Məhkəmə qərarları › İş №1(059)-20/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-20/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-20/2022 26.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 26 aprel 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1982-ci il tarixdə Ermənistan Respublikası, Meqri rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə oteli icarə götürdüyünü və orada təmir işləri aparacağını bildirməklə, aldadaraq, oraya fəhlə kimi dəvət etdiyi Şahid2, Şahid3 ilə birlikdə 26 sentyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs direktoru olduğu, “Emil” şirkətinə məxsus Siyəzən rayonunun Zarat kəndində yerləşən “X2” adlanan fəaliyyəti dayandırılmış otelə qanunsuz daxil olaraq, orada olan ümumi dəyərləri 2259 manat təşkil edən 300 manat dəyərində 20 ədəd 3 metr uzunluğunda, 3x5 sm ölçüdə taxtanı, 187 manat dəyərində 17 ədəd 3 metr uzunluğunda 2x7 sm ölçüdə taxtanı, 30 manat dəyərində 3 rulon izolyasiya üçün nəzərdə tutulmuş “steklovatı”, istifadəyə yararsız olduğundan qiymətləndirilməyən 11 ədəd 5 kiloqramlıq boyanı, istifadəyə yararsız olduğundan qiymətləndirilməyən 6 ədəd 3 kiloqramlıq istifadəyə yararsız lakı, 60 manat dəyərində 25 ədəd 20x25 sm ölçülərdə kafeli, 30 manat dəyərində 16 ədəd 40x40 sm ölçüdə metlaxı, 3 manat dəyərində 6 ədəd şüşə materialından kiçik ölçülü işıq plafonu, 6 manat dəyərində 2 ədəd hər biri 1 metr olmaqla, 6 sm diametrində köhnə dəmir boruları, 15 manat dəyərində 3 ədəd ümumi uzunluğu 6 metr olan 100 ml ölçülü köhnə plastmas borunu, 20 manat dəyərində 1 ədəd əl-üz yumaq üçün nəzərdə tutulmuş kiçik ölçülü əl-üz yuyanı, 20 manat dəyərində 3 ədəd ümumi uzunluqları 20,15 metr olan işlənmiş 20-lik plastik su borularını, 40 manat dəyərində 8 ədəd hər biri 3 metr olmaqla, 50-lik ölçüdə işlənmiş plastik boruları, 4 manat dəyərində 4 ədəd dəmir materialından hazırlanmış işlənmiş qapı tutacağını, 240 manat dəyərində 3 ədəd dəmir materialından hazırlanmış işlənmiş daxili qapını, 60 manat dəyərində 6 ədəd 80x80 sm ölçüdə taxtadan hazırlanmış istifadə edilmiş masanı, 60 manat dəyərində 3 ədəd 100x80 sm ölçüdə taxtadan hazırlanmış istifadə edilmiş masanı, 360 manat dəyərində 3 ədəd istifadə olunmamış, eni 60 sm, uzunluğu 1 metr, hündürlüyü isə 2 metr olan paltar dolablarını, 300 manat dəyərində 3 ədəd aşağı hissəsi dolab kimi hazırlanmış, yuxarı hissəsi isə paltar asmaq üçün nəzərdə tutulmuş mebelləri, 15 manat dəyərində 1 ədəd dəri materialından hazırlanmış kreslonu, 50 manat dəyərində 1 ədəd hündürlüyü 1,90 metr, eni isə 1 metr olan plastik materialından hazırlanmış, çərçivələri ilə birlikdə köhnə qapını, 60 manat dəyərində 1 ədəd 1,90x1 metr ölçülərdə, içərisində 1x0,9 metr ölçüdə 1 laylı şüşə quraşdırılmış plastik materialından hazırlanmış çərçivəli köhnə qapını, 80 manat dəyərində 1 ədəd 1,30x1,60 metr ölçüdə, çərçivəsi plastik materialından hazırlanmış bir layında, 1 qat şüşəsi olan, digər layında isə şüşə olmayan köhnə pəncərəni, 50 manat dəyərində 1 ədəd iki nəfərlik yataq taxtı üçün nəzərdə tutulmuş, 160x200 sm ölçülərdə 18 sm qalınlığında köhnə döşəkcəni, 20 manat dəyərində 5 ədəd hər birinin uzunluğu 2,5 metr olan dəmir materialından hazırlanmış köhnə künclüyü, 189 manat dəyərində 63 metr ümumi uzunluqları olan, plastik materialından hazırlanmış, kafel işləri zamanı kənarlarına quraşdırmaq üçün nəzərdə tutulmuş istifadə olunmuş köhnə künclükləri və 60 manat dəyərində 1 ədəd sökülmüş vəziyyətdə 170x210 sm ölçüdə döşəksiz, istifadə olunmuş iki nəfərlik yataq taxtını oğurlamaq məqsədilə təxminən saat 22:00 radələrinədək bilavasitə cinayət törətməyə yönəlmiş bütün hərəkətləri edərək, “Qazel” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid4 və həmin avtomobili idarə edən şəxs Şahid1 qeyd olunan əşyaların daşınması üçün oraya dəvət etsə də, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən o, hadisə yerində saxlanıldığı üçün iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə müddət olar, icarəyə götürmək üçün restoran axtarmış və bu barədə dostu Mübarizə də, məlumat vermişdir. Mübariz Siyəzən rayonu, Zarat kəndində restoran kimi fəaliyyət göstərmiş, lakin, hal-hazırda işləməyən obyekt olduğunu, sahibi ilə danışaraq oranı icarəyə götürə biləcəyini bildirib, həmin obyektin sahibi olan Zəfər adlı şəxsin nömrəsini onunla əlaqə saxlayaraq, obyekti icarəyə götürmək barədə razılıq əldə etməsi üçün ona versə də, sonradan telefonu nasaz vəziyyətə düşdüyündən, həmin nömrəni tapa bilməmişdir. 26 sentyabr 2021-ci il tarixdə Mübarizin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edərək, yenidən Zəfər adlı şəxsin nömrəsini danışmaq və həmin obyekti icarəyə götürmək barədə razılaşmaq üçün almışdır. Sonra, yaşadığı ünvana yaxın ərazidə yaşayan tanışı Şahid2 zəng edib, ona icarəyə yeni obyekt götürdüyünü, həmin obyektdə əşyaların olduğunu, onların daşınmalı olduğunu və orada təmir işləri aparılacağını bildirdib, buna görə özü ilə birlikdə başqa bir nəfər şəxsi də götürüb onunla Siyəzən rayonunda yerləşən obyektə gəlməsini və onların hər birinə 20 manat zəhmət haqqı verəcəyini bildirmişdir. Bundan sonra, Ceyhun ilə Bakı şəhəri, Müşfiqabad qəsəbəsində görüşmüş, habelə həmin vaxt sonuncunun yanında “baba” kimi tanıdığı Şahid3 da olmuş və o, onların gəldiyi “Mercedes 190 markalı” taksiyə əyləşmiş və onlar birlikdə Siyəzən rayonu, Zarat kəndində yerləşən həmin obyektə getmişlər. Onlar obyektə çatanda təxminən saat 17:00 radələri olmuş, həmin vaxt o, Ceyhun və Niftalıya obyektin otaqlarında olan əşyaları həyətə çıxarılmalı olduqlarını bildirmiş və bundan sonra, sonuncular ilə birlikdə obyektin birinci mərtəbəsində olan əşyaları götürüb, çölə çıxarmağa başlamışlar. Daha sonra, isə obyektin ikinci mərtəbəsində olan taxta masaların çölə yığılmalı olduğunu bildirmiş və həmin masaları da, birlikdə çölə yığmışlar. Sonra, bu əşyaları aparmaq üçün yük maşının lazım olduğunu demiş, habelə bu səbəbdən Niftalının qohumu təxminən saat 20:30 radələrində “Qazel” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə obyektə gəlmiş və həmin vaxt sürücünün yanında bir nəfər tanımadığı şəxs də olmuşdur. Onlar gəldikdə artıq hava qaraldığından, sınıq vəziyyətdə olan əşyaları “Qazel” markalı avtomobilə yükləmələrini tapşırmış, habelə həmin əşyalardan sınıq vəziyyətdə olan taxtı yük maşınına yığmışlar. Bu zaman polis əməkdaşları onlara yaxınlaşıb, orada nə etdiklərini soruşduqlarında, sonunculara orada işlədiklərini və Zəfər adlı şəxsin bundan xəbərdar olduğunu bildirmişdir. Daha sonra, Niftalının istifadəsində olan mobil telefon vasitəsilə Zəfər adlı şəxsə zəng etmiş, sonuncu ona “sabah zəng edərsən danışarıq” dediyindən, Niftalının mobil telefonunu da, özü ilə götürərək gizlincə oradan uzaqlaşmışdır. Bundan sonra, 13 oktyabr 2021-ci il tarixdə Ceyhun Müşfiqabad qəsəbəsində onu saxlayıb, zəng edib həmin yerə Niftalını da çağıraraq, onu yaşadığı evə anasının yanına aparmış, həmçinin, bu barədə polisə də məlumat vermişlər. Həmin vaxt polis əməkdaşları binaya çatırlar deyə Ceyhun aşağı düşmüş, o, isə yemək yedikdən sonra sanitar qovşağına keçmiş və bu vaxt Niftalının başının qarışıq olduğunu görüb tez binadan qaçaraq, oradan uzaqlaşmışdır. Daha sonra, həmin gün axşam saat 20:00 radələrində Niftalı onu Müşfiqabad qəsəbəsində saxlayıb, 10-cu polis bölməsinin əməkdaşlarına təhvil vermişdir. Onu da qeyd edir ki, Niftalının mobil telefonu ona çatdırması üçün 20 Yanvar metrosu yaxınlığında yaşayan Ağa adlı sürücüyə vermişdir. Oteldən əşyaları və taxtaları aparmaqda məqsədi həmin obyekti işlətmək olsa da, bu barədə Zəfər adlı şəxsə zəng edərək, onunla razılıq əldə etməmişdir. Mübarizdən Zəfər adlı şəxsin nömrəsini almaqda məqsədi sonuncu ilə danışıb, obyekti icarəyə götürmək barədə razılığa gəlmək olsa da, o, Zəfər adlı şəxslə heç bir razılıq əldə etməmiş və sonuncuya yalnız polis əməkdaşları onu tutduqdan sonra zəng etmişdir. Oteldəki əşyalardan bəzilərini obyektin içərisində olan saunaya, orada olan əşyalardan digərlərini isə obyektin həyətinə yığaraq təmizləmişdir. Həmçinin, qeyd edir ki, əşyaları yerlərinə qoyub, habelə orada olan əşyalardan nasaz vəziyyətdə olanlarını Bakı şəhəri, Müşfiqabad qəsəbəsinə aparmaq istəmişdir. Otelin həyətində olan əşyalardan taxtaları, işıq flakonları, plastik boruları, boyaları, izolyasiya üçün nəzərdə tutulmuş “steklovatları”, kafelləri, qapıları, dəmir və plastik materialdan olan künclükləri (uqolnik) hadisə baş verməmişdən təxminən 3-4 gün əvvəl Bakı şəhəri, Müşfiqabad qəsəbəsinə aparmışdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini nəzərə alıb, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Dəfələrlə məhkəmə iclasına dəvət edilməsinə, habelə barəsində məcburi gətirmə qərarı olmasına baxmayaraq, məhkəmə iclasında iştirakı təmin edilməmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış sonuncu teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hal-hazırda təqaüddə olsa da, “Emil” şirkətinin balansında olan Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən “X2” adlanan otelin icraçı direktorudur. Həmin otel müəyyən fasilələrlə 2018-ci ilə qədər fəaliyyət göstərmiş, fəaliyyətini dayandırdıqdan sonra oradakı avadanlıqlardan bəzilərini çıxararaq aparsa da, bir hissəsi otelin içərisində, digər bir hissəsi isə otelin ərazisində olan anbar kimi istifadə olunan yardımçı tikilidə qalmışdır. O, vaxtaşırı otelə baş çəkmiş, sonuncu dəfə 2021-ci ilin iyun ayının əvvəllərində baş çəkərkən, hər şeyin qaydasında olduğunu görsə də, 29 sentyabr 2021-ci il tarixdə oteldən 26 sentyabr 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı ora gəlmişdir. Otelə ümumi baxış keçirən zaman yardımçı tikilidə saxladığı 20 ədəd 3 metr uzunluğunda, 3x5 sm ölçüdə taxtanın, 17 ədəd 3 metr uzunluğunda 2x7 sm ölçüdə taxtanın, 3 rulon izolyasiya üçün nəzərdə tutulmuş “steklovatın”, 11 ədəd 5 kiloqramlıq istifadəyə yararsız boyanın, 6 ədəd 3 kiloqramlıq istifadəyə yararsız lakın, 25 ədəd 20x25 sm ölçülərdə kafelin, 16 ədəd 40x40 sm ölçüdə metlaxın, 6 ədəd şüşə materialından kiçik ölçülü işıq plafonunun, 2 ədəd hər biri 1 metr olmaqla, 6 sm diametrində köhnə dəmir boruların, 3 ədəd ümumi uzunluğu 6 metr olan 100ml ölçülü köhnə plastmas borunun, 1 ədəd əl-üz yumaq üçün nəzərdə tutulmuş kiçik ölçülü əl-üz yuyanın, 3 ədəd ümumi uzunluqları 20,15 metr olan işlənmiş 20lik plastik su borularının, 8 ədəd hər biri 3 metr olmaqla 50-lik ölçüdə işlənmiş plastik boruların, 4 ədəd dəmir materialından hazırlanmış işlənmiş qapı tutacağının, 3 ədəd dəmir materialından hazırlanmış işlənmiş daxili qapının, 6 ədəd 80x80 sm ölçüdə taxtadan hazırlanmış istifadə edilmiş masanın, 3 ədəd 100x80 sm ölçüdə taxtadan hazırlanmış istifadə edilmiş masanın, 3 ədəd istifadə olunmamış, eni 60 sm, uzunluğu 1 metr, hündürlüyü isə 2 metr olan paltar dolablarının, 3 ədəd aşağı hissəsi dolab kimi hazırlanmış, yuxarı hissəsi isə paltar asmaq üçün nəzərdə tutulmuş mebellərin, 1 ədəd dəri materialından hazırlanmış kreslonun, 1 ədəd hündürlüyü 1,90 metr, eni isə 1 metr olan plastik materialından hazırlanmış, çərçivələri ilə birlikdə köhnə qapının, 1 ədəd 1,90x1 metr ölçülərdə, içərisində 1x0,9 metr ölçüdə 1 laylı şüşə quraşdırılmış, plastik materialından hazırlanmış çərçivəli köhnə qapının, 1 ədəd 1,30x1,60 metr ölçüdə, çərçivəsi plastik materialından hazırlanmış bir layında, 1 qat şüşəsi olan, digər layında isə şüşə olmayan köhnə pəncərənin, 1 ədəd iki nəfərlik yataq taxtı üçün nəzərdə tutulmuş, 160x200 sm ölçülərdə 18 sm qalınlığında köhnə döşəkcənin, 5 ədəd hər birinin uzunluğu 2,5 metr olan dəmir materialından hazırlanmış köhnə künclüyün, 63 metr ümumi uzunluqları olan, plastik materialından hazırlanmış, kafel işləri zamanı kənarlarına quraşdırmaq üçün nəzərdə tutulmuş istifadə olunmuş köhnə künclüklərin, 1 ədəd sökülmüş vəziyyətdə 170x210 sm ölçüdə döşəksiz, istifadə olunmuş iki nəfərlik yataq taxtının oğurlanması üçün cəhd edildiyi ona məlum olmuşdur. Qeyd etdiyi əşyaların ümumi dəyəri təxminən 2000-2500 manat təşkil etmiş, o, Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir tanışlığı olmamış, sonuncu oteli icarəyə götürməklə, bağlı heç kimə məlumat verməmişdir. Bundan əlavə, direktoru olduğu oteldən əmlakların oğurlanması zamanı oranın divarları yararsız vəziyyətə salınmış, işıq və digər xətlərə ziyan vurulmuş, otelin dam hissəsində olan lambirinlər sındırılaraq, yararsız vəziyyətə salınmış, bununla da, ona əlavə olaraq 4000 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda, zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ilk teleqramında Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmədiyini bildirib, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu qeyd etməklə, yanaşı, sonuncu teleqramında qəbul ediləcək hər hansı bir qərara etirazının olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin Müvəqqəti saxlama yeri polis nəfəri-növbətçi Şahid6 ifadəsində göstərdi ki, 26 oktyabr 2021-ci il tarixdə yaşadığı Siyəzən rayonu, Zarat kəndinə gedərkən yolun kənarındakı “X2” adlanan otelin həyətində işıq yandığını görmüş və həmin otel fəaliyyətini dayandırmış olduğundan, kiminsə oradan oğurluq edə biləcəyini düşünmüşdür. Bu səbəbdən də, Siyəzən rayonu, Zarat kəndi ərazisində xidmət aparan Siyəzən RPŞ-nin polis sahə nəfəri Şahid7 yanına gedib, ona bu barədə məlumat vermiş, sonuncu da öz növbəsində həmin kəndin sahə rəisi Şahid5 zəng edərək, bu barədə məlumat vermişdir. Mirzəcan onlara həmin otelə getmələrini, özünün də ora gələcəyini bildirdikdən dərhal sonra onlar həmin otelə getmiş və ora çatanda otelin həyətində 5 nəfər şəxsin olduğunu görüb, həmin şəxslərdən orada nə etdiklərini soruşduqda, adının Şərif olması sonradan onlara məlum olan şəxs oteli icarəyə götürdüyünü və orada təmir işlərinə başladığını bildirmişdir. Bu zaman otel həyətində olan Qazel markalı yük maşınının arxa yük hissəsinə baxdığında, orada sınmış vəziyyətdə olan iki nəfərlik yataq dəsti olduğunu görmüş və yataq dəstini nə üçün avtomobilə yükləməsi barədə Şərifdən soruşduqda, sonuncu həmin yataq dəstini Qazel markalı avtomobil ilə Bakı şəhərindən gətirdiyini bildirmişdir. Həmin vaxt yük avtomobilinin sahibi buna etiraz edib, Şərifin yalan dediyini, avtomobilinin otelin ərazisinə gələrkən boş olduğunu, həmin yataq dəstinin sonuncunun göstərişi ilə avtomobilə qoyulduğunu bildirmişdir. Sonra, Şərif mobil telefon ilə obyektin sahibinə zəng vurub, onunla danışması üçün telefonu ona verdikdə, obyektin sahibi oteli heç kimə icarəyə vermədiyini, həmin şəxsin oraya oğurluq etmək üçün gəldiyini bildirmiş və bundan sonra, Şərif mobil telefonu götürüb danışmağa başlamış, habelə gizlincə onların diqqətlərindən yayınıb, oradan qaçıb getmişdir. Bundan sonra, sahə rəisi Mirzəcan ora gələrək həmin şəxslərdən nə baş verdiyini soruşduqda, sonuncular Şərifin onları aldadaraq fəhlə kimi və avtomobil ilə yük daşımaq üçün ora çağırdığını bildirmişlər. Daha sonra, həmin şəxslər Siyəzən RPŞ-yə aparılaraq, növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid7 və İTB-nin polis sahə rəisi Şahid5 Şahid6 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, 26 sentyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində qohumu Niftalı ona zəng edərək Siyəzən rayonunun Zarat kəndində yerləşən oteldən əşyaların daşınmalı olduğunu bildirmiş və ondan əşyaları Bakı şəhərinə apara biləcəyini soruşduqda, o, razılıq verib, Siyəzən rayonu istiqamətində hərəkətə başlamışdır. Həmin vaxt avtomobili dostu Zamin idarə etmişdir. Belə ki, avtomobili baş etibarnamə əsasında Zaminin adına almışdır. Beləliklə, onlar yolda olarkən avtomobilin “dinamo” adlanan hissəsində problem olduğundan bir dəfə dayanmış, həmçinin təxminən saat 21:00 radələrində həmin otelə çatmışlar. Ora çatdıqdan sonra o və Zamin avtomobilin “dinamo” adlanan hissəsini təmir etməyə başlamış, həmin vaxt Şərif Ceyhun və Niftalıya əşyaları yük avtomobilinə yığmağı tapşırmışdır. Niftalı, Ceyhun və Şərif əvvəlcə yaxınlıqda olan yataq dəstini-taxtı avtomobilə yükləmiş, daha sonra digər əşyaların avtomobilə yüklənməsinə başlamışlar. Onlar yataq dəstini avtomobilə yüklədikdən sonra Mais və Babək adlı polis əməkdaşları oraya gəlib, onlardan otelin ərazisində nə etdiklərini soruşduqda, Şərif həmin otelin qohumunun olduğunu, buraya işləməyə gəldiyini və oteli təmir etdirəcəyini bildirmişdir. Bu zaman Mais adlı polis əməkdaşı avtomobilin yük hissəsinə baxmış və orada yataq dəsti olduğunu görmüş, habelə yataq dəstinin nə üçün avtomobilin yük yerinə qoyulduğunu Şərifdən maraqlandıqda, sonuncu yataq dəstini özü ilə yük avtomobilində gətirdiyini bildirmiş, məhz həmin məqamda Şərifin yalan danışması onlara məlum olmuşdur. Bu səbəbdən o, dərhal Maisə avtomobilin ona məxsus olmasını və həmin yataq dəstinin otelin həyətindən avtomobilə Şərifin göstərişi ilə yüklənildiyini bildirmişdir. Bundan sonra, Mais Şərifdən nə üçün əşyaları avtomobilə yüklədiyini soruşduqda, Şərif Niftalının mobil telefonunu götürərək otelin sahibi Zəfər adlı şəxsə zəng etmiş, habelə telefonu Maisə Zəfər adlı şəxslə danışmaq üçün vermişdir. Mais telefonla danışdıqdan sonra telefonu yenidən Şərifə qaytarmış, sonuncu telefonla danışa-danışa otelin arxa hissəsinə keçərək, oradan qaçaraq getmiş, habelə bu vaxt Niftalıya məxsus “X3 9” markalı mobil telefonu da, özü ilə aparmışdır. Daha sonra, polis əməkdaşları onları Siyəzən RPŞ-yə aparmışlar. Burada Siyəzən RPŞ-nin TQ-nin təhqiqatçısı Emil Zülfüqarov araşdırmanın aparılmasını həyata keçirmiş, onlar izahatları alındıqdan və hadisə yerinə iştirakları ilə baxış keçirildikdən sonra sərbəst buraxılmışlar. Sərbəst buraxıldıqdan sonra Niftalı və Ceyhun Şərifi axtarmağa başlamışdır. Belə ki, baş vermiş hadisədən sonra Şərif polisin və onların axtardığını bildiyindən qaçıb gizlənmişdir. 13 oktyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində Ceyhun Şərifi tutsa da, o, qaçmağı bacarmış, həmin gün, saat 20:00 radələrində isə Niftalının Şərifi saxladığı və onu polis əməkdaşlarına təhvil verdiyi ona sonradan məlum olmuşdur. Bu baş verənlərlə bağlı Niftalı özü ona telefonla zəng edərək, məlumat vermişdir. Şərif onlara həmin otelin idarəçiliyinin ona həvalə olunduğunu, oranın təmir edilərək, yenidən istifadəyə veriləcəyini və orada olan əşyaların daşınmalı olduğunu bildirmişdir. Onların Şərifin həmin əşyaları oğurlamaq niyyəti olması barədə məlumatları olmamışdır. Məhkəmə istintaqında digər Şahid1 Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Dəfələrlə məhkəmə iclasına dəvət edilməsinə, habelə barəsində məcburi gətirmə qərarı olmasına baxmayaraq, məhkəmə iclasında iştirakı təmin edilməmiş Şahid2 məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 26 sentyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində Şəriflə yaşadığı ünvanın yaxınlığında rastlaşmış, sonuncu ona Siyəzən rayonunda qohumuna məxsus obyektdən daşınmalı əşyalar olduğunu və həmin obyektin təmir olunacağını bildirmiş, bundan sonra isə ona əlavə olaraq bir nəfər də şəxsin fəhlə kimi lazım olduğunu qeyd etmişdir. O, həmin gün, saat 16:00 radələrində dostu Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə istifadəsindəki ***-***-**-** saylı nömrə ilə zəng edərək, fəhlə işi olduğunu və onunla birlikdə həmin işdə işləmək istəyib-istəmədiyini soruşmuş, sonuncu buna razılıq vermişdir. Bütün yol xərclərini Şərifin çəkəcəyi barədə razılaşdıqdan sonra sonuncu yol qırağından taksi tutmuş və onlar Niftalını da özləri ilə götürmək üçün onun yaşadığı ünvanın qarşısına getmiş, sonuncu da, onların gəldiyi “Mercedes 190” markalı taksiyə əyləşərək, onlarla birlikdə yola çıxmışdır. Yolda olarkən Şərif ona Siyəzən rayonunun Zarat kəndinə getdiklərini, orada qohumuna məxsus otel olduğunu və həmin oteldən oğurluqlar olduğu üçün oraya nəzarətin ona tapşırıldığını bildirmiş, həmçinin həmin otelin əsaslı təmir ediləcəyini qeyd etmişdir. Bundan əlavə, Şərif təmirə başlamaq üçün oteldə olan əşyaların oradan daşınmalı olduğunu və onları həmin əşyaları daşımaq üçün otelə apardığını bildirmişdir. Təxminən saat 17:00 radələrində onlar Siyəzən rayonunun Zarat kəndində yerləşən otelə çatmış və taksi onları orada düşürdüb getmişdir. Otelə çatdıqdan sonra Şərif, Niftalı və o, həyətə daxil olmuş, ora daxil olduqdan sonra Şərif əvvəlcə onları otelin içərisinə salmış və bütün otaqları gəzməklə, hansı otaqdan hansı əşyaların götürülməli olduğunu göstərmişdir. Həmçinin, Şərif onlara həyətdə yerləşən otaqları və anbarı da göstərərək, oradan hansı əşyaların götürülməli olduğunu bildirmiş, habelə otelin bütün hissələrini onlara göstərdikdən sonra, onunla birlikdə otelin içərisində olan əşyaları həyətə çıxarmaq üçün içəri getmişdir. Şərif içəri getməmişdən öncə Niftalıya anbarda olan taxtaları, işıq flakonları, plastik boruları, boyaları, izolyasiya üçün nəzərdə tutulmuş “steklovatları”, kafelləri, dəmir metaldan hazırlanmış metal qapı tutacaqlarını, qapıları, dəmir və plastik materialdan olan künclükləri (uqolnik) daşıyaraq, həyətə yığmağı tapşırmışdır. O və Şərif otelin içərisində olan stolları, yataq dəstini, kreslonu, dolabları, paltar asmaq üçün nəzərdə tutulmuş mebelləri daşıyaraq həyətə yığdıqdan sonra, anbarda olan əşyaları həyətə yığmaq üçün Niftalıya kömək etmişlər. Onlar bütün qeyd edilən əşyaları otelin həyətinə yığdıqdan sonra Şərif Niftalıya yığılmış əşyaları daşımaq, o cümlədən Bakı şəhəri, Müşfiqabad qəsəbəsinə aparmaq üçün avtomobil lazım olduğunu bildirərək, yolun kənarına çıxmağı tapşırmışdır. Niftalı yolun kənarında təxminən yarım saat dayandıqdan sonra avtomobil olmadığını görərək otelə qayıtmış, habelə Şərifin yanına gələrək, yük avtomobili tapa bilmədiyini bildirmişdir. Bundan əlavə, Niftalı Şərifə qohumu Şahid4 Bakı şəhəri, Xırdalan dairəsində “Qazel” markalı avtomobil ilə yük daşıma xidməti göstərdiyini bildirdikdə, Şərif Niftalıdan əşyaları daşımaq üçün Zauru çağırmasını istəmişdir. Bundan sonra, Niftalı Zaura zəng vuraraq, ona Siyəzən rayonunun Zarat kəndində yerləşən oteldən əşyaların Bakı şəhəri, Müşfiqabad qəsəbəsinə aparılmalı olduğunu bildirmiş, Zaur isə həmin əşyaları Müşfiqabad qəsəbəsinə aparmağa razılıq verərək, yola çıxıb onların yanına gəldiyini qeyd etmişdir. Niftalı Zaura zəng edəndə təxminən saat 19:00 radələri olmuş, təxminən saat 21:00 radələrində isə Zaur onların yanlarına çatmışdır. Bu vaxt onun yanında bir nəfər şəxs də olmuş, o, həmin şəxsi tanımamış və adının Zamin olduğunu sonradan öyrənmişdir. Zaur və Zamin onların yanlarına gəldikdən sonra avtomobilin “dinamo” adlanan hissəsində nasazlıq olduğunu bildirərək, onu təmir etməyə başlamışlar. Həmin vaxt Şərif onlara əşyaları yük avtomobilinə yığmağı tapşırmış, o, Niftalı və Şərif əvvəlcə yaxınlıqda olan yataq dəstini - taxtı avtomobilə yükləmişlər. Onlar yataq dəstini avtomobilə yüklədikdən sonra digər əşyaların avtomobilə yüklənməsinə başlamalı olmuşlar. Lakin, onlar yataq dəstini avtomobilə yüklədikdən sonra Mais və Babək adlı polis əməkdaşları oraya gələrək, onlardan otelin ərazisində nə etdiklərini soruşmuşlar. Şərif polis əməkdaşlarına həmin otelin qohumunun olduğunu, buraya işləməyə gəldiyini və oteli təmir etdirəcəyini bildirmişdir. Bu zaman Mais adlı polis əməkdaşı avtomobilin yük hissəsinə baxmış və orada yataq dəsti olduğunu gördükdə, yataq dəstinin nə üçün avtomobilin yük yerinə qoyulduğunu Şərifdən soruşmuşdur. Şərif Maisə həmin yataq dəstini özü ilə yük avtomobilində gətirdiyini bildirmişdir. Bu zaman onlara Şərifin yalan danışdığı məlum olduğundan Zaur Maisə avtomobilin ona məxsus olmasını və həmin yataq dəstinin otelin həyətindən avtomobilə Şərifin göstərişi ilə yüklənildiyini bildirmişdir. Bundan sonra, Mais Şərifdən nə üçün əşyaları avtomobilə yüklədiyini soruşduqda, sonuncu Niftalının mobil telefonunu götürərək, otelin sahibi Zəfər adlı şəxsə zəng etmişdir. Şərif telefonu Maisə Zəfər adlı şəxslə danışmaq üçün vermişdir. Mais telefonla danışdıqdan sonra telefonu yenidən Şərifə qaytarmış, sonuncu isə telefonla danışa-danışa otelin arxa hissəsinə keçərək, oradan qaçaraq getmiş, bu zaman Niftalıya məxsus “X3 9” markalı mobil telefonu da, özü ilə aparmışdır. Daha sonra, polis əməkdaşları onları Siyəzən RPŞ-yə aparmış, orada RPŞ-nin TQ-nin təhqiqatçısı Emil Zülfüqarov araşdırmanın aparılmasını həyata keçirmiş, izahatları alındıqdan və hadisə yerinə iştirakları ilə baxış keçirildikdən sonra sərbəst buraxılmışlar. Sərbəst buraxıldıqdan sonra o və Niftalı Şərifi axtarmağa başlamışlar. Belə ki, baş vermiş hadisədən sonra Şərif polisin və onların onu axtardığını bildiyindən qaçıb gizlənmişdir. 13 oktyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində o, Şərifi Bakı şəhəri, Müşfiqabad qəsəbəsində görmüş və onu saxlamışdır. Bundan sonra, Niftalıya zəng edərək, Şərifi sözügedən qəsəbədə saxladığını bildirərək, oraya gəlməsini istəmiş, Niftalı onun yanına gəlmiş, habelə o və Niftalı Şərifin aparılması üçün Siyəzən RPŞ-yə məlumat vermişlər. Onlar Şərifi həmin müddət ərzində anasının yanına aparmış və onun anası ilə birlikdə yaşadıqları ünvanda oturaraq baş vermiş hadisələrlə bağlı söhbət etməyə başlamışlar. Şərif həmin vaxt onlara oğurluq əməlini etiraf edəcəyini bildirmişdir. Bundan sonra, polis əməkdaşları gəldiyi üçün o, evdən çıxaraq binanın giriş hissəsinin qarşısına düşmüşdür. Şərifin yaşadığı ev 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşmişdir. O, aşağıda olarkən Niftalı ona zəng edərək, Şərifin qaçdığını bildirmiş, axtarışları isə nəticə verməmişdir. Daha sonra, onlar qayıdıb evə getsələr də, həmin gün, axşam saat 20:00 radələrində Niftalı ona zəng edərək, Şərifi saxladığını bildirmişdir. Bundan sonra, o da, Niftalının yanına getmişdir. Onlar Şərifdən maşına əyləşməsini tələb etmiş və sonuncu ilə birlikdə avtomobilə əyləşərək, onu aparıb, Niftalının yaşadığı ünvanın qarşısında Qaradağ rayonu 10-cu polis bölməsinin əməkdaşlarına təhvil vermişlər. Şərif ona və Niftalıya orada yüklərin daşınması üçün köməklik etmələrini, əvəzində zəhmət haqqı verəcəyini bildirdiyi üçün onunla Siyəzən rayonu, Zarat kəndində yerləşən fəaliyyəti dayandırılmış otelə getmiş, habelə Şərifin dediyi əşyaları daşıyıb, sonuncu ilə birlikdə həyətə yığmışlar. Onlar otelə ilk getdikdə Şərif onlara həmin əşyaları aparacağı barədə məlumat verməmiş, lakin sonradan o, həmin əşyaları Müşfiqabad qəsəbəsinə aparılacağını onlara bildirmişdir. Onların Şərifin həmin əşyaları oğurlamaq niyyətində olması barədə məlumatları olmamış, Şərifin polis əməkdaşı Maisə maşının yük hissəsində olan yataq dəstinin Bakı şəhərindən gətirilməsi barədə yalan dedikdə, artıq onun oğurluq niyyəti ilə oraya getməsi onlara məlum olmuş və onlar dərhal bu barədə orada olan polis əməkdaşlarına bildirmişlər. Dəfələrlə məhkəmə iclasına dəvət edilməsinə, habelə barəsində məcburi gətirmə qərarı olmasına baxmayaraq, məhkəmə iclasında iştirakı təmin edilməmiş Şahid3 məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-20-ci və 32-48-ci vərəqələrində olan 27 sentyabr 2021-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokollardan, eləcə də fotoşəkillərdən görünür ki, Siyəzən rayonunun Zarat kəndində yerləşən “X2” adlanan fəaliyyəti dayandırılmış otelə aid olmaqla, ittihamın əsasını təşkil edən predmetlərə baxış keçirilmiş, habelə bu predmetlər iş üçün əhəmiyyət kəsb etdiyindən onlarla bağlı ekspertiza təyin edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 169-171-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2021-ci il tarixli, 9/7273 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda, inşaat materiallarının, köhnə məişət ev əşyalarının və mebel məmulatlarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən qərarın təsviri hissəsində göstərilən tədqiq edilən tədqiqat obyektlərinin, o cümlədən 20 ədəd 3 metr uzunluğunda, 3x5 sm ölçüdə taxtanın 26 sentyabr 2021-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən 300 manat, 17 ədəd 3 metr uzunluğunda 2x7 sm ölçüdə taxtanın qiyməti 187 manat, 3 rulon izolyasiya üçün nəzərdə tutulmuş “steklovat”ın qiyməti 30 manat, 25 ədəd 20x25 sm ölçülərdə kafelin qiyməti 60 manat, 16 ədəd 40x40 sm ölçüdə metlaxın qiymət 30 manat, 6 ədəd şüşə materialından kiçik ölçülü işıq plafonunun qiyməti 3 manat, 2 ədəd hər biri 1 metr olmaqla, 6 sm diametrində köhnə dəmir boruların qiyməti 6 manat,3 ədəd ümumi uzunluğu 6 metr olan 100ml ölçülü köhnə plastmas borunun qiyməti 15 manat, 1 ədəd əlüz umaq üçün nəzərdə tutulmuş kiçik ölçülü əl-üz yuyanın qiyməti 20 manat, 3 ədəd ümumi uzunluqları 20,15 metr olan işlənmiş 20-lik plastik su borularının qiyməti 20 manat, 8 ədəd hər biri 3 metr olmaqla, 50-lik ölçüdə işlənmiş plastik boruların qiyməti 40 manat, 4 ədəd dəmir materialından hazırlanmış işlənmiş qapı tutacağının qiyməti 4 manat, 3 ədəd dəmir materialından hazırlanmış işlənmiş daxili qapının qiyməti 240 manat, 6 ədəd 80x80 sm ölçüdə taxtadan hazırlanmış istifadə edilmiş masanın qiyməti 60 manat, 3 ədəd 100x80 sm ölçüdə taxtadan hazırlanmış istifadə edilmiş masanın qiyməti 60 manat, 3 ədəd istifadə olunmamış, eni 60 sm, uzunluğu 1 metr, hündürlüyü isə 2 metr olan paltar dolablarının qiyməti 360 manat, 3 ədəd aşağı hissəsi dolab kimi hazırlanmış, yuxarı hissəsi isə paltar asmaq üçün nəzərdə tutulmuş mebelin qiyməti 300 manat, 1 ədəd dəri materialından hazırlanmış köhnə kreslonun qiyməti 15 manat, 1 ədəd hündürlüyü 1,90 metr, eni isə 1 metr olan plastik materialından hazırlanmış, çərçivələri ilə birlikdə köhnə qapının qiyməti 50 manat, 1 ədəd 1,90x1 metr ölçülərdə, içərisində 1x0,9 metr ölçüdə 1 laylı şüşə quraşdırılmış plastik materialından hazırlanmış çərçivəli köhnə qapının qiyməti 60 manat, 1 ədəd 1,30x1,60 metr ölçüdə, çərçivəsi plastik materialından hazırlanmış bir layında, 1 qat şüşəsi olan, digər layında isə şüşə olmayan köhnə pəncərənin qiyməti 80 manat, 1 ədəd iki nəfərlik yataq taxtı üçün nəzərdə tutulmuş, 160x200 sm ölçülərdə 18 sm qalınlığında köhnə döşəkcənin qiyməti 50 manat, 5 ədəd hər birinin uzunluğu 2,5 metr olan dəmir materialından hazırlanmış köhnə künclüyün qiyməti 20 manat, 63 metr ümumi uzunluqları olan, plastik materialından hazırlanmış, kafel işləri zamanı kənarlarına quraşdırmaq üçün nəzərdə tutulmuş istifadə olunmuş köhnə künclüklərin qiyməti 189 manat, 1 ədəd sökülmüş vəziyyətdə 170x210 sm ölçüdə döşəksiz, istifadə olunmuş iki nəfərlik yataq taxtının qiyməti 60 manat müəyyən edilsə də, 11 ədəd 5 kiloqramlıq istifadəyə yararsız boya və 6 ədəd 3 kiloqramlıq istifadəyə yararsız lakla bağlı qiymətləndirmə aparılmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 168-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 196-218-ci vərəqələrində olan 21 dekabr 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 27 sentyabr 2021-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində yerləşən otelə və onun həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilmiş 20 ədəd 3 metr uzunluğunda, 3x5 sm ölçüdə taxta, 17 ədəd 3 metr uzunluğunda 2x7 sm ölçüdə taxta, 3 rulon izolyasiya üçün nəzərdə tutulmuş “steklovat”, 11 ədəd 5 kiloqramlıq istifadəyə yararsız boya, 6 ədəd 3 kiloqramlıq istifadəyə yararsız lak, 25 ədəd 20x25 sm ölçülərdə kafel, 16 ədəd 40x40 sm ölçüdə metlax, 6 ədəd şüşə materialından kiçik ölçülü işıq plafon, 2 ədəd hər biri 1 metr olmaqla, 6 sm diametrində köhnə dəmir borular, 3 ədəd ümumi uzunluğu 6 metr olan 100ml ölçülü köhnə plastmas boru, 1 ədəd əl-üz umaq üçün nəzərdə tutulmuş kiçik ölçülü əl-üz yuyan, 3 ədəd ümumi uzunluqları 20,15 metr olan işlənmiş 20lik plastik su boruları, 8 ədəd hər biri 3 metr olmaqla 50-lik ölçüdə işlənmiş plastik borular, 4 ədəd dəmir materialından hazırlanmış işlənmiş qapı tutacağı, 3 ədəd dəmir materialından hazırlanmış işlənmiş daxili qapı, 6 ədəd 80x80 sm ölçüdə taxtadan hazırlanmış istifadə edilmiş masa, 3 ədəd 100x80 sm ölçüdə taxtadan hazırlanmış istifadə edilmiş masa, 3 ədəd istifadə olunmamış, eni 60 sm, uzunluğu 1 metr, hündürlüyü isə 2 metr olan paltar dolablar, 3 ədəd aşağı hissəsi dolab kimi hazırlanmış, yuxarı hissəsi isə paltar asmaq üçün nəzərdə tutulmuş mebellər, 1 ədəd dəri materialından hazırlanmış kreslo, 1 ədəd hündürlüyü 1,90 metr, eni isə 1 metr olan plastik materialından hazırlanmış, çərçivələri ilə birlikdə köhnə qapı, 1 ədəd 1,90x1 metr ölçülərdə, içərisində 1x0,9 metr ölçüdə 1 laylı şüşə quraşdırılmış, plastik materialından hazırlanmış çərçivəli köhnə qapı, 1 ədəd 1,30x1,60 metr ölçüdə, çərçivəsi plastik materialından hazırlanmış bir layında, 1 qat şüşəsi olan, digər layında isə şüşə olmayan köhnə pəncərə, 1 ədəd iki nəfərlik yataq taxtı üçün nəzərdə tutulmuş, 160x200 sm ölçülərdə 18 sm qalınlığında köhnə döşəkcə, 5 ədəd hər birinin uzunluğu 2,5 metr olan dəmir materialından hazırlanmış köhnə künclük, 63 metr ümumi uzunluqları olan, plastik materialından hazırlanmış, kafel işləri zamanı kənarlarına quraşdırmaq üçün nəzərdə tutulmuş istifadə olunmuş köhnə künclüklər, 1 ədəd sökülmüş vəziyyətdə 170x210 sm ölçüdə döşəksiz, istifadə olunmuş iki nəfərlik yataq taxtı iş üzrə maddi sübut kimi tanınmış, habelə onlara baxış keçirildikdən sonra geri qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 181-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-118-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 4(059)-49/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş işin 182-183-cü vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 01 iyul 2013-cü il təvəllüdlü Əli və 16 yanvar 2015-ci il təvəllüdlü Ramidə adında iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 124 saylı Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs 15 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramından görünür ki, dəyən ziyan ödənilmədiyindən o, Təqsirləndirilən şəxs şikayətçidir. Beləliklə, Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamağa cəhd etmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 29,177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun binaya qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamağa cəhd etmə cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, o cümlədən ictimai faydalı işlə məşğul olmamasını, əməlinin hüquqazidd olduğunu onun törədilməsinə yardımçı vasitələr axtarmasını, əməlinin ifşa edildiyini anladıqdan sonra hadisə yerinə gəlmiş polis əməkdaşlarına yanlış məlumat verməklə, onları həqiqi niyyətindən yayındırmağa çalışmasını, saxlanılmasına baxmayaraq, məsuliyyətdən yaxa qurtarmaq məqsədilə qaçma cəhdlərini, o cümlədən uzun müddət ibtidai araşdırmadan qaçmasını, bu minvalla hüquqazidd əməllərini davam etdirməsini, tərbiyə olunmamasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçü nəzərə alınmaqla, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 27 sentyabr 2021-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində yerləşən otelə və onun həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilmiş 20 ədəd 3 metr uzunluğunda, 3x5 sm ölçüdə taxta, 17 ədəd 3 metr uzunluğunda 2x7 sm ölçüdə taxta, 3 rulon izolyasiya üçün nəzərdə tutulmuş “steklovat”, 11 ədəd 5 kiloqramlıq istifadəyə yararsız boya, 6 ədəd 3 kiloqramlıq istifadəyə yararsız lak, 25 ədəd 20x25 sm ölçülərdə kafel, 16 ədəd 40x40 sm ölçüdə metlax, 6 ədəd şüşə materialından kiçik ölçülü işıq plafon, 2 ədəd hər biri 1 metr olmaqla, 6 sm diametrində köhnə dəmir borular, 3 ədəd ümumi uzunluğu 6 metr olan 100ml ölçülü köhnə plastmas boru, 1 ədəd əl-üz umaq üçün nəzərdə tutulmuş kiçik ölçülü əl-üz yuyan, 3 ədəd ümumi uzunluqları 20,15 metr olan işlənmiş 20-lik plastik su boruları, 8 ədəd hər biri 3 metr olmaqla 50-lik ölçüdə işlənmiş plastik borular, 4 ədəd dəmir materialından hazırlanmış işlənmiş qapı tutacağı, 3 ədəd dəmir materialından hazırlanmış işlənmiş daxili qapı, 6 ədəd 80x80 sm ölçüdə taxtadan hazırlanmış istifadə edilmiş masa, 3 ədəd 100x80 sm ölçüdə taxtadan hazırlanmış istifadə edilmiş masa, 3 ədəd istifadə olunmamış, eni 60 sm, uzunluğu 1 metr, hündürlüyü isə 2 metr olan paltar dolablar, 3 ədəd aşağı hissəsi dolab kimi hazırlanmış, yuxarı hissəsi isə paltar asmaq üçün nəzərdə tutulmuş mebellər, 1 ədəd dəri materialından hazırlanmış kreslo, 1 ədəd hündürlüyü 1,90 metr, eni isə 1 metr olan plastik materialından hazırlanmış, çərçivələri ilə birlikdə köhnə qapı, 1 ədəd 1,90x1 metr ölçülərdə, içərisində 1x0,9 metr ölçüdə 1 laylı şüşə quraşdırılmış, plastik materialından hazırlanmış çərçivəli köhnə qapı, 1 ədəd 1,30x1,60 metr ölçüdə, çərçivəsi plastik materialından hazırlanmış bir layında, 1 qat şüşəsi olan, digər layında isə şüşə olmayan köhnə pəncərə, 1 ədəd iki nəfərlik yataq taxtı üçün nəzərdə tutulmuş, 160x200 sm ölçülərdə 18 sm qalınlığında köhnə döşəkcə, 5 ədəd hər birinin uzunluğu 2,5 metr olan dəmir materialından hazırlanmış köhnə künclük, 63 metr ümumi uzunluqları olan, plastik materialından hazırlanmış, kafel işləri zamanı kənarlarına quraşdırmaq üçün nəzərdə tutulmuş istifadə olunmuş köhnə künclüklər, 1 ədəd sökülmüş vəziyyətdə 170x210 sm ölçüdə döşəksiz, istifadə olunmuş iki nəfərlik yataq taxtı Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 27 sentyabr 2021-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində yerləşən otelə və onun həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilmiş 20 ədəd 3 metr uzunluğunda, 3x5 sm ölçüdə taxta, 17 ədəd 3 metr uzunluğunda 2x7 sm ölçüdə taxta, 3 rulon izolyasiya üçün nəzərdə tutulmuş “steklovat”, 11 ədəd 5 kiloqramlıq istifadəyə yararsız boya, 6 ədəd 3 kiloqramlıq istifadəyə yararsız lak, 25 ədəd 20x25 sm ölçülərdə kafel, 16 ədəd 40x40 sm ölçüdə metlax, 6 ədəd şüşə materialından kiçik ölçülü işıq plafon, 2 ədəd hər biri 1 metr olmaqla, 6 sm diametrində köhnə dəmir borular, 3 ədəd ümumi uzunluğu 6 metr olan 100ml ölçülü köhnə plastmas boru, 1 ədəd əlüz umaq üçün nəzərdə tutulmuş kiçik ölçülü əl-üz yuyan, 3 ədəd ümumi uzunluqları 20,15 metr olan işlənmiş 20-lik plastik su boruları, 8 ədəd hər biri 3 metr olmaqla 50-lik ölçüdə işlənmiş plastik borular, 4 ədəd dəmir materialından hazırlanmış işlənmiş qapı tutacağı, 3 ədəd dəmir materialından hazırlanmış işlənmiş daxili qapı, 6 ədəd 80x80 sm ölçüdə taxtadan hazırlanmış istifadə edilmiş masa, 3 ədəd 100x80 sm ölçüdə taxtadan hazırlanmış istifadə edilmiş masa, 3 ədəd istifadə olunmamış, eni 60 sm, uzunluğu 1 metr, hündürlüyü isə 2 metr olan paltar dolablar, 3 ədəd aşağı hissəsi dolab kimi hazırlanmış, yuxarı hissəsi isə paltar asmaq üçün nəzərdə tutulmuş mebellər, 1 ədəd dəri materialından hazırlanmış kreslo, 1 ədəd hündürlüyü 1,90 metr, eni isə 1 metr olan plastik materialından hazırlanmış, çərçivələri ilə birlikdə köhnə qapı, 1 ədəd 1,90x1 metr ölçülərdə, içərisində 1x0,9 metr ölçüdə 1 laylı şüşə quraşdırılmış, plastik materialından hazırlanmış çərçivəli köhnə qapı, 1 ədəd 1,30x1,60 metr ölçüdə, çərçivəsi plastik materialından hazırlanmış bir layında, 1 qat şüşəsi olan, digər layında isə şüşə olmayan köhnə pəncərə, 1 ədəd iki nəfərlik yataq taxtı üçün nəzərdə tutulmuş, 160x200 sm ölçülərdə 18 sm qalınlığında köhnə döşəkcə, 5 ədəd hər birinin uzunluğu 2,5 metr olan dəmir materialından hazırlanmış köhnə künclük, 63 metr ümumi uzunluqları olan, plastik materialından hazırlanmış, kafel işləri zamanı kənarlarına quraşdırmaq üçün nəzərdə tutulmuş istifadə olunmuş köhnə künclüklər, 1 ədəd sökülmüş vəziyyətdə 170x210 sm ölçüdə döşəksiz, istifadə olunmuş iki nəfərlik yataq taxtı Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar