Məhkəmə qərarları › İş №1(059)-20/2020

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-20/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-20/2020 19.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, eləcə də Zərərçəkmiş şəxs3 X3 nümayəndəsi Nümayəndə, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, üzərində məhkumluğu olmayan, orta təhsilli, subay, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında faktiki yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, Zərərçəkmiş şəxs1 məxsus Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən saxlanc yeri olan qarajına qanunsuz daxil olmaqla oradan bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, üzərində pas ləkələri olan metal gövdəyə quraşdırılmış 50 manat dəyərində mərkəzdən qaçma su elektrik nasosunu oğurlamış, daha sonra Təqsirləndirilən şəxs1 yenidən təkbaşına həmin gün gecə saatlarında və bir gün sonra xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 09:00 radələrində vahid niyyətlə əhatə olunan qəsd formasında bir ədəd üzərində “Тип АОЛ 21-4, 1972г, 220/380В” markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, üzərində pas ləkələri olan, gövdəsi qəhvəyi rəngdə 50 manat dəyərində elektrik mühərriki, iki ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı bağlı, gücü məlum olmayan kiçik ölçüdə 400 manat dəyərində elektrik mühərriki, bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı bağlı, gücü məlum olmayan orta ölçüdə 350 manat dəyərində elektrik mühərriki, bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı bağlı, gücü məlum olmayan nisbətən böyük ölçüdə 450 manat dəyərində elektrik mühərriki oğurlamaqla zərərçəkmiş şəxsə 1300 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs2 Gülbala oğlununun yaşadığı H.Əliyev küçəsi 31 saylı dörd mərtəbəli binanın qarşısında ona məxsus saxlanc yerinə pəncərədən qanunsuz daxil olmaqla, oradan hər biri 80 manat olmaqla 4(dörd) ədəd “Mercedes-Benz E class” avtomobilinə məxsus diskləri oğurlayaraq zərərçəmiş şəxsə 320 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 ilə birlikdə xx xxxxxxx 2019-cu il tarixdə saat 23:00 radələrində qabaqcadan əlbir olan bir qrup təşkil edərək, Siyəzən rayonu, Kiçik Həmyə kənd yolunun sağ tərəfindəki Ataçay çayının sahilində yerləşən Zərərçəkmiş şəxs3 X4 məxsus həyətyanı torpaq sahəsinə qanunsuz daxil olmaqla, orada saxlanılan “EO 3322” markalı ekskovatorun üzərində olan 200 manat dəyərində bir ədəd istismar edilmiş, qalınlığı 7sm, 60x70sm ölçülü su radiatorunu və “Belarus” markalı traktorun üzərində olan 180 manat dəyərində bir ədəd istismar edilmiş, qalınlığı 10sm, 44x70sm ölçülü su radiatorunu oğurlamaqla zərərçəkmiş şəxsə 380 manat dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 23:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, Siyəzən rayonu, Kiçik Həmyə kənd yolunun sağ tərəfindəki Ataçay çayının sahilində yerləşən Zərərçəkmiş şəxs3 X4 məxsus həyətyanı torpaq sahəsinə qanunsuz daxil olmaqla, orada saxlanılan “EO 3322” markalı ekskovatorun üzərində olan 200 manat dəyərində bir ədəd istismar edilmiş, qalınlığı 7sm, 60x70sm ölçülü su radiatorunu və “Belarus” markalı traktorun üzərində olan 180 manat dəyərində bir ədəd istismar edilmiş, qalınlığı 10sm, 44x70sm ölçülü su radiatorunu oğurlamaqla zərərçəkmiş şəxsə 380 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxxxx 2019-cu il tarixdə Siyəzən Rayon Məhkəməsinin hökmü ilə 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. O, Zərərçəkmiş şəxs1 həm Siyəzən şəhər sakini kimi tanıyır, həm də sonuncu onun uzaq qohumudur. xx xxxxxx 2019-cu il tarixdə rayon ərazisində gəzərkən digər Təqsirləndirilən şəxs2lə rastlaşmış və pulu olmadığı üçün sonuncu ilə oğurluq etmək qərarına gəlmişlər. Həmin gün təxminən saat 15:00 radələrində Zərərçəkmiş şəxs1 qarajının yanından keçərkən oradan oğurluq etmək üçün qarajın sökük damından içəri daxil olmuşlar, lakin, yerdəki metal hissələri ağır olduğu üçün damdan çıxarmaq mümkün olmadığından onlar qarajın aşağı hissəsinin mişar daşlarını dəmir alətlə dağıtmış və bir neçə metal hissələrini və bir ədəd su nasosunu dağıtdıqları hissədən çölə çıxartmışlar. Bundan sonra, Rəhman metal hissələrinin yanında qalmış, o, isə şəhər mərkəzinə taksi gətirmək üçün getmişdir. Orada Əlibala adlı şəxslə 7 manat müqabilində dəmir yolunun altı adlanan yerə gedəcəyi və bir neçə metal hissəsi aparacağı barədə razılaşmışdır. Beləcə, Rəhmanla metal hissələrini həmin maşına yükləyərək birlikdə dəmir yolunun altı adlanan yerdə metal qəbulu ilə məşğul olan Əliməmməd adlı şəxsin sexinə getmişlər. Əliməmmədə metal hissələrinin oğurluq olmadığını söylədiklərindən sonuncu həmin hissələri qəbul etməyə razılaşmış və bunun əvəzində onlara 20 manat pul vermişdir. Bundan sonra, o, Rəhmandan ayrılmışdır. Daha sonra, Rəhmanla Raminin qarajına oğurluq etməyə girərkən, orada bir neçə başqa motorlar da gördüyündən gecə özü həmin motorları götürməyi qərara almışdır. Bu məqsədlə həmin gün təxminən saat 22:00 radələrində motorları oğurlamaq üçün evdən götürdüyü araba ilə gedərək yenidən Raminin qarajına daxil olmuş və 3 ədəd motoru dağıtdığı hasarın aşağı hissəsindən çıxararaq arabaya yükləyib öz qarajına aparmış, bu zaman ətrafda heç kəs olmadığından kimsə onu görməmişdir. xx xxxxxx 2019-cu il tarixdə təminən saat 09:00 radələrində yenidən araba və ip götürərək Raminin qarajına getmiş, o cümlədən qalan iki motoru da oğurlamışdır. Həmin motorları da ipə bağlayaraq bir-bir sökük damdan çıxartmış və arabaya yükləyərək öz qarajına aparmışdır. Bu zaman da ətrafda heç kəs olmadığından kimsə onu görməmişdir. Şabran şəhərində metalı daha baha qiymətə qəbul etdiklərini bildiyindən hadisədən bir gün sonra əvvəlcədən rayon sakini kimi tanıdığı taksi fəalliyyəti ilə məşğul olan Yavuz adlı şəxsin “Jiquli” markalı maşını ilə qarajındakı motorlardan üçünü Şabran şəhərinə aparmışdır. Beləliklə, Şabranda metal qəbulu sexini tapdıqdan sonra, həmin sexdə metalı qəbul edən şəxs motorların oğurluq olub-olmadığını soruşduqda, o, onların özünə məxsus olduğunu bildirmiş və motorları ona sataraq müqabilində 70 manat pul almışdır. Qalan iki motoru isə bir gün sonra taksi kimi fəaliyyət göstərən dayısı Vaqiflə yenidən Şabran şəhərinə digər motorları satdığı Elnur adlı şəxsin sexinə aparmışdır. Dayısı ondan motorların oğurluq olub-olmamasını soruşduqda, o, motorların atasından qaldığını bildirmişdir. Sonuncu iki motora görə isə Elnur ona 30 manat pul vermişdir. Hadisədən 3-4 gün sonra Siyəzən RPŞ-nin əməkdaşları onu polis şöbəsinə gətirdikdə o, əməlini etiraf etmişdir. Bundan başqa, o, xx xxxxxxx 2019-cu il tarixdə yenidən pulunun olmaması və ehtiyaclarına görə oğurluq etmək qərarına gəlmişdir. Ona görə də, havanın qaralmasını gözləmiş və axşam təxminən saat 22:00 radələrində evdən çıxaraq evinin yaxınlığındakı məhəllələri gəzməyə başlamışdır. Bir qədər sonra Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 4 mərtəbəli binanın qabağında dayanmış və ətrafa göz gəzdirərək heç kimin onu görmədiyini əminləşdirdikdən sonra binanın qarşısında yerləşən 1 mərtəbəli tikiliyə yaxınlaşmışdır. Oranın saxlanc yeri olduğunu təxmin etdiyi üçün əvvəlcə taxta pəncərəsini yoxlamaq istəyərkən qıfılsız olduğunu görmüş və əli ilə pəncərəni açdıqdan sonra içəriyə daxil olmuşdur. İçəriyə göz gəzdirdikdən sonra oradakı əşyalardan 4 ədəd disklərin satılmaq üçün daha münasib olduğunu görmüş və onları çölə çıxarmışdır. Oğurlamış olduğu diskiləri binanın yan hissəsinə yığdıqdan sonra Siyəzən şəhərinin mərkəzindən taksi tutmuş və onları taksiyə yükləyərək metal qəbulu məntəqəsinə aparmışdır. Yolda olan zaman o, H.Əliyev küçəsində tanışı Şahid7 görüb taksini saxlatdırmış, sonuncuya onu evlərinə düşürtməyi təklif etdikdə, Anar onunla razılaşıb, taksiyə əyləşmişdir. Yolda Anara 4 ədəd avtomobil diskinin olduğunu və onları satmaq istədiyini bildirmiş, habelə diskilərin özünə məxsus olduğunu, Əliməmmədə borcu olduğu üçün satdığını qeyd etmişdir. Bundan sonra, Anar onunla razılaşaraq taksini birbaşa dəmir yolunun altı adlanan yerə Xətai küçəsindəki Əliməmmədin metal qəbulu məntəqəsinə sürmüşdür. Anar avtomaşından düşərək Əliməmmədin yanına getmiş, bir neçə dəqiqə sonra qayıdaraq diskiləri 28 manata satdığını bildirərək aldığı pulu ona vermişdir. O, həmin puldan 4 manat taksi sürücüsünə verərək yola salmış, daha sonra, Anarla da sağollaşıb birbaşa evinə qayıtmışdır. Təkrarən, xx xxxxxxx 2019-cu il tarixdə saat 23:00 radələrində tanışı Rəhmanla gəzən zaman pulları olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, sonuncuya iki ədəd radiator yeri bildiyini, həmin yerin Ataçay çayının sahilində başsız yer olduğunu bildirmiş, oradan həmin əşyaları oğurlamağı təklif etdikdə isə Rəhman onunla razılaşmışdır. Həmin yerə getməmişdən əvvəl yolüstü həyətindəki qaraja girərək oradan radiatorları sökmək üçün bir neçə açar götürmüş və onlar piyada həmin yerə getmişlər. Həmin yerin yalnız darvazası ətrafında hasar olmaqla darvazının kənarları açıq, ərazisi mühafizəsiz və ərazidə yalnız trosa bağlanmış it olmuşdur. Beləcə, darvazadan əraziyə daxil olduqda orada köhnə traktorlar olduğunu görmüşlər. Onlar birlikdə orada dayanan köhnə traktorların 2 ədəd su radiatorunu evdən götürdüyü açarlarla sökmüş, radiatorları sökdükdən sonra ağır olduğu üçün onları darvazadan çıxarıb orada yaxınlıqda yolun kənarında kolların içində gizlətmişlər. Lakin, Rəhman xx xxxxxx 2019-cu il tarixdə ondan xəbərsiz radiatorları Şabran şəhərinə apararaq satmış və onun bundan xəbəri olmamışdır. Daha sonra, bununla bağlı Siyəzən RPŞ-yə gətirilmiş və orada etdiyi əməli səmimi etiraf etmişdir. Əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilmisinin, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sərhədi 1 ilə yaxın olar tanıyır və aralarında heç bir düşmənçilik, eləcə də ədavət yoxdur. O, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 15:00 radələrində rayon ərazisində gəzərkən Sərhədlə rastlaşmış və pulları olmadığı üçün onunla oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə, Sərhəd Siyəzən şəhəri, T.İsmayılov küçəsi ərazisində beşmərtəbələr tərəfdə qaraj olduğunu və orada satmaq üçün metal tullantıları olduğunu bildirmişdir. Onlar həmin qarajın yaxınlığına getmiş, Sərhəd qarajın damından içəri daxil olmuş, yerdəki metal hissələri ağır olduğu üçün damdan çıxarmaq mümkün olmadığından qarajın aşağı hissəsinin mişar daşlarını dəmir alətlə dağıtmış, habelə, bir neçə metal hissələrini və bir ədəd su nasosunu dağıtdıqları hissədən çölə çıxarmışlar. O, metalların yanında qalmış, Sərhəd isə şəhər mərkəzinə taksi gətirmək üçün getmişdir. Bu zaman ətrafda heç kəs olmadığından kimsə onları görməmişdir. Bundan təxminən 15-20 dəqiqədən sonra Sərhəd “UAZ” markalı avtomobillə gəlmiş və Sərhədlə birlikdə metal hissələrini maşına yükləyərək dəmir yolunun altı adlanan yerdə metal qəbulu ilə məşğul olan Əliməmməd adlı şəxsin sexinə getmişlər. Əliməmmədə metal hissələrinin oğurluq olmadığını söylədikdə o, qəbul etməyə razılaşmış və əvəzində onlara 20 manat pul vermişdir. Bundan sonra, o, Sərhədlə ayrılmışdır. Təxminən bir həftə sonra o, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən rayon Polis Şöbəsinə gətirilmiş və o, etdiyi əməli səmimi etiraf etmişdir. Daha sonra, xx xxxxxxx 2019cu il tarixdə axşam saat 23:00 radələrində tanışı Sərhədlə birlikdə gəzən zaman bu dəfə də pulları olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə Sərhəd iki radiator yeri bildiyini həmin yerin Ataçay çayının sahilində olduğunu və gedib oradan oğurluq etməyi təklif etdikdə, o Sərhədlə razılaşmışdır. Ora getməmişdən əvvəl Sərhəd yolüstü həyətlərindəki qarajına girərək oradan radiatorları sökmək üçün bir neçə açar götürdükdən sonra onlar piyada həmin yerə getmişlər. Həmin yerin yalnız darvazası, eləcə də ətrafında hasar olmaqla, darvazının kənarları açıq, ərazisi mühafizəsiz və ərazidə yalnız trosa bağlanmış it olmuşdur. Beləcə, darvazadan əraziyə daxil olduqda orada köhnə traktorlar olduğunu görmüş və birlikdə orada dayanan köhnə tarktorların 2 ədəd su radiatorunu Sərhədin evdən götürdüyü açarlarla sökmüşlər. Radiatorları sökdükdən sonra ağır olduğu üçün Sərhəd onları darvazadan çıxarıb orada yaxınlıqda yolun kənarında kolların içində gizlətmiş və sabah gəlib həmin radiatorları taksi tutaraq aparıb satmaq üçün razılaşmışlar. Lakin, Sərhədin onunla gedəcəyi təqdirdə, ona az pul çatacağını düşünərək radiatorları Sərhəd olmadan aparmaq qərarına gəlmişdir. Beləliklə, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Siyəzən şəhəri mərkəzində Asəf adlı taksi ilə 20 manat müqabilində Şabrana getmək üçün razılaşmışdır. Şabran rayonu Sincanboyad kəndi ərazisində metal qəbulu məntəqəsi olduğunu eşitdiyi üçün radiatorları ora aparmağı qərara almışdır. Bundan əvvəl, 2 nəfər Vahid ilə Mehman adlı fəhlələri pul müqabilində tutaraq onları radiatorları gizlətdiyi yerə aparmış, orada sonunculara həmin radiatorların yolun kənarında kolların arasında olduğunu bildirmiş və onlar da radiatorları gətirərək avtomobilə yükləmişlər. Bundan sonra, Asəf maşını Şabran şəhərinə sürdükdə, yolda Asəfin avtomobilinin yanacağı qurtardığından Mehman Asəflə birlikdə maşının yanında qalmış, o, isə Vahidlə piyada metal qəbulu məntəqəsinə getmişdir. Oradan Vahidə yolun kənarında tanımadığı taksi saxlatdıraraq Asəfin avtomobilinin yanına qayıtmağını və radiatorları gətirməyini bildirmişdir. Vahid radiatorları 15-20 dəqiqədən sonra tutduğu taksi ilə gətirmiş və o, həmin radiatorları metal sexinə 153 manat müqabilində satmışdır. Daha sonra, tutduğu taksi ilə birlikdə Asəflə Mehmanın yanına gəlib, onların pulun verərək, Siyəzənə qayıtmışdır. Təxminən 4 gün sonra baş vermiş hadisə ilə əlaqədar Siyəzən RPŞ-yə dəvət edildikdə o, etdiyi əməli səmimi etiraf etmişdir. Sərhədin oğurladığı başqa motorlar barədə heç bir məlumatı olmamış, həmin motorlar haqqında polis şöbəsində öyrənmiş, orada, Sərhədlə yalnız su nasosunu, bir neçə dəmir tullantılarını və iki ədəd su radiatorunu oğurladıqlarını etiraf etmişdir. İlk oğurluqda Əlibala, sonrakı oğurluqda Vahid, Mehman və Asəf adlı şəxslərin apardığı əşyaların oğurluq olduğu barədə məlumatları olmamışdır. Sərhədlə o, Əlibalaya metalları köhnə hasarların söküntüsündən yığdıqlarını bildirmişlər. Asəf, Mehman və Vahidə isə radiatorların özünə məxsus olduğunu bildirmişdir. Sərhədin oğurladığı digər motorlar barədə isə heç bir məlumatı olmamışdır. Motorlar haqqında Siyəzən RPŞ-yə gətirilərkən öyrənmişdir. Əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsinin, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tam təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin verdikləri ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Siyəzən şəhəri, T.İsmayılov küçəsində yaşayış evinin yaxınlığında qarajı və həmin qarajın içərisində sellofan sexi vardır və həmin sex 1991-ci ildən etibarən işləmir. Sonuncu dəfə həmin sexə xx xxxxxx 2019-cu il tarixdə daxil olmuş və orada hər bir vəziyyət qaydasında olmuşdur. Növbəti dəfə xx xxxxxx 2019-cu il tarixdə qaraja gedən zaman qarajın mişar daşlarının sökük vəziyyətdə olduğunu görüb ora daxil olmuş və oradan sexə keçən kimi sexdə olan su nasosunun və 5 ədəd köhnə, lakin işlək motorların oğurlandığını müəyyən etmişdir. Daha sonra, hadisə ilə bağlı Siyəzən RPŞ-yə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər. İlkin izahatı zamanı ona dəymiş maddi ziyanın qiymətinin 2000 manat olduğunu bildirsə də, sonradan Məhkəmə Ekspertizası Mərkəzinin rəyində göstərilən 1300 manat dəymiş zərərlə razılaşmışdır. Hazırda ona dəyən ziyan tam şəkildə ödənildiyindən, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Siyəzən şəhəri, H.Əliyev küçəsində 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən evinin qarşısındakı həyətdə məişət əşyalarını yığmaq üçün 2 otaqlı saxlanc yerində qeyd etdiyi kimi, məişət əşyalarını və 2 il bundan qabaq 300 ABŞ dollarına aldığı 4 ədəd diskini ora qoymuşdur. Təxminən müraciət etdiyi vaxtdan 20 gün qabaq diskilərini satmaq üçün qeyd etdiyi ünvanına getmiş və saxlanc yerindən onları götürərək Bakı şəhərinə 8-ci kilometrliyində yerləşən bazarlardan birinə satmaq məqsədilə aparmışdır. Lakin, həmin diskilər üçün ona 80 manat təklif edildiyindən və həmin məbləğ onu qane etmədiyindən diskiləri satmaq fikrindən daşınmışdır. Buna görə də, onları yenidən Siyəzən şəhərinə binanın qarşısındakı saxlanc yerinə gətirib qoymuşdur. Bundan sonra, Bakıya getmiş və saxlanc yerini bu müddət ərzində yoxlamamışdır. xx xxxxxxx 2019-cu il tarixdə, təxminən saat 16:00 radələrində bəzi məişət əşyalarını götürmək üçün Siyəzən şəhərinə yaşadığı binanın qarşısındakı saxlanc yerinə gəlib, pəncərəsinin açıq olduğunu görmüşdür. Bundan sonra, dərhal qapının kilidini açaraq içəriyə nəzər yetirmiş və oradan 4 ədəd avtomobilinə məxsus diskilərin yerində olmadığını görüb naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Daha sonra, 102 xidmətini yığmış və hadisə yerinə Siyəzən RPŞ-nin əməkdaşları gəlmişlər. İlkin izahatı zamanı ona dəyən maddi zərərin dəyərini 300 ABŞ dolları olduğunu bildirsə də, sonradan Məhkəmə Ekspertiza Mərkəzinin rəyində göstərilmiş 320 manat zərərlə razılaşmışdır. Hazırda ona dəyən ziyan tam şəkildə ödənildiyindən, ondan oğurluq etmiş Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 X3 nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, hal-hazırda Siyəzən Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Həmçinin, “xxxxxxxx” X5 da ona məxsus olmaqla, həmin firmanın direktorudur. Firmanın fəaliyyəti dayandırılsa da, ləğv edilməmişdir. Firmanın ərazisində kərpic sexi, sexin avadanlıq və ləvazimatları, eləcə də 2 ədəd traktor olmuşdur. Həmin traktorlardan biri “Belarus” markalı, digəri isə “EO 3322” markalı ekskavator olmaqla istismar olunmasa da, ehtiyat hissələri işlək və yararlı olmaqla, texnika və avadanlıqların maddi dəyəri yüksək olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə firmanın ərazisinə baxış keçirərkən, traktor və ekskavatorun su radiatorlarının sökülüb oğurlandığını gördükdə firmanın mühafizəsi olmadığından ərazidə oğurluq hadisəsinin baş verdiyini yəqin etmişdir. Belə ki, hadisədən təxminən 3-4 gün əvvəl həmin ərazidə olarkən, hər şeyin qaydasında olduğunu görmüşdür. Bundan sonra, ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı Siyəzən RPŞ-yə müraciət etmiş və müraciətində su radiatorlarından başqa, heç nəyin oğurlanmağını da bildirmişdir. İlkin izahatı zamanı ona dəyən maddi zərərin dəyərini 800 manat göstərsə də, Məhkəmə Ekspertiza Mərkəzinin rəyində göstərilmiş 380 manat məbləğlə razıdır. Hazırda ondan oğurluq etmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclası zamanı Şahid1 ifadəsində göstərdi ki, o, hal-hazırda özünə məxsus “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 onun bacısı oğludur və sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxxx 2019-cu il tarixdə evdə olarkən, təxminən saat 11:00 radələrində Sərhəd ona zəng edərək onunla işi olduğunu və bununla əlaqədar evlərinə gəlməsini xahiş etmişdir. Sərhədgilin evinə getdikdə, sonuncu onu həyətdəki qarajlarına apararaq qarajda yarım sökülü vəziyyətdə olan 2 ədəd motorları göstərib ondan motorları satmaq üçün Şabran şəhərinə aparmasını xahiş etmişdir. O, həmin motorları haradan əldə etdiyini soruşduqda, Sərhəd ona motorların mərhum atasından qaldığını bildirmişdir. Daha sonra, o, Sərhədlə razılaşaraq 2 ədəd motoru avtomobilinə yükləyib sonuncu ilə birlikdə Şabran şəhərinə getmişdir. Bu zaman Sərhəd onu tanımadığı metal qəbulu sexinə aparmış, lakin, o, içəri girməyərək maşında gözləmişdir. Bundan sonra, metal qəbul edən şəxs onun yanına gələrək motorları haradan gətirdiklərini soruşduqda, o, həmin şəxsə motorları evdən gətirdiklərini və Sərhədin onun bacısı oğlu olduğunu bildirmişdir. Beləliklə, Sərhəd həmin motorları oradaca metal qəbulu sexinə satmış və geri qayıdarkən ona 12 manat pul vermişdir. Sərhədin motorları hansı qiymətə satdığını bilməmiş, lakin, əlində 50 manat olduğunu görmüşdür. Bundan sonra, onlar birlikdə Siyəzən şəhərinə qayıtmış və Sərhədi rayon mərkəzində düşürtmüşdür. Həmin vaxtdan təxminən 10-12 gün sonra onu baş vermiş oğurluq hadisəsi ilə bağlı Siyəzən RPŞ-yə dəvət etmişlər və orada Sərhədin onun avtomobililə apardığı əşyaların oğurluq olduğunu bilmişdir. Məhkəmə iclası zamanı Şahid2 ifadəsində göstərdi ki, o,hal-hazırda Siyəzən şəhəri Rabitə idarəsində “UAZ” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə sürücülük fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 isə ümumiyyətlə tanımır və sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 17:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində dayanarkən Sərhəd ona yaxınlaşaraq, biriki kisə metal parçaları olduğunu və “Veteranlar binası” adlanan yerə aparmaq lazım olduğunu bildirmişdir. Bu zaman o, Sərhəddən avtomobili ilə aparmaq istədiyi metal parçalarının oğurluq olub-olmamasını soruşduqda sonuncu ona həmin metalların oğurluq olmadığını, köhnə sökülmüş hasarlardan yığdığını bildirdikdən sonra, onunla razılaşaraq Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 49 nömrəli binanın qarşısına getmişlər. O, maşından düşüb orada olan kisələrdən birindən başqa, digərlərinin içinə baxdıqda həmin kisələrin içərisində köhnə dəmir parçaları olduğunu görmüşdür. Daha sonra, əvvəllər tanımadığı, adını sonradan öyrəndiyi Rəhman adlı şəxs gəlmiş və Sərhədlə birlikdə kisələri maşının arxasına yığmışlar. Bundan sonra, o, həmin əşyaları Siyəzən şəhəri, Xətai küçəsinə, “Veteranlar binası” adlanan yerin qarşısına aparmış, Sərhəd Rəhmanla birlikdə kisələri avtomobildən düşürtdükdən sonra ona 7 manat pul vermiş, o, isə dərhal çıxıb getmişdir. Daha sonra, onu baş vermiş oğurluq hadisəsi ilə bağlı Siyəzən RPŞ-yə dəvət etmişlər və orada Sərhədlə Rəhmanın onun avtomobili ilə apardığı əşyaların oğurluq olduğunu bilmişdir. Məhkəmə iclası zamanı Şahid3 ifadəsində göstərdi ki, o, hal-hazırda özünə məxsus “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücülüyü fəaliyyəti ilə məşğul olur və Təqsirləndirilən şəxs1 Siyəzən şəhər sakini kimi tanımaqla, sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 11:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində “Hikmət” marketin qarşısında özünə məxsus avtomobildə əyləşib müştəri gözləyərkən Sərhəd avtomobilə yaxınlaşaraq boş olub-olmadığını soruşmuş, o, isə boş olduğunu bildirdikdə, Sərhəd ona Şabran şəhərinə getmək istədiyini və buna görə nə qədər pul ödəcəyini soruşmuş, habelə gediş haqqı olaraq 10 manata razılaşmışlar. Daha sonra, Sərhəd avtomobili Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki yaşayış evinin yaxınlığındakı qarajına sürdürmüş, o, Sərhəddən nə apardığını soruşanda sonuncu metal parçaları aparacağını bildirmişdir. Qarajdan içi dolu, ağzı bağlı, iki ədəd ağ rəngli kisə götürüb avtomobilinə yerləşdirmiş, lakin, kisələrin içində nə olduğunu görməmişdir. Beləliklə, onlar Şabran şəhərinə metal qəbulu məntəqəsinə getmişlər. Bir qədər sonra, Sərhəd metal qəbulu məntəqəsinin içində telefonla danışaraq maşına qayıtmış və başqa metal qəbulu məntəqəsinə getmək lazım olduğunu bildirmişdir. Onlar digər metal qəbulu məntəqəsinə getdikdə, Sərhəd kisələrin ağzını açmadan tərəzinin üzərinə qoymuş, o isə maşında əyləşmişdir. Bundan sonra, onlar Siyəzən şəhərinə qayıtmışlar. Sərhədi əlavə yerlərə apardığı üçün ondan 10 manat deyil, 12 manat pul alaraq sonuncunu Bakı istiqamətində beton yolun kənarında düşürtmüş, özü isə Siyəzən şəhərinə qayıtmışdır. Həmin vaxtdan təxminən 10-12 gün sonra onu baş vermiş oğurluq hadisəsi ilə bağlı Siyəzən RPŞ-yə dəvət etmişlər və orada Sərhədin onun avtomobili ilə apardığı əşyaların oğurluq olduğunu bilmişdir. Məhkəmə iclası zamanı şahid X2 ifadəsində göstərdi ki, onun fəaliyyəti metalların alışı və satışı ilə məşğul olmaqdır. 2019-cu ilin avqust ayının sonlarında əvvəllər Siyəzən şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 yanına gələrək ona satılıq metalı olduğunu bildirmiş, o, isə Sərhəddən həmin əşyaların kimə məxsus olduğunu soruşduqda, sonuncu həmin əşyaları könüllü söküntü aparılan ərazilərdən yığdığını bildirmişdir. O, həmin əşyalara baxdıqda həqiqətən də əşyaların köhnə olduğunu görüb Sərhəddən 30 manat pul qarşılığında almış, lakin, kisənin üst qismində yalnız köhnə paslı metallar olduğundan orada olan metalları çıxarıb tam baxmamışdır. Həmçinin, Sərhədi tanıdığından dəftərində heç bir qeydiyyat aparmamışdır. Metalları əritməyə aparmamışdan qabaq Sərhədin verdiyi kisəni boşaltdıqda 1 ədəd köhnə komplektləşdirilmiş mərkəzdənqaçma su nasosunu, 3 ədəd motorun iç hissələrini və digər tullantı dəmirləri görmüş, tullantı dəmirləri əritməyə aparıb, qalan hissələri isə kənara yığmışdır. Daha sonra, o, baş vermiş oğurluq hadisəsi ilə bağlı Siyəzən RPŞ-yə dəvət edilmiş və orada Sərhədin ona satdığı əşyaların oğurluq olduğunu bilmişdir. O, xx xxxxxxxx 2019-cu il tarixdə həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, xx xxxxxxx 2019-cu il tarixdə əvvəllər Siyəzən şəhər sakini kimi tanıdığı Anar adlı şəxs evinə gələrək ona dural adlı metalının olduğunu bildirdikdə o, sonuncu ilə birlikdə həyətə düşüb, 4 ədəd avtomobil diski olduğunu görmüşdür. O, bu diskilərin oğurluq olubolmadığını və kimə məxsus olduğunu soruşduqda, Anar özünə məxsus olduğunu bildirmişdir. Dəftərində Şahid7 adının qeydiyyatını aparıb, diskilərə görə ona 28 manat pul vermişdir. Bir neçə gün sonra əvvəllər tanımadığı Famil adlı şəxs gələrək, xxxxu Xəyyam adlı şəxsin işdə olduğunu bildirib, onun 4 ədəd “Mercedes” markalı avtomobil diskinin oğurlandığını qeyd etmiş və ondan hər hansı diski alıb-almadığını soruşduqda, Familə inanmadığı üçün heç bir diski almadığını bildirmişdir. Lakin, daha sonra, Xəyyam haqqında maraqlandıqdan sonra, həqiqətən diskilərinin oğurlandığını öyrənmişdir. Bundan bir neçə saat sonra Familə zəng edərək avtomobil diskilərinin onda olduğunu bildirib, gəlib apara biləcəyini qeyd etmişdir. Famil bir neçə gün sonra gələrək 28 manat pul verib avtomobil diskilərini aparmışdır. Məhkəmə iclası zamanı Şahid8 ifadəsində göstərdi ki, o, hal-hazırda Şabran rayonu, Sincanboyad kəndində əlvan metalların alışı və satışı ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 12:00 radələrində əvvəllər tanımadığı, adını sonradan öyrəndiyi Rəhman adlı şəxs onun yanına gələrək, ona metal satmaq istədiyini bildirmişdir. O, Rəhmandan həmin əşyaların kimə məxsus olmasını soruşduqda, sonuncu əşyaların özünə məxsus olduğunu bildirmişdir. Rəhmanın təqdim etdiyi 2 ədəd su radiatoruna baxdıqda, həqiqətən də, köhnə və qırıq radiatorlar olduğunu görmüşdür. Daha sonra, həmin radiatorların oğurluq olub-olmadığını soruşduqda, Rəhman həmin radiatorların özünə məxsus olduğunu və köhnədən onda olduğunu bildirmişdir. Beləliklə, həmin radiatorları tərəzidə çəkib, ondan 153 manat pulun müqabilində almış və dərhal həmin radiatorların qeydiyyatını aparmışdır. Əşyaların oğurluq olması ilə bağlı isə həmin əşyaları aldığı vaxtdan təxminən 3-4 gün sonra polis əməkdaşlarının iş yerinə gəldikləri zaman məlumatı olmuşdur. Məhkəmə iclası zamanı Şahid5 ifadəsində göstərdi ki, o, Siyəzən şəhəri ərazisində taksi sürücü kimi fəaliyyət göstərir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 11:00 radələrində Siyəzən şəhəri “mərkəz” adlanan yerdə özünə məxsus “Opel Astra” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən zaman əvvəllər Siyəzən şəhər sakini kimi tanıdığı Rəhman ona yaxınlaşaraq Şabran şəhərinə getmək istədiyini bildirmiş, o, isə hansı səbəbdən onun Şabran şəhərinə getmək istədiyini soruşduqda, Rəhman dəmir əşyalarının olduğunu və həmin əşyaları Şabran şəhərinə apararaq, orada satmaq istədiyini bildirmişdir. O, əvvəlcə Rəhmanı aparmaq istəməsə də, sonuncu ona Siyəzən şəhərində dəmirlərin ucuz qiymətə alındığını və dəmirlərin özünə məxsus olduğunu bildirdikdən sonra fikrindən daşınmışdır. Rəhmanla danışan zaman fəhlə kimi tanıdığı Mehman və Vahid adlı şəxslər də onunla birlikdə olmuşlar. Onlar da ona arxayın olmağını, Rəhmanın taksi pulunu verəcəyini bildirdikdən sonra, Rəhmanla 20 manat müqabilində sözügedən əşyaları aparmaq barədə razılaşmış və onlar bu minvalla avtomobilə əyləşmişlər. Siyəzən rayonunda “saatın yanı” adlanan yerdən təxminən 200 metr getdikdən sonra Rəhman maşını saxlamasını bildirərək Mehmanla Vahidə dərənin içində 2 ədəd metal hissəsi olduğunu, metal hissələrini gətirmələrini xahiş etmişdir. Həmin gün yağış yağdığı üçün o, maşından enmədiyindən maşının baqajına nə qoyulduğunu da görməmişdir. Bundan sonra, onlar Şabran rayonu, Sincanboyad kəndinə getmişlər. Maşının yanacağı bitdiyindən əlvan metal qəbulu məntəqəsinə təxminən 500 metr qalmış maşın sönmüş, bu səbəbdən də, Rəhmanla Vahid düşüb, əlvan metal qəbulu məntəqəsinə piyada getmiş, Mehman isə onunla maşında qalmışdır. Bundan təxminən yarım saat sonra Vahid tanımadığı taksi ilə geri qayıtmış və Mehmanla birlikdə maşının baqajında dördbucaqlı formasında olan 2 ədəd metal hissəsini digər taksiyə yükləmişdir. Daha sonra, Vahid ona 4 litr benzin və 11 manat pul verərək taksiyə minib, Rəhmanın yanına gedəcəyini onun isə Siyəzən şəhərinə qayıtmağını bildirmiş, o, da öz növbəsində Mehmanla birlikdə Siyəzən şəhərinə qayıtmışdır. Maşınında aparılan əşyaların oğurluq olması ilə bağlı isə təxminən 3-4 gün sonra Siyəzən RPŞ-yə dəvət edilərkən məlumatı olmuşdur. Məhkəmə iclası zamanı Şahid11 ifadəsində göstərdi ki, o, “xxxx” MMC-də fəhlə işləyir. Bundan əvvəl də, müəyyən vaxtlarda Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində dayanaraq fəhlə kimi iş axtarmışdır. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında əvvəllər Siyəzən şəhər sakini kimi tanıdığı Rəhman onun və digər Mehman adlı fəhlənin yanına gələrək onlara iş olduğunu və onları işləməyə aparmaq istədiyini bildirmişdir. Onlar Rəhmandan nə iş olduğunu soruşduqda, sonuncu özünə aid dəmir əşyaların olduğunu və onları avtomobilə daşımalı olduqlarını bildirmiş, aralarında olan razılığa görə Rəhman ona və Mehmana hər birinə ayrılıqda 10 manat əmək haqqı verəcəyini qeyd etmişdir. Bundan sonra, Rəhman yolun kənarında dayanan Asəf adlı taksiyə yaxınlaşmış, sonuncu ilə də razılaşdıqdan sonra onlar həmin avtomobilə əyləşib, Siyəzən rayonu, Kiçik Həmyə kənd yoluna doğru getmişlər. Orada Bakı-Quba magistral yolunun alt tərəfində yerləşən tuneldən biraz önə getdikdən sonra Rəhman avtomobili yolun sağ tərəfində uyğun olan yerdə saxlatdırmış və onlara radiatorların biraz yoldan aşağıda, həmçinin göz görünən yerdə olduğunu bildirmişdir. Daha sonra, Mehman və o, avtomobildən düşüb, orada olan 2 ədəd traktor radiatorunu avtomobilə yerləşdirmişdir. Bundan sonra, Rəhman onlara Şabrana getməyi və orada yükü boşaltmağa kömək etməyi təklif etmiş, onlar da razılaşdıqdan sonra, Şabran şəhərinə yola düşmüşlər. Şabran rayonu, Sicanboyad kəndi ərazisində Asəfin avtomobilinin yanacağı bitdiyindən o, Rəhmanla birlikdə metal qəbulu məntəqəsinə piyada getməli olmuş, Mehman isə Asəflə avtomobildə gözləmişdir. Metal qəbulu məntəqəsinə çatdıqdan sonra Rəhman tanımadığı taksi ilə razılaşaraq onu həmin taksi ilə Asəfin avtomobilinin yanına qayıtmasını və radiatorları gətirməsini istəmişdir. O da, həmin taksi ilə qayıdıb radiatorları Mehmanla birlikdə maşına yükləmiş, bundan sonra, həmin taksi ilə Rəhmanın yanına qayıtmışdır. Rəhman radiatorları aparıb, metal qəbulu məntəqəsinə vermiş, o, isə kənarda Rəhmanı gözləmişdir. O, Rəhmanın radiatorları hansı qiymətə satdığını bilməmişdir. Bundan sonra, həmin taksi ilə birlikdə Asəflə Mehmanın yanına qayıtmış, Asəfə benzin və pul, həmçinin, Rəhmanın ona Mehman üçün verdiyi 3 manat pulu da sonuncuya vermiş, daha sonra yenidən Rəhmanın yanına qayıtmışdır. Bundan sonra, o, Rəhmanla birlikdə sonrakı taksi ilə Siyəzən şəhərinə geri gəlmiş, yolda Rəhman ona 8 manat pul vermişdir. Onu Siyəzən şəhərində düşürtdükdən sonra Rəhmanın həmin taksi ilə hara getdiyini bilməmişdir. Bundan təxminən 3-4 gün sonra o, məsələ ilə bağlı Siyəzən RPŞ-yə dəvət edilmiş və o, burada olarkən Rəhmanın satdığı əşyaların oğurluq olmasını öyrənmişdir. Məhkəmə iclası zamanı Şahid4 ifadəsində göstərdi ki, o, Şabran şəhəri ərazisində metalların alışı və satışı ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 11:00 radələrində əvvəllər tanımadığı və sonradan adını öyrəndiyi Sərhəd adlı şəxs yanına gələrək ona metal satmaq istədiyini bildirmişdir. O, Sərhəddən həmin əşyaların kimə məxsus olduğunu soruşduqda, sonuncu həmin əşyaların dayısına məxsus olduğunu və yanmış, xarab olmuş motorlar olduğunu bildirmişdir. O, həmin əşyalara baxdıqda həqiqətən də əşyaların köhnə və söküntü olduğunu görüb 3 ədəd motoru Sərhəddən 70 manat müqabilində almış və özünə məxsus dəftərində qeydiyyatını aparmışdır. Bundan bir gün sonra xx xxxxxx 2019-cu il tarixdə saat 11:00 radələrində Sərhəd “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə yanına gəlmiş, avtomobilin sürücüsünü göstərərək, dayısı olduğunu və dayısından götürdüyü 2 ədəd motoru da ona satmaq istədiyini bildirmiş, həmin vaxt sürücü avtomobildə əyləşmişdir. O, avtomobilə yaxınlaşaraq sürücüdən Sərhədin dayısı olub-olmadığını soruşmuş, sonuncu bu halı təsdiqləmişdir. Bundan sonra, o, Sərhədə inanaraq 30 manat müqabilində 2 ədəd motoru almış, bu dəfə də onun adını dəftərində qeydiyyat etmişdir. Dəftər artıq onda olmadığından onu istintaqa təqdim edə bilməmişdir. Bundan sonra, məsələ ilə bağlı o, Siyəzən RPŞ-yə dəvət edilmiş və orada olarkən həmin əşyaların oğurluq olduğunu öyrənmişdir. Sərhədin yanında avtomobil sürücüsündən başqa kimsə olmamış, Sərhədin ilk dəfə motorları gətirdiyi avtomobil və sürücüsü isə yadında qalmamışdır. Məhkəmə iclası zamanı Şahid6 ifadəsində göstərdi ki, o, hal-hazırda Siyəzən şəhəri ərazisində fərdi əməklə məşğul olur, həmçinin, Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində dayanıb fəhlə kimi iş axtarır. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında əvvəllər Siyəzən şəhər sakini kimi tanıdığı Rəhman adlı şəxs onun və digər Vahid adlı fəhlənin yanına gələrək onlara iş olduğunu, habelə onları işləməyə aparmaq istədiyini bildirmişdir. Onlar Rəhmandan işin nədən ibarət olduğunu soruşduqda, sonuncu özünə aid dəmir əşyaları avtomobilə daşımalı olduqlarını bildirmiş, aralarında olan razılığa görə Rəhman ona və Vahidə hər birinə ayrılıqda 10 manat əmək haqqı verəcəyini qeyd etmişdir. Bundan sonra, Rəhman yolun kənarında dayanan Asəf adlı taksiyə yaxınlaşmış, sonuncu ilə də razılaşdıqdan sonra onlar həmin avtomobilə əyləşib, Siyəzən rayonu, Kiçik Həmyə kənd yoluna doğru getmişlər. Orada Bakı-Quba magistral yolunun alt tərəfində yerləşən tuneldən biraz önə getdikdən sonra Rəhman avtomobili yolun sağ tərəfində uyğun olan yerdə saxlatdırmışdır. Rəhman onlara radiatorların biraz yoldan aşağıda, həmçinin göz görünən yerdə olduğunu bildirmişdir. Daha sonra, Vahid və o, avtomobildən düşüb orada olan 2 ədəd traktor radiatorunu avtomobilə yerləşdirmişdir. Bundan sonra, Rəhman onlara Şabrana getməyi və orada yükü boşaltmağa kömək etmələrini təklif etdikdə, onlar razılaşmış və Şabran şəhərinə yola düşmüşlər. Şabran rayonu, Sicanboyad kəndi ərazisində Asəfin avtomobilinin yanacağı bitdiyindən Vahid Rəhmanla birlikdə metal qəbulu məntəqəsinə piyada getməli olmuş, o, isə Asəflə avtomobildə gözləmişdir. Bundan təxminən yarım saatdan sonra Vahid tanımadığı başqa taksi ilə qayıtmış, o, Vahidlə birlikdə radiatorları həmin taksiyə yükləmişdir. Vahid yenidən həmin taksi ilə metal qəbulu məntəqəsinə qayıtmış, bir müddət sonra isə Rəhmanla birlikdə sonrakı taksi ilə qayıdıb, onların yanına gəlmiş, Asəfə benzin və pul, ona isə 3 manat pul vermiş, bundan sonra Vahid və Rəhman həmin taksi ilə Siyəzən şəhəri istiqamətində getmişdir. Daha sonra, o, Asəflə birlikdə Siyəzən şəhərinə qayıtmışdır. Təxminən 10 gün sonra o, məsələ ilə bağlı Siyəzən RPŞ-yə dəvət edilmiş və orada olarkən Rəhmanın satdığı əşyaların oğurluq olmasını öyrənmişdir. Məhkəmə iclası zamanı Şahid7 ifadəsində göstərdi ki, o, hal-hazırda heç bir işlə məşğul olmur. Təqsirləndirilən şəxs1 Siyəzən şəhər sakini kimi tanıyır və sonuncu ilə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə axşam saat 22:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsi ilə evə gedərkən markasını xatırlamadığı və tanımadığı bir taksi yolun kənarı ilə gəlib onun yanında dayanmış, habelə Təqsirləndirilən şəxs1 həmin avtomobilin içərisindən düşərək ona yaxınlaşıb, hara getdiyini soruşduqda, o, Sərhədə evə getdiyini bildirmiş, bu zaman sonuncu onu evinin yanında düşürtməyi təklif etmiş, o, isə buna razılaşmışdır. Bundan sonra, yolda Sərhəd ona özünə məxsus və satmaq istədiyi 4 ədəd avtomobil diskinin olduğunu bildirib, həmin diskləri Siyəzən şəhərində metal qəbulu ilə məşğul olan Əliməmmədə satmaqda ona kömək etməsini xahiş etmişdir. O, Sərhəddən həmin diskləri hansı səbəbdən özünün satmaq istəmədiyini soruşduqda, sonuncu ona Əliməmmədə borcu olduğunu, bu səbəbdən də həmin diskləri öz adından onun üçün satmasını istəmişdir. Bundan sonra, o, Sərhədlə razılaşmışdır. O, Sərhəddən disklərin harada olduğunu soruşduqda, sonuncu disklərin avtomobilin baqajında olduğunu bildirmişdir. Daha sonra, onlar birbaşa dəmir yolunun altı adlanan yerə Xətai küçəsinə metal qəbulu ilə məşğul olan Əliməmmədin evinə getmişlər. O, taksidən enib, Əliməmmədin evinə qalxmış və sonuncunu çağırmış, habelə ona dural adlı metalının olduğunu bildirmişdir. Sərhəd isə evdən aralıda dayanmış və Əliməmməd onu görməmişdir. Əliməmməd gəlib metala baxanda 4 ədəd avtomobil diskini görmüş, sonuncu ondan disklərin kimə aid olduğunu və oğurluq olub-olmamasını soruşduqda, o, disklərin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra, Əliməmməd razılaşıb, diskləri 28 manata almışdır. O da Sərhədin yanına qayıdaraq həmin pulları sonuncuya vermişdir. Sərhəd ona öz minnətdarlığını bildirdikdən sonra onunla sağollaşmış və piyada evinə getmiş, Sərhəd isə həmin taksiylə çıxıb getmişdir. Məhkəmə iclası zamanı Şahid9 ifadəsində göstərdi ki, o, hal-hazırda Siyəzən rayonu, Pirin altı adlanan yerdə mağazada satıcı işləyir. xx xxxxxxx 2019-cu il tarixdə sinif yoldaşı Zərərçəkmiş şəxs2 Gülbala oğlu axşam saatlarında ona zəng edərək sonuncuya məxsus evinin qarşısındakı saxlanc yerindən 4 ədəd disklərinin oğurlanmasını və bu barədə Siyəzən RPŞ-yə müraciət etdiyini bildirmişdir. Bundan sonra, Xəyyam işdə olduğundan ondan Siyəzən şəhərində yerləşən metal qəbulu məntəqələrini axtarmasını və soraqlaşmasını xahiş etmişdir. O, da 4 ədəd diskləri axtarmağa başlamış və bir neçə məntəqə gəzdikdən sonra sonda Xətai küçəsində yerləşən Əliməmmədin məntəqəsinə getmiş, ona da oğurluq barədə məlumat vermişdir. Söhbət əsnasında Əliməmməd heç kimdən 4 ədəd disk almadığını bildirmişdir. Lakin, sağollaşan zaman Əliməmməd onun mobil telefonunu istəmiş və özünün soraqlaşacağını, hər hansı bir məlumat əldə edərsə, ona xəbər verəciyini bildirmişdir. O, Əliməmməddən ayrıldıqdan bir neçə saat sonra sonuncu ona zəng etmiş və disklərinin yerini müəyyən etdiyini deyərək onları taksi ilə həyətinə gətizdirdiyini bildirmişdir. Bundan sonra, Əliməmməd həmin diskləri 28 manata aldığını və 2 manat da əlavə taksi pulu verdiyini deyərək gəlib onları götürmələrini istəmişdir. O, Əliməmmədlə danışığını bitirdikdən sonra Xəyyama zəng vurmuş, lakin sonuncunun telefonu bağlı olduğu üçün onunla əlaqə saxlaya bilməmişdir. Üstündən bir neçə gün keçdikdən sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə axşam saat 17:00 radələrində Əliməmməd ona telefonla zəng edərək ondakı Xəyyama məxsus diskləri nə üçün ondan götürmədiklərini soruşmuş, o, Əliməmmədə başının qarışıq olduğunu və gəlib götürəcəyini bildirmişdir. Bundan sonra, o, özünə məxsus “Cherry” markalı avtomaşını ilə Əliməmmədin evinə getmiş və sonuncuya disklərin əvəzində 30 manat pulu verərək onları götürüb, birbaşa evə gəlmişdir. Evdə olan zaman Xəyyam ona zəng vurmuş və birbaşa Siyəzən RPŞ-yə gəlməsini istəmişdir. Məhz bu səbəbdən o, həmin diskləri götürərək Siyəzən RPŞ-yə təhvil vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 48-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 22944 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, tədqiqata təqdim edilmiş mühərriklərin, o cümlədən bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, üzərində pas ləkələri olan metal gövdəyə quraşdırılmış mərkəzdən qaçma elektrik su nasosununun işlənmiş vəziyyətdə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddətə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 50 manat, bir ədəd üzərində “Тип АОЛ 21-4, 1972г, 220/380В” markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, üzərində pas ləkələri olan, gövdəsi qəhvəyi rəngdə elektrik mühərrikinin qiyməti 50 manat, iki ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı bağlı, gücü məlum olmayan kiçik ölçüdə elektrik mühərrikinin qiyməti 400 manat, bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı sökülmüş, gücü məlum olmayan orta ölçüdə elektrik mühərrikinin qiyməti 350 manat, bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı bağlı, gücü məlum olmayan nisbətən böyük ölçüdə elektrik mühərrikinin qiyməti 450 manat, cəmi 1300,00 manat müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 47-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 141-142-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 27969 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Respublika ərazisində yerləşən avtomobil təkər və disklərinin satış şəbəkələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədiqatına təqdim edilən bir ədəd avtomobil diskinin hazırkı işlənmiş vəziyyətdə, xx xxxxxxx 2019-cu il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti, təxminən 80,00 manat, dörd ədədi isə 320,00 manat müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 140-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 201-203-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 27974 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, ekspertiza tədqiqatına, təqdim edilmiş 20 il istismarda olmuş, tədqiqat obyektinin, o cümlədən bir ədəd istismar edilmiş, qalınlığı 10sm, 44x70sm ölçülü toaktorun su radiatorunun hazırkı işlənmiş vəziyyətdə, xx xxxxxxx 2019-cu il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 180 manat, bir ədəd istismar edilmiş, qalınlığı 7sm, 60x70sm ölçülü toaktorun su radiatorunun qiyməti isə 200 manat müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 200-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 98-100-cü, 149-150-ci və 206- 207-ci vərəqəsində olan 12 dekabr, 16 dekabr və xx xxxxxx 2019-cu il tarixli maddi sübut kimi tanıma haqqında qərarlardan, eləcə də işin bu cildinin 102-ci vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, müvafiq olaraq Zərərçəkmiş şəxs1 məxsus bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, üzərində pas ləkələri olan metal gövdəyə quraşdırılmış 50 manat dəyərində mərkəzdən qaçma su elektrik nasosu, bir ədəd üzərində «Тип АОЛ 21-4, 1972г, 220/380B» markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, üzərində pas ləkələri olan, gövdəsi gəhvəyi rəngdə 50 manat dəyərində elektrik mühərriki, iki ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı bağlı, gücü məlum olmayan kiçik ölçüdə 400 manat dəyərində elektrik mühərriki, bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı bağlı, gücü məlum olmayan orta ölçüdə 350 manat dəyərində elektrik mühərriki və bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı bağlı, gücü məlum olmayan nisbətən böyük ölçüdə 450 manat dəyərində elektrik mühərriki maddi sübut kimi tanınmaqla sahibinin Siyəzən RPŞ-yə etdiyi müraciəti əsasında Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs2 Gülbala oğlununun yaşadığı H.Əliyev küçəsi 31 saylı dörd mərtəbəli binanın qarşısında ona məxsus saxlanc yerinə qanunsuz daxil olmaqla, oradan oğurladığı hər biri 80 manat olmaqla 4(dörd) ədəd Mercedes-Benz E class avtomobilinə məxsus disklər, eləcə də, Zərərçəkmiş şəxs3 X4 məxsus həyətyanı torpaq sahəsindən oğurlanmış “EO 3322” markalı ekskovatorun üzərində olan 200 manat dəyərində bir ədəd istismar edilmiş, qalınlığı 7sm, 60x70sm ölçülü su radiatoru və “Belarus” markalı traktorun üzərində olan 180 manat dəyərində bir ədəd istismar edilmiş, qalınlığı 10sm, 44x70sm ölçülü su radiatoru maddi sübut kimi tanınmaqla saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 96-97-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(059)-25/2019 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin İİ cild 127-128-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 246-250-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(059)-20/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 258-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, eləcə də, bu cildin 257-ci və 261-ci vərəqələrində olan Siyəzən RPŞ-nin xx xxxxx 2020-ci il tarixli, 183- 3153-1220 nömrəli və xx xxxxx 2020-ci il tarixli, 183-3176-1220 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində Siyəzən rayonu ərazisində tutularaq Siyəzən RPŞ-nin MSY-yə, oradan isə xx xxxxx 2020-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 04 vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən, bu cildin 13-20-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(059)-30/2019 saylı hökmünün surətindən, eləcə də cinayət işinin eyni cildinin 103-cü vərəqəsində olan Siyəzən rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 231/2020 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı 01 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 21 gününü çəkmiş, xx xxxxxx 2020-ci il tarixə isə cəzasının 02 il 05 ay 07 günü çəkilməmiş qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 28-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən, eləcə də eyni cilddə 57-78-ci vərəqələrdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 1(101)-461/2012 saylı hökmünün, eləcə də işdə olan Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 7(011)- 467/2017 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Republikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 128-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Republikası CM-in 66.3-cü, 67.1 və 68.1.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qərarı ilə Azərbaycan Republikası CM-in 132-ci maddəsinə əsasən cəzadan xaric olunaraq üzərində 06 il 08 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmçinin həmin məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 1(101)-461/2012 saylı hökmünə əsasən Azərbaycan Republikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs2 təyin edilmiş 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilmiş, habelə bu maddələrlə təqsirli bilinib, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş yeni cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs2 qəti olaraq 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının əvvəli xx xxxxxxxx 2011-ci il tarixdən hesablanmış, təyin edilmiş cəza xx xxxxxx 2016-cı il tarixə çəkilmiş hesab edilməklə, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından xx xxxxxx 2017-ci il taixdə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin İİ cild 25-26-cı vərəqələrində olan arayışlardan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayonu İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsəinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin İİ cild 52-53-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, eləcə də, digər Zərərçəkmiş şəxs3 X3 nümayəndəsi Nümayəndə tərəfindən tərətib olunmuş xx xxxx 2020-ci il tarixli ərizələrdən görünür ki, dəymiş zərər tam şəkildə ödənildiyinə görə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin etirafları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, həmçinin Təqsirləndirilən şəxs1 təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmamasını, gəncliyini, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxxxx 2019-cu tarixli, 1(059)-30/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxxxx 2019-cu tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerlərinə qanunsuz daxil olaraq, həmçinin bu əməllərini təkrar törətməklə, özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər bu kateqoriyadan törətdiyi cinayət, eləcə də inzibati xəta əməllərinə görə çəkdiyi cəzadan, verilmiş tənbehlərdən nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah, o cümlədən tərbiyə olunmamasını, yeni cinayət törətməyə meylliyini), həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmaması, gəncliyi, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmaması kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısı həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu tarixli, 1(059)-30/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı və onun barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 1(101)-461/2012 saylı hökmü ilə məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir və CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 7(011)- 467/2017 saylı qərarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Republikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 128-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilmiş, habelə ona CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, qismən toplanma yolu ilə qəti olaraq 5 il 2 ay müddətinə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli xx xxxxxxxx 2011-ci il tarixdən hesablanmış, bu cəza xx xxxxxx 2016-cı il tarixə çəkilmiş hesab edilmiş, hal-hazırkı cinayəti isə o, xx xxxxxxx 2019-cu il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini və onun tərəfindən cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısı həcmində cəza təyin edilməlidir. Həmçinin, məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Zərərçəkmiş şəxs2 Gülbala oğluna məxsus 4 (dörd) ədəd “Mercedes-Benz E class” avtomobilinə aid disklər hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 İstehsal Firmasına məxsus “EO 3322” markalı ekskovatorun üzərində olan istismar edilmiş, qalınlığı 7sm, 60x70sm ölçülü su radiatoru və “Belarus” markalı traktorun üzərində olan bir ədəd istismar edilmiş, qalınlığı 10sm, 44x70sm ölçülü su radiatoru isə Zərərçəkmiş şəxs3 İstehsal Firmasına qaytarılmalıdır. Bundan başqa, iş üzrə maddi sübut olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, üzərində pas ləkələri olan metal gövdəyə quraşdırılmış mərkəzdən qaçma su elektrik nasosunun, bir ədəd üzərində «Тип АОЛ 21-4, 1972г, 220/380В» markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, üzərində pas ləkələri olan, gövdəsi qəhvəyi rəngdə elektrik mühərrikinin, iki ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı bağlı, gücü məlum olmayan kiçik ölçüdə elektrik mühərrikinin, bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı bağlı, gücü məlum olmayan orta ölçüdə elektrik mühərrikinin, bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı bağlı, gücü məlum olmayan nisbətən böyük ölçüdə elektrik mühərrikinin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 225 (iki yüz iyirmi beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu tarixli, 1(059)-30/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 07 (yeddi) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, o, qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Zərərçəkmiş şəxs2 Gülbala oğluna məxsus 4(dörd) ədəd “Mercedes-Benz E class” avtomobilinə aid disklər hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 İstehsal Firmasına məxsus “EO 3322” markalı ekskovatorun üzərində olan istismar edilmiş, qalınlığı 7sm, 60x70sm ölçülü su radiatoru və “Belarus” markalı traktorun üzərində olan bir ədəd istismar edilmiş, qalınlığı 10sm, 44x70sm ölçülü su radiatoru isə Zərərçəkmiş şəxs3 İstehsal Firmasına qaytarılsın. İş üzrə maddi sübut olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, üzərində pas ləkələri olan metal gövdəyə quraşdırılmış mərkəzdən qaçma su elektrik nasosunun, bir ədəd üzərində «Тип АОЛ 21-4, 1972г, 220/380В» markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, üzərində pas ləkələri olan, gövdəsi qəhvəyi rəngdə elektrik mühərrikinin, iki ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı bağlı, gücü məlum olmayan kiçik ölçüdə elektrik mühərrikinin, bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı bağlı, gücü məlum olmayan orta ölçüdə elektrik mühərrikinin, bir ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə uzun müddət istismar edilmiş, dolağı hərəkətə gətirən val sökülmüş vəziyyətdə, elektrik naqillərin birləşmələr hissəsinin qapağı bağlı, gücü məlum olmayan nisbətən böyük ölçüdə elektrik mühərrikinin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertizanın dəyəri olan cəmi 225 (iki yüz iyirmi beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar