Məhkəmə qərarları › İş №1(059)-2/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-2/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-2/2023 13.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 13 mart 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 11 avqust 1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Qalaşıxı kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 127.2.3-cü və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,390 qram heroini və 0,345 qram psixotrop maddə metamfetamini üzərində saxlamış, 16 iyun 2022-ci il tarixdə, saat 00:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanılmasında şübhəli olduğu üçün idarə etdiyi H533XX 05 rus dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomobillə Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində hərəkətdə olarkən saxlanılaraq gətirildiyi RPŞ-nin inzibati həyətində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın arxa sağ cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə 0,390 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə 0,345 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, 05 avqust 2022-ci il tarixdə, saat 17:30-da Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən avtoyuma məntəqəsinə gələrək, orada işləyən Zərərçəkmiş şəxs 04 avqust 2022-ci il tarixdə Siyəzən RPŞ-nin qarşısında ona bacısı qızı Şahid3 yaşadığı ünvana gəlməməsini irad bildirməklə, küçədə onu təhqir etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs yumruqla bir dəfə sifət nahiyyəsinə, təpiklə isə sol qoluna vuraraq ona üzün sol yarısının yumşaq toxumalarının əziyi və sol dirsək sümüyünün orta üçdə biri hissəsinin yerini dəyişən qapalı qəlpəli sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilsə də, digər əmələ münasibətdə CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Bundan bir neçə müddət öncə tanışı Şahid2 Zərərçəkmiş şəxs bacısı qızı olduğunu sonradan bildiyi Şahid3 yaşadığı Siyəzən rayonunun Balaca Həmyə kəndində yerləşən evinə soyuducu aparmasını xahiş etmiş, habelə Natiq ilə birlikdə Arzunun yaşadığı evə soyuducunu aparmışdır. Bundan bir neçə gün sonra, Ceyhun onunla rastlaşıb Arzunun bacısı qızı olduğunu, Natiqin onların yaşadığı evə gedib-gəldiyini bildirib, ondan, Arzugilin yaşadığı evə getməməsini istəmişdir. Həmin vaxt Ceyhuna Natiq ilə birlikdə taksi kimi Arzugilin yaşadığı evə getdiyini, habelə sonuncunu tanımadığını bildirmişdir. Bundan sonra, Siyəzən rayonunun Balaca Həmyə kəndi ərazisi ilə dənizdən gələrkən, Ceyhun və həmin kəndin təxminən 20 nəfərə yaxın sakinin əllərində dəmir və taxta parçaları ilə avtomobilinin qarşısını kəsib, kəndə gələrkən avtomobilini yüksək sürətlə hərəkət etdirdiyini və avtomobili ilə kənd yolunda toz qaldırdığını bildirmişlər. Bu zaman avtomobilindən düşməmiş, habelə Siyəzən RPŞ-nin əməkdaşı Dilşən müəllimin zənginə əsasən rayon Polis Şöbəsinə getmişdir. Orada olarkən təxminən 7-8 nəfər Balaca Həmyə kənd sakini və Ceyhun da oraya gəlmiş, bu zaman sonuncu polis əməkdaşlarının yanında ünvanına nalayiq ifadələr işlədib, onu təhqir etmiş, Dilşən müəllim isə Ceyhunu və onunla birgə gələn şəxsləri RPŞ-dən uzaqlaşdırmışdır. Səhəri gün yəni, 05 avqust 2022-ci il tarixdə, saat təxminən 18:00 radələrində Natiq ilə görüşüb, baş vermiş hadisə barədə ona məlumat vermiş, habelə sonuncu ilə birlikdə Ceyhunun işlədiyi avtoyuma məntəqəsinə getməyi qərarlaşdırmışdır. Həmin vaxt tanışı Məhəmmədəlinin Niva markalı avtomobil ilə keçdiyini görüb, ondan onları Ehram adlı şəxsə məxsus avtotəmir məntəqəsinə tərəf aparmasını xahiş etmiş, bu zaman Xalıq adlı şəxs də Məhəmmədəlinin avtomobilində olmuşdur. Beləliklə, Ceyhun işlədiyi avtoyuma məntəqəsinə gəldikdə, Məhəmmədəli və Xalıq avtomobildə gözləsələr də, Natiq avtomobildən enib, onunla birlikdə məntəqəyə daxil olmuşdur. Həmin vaxt Natiqdən də avtomobildən enməməsini istəsə də, sonuncu buna əməl etməmişdir. Orada olarkən Natiq Ceyhundan ondan üzr istəməsini tələb edərkən, sonuncu əvvəl üzr istəməyəcəyini, yaxşı edib onu nalayiq ifadələr ilə təhqir etdiyini bildirsə də, sonra əsəbi olduğu üçün onu təhqir etdiyini bildirmişdir. Bu zaman Ceyhuna əsəbi olsa da, valideynlərini təhqir etməməli olduğunu bildirib, sonuncunun sol çənə nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurmuş və o, həmin an yerə yıxılmışdır. Bundan sonra, gəldiyi avtomobilə əyləşib, oradan getsə də, Ceyhun avtomobildən bıçaq götürəcəyini və onu bıçaqla vuracağını zənn edib ayağa qalxıb, qaçmış və bu zaman yıxıldığına görə qolu sınmışdır. Belə ki, bu barədə sonradan oradan işləyən şəxslərdən eşitmişdir. Bundan başqa, həmin gün yaşadığı evdə olarkən Natiq Arzugilin sərinkeşinin xarab olduğunu bildirmiş, habelə onlar sərinkeşi təmir etmək üçün Arzugilə getmiş və oraya yenicə çatdıqları vaxt polis əməkdaşları onu tutub, rayon Polis Şöbəsinə aparmışlar. Bundan əlavə, narkotik vasitələrdən tutulmamışdan az əvvələ kimi istifadə etmiş, habelə üzərində aşkar edilmiş narkotik vasitələri də tutulmamışdan az əvvəl “Pirin altı” deyilən ərazidə tapmışdır. Tarixini hazırda xatırlamadığı vaxt yaşadığı Siyəzən rayonunun Qalaşıxı kəndindən qayınanasıgilin yaşadığı rayonun Zarat kəndinə uşaqlarını məktəbdən gətirmək üçün gedərkən, yaşadığı kəndin aşağı hissəsində yerləşən fermaların yanında polis əməkdaşları tərəfindən saxlanılmış, habelə üzərində şəxsi axtarış keçirilməsi üçün Siyəzən RPŞ-yə gətirilmişdir. Orada üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın arxa sağ cibindən bir büküm narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Bildirir ki, narkotik vasitə heroindən istifadə etmiş, üzərindən aşkar edilmiş bükümün içərisində də narkotik vasitə “kakos” heroin olmuş, lakin, hadisənin üzərindən uzun müddət keçdiyindən üzərində aşkar edilmiş bükümün içərisində əlavə bükümdə psixotrop maddə metamfetamin olmasını xatırlamır. Beləliklə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikasının CM-in 127.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən öncə də, həmkəndlisi kimi tanımış, onunla aralarınada heç bir ədavət və düşmənçilikləri olmamış, normal münasibətləri olmuşdur. Bundan başqa, Siyəzən şəhərinin H. Əliyev küçəsi ərazisində avtoyuma məntəqəsi işlətməklə, Siyəzən rayonunun, Balaca Həmyə kəndində ailəsi ilə birlikdə yaşayır, həmçinin bacısı Gülsədəf qızları ilə birlikdə həmin kənddə, onunla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tək, sonradan isə Natiq adlı şəxs ilə bacısı Gülsədəfgilə gəldiyini müşahidə etdiyindən, İlqar ilə görüşüb, ona həmkəndli olduqlarını, ondan yaşca böyük olduğunu bildirib, etdiyi hərəkətlərə son qoymasını istəmiş, sonuncu isə onunla razılaşmışdır. Bundan bir müddət sonra isə, İlqarın avtomobilini kəndin ərazisində saxladığını, özünün isə yenədə bacısıgilə gəldiyini müşahidə etmiş, həmçinin, həmin ərəfədə həmkəndlilərindən İlqarın avtomobilinə görə rayon Polis Şöbəsinə aparıldığını eşidib, oraya getmiş, habelə RPŞ-nin cərimə meydançasında sonuncuya etdiyi hərəkətlərin bəyənilmədiyini, kəndin yiyəsiz olmadığını bildirib, hərəkətlərinə son qoymasını istəmişdir. Tarixini dəqiq xatırlamadığı vaxt, təxminən 2022-ci ilin avqust ayının əvvəlində, saat 17:30 radələrində işlədiyi avtoyuma məntəqəsində lal-kar olan oğlu Ümid və qaynı Bəxtiyar Eyvazovla birlikdə əyləşib çay içərkən İlqar avtomobillə, habelə özündən başqa üç nəfər şəxs ilə birlikdə məntəqəyə gəlmiş, bu zaman İlqar və əvvəllər tanımadığı Natiq adlı şəxs məntəqəyə daxil olub, onu bayıra dəvət etmiş, İlqarın ondan üzr istəyəcəyini zənn edib, sonuncularla birlikdə məntəqənin arxa tərəfindən bayıra çıxdığında, onlar məntəqənin qapısını bağlamışlar. Həmin vaxt İlqar ilə birlikdə gələn digər iki nəfər şəxs avtomobildə qalmış, habelə qaynı oradan uzaqlaşıb Ehram adlı şəxsin avtomobil təmiri sexinə tərəf getsə də, oğlu məntəqədə əyləşmişdir. Məntəqənin çölündə olduqları vaxt Natiq İlqardan üzr istəməsini tələb etdikdə, hansı səbəbdən üzr istəməli olduğunu soruşub, İlqarın ondan üzr istəməli olduğunu bildirdiyində, sonuncu sağ əli ilə üzünün sol nahiyəsindən yumruq zərbəsi endirmiş, zərbənin təsirindən huşunu itirib, yerə, Natiq və İlqarın önünə yıxıldığında isə sonunculardan hansısa təpiklə sol qoluna zərbə endirmişdir. Bundan sonra, ayağa qalxıb, oradan qaçmış, habelə yaxınlıqda olan “Çıraq qala” restoranının sahibi Qiyas adlı şəxs vəziyyətini görüb, ona su vermiş, habelə Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng vurub, hadisə barədə məlumat vermiş, həmçinin oraya gəlmiş post-patrul xidmətinin əməkdaşlarının köməkliyi ilə rayon xəstəxanasına aparılmışdır. Orada olduğunda qol sümüyünün sındığı məlum olmuş, habelə qoluna gips bağlandıqdan sonra, rayon Polis Şöbəsinə aparılıb, izahatı alınmışdır. Qolu yerə yıxıldığı üçün deyil, İlqar və ya Natiqin təpiklə zərbəsindən sonra sınmışdır. Həmçinin, sonradan Sumqayıt şəhərində yerləşən xəstəxanaların birində əməliyyat olunmuş, habelə sınan qol sümüyünə metal şrift qoyulmuş, buna 1500 manat xərc çəkmişdir. Buna görə Təqsirləndirilən şəxs ona maddi yardım göstərməsə də, sonuncunun qardaşı köməklik edəcəyinə söz vermişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyildir, sonuncu ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, onun bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Zərərçəkmiş şəxs hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində İlqarın sol qol nahiyyəsinə bir dəfə təpik zərbəsi endirdiyini, daha sonra isə bir dəfə təpiklə xaya nahiyyəsinə vurduğunu bildirmişdir. Bu səbəbdən də, Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadə işin faktiki hallarına münasibətdə bu hissədə obyektiv həqiqəti çatdırmaqla, daha əsaslı, inandırıcı və mötəbər hesab edilməli, o cümlədən nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisəyə qədər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. 15 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat aparatında daxil olmuş məlumata əsasən əməliyyat qrupu yaradılmış, habelə qrupun tərkibinə Siyəzən RPŞ-nin İTB-nin mərhum polis sahə rəisi X11, PPXT-nın polis nəfəri X9 və DYPB-nin YPX-nin inspektoru X3 daxil edilmiş, habelə 16 iyun 2022-ci il tarixdə, saat 00:30-da Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, hazırda xatırlamadığı rus dövlət qeydiyyat nömrəli avtomobili ilə Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində tərəflərindən saxlanılmış və rayon Polis Şöbəsinə dəvət olunmuşdur. RPŞ-də olarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin müdafiə hüququ izah olunmaqla, üzərində keçiriləcək şəxs axtarışda və idarə etdiyi avtomobilə keçiriləcək baxışda Müdafiəçi da iştirakı təmin edilmiş və eyni zamanda, faktla bağlı araşdırma aparılması RPŞ-nin İB-nin müstəntiqi X10 həvalə olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif əsasında əynində olan boz rəngli şalvarın sağ arxa cibindən iki ədəd gümüşü rəngli siqaret folqası bükülüsünü təqdim edərək avtomobilinin qabaq baqajının üzərinə qoymuş və bundan sonra, bükülülərə baxış keçirilərkən, birinin içərisində kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər, digərinin içərisində isə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlələrin olduğu müəyyən olunmuşdur. Daha sonra, təqdim edilmiş bükülülər müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilsə də, oradan qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və ya psixi təsirə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 10 il olar tanımaqla, sonuncu ilə aralarında hər hansı bir düşmənçilikləri və ya ədavətləri olmayaraq, onunla çox yaxın dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs “Beşbarmaq pirinin üstü” deyilən ərazidə qəssab kimi fəaliyyət göstərir, ondan kəsdiyi heyvanların baş və ayaq hissələrini təmənnasız, əti isə təmənnalı şəkildə əldə edib, ailəsi ilə birlikdə istifadə edir. Tarixini dəqiq xatırlamadığı vaxt, 17 iyun 2022-ci il tarixindən təxminən iki gün öncə “baş-ayaq” üçün Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng vursa da, həmin nömrəyə zəng çatmamışdır. Bundan sonra, Xəyal adlı tanışı ilə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Qalaşıxlı kəndindəki evinə getmiş, sonuncu həmin vaxt üçün “baş-ayaq”ın olmadığını, lakin həmkəndlisi Əli adlı şəxsə ona “baş-ayaq” verməsini tapşıracağını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs Xəyalın Sumqayıt şəhərinə getdiyini bildirib, onu Siyəzən şəhərinə gətirməsini, müqabilində avtomobilinə 5 manat məbləğində yanacaq alacağını təklif etdiyində, sonuncu təklifini qəbul etməyib, onunla birlikdə olan Rəhim adlı şəxsi “Pirin üstü” deyilən əraziyə aparmalı olduğunu, sonra isə qayınatasıgildə olan ailəsini evinə gətirmək üçün getməli olduğunu bildirmişdir. Bundan sonra, o, Xəyal adlı şəxsin avtomobili, İlqar isə onlardan öndə idarəçiliyində olan avtomobil ilə hərəkətdə olarkən, əvvəl İlqarın, sonra isə onların avtomobili polis əməkdaşları tərəfindən saxlanılmış, habelə üzərilərində şəxsi axtarış həyata keçirilməsi üçün rayon Polis Şöbəsinə aparılmışlar. Uzun müddət öncə Təqsirləndirilən şəxs iki büküm narkotik vasitə qurudulmuş marixuana tapması barədə ona bildirmiş, habelə onlar həmin narkotik vasitəni birlikdə istifadə etmişlər. Lakin, bundan sonra birlikdə narkotik vasitə qəbul etməmiş, həmçinin uzun müddət olar narkotik vasitə istifadə etməmişdir. Bununla belə, Şahid4 məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, təxminən 1 ay müddət olar narkotik vasitə olan qurudulmuş marixuana, düşəndə isə narkotik vasitə olan heroindən istifadə edir. Təqsirləndirilən şəxs 2010-cu ildən tanımaqla, əvvəllər onunla aralarında heç bir ədavət və düşmənçilik olmamış, bir neçə dəfə sonuncu ilə birlikdə qurudulmuş marixuanadan istifadə etmiş, İlqarın özü ona qurudulmuş marixuananı təşkil etdiyini və ona lazım olarsa təşkil edəcəyini bildirmişdir. Buna görə də o, təxminən 1-2 gün bundan əvvəl İlqara məxsus ***- ***-**-** saylı mobil telefon nömrəsinə istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrədən zəng vuraraq istifadə etmək üçün qurudulmuş marixuana istəmiş, sonuncu isə ona bir baş nəşəni 5 manata satdığını bildirmiş, habelə razılaşdıqdan sonra İlqarla “Beşbarmaq” pirinin altı deyilən ərazidə görüşmüş və ondan 5 manat pulun müqabilində bir baş nəşə, yəni, qurudulmuş marixuana almış, həmçinin aldığı narkotik vasitə qurudulmuş marixuananı sonuncu ilə birlikdə istifadə etmişdir. Bundan başqa, o, 15 iyun 2022-ci il tarixdə, saat 21:00 radələrində İlqarın ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vuraraq, borclu olduğu 15 manat pulunu qaytarmaq məqsədi ilə görüşmək istədiyini bildirmiş, həmçinin istifadə etmək üçün ondan bir büküm narkotik vasitə heroin istəmişdir. Həmin vaxt İlqar ona Qalaşıxı kəndində olduğunu və onun üçün bir büküm heroini 5 manata təşkil edəcəyini bildirmişdir. Bundan sonra o, Siyəzən şəhərindən dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobili ilə “Beşbarmaq” pirinin altı deyilən əraziyə getmiş, orada Siyəzən şəhər sakini Xəyal adlı şəxsi görmüş, sonuncudan onu Qalaşıxı kəndində yerləşən qəbristanlığa aparıb-gətirməsini, bunun müqabilində ona 5 manat benzin pulu verəcəyini bildirmiş, habelə razılaşdıqdan sonra Xəyala məxsus Hyundai markalı avtomobilə əyləşmiş və onlar birlikdə Qalaşıxı kəndi istiqamətinə doğru hərəkət etməyə başlamışlar. Yolda olarkən Xəyal ona “birdən Qalaşıxı kəndinə nəşə üçün gedərsən, mən içəridən təzə çıxmışam, məni zibilə salma” deyə bildirdikdə, o, Xəyala “mal” almağa getdiyini bildirmiş və bu zaman sonuncu idarə etdiyi avtomobili saxlamışdır. O, ilk əvvəl avtomobildən aşağı düşmək istəsə də, sonradan fikrindən yayınmış və avtomobildən aşağı düşməyib, geri qayıdarkən Qalaşıxı kənd yolunda polis əməkdaşları avtomobili saxlamış və onları RPŞ-yə dəvət etmişlər. Daha sonra o, Xəyal ilə birlikdə rayon Polis Şöbəsinə gəlmiş, oranın həyətində Xəyala məxsus avtomobilə baxış, onun və Xəyalın üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman nə avtomobildən, nə də ki, onların üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Şahid4 məhkəmə iclasında məhkəməyədək istintaq zamanı verdiyi ifadədən fərqli ifadə verməsini, həmin vaxt ifadəsini oxumaması, habelə oxuması üçün şərait yaradılmaması, həmçinin polis əməkdaşlarının təzyiqi və təsiri altında yazması ilə əlaqələndirmiş, habelə polis əməkdaşlarının Təqsirləndirilən şəxs vurmasının, zərbənin təsirindən sonuncunun qulağının ciddi zədə almasının şahidi olduğuna, onunla ləyaqətini alçadan formada rəftar edildiyinə görə adından yazılmış ifadənin altına imza etməsinə səbəb olduğunu göstərmiş, hazırda məhkəmə istintaqı zamanı tam sərbəst, aşkar və ədalətli məhkəmə araşdırması çərçivəsində verdiyi ifadənin reallığı əks etdirməklə, həqiqətə söykəndiyini qeyd etməklə, məhkəmə istintaqı zamanı verdiyi ifadənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Şahid4 hazırda verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, bu şahid məhkəmə istintaqı dövründə səmimi olmaqla, baş verənləri təfərrüatlı şəkildə izah etmiş, habelə bu zaman fikirlərini səlis şəkildə ifadə etməklə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin həqiqi mahiyyətini aydınlaşdırmışdır. Bu səbəbdən də, Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadə obyektiv həqiqəti çatdırmaqla, daha əsaslı, inandırıcı və mötəbər hesab edilməli, o cümlədən nəzərə alınmalıdır. Məhkəmə iclasında Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımaqla, sonuncularla heç bir ədavət və düşmənçiliyi yoxdur, habelə Təqsirləndirilən şəxs ilə ailəvi dostluq münasibətləri vardır. Bundan başqa, 04 avqust 2022-ci il tarixdə Siyəzən RPŞ-nin inzibati binasının həyətində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətmiş, sonuncu isə sonradan bu barədə ona bildirmişdir. 05 avqust 2022-ci il tarixdə, təxminən nahardan sonra, o, İlqar və Xalıq Məmmədəli adlı şəxsin ağ rəngli, “Niva” markalı avtomobili ilə Ceyhunun işlətdiyi avtoyuma məntəqəsinə getdikdə, həmin vaxt Xalıq və Məmmədəli avtomobildə qalsalar da, o, dostu İlqarın ünvanına işlədilmiş nalayiq ifadəni öz ünvanına işlədilmiş kimi qəbul etdiyindən, sonuncu ilə birlikdə avtomobildən düşüb, məntəqəyə daxil olmuşdur. Həmin vaxt Ceyhunun qayını Bəxtiyar adlı şəxs də orada olmuş, bu zaman o, Bəxtiyar ilə birlikdə məntəqədə dayanmış, Ceyhun ilə İlqar məntəqənin arxa tərəfinə açılan qapısından çölə çıxmış, habelə təxminən 3-4 dəqiqə davam edən söhbətləri zamanı, sonuncu Ceyhundan hansı səbəbdən polis əməkdaşlarının yanında ünvanına nalayiq ifadə işlətdiyini soruşmuş, Ceyhun isə əsəbi olduğunu bildirib, üzrxahlıq etmişdir. Həmin vaxt, Ceyhun və İlqarın söhbət etdiyi yer ilə dayandığı yerin arasında təxminən 5-6 metr məsafə olsa da, sonuncunun Ceyhunu vurmasını görməmiş, həmçinin söhbətləri zamanı səs-küyün qalxmasını eşitməmişdir. Eyni zamanda, məntəqədən çıxdıqlarında Bəxtiyarla əl ilə görüşərək, sağollaşıb, sonuncudan qulluğunun olub-olmadığını soruşmuşdur. Bundan əlavə, 05 avqust 2022-ci il tarixdə axşam saatlarında Arzu zəng edərək evlərində sərinkeşin nasaz olduğunu bildirdiyindən, İlqar ilə birlikdə onlara getmiş, orada İlqar sərinkeşi təmir etdiyi ərəfədə mağazaya getmiş, geri döndüyündə isə sonuncunun polis əməkdaşları tərəfindən RPŞ-yə aparıldığını bilmişdir. Bu zaman RPŞ-yə zəng vurub, bu barədə maraqlandığında, onun da, rayon Polis Şöbəsinə gəlməli olduğunu bildirmişlər. Səhəri gün yəni, 06 avqust 2022-ci il tarixdə, saat təxminən 08:00 radələrində Siyəzən RPŞ-yə gedib, orada Əhməd müəllimin qəbulunda olmuş, həmin vaxt sonuncu Ceyhunu vurduğunu soruşduqda, orada olan Ceyhun onu vurduğunu bildirmiş, əli ilə sinə nahiyəsinə zərbə endirdikdə də, Ceyhunu vurmadığını, habelə sonuncunu kimin vurduğunu görmədiyini qeyd etmişdir. Məhkəmə Şahid2 ifadəsinə qiymət verərək qeyd edir ki, şahid Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımaqla, sonuncularla heç bir ədavət və düşmənçiliyi olmasa da, Təqsirləndirilən şəxsla ailəvi dostluq münasibətlərinə görə, habelə iş üzrə təqsirləndirilən şəxs tərəfindən ifadə verməsi baxımından və beləliklə də, işin nəticəsi ilə bağlı maraqlı olduğundan, eyni zamanda verilmiş şahid ifadəsi təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş vermiş hadisənin həqiqi müqəddaratına aydınlıq gətirmədiyindən əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin, məhkəmə Şahid2 məhkəmə istintaqı zamanı veridiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, şahidin bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Məhkəmə iclasında Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs dayısı, Təqsirləndirilən şəxs isə sevgilisi Şahid2 dostudur. Dayısı Zərərçəkmiş şəxs ilə Siyəzən rayonunun Balaca Həmyə kəndində qonşuluqda yaşasalar da, münasibətləri yoxdur, ailə üzvlərindən qardaşından savayı onunla heç kim danışmır. Bundan başqa, anası Natiqə evləri üçün sərinkeş almağa pul verdiyindən, 05 avqust 2022-ci il tarixdə axşam saatlarında Natiq İlqar ilə birlikdə, sonuncuya məxsus ağ rəngli, VAZ 2107 markalı avtomobillə onlara gəlib, aldığı sərinkeşi gətirmişdir. Bundan bir qədər sonra, polis əməkdaşları yaşadıqları evə gəlib, İlqarı RPŞ-yə aparmışlar. Həmin vaxt Natiq mağazaya getdiyindən, sonuncuya qayıtdıqdan sonra bu barədə bildirmişdir. Eyni zamanda o vaxt İlqarın hansı səbəbdən saxlanılması barədə məlumatlı olmasa da, sonradan polis əməkdaşlarından Ceyhunun İlqarı söydüyünü, həmçinin sonuncu tərəfindən Ceyhunun döyüldüyünü eşitmişdir. Bundan əlavə, İlqar Natiq ilə birlikdə onların evinə gəlib-getmiş, dayısı Ceyhundan fərqli olaraq İlqar onlara maddi köməklik göstərmişdir. Ona görə də, zənn edir ki, Ceyhun paxıllıq etdiyindən İlqarın ünvanına nalayiq ifadə işlətmişdir. Bundan başqa, İlqar yaşadığı Siyəzən rayonunun Balaca Həmyə kəndinə gələrkən avtomobilini yüksək sürətlə hərəkət etdirməmiş, habelə sonuncunun onlara gəlməsi kənd sakinlərinin narazıçılığına səbəb olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 27-28-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 məhkəmə-tibb ekspertizasının 06 avqust 2022-ci il tarixli, 171 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üzün sol yarısının yumşaq toxumalarının əziyi və sol dirsək sümüyünün orta üçdəbiri hissəsinin yerini dəyişən qapalı qəlpəli sınığı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti 05 avqust 2022-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 122-123-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2022-ci il tarixli, 6/3375 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası DİN Arayışlar üçün №96 dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazıları və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,390 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 bir ədəd bükümdə təmiz çəkisi 0,345 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,295 qram, narkotik vasitə heroinin qalıq çəkisi isə 0,340 qram təşkil etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 55 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 11-12-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 05 iyul 2022-ci il tarixdə verilmiş 3652 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 10-15-ci vərəqələrində olan 06 avqust 2022-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan, fotoşəkillərdən və bu cildin 62-65-ci vərəqələrində olan üzləşdirmədə dindirmə protokolundan görünür ki, baxış Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən “Çıraq qala” restoranının yanındakı avtoyuma məntəqəsində keçirilmişdir. Məntəqə 1 mərtəbəli olmaqla, mişar daşları ilə inşa edilmişdir. Giriş qapısı plastik materialdan aşağı-yuxarı enən formadadır. İçəri daxil olduqda, arxa hissəsinə çıxışda bir laylı dəmir qapı vardır. Arxa hissəsində otlaq sahəsi, kol-kos vardır. Zərərçəkmiş şəxs baxış zamanı avtoyuma məntəqəsinin arxa hissəsində olan qapının yanındakı yeri göstərib, Təqsirləndirilən şəxs onu həmin yerdə döydüyünü və xəsarət yetirdiyini bildirmişdir. Avtoyumanın məntəqəsinin yaxınlığında “Çıraq qala” restoranı, giriş hissəsindən kənarlarda isə sexlər vardır. İş üçün əhəmiyyət kəsb etmədiyindən hadisə yerində əşya və ya predmet aşkarlanmamış və götürülməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs üzləşdirmə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla vurduğunu, bu zaman sonuncunun zərbənin təsirindən yerə yıxılıb, digər xəsarəti aldığını etiraf etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 106-107-ci vərəqələrində olan 16 iyun 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 16 iyun 2022-ci il tarixdə, saat 01:08-dən saat 01:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində Siyəzən RPŞ-nin inzibati həyətində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə əynində olan boz rəngli şalvarın arxa sağ cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə, psixotrop maddə metamfetaminə bənzər kütlə isə digər 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi, həmçinin sonuncunun icazəsi ilə idarə etdiyi H533XX 05 rus dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomobilə baxış zamanı əlavə qanunla qadağan edilmiş predmet aşkar edilməmişdir. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 17-34-cü vərəqələrində olan 12 oktyabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 234.1-ci maddələrindən həmin məcəllənin 127.2.3 və 234.2-ci maddələrinə tövsif olunmaqla, Təqsirləndirilən şəxs həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Həmçinin, qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,340 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 0,295 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təvhil verilmiş, eyni zamanda, digər maddi sübutlar Təqsirləndirilən şəxs üzərinə 16 iyun 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd Kompakt disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 168-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 100-cü vərəqəsində olan 16 iyun 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 161-162-ci vərəqələrində olan 17 iyun 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 199-200-cü vərəqələrində olan 08 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə qərarın ləğv edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin şərtlərini pozduğuna görə 08 avqust 2022-ci il tarixdə bu qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 214-216-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 4(059)-31/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 174-175-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan, eləcə də İİ cilddə iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 03 dekabr 2008-ci il təvəllüdlü Zəhra və Fatimə, 23 noyabr 2011-ci il təvəllüdlü Məhəmmədəli, 11 fevral 2016cı il təvəllüdlü Qaim adında dörd yetkinlik yaşına çatmayan uşaqları olmaqla, Siyəzən rayonunun Qalaşıxı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir rəsmi və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin İİ cildində olan zərərçəkmiş şəxsin 31 yanvar 2023-cü il tarixdə tərtib etdiyi ərizədən görünür ki, o, təqsirləndirilən şəxsi bağışlamaqla, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs münasibətdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, onun əməllərində CM-nin 127.2.3cü və 234.1-ci maddələrinin tərkibinin mövcud olduğu təsdiq olunsa da, CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətinin olmadığı müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi göstərilən maddənin tərkibinin yaranması üçün zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xuliqanlıq niyyəti ilə törədilməlidir. "Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 15-ci bəndinə əsasən həyat üçün təhlükəliliyin olmaması, Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilmiş və hazırkı “Qaydalar”ın İ fəslində qeyd edilmiş ağır zərər vurmanın əlamət və nəticələrinin olmaması, sağlamlığın uzun müddət pozulması, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi az ağır zərər vurmanın əlamətlərinə aiddir. Bu Qaydaların 16-cı bəndinə əsasən sağlamlığın uzun müddət pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən (3 həftədən) çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-dən 33%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 məhkəmə-tibb ekspertizasının 06 avqust 2022-ci il tarixli rəyindən də göründüyü kimi Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş üzün sol yarısının yumşaq toxumalarının əziyi və sol dirsək sümüyünün orta üçdəbiri hissəsinin yerini dəyişən qapalı qəlpəli sınığı səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərəçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs digər əməlinə münasibətdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törədiyi digər əməldə, yəni istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,390 qram heroini və 0,345 qram psixotrop maddə metamfetamini üzərində saxlaması, 16 iyun 2022ci il tarixdə, saat 00:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanılmasında şübhəli olduğu üçün idarə etdiyi H533XX 05 rus dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomobillə Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində hərəkətdə olarkən saxlanılaraq gətirildiyi RPŞ-nin inzibati həyətində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın arxa sağ cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə 0,390 qram çəkidə narkotik vasitə heroinin və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə 0,345 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi, onun bu əməlində CM-nin 234.1-ci maddəsinin tərkibinin mövcud olduğunu təsdiq etsə də, CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi digər cinayət əməlinin tövsifinə münasibət bildirərək hesab edir ki, istintaq orqanı tərəfindən onun digər əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırda isə təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istinad edilən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə yaranmış şübhələr onun ittiham edildiyi həmin əmələ aidiyyətinin təsdiq edilməsinə maneə yaradır. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ittiham olunduğu əməl düzünə və yanakı sübutlarla təsdiq edilməlidir. Təqsirləndirilən şəxs qanunsuz olaraq, şəxsi istehlak miqdardan artıq narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlaması öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmır. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs istinad edilən ittihamı verərkən ondan narkotik vasitə olan heroini əldə etməmiş Şahid4 verdiyi ilkin ifadəyə istinad etsə də, məhkəmə iclası zamanı Şahid4 Təqsirləndirilən şəxs israrla narkotik vasitə almadığını bildirmiş, hətta, müraciəti əsasında Siyəzən rayon prokurorluğunda 29 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilsə belə, 28 iyun 2022-ci il tarixdə rayon prokurorluğuna etdiyi müraciətində 15 iyun 2022-ci il tarixdə Siyəzən RPŞ-də olarkən polis əməkdaşları tərəfindən fiziki şiddətə məruz qaldığını göstərmiş, bununla da o, Təqsirləndirilən şəxs qarşı verdiyi ilkin ifadəsini təkzib etmişdir. Digər tərəfdən, Siyəzən RPŞ-nin müstəntiqinin 12 oktyabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması barədə qərarında Siyəzən RPŞ-dən alınmış 12 oktyabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavab raportunda X4 adına olan nömrədən narkotik vasitələrin qəbulu ilə məşğul olan Şahid4 istifadə etməsinin, 24 may 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək olan müddət ərzində sonuncu ilə Təqsirləndirilən şəxs arasında danışıqların məhz narkotik vasitələrin satışı ilə əlaqədar olmasının və bütün hallarda Şahid4 Təqsirləndirilən şəxs bir büküm istifadəlik heroini 10 manata almasının göstərilməsinə, həmçinin, 15 iyun 2022-ci il tarixdə, axşam saat 20:21 radələrində Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün telefonla razılaşmasının, bu vaxdan bir az sonra narkotik vasitəni almaq üçün Xəyal Abdullayevlə birlikdə gedərkən sonuncunun yolda Şahid4 narkotik vasitə alacağını bildiyindən avtomaşını Qalaşıxı kənd yolundan geri döndərmək istədiyini qeyd etməsinə baxmayaraq, məhkəməyədək istintaq zamanı ifadəsi alınmış X1 Güləliyevin narkotik vasitəni kimdən alacağını bilmədiyini ifadə etmiş, eyni zamanda, tədqiq edilmiş digər sübutlarda, o cümlədən, maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** saylı mobil nömrə ilə Şahid4 ***-***-**-** saylı mobil nömrəsi arasında edilmiş zənglərə və mesaj yazışmalarına dair məlumatların yerləşdiyi 1 ədəd Kompakt diskdə təqsirləndirilən şəxslərin bir-birilə rabitə vasitəsilə əlaqələrinin olması təsdiq edilsə də, bunun məhz narkotik vasitənin alış-satışı ilə bağlı olması halı müəyyən edilməmişdir. Bundan əlavə, Siyəzən RPŞ-nin müstəntiqinin 12 oktyabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması barədə qərarında keçirilmiş tədbir zamanı saxlanılmış Təqsirləndirilən şəxs üzərinə baxış zamanı onun Şahid4 satmağa gətirdiyi narkotik vasitə olan heroinin üzərindən aşkar olunaraq, götürüldüyü qeyd olunsa da, “satmağa gətirdiyi” ifadəsinin hər hansı bir mötəbər sübuta söykənmədən yazılması artıq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi törədilməsi istinad edilən əməlin heç bir dəlilə əsaslanmayan ehtimal olunan düşüncədən ibarət olmasına dəlalət etmişdir. Bundan başqa, qeyd olunan narkotik vasitənin alınıbverilməsi birbaşa, yəni əməliyyat-axtarış fəaliyyəti nəticəsində müəyyən edilməsə də, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham, yəni Tural Güləlilyevə narkotik vasitənin satılması sonrakı istintaq hərəkətlərində öz təsdiqini tapmamasına baxmayaraq, bu ittiham sonradan məhz sonuncunun özü tərəfindən təkzib edilmiş ilkin ifadəsinə əsaslanmaqla verilmişdir ki, burada da, Təqsirləndirilən şəxs niyyətinin mənfəət əldə etməsi, o cümlədən narkotik vasitəni satmaq olması öz təsdiqini tapmamışdır. Eyni zamanda, Siyəzən RPŞ-nin müstəntiqinin 12 oktyabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması barədə qərarında əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik aludəçisi olmasının müəyyən edilmədiyi, məhz onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatların daxil olduğu göstərilsə də, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə, saat 00:30-da idarə etdiyi “VAZ 2107” markalı, H533XX 05 rus dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində saxlamaqla, Siyəzən RPŞ-yə aparılmasını təmin etmiş RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid1 də məhkəmə iclasında ifadəsində və sorğu zamanı Təqsirləndirilən şəxs barəsində əməliyyat aparatına daxil olmuş məlumatın sonuncunun narkotik vasitə saxlaması və istifadə etməsi barədə olduğunu bir daha vurğulamışdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 05 iyul 2022-ci il tarixdə verilmiş məhkəmə-narkoloji ekspertizasının rəyində opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu da göstərilmişdir. Bu halın mövcudluğu isə Siyəzən RPŞ-nin müstəntiqinin 12 oktyabr 2022-ci il tarixli qərarında Təqsirləndirilən şəxs barəsində göstərdiklərinin əksinə, sonuncunun narkotik aludəçisi olmasının isbatıdır. Azərbaycan Respublikası CPM-nın 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Digər tərəfdən təqsirləndirilən şəxsdə saxlanılan narkotik vasitənin və psixotrop maddənin çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda olsa da, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin mahiyyətini təşkil edən həmin vasitənin və maddənin bərabər şəkildə ayırmaqla bağlamalarda saxlanması, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması halları müəyyənləşdirilməmiş, həmçinin əməlin törədilmə şəraiti təfərrüatlı öyrənilməmiş, ibtidai araşdırma orqanı tərəfindən hazırkı ittiham verilərkən qeyd olunan hallar ümumiyyətlə nəzərə alınmamışdır. Çünki, "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq aşkar olunmuş narkotik vasitənin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, hazırlanmasının və s. hərəkətlərin satış məqsədi ilə edilməsi sübuta yetirilməlidir. Narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq əldə olunaraq saxlanılırsa, həmin əməl narkotik vasitənin şəxsi istehlak miqdarından artıq istənilən miqdarda olduğu halda da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. Beləliklə, Qanunun və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarınan müddəaları ilə iş üzrə müəyyən edilmiş sübutların əlaqəli şəkildə təhlili Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ittihamın cinayət işi üzrə müəyyən edilmiş sübutların məcmuyu ilə təsdiq olunmaması və ehtimallara əsaslanması barədə qənaətə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində qeyd olunmuşdur ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində isə təsbit edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsində sübutlar sadalanmış, onların aşağıdakılardan ibarət olduğu müəyyən edilmişdir. 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Qeyd olunan Məcəllənin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Beləliklə, iş materiallarından görünür ki, ibtidai araşdırma orqanı kifayət qədər sübut olmadan əsassız olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə üzərində saxlaması, yəni həmin predmetləri saxlamaqda onu satmaq niyyətinin olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İbtidai istintaq bu zaman şəxsi mülahizəyə əsaslanmış, buna kifayət qədər mötəbər sübutlar olmadığı halda, ehtimallar əsasında Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə satması və aşkar edilmiş narkotik vasitəni saxlamaqda onu sonuncuya satmaq niyyətinin olması qənaətinə gəlmişlər. Halbuki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. “Hoanq Fransaya qarşı” işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır (CPM 349.3). Məhkəmə hökmünün əsaslığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə iclasında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni saxlamaqda onu satmaq niyyətinin olması işdə olan mötəbər sübutlarla müəyyən olunmadığından onun əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi qiymətləndirilməlidir. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 5ci bəndinə əsasən heroin 0,15 qramdan artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İİ Siyahının 67-ci bəndinə əsasən metamfetamin 0,15 qramdan artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlaması ilə əlaqədar əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, o, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etsə də, həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmadığından, əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və ona qeyd olunan maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Bununla da, Təqsirləndirilən şəxs tərəfindən törədilən qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində dörd yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun ictimai faydalı işlə məşğul olmamasını, törətdiyi əməldə bilvasitə və bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs şəxsiyyətini və ibtidai araşdırma dövründə cəmiyyətdən təcrid edilməməsinə baxmayaraq, ibtidai araşdırma orqanının humanist mövqeyinə zidd hərəkət edib, islah yoluna qədəm qoymayıb, narkotik aludəçisi olaraq hüquqazidd hərəkətlərini davam etdirməsini, yeni cinayət törətməyə meylliyini, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişinin gələcəkdə ailə üzvlərinə, o cümlədən himayəsindəki yetkinlik yaşına çatmayan uşaqların tərbiyəsinə mənfi təsir göstərə biləcəyini, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdən 17 iyun 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 06 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,340 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 0,295 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üzərinə 16 iyun 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, qəti olaraq təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 06 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,340 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 0,295 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üzərinə 16 iyun 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar