməmiş, həmçinin işdə olan sübutlarda Təqsirləndirilən şəxs2 digər şəxslərə də psixotrop maddənin satışı faktı aşkarlanmamışdır. Hətta, bu hal 14 iyun 2021-ci il tarixli Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 üzləşdirilməsi zamanı da öz əksini tapmışdır. Digər tərəfdən təqsirləndirilən Təqsirləndirilən şəxs2 işlədiyi avtomobil təmir sexində saxlanılan psixotrop maddənin çəkisi şəxsi istehlak miqdarından artıq, yəni 0,393 qram kütlə şəkilində olsa da, ibtidai araşdırma orqanı tərəfindən hazırkı ittiham verilərkən bu hal nəzərə alınmamış, habelə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin mahiyyətini təşkil edən həmin psixotrop maddənin, eləcə də narkotik vasitənin bərabər şəkildə ayırmaqla bağlamalarda saxlanması, psixotrop maddənin, həmçinin narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması halları müəyyənləşdirilməmiş, həmçinin əməlin törədilmə şəraiti təfərrüatlı öyrənilməmişdir. Çünki, "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində bu hallar göstərilməklə, satış məqsədinin müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi xüsusilə vurğulanmışdır. Göründüyü kimi, əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq aşkar olunmuş psixotrop maddənin, eləcə də narkotik vasitənin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, hazırlanmasının və s. hərəkətlərin satış məqsədi ilə edilməsi sübuta yetirilməlidir. Narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq əldə olunaraq saxlanılırsa, həmin əməl narkotik vasitənin şəxsi istehlak miqdarından artıq istənilən miqdarda olduğu halda da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası CPM-nın 21-ci maddəsinin İİ və İİİ bəndlərinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 1-ci bəndinin 4-cü abzasına əsasən yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 ittihamın verilməsi üçün əsas hesab edilən, habelə sonuncuya Təqsirləndirilən şəxs1 tərəfindən mənfəət (qazanc) kimi verildiyi ehtimal edilən maddi sübut kimi tanınmış 8 ədəd cücənin cinayət yolu ilə əldə edilməsi, habelə Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittiham, yəni digər Təqsirləndirilən şəxs1 psixotrop maddənin satılması üzləşdirmə istintaq hərəkəti zamanı, habelə onların sonrakı ifadələrində öz təsdiqini tapmamasına baxmayaraq, bu ittiham kifayət qədər mötəbər sübut sayılmayan, psixotrop maddənin satışına münasibətdə hadisənin birbaşa şahidi olmayan polis əməkdaşlarının ifadələrinə əsaslanmaqla verilmişdir ki, burada da, Təqsirləndirilən şəxs2 niyyətinin mənfəət əldə etməsi, o cümlədən psixotrop maddəni satmaq olması öz təsdiqini tapmamışdır. Eyni zamanda, tədqiq edilmiş digər sübutlarda, o cümlədən, maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş DİN BİKİ-dən alınmış Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında edilmiş zənglərə dair məlumatların yerləşdiyi 1 ədəd CD diskdə təqsirləndirilən şəxslərin bir-birilə rabitə vasitəsilə əlaqələrinin olması təsdiq edilsə də, bunun məhz narkotik vasitənin və ya psixotrop maddənin alış-satışı ilə bağlı olması halı müəyyən edilməmişdir. Beləliklə, Qanunun və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarınan müddəaları ilə iş üzrə müəyyən edilmiş sübutların əlaqəli şəkildə təhlili Təqsirləndirilən şəxs2 əməlində CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ittihamın cinayət işi üzrə müəyyən edilmiş sübutların məcmuyu ilə təsdiq olunmaması və ehtimallara əsaslanması barədə qənaətə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində qeyd olunmuşdur ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində isə təsbit edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsində sübutlar sadalanmış, onların aşağıdakılardan ibarət olduğu müəyyən edilmişdir. 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Qeyd olunan Məcəllənin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Beləliklə, iş materiallarından görünür ki, ibtidai araşdırma orqanı kifayət qədər sübut olmadan əsassız olaraq Təqsirləndirilən şəxs2 qanunsuz olaraq psixotrop maddə satması və çalışdığı avtotəmir sexində aşkar edilmiş qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə saxlaması, yəni həmin vasitə və maddəni saxlamaqda onları satmaq niyyətinin olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İbtidai istintaq bu zaman şəxsi mülahizəyə əsaslanmış, buna kifayət qədər mötəbər sübutlar olmadığı halda, ehtimallar əsasında Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 psixotrop maddə satması, aşkar edilmiş maddə və vasitəni saxlamaqda onu satmaq niyyətinin olması qənaətinə gəlmişlər. Halbuki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. “Hoanq Fransaya qarşı” işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır (CPM 349.3). Məhkəmə hökmünün əsaslığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə iclasında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 psixotrop maddə satması və çalışdığı avtotəmir sexində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni saxlamaqda onu satmaq niyyətinin olması işdə olan mötəbər sübutlarla müəyyən olunmadığından onun əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotikpsixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq narkotik vasitə olan qurudulmuş marixuananı, eləcə də psixotrop maddə metamfetamini əldə edib çalışdığı sexdə saxlaması ilə əlaqədar əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etsə də, həmin vasitə və maddə satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmadığından, əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və ona qeyd olunan maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən qismən peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşağının olmasını və barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, buna baxmayaraq şəxsiyyətini, habelə barəsində olan yüngülləşdirici halları, o cümlədən himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 1/3 hissəsi həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 19 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evin həyətində olan tikilidən aşkar edilərək götürülmüş 0,469 qram qalıq çəkidə narkotik vasitə olan heroin kütləsi, 0,07 qram qalıq çəkidə psixotrop maddə metamfetamin kütləsi, 1,441 qram qalıq qalmış tiryək, göy çantanın içərisindən üzərilərində narkotik vasitə heroinin izləri olan 2 ədəd şəffaf polietilen kəsiyi, 1 ədəd şüşə ampula, 3 ədəd 2,5 ml-lik şpris, 1 ədəd boru şəkilli kağız əşya (müştük), 6 ədəd pambıq parçası, “Limon Duzu” yazısı olan paketdəki ağ rəngli kristallardan ibarət kütlə, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ov bıçağı, 1 ədəd ucu deşici xassəyə malik kustar üsulla kortik formada hazırlanmış suvenir qılınc, 1 ədəd ucu deşici xassəyə malik kustar üsulla hazırlanmış suvenir xəncər və Təqsirləndirilən şəxs2 işlədiyi avtomobil sexindən götürülmüş 0,213 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, 30,289 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd qara rəngli torbacıqda təmiz çəkisi 14,211 qram olan tütün kütləsi və 1 ədəd müştük hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin X2 və Təqsirləndirilən şəxs1 üzərilərində 12 aprel 2021-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, Təqsirləndirilən şəxs1 12 aprel 2021-ci il tarixdə yaşadığı ünvan 5 ünvana, Təqsirləndirilən şəxs2 19 aprel 2021-ci il tarixdə işlədiyi Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində yerləşən avtomobil təmiri sexinə videoçəkiliş ilə keçirilmiş baxış görüntülərinin yaddaşına köçürüldüyü 4 ədəd, eləcə də DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 5 ədəd Kompakt disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, iş üzrə maddi sübut olan Siyəzən rayon Baytarlıq İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs2 işlədiyi Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində yerləşən avtomobil təmiri sexindən götürülmüş 5 ədəd “yaponka” adlanan cücələrin qurd xəstəliyindən (askardidioz) tələf olması nəzərə alınmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə məsrəfi hesab olunan cəmi 370,82 manat müştərək qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 12 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 19 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evin həyətində olan tikilidən aşkar edilərək götürülmüş 0,469 qram qalıq çəkidə narkotik vasitə olan heroin kütləsi, 0,07 qram qalıq çəkidə psixotrop maddə metamfetamin kütləsi, 1,441 qram qalıq qalmış tiryək, göy çantanın içərisindən üzərilərində narkotik vasitə heroinin izləri olan 2 ədəd şəffaf polietilen kəsiyi, 1 ədəd şüşə ampula, 3 ədəd 2,5 ml-lik şpris, 1 ədəd boru şəkilli kağız əşya (müştük), 6 ədəd pambıq parçası, “Limon Duzu” yazısı olan paketdəki ağ rəngli kristallardan ibarət kütlə, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ov bıçağı, 1 ədəd ucu deşici xassəyə malik kustar üsulla kortik formada hazırlanmış suvenir qılınc, 1 ədəd ucu deşici xassəyə malik kustar üsulla hazırlanmış suvenir xəncər və Təqsirləndirilən şəxs2 işlədiyi avtomobil sexindən götürülmüş 0,213 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, 30,289 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd qara rəngli torbacıqda təmiz çəkisi 14,211 qram olan tütün kütləsi və 1 ədəd müştük hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin X2 və Təqsirləndirilən şəxs1 üzərilərində 12 aprel 2021-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, Təqsirləndirilən şəxs1 12 aprel 2021-ci il tarixdə yaşadığı ünvan 5 ünvana, Təqsirləndirilən şəxs2 19 aprel 2021-ci il tarixdə işlədiyi Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində yerləşən avtomobil təmiri sexinə videoçəkiliş ilə keçirilmiş baxış görüntülərinin yaddaşına köçürüldüyü 4 ədəd, eləcə də DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 5 ədəd Kompakt disklər cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan Siyəzən rayon Baytarlıq İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs2 işlədiyi Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində yerləşən avtomobil təmiri sexindən götürülmüş 5 ədəd “yaponka” adlanan cücələrin qurd xəstəliyindən (askardidioz) tələf olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə məsrəfi hesab olunan cəmi 370,82 (üç yüz yetmiş manat 82 qəpik) manat ekspertiza xərci müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X11, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-2/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-2/2022
18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver