Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-2/2025 28.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 28 yanvar 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə doğma qardaşı Zərərçəkmiş şəxs məxsus, lakin rəsmi olaraq Təqsirləndirilən şəxs adında olan “Mercedes Benz” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs və ya sonuncunun istədiyi hər hansı bir üçüncü şəxsin adına rəsmiləşdirməyə köməklik göstərmək imkanına malik olmasını bildirməklə onu inandırıb etibarını qazandıqdan sonra, 14 iyul 2023-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin F.Əlməmmədov küçəsində görüşməklə 1000 manat məbləğində pul vəsaitini alıb vədinə əməl etməyərək öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 14 iyul 2023-cü il tarixdə, təxminən saat 19 radələrində Siyəzən şəhərinin F.Əlməmmədov küçəsində Zərərçəkmiş şəxs “Mercedes Benz” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun adına rəsmiləşdirmək üçün 1000 manat məbləğində pul almışdır. Bundan təxminən bir ay keçdikdən sonra, Zərərçəkmiş şəxs polisə müraciət edərək, sonuncudan həmin pulu sözügedən avtomobili ona qaytarmaq üçün aldığını, lakin buna əməl etmədiyini bildirmişdir. Buna baxmayaraq, onun niyyəti Zərərçəkmiş şəxs aldatmaq olmamış, sonuncudan aldığı pulu “Mercedes Benz” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərclərinə və sairə sərf etmişdir. Beləliklə o, hazırda Zərərçəkmiş şəxs vurmuş olduğu 1000 manat ziyanı tam olaraq ödəməsinin, sonuncu ilə barışmasının nəzərə alınmasını və barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, 2019-cu ildə “Mercedes Benz” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı X1 ilkin 3000 manat, qalıq 4000 manatını isə hissə-hissə ödəmək şərti ilə ümumilikdə 7000 manat müqabilində satın almışdır. Belə ki, sözügedən avtomobilin mülkiyyətçisi adını xatırlamadığı şəxs olsa da, qardaşı Azadın nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməsi olmuşdur. Təxminən 5 il bundan əvvəl qardaşı Təqsirləndirilən şəxs ona zəng edərək, sözügedən avtomobilin etibarnaməsinin müddətinin bitməsinə az qalmasını, habelə onu rəsmiləşdirərək öz mülkiyyətlərinə keçirilməsinin vacib olduğunu bildirmişdir. Bu zaman, vaxtının olmaması, eləcə də, Təqsirləndirilən şəxs qardaşı olduğundan ona etibar etməsi səbəbindən sonuncuya avtomobili öz adına rəsmiləşdirməsini qeyd etmişdir. Bundan başqa, 19 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə Aygül İsgəndərova arasında bağlanmış nikah pozulmuş, habelə həmin ərəfələrdə Şahinin aliment borcu olduğu üçün sözügedən avtomobilin üzərinə həbs qoyulmasından xəbərdar olmuşlar. Daha sonra o, avtomobilin üzərinə qoyulmuş həbs ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etsə də, “Mercedes Benz” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs olduğundan, habelə sonuncunun ödənilməmiş aliment borcunun yarandığından həbsin götürülməsi mümkün olmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs avtomobilin üzərindən həbsin götürülməsi və adına rəsmiləşdirilməsi üçün 1000 manat məbləğində pul lazım olduğunu bildirmiş, o da, 14 iyul 2023-cü il tarixdə, təxminən saat 19 radələrində Siyəzən şəhərinin F.Əlməmmədov küçəsində 1000 manat məbləğində pulu Şahinə vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş 1000 manat ziyanı tam ödədiyindən, sonuncu ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında dindirilmiş Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Siyəzən rayon icra və probasiya şöbəsinin icraatında borclu Təqsirləndirilən şəxs icra sənədi olmuşdur. Belə ki, sözügedən icra sənədi ilə bağlı Təqsirləndirilən şəxs aliment borcu olduğundan, təqdimat ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, bu məhkəmənin 19 iyul 2019cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs adına aşkar edilmiş “Mercedes Benz” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmiş, habelə təqdimat həmin məhkəmənin 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə təmin olunmuşdur. Bundan sonra, tərəflərindən sözügedən avtomobilin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə müraciətlər edilmiş, habelə 20 sentyabr 2022-ci il tarixdə həmin avtomobil Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında aşkar olunmuş və cərimə meydançasına yerləşdirilmişdir. Daha sonra, avtomobil "xxxx" MMC tərəfindən 6000 manat məbləğində qiymətləndirilmişdir. Bununla da, o, 14 aprel 2023-cü il tarixdə hərrac keçirilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət etmiş, habelə 12 may 2023-cü il tarixdə hərrac keçirilərək avtomobil tələbkar Aygül İsgəndərovanın atası, eləcə də, etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən satın alınmışdır. Bundan sonra o, 16 iyun 2023-cü il tarixdə avtomobilin X2 adına rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə, habelə avtomobilin cərimə meydançasından Aygül İsgəndərovaya təhvil verilməsi üçün Siyəzən RPŞ-nin DYPB-yə məktublar ünvanlamış və 22 iyun 2023-cü il tarixdə həmin avtomobil akt ilə Aygülə təhvil verilmişdir. Daha sonra, 23 iyun 2023-cü il tarixdə avtomobilin üzərindən həbsin götürülməsi üçün Siyəzən Rayon Məhkəməsinə təqdimat verilmiş və həmin təqdimat sözügedən məhkəmənin 02 avqust 2023-cü il tarixli qərardadı ilə təmin edilərək, “Mercedes Benz” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs sözügedən avtomobilin sənədləşdirilməsi üçün 1000 manat məbləğində pul almasından heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ki, münasibət soyuq olsa da, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 2019-cu ildə atası Zərərçəkmiş şəxs, əmisi Azad İsgəndərovdan “Mercedes Benz” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manat məbləğində pulun müqabilində satın almışdır. Belə ki, sözügedən avtomobilin mülkiyyətçisi tanımadıqları şəxs olsa da, əmisi Azadın nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməsi olmuşdur. Sonradan avtomobil əmisi Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş, lakin, sonuncunun aliment borcu yarandığından avtomaşının üzərinə həbs qoyulmuş və onlardan alınmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs, atası Zərərçəkmiş şəxs avtomobilin sənədləşdirmə işləri üçün 1000 manat pul lazım olduğunu bildirmiş, habelə sonuncu Şahinə, onunda iştirakı ilə 14 iyul 2023-cü il tarixdə, təxminən saat 19 radələrində Siyəzən şəhərinin F.Əlməmmədov küçəsində 1000 manat məbləğində pul vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs avtomobilin sənədləşdirmə işlərinin bir aya öz həllini tapacağını bildirsə də, bu müddət keçdikdən sonra heç bir sənədləşmə işləri aparılmamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs da, ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməldə özünü təqsirli bilərək zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödədiyini, Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş və barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 130-139-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 26 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan danışıqlar zamanı qeydə alınmış səs qeydlərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli tələbnamədən, işin 102-104-cü və 119-cu səhifələrində olan Şabran Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli, 1(031)-14/2016 saylı hökmünün surətindən və Siyəzən rayon icra və probasiya şöbəsinin 23 oktyabr 2024-cü il tarixli, 794/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 30 aprel 2019-cu il tarixdə isə cəzası başa çatdığı üçün qeydiyyatından çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-cı vərəqəsində olan 23 oktyabr 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 55-56-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin B.Səfəroğlu küçəsində yerləşən 49 nömrəli evdə qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1ci maddəsi ilə törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı tam olaraq ödəməsini, sonuncu ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibi üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin İ bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Bu Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1ci maddəsi ilə törətdiyi əməli etiraf etməsini, təqsirini boynuna almasını, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı tam olaraq ödəməsini, sonuncu ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan danışıqlar zamanı qeydə alınmış səs qeydlərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq olunsun və o, Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan danışıqlar zamanı qeydə alınmış səs qeydlərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-2/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-2/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver