Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-24/2023 11.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs iştirakı ilə 11 aprel 2023-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, deməsinə görə ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Siyəzən rayonunun Yenikənd kəndində yaşayan X1 operatoru işlədiyi ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə aid “Dokta Qalaltı 981” adlı aptekə 2022-ci ilin may ayından 09 iyul 2022-ci il tarixədək müddət ərzində daxil olaraq Aytac Abbasovadan müxtəlif dərmanlar istəyərək, onun diqqətini yayındırıb, aptekdən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pulu vahid niyyətlə əhatə edilən qəsdlə gizli olaraq, talamaqla, zərərçəkmiş şəxs "xxxx" MMC-yə cəmi 380 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 07 oktyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhərinin Nizami küçəsində yerləşən "xxxx" ASC-nin Siyəzən filialının qarşısında dayandığı zaman Zərərçəkmiş şəxs3 ona yaxınlaşıb, pensiya kartını verərək, ATM-dən pulunu çıxartmasını xahiş etdikdə, sonuncunun pensiya kartını ATM-yə daxil etmiş, habelə bankomatda pulun olmadığını bildirib, kartı Zərərçəkmiş şəxs3 geri qaytarmış, sonuncu bankomatdan uzaqlaşdıqdan sonra isə onun 284 manat pulunu gizli yolla talayaraq, elektron məlumat daşıyıcılarından istifadə edilməklə, oğurluq edərək, sonuncuya maddi ziyan vurmuşdur. Eyni zamanda o, təkrarən 18 dekabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhərinin Nizami küçəsində yerləşən "xxxx" ASC-nin bankomatın qarşısında dayandığı zaman Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb, pensiya kartını verərək ATM-dən pulunu çıxartmasını xahiş etdikdə, sonuncunun pensiya kartını ATM-yə daxil etmiş, habelə bankomatda pulun olmadığını bildirib, kartı Zərərçəkmiş şəxs1 geri qaytarmış, sonuncu bankomatdan uzaqlaşdıqdan sonra isə onun 240 manat pulunu gizli yolla talayaraq, elektron məlumat daşıyıcılarından istifadə edilməklə, oğurluq edərək, sonuncuya maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda yerləşən, X2 işlədiyi “Dokta Qalaaltı 981” aptekindən 2022-ci ilin may ayından 09 iyul 2022-ci il tarixədək müddət ərzində ayrı-ayrı vaxtlarda, səhər saatlarında ümumilikdə 380 manat məbləğində pul oğurlamış, habelə bu məbləği borclarına sərf etmişdir. Belə ki, o, müxtəlif vaxtlarda aptekdə olarkən Aytac Abbasova kassadan uzaqlaşdıqdan sonra şüşənin arxasından pulları götürməklə, oradan çıxıb getmişdir. Bundan əlavə, o, 07 oktyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhərinin Nizami küçəsində yerləşən "xxxx" ASC-nin Siyəzən filialının qarşısında telefonundakı nar nömrəyə pul köçürmək məqsədilə dayanarkən Zərərçəkmiş şəxs3 ona yaxınlaşıb, maaş kartından pulu çıxarmaqda ona köməklik göstərməsini xahiş etmişdir. Həmin ərəfədə borcu olduğu üçün Zərərçəkmiş şəxs3 aldığı kartı bankomata daxil edib, ondan öyrəndiyi şifrəni yazmış, habelə bankomatdan pul çıxmamış, sonuncuya kartını qaytarmış, pul isə Zərərçəkmiş şəxs3 oradan uzaqlaşdıqdan sonra çıxmış, o cümlədən həmin 284 manat pulu götürüb, 100 manatını xərcləmiş, 40 manatı ilə borcunu qaytarmışdır. Eyni zamanda, o, onlayn oyunlar oynadığı üçün 18 dekabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhərinin Nizami küçəsində yerləşən "xxxx" ASC-nin bankomatında kartına pul mədaxil edərkən Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb, pensiya kartını verərək ATM-dən pulunu çıxartmasını xahiş etdikdə, sonuncunun pensiya kartını ATM-yə daxil etmiş, ondan öyrəndiyi şifrəni yazmış, habelə eyni qaydada kartı çıxararaq, bir qədər aralıda dayanmış Zərərçəkmiş şəxs1 təqdim edib, kartda pulun olmadığını bildirmiş, sonuncu oradan getdikdən sonra bankomatdan çıxmış 240 manat pulu götürmüş, bu pulla da onlayn oyunlara görə yaranmış borclarını ödəmişdir. Hazırda, tutduğu əməllərdən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını və zərərçəkmiş şəxslərdən bağışlanmasını xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin verdikləri ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ünvan 4 ünvanında "xxxx" MMC-yə məxsus aptek fəaliyyət göstərir, habelə X4 bu aptekdə nəzarətçi vəzifəsində işləyir. Eyni zamanda, Aytac Abbasova aptekdə tək olduğu vaxtlarda Təqsirləndirilən şəxs ora gəlib, onun fikrin yayındıraraq, 2022-ci ilin may ayından 2022-ci ilin iyul ayının 7-dək aptekdən müxtəlif məbləğlərdə ümumilikdə 380 manat məbləğində pulu oğurlamışdır. Bununla bağlı Aytac Abbasova polisə şikayət etsə də, MMC-nin regional rəhbəri olduğu üçün məhkəmə iclasında özü iştirak edir. Bundan əlavə, şirkətə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən deyil, məhz aptekdə nəzarətçi işləyən Aytac Abbasova tərəfindən ödənilmişdir. Dəymiş zərər ödənildiyinə, habelə bu böyük məbləğ təşkil etmədiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, “Dost” iş mərkəzində sosial işçi kimi işləməklə, hazırda 326 manat əmək haqqı alsa da, oğurluq olan tarixdə 283 manat almışdır. Belə ki, əmək haqqı hər ayın əvvəlində "xxxx" ASC tərəfindən verilmiş kart hesabına köçmüşdür. 07 oktyabr 2022-ci il tarixdə, təxminən saat 11-12:00 radələrində maaşını çıxartmaq üçün "xxxx" ASC-nin Siyəzən filialının qarşısında quraşdırılmış bankomata (ATM) yaxınlaşmış, orada sonradan adını bildiyi Təqsirləndirilən şəxs görüb, ondan maaşını, yəni 283 manat pulunu alaraq, ona verməsini xahiş etmiş, habelə kartını Təqsirləndirilən şəxs vermiş, sonuncu isə kartını bankomata daxil etməklə, şifrəsini yazandan sonra maaşının kartına köçmədiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ona kartını qaytardıqda, o, əmək haqqının kartına köçürülməsi ilə bağlı sms bildirişi aldığını Yəhyaya bildirmiş, sonuncu isə bir daha pulun olmadığını qeyd etmişdir. Daha sonra, o, əmək haqqının karta yüklənib-yüklənməməsini aydınlaşdırmaq məqsədilə "xxxx" ASC-nin Siyəzən filialına getmiş, orada isə kartında olan 284 manat pulun 3 dəqiqə öncə çıxarıldığını bildirmişlər. Bundan sonra, şikayətlə müraciət etmək məqsədilə Siyəzən RPŞyə getmiş, orada ona polis əməkdaşları müxtəlif şəxslərin şəkilləri ilə yanaşı Təqsirləndirilən şəxs də şəklini göstərmiş, habelə o, sonuncunu tanımış, axşam saatlarında isə Təqsirləndirilən şəxs saxlanılaraq, RPŞ-yə gətirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ona dəymiş zərərdən 147 manatını qaytarsa da, qalan məbləğ qaytarılmamışdır. Hazırda ödənilməmiş qalan pulunu tələb edir. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, İ qrup əlil olmaqla, 18 dekabr 2022-ci il tarixdə, saat 10-11:00 radələrində xəstəxanaya gedərkən özünə məxsus pensiya kartına pul mədaxil edilib-edilməməsini yoxlamaq məqsədilə "xxxx" ASC-nin Siyəzən filialına yaxınlaşmış, orada sonradan adını bildiyi, həmçinin üzdən Siyəzən rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs görüb, ondan kartda pulun olub-olmamasını yoxlamasını xahiş etmiş, habelə kartını sonuncuya təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs kartı bankomata salıb-çıxartmış, həmçinin ona kartda pul olmadığını qeyd etmişdir. Bunu eşitdikdən sonra, o, oradan uzaqlaşıb, xəstəxanaya getmiş, başqa vaxt, yəni 18 dekabr 2022-ci il tarixdən 3-4 gün sonra yenidən yoxladıqda isə ona kartından pulun çıxarıldığı bildirilmişdir. Qeyd olunan halın yoxlanılması məqsədilə kartını qardaşına təhvil vermiş, "xxxx" ASC-yə getmiş qardaşı isə kartından pulunun çıxarıldığını dəqiqləşdirmişdir. Bundan əlavə, ona dəymiş zərər hazırki vaxtda da ödənilməmişdir. Odur ki, pulunun qaytarılmasını tələb edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-25-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 3(059)-181/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilmiş, onun əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğuna görə Siyəzən Rayon Məhkəməsində baxılan 3(059)-181/2022 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 207-214-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 12 mart 2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarından, eləcə də işin 15-ci vərəqəsindəki 07 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, habelə, onun barəsində CM-nin 180-ci və 178-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs oğurladığı 147 manat pul və oğurladığı pula satın aldığı “Heemax” markalı mobil telefon maddi sübut hesab edilərək, Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 188-191-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 4(059)-3/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 01 (bir) ay 29 (iyirmi doqquz) gün həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 71-72-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Siyəzən Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 3(059)-179/2020 saylı, 19 fevral 2021-ci il tarixli, 3(059)-47/2021 saylı, 25 avqust 2021-ci il tarixli, 3(059)-134/2021 saylı və 24 sentyabr 2021-ci il tarixli, 3(059)-141/2021 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs həmin qərarlarla müvafiq olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci, 206-cı və 227-ci maddələri ilə təqsirli bilinib, inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən, eləcə də zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 23 aprel 2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 31 oktyabr 2022-ci il tarixli Qərarına əsasən qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 9 iyun tarixli Qərarı). Cinayət Məcəlləsi ilə oğurluq əməlinin müəyyən edilmiş tövsifedici əlamətlərindən biri də həmin əməlin elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsidir (Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi). Həmin maddənin dispozisiyasında iki əməl müəyyənləşdirilmişdir: oğurluğun elektron məlumat daşıyıcılarından istifadə edilməklə törədilməsi; oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi. Konstitusiya Məhkəməsi Plenumunun bununla əlaqədar əvvəlki Qərarlarında da qeyd etdiyi kimi, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, oğurluq əməlinin şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 iyun tarixli Qərar). Həmçinin, həmin Qərardan görünür ki, təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmasını, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun təkrarən, habelə elektron məlumat daşıyıcılarından istifadə etməklə, zərərçəkmiş şəxslərin əmlaklarını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər bu kateqoriyadan törətdiyi inzibati xəta əməllərinə görə verilmiş tənbehlərdən nəticə çıxarmamasını, eyni hüquqazidd hərəkətlərini son zamanlara qədər davam etdirməsini, yeni cinayət törətməyə meylliyini, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişi səbəbindən ailə üzvləri (anası) ilə münaqişəli olmasını), bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın minimum həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 06 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinin İ və İİ hissələrinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İİ və V bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməli (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməli), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs oğurladığı 147 manat pul və oğurladığı pula satın aldığı “Heemax” markalı mobil telefon Zərərçəkmiş şəxs3 təhvil verilmiş hesab edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də məhkəmə məsrəfi yoxdur. Həmçinin, zərərçəkmiş şəxslərə, Təqsirləndirilən şəxs cinayət əməllərini törətməsi nəticəsində onlara dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 06 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs oğurladığı 147 manat pul və oğurladığı pula satın aldığı “Heemax” markalı mobil telefon Zərərçəkmiş şəxs3 təhvil verilmiş hesab edilsin. Zərərçəkmiş şəxslərə, Təqsirləndirilən şəxs cinayət əməllərini törətməsi nəticəsində onlara dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-24/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-24/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver