Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-24/2024 14.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 14 may 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1983-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 1(059)-53/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 7(002)-764/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 06 (altı) ay azaldılmış, 25 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, üzərində məhkumluğu olan, Siyəzən şəhərinin H. Talıbov küçəsindəki 2 saylı evin 48-ci mənzilində qeydiyyatda olmaqla, şəhərin Orucəli Qoçəliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni 0,978 qram çəkidə narkotik vasitə hesab edilən heroini və şəxsi istehlak miqdarında, yəni 0,147 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, yaşadığı Siyəzən şəhəri, Orucəli Qoçəliyev küçəsində nömrəsiz fərdi yaşayış evinin girişindən sol tərəfdə yerləşən yataq otağındaki məişət əşyalarının arasında gizlədərək, saxlamış və 19 yanvar 2024-cü il tarixdə, saat 10:50 radələrində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evin qarşısında saxlanılmaqla, evinə baxış keçirilərkən 1 ədəd kibrit qutusunun içərisində 9 ədəd gümüşü rəngli və 9 ədəd qara rəngli bükülüdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,069 qram, 0,025 qram, 0,121 qram, 0,066 qram, 0,033 qram, 0,089 qram, 0,029 qram, 0,087 qram, 0,092 qram, 0,033 qram, 0,047 qram, 0,070 qram, 0,031 qram, 0,044 qram, 0,031 qram, 0,069 qram, 0,024 qram və 0,018 qram olmaqla, ümumi çəkisi 0,978 qram olan narkotik vasitə heroin və 01 bükümdə təmiz çəkisi 0,147 qram olan metamfetamin fərdi yaşayış evinin girişindən sol tərəfdə yerləşən yataq otağındaki məişət əşayalarının arasından aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, 19 yanvar 2024-cü il tarixdə, saat 09:30 radələrində yaşadığı evdə yatılı vəziyyətdə olarkən dörd nəfər şəxs tərəfindən oyadılaraq, evində “mal”, yəni narkotik vasitə olub-olmaması soruşulmuş, habelə olduğunu bildirməklə, yastığının altından bir büküm olmaqla, 1 qram olan narkotik vasitə heroini, əlavə olaraq limon duzunu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, əyninə paltar geyindiyi zaman ərzində narkotik vasitə təxminən 18-19 bükümlərə ayrılmış, həmçinin evinə keçirilmiş baxış zamanı müdafiəçinin iştirakı və videoçəkiliş sonradan təşkil edilmişdir. Əlavə olaraq qeyd edir ki, polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitə heroini “Pirin altı” deyilən ərazidəki mağazaların qarşısından taparaq, yaşadığı evə aparmış, habele bu narkotikin 0,5 qramını istifadə etsə də, 1 qramını saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, Siyəzən şəhərinin Orucəli Qoçəliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamaqla, 2-3 il olar narkotik vasitə heroindən istifadə edir. 19 yanvar 2024-cü il tarixdə, təxminən saat 10:00 radələrində yaşadığı evdən çıxaraq siqaret almaq üçün mağazaya gedən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, hüquq və vəzifələrini izah edilməklə, bu barədə bildiriş təqdim etmişlər. Həmçinin soruşulduqda, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirərək, bu barədə ərizə yazmış, eyni zamanda, Müdafiəçi iştirakı təmin edilmişdir. İlk olaraq üzərində şəxsi axtarış keçirilən zaman üzərindən özüməməxsus siqaret qutusundan əlavə əşya və ya predment aşkar edilməmiş, habelə soruşularkən yaşadığı evdə şəxsi istifadəsi üçün heroin saxladığı bildirdikdən sonra, evə baxış keçirilməsinə başlanılmış, habelə bu zaman o, evin yataq otağındakı döşək və adlyalların arasından istifadə etmək üçün əvvəlcədən 10 ədəd gümüşü və 9 ədəd qara rəngli siqaret falqalara bükməklə, bir ədəd kibrit qutusunda saxladığı kakosu təqdim etmişdir. Bundan sonra, təqdim edilmiş həmin kibrit qutusunun içərisindəki 09 ədəd gümüşü və 09 ədəd qara rəngli bükülülərin hər birinə müstəntiq tərəfindən baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin bükülülərin içərisindəkinin kakos yəni heroin, 1 ədəd gümüşü rəngli siqaret bükülüsünün içərisindəkinin isə narkotik vasitə kakosu qəbul etmək üçün istifadə etdiyi limon duzu olduğunu bildirmişdir. Daha sonra, ümumilikdə 19 ədəd büküm həmin 01 ədəd kibrit qutusuna yığılaraq zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmış, habelə evdə davam etdirilmiş baxış zamanı əlavə qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Soruşularkən Təqsirləndirilən şəxs, yaşadığı evdən aşkar edilmiş kakosu yəni, heroini saxlanılmamışdan təxminən 3 gün öncə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Qalib adlı şəxsdən 80 manata aldığını bildirmişdir. Eyni zamanda, o, Qalibin mobil telefon nömrəsini təxminən 6-7 ay öncə hazırda xatırlamadığı tanışı vasitəsi ilə əldə etmiş, habelə ona narkotik vasitə lazım olduqda əvvəlcədən İranlı Qalibə telefonla danışmaqla, bu barədə bildirmiş, habelə sonuncu Bakı şəhərində əvvəlcədən təyin etdiyi yerə getməsini ona tapşırmışdır. Belə ki, o, saxlanılmamışdan 3 gün öncə Qalibə zəng edərək, narkotik lazım olduğunu bildirmiş, bu zaman sonuncu ona Bakı şəhərinin Sabunçu rayonuna getməsini tapşırmışdır. Lakin, həmin vaxt narkotik vasitə qəbul etmə vaxtı gecikdiyi üçün qeyd etdiyi rayonun hansı ərazisinə getdiyini hazırda xatırlamır. Beləliklə o, Qalib dediyi əraziyə çatmaqla, sonuncunun ona, mobil telefon vasitəlsi ilə qeyd etdiyi kart nömrəsinə 80 manat pul göndərmiş, bundan sonra isə, ora yaxın ərazidə olmaqla, Qalibin bildirdiyi zibil qabının altından sellofan bükümdə təxminən 1,5 qram olan kokusu yəni, heroini götürüb, yaşadığı evə qayıtmışdır. Bundan başqa, o, narkotik vasitə bir yerdə olanda çox istifadə etdiyi üçün, 18 yanvar 2024-cü il tarixdə həmin vasitəni 20 bükümə ayıraraq, kibrit qutusuna yığmış, habelə növbəti gün yəni, polis əməkdaşları tərəfindən saxlanıldığı gün təxminən saat 09:00 radələrində həmin vasitəni adəti üzrə limon duzu ilə qatmalqa, falqada çəkmişdir. Həmçinin, Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminin əvvəl limon duzu olmasını bildirsə də, sonradan, həmin maddənin metamfetamin olduğunu etiraf etməklə, aşkar edilmiş maddələrin eyni növ təşkil etməsinin məsuliyyətini yüngülləşdirəcəyini zənn etmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında müvafiq sənədləşdirmə işləri aparılmış, habelə həmin tarixdə, saat 10:50 radələrində sonuncu yaşadığı Siyəzən şəhərinin Orucəli Qoçəliyev küçəsində onun, Siyəzən RPŞ-nin CAB-ın əməliyyat X1 və KTQ-nin baş inspektor-kriminalisti X3 tərəfindən saxlanılmışdır. Bu zaman, müstəntiq Lətifov Şahid Sahib oğlunun göstərişi əsasında müdafiəçinin iştirakı, eləcə də, videoçəkiş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, sonuncunun üzərindən qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Bundan sonra, Rafiq Hüseynovun yaşadığı evə keçirilmiş baxış zamanı sonuncu evin yataq otağındakı çarpayıdan içərisində 10 ədəd gümüşü və 09 ədəd qara rəngli bükülü olan 01 ədəd kibrit qutusunu təqdim etmiş, habelə bu bükülürlə baxış keçirilən zaman 18 ədəd bükülünün içərisindəkinin narkotik vasitə heroinə, 1 ədəd bükülünün içərisindəkinin isə psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra, aşkar edilmiş bükülülər həmin formada boş zərfə qoyularaq, müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə, iştirakçılardan keçirilmiş şəxsi axtarış və baxış istintaq hərəkətinə hər hansı etirazlarının olub-olmaması soruşulmuş, heç bir etiraz daxil olmamaqla, prosesi yekunlaşdırılmışdır. Eyni zamanda, əməliyyat aparatına daxil olmuş məlumatlar Rafiq Hüseynovun narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə də olmuş, habelə sonuncu tərəflərindən yaşadığı evin qarşısında saxlanılmaqla, Rafiqin yaşadığı evdən aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən bükülülərə ayrılmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 40-41-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/370 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi, “... Təqsirləndirilən şəxs yaşadığı...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd kibrit qutusunda 18 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,069 qram, 0,025 qram, 0,121 qram, 0,066 qram, 0,033 qram, 0,089 qram, 0,029 qram, 0,087 qram, 0,092 qram, 0,033 qram, 0,047 qram, 0,070 qram, 0,031 qram, 0,044 qram, 0,031 qram, 0,069 qram, 0,024 qram və 0,018 qram, ümumi təmiz çəkisi 0,978 qram qəhvəyi rəngli maddə xarici gürünüş əlamətlərinə və kimyavi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə 0, 147 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,09 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,887 qram, 0,02 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,127 qram təşkil etmişdir. Cinayət işinin 39-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 03 fevral 2024-cü il tarixdə verilmiş 714 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-28-ci vərəqələrində olan 19 yanvar 2024-cü il tarixli şəxsi axtarış, evə baxış və götürmə haqqında protokoldan, eləcə də işin 29-cu vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün, saat 11:16-dan saat 11:37-dək olan müddət ərzində Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında sonuncunun yaşadığı Siyəzən şəhərinin Orucəli Qoçəliyev küçəsindəki evə baxış keçirilərkən yataq otağında məişət əşyalarının (yorğan-döşəyin) arasında olmaqla, gözlə görünməyən yerdən ittihamın əsasını təşkil edən 9 ədəd gümüşü və 9 ədəd qara rəngli bükümlərdə qəhvəyimtil rəngli narkotik vasitə heroinə, 1 ədəd gümüşü rəngli bükülüdə isə ağ rəngli, duza bənzər kütlə 1 ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni sərbəst şəkildə kənar təsir olmadan təqdim etməsi vizual müşahidə edilmişdir.Şəxsi axtarış zamanı “Samsung Galaxy A53 5G” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilməklə, cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 5(059)-6/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Orucəli Qoçəliyev küçəsindəki nömrəsiz fərdi yaşayış evinə baxış əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Siyəzən RPŞ-nin ƏİÜ rəis müavini X5 tərəfindən qəbul edilmiş 19 yanvar 2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 138-145-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 14 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,887 qram qalıq çəkidə narkotik vasitə heroin və 0,127 qram qalıq çəkidə psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə üzərinə şəxsi axtarış və fərdi yaşayış evinə baxış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd Kompakt disk də iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli tələbnamədən, işin 83-88-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 1(059)-53/2020 saylı hökmünün, işin 115-117-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 7(002)-764/2021 saylı qərarının, eləcə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasının 25 yanvar 2022-ci il tarixli, 17/35-142 saylı məktubunun surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, cəza müddəti başa çatdığı üçün 25 yanvar 2022-ci il tarixdən cəza çəkməkdən azad edilmişdir. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-74-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 20 yanvar 2024-cü il tarixli, 4(059)-3/2024 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 103-104-cü vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 26 sentyabr 2013-cü il təvəllüdlü Sümaya adında yetkinlik yaşına çatmayan və 24 iyul 2017-ci il təvəllüdlü Nihad adında azyaşlı olmaqla, iki uşağ olan, Siyəzən şəhəri, Orucəli Qoçəliyev küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni əldə edib, saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarında, yəni ümumi təmiz çəkisi 0,147 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, habelə xeyli miqdarda, yəni təmiz çəkisi 0,978 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini bükümlər halında yaşadığı ünvanda saxlaması, 19 yanvar 2024-cü il tarixdə, saat 10:50 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı Siyəzən şəhərinin Orucəli Qoçəliyev küçəsindəki nömrəsiz fərdi yaşayış evinin yataq otağından bir ədəd kibrit qutusun içərisindən 1 ədəd bükümdə təmiz çəkisi 0, 147 qram psixotrop maddə metamfetaminin, həmçinin 9 ədəd gümüşü rəngli və 9 ədəd qara rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 069 qram, 0,025 qram, 0,121 qram, 0,066 qram, 0,033 qram, 0,089 qram, 0,029 qram, 0,087 qram, 0,092 qram, 0,033 qram, 0,047 qram, 0,070 qram, 0,031 qram, 0,044 qram, 0,031 qram, 0,069 qram, 0,024 qram və 0,018 qram olmaqla, ümumi təmiz çəkisi 0,978 qram qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi sonuncunun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni əldə edib saxlamasını özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, onun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunan Məcəllənin 125-ci maddəsinin İ və Vİİİ hissələrinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində biri azyaşlı, digəri isə yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs şəxsiyyətini (opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə və psixotrop maddə aludəçisi olmasını, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər bu kateqoriyadan törətdiyi cinayət əməlinə görə çəkdiyi cəzadan nəticə çıxarmamasını, habelə barəsində “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinin tətbiq edilməsi ilə əlaqədar cəzasının müddətinin azaldılmasına baxmayaraq, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməsini) və onun tərəfindən əvvəldə olduğu kimi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, əldə etməklə, bükümlər şəklində saxladığı narkotik vasitənin və psixotrop maddənin miqdarını, çeşid müxtəlifliyini, bu vasitənin və maddənin qanunsuz dövriyyəsində şəxsi marağı naminə iştirakını, cəzasını ağırlaşdıran halın və yuxarıda qeyd olunan yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 4/7 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 19 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,887 qram narkotik vasitə heroin və 0,127 qram qalıq çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə üzərinə şəxsi axtarış və fərdi yaşayış evinə baxış keçirilməsi prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 65 (altımış beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,887 qram narkotik vasitə heroin və 0,127 qram qalıq çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə üzərinə şəxsi axtarış və fərdi yaşayış evinə baxış keçirilməsi prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd Compakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 65 (altımış beş) manat məbləğində ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-24/2024
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-24/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver