Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-25/2022 15.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 15 mart 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1988-ci ildə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Siyəzən Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 1(059)-16/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 66.2-ci, 69.3-cü və 67.1-ci maddələri tətbiq edilməklə, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə və 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmış, 20 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən Siyəzən rayon icra və probasiya şöbəsinin 27 dekabr 2021-ci il tarixli qərarı ilə cərimə cəzasından azad olunduğu üçün şöbənin qeydiyyatından çıxarılmış, üzərində məhkumluğu olan, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 06 oktyabr 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində Siyəzən rayonunun Zarat kəndində yerləşən anası ilə birgə yaşadığı evdən divarda olan xalçanın arxa hissəsinə sancaq vasitəsilə asılmış yaylığın içərisindən bacısı X3 məxsus 1 ədəd 255 manat dəyərində 2008-ci ildə alınmış, gül formasında olan 583 əyar, Rusiya istehsalı olan sarı rəngli, çəkisi 3 qram olan bir cüt sırğanı, 1 ədəd 255 manat dəyərində üzərində sadə qaşlar olan, 583 əyar, sarı rəngli, Rusiya istehsalı olan qadın üzüyünü və 1 ədəd 450 manat dəyərində 583 əyar, sarı rəngli, Rusiya istehsalı, üzərində bir ədəd brilyant qaşı olan qadın üzüyünü oğurlayaraq, ümumilikdə zərərçəkmiş şəxsə 960 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 0,436 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 02 noyabr 2021-ci il tarixdə, təxminən saat 00:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən rayonunun Zarat kəndində yaşadığı ünvanda saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi məqsədi ilə gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindən qırmızı rəngli siqaret kağızına bükülmüş 1 ədəd sellofan bükülüdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 06 oktyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində mərhum bacısı Fəridəyə məxsus qızıl zinət əşyalarını yaşadığı Siyəzən rayonunun Zarat kəndində yerləşən ünvandan oğurlamışdır. Belə ki, pulu olmadığı üçün yaşadığı ünvandan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə evlərinin qonaq otağında divardan asılmış vəziyyətdə olan xalçanın altına baxdıqda, orada əl yaylığının sancaq vasitəsilə xalçaya keçirildiyini görmüş, həmin sancağı açaraq yaylığı götürüb içinə baxdıqda 1 cüt, yəni iki ədəd qadın sırğası və iki ədəd qadın üzüyünün olduğunu görüb götürmüş, habelə qızılların yerində olmamasının bilinməməsi üçün onların yerinə özünə məxsus sadə üzüyünü qoymuşdur. Həmin gün qızıllardan bir ədəd qızıl qadın üzüyünü Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzinin yanında yerləşən qızıl mağazasına aparıb, satıcıya özünə məxsus olduğunu bildirib, habelə şəxsiyyət vəsiqəsinin surətini də, təqdim edib, 120 manat müqabilində satmış, bu pulu tanımadığı geyim və ərzaq dükanlarında xərclədikdən sonra, axşam saatlarında yaşadığı ünvana qayıtmışdır. Bundan sonra, 09 oktyabr 2021-ci il tarixdə pula ehtiyacı olduğu üçün bir ədəd qızıl üzüyü də, həmin mağazaya aparıb, 144 manat müqabilində satmış və Siyəzən rayonuna qayıtmışdır. Daha sonra, 10 oktyabr 2021-ci il tarixdə bir cüt qadın sırğasını da həmin mağazaya aparıb, 236 manat müqabilində satmış, habelə həmin məbləğdə pulu da xərclədikdən sonra, yaşadığı evə qayıtmışdır. 26 oktyabr 2021-ci il tarixdə evdə olarkən anası Ləyaqət Əliyevə mərhum bacısı Fəridəyə məxsus qızıl zinyət əşyalarını nə üçün oğurladığını soruşduqda, pula ehtiyacı olduğu üçün həmin qızılları oğurladığını bildirmişdir. Bundan başqa, o, təxminən 15 il olar narkotik vasitə heroindən çəkərək istifadə edir. 31 oktyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı kəndin ərazisində göbələk yığarkən kanalın qırağında yerdə diqqətini cəlb edən bir ədəd qırmızı rəngli siqaret kağızı bükülüsünün içərisində bir ədəd göy rəngli bükülünü, həmin göy rəngli bükülünün içərisində əlavə bir ədəd sellofan bükülünü və bir ədəd gümüşü rəngli bükülünü, sellofan bükülünü içərisində narkotik vasitə heroin olduğunu, gümüşü rəngli bükülünün içərisinin isə boş olduğunu görüb, həmin bir ədəd qırmızı rəngli siqaret kağızı bükülüsünü əynində olan cins şalvarın qabaq sol yan cibinə qoymuş və bundan sonra yaşadığı ünvana getmişdir. 02 noyabr 2021-ci il tarixdə, saat 00:00 radələrində yaşadığı ünvanda olarkən, polis əməkdaşları narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olduğunu bildirərək, onu rayon Polis şöbəsinə dəvət etmişlər. Siyəzən RPŞ-də hüquq və vəzifələri izah olunaraq, bu barədə bildiriş verilmiş, habelə müdafiə hüququ təmin olunmaqla, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı təmin edilmişdir. Bundan sonra, üzərində şəxsi axtarış keçirilən zaman təklif əsasında əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd selofan bükülünün və içərisində boş kağız bükülülər olan bir ədəd gümüşü rəngli bükülünün olduğu bir ədəd qırmızı siqaret kağızı bükülüsünü təqdim etmiş, habelə şifahi sorğu zamanı selofan bükülünün içərisindəki kütlənin “kokos” olduğunu bildirmişdir. Daha sonra, 1 ədəd selofan bükülünün içərisinə baxış keçirilmiş, bükülü müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, üzərində şəxsi axtarış keçirilməsi davam etdirilsə də, üzərindən əlavə qanunsuz əşya aşkar edilməmiş, habelə üzərində şəxsi axtarışın keçirilməsinə dair yazılmış protokol, doğru olduğundan imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təzyiq olunmamışdır. Bundan əlavə, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, habelə üzərindən aşkar edilmiş narkotik vasitəni saxlamaqda məqsədi gələcəkdə öz şəxsi tələbatına uyğun istifadə etmək olmuşdur. Yaşadığı ünvandan oğurluq edərkən yanında heç kim olmamış və qızıl-zinət əşyalarını satdığı mağazanın sahibi həmin əşyaların oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, bir daha cinayət əməli törətməyəcəyi barədə vədini nəzərə alıb, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 26 oktyabr 2021-ci il tarixindən təxminən 1 ay öncə mərhum qızı Fəridə özünə məxsus 1 cüt sırğanı və iki ədəd üzüyü saxlamaq üçün ona verdikdə, həmin qızılları yaylığa bükərək, sancaqla divardan asılmış xalçaya bərkitməklə saxlamış, habelə sonuncu dəfə 05 oktyabr 2021-ci il tarixdə səhər saatlarında həmin qızıllara baxıb, yerində olduğunu görüb, qızılları təkrarən həmin yerə qoymuşdur. Bundan sonra, 26 oktyabr 2021ci il tarixdə, saat 09:00 radələrində qızılların yerində olub-olmamasını yoxlayarkən parçadan olan yaylığı açıb, içinə baxdıqda orada bir ədəd sadə kişi üzüyü olduğunu, qeyd etdiyi qızıl-zinət əşyalarının isə oğurlandığını görmüşdür. Onunla bir ünvanda yaşayan oğlu Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğundan, qızılların sonuncu tərəfindən oğlurlandığını bilmiş və bu barədə Siyəzən RPŞ-yə müraciət etmişdir. Bundan sonra, 02 noyabr 2021-ci il tarixdə, gecə saatlarında oğlu Tağının narkotik vasitə istifadəçisi olması və yaşadıqları ünvanda olması barədə polis əməkdaşlarına məlumat vermiş, habelə sonuncular Tağını narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün, həmçinin baş vermiş oğurluq hadisəsi ilə bağlı RPŞ-yə aparmışlar. Sonradan, 21 noyabr 2021-ci il tarixdə qızı Fəridə özünü asmışdır. Oğlu Tağı yaşadıqları ünvandan mərhum bacısı Fəridəyə məxsus bir cüt sırğa və iki ədəd üzüyü oğurlasa da, o, təhqiqat qrupuna verdiyi izahatında və ərizəsində yanlışlıqla iki cüt sırğanın oğurlandığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxs vurmuş zərəri ödəməsə də, ona qarşı heç bir şikayət və tələbi yoxdur, habelə sonuncuya hansı cəza verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə 02 noyabr 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid1 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş qərar təsdiq edildikdən, həmçinin təlimatlandırılma keçirildikdən sonra həmin gün Şahid1, CABın əməliyyat müvəkkili Şahid3 və İTB-nin sahə polis nəfəri Şahid5 ilə birlikdə təxminən saat 00:00 radələrində Siyəzən rayonu, Zarat kəndinə gedərək, Təqsirləndirilən şəxs yaşadığı evi müşahidəyə götürmüş və bu vaxt sonuncunun yaşadığı evdə olduğunu dəqiqləşdirmişlər. Bundan sonra, qapını açaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu, habelə barəsində RPŞ-nin TQ-da araşdırma materialı olduğunu bildirib, rayon Polis Şöbəsinə dəvət etmiş və sonuncunu razılığı əsasında RPŞ-yə aparmışlar. Təqsirləndirilən şəxs şöbəyə gətiriləndən sonra, onun barəsində araşdırma aparılması İB-nin müstəntiqi X5 həvalə olunmuş, habelə xidməti işi ilə əlaqədar Şahid1 onun üzərində keçirilən şəxsi axtarışda iştirak edə bilməmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq, axtarışda Müdafiəçi iştirakı da təmin edilmişdir. Bundan sonra, təklif əsasında Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sol cibindən 1 ədəd qırmızı rəngli siqaret kağızı bükülüsünü çıxararaq, masanın üzərində qoymuş və şifahi sorğu zamanı təqdim etdiyi bükülünün içərisindəki kütlənin narkotik vasitə “kokos” olduğunu bildirmişdir. Daha sonra, tərəflərindən həmin bükülüyə baxış keçirilərkən içərisində əlavə bir ədəd gümüşü rəngli bükülü və bir ədəd selofan bükülü olması, selofan bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olması, gümüşü rəngli bükülünün içərisində isə başqa kağız bükülü və bükülülərin, habelə onların içərisinin boş olması müəyyən olunmuşdur. Bundan sonra, 1 ədəd selofan bükülüdə olan narkotik vasitə heroinə bənzər kütlə əvvəlki qaydada ağzı bağlanaraq qırmızı rəngli siqaret kağızına bükülmüş və müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, əlavə qanunsuz əşya aşkar edilməmişdir. Axtarışın videoçəkilişi KTQ-nun baş inspektoru X4 tərəfindən “Nikon” markalı fotoaparatla qeydə alınmış, habelə şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamış və bu barədə tərtib olunub, ucadan oxunmuş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3, növbətçi hissəsinin məsul növbətçisi Şahid4 Rabil oğlu, İTB-nin sahənin polis nəfəri Şahid5, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid RPŞ-nin CAB-ın rəisi Şahid1 Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri ərazisində Karvan ticarət mərkəzinin yaxınlığında qızıl qəbulu məntəqəsində işləyir. O, Təqsirləndirilən şəxs üç dəfə qızıl-zinət əşyaları almış, sonuncu ilk dəfə 06 oktyabr 2021-ci il tarixdə mağazaya gələrək 2,1 qram ağırlığında 1 ədəd üzüyü satmaq istədiyini bildirmişdir. O, həmin vaxt Tağıya həmin üzüyün əvəzində 120 manat pul ödəmiş, sonuncudan şəxsiyyət vəsiqəsinin surətini tələb etmiş və şəxsiyyət vəsiqəsi əsasında müvafiq qeydiyyat aparmışdır. 09 oktyabr 2021-ci il tarixdə Tağı yenidən mağazaya gələrək bir ədəd üzük satmaq istədiyini bildirmiş, həmin vaxt o, qızıl üzüyün əvəzində Tağıya 144 manat məbləğində pul ödəmiş, bu dəfə də, aldığı qızıla dair müvafiq qeydiyyat aparmışdır. 10 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs təkrarən mağazaya gələrək ona bir cüt sırğa satmış, bunun əvəzində o, Tağıya 236 manat məbləğində pul ödəmişdir. O, yalnız polis əməkdaşları mağazaya gəldikdən sonra, Tağının həmin zinət əşyalarını oğurlayaraq ona satdığını bilmişdir. Həmin əşyalar artıq əridilmişdir. Onun həmin əşyaların oğurluq olması barədə məlumatı olmamış, qızılları alarkən müvafiq formada qeydiyyat aparmışdır. Tağı ona ümumilikdə iki ədəd üzük və bir cüt sırğa satmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 34-35-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2021-ci il tarixli, 6/4860 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №96” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,436 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,386 qram təşkil etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatnın dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 154-155-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 9/8554 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2 adda qızıl-zinət əşyalarının, o cümlədən 2008-ci ildə yeni vəziyyətdə alınmış, gül formasında olan 583 əyar, Rusiya istehsalı, sarı rəngli, hərəsinin çəkisi 3 qram olan 2 cüt qadın sırğasının (2 cüt x 3 qr) orta bazar qiyməti nəzəri qaydada təxminən 510 manat, üzərində sadə qaşlar olan, 583 əyar, sarı rəngli, Rusiya istehsalı, çəkisi 3 qram olan qadın üzüyünün qiyməti 255 manat, ümumilikdə 765 manat müəyyən edilmişdir. Digər 1 ədəd 583 əyar, sarı rəngli, üzərində bir ədəd brilyant qaşı olan, Rusiya istehsalı qadın üzüyünün üzərindəki qaşın istehsal yeri, keyfiyyəti, növü, ölçüləri, təmizliyi və s. barədə məlumat olmadığından qiymətləndirmə aparılmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 153-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 150-151-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 18 dekabr 2021-ci il tarixdə verilmiş 5171 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 02 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin gün, saat 01:07-dən saat 01:17-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindən qırmızı rəngli siqaret kağızına bükülmüş 1 ədəd sellofan bükülüdə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 167-177-ci vərəqələrində olan 05 yanvar 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,386 qram təşkil edən narkotik vasitə olan heroin maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təvhil verilmiş, eyni zamanda, 02 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk də maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli tələbnamədən, işin 106-111-ci vərəqələrində olan Siyəzən Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 1(059)-16/2019 saylı hökmünün surətindən, işin 165-ci vərəqəsində olan Siyəzən rayon İcra və Probasiya şöbəsinin 05 yanvar 2022-ci il tarixli, 17/2022-64-1 nömrəli məktubundan, eləcə də işin 166-cı vərəqəsində olan 27 dekabr 2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib, barəsində CM-nin 66.2-ci, 69.3-cü və 67.1-ci maddələri tətbiq edilməklə, qəti olaraq 2 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzasına məhkum edilmiş, habelə o, 20 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sonradan, Təqsirləndirilən şəxs “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən Siyəzən rayon icra və probasiya şöbəsinin 27 dekabr 2021-ci il tarixli qərarı ilə cəzadan azad olunduğu üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs üzərində heç bir çəkilməmiş cəza qalmamışdır. Bununla belə hazırkı cinayət əməllərinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-63-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 4(059)-52/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş işin 163-164-cü vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən rayonu İcra Hakimiyyəti Başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs 01 mart 2022-ci il tarixdə tərtib etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən dəyən ziyan ödənilməsə də, sonuncuya qarşı onun heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama, eləcə də, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama, daşıma cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməklə, əməllərindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş zərərin ödnilməməsinə baxmayaraq, sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.1-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə, mülkiyyətə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər bu kateqoriyalardan törətdiyi cinayət əməllərinə görə verilmiş cəzalardan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), cəzasını ağırlaşdıran halın mövcud olması, həmçinin törətdiyi əməli etiraf etməklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmaması, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş zərərin ödnilməməsinə baxmayaraq, sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.1-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,386 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 02 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 115 (bir yüz on beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 02 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,386 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 02 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 115 (bir yüz on beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-25/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-25/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver