Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-20/2025 20.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 20 may 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1980-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 1(059)- 6/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 7(057)- 501/2024 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 4 ay 1 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 01 noyabr 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 0,194 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 03 fevral 2025-ci il tarixdə, saat 18:10 radələrində Siyəzən şəhərinin Nizami küçəsində yaşadığı evin yaxınlığında rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-də, üzərində şəxsi axtarış aparılan zaman bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş həmin çəkidə psixotrop maddə metamfetamin onun əynində olan tünd göy rəngli cins şalvarının sağ ön cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, ötən məhkəmə iclasında özündə olmamaqla, yaddaş pozğunluğundan əziyyət çəkdiyindən, habelə anlaqsız olduğundan, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd etmişdir. Ancaq, hal-hazırda heç bir təsir və təzyiq altında olmadan bildirir ki, o, təxminən 20 il olar, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamin istifadə edir. Bundan başqa, 03 fevral 2025-ci il tarixdə, təxminən səhər saat 09:00 radələrində yaşadığı Siyəzən şəhərinin Nizami küçəsində olarkən yerdə olan bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü diqqətini cəlb etdiyindən, həmin bükülünü açıb baxdığında, içərisində psixotrop maddə metamfetamin olduğunu görüb, istifadə etmək üçün əynində olan tünd göy rəngli cins şalvarının sağ ön cibinə qoymuşdur. Bundan sonra, həmin gün, təxminən saat 18:10 radələrində yaşadığı Siyəzən şəhərinin Nizami küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmişdir. Orada, növbətçi hissədə Müdafiəçi iştirakı və videoçəkilişlə üzərində keçirilmiş şəxsi axtarış zamanı, əynində olan tünd göy rəngli cins şalvarının sağ ön cibinə qoyduğu içərisində psixotrop maddə metamfetamin olan gümüşü rəngli siqaret kağızı bükülüsünü çıxarıb könüllü olaraq təqdim etmişdir. Daha sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, həmçinin tərtib edilmiş sənədləri imzalamışdır. Eyni zamanda, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında özünü Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sonuncu iclasda həmin halı təkzib etməsi, o cümlədən özünü sözügedən maddə ilə təqsirli bilərək, məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsinə uyğun ifadə verməsi, bu zaman fikirlərini səlis şəkildə ifadə etməsi Təqsirləndirilən şəxs hazırkı ifadəsində məhkəməyə obyektiv həqiqəti çatdırmaq istəyi kimi qiymətləndirilmişdir. Belə olan halda, onun ifadəsi daha əsaslı, inandırıcı və mötəbər hesab edilməklə, nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bununla da, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəmə iclasında, eləcə də məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 03 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu, həmin tarixdə, təxminən saat 18:10 radələrində yaşadığı Siyəzən şəhərinin Nizami küçəsində o və Siyəzən RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili X7 tərəfindən saxlanılaraq, RPŞ-yə dəvət edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs razılığı əsasında tərəflərindən Siyəzən RPŞ-yə aparılmış, habelə orada növbətçi hissədə Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu təklif əsasında əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü təqdim etmişdir. Daha sonra, aşkar edilmiş bükülü boş ağ zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili, hazırda Qax RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili X7 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 03 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu, həmin tarixdə, təxminən saat 18:10 radələrində yaşadığı Siyəzən şəhərinin Nizami küçəsində o və Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid tərəfindən saxlanılaraq, RPŞ-yə dəvət edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs razılığı əsasında tərəflərindən Siyəzən RPŞ-yə aparılmış, habelə orada növbətçi hissədə Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu təklif əsasında əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü təqdim etmişdir. Daha sonra, aşkar edilmiş bükülü boş ağ zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, şahid Siyəzən RPŞ-nin KTQ-nın baş inspektoru X2 məhkəmə iclasında dindirilməsini tələb etməmiş, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə razı olduğunu qeyd edib, barəsində olan cinayət işinə qısa müddət ərzində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19-cu maddəsinin İV hissəsinin V bəndinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Beləliklə, Təqsirləndirilən şəxs bu hüququndan istifadə etməmək niyyəti, habelə bunun sonuncunun hüquqlarını məhdudlaşdırmadığı nəzərə alınmaqla, Siyəzən RPŞ-nin KTQ-nın baş inspektoru X2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsinin elanı ilə kifayətlənilməsi məqsədəmüvafiq hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, xidməti zərurət ilə əlaqədar məhkəməyə gəlməmiş şahid X4, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 03 fevral 2025-ci il tarixdə, saat 18 radələrində xidmətdə olduğu zaman Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri X7 və Şahid tərəfindən ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsində və üzərində gəzdirməsində şübhəli olduğuna görə həmin küçədə yaşadığı evin yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsindən ötrü RPŞ-nin növbətçi hissəsinə gətirilmiş, habelə faktla bağlı araşdırma aparılması RPŞ-nin istintaq bölməsinin baş müstəntiqi Murad Məmmədliyə həvalə olunmuşdur. Daha sonra, növbətçi hissədə Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, həmin axtarışda o da, iştirak etmişdir. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq sonuncuya Müdafiəçi iştirakının təmin edilməsi təklif olunmuş, habelə Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarışda Müdafiəçi iştirak etməsini istədiyini bildirmişdir. Bundan sonra, şəxsi axtarışın keçirilməsinə başlanılmış, habelə baş müstəntiq Murad Məmmədlinin təklifi əsasında Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü çıxarıb təqdim etmişdir. Daha sonra, Murad Məmmədli tərəfindən həmin bükülüyə baxış keçirilmiş və içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilmiş, habelə həmin bükülü baş müstəntiq tərəfindən 1 ədəd ağ rəngli boş zərfin içərisinə qoylaraq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, o, eləcə də, digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Beləliklə, baş müstəntiqin göstərişinə əsasən əməliyyat müvəkkili Şahid tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa, şəxsi axtarış zamanı tərəfindən “İphone” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2025-ci il tarixli, 6/482 saylı ekspert rəyindən görünür ki, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №96” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkarlanan psixotrop maddə metamfetaminə bənzər kütlə 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə, 1. /imza/ Şahid, 2. /imza/ H.Əliyev, 3. /imza/ C.Dadaşov, Şübhəli şəxs /imza/ Təqsirləndirilən şəxs, müdafiəçi: /imza/ Nəzərov, tərtib etdi: Baş müstəntiq /imza/ M.Məmmədli” əl yazıları olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,194 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,03 qram psixotrop maddə metamfetamin istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,164 qram təşkil etmişdir. Cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 97-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 04 mart 2025-ci il tarixdə verilmiş 1279 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdən Sumqayıt şəhər ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-ci vərəqəsində olan “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 10 fevral 2025-ci il tarixli, 18-1-69/2-145/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2015-ci ildən “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinka şöbəsində “Opioidlərin qəbulu nəticəsində əmələ gələn psixi və davranış pozuntuları” diaqnozu ilə narkoloji xəstə kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-cı vərəqələrində olan 03 fevral 2025-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin gün saat 18:33-dən saat 18:44-dək olan müddət ərzində Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ ön cibindən ittihamın əsasını təşkil edən psixotrop maddə metamfetaminə bənzər kütlə bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 61-62-ci vərəqələrində olan 06 fevral 2025-ci il tarixli maddi sübut kimi tanımaq, işin 103-108-ci vərəqələrində olan 07 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,164 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin saxlanc anbarına təhvil verilsə də, Təqsirləndirilən şəxs üzərinə 03 fevral 2025-ci il tarixdə keçirilmiş şəxsi axtarış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-75-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 fevral 2025-ci il tarixli tələbnaməsindən, eləcə də, iş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 1(059)-6/2024 saylı hökmündən və Salyan Rayon Məhkəməsinin 27 iyun və 02 iyul 2024-cü il tarixli, 7(057)-501/2024 saylı qərarlarından, həmçinin Siyəzən rayon icra və probasiya şöbəsinin 19 may 2025-ci il tarixli, 303/2025-64-10 saylı məktubundan görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 1 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 4 ay 1 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin 01 noyabr 2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 4(059)-5/2025 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 fevral 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-81-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, həmçinin cəzasını ağırlaşdıran halın mövcudluğunu, yəni Təqsirləndirilən şəxs tərəfindən eyni kateqoriyadan cinayət əməlinin qəsdən törədilməsi ilə törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun Salyan Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə, həmçinin 01 noyabr 2024-cü il tarixdə cəza müddətinin başa çatmasına baxmayaraq, azad olunduğu vaxtdan qısa zaman ərzində yenidən cinayət əməli törətməklə, islah olunmamasını nümayiş etdirməsini, bununla da narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını, həmçinin barəsində yüngülləşdirici halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 2/3 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 03 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdən Sumqayıt şəhər NDdə (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,164 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 03 fevral 2025-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 03 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdən Sumqayıt şəhər ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,164 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 03 fevral 2025-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-20/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-20/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver