Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-21/2023 30.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 30 may 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1990-cı il tarixdə keçmiş Dəvəçi rayonunun Qalaaltı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 1(059)-9/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 7(002)- 1115/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 07 ay 20 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, üzərində məhkumluğu olan, Siyəzən rayonu, Məşrif ərazi dairəsi, Qalaaltı kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,419 qram təşkil edən narkotik vasitə olan heroini və təmiz çəkisi 0,500 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamış, 08 dekabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək, Siyəzən şəhərinin A. Mustafayev küçəsində saxlanılıb, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində ümumi təmiz çəkisi 0,500 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, 2 ədəd üzərində narkotik vasitə heroinin izləri olan narkotik vasitənin qəbulunda istifadə olunan şpris, 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan içərisində gümüşü rəngli bükülü olan sınıq vəziyyətdə şüşə ampula, əynində olan göy rəngli cins şalvarın qabaq sağ balaca cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində ümumi təmiz çəkisi 0,419 qram, hər birinin ayrı-ayrılıqda çəkiləri 0,231 və 0,188 qram olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərdi ki, 04 dekabr 2022-ci il tarixdə X1 rayonunun Qalaaltı kəndinə gəlmiş, habelə onlar rastlaşdıqda, sonuncu ondan qoz istəmiş, o, isə Tural Nurullayevə kiloqramı 5 manat olmaqla, ümumilikdə 50 manat dəyərində 10 kiloqram qoz vermiş, Tural bu puldan 32 manatı ödəsə də, 18 manat borclu qalmışdır. Bundan sonra, o, 08 dekabr 2022-ci il tarixdə, saat 09:00-da Siyəzən rayonunda məscidin yanında “Diş həkimi, Ənsəroğlunun arxası” deyilən yerdə qalıq pulu almaq məqsədilə Tural Nurullayevə zəng etsə də, sonuncu onun zənginə cavab verməmiş, lakin, mesajlaşma zamanı Tural pulunun olmadığını bildirib, qalıq pulu çəkmək üçün ona verə biləcəyi “otla”, yəni marixuana ilə əvəzləşdirməyi təklif etmiş, o da razılaşmışdır. Daha sonra, o, X4 rayonunda məscidin yanında dediyi məkana gedib, oradan yerdən 1 ədəd şəffaf rəngli sellofan bükülüsünü götürsə də, onu açmamış, bu zaman diş həkimindən çıxmış 3 nəfər əməliyyat müvəkkili onu saxlayaraq, bükümü Turalın verib-vermədiyini soruşmuş, o, isə inkar edib, sellofandakının 1 ədəd siqaret kağızı bükülüsündə marixuana olduğunu düşünərək, özünə məxsus olduğunu qeyd etmişdir. Lakin, bu bükülü həmin gün, saat 11:00 radələrində aparıldığı Siyəzən RPŞ-də açılarkən oradan şpris, 2 büküm heroin və 1 ədəd siqaret kağızı bükümündə marixuana aşkar edilmişdir. Bu zaman o, orada olan CAB-ın rəisi Fikrət Məstəliyevdən bunun nə oyun olduğunu soruşub, yenicə azad olunduğunu bildirdikdə, ona Turalın adını yazması təklif edilmiş, lakin, o, Turalı tanımadığını bildirərək, aşkar edilmiş predmetlərin ona aid olmadığını da qeyd etmişdir. Bundan sonra, o, RPŞ-nin MSY-yə yerləşdirilmiş, habelə orada Turalı görüb, sonuncuya onun telefonundan istifadə etməklə, mesaj yazıldığını qeyd etdikdə, Tural ötən gecədən orada saxlanıldığını bildirmişdir. Siyəzən RPŞ-nin MSY-dən iki gün sonra buraxılmış, habelə oradan könüllü olaraq, müalicə olunmaq üçün reabilitasiya mərkəzinə getmiş, lakin, oradakı şəraitlə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ittihamın əsasını təşkil edən narkotik vasitələrin ona aid olmadığını bildirməsi, bununla da təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Halbuki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3 il olar, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etsə də, son iki ay olar, inyeksiya üsulu ilə narkotik vasitə olan heroindən də istifadə etməyə başlamışdır. 08 dekabr 2022-ci il tarixdə, saat 11:00 radələrındə Siyəzən şəhərinin A. Mustafayev küçəsində gəzişərkən yerdən içərisində narkotik vasitə olan heroin olan iki ədəd gümüşü rəngli bükülü yerləşdirilmiş kibrit qutusunu götürmüş, həmçinin qutunu ataraq, bu bükümləri əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan balaca cibinə yerləşdirmişdir. Həmin vaxt onun üzərində şəffaf sellofanda qurudulmuş marixuana, 2 ədəd şpris, 1 ədəd sınıq şüşə ampulanın içərisində olan bükülüdə limon duzu da olmuşdur. Siyəzən şəhərinin A. Mustafayev küçəsində yerləşən məscidin yanında olarkən Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirərək, onu RPŞ-yə dəvət etdikdə, o, onlara etiraz etməyib, sonuncularla birlikdə RPŞ-yə getmiş, orada ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildiriş verilmiş və Müdafiəçi iştirakı təmin edilmişdir. Bundan sonra, şəxsi axtarışın keçirilməsinə başlanılmış və bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, üzərində “nəşə" və “kokos”, olduğunu bildirərək, həmin predmetləri təqdim etmək istədiyini qeyd etmiş, habelə əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülünü, 2 ədəd narkotik vasitənin qəbulunda istifadə olunan şprisi, 1 ədəd içərisində gümüşü rəngli bükülü olan qırıq şüşə ampulanı, əynindəki göy rəngli cins şalvarın qabaq sağ balaca cibindən 2 ədəd gümüşü rəngli bükülünü təqdim etmişdir. Şəffaf rəngli sellofan bükülüyə baxış zamanı orada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə müəyyən olunmuş, həmçinin şifahi sorğu zamanı o, həmin kütlənin “nəşə”, yəni marixuana olduğunu bildirmişdir. Bundan sonra, təqdim etdiyi 2 ədəd gümüşü rəngli bükülülər ayrı-ayrılıqda açılmış və hər iki bükülünün içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra, onun təqdim etdiyi 1 ədəd sınıq şüşə ampulanın içərisindəki gümüşü rəngli bükülüyə baxış keçirilmiş və bu bükülü açıldıqda, orada şəffaf rəngli sellofan bükülü və həmin bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kristalşəkilli kütlə müəyyən olunmuş, şifahi sorğu zamanı o, bu kütlənin limon duzu olmasını bildirmişdir. Eyni zamanda, ondan şprislərin istifadə edilib-edilməməsi soruşulduqda, o, şprisləri narkotik vasitələrin qəbulunda istifadə etdiyini bildirmişdir. Daha sonra təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofan bükülü, 2 ədəd narkotik vasitənin qəbulunda istifadə olunan şpris, 1 ədəd içərisində gümüşü rəngli bükülü olan qırıq şüşə ampula, içərisində narkotik vasitə olan heroinə bənzər 2 ədəd gümüşü rəngli bükülü müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq, qablaşdırılmış, həmçinin zərfin üzəri möhürləndikdən sonra o və bütün digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Həmçinin, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir olmamış, o, ifadəsini özü sərbəst formada vermişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu 08 dekabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhərinin A.Mustafayev küçəsində saxlanılaraq, aparıldığı RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində keçirilən şəxsi axtarış zamanı könüllü olaraq, üzərindəki bir ədəd bükümdə qurudulmuş marixuanaya və iki ədəd “kokos” adlanan heroinə bənzər kütlələri təqdim etmiş, həmçinin şəxsi axtarış zamanı ondan əlavə olaraq 2 ədəd şpris və 1 ədəd içərisində kristalşəkilli metamfetaminə bənzər kütlələr olan sınıq vəziyyətdə şüşə ampula aşkar edilməklə, götürülmüş, habelə Təqsirləndirilən şəxs qırıq şüşə ampuladakı kütlənin limon duzu olduğunu bildirmişdir. Bundan sonra, aşkar olunmuş predmetlər bir ədəd boş zərfə qablaşdırılmış, habelə zərfin üzəri möhürlənməklə, müvafiq olaraq imzalanmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və ya psixi təsirə məruz qalmamış, həmçinin daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitə satması ilə bağlı deyil, istifadəsi, üzərində saxlaması barədə olmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli, 7/1392 saylı ekspert rəyindən görünür ki, üzərində “imzalar Vət. Təqsirləndirilən şəxs aşkar olunaraq qablaşdırılmış predmetlər ... Qablaşdırdı R. Zeynalov” yazı və imzalar olan ağ rəngli kağız zərfdə 1 ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 0,500 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram istifadə edildikdən sonra qalıq marixuananın miqdarı 0,450 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 88 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli, 6/6961 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs aşkar olunaraq qablaşdırılmış predmetlər, altı imza; Qablaşdırdı: R.Zeynalov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 2 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri 0,231 qram, 0,188 qram, ümumi təmiz çəkisi 0,419 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,670 qram ağ rəngli xırda kristallardan ibarət maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. 2 (iki) ədəd 1 ml həcmli boş şprislərdə və 1 (bir) ədəd baş hissəsi sınıq vəziyyətdə olan şüşə ampulada narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər maddələrlə müqayisəli tədqiqat aparılması mümkün olmamışdır. Tədqiqata 0,1 qram (hər birindən 0,05 qram) istifadə edildikdən sonra qalıq heroinin miqdarı 0,319 qram təşkil etmişdir. Cinayət işinin 37-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 94-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 10 yanvar 2023-cü il tarixdə verilmiş 96 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 08 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin gün, saat 11:27-dən saat 11:37-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülüdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 2 ədəd narkotik vasitənin qəbulunda istifadə olunan şpris, 1 ədəd içərisində gümüşü rəngli bükülü olan qırıq şüşə ampula, əynindəki göy rəngli cins şalvarın qabaq sağ balaca cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-80-ci, 115-122-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 17 dekabr 2022-ci və 02 mart 2023-cü il tarixli maddi sübut kimi tanımaq, eləcə də sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,450 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,319 qram qalıq çəkidə narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd 1 ml boş şprislər və 1 ədəd baş hissəsi sınıq vəziyyətdə olan şüşə ampula cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində 08 dekabr 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Kompakt disk də cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 dekabr 2022-ci il tarixli tələbnaməsindən, 104-109-cu vərəqələrdəki Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 1(059)-9/2022 saylı hökmünün surətindən, 114-cü səhifədəki Siyəzən rayon icra və probasiya şöbəsinin 06 mart 2023-cü il tarixli, 244/2023-64-1 nömrəli məktubundan, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 7(002)-1115/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 7(002)-1115/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 07 ay 20 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmaqla, 19 avqust 2022-ci il tarixdən Siyəzən rayon icra və probasiya şöbəsinin qeydiyyatına alınmış, habelə cəzası başa çatanadək, yəni 20 mart 2023-cü il tarixədək hazırkı cinayəti törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan 08 dekabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci vərəqələrində olan 10 dekabr 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(059)-21/2023 saylı qərarından, eləcə də Siyəzən RPŞ-nin 02 may 2023-cü il tarixli, 3-13-106/2-5225/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, sonuncu məhkəməyə gəlməmiş, buna görə də 25 aprel 2023-cü il tarixdə onun Siyəzən Rayon Məhkəməsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, olduğu yer müəyyən edilmədiyindən onun məcburi gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 1(059)-21/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan 11 may 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, Siyəzən RPŞ-nin eyni tarixli, 3- 13-106/2-5709/2023 nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının isə 15 may 2023-cü il tarixli, 3-16-17/40/2- 2236/2023 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində tutularaq, Siyəzən RPŞ-yə gətirilmiş və saxlanılması üçün Siyəzən RPŞ-nin MSY-yə, oradan isə 13 may 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonu, Məşrif ərazi dairəsi, Qalaaltı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs heç bir yerdə işləməməklə, ərazidə yaşadığı müddət ərzində narkotikaya meylli şəxs kimi tanınmışdır. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana 5 qramdan artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların İ siyahısının 5-ci bəndinə görə 0,15 qramdan artıq (təmiz halda qramlarla) heroin şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq (təmiz halda qramlarla) isə heroin isə külli miqdarda, bu siyahının 12-ci bəndinə görə 5 qramdan artıq (təmiz halda qramlarla) qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq, 500 qramdan artıq (təmiz halda qramlarla) isə qurudulmuş marixuana isə külli miqdarda hesab edilir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq olsa da, aşkar edilərək götürülmüş digər narkotik vasitə 0,500 qram marixuana şəxsi istehlak miqdarından az təşkil edir. Belə olan halda, Təqsirləndirilən şəxs cinayət məsuliyyəti onun üzərindən aşkar edilmiş heroinə görə yaransa da, aşkar edilmiş narkotik vasitə marixuananın miqdarı şəxsi istehlak miqdarından az təşkil edir ki, bu da onun həmin narkotik vasitəyə görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ittiham verilməsini istisna edir. Eyni zamanda, məhkəmə ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə edib, saxlamasına görə verilmiş ittihamın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da, digər narkotik vasitəyə münasibətdə ittihamın əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək, hesab edir ki, narkotik vasitə olan 0,500 qram marixuananın qanunsuz olaraq əldə edilməsi və saxlanılmasına dair müddəalar Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib, saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Yəni, Təqsirləndirilən şəxs məhkəmə istintaqında qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmamış, habelə onun bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Belə olan, halda Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ittihamın əsasını təşkil edən narkotik vasitələrin ona aid olmadığını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, habelə ictimaiyyət daxilində narkotik vasitələrə meylli şəxs kimi mənfi xarakterizə olunmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən qaçıb gizlənməsini və barəsində məcburi gətirmə, axtarış tətbiq olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, həmçinin hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, barəsində yüngülləşdirici hallar olmasa da, cəzasını ağırlaşdıran halın mövcud olmasını, yəni Təqsirləndirilən şəxs tərəfindən eyni kateqoriyadan cinayət əməlinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, islah olunmamasını, törətdiyi əmələ münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, bununla da narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 2/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinin Vİ hissəsinin İİİ bəndinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarından görünür ki, sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin müddət ərzində məhkum tərəfindən yeni cinayət əməlinin törədilməsi müvafiq əsaslar olduqda, cinayət qanununun tələblərinə uyğun şəxs barəsində şərti məhkumetmənin ləğv edilməsi və ona Cinayət Məcəlləsinin 67-ci maddəsi ilə hökmlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin İ və İV hissələrinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə o, cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətdiyinə görə ləğv edilməli və əvvəlki hökm ilə təyin edilmiş, eləcə də çəkilməmiş 07 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, qəti cəza müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdən 10 dekabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 11 may 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 0,450 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,319 qram qalıq çəkidə narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd 1 ml boş şprislər və 1 ədəd baş hissəsi sınıq vəziyyətdə olan şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərində 08 dekabr 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən cəmi 180 (bir yüz səksən) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 7(002)-1115/2022 saylı qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 1(059)-9/2022 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 11 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 0,450 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,319 qram qalıq çəkidə narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd 1 ml boş şprislər və 1 ədəd baş hissəsi sınıq vəziyyətdə olan şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərində 08 dekabr 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 180 (bir yüz səksən) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-21/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-21/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver