Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-22/2022 15.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi3 və X4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə 15 fevral 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1998-ci il tarixdə keçmiş Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri, xx xxxxxx 1994-cü il tarixdə keçmiş Dəvəçi rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Ləcədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 22 may 2021-ci il tarixdə, saat 00:45-də qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Siyəzən rayonunda yerləşən Gilgilçay stansiyası ərazisindən 450 manat dəyərində, 90 metr uzunluğunda "xxxx" markalı mis kabeli götürüb Ford markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyub oradan uzaqlaşmaq istəyərkən polis serjantı X1 tərəfindən saxlanılaraq, əməlinin ifşa edilməsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməklə, dəmir yol xətlərinə münasibətdə bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamağa (oğurluğa) cəhd etmişdir. Təqsirləndirilən şəxs2 22 may 2021-ci il tarixdə, saat 00:45-də qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Siyəzən rayonunda yerləşən Gilgilçay stansiyası ərazisindən 450 manat dəyərində, 90 metr uzunluğunda "xxxx" markalı mis kabeli götürüb Ford markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyub oradan uzaqlaşmaq istəyərkən polis serjantı X1 tərəfindən saxlanılaraq əməlinin ifşa edilməsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməklə, dəmir yol xətlərinə münasibətdə bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamağa (oğurluğa) cəhd etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021-ci ilin yanvar ayından may ayına kimi, yəni oğurluq hadisəsi törətdiyi tarixə kimi Şabran və Siyəzən rayonu ərazilərində yerləşən dəmir yolu xətlərinin təmir və tikintisini həyata keçirən "xxxx" inşaat MMC-də işləmiş, habelə işi fəhləlik fəaliyyətindən və işçi qrupunun yeməklərini çatdırmaqdan ibarət olmuşdur. Həmçinin, həmin şirkətdə onunla birlikdə Təqsirləndirilən şəxs2 da işləmişdir. 22 may 2021-ci il tarixdə, saat 00:30 radələrində İntiqamla birlikdə işdə olduqları vaxt Siyəzən rayon ərazisində yerləşən Gilgilçay stansiyasında relslərin kənarı ilə gedən bir neçə yerdən qırılmış mis rabitə kabellərinin olmasını görmüş, məsləhətləşdikdən sonra, həmin kabelləri metal qəbulu məntəqəsinə təhvil verib, pul əldə etmək məqsədi ilə yığaraq işlədikləri şirkətə məxsus Ford markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşlar. Bundan təxminən 15 dəqiqə sonra, şirkətdə işləyən Şahid2 gəlib həmin avtomobilin salonunda yeməyini yeyərkən, şirkətin nəzarətçisi Ahmed adlı şəxs ona 10-11 kilometr məsafədə işləyən işçilər üçün yemək aparmasını tapşırdıqda, avtomobildə olan Bəhramdan və İntiqamdan avtomobildən düşməmələrini, işçilərə yeməklərini çatdırmaq üçün onunla birlikdə getmələrini xahiş etmişdir. Bu səbəbdən də, həmin yerdən avtomobil ilə hərəkət edib, təxminən 500-600 metr məsafə getdiklərində, polis əməkdaşı onları saxlayaraq, avtomobildə nə olduğunu soruşmuş, habelə razılıqları ilə avtomobildə olanlar yoxlanılmışdır. Bundan sonra, avtomobildə olan kabellər aşkar edilərkən, onları hardan götürdükləri, həmçinin kabelləri götürməyə icazələrinin olub-olmaması soruşulduqda, o və İntiqam hər şeyi olduğu kimi bildirmişlər. Daha sonra, həmin polis əməkdaşı rəhbərliyinə məlumat verərək onları Xaçmaz st. XPŞ-yə dəvət etmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, gəncliyinin, eləcə də zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncunun nümayəndəsi tərəfdən ona qarşı şikayət və tələbin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, digər Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verməklə, yanaşı törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, gəncliyinin, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasının, eləcə də zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncunun nümayəndəsi tərəfdən ona qarşı şikayət və tələbin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tam təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, eləcə də şahidlərin verdikləri ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 22 may 2021-ci il tarixdə "xxxx" QSC-nin Siyəzən rayonunda yerləşən Gilgilçay stansiyasının ərazisindən 90 metr uzunluğunda "xxxx" markalı mis kabeli oğurlamağa cəhd etmələri nəticəsində QSC-yə dəyəri müvafiq ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə, yəni cəmi 450 manat zərər dəymiş, habelə oğurlanmış 90 metr uzunluğunda "xxxx" markalı mis kabeli zərərçəkmiş hüquqi şəxsə qaytarılmışdır. Odur ki, hazırda təqsirləndirlən şəxslər tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən sonunculara qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 2020-ci ilin noyabr ayından Şabran rayonu ərazisində dəmir yolu xətlərinin təmir tikintisini həyata keçirən “Kolin İnşaat MMC”də özünə məxsus Ford markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü işləyir. 21 may 2021-ci il tarixdə xəstə olduğu üçün işdən tez çıxıb yaşadığı evə getmiş, avtomobili isə iş yerində qalmışdır. “Kolin inşaat MMC”-də işləyən Seymidin və İntiqamın Siyəzən rayonu, Gilgilçay stansiyası ərazisindən 22 may 2021-ci il tarixdə gecə vaxtı kabelləri oğurlamağa cəht etmələri barədə sonradan eşitmiş, habelə özünə məxsus Ford markalı avtomobili özü işdə olmasa da, digər iş yoldaşları tərəfindən işlə əlaqədar idarə etmələrinə icazə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin yanvar ayından dəmir yolu xətləri ərazisində tikinti işləri aparan “Kolin inşaat MMC”-də fəhlə işləməklə, işi şirkətə məxsus texnikaların qeydiyyat işinə baxmaq olmuşdur. Bundan əlavə, işdə olarkən nahar, şam və ya gecə yeməklərini ərazidə olan Ford Tranzit markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda yemişlər. 22 may 2021-ci il tarixdə, saat 00:45 radələrində Siyəzən rayonu, Gilgilçay stansiyası ərazisində xidmətdə olduğu vaxt yemək yemək üçün ərazidəki “Ford Tranzit” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda əyləşmiş, həmin vaxt birlikdə işlədiyi Seymid və İntiqam adlı şəxslər də avtomobildə olmuşdur. Bir qədər sonra, Seymidə zəng gəlib, təxminən bir kilometr məsafədə olan traktor sürücüsünə yemək aparmaq tapşırığı verilmiş, bu zaman sonuncu ondan və İntiqamdan avtomobildən düşməməyi, onunla birlikdə getmələrini xahiş etmişdir. Bu məqsədlə həmin yerdən avtomobil ilə hərəkət edib, dəmir yolu xətləri ərazisindən çıxmaq istəyərkən, avtomobili bir nəfər şəxs saxlamış, özünü təqdim edərək, polis əməkdaşı olduğunu bildirmiş, habelə avtomobildə nə olduğunu soruşduqda, bu vaxt Seymid və İntiqam polis əməkdaşına avtomobilin salonunda dəmir yolu xətlərinə aid olan kabelin olmasını, həmin kabeli dəmir yolu xətlərindən gizlin götürdüklərini, kabeli aparıb satmaq istədiklərini bildirmişlər. Buna görə də polis əməkdaşı rəhbərliyinə məlumat vermiş, habelə onlar Xaçmaz st. XPŞ-yə dəvət edilmişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2021-ci il tarixli, 9/3855 nömrəli ekspert rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 90 metr uzunluğunda "xxxx" markalı mis kabelin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 450 (90 metr x 5 manat) manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-cu vərəqəsindəki 05 avqust 2021-ci il tarixli maddi sübut kimi tanınma, 100-103-cü səhifələrində olan sübutların qiymətləndirilməsi haqqında qərarlardan, eləcə də iş materiallarına əlavə edilməklə, 25 yanvar 2022-ci il tarixdə "xxxx" QSC-nin nümayəndəsi tərəfindən tərtib edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham və barələrində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Şahid2 və Şahid1 barələrində CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası İXM-nin 332-ci maddəsi ilə tədbir görülməsindən ötrü qərarın surəti üçün Xaçmaz st. XPŞ-nin İTQ-ya göndərilməsi qərara alınmışdır. Eyni zamanda, iş üzrə maddi sübut kimi tanınmış 90 metr uzunluğunda "xxxx" markalı mis kabeli "xxxx" QSC-yə qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 sentyabr 2021-ci il tarixli tələbnamələrindən görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 49 və 79-cu səhifələrindəki qətimkan tədbirinin seçilməsi barədə 27 sentyabr və 08 dekabr 2021-ci il tarixli qərarlardan görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qeyd olunan tarixlərdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 52-54-cü, 82-83-cü vərəqələrində olan arayışlardan və xasiyyətnamələrdən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, müvafiq olaraq Şabran şəhərinin V.Abdullayev küçəsindəki 8 saylı evdə yaşayan Təqsirləndirilən şəxs1 və himayəsində 22 may 2020-ci il təvəllüdlü İlhamə adında bir azyaşlı övladı olmaqla, Şabran rayonu, Dəvəçi Ərazi Dairəsi, Ləcədi kəndində yaşayan Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə müsbət xaraterizə olunmuşlar. İş materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi tərəfindən 25 yanvar 2022-ci il tarixdə tərtib olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən oğurlanmış əmlaklar QSC-yə qaytarılmışdır. Bu səbəbdən də, onların təqsirləndirilən şəxslərə qarşı heç bir iddia, tələb və şikayətləri yoxdur. Cəzanın təyin edilməsi məsələsi məhkəmənin mülahizəsinə buraxılır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamağa cəhd etmə cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, gənc olmaqla, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamağa cəhd etmə cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, gənc olmaqla, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin ikidə biri həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, gənc olmaqla, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamağa cəhd etmə cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, gənc olmaqla, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olması, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin ikidə biri həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 90 metr uzunluğunda "xxxx" markalı mis kabeli "xxxx" QSC-yə qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 90 metr uzunluğunda "xxxx" markalı mis kabeli "xxxx" QSC-yə qaytarılmış hesab edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-22/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-22/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver