Məhkəmə qərarları › İş №1(059)-2/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-2/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-2/2024 27.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 27 fevral 2024-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(059)- 65/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Siyəzən Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 7(059)-21/2022 saylı qərarı ilə ona sözügedən məhkəmənin 16 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.5-ci maddəsinə əsasən 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 16 fevral 2023-cü il tarixdə cəza müddəti başa çatmış, hadisə törədərkən üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, A. Zahirov küçəsi, ev 34 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin177.2.1-civə 177.2.3-cü maddələri, 23 avqust 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 1(059)-52/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 26 dekabr 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış, məhkəmənin qeyd olunan hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 01 (bir) gününü çəkmiş, 27 fevral 2024-cü il tarixə bu cəzanın 01 (bir) iİ 06 (altı) ay 29 (iyirmi doqquz) günü hissəsi çəkilməmiş qalmış, hazırda üzərində məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, 06 aprel 2023-cü il tarixdə, saat 22:00 radələrində Zərərçəkmiş şəxs Siyəzən rayonu Zarat kəndində yerləşən saxlanc yeri hesab edilən evinə pəncərədən qanunsuz daxil olaraq oradan 01 ədəd dəyəri 30 manat olan “Candan” markalı elektrik ütüsünü, 01 ədəd dəyəri 40 manat olan “Shimge” markalı QB60G modelli su nasosunu, 01 ədəd dəyəri 35 manat olan “Bosch” markalı PST 800 PEL modelli elektrik mişarını, 03 ədəd hər birinin dəyəri 12 manat olmaqla ümumilikdə 36 manat olan dəst şəkildə üzərində “Royal” firmasına məxsus olan “nabor dizayn ventiley, pramoy (xrom) yazıları olan dəmir əşyalarını, 01 ədəd dəyəri 30 manat olan “Makito” markalı laqondanı, 01 ədəd dəyəri 40 manat olan “Shimge” markalı su nasosunu və 01 ədəd dəyəri 50 manat olan 03 ədəd adapter ilə cərəyan yığan elektrik drelini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 261 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, 06 aprel 2023-cü il tarixdə, saat 22:00 radələrində Zərərçəkmiş şəxs Siyəzən rayonu Zarat kəndində yerləşən saxlanc yeri hesab edilən evinə pəncərədən qanunsuz daxil olaraq oradan 01 ədəd dəyəri 30 manat olan “Candan” markalı elektrik ütüsünü, 01 ədəd dəyəri 40 manat olan “Shimge” markalı QB60G modelli su nasosunu, 01 ədəd dəyəri 35 manat olan “Bosch” markalı PST 800 PEL modelli elektrik mişarını, 03 ədəd hər birinin dəyəri 12 manat olmaqla ümumilikdə 36 manat olan dəst şəkildə üzərində “Royal” firmasına məxsus olan “nabor dizayn ventiley, pramoy (xrom) yazıları olan dəmir əşyalarını, 01 ədəd dəyəri 30 manat olan “Makito” markalı laqondanı, 01 ədəd dəyəri 40 manat olan “Shimge” markalı su nasosunu və 01 ədəd dəyəri 50 manat olan 03 ədəd adapter ilə cərəyan yığan elektrik drelini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 261 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə təxminən 5 ildir dostluq münasibətləri vardır. Bundan başqa, oğurluq hadisəsindən təxminən 10-15 gün əvvəl Siyəzən rayonunun Zarat kəndində Zərərçəkmiş şəxs Məzahir oğluna məxsus evin həyətində qaynaqçı işi görərək, günlük hazırlamış, habelə sonuncunu tanımağına vasitəçi olan şəxsə görə gördüyü işin müqabilində Zərərçəkmiş şəxs pul almamışdır. Bundan sonra, yəni 06 aprel 2023-cü il tarixdə yaşadığı Siyəzən şəhərinin A. Zahirov küçəsindəki 34 saylı evdə bir qədər işləyib, sonra orada Təqsirləndirilən şəxs2 ilə birlikdə yemək yedikləri zaman sonuncuya Zərərçəkmiş şəxs məxsus sözügedən evdən oğurluq etməyi təklif etmiş, habelə oğurluq etməyi qərara alıb, həmin gün, saat 22:00 radələrində Təqsirləndirilən şəxs2lə razılığa gələrək, qeyd olunan evə yollanmışlar. Həmçinin qeyd edir ki, həmin ev bir mərtəbəli olmaqla, üç otaq və bir qarajdan ibarətdir. Evin həyətyanı sahəsi daş hasar əvəzinə ağaclar ilə bağlı olduğundan ilk öncə həyətə, evin qapısının açıq olmasından xəbəri olmadığı üçün evin pəncərəsindən içəri daxil olmaqla, qaraja keçmişdir. Beləliklə, oradan dəyəri 30 manat olan 01 ədəd “Candan” markalı elektrik ütüsünü, dəyəri 40 manat olan 01 ədəd “Shimge” markalı, QB60G modelli su nasosunu, dəyəri 35 manat olan 01 ədəd “Bosch” markalı, PST 800 PEL modelli elektrik mişarını, hər birinin qiyməti 12 manat olmaqla, ümumilikdə 36 manat dəyərində 03 ədəd dəst şəkildə üzərində “Royal” firmasına məxsus olan “nabor dizayn ventiley, pramoy (xrom) yazıları olan dəmir əşyaları və 01 ədəd dəyəri 50 manat olan 03 ədəd adapter ilə cərəyan yığan elektrik drelini götürsə də, dəyəri 30 manat olan 01 ədəd “Makito” markalı laqondanı və dəyəri 40 manat olan 01 ədəd digər “Shimge” markalı su nasosunu oğurlamamış, habelə oğurladığı bütün avadanlıqlar atası Şahid tərəfindən zərərçəkmiş şəxsə qaytarılmışdır. Eyni zamanda, evdən oğurluq edərkən tək olmuş, habelə evdə olduğu 30 dəqiqə ərzində Təqsirləndirilən şəxs2 onu çöldə gözləmişdir. Belə ki, oğurladığı əşyaları torbaya yığıb, Əkbərə zəng vurmuş, sonra, sonuncunun idarəçiliyində olan “VAZ 21011” markalı, sarı rəngli avtomobilin sağ qabaq oturacağına əyləşib, həmin əşyaları da ayaq altına qoymuşdur. "xxxx" ASC-nin qarşısı ilə hərəkətdə olarkən əks istiqamətdən gələn “Mercedes C-Class” markalı avtomobilin içərisinə baxmaq üçün sürəti azaltdıqda, orada Siyəzən RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X2 və iki nəfər polis əməkdaşının olduğunu görüb, avtomobili saxlamışlar. Sonra, avtomobildən enib İlqar Hüseynov ilə görüşdüklərində, sonuncu onların haradan gəldikləri ilə maraqlanmaqla, üzərilərinə və avtomobilə baxış keçirmiş, habelə avtomobildəki torbanın içərisində nə olduğunu soruşduqda isə, iş alətlərinin olduğunu bildirsələr də, İlqar Hüseynov həmin əşyaların foto şəkillərini çəkib, getmişdir. Daha sonra, avtomobilin yanacağı bitdiyi üçün gecəni orada qalsalar da, növbəti gün, səhər saat 06:00 radələrində yolda hərəkətdə olan motosikletdən yanacaq alıb, yaşadıqları evə qayıtmışlar. Bu zaman, o yaşadığı evə getsə də, Əkbər isə işə getmiş, buna görə də, torbanı özü ilə götürüb, evə qoysa da, axşam saatlarında Əkbərlə görüşüb, oğurladıqları avadanlıqları satması üçün sonuncuya vermişdir. Belə ki, oğurladıqları avadanlıqları satmaqla əldə edəcəkləri pulu aralarında bölməli olsalar da, Əkbər həmin avadanlıqları satmamış, habelə sonuncudan hansı səbəbdən satmadığını soruşmamışdır. Daha sonra, polis əməkdaşları tərəfindən saxlanılmış, habelə həmin avadanlıqlar atası Şahid tərəfindən Əkbərin avtomobilindən götürülərək, RPŞ-nin əməkdaşlarına təhvil verilmişdir. Bundan başqa, polis əməkdaşları tərəfindən 48 saat saxlanıldıqdan sonra sərbəst buraxılmış, habelə polis əməkdaşları tərəfindən təzyiq və ya təsirə məruz qalmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Təqsirləndirilən şəxs2 münasibətdə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq, belə hesab edir ki, Təqsirləndirilən şəxs1 bu cür ifadə verməsi digər Təqsirləndirilən şəxs2 gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs1 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə tanışdır. Heç bir düşmənçilik və ya ədavəti yoxdur. Rəsmi olaraq heç bir yerdə işləməsə də, ustalıq edərək qazanc əldə edir. Əkbər taksi fəaliyyəti ilə məşğul olur. O, Siyəzən rayonunun Zarat kəndində Zərərçəkmiş şəxs evində usta kimi işləmiş, habelə sonuncunun Siyəzən rayonu Zarat kəndində evi olsa da orada deyil, Bakı şəhərində yaşayır. Əkbər də onu mütəmadi olaraq işini bitirdikdən sonra həmin evdən götürüb evinə aparırmış, söhbət əsnasında o, işlədiyi ev sahibinin Bakı şəhərində yaşadığını öyrənmişdir. 06 aprel 2023-cü il tarixdə, saat 22:00 radələrində Əkbər onu iş yerindən yəni İmaməlinin evindən götürəndə kirayə pulunun vaxtı gəldiyini, pulunun olmadığını işlədiyi evdən oğurluq etməyi ona təklif etmiş, o da, onunla razılaşmışdır. Onlar bundan sonra, İmaməlinin evinin həyətinə girmiş, bundan sonra o, evin həyətində gözləmiş, lakin Əkbər evin pəncərəsindən evə daxil olmuşdur. Bir qədər sonra, Əkbər evdən əlində böyük kisə ilə çıxmış, bundan sonra o, Əkbərə kömək etmiş və həmin kisəni maşının yük yerinə qoymuş, sonra onlar oradan uzaqlaşmışlar. X13 ASC-nin yaxınlığında olan zaman polis əməkdaşları onları saxlamış, haradan gəldiklərini soruşmuş, Əkbər onlara rayonun Zarat kəndindən gəldiklərini bildirmişdir. Bundan sonra, polislər maşının yük yerinə baxmaq istədiklərini onlara demiş, Əkbər də maşının yük yerin açmış və sonuncu evdən götürdüyü həmin torbanı açıb polis əməkdaşların göstərdik də, torbanın içərisində 01 ədəd “Candan” markalı elektrik ütüsünün, 01 ədəd “Shimge” markalı QB60G modelli su nasosunun, 01 ədəd “Bosch” markalı PST 800 PEL modelli elektrik mişarının, 03 ədəd dəst şəkildə üzərində “Royal” firmasına məxsus olan “nabor dizayn ventiley, pramoy (xrom) yazıları olan dəmir əşyalarının, 01 ədəd “Makito” markalı laqondanın, 01 ədəd “Shimge” markalı su nasosunuun və 01 ədəd 03 ədəd adapter ilə cərəyan yığan elektrik direlinin olduğunu görmüşdür. O, polis əməkdaşlarına həmin əşyaların özünə məxsus olduğunu, iş yerindən götürdüyünü bildirmiş, bundan sonra polis əməkdaşları oradan uzaqlaşmışlar. Onlar da oradan evə gəlmiş, Əkbər də, həmin əşyaları özü ilə aparmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə təxminən 5 ildir dostluq münasibətləri vardır. Bundan başqa, narkotik vasitələrdən istifadə etmir, həmçinin Təqsirləndirilən şəxs1da, narkotik vasitə istifadə etdiyini görməmişdir. 06 aprel 2023-cü il tarixdə, saat 22:00 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Siyəzən şəhərinin A. Zahirov küçəsindəki 34 saylı evdə sonuncu ilə çay içdikdən sonra, Xəyal ona bacısının əri Hikmətin evində iş görəcəyini, lakin avadanlıqlarının işlədiyi Siyəzən rayonunun Zarat kəndində olduğunu qeyd edib, onları gedib gətirməyi xahiş etdikdə, o, Xəyala həmin avadanlıqların oğurluq olmadığı təqdirdə gedib gətirə biləcəklərini bildirmişdir. Bundan sonra, sonuncu ilə birlikdə Siyəzən rayonun Zarat kəndinə yollanmışlar, habelə orada Xəyal avtomobildən enib, onun kimə məxsus olduğunu bilmədiyi evə daxil olub və bundan təxminən 30 dəqiqə sonra sonuncu içərisində avadanlıqlarının olduğunu bildirdiyi torba ilə gələrək, avtomobilin qabaq sağ oturacağında əyləşmiş, habelə həmin torbanı ayağının altına qoymuşdur. "xxxx" ASC-nin qarşısı ilə hərəkətdə olarkən əks istiqamətdən gələn “Mercedes C-Class” markalı avtomobili görüb, idarə etdiyi avtomobili saxlamış, bundan sonra Xəyal avtomobildən enmişdir. Bu vaxt, Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili X6 haradan gəldikləri ilə maraqlanmaqla, üzərilərinə və avtomobilə baxış keçirmiş, habelə avtomobildəki torbanın içərisində nə olduğunu soruşmuş, o, taksi sürücü olduğunu, Xəyal isə işlədiyi yerdən avadanlıqlarını gətirdiyini, avtomobildəki torbanın içərisindəkinin iş alətlərinin olduğunu bildirsə də, İlqar Hüseynov həmin əşyaların foto şəkillərini çəkib, getmişdir. Bundan sonra, avtomobillərinin yanacağı bitdiyi üçün hərəkət edə bilməyib, gecəni orada qalsalar da, növbəti gün, səhər saat 06:00 radələrində yolda hərəkətdə olan motosikletdən yanacaq alıb Xəyalın yaşadığı evə getmişlər. Bundan sonra, Xəyal torbanı özü ilə götürüb evə getsə də, su nasosu onun avtomobilinin arxa oturacağının üzərində qalmış, eyni zamanda, 07 aprel 2023-cü il tarixdə, axşam saatlarında Xəyal ilə görüşsə də, sonuncu həmin torbanı ona verməmişdir. Bundan təxminən 1 həftə sonra X6 tərəfindən Siyəzən RPŞ-yə çağırılmış, sonuncuya məxsus olmaqla, RPŞ-nin inzibati binasının 3-cü mərtəbəsində yerləşən kiçik otağında İlqar Hüseynov da daxil olmaqla, ümumilikdə RPŞ-nin 6 nəfər polis əməkdaşının, o cümlədən X3 yanında oğurluq hadisəsindən məlumatının olmadığını təkidlə bildirsə də, orada işgəncəyə məruz qalmışdır. Belə ki, həmin polis əməkdaşları tərəfindən yerdə uzadılaraq baş və bədən nahiyələrinə sillə və təpik zərbələri endirilmiş, habelə 48 saat saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Bundan təxminən 1 ay sonra yenidən, bu dəfə Siyəzən RPŞyə X9 tərəfindən çağırılmış, RPŞ-nin həyətində sonuncu və İlqar Hüseynov qoluna girərək, onu təkrarən sonuncunun otağına aparılıb, orada yenə oğurluğu Təqsirləndirilən şəxs1la birgə törətməyini etiraf etməsi üçün həmin polis əməkdaşları tərəfindən hədələrə, habelə işgəncəyə məruz qalmışdır. Bütün bunları məhkəmə iclasında bildirəcəyini düşündüyündən, həmin vaxt döyülməyi barədə rayon prokurorluğuna şikayət verməmiş, habelə həkim müayinəsində olmamışdır. Bundan əlavə, RPŞ-də olarkən polis əməkdaşlarına Siyəzən rayonunun Zarat kəndinə taksi sürücüsü kimi getdiyini bildirsə də, Təqsirləndirilən şəxs1 onunla birlikdə oğurluğa getdiyini söyləmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittihamla təqsirli bilməməsinə dair məhkəməyədək və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Siyəzən RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması, həmçinin digər Təqsirləndirilən şəxs1la oğurluqda iştirak etməməsini qeyd etməsi, bununla da təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır, habelə gələcəkdə özünün cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə təqsirli olması, digər Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə istintaq dövründə verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidin məhkəməyədək və məhkəmə istintaqında verdiyi ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisədən öncə tanımamış, habelə sonunculara qarşı ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Siyəzən rayonunun Zarat kəndində yerləşən evinin həyətində qaynaqçı işi görsə də, onu evində usta işləyən İlqar adlı şəxs gətirmiş, bu səbəbdən də, Xəyalla əvvəllər tanışlığı olmamaqla, yanaşı görməmişdir. 09 aprel 2023-cü il tarixdə, saat 10:00 radələrində Siyəzən rayonunun Zarat kəndində yerləşən bir mərtəbəli, üç otaqdan ibarət evinə arvadı Afət ilə birlikdə gəlmiş, habelə qonaq otağının pəncərəsinin açıq olduğunu görmüşdür. Sözügedən evin giriş qapısına açarı daxil edib içəri keçmək istəsə də, qapı içəri tərəfdən cəftə ilə bağlı olduğundan açılmadığına görə, oradan təsadüfən keçib balıq ovuna gedən qardaşı İzətulla Nəcəfovun kiçik qızının əri Vasifi görüb, açıq pəncərədən evə daxil olmasını istəmişdir. Beləliklə, sonuncu evə daxil olub giriş qapısının içəridən cəftə ilə bağlı olduğunu bildirmiş, habelə qapını açmış və içəri keçmişlər. Evə baxış keçirərkən, içərinin dağınıq olduğunu, habelə 01 ədəd “Candan” markalı elektrik ütüsünün, 01 ədəd “Shimge” markalı QB60G modelli su nasosunun, 01 ədəd “Bosch” markalı PST 800 PEL modelli elektrik mişarının, 03 ədəd dəst şəkildə üzərində “Royal” firmasına məxsus olan “nabor dizayn ventiley, pramoy (xrom) yazıları olan dəmir əşyalarının, 01 ədəd “Makito” markalı laqondanın, 01 ədəd “Shimge” markalı su nasosunun və 03 ədəd adapter ilə cərəyan yığan elektrik direlinin oğurlandığını görüb, Siyəzən RPŞ-nin İTB-nin sahə polis nəfəri Cavani Allahyarova məlumat vermişdir. Daha sonra, evə gəlmiş polis əməkdaşlarına adı çəkilən əşyaların oğurlanmasını bildirməklə, ərizəsində qeyd etmişdir. Polis əməkdaşları evində usta işləmiş İlqar adlı şəxsi ora çağırıb kiminlə işləməsini soruşduqda, sonuncu Təqsirləndirilən şəxs1 ilə birlikdə evində işlədiyini bildirmişdir. Bu zaman, RPŞ-nin İTB-nin rəisi Səbuhi Zeynalov məsələnin aydın olmasını qeyd edib, şəkillər göstərərək fotodakı əşyaların ona məxsus olub-olmamasını soruşduqda, sonuncuya həmin əşyaların onun oğurlanan əşyalarının olmasını bildirmişdir. Bundan sonra, polis əməkdaşları əşyaların əvvəllərdə oğurluq törətdiyinə görə məhkum olunmuş, Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığını bildirmişlər. Eyni zamanda, oğurlanan əşyalarını Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqi Mərifət Ağazadədən təhvil almışdır. Bu səbəbdən də, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 09 aprel 2023-cü il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları yaşadığı Siyəzən şəhərinin A.Zahirov küçəsindəki 34 saylı evə gəlib oğlu Təqsirləndirilən şəxs1 axtardıqlarını bildirmişlər. Bu vaxt sonuncunun evdə olmamaqla, harada olması barədə hər hansı məlumatının olmadığını qeyd etmişdir. Bundan sonra, Siyəzən RPŞ-yə gedib Təqsirləndirilən şəxs1 hansı səbəbdən axtarılması ilə maraqlandıqda, polis əməkdaşları Xəyalın, Təqsirləndirilən şəxs2 ilə birlikdə Siyəzən rayonunun Zarat kəndindən oğurluq etdiklərini bildirmişlər. Beləliklə, evə qayıtdıqdan sonra oğurladığı əşyaların harada olmasını soruşmaq üçün Xəyal ilə əlaqə saxladıqda, sonuncu ona həmin əşyaların Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanında olduğunu bildirmişdir. Bundan sonra, sözügedən ünvana gedib içərisində Zərərçəkmiş şəxs evindən oğurlanmış su nasosu olan torbanı Əkbərin qardaşından təhvil almış, sonra isə, qayıdıb yaşadığı evin zirzəmisindən 01 ədəd “Candan” markalı elektrik ütüsünü, 01 ədəd “Bosch” markalı PST 800 PEL modelli elektrik mişarını, 03 ədəd dəst şəkildə üzərində “Royal” firmasına məxsus olan “nabor dizayn ventiley, pramoy (xrom) yazıları olan dəmir əşyalarını, 01 ədəd “Shimge” markalı su nasosunu və 03 ədəd adapter ilə cərəyan yığan elektrik drelini də götürüb Siyəzən RPŞ-nin TQ-nin təhqiqatçısı Eldar Şükürova təhvil vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 26-28-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli, 9/2813 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti o cümlədən, təqdim edilmiş mallar 1 ədəd çamadanı ilə birgə, “Candan” markalı elektrik ütüsünün qiyməti 30 manat, 1 ədəd işlək vəziyyətdə olan “Shimge” markalı QB60G modelli su nasosunun qiyməti 40 manat, 1 ədəd işlək vəziyyətdə olan “Bosch” markalı PST 800 PEL modelli elektrik mişarının qiyməti 35 manat, 3 ədəd dəst şəkildə üzərində “Royal” firmasına məxsus olan “nabor dizayn ventiley, pramoy (xrom) yazıları olan dəmir əşyaların birinin qiyməti 12 manat olmaqla, üçünün ümumilikdə qiyməti 36 manat, ümumi dəyəri təxminən 141,00 manat müəyyən edilir. Qərarda göstərilən və təqdim edilməyən malların o cümlədən 1 ədəd “Makito” markalı laqondanın qiyməti 30 manat, 1 ədəd “Shimge” markalı su nasosunun qiyməti 40 manat, 1 ədəd 3 adapter ilə cərəyan yığan elektrik drelinin qiyməti 50 manat olmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü il aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 120,00 manat müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmışməhkəməəmtəəşünaslıqekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 7-13-cü vərəqələrində olan müvafiq olaraq 09 aprel 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus Siyəzən rayonu, Zarat kəndində yerləşən fərdi yaşayış evindən ittihamın əsasını təşkil edən əşyaların oğurladığını bildirmiş, həmçinin həmin yerin çöldən və içəridən fotoşəkilləri çəkilmiş, həmçinin İmaməli Mirzəyev həmin yeri göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 139-145-ci vərəqələrindəki 27 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X4 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, habelə 01 ədəd “Candan” markalı elektrik ütüsü, 01 ədəd “Shimge” markalı QB60G modelli su nasosu, 01 ədəd “Bosch” markalı PST 800 PEL modelli elektrik mişarı, 03 ədəd dəst şəkildə üzərində “Royal” firmasına məxsus olan “nabor dizayn ventiley, pramoy (xrom) yazıları olan dəmir əşyaları, 01 ədəd “Makito” markalı laqonda, 01 ədəd “Shimge” markalı su nasosu və 01 ədəd 03 ədəd adapter ilə cərəyan yığan elektrik dreli maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 126-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli tələbnamədən, cinayət işinin 129-132-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(059)-65/2021 saylı hökmünün, cinayət işinin 133-136-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 7(059)-21/2022 saylı qərarının, eləcə də iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinin 17 fevral 2023-cü il tarixli, 3-16-17/29/2-898/2023 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Siyəzən Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Siyəzən Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərarı ilə ona Siyəzən Rayon Məhkəməsinin sözügedən hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 07 ay 26 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 16 fevral 2023-cü il tarixdə isə o, cəza müddətinin sona çatması ilə əlaqədar olaraq cəzadan azad edilmişdir. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 iyun 2023-cü il tarixli tələbnaməsindən, eləcə də iş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 1(059)-52/2023 saylı hökmünün surətindən və Siyəzən rayon icra və probasiya şöbəsinin 27 fevral 2024-cü il tarixli, 193/2024-64-1 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 1(059)-52/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 26 dekabr 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış, məhkəmənin qeyd olunan hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 01 (bir) gününü çəksə də, 27 fevral 2024-cü il tarixə bu cəzanın 01 (bir) iİ 06 (altı) ay 29 (iyirmi doqquz) günü hissəsi çəkilməmiş qalmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 hazırda Siyəzən rayon icra və probasiya şöbəsinin qeydiyyatında olmaqla, cəza çəkməkdədir. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs2 üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 51-ci vərəqəsində olan 19 may 2023cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də işin 59-cu vərəqəsindəki cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 20:20-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-ci vərəqəsində olan 21 may 2023cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 12:00-da Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(059)-66/2023 saylı qərarından, eləcə də Siyəzən RPŞ-nin 10 oktyabr 2023-cü il tarixli, 3-13-106/2-12763/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, sonuncu məhkəməyə gəlməmiş, buna görə də 19 sentyabr 2023-cü il tarixdə onun Siyəzən Rayon Məhkəməsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, olduğu yer müəyyən edilmədiyindən onun məcburi gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 1(059)-66/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan 31 oktyabr 2023cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, Siyəzən RPŞ-nin eyni tarixli, 3-13-106/2-13569/2023 nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının isə 01 noyabr 2023-cü il tarixli, 3-16- 17/40/2-6109/2023 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 31 oktyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində tutularaq, Siyəzən RPŞ-yə gətirilmiş və saxlanılması üçün Siyəzən RPŞ-nin MSY-yə, oradan isə 01 noyabr 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-cu vərəqəsində olan 19 may 2023cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də işin 77-ci vərəqəsindəki cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 21:00-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 113-cü vərəqəsində olan 21 may 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 13:25-də Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 121-122-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 4 ünvanında yaşamış Təqsirləndirilən şəxs1 barəsində Siyəzən RİHB-in Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin 123-124-cü vərəqələrində olan arayışdan, xasiyyətnamədən həmçinin iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yaşayan, himayəsində 11 avqust 2019-cu il təvəllüdlü Yusif, 24 noyabr 2020-ci il təvəllüdlü Rəna və 03 dekabr 2022-ci il təvəllüdlü Məzahir adında üç azyaşlı uşağı olan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən RİHB-in Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru X1 16 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Siyəzən Rayon Məhkəməsində araşdırılan cinayət işinin məhkəmə istintaqı zamanı ona qarşı Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə verdiyi ifadə əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində toplanmış 14-C-24 nömrəli material üzrə polis əməkdaşları tərəfindən qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğundan Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadəsi, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Yəni, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında qeyd etdiklərini təsdiq edəcək mötəbər sübutlara malik olmamış, habelə onların bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Habelə, X8 RPŞ-nin əməkdaşları, eləcə də RPŞ-nin sabiq NMQ-nun əməliyyat müvəkkili (hazırda RPŞ-nin MSY-nin rəisi) X6 və RPŞ-nin sabiq CAB-ın əməliyyat müvəkkili (hazırda RPŞ-nin növbətçi hissəsinin növbətçisi) X9 tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmədə daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfində fiziki zorakılığa məruz qalmasına dair iddiaları ilə əlaqədar 26 dekabr 2023-cü il tarixdə müvafiq qərar qəbul olunaraq, aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilmiş və bu hal Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 16 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmaqla, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Azərbaycan Respublikasının CM-nin 18-cü maddəsinin 4-cü hissəsinin 4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Siyəzən Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin, bu məhkəmənin 19 aprel 2022-ci il tarixli qərarı ilə ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanaraq bir daha qeyd etmək olar ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsi nəzərə alınmaqla, residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini (əvvəllər mülkiyyət əleyhinə törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), bununla belə cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin əmlaka vurulmuş ziyanın aşağı həddə olmasını, barəsində yuxarıda sadalanan yüngülləşdirici halların, xüsusilə də zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, habelə gəncliyini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 19 may 2023-cü il tarixdən 21 may 2023-cü il tarixə, həmçinin 31 oktyabr 2023-cü il tarixdən 27 fevral 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı ümumilikdə 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədənsaxlanılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun gəncliyini, faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 1(059)-52/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs2 tərəfindən Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli hökmü hələ çıxarılmamış, yəni 06 aprel 2023-cü il tarixdə hazırkı cinayət əməli törədilmişdir ki, bu da onun əməlinə münasibətdə cinayətin residivini yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Çünki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanarq bir daha qeyd etmək olar ki, hazırkı əmələ münasibətdə Azərbaycan Respublikası CM-in 18-ci maddəsində göstərilən hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, bununla belə cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, o cümlədən əvvəllər bu kateqoriyadan olan cinayət əməlini törətməklə, hüquqazidd əməllərini davam etdirməsini, yeni cinayət törətməyə meylliyini, lakin, əmlaka vurulmuş ziyanın aşağı həddə olmasını, barəsində yuxarıda sadalanan yüngülləşdirici halların, xüsusilə də zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, habelə, gəncliyini, faydalı əmək fəaliyyəti ilə məşğul olaraq, himayəsində üç azyaşlı uşağının olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin177.2.1və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinə yaxın həddə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin İİ və V hissələrinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu vaxt cinayət törətmiş şəxsə, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual əsaslarla ləğv edildiyi halda və mahiyyət etibarilə şəxsə bəraət verilmədiyi və ya onun tərəfindən cinayətin törədilməsi faktı inkar edilmədiyi təqdirdə, hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Göründüyü kimi, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, sonrakı cinayət əməli əvvəlki hökm qanuni qüvvəsini almamışdan qabaq törədildiyinə görə cəza təyin edilərkən cəzalar hökmlərin deyil, cinayətlərin məcmusu üzrə toplanmalıdır. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 1(059)-52/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs2 cəza təyin edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 19 may 2023-cü il tarixdən 21 may 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023cü il tarixdən hesablanmaqla, cəzanın icrası davam etdirilməli, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmin müddət ərzində yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Candan” markalı elektrik ütüsü, 01 ədəd “Shimge” markalı QB60G modelli su nasosu, 01 ədəd “Bosch” markalı PST 800 PEL modelli elektrik mişarı, 03 ədəd dəst şəkildə üzərində “Royal” firmasına məxsus olan “nabor dizayn ventiley, pramoy (xrom) yazıları olan dəmir əşyaları, 01 ədəd “Makito” markalı laqonda, 01 ədəd “Shimge” markalı su nasosu və 01 ədəd 03 ədəd adapter ilə cərəyan yığan elektrik dreli saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş hesab edilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı ümumilikdə 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 1(059)-52/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılaraq, Təqsirləndirilən şəxs2 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı 26 dekabr 2023-cü il tarixdən hesablanmaqla, cəzanın icrası davam etdirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Candan” markalı elektrik ütüsü, 01 ədəd “Shimge” markalı QB60G modelli su nasosu, 01 ədəd “Bosch” markalı PST 800 PEL modelli elektrik mişarı, 03 ədəd dəst şəkildə üzərində “Royal” firmasına məxsus olan “nabor dizayn ventiley, pramoy (xrom) yazıları olan dəmir əşyaları, 01 ədəd “Makito” markalı laqonda, 01 ədəd “Shimge” markalı su nasosu və 01 ədəd 03 ədəd adapter ilə cərəyan yığan elektrik dreli saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş hesab edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar