Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-20/2024 23.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 23 iyul 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, deməsinə görə çilingər işləyən, üzərində məhkumluğu olmayan, Siyəzən şəhəri, X28 küçəsi, ev 132 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 7,11 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 07 dekabr 2023-cü il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhərinin Bəşir Səfəroğlu küçəsində Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq, gətirildiyi RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olan boz rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd sellofan bükümün içərisində ağ kağıza bükülmüş formada aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərdi ki, o, gündəlik narkotik vasitə istifadə etməsə də, ara-sıra toy məclislərində bu vasitədən istifadə etmişdir. Siyəzən şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında olan avtomobil təmiri sexində fərdi qaydada çilingər işləyir. 07 dekabr 2023-cü il tarixdə işlədiyi sexdə Elşən adlı şəxsə məxsus “Niva” markalı avtomobili təmir edərkən təxminən 20 ildir tanıdığı X6 həmin tarixdə, saat 13,15,18:00 radələrində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmə zəng vuraraq, “Kent 8” markalı siqaret alıb, yaşadığı Siyəzən şəhərinin Bəşir Səfəroğlu küçəsində yerləşən evinə gətirməsini istəmişdir. Lakin, həmin vaxt pulu olmadığından Şahid3 təmir etdiyi avtomobilin sahibindən zəhmət haqqını aldıqdan sonra, siqareti alıb gətirəcəyini bildirmişdir. Belə ki, avtomobilini təmir etdiyi Elşən adlı şəxs gəldikdən sonra sonuncudan avtomobilinin ehtiyat hissəsi üçün 40 manat, zəhmət haqqının əvəzində isə 20 manat pul alıb, təxminən saat 18:30 radələrində işlədiyi sexdən çıxıb özünə, eləcə də, bunu ondan xahiş etmiş Şahid3 siqaret alıb, sonuncunun yuxarıda qeyd etdiyi ünvanda yerləşən evinə getmişdir. Ora çatdığında, Azad İsgəndərovu çağırmış, habelə sonuncu evin qarşısına çıxaraq siqareti ondan götürüb, evdə tək olduğunu bildirərək, onu evinə dəvət etmiş, beləliklə o, evə daxil olduğunda divanda avtoyuma məntəqəsində işləməklə, spirtli içki aludəçisi olan Ayaz adlı şəxsin yatdığını görmüşdür. Bundan təxminən 5 dəqiqə sonra, Azad ilə birlikdə evdə əyləşərkən Siyəzən RPŞ-nin əməkdaşları Fikrət Məstəliyev, Babək Güləliyev, Şahid1, Vasif Səfərov, Paşa Novruzov və Emil Teymurov həmin ünvana daxil olmuş, lakin, bu vaxt Müdafiəçi polis əməkdaşları ilə birlikdə olmamışdır. Bu zaman polis əməkdaşları onu və X15 RPŞ-yə aparsalar da, Ayaz adlı şəxsi aparmamışlar. Beləliklə, həmin tarixdə, saat 19:00 radələrində polis əməkdaşları Paşa Novruzov və Vasif Səfərov tərəfindən sonuncunun idarə etdiyi qara rəngli, “Vaz 21014” markalı avtomobil ilə rayon Polis Şöbəsinə aparılmış, habelə yolda olarkən üzərində qanunsuz əşya olmadığını bildirməsinə baxmayaraq, həmin polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, üzərindən qanunsuz əşya aşkar edilməməklə, sonuncular ona köməklik edəcəklərini bildirmişlər. Sonra, Vasif Səfərov tərəfindən RPŞ-nin inzibati binasının ikinci mərtəbəsində yerləşən Fikrət Məstəliyevin xidməti otağına aparılmış, orada olarkən sonuncu ondan hansı səbəbdən Azad İsgəndərovun evində olduğunu soruşmaqla, Azadın üzərindən narkotik vasitə aşkar edildiyini, sonuncunun evində saxlanıldığına görə onu cəzalandıracağını bildirmişdir. Bundan sonra isə, Fikrət Məstəliyev avtomobilinin açarını Vasif Səfərova verib, oradan narkotik vasitə gətirməsini istədikdə, sonuncu göstərişə əməl edərək, gedib sarı rəngli sellofanda narkotik vasitə qurudulmuş marixuana gətirmiş, bu zaman Fikrət Məstəliyev qarşısında olan tərəzi ilə ölçməklə düzəltdiyi bir ədəd büküm Vasif Səfərov tərəfindən onun əynində olan gödəkcənin sağ cibinə yerləşdirilmişdir. Bundan sonra, Fikrət Məstəliyev ona narkotik vasitə istifadə etdiyini bildirdikdə, üzərində narkotik vasitə olmamaqla, istifadə edərkən saxlanılmadığını qeyd etmişdir. Fikrət Məstəliyev, RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Rövşən Cəlilovun qəbuluna gedəcəklərini, üzərindən aşkar olunsun deyə bir büküm narkotik vasitə verəcəyini qeyd etdiyində, sonuncuya 3 övladının olduğunu, gələcəkdə onun üçün problem olacağını bildirsə də, Fikrət Məstəliyev gecəni RPŞ-də saxlanılmaqla, ertəsi gün məhkəməyə aparılacağını, habelə barəsində cərimə və ya 15 gün həbs cəzası veriləcəyini qeyd etmişdir. Daha sonra, üzərində şəxsi axtarış keçirilməsi üçün RPŞ-nin NH-nə aparılarkən, orada Azad İsgəndərovun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldığını görmüş, bu zaman, Fikrət Məstəliyev ona köməklik edəcəyini bildirərək, Vasif Səfərov tərəfindən cibinə yerləşdirilmiş içində marixuana olan bükümü cibindən götürsə də, sonradan içərisində daha ağır çəkidə marixuana olan bükümü gətirərək, əynində olan şalvarın sağ yan cibinə yerləşdirmişdir. Belə ki, əvvəlcə cibinə 2 qram sözügedən narkotik vasitə yerləşdirilsə də, (Fikrət Məstəliyevin bildirdiyinə görə) sonradan bu çəki 7 qrama tamamlanaraq, cibindən aşkar olunaraq götürülmüşdür. Qeyd edir ki, RPŞ-nin inzibati binasının dəhlizində olarkən polis əməkdaşı Şahid1 Fikrət Məstəliyevə, saxlanılarkən üzərində qanunsuz əşya olmadığını, usta kimi fəaliyyət göstərməklə, kasıb insan olduğunu bildirib, ona köməklik göstərməsini istəmişdir. Bundan başqa, polis əməkdaşları üzərində şəxsi axtarışa başlamazdan əvvəl narkotik vasitə qurudulmuş marixuananı saxlanılmamışdan 1 saat öncə tapdığını bildirməsini istəsələr də, Müdafiəçi iştirakı ilə, habelə videoçəkiliş ilə şəxsi axtarış aparılan zaman içərisində həmin vasitə olan bükülünün axtarışa başlamazdan 5 dəqiqə öncə cibinə yerləşdirildiyini bildirmiş, habelə bundan sonra, üzərində yenidən şəxsi axtarış keçirilməmiş, həmçinin 42 saat MSY-də saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Eyni zamanda, ertəsi gün polis serjantından Fikrət Məstəliyev ilə görüşmək istədiyini xahiş etmiş, habelə sonuncu və ibtidai istintaqı aparan baş müstəntiq Mərifət Ağazadə ilə görüşmüşdür. Bu zaman, müstəntiq əvvəllər yol hərəkəti qaydalarını pozma əməlinə görə iki dəfə məhkum olunduğunu, buna görə də, barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıldığını bildirib, “işini danışmaq lazım olduğunu” qeyd etmişdir. Eyni zamanda, qardaşı Şahid2 tərəfindən 900 manat məbləğində pul barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin verilməməsi üçün Fikrət Məstəliyev və ya Mərifət Ağazadəyə verilmiş, lakin, həmin vaxt Siyəzən RPŞ-nin MSY-də saxlanıldığından pulun kimə verilməsini dəqiq bilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı yazılmış ifadəsi ona oxunmasa da, vərəqin sonundakı “ifadəm doğru yazıldı, imzamla təsdiq edirəm” əlyazma və imza ona məxsusdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşları, o cümlədən CAB-ın rəisi Fikrət Məstəliyev, İB-nin baş müstəntiqi Mərifət Ağazadə və PPXB-nin polis nəfəri Vasif Səfərov tərəfindən qanunsuz hərəkətlərə məruz qalması, həmçinin hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 07 dekabr 2023-cü il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhərinin Bəşir Səfəroğlu küçəsində gəzişərkən yerdə olmaqla, diqqətini cəlb edən, habelə baxdığında içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan bükülünü özü ilə götürüb, əynində olan boz rəngli cins şalvarın sağ ön cibində yerləşdirmişdir. Həmin tarixdə, saat 19:00 radələrində şəhərin Bəşir Səfəroğlu küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, onu Siyəzən RPŞ-yə aparmışlar. Orada ona hüquq və vəzifələri izah olunmuş, habelə bu barədə bildiriş verilməklə, Müdafiəçi iştirakı təmin edilmişdir. Bundan sonra, rayon Polis Şöbəsində Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman o, təklif əsasında əynində olan boz rəngli cins şalvarının sağ ön cibində saxladığı, içərisində qurudulmuş marixuana olan 01 ədəd sellofan bükümü təqdim etmiş, habelə bu bükülü müstəntiq tərəfindən açılmaqla, baxış keçirilərkən bükülünün içərisində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra, həmin kütlə bir ədəd ağ rəngli boş zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, üzərində davam etdirilən şəxsi axtarış zamanı əlavə qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin sabiq CAB-nin əməliyyat müvəkkili, hazırda isə İTB-nin sahə inspektoru Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, habelə sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyərkən yəni, 07 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən raport yazılmaqla, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və qərar rayon Polis Şöbəsinin rəisinin imzası ilə təsdiq edilmişdir. Eyni zamanda, daxil olmuş məlumata əsasən həmin tarixdə polis nəfəri X16 ilə birlikdə Siyəzən şəhərinin Bəşir Səfəroğlu küçəsinə gedib, orada olan Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirib, şəxsi axtarış aparmaq məqsədilə RPŞyə dəvət etmiş, Təqsirləndirilən şəxs da buna etiraz etməyib, razılığını bildirmiş, habelə post patrul xidməti avtomobili ilə rayon Polis Şöbəsinə aparılmışdır. Orada növbətçi hissədə müstəntiq Murad Məmmədli tərəfindən Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman təklif əsasında sonuncu əynində olan boz rəngli cins şalvarın sağ ön cibindən, baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan bükümü təqdim etmişdir. Bundan sonra, bükülü boş zərfə qablaşdırılmaqla, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmış, habelə Təqsirləndirilən şəxs üzərində davam etdirilən şəxsi axtarış zamanı əlavə qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra, şəxsi axtarışın keçirilməsi barədə tərtib olunmuş protokol ucadan oxunulmaqla, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Ramazan X1 evində saxlanılmamaqla yanaşı, onun saxlanılmasında polis əməkdaşları X5 və X13 iştirak etməmiş, habelə Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə aparıldıqdan sonra, dərhal növbətçi hissəyə təhvil verilmişdir ki, belə olan halda sonuncunun iddia etdiyi kimi üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə yerləşdirilməsi mümkün deyildir. Bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs hadisədən öncə tanımamış, sonuncuya hər-hansı köməklik edilməsini Fikrət Məstəliyevdən xahiş etməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs saxlanılarkən və ya üzərində şəxsi axtarış keçirilərkən tərəfindən və ya digər polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri X16 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, habelə sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, narkotik vasitə saxlamaqla, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə, saat 19:00 radələrində onun və Siyəzən RPŞ-nin CABın sabiq əməliyyat müvəkkili, hazırda İTB-nin sahə inspektoru Şahid1 tərəfindən Siyəzən şəhərinin Bəşir Səfəroğlu küçəsində saxlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs özlərini təqdim edib, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirib, şəxsi axtarış aparmaq məqsədilə RPŞ-yə dəvət etdiklərdində, Təqsirləndirilən şəxs buna etiraz etməyərək, razılığını bildirmiş, habelə post patrul xidməti avtomobili ilə rayon Polis Şöbəsinə aparılmışdır. Qeyd edir ki, Təqsirləndirilən şəxs tərəflərindən X3 evində saxlanılmamış, habelə onun saxlanılmasında polis əməkdaşları X5 və X13 iştirak etməməklə yanaşı, Təqsirləndirilən şəxs rayon X25 Səfərovun avtomobili ilə aparılmamışdır. Beləliklə, RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən, sonuncunun əynində olan şalvarın cibindən narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, habelə aşkar edilmiş predmet boş zərfdə qablaşdırılmış, həmçinin bu zaman iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları Fikrət Məstəliyev və Vasif Səfərov tərəfindən narkotik vasitə yerləşdirilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs saxlanılarkən və ya üzərində şəxsi axtarış keçirilərkən tərəfindən və ya digər polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın rəisi X5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 5-6 ildir rayon ərazisində avtomobil təmiri ilə məşğul olan usta kimi tanısa da, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin nəticəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış, habelə sözügedən əməliyyat tədbirində iştirak etməməklə yanaşı, X3 evinə daxil olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs üzərində rayon Polis Şöbəsində keçirilmiş şəxsi axtarışda iştirak etmiş, bundan sonra, sonuncu ilə iş otağında profilaktik söhbət apararaq, gənc yaşda usta olmasını bildirib, pis vərdişlərdən uzaq olmasını tövsiyə etməklə, aşkar edilmiş narkotik vasitənin mənbəyi barədə məlumat almağa çalışmış, həmçinin təqsirləndirilən şəxsə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına görə həbs oluna biləcəyini qeyd etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs iş otağında olarkən sonuncunun üzərindən aşkar edilmiş predmeti müvafiq ekspertizaya təqdim etmək üçün gətirməsi barədə polis əməkdaşı X9 göstəriş vermiş, habelə adəti üzrə həmin predmeti qablaşdırıldığı zərf ilə birlikdə tərəzidə ölçmüşdür. Bununla yanaşı, Təqsirləndirilən şəxs saxlanılarkən və ya üzərində şəxsi axtarış keçirilərkən tərəfindən və ya digər polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X10 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 4-5 ildir rayon ərazisində avtomobil təmiri ilə məşğul olan usta kimi tanısa da, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 07 dekabr 2023-cü il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin nəticəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış, habelə o, sözügedən əməliyyat tədbirində iştirak etməməklə yanaşı, X3 evinə daxil olmamışdır. Bundan başqa, həmin tarixdə Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə gətirilərkən sonuncunu oranın növbətçi hissəsində görsə də, onunla heç bir ünsiyyətdə və ya təmasda olmamışdır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin PPXB-nün polis nəfəri-sürücüsü X13 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 20 ildir rayon ərazisində avtomobil təmiri ilə məşğul olan usta kimi tanısa da, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 07 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin nəticəsində şübhəli şəxs qismində saxlanılmasında iştirak etməmiş, habelə X3 yaşadığı evə daxil olmamışdır. Eyni zamanda, idarəçiliyində Lada (Vaz) 2114 markalı, Rusiya Federasiyasına məxsus dövlət qeydiyyat nişanlı avtomobil olmamaqla yanaşı, Təqsirləndirilən şəxs saxlanılarkən idarəçiliyində olan avtomobil ilə Siyəzən rayon Polis Şöbəsinə aparılmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı zərf RPŞ-nin CAB-nin rəisi X2 göstərişi əsasında tərəfindən müvafiq ekspertiza mərkəzinə aparılsa da, həmin zərfə hər-hansı müdaxilə etməmiş, həmçinin xidməti vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar müdaxilə etmək iqtidarı yoxdur. Bundan başqa, Fikrət Məstəliyevin göstərişi ilə Təqsirləndirilən şəxs gödəkcəsinin sağ cibinə narkotik vasitə yerləşdirməməklə yanaşı, sonradan həmin vasitəni daha ağır çəkili olan ilə əvəz etməmişdir. Bununla belə, rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs xahişi ilə sonuncunun qardaşı Şahid2, Ramazanın avtomobilinin Siyəzən şəhərinin Bəşir Səfəroğlu küçəsində olduğunu və avtomobili oradan aparmasını bildirmişdir. Bundan əlavə, həm Siyəzən rayon Polis Şöbəsinin DYPB-nin yolpatrul xidmətində həm də, şöbənin PPXB-də sürücü işləyərkən Təqsirləndirilən şəxs pis vərdişlərindən uzaqlaşması barədə xəbərdarlıq etmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin növbətçi hissəsinin növbətçi köməkçisi X17 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir rayon ərazisində avtomobil təmiri ilə məşğul olan usta kimi tanısa da, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 07 dekabr 2023-cü il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları Şahid1 və X16 tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin nəticəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmasında iştirak etməsə də, sonuncunun üzərində RPŞ-nin növbətçi hissəsində keçirilmiş şəxsi axtarışda iştirak etmişdir. Belə ki, həmin tarixdə, axşam saatlarında RPŞ-nin növbətçi hissəsində müstəntiq X7 rəhbərliyi altında, Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncu təklif əsasında əynində olan boz rəngli cins şalvarın sağ ön cibindən, baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan bükümü təqdim etmişdir. Bundan sonra, bükülü boş zərfə qablaşdırılmaqla, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmış, habelə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində davam etdirilən şəxsi axtarış zamanı əlavə qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs onun və digər polis əməkdaşları tərəfindən X3 yaşadığı evdə saxlanılması, Təqsirləndirilən şəxs üzərinə Siyəzən RPŞ-nin CAB-ın rəisi X2 göstərişi əsasında PPXB-nün polis nəfəri X13 tərəfindən narkotik vasitə yerləşdirilməsi məzmunda verdiyi ifadə həqiqəti əks etdirmir. Bununla belə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı olmaqla yanaşı, sonuncunun 07 dekabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq, Siyəzən RPŞ-yə aparılmasından məlumatı olmuşdur. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs məlumat almaq üçün rayon Polis Şöbəsinə gedib, şöbənin inzibati binasının çöl qapısından geri qayıtsa da, sonuncu haqqında həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin verilməməsi üçün heç kimə, hər-hansı məbləğdə pul verməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bu barədə bildirdikləri həqiqəti əks etdirmir. Dəfələrlə məhkəmə iclasına dəvət edilməsinə, habelə barəsində məcburi gətirmə qərarı olmasına baxmayaraq, məhkəmə iclasında iştirakı təmin edilməmiş şahid X3 məhkəməyə ünvanlandığı 23 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə istintaqına şahid qismində dəvət edilmiş, lakin, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 07 dekabr 2023-cü il tarixdə ona məxsus ünvan 3 ünvanında yerləşən evində polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmiş, həmçinin ondan bunu təsdiq etməsini xahiş etmişdir. Hazırda qeyd edir ki, Təqsirləndirilən şəxs bu barədə bildirdikləri həqiqəti əks etdirməməklə yanaşı, sonuncu onun evində saxlanılmamışdır. Odur ki, ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2023-cü il tarixli, 3-16-16/2-7/1670 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış bir ədəd zərfdə sellofan bağlamanın içərisində olan kağız bükülüdə təmiz çəkisi 7,11 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata cəmi 0,05 qram sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 7,06 qram təşkil etmişdir. Cinayət işinin 33-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsi Ambulator X4 Ekspert komissiyası tərəfindən 05 fevral 2024-cü il tarixdə verilmiş 744 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aşlılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 07 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan, eləcə də işin 25-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin tarixdə, saat 19:43-dən saat 19:51-dək olan müddət ərzində Siyəzən RPŞ-nin NH-də Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə onun əynində olan boz rəngli cins şalvarın sağ ön cibindən bir ədəd sellofan bükümün içərisindən aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş predmeti sərbəst şəkildə, kənar təsir olmadan təqdim etməsi və bu zaman ona qarşı hər hansı bir qeyri-qanuni hərəkətlərin edilməsi vizual müşahidə edilməmişdir. Şəxsi axtarış zamanı “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-61-ci və 84-89-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin müvafiq olaraq 12 dekabr 2023-cü il tarixli maddi sübut kimi tanınma, eləcə də 26 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 7,05 qram olan narkotik vasitə qurudulmuş marixuana kütləsi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 07 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 65-66-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 11 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 aprel 2016-cı il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 07 dekabr 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 51-ci vərəqəsində olan 09 dekabr 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən rayon prokurorluğunun müstəntiqi X8 06 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, aparılmış araşdırma zamanı Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təsir və təzyiq göstərilməməklə, sonuncuya qarşı heç bir qanunsuz hərəkət edilmədiyindən, eləcə də hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından Təqsirləndirilən şəxs cinayət haqqında verdiyi məlumat əsasında toplanmış 60C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 1(059)-20/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, sonuncu məhkəməyə gəlməmiş, buna görə də həmin tarixdə onun Siyəzən Rayon Məhkəməsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-70-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 15 sentyabr 2010-cu il təvəllüdlü Mazada adında, 06 noyabr 2011-ci il təvəllüdlü Qurban adında və 10 iyun 2019cu il təvəllüdlü Yağmur adında üç övladı olmaqla, Siyəzən şəhərinin Sabir küçəsində yerləşən 132 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs haqqında Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik qurudulmuş marixuananı xeyli miqdardan artıq miqdarda əldə edib saxlamaqla, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-də oranın əməkdaşları, o cümlədən RPŞ-nin CAB-ın rəisi X5, RPŞ-nin İB-nin baş müstəntiqi X11 və PPXB-nin polis nəfəri X13 tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə əlaqədar olaraq müvafiq araşdırma aparılması üçün Siyəzən rayon prokurorluğuna məlumat verilsə də, Siyəzən rayon prokurorluğunun müstəntiqi X8 06 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə onun qeyri-qanuni hərəkətlərə məruz qalması faktı təsdiq olunmamışdır. Beləliklə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Siyəzən RPŞ-də oranın əməkdaşları, o cümlədən RPŞ-nin CAB-ın rəisi X5, RPŞ-nin İB-nin baş müstəntiqi X11 və PPXB-nin polis nəfəri X13 tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar toplanmış materiallarla, o cümlədən müvafiq ifadələrlə, izahatlarla öz təsdiqini tapmamışdır. Belə olan, halda Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qaldığını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmədə daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, himayəsində biri azyaşlı olmaqla, üç yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasına gəlməməsi səbəbindən barəsində məcburi gətirmə tətbiq olunmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 5/6 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdən 09 dekabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmin müddət ərzində yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Siyəzən rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 7,06 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərində 07 dekabr 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Siyəzən rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 7,06 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərində 07 dekabr 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-20/2024
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-20/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver