Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-24/2025 20.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 20 may 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1994-cü il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(059)-24/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 7(003)-1489/2024 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 3 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 05 fevral 2025-ci il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 425 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 0,245 qram çəkidə narkotik vasitə heroini, eləcə də 0,210 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, habelə 26 fevral 2025-ci il tarixdə, saat 11:43 radələrində Siyəzən şəhərinin Sabir küçəsində yerləşən “Daş bazarı” adlanan yerin yaxınlığında saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan qara rəngli gödəkcənin sol iç tərəfində gizlətdiyi bir ədəd qəhvəyi rəngli üzərində sarı rəngli naxışlar olan torbanın içərisindən ümumi çəkisi 425 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin əynində olan tünd göy rəngli şalvarın sağ patron cibindən 01 ədəd bükümdə 0,245 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,210 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 3 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin 05 fevral 2025ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Belə ki o, 11 oktyabr 2024-cü il tarixdə, yəni cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra həbs olunanadək narkotik vasitə qurudulmuş marixuanadan ara-sıra istifadə etmişdir. Bundan başqa, polis əməkdaşları tərəfindən saxlanılmamışdan, yəni, 26 fevral 2025-ci il tarixdən təxminən 5-6 gün öncə Siyəzən şəhərinin Xətai küçəsində hərəkətdə olarkən orada yerləşən dəmiryolunun kənarında yerdə olan bir ədəd torba diqqətini cəlb etdiyindən, həmin torbanı götürüb açıb baxdığında, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görüb, götürmüşdür. Bundan sonra, həmin torbanı gizlətmək üçün Siyəzən şəhərinin Sabir küçəsinə gəlmiş və sözügedən torbaya yenidən baxış keçirərkən içərisində bir ədəd kibrit qutusunda, ümumilikdə iki bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Daha sonra, həmin torbanı polis əməkdaşlarına təhvil vermək istəsə də, sonradan bu fikrindən daşınmış, habelə şəxsi istifadəsi üçün Siyəzən şəhərinin Sabir küçəsində gizlətmişdir. Beləliklə, 26 fevral 2025-ci il tarixdə, saat 11:00 radələrində narkotik vasitələrdən istifadə etmək üçün torbanı gizlətdiyi əraziyə gəlmiş və torbanı götürdükdən sonra, onun içərisindəki ümumilikdə iki ədəd bükümdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini ayıraraq əynində olan tünd göy rəngli cins şalvarın sağ patron cibinə, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd qəhvəyi rəngli üzərində sarı rəngli naxışlar olan torbanı isə əynində olan qara rəngli gödəkcənin sol iç tərəfinə qoymuşdur. Bundan sonra, həmin gün, saat 11:43 radələrində Siyəzən şəhərinin Sabir küçəsində “Daş bazarı” adlanan yerin yaxınlığında hərəkət etməyə başlayarkən dörd nəfər mülki geyimli polis əməkdaşı video çəkilişlə ona yaxınlaşaraq üzərində narkotik vasitələr gəzdirməsi və saxlaması barədə məlumat olduğunu bildirmiş, habelə təklif əsasında o, əynində olan qara rəngli gödəkcənin sol iç tərəfində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd qəhvəyi rəngli üzərində sarı rəngli naxışlar olan torbanı, habelə əynində olan tünd göy rəngli cins şalvarın sağ patron cibindəki ümumilikdə iki ədəd bükümdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, həmçinin tərtib edilmiş sənədlər o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra o, Siyəzən RPŞ-yə gətirilmiş, habelə orada, video çəkiliş vasitəsi ilə RPŞ-nin İB-nin müstəntiqi Turab Rzazadə tərəfindən təqdim olunan əşyalara baxış keçirilmiş, qanunamüvafiq qaydada sənədləşdirmə işləri aparılmışdır. Bundan başqa o, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamışdır. Həmçinin, narkotik vasitələri və psixotrop maddə metamfetamini gizlədib saxlamaqda məqsədi, bu vasitələrin satışını həyata keçirmək deyil, özü üçün istifadə etmək olmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 26 fevral 2025-ci il tarixdə Siyəzən RPŞ-nin CAB-ın rəisi İkraməddin Zəkiyevə, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddə metamfetamini üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Bundan sonra, həmin tarixdə, saat 11:43 radələrində o, RPŞ-nin CAB-ın rəisi İkraməddin Zəkiyev, axtarış üzrə əməliyyat müvəkkili Anar Soltanov, NMQ-nun əməliyyat müvəkkili Ənvər Xəlilov ilə birlikdə Siyəzən şəhərinin Sabir küçəsində “Daş bazarı” adlanan yerin yaxınlığında olarkən Təqsirləndirilən şəxs həmin küçədə olduğunu görüb video çəkiliş vasitəsilə ona yaxınlaşmış, habelə sonuncuya özlərini təqdim edib üzərində narkotik vasitə saxlamasına dair əsaslı şübhələr olduğu bildirməklə, üzərində şəxsi axtarış keçirməli olduqlarını qeyd etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş, habelə təklif əsasında əynində olan qara rəngli gödəkcənin sol iç tərəfində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd qəhvəyi rəngli üzərində sarı rəngli naxışlar olan torbanı, habelə əynindəki tünd göy rəngli cins şalvarın sağ patron cibində olan ümumilikdə iki ədəd bükümdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Beləliklə, təqdim edilmiş qeyd olunan vasitələr və psixotrop maddə metamfetamin boş zərflərə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və RPŞ-nin İB-nə təhvil verilməsi üçün götürülmüşdür. Bundan sonra, video çəkiliş yekunlaşmış, habelə Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə gətirilmiş, orada İB-nin müstəntiqi Turab Rzazadə tərəfindən video çəkilişlə təqdim olunmuş zərflərə və diskə baxış keçirilmiş, təqdim edilmiş predmetlər yenidən müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı, sonuncunun narkotik vasitələrin satışı ilə bağlı deyil, üzərində, saxlaması və istifadəsi barədə olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2025-ci il tarixli, 7/365 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yaşıl kütlə......” yazılar və imzalar olan bir ədəd kağız paketdəki bir ədəd rəngli polietilen torbada təmiz çəkisi 425 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram marixuana istifadə olunduqdan sonra onun qalıq çəkisi 424,95 qram təşkil etmişdir. Cinayət işinin 40-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 70 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 45-46-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2025-ci il tarixli, 6/884 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən aşkar edilmiş...” yazılar olan zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,245 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin, bir ədəd bükümdə təmiz çəkisi 0,210 qram ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,160 qram, 0,050 qram sərf edildikdən sonra isə narkotik vasitə heroinin qalıq çəkisi 0,195 qram təşkil etmişdir. Cinayət işinin 44-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, fiziki-kimyəvi ekspertizasının dəyəri 80 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 11 aprel 2025-ci il tarixdə verilmiş 2037 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-10-cu vərəqələrində olan 26 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, həmin gün saat 11:43-dən saat 11:58-dək olan müddət ərzində Siyəzən şəhərinin Sabir küçəsində yerləşən “Daş bazarı” adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs üstündə yoxlama aparılan zaman sonuncu ittihamın əsasını təşkil edən, qara rəngli gödəkcəsinin sol iç hissəsindəki bir ədəd qəhvəyi rəngli, sarı naxışlı torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, habelə tünd göy rəngli cins şalvarının sağ patron cibində saxladığı 02 ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etmişdir. Yoxlama zamanı “Poco X6” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-119-cu vərəqələrində olan 17 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 424,95 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 0,195 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 0,160 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, həmçinin 26 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd DVD disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 mart 2025-ci il tarixli tələbnaməsindən, işin 102-105-ci səhifələrində ki Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(059)-24/2023 saylı hökmündən və işin 84-87-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 7(003)-1489/2024 saylı qərarından, həmçinin iş materiallarına əlavə edilmiş Siyəzən rayon icra və probasiya şöbəsinin 16 may 2025-ci il tarixli, 302/2025-64-10 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 3 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin 05 fevral 2025ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 4(059)-7/2025 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 fevral 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-94-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdardan 85 dəfə artıq, narkotik vasitə heroini xeyli miqdardan 1,6 dəfə artıq, psixotrop maddə metamfetamini isə 1,4 dəfə artıq miqdarda əldə edib üzərində saxlamaqla, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən baş müstəntiq sübutların qiymətləndirilməsi barədə 17 aprel 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdardan 85 dəfə artıq, narkotik vasitə heroini xeyli miqdardan 1,6 dəfə artıq, psixotrop maddə metamfetamini isə xeyli miqdardan 1,4 dəfə artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımasını, aşkar edilmiş predmetlərin çeşidlərini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, o cümlədən sonuncu dəfə mülkiyyət əleyhinə cinayət əməlinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, bu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayətin onun əməlinin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, hüquqazidd əməllərini davam etdirməklə, yeni cinayət törətməyə meylliyini, həmçinin cəzasını ağırlaşdıran halın mövcudluğunu, onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə, həmçinin 05 fevral 2025-ci il tarixdə cəza müddətinin başa çatmasına baxmayaraq, bundan 21 gün sonra yenidən cinayət əməli törətməklə, islah olunmamasını nümayiş etdirib, cinayət əməllərindən əl çəkməməsini, həmçinin barəsində yüngülləşdirici halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 5/6 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 26 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 424,95 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 0,195 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 0,160 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 26 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 424,95 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 0,195 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 0,160 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd DVD Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 150 (bir yüz əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-24/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-24/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver