Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-25/2024 21.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 21 may 2024-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxx 1954-cü il tarixdə, Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, pensiyaçı, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Calğan kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4, Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə aid “Whatsapp” animesajlaşma tətbiqinin status bölməsində bir ədəd ağ rəngli iti paylaşıb “Bəzi insanlara yaxşılıq edirik qanmırlar, amma bir itə bir tikə çörək veririk başımıza dolanır” cümləsini ona sətiraltı mənalı mesaj vermək üçün istifadə etdiyini düşünmüş, bu səbəbdən 29 avqust 2023-cü il tarixdə, saat 10:15 radələrində Siyəzən rayonunun Orta Calğan kəndindəki yaşadığı evin həyətində sonuncu ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsindən və hər iki qolundan qəsdən taxta parçası ilə vuraraq, onun boyunun, sol bazu və hər iki said nahiyəsinin qançırları və sol said nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan, sol said nahiyəsinin hematoma halında əziyi ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 19 avqust 2023-cü il tarixdə həmin vaxt onunla birlikdə yaşayan nəvəsi Həsənin doğum gününü qeyd etmək üçün sonuncu ilə birlikdə Bakı şəhərinə getmiş, habelə növbəti gün yaşadığı evə qayıtmışlar. Bundan sonra, Zərərçəkmiş şəxs onun digər nəvəsi, oğlu Qurbanın qızı Səmanın mobil telefonuna mesaj göndərərək, sonuncunun anası Əfsanənin özünə məxsus “Whatsapp” ani mesajlaşma tətbiqində Həsənin fotoşəkilini paylaşmasına görə etirazını bildirməklə, mübahisə etmişdir. Daha sonra isə, Zərərçəkmiş şəxs özünə məxsus “Whatsapp” ani mesajlaşma tətbiqində it fotoşəkili paylaşaraq “bəzi insanlara yaxşılıq edirik qanmırlar, amma bir itə bir tikə çörək veririk başımıza dolanır” cümləsini yazmışdır. 28 avqust 2023-cü il tarixdə, nahar vaxtından sonra Sveta mobil telefonuna zəng vuraraq oğlu Həsən ilə bir qədər danışıb, sonra onunla danışarkən səsinin narahat gəldiyini bildirdikdə, “Whatsapp” ani mesajlaşma tətbiqində it fotoşəkili paylaşmaqla kimə “söz atdığını” soruşmuş, Sveta isə, “itin altında sənin adın yazılmışdı” deyə cavab vermişdir. Qeyd edir ki, Sveta həmin paylaşımı gəlini Əfsanəyə yönləndirmişdir. Növbəti gün yəni, 29 avqust 2023-cü il tarixdə, təxminən saat 10:00 radələrində yaşadığı evin zirzəmisindəki otaqda iş görərkən sonradan qızı Əsmənurla birlikdə taksi ilə gəldiyini bildiyi Svetanın onu “bura gəl-bura gəl” deyə çağırdığını görüb, ondan nə olduğunu soruşduğunda, sonuncu axşam onu əsəbləşdirməklə, nalayiq ifadələr ilə təhqir etdiyini qeyd etmişdir. Bu zaman iş gördüyü otaqda Sveta ilə ikisi olmaqla, gəlini Əfsanə evin içərisində olmuşdur. Svetaya, Əfsanənin Həsənin doğum günü münasibəti ilə (qazan asdığını) yemək bişirdiyini, sonuncunun doğum gününü qeyd etdiyini bildirsə də, Sveta istəmirəm dediyi üçün ondan Həsəni aparmasını tələb etmişdir. Bu zaman Svetaya divanda əyləşməklə söhbət etməklərini təklif etsə də, sonuncu buna məhəl qoymamaqla, uca səslə danışdığı üçün onun qolundan tutub, həmin otaqdan çıxartmağa cəhd etmiş, habelə bir-birilərini tutaraq, itələşmiş, nəticə də, sol qolu dəmir qapıya dəydiyi üçün xəsarət almışdır. Həmin vaxt qonşuluğunda, baldızının evində qonaq olan qızı Dilbər, sonuncunun əri Şahid1 və digər qonşular səsküyə gəlmişlər. Həmçinin, Taleh onu içəri, Svetanı isə çölə çıxartmış, lakin, sonuncu Talehi nalayiq ifadələr ilə təhqir etməklə, qızı Dilbəri qızılgül koluna itələmişdir. Bundan sonra, Sveta qonşuların təkid və istəyi ilə hər iki övladı ilə birlikdə getmişdir. Hesab edir ki, Sveta özü-özünə xəsarət yetirib. Belə ki, hadisə 29 avqust 2023-cü il tarixdə baş vermiş, habelə Sveta həmin tarixdə polis şöbəsinə gedərək şikayət etsə də, tibbi müayinədən keçmək üçün getməmiş, bunu Bakı şəhərinə gedəndən sonra etmişdir. Məhkəmə təqsirləndirilən şəxs X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eynilik təşkil edən, habelə, Zərərçəkmiş şəxs özü-özünə xəsarət yetirməsi kimi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini qismən etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, təqsirləndirilən şəxs X2 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, əri Mehman Rzayev qızları Əsmanurun saxlaması üçün yaşdıqları evə gətirdiyi iti təxminən 21-22 avqust 2023-cü il tarixlərində “Whatsapp” ani mesajlaşma tətbiqindəki paylaşmasını heç kəsə yönəltməməklə yanaşı, bu paylaşımın ev heyvanlarının sədaqəti ilə bağlı olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixində oğlu Həsənin doğum günü münasibəti ilə sonuncu ilə birlikdə Bakı şəhərindəki yaşadıqları evə qonaq gələrkən, onunla heç bir problem yaşamamışlar. Bundan başqa, qaynı Qurban Rzayevin arvadı Əfsanə Rzayeva ərinin ailəsi ilə tanış olduğu vaxtdan onda, onlar barəsində mənfi fikir formalaşdırmağa cəhd etmiş, eyni zamanda, qayınanasının evində qonaq olan azyaşlı qızı Əsmanurun saçlarını yolmuşdur. Əfsanə, onun oğlu Həsənin şəkilini “Whatsapp” ani mesajlaşma tətbiqində paylaşarkən Əfsanənin qızı Səmaya mesaj göndərib, Əfsanənin bir tərəfdən övladlarını döydüyünü, digər tərəfdən isə şəkili paylaşdığını bildirmiş, bu mesajını anasına çatdırmasını istəmişdir. Bununla yanaşı, 28 avqust 2023-cü il tarixində qaynanası Təqsirləndirilən şəxs mobil telefonuna zəng vurmuş, əvvəl oğlu Həsən, sonra isə qaynanası ilə danışarkən, sonuncudan səsinin birtəhər gəlməsi ilə maraqlandığında, o, nəvəsi Səmaya göndərdiyi mesajın və “Whatsapp” ani mesajlaşma tətbiqində it şəkili paylaşmağının səbəblərini soruşmuşdur. Bu danışıq zamanı o, Əfsanə ilə bağlı fikirlərini bildirmiş, lakin, tətbiq vasitəsi ilə paylaşdığı şəkilin sonuncuya və yaxud kiməsə heç bir aidiyyəti olmadığını qeyd etsə də, qaynanası həmin vaxt üçün 6 aydır vəfat etmiş mərhum atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra, əri Mehmanın mobil telefonuna zəng vurmaqla, bu barədə məlumat verdiyin də, sonuncu qızları Əsmanuru qaynanası Ayətin yanına aparmasını tapşırmış, neft daşlarında olan iş növbəsi bitdikdən sonra məsələni həll edəcəyini bildirmişdir. Buna görə də, 29 avqust 2023-cü il tarixində, təxminən saat 10:00 radələrində taksi ilə Bakı şəhərindən Siyəzən rayonunun Orta Calğan kəndinə qayınanasının evinə gəlmiş, içəri daxil olarkən sonuncunun zirzəmidə Əfsanə ilə söhbət etdiklərini görmüşdür. Bu zaman, gəlməsinin səbəbini soruşan qayınanasına qızı Əsmanuru gətirdiyini bildirərkən, o, uşaqlarına baxmayacağını qeyd etmiş, nalayiq ifadə ilə evindən çıxıb getməsini tələb edərkən, getməyəcəyini bildirdiyi üçün belin sapını başına tərəf atmış, habelə sap başına dəydikdən sonra, sapı əli ilə tutsa da, yaşlı valideyninin olduğunu düşünüb, reaksiya verməmişdir. Bundan sonra, səs-küy salan qayınanasının evinə baldızı Dilbər, sonuncunun əri Şahid1 və digər qonşular da, gəlmişlər. Qeyd edir ki, Taleh oraya gələrkən aranı sakitləşdirmək əvəzinə, Dilbəri münaqişəyə sövq edir, sonuncu və Ayətə onu vurmağı tapşırır, habelə ünvanına nalayiq ifadələr işlətmişdir. Sonra, qonşuların təkidi ilə övladları ilə birlikdə oradan Bakı şəhərinə qayıtmış və yolda olarkən DİN-nin 102 xidmətinə zəng vurmaqla, hadisə barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmaq fikri yoxdur, sonuncudan, Dilbərdən və Talehdən şikayətçidir. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, onlar, 2022-ci il tarixdə vəfat etmiş azyaşlı övladının məzarını ziyarət etmək üçün hər həftə Siyəzən rayonunun Orta Calğan kəndinə gedirlər, habelə 28 avqust 2023-cü il tarixdə də, sözügedən kəndə getmişlər. 29 avqust 2023-cü il tarixdə, təxminən saat 10:00 radələrində bacısı Leylagilin evinin həyətində əyləşib, çay içərkən sonuncu ilə qonşuluqda yaşayan qaynanası Təqsirləndirilən şəxs həyətindən səs gəldiyini eşidib, arvadı Dilbər ilə birlikdə ora qaçmış, bu zaman həyətə daxil olarkən evin tamburunda Zərərçəkmiş şəxs, qaynanası Ayəti divara söykədiyini görüb, sonuncunu evə aparmış, həmçinin Dilbərdən Svetanı çölə çıxartmasını istəmişdir. Sonra, qaynanası DİN-nin 102 xidmətinə zəng vurmaq istəsə də, qaynı Mehman ilə olan telefon danışığı zamanı sonuncu iş növbəsi bitdikdən sonra məsələni həll edəcəyini bildirmişdir. Qeyd edir ki, Ayətin, Svetanı vurmasını görməsə də, sonuncunun Ayətin üz nahiyəsinə sillə vurmasının, habelə sonuncuların bir-birilərinə qarşı nalayiq ifadələr işlətmələrinin şahidi olmuşdur. Eyni zamanda, Svetanı hədələməklə, nalayiq ifadələr ilə təhqir etməsə də, sonuncu ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan başqa, hadisədən sonra baş vermiş sözlü münaqişəni mobil telefonu ilə videolentə alaraq, diskləşdirməklə iş materiallarına əlavə edilməsi üçün ibtidai istintaq orqanına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, onlar, mərhum azyaşlı övladını Siyəzən rayonunun Orta Calğan kənd qəbiristanlığında dəfn etdikləri üçün, demək olar ki, hər həftə həmin kəndə getməklə, övladının məzarını ziyarət edirlər. 29 avqust 2023-cü il tarixdə də, övladının məzarını ziyarət edib, əri Şahid1 ilə birlikdə baldızı Leyla Tağıyevanın evinin həyətində əyləşib çay içərkən, sonuncu ilə qonşuluqda yaşayan anası Təqsirləndirilən şəxs evindən qışqırıq səsi gəldiyini eşitmiş, əri ilə birlikdə ora tərəf getmişdir. İlk olaraq anası Ayətin evinin həyətinə daxil olan əri Taleh anasının boğazından tutmaqla, divara söykəyən Svetanı çölə çıxartmış, o isə qolundan qan axan anasını evin içərisinə salmışdır. Həmin vaxt səs-küyə baldızı Leyla, sonuncunun qaynanası və digər qonşularda gəlmişdir. Anası DİN-nin 102 xidmətinə zəng etmək istəsə də, Taleh qardaşı Mehmanın mobil telefonuna zəng vurmaqla, hadisə barədə məlumat verdikdə, sonuncu iş növbəsi bitdikdən sonra məsələni həll edəcəyini bildirib, şikayət edilməməsini istəmişdir. Habelə, qardaşı Mehmanla mobil telefonla danışarkən baldızı Leyla yanına gəlib, Svetanın anasını divara söykədiyini bildirdik də, sonuncuların yanına getmiş, bu zaman anasının üz nahiyəsinin cızıldığını, Svetanın əli ilə anasının üz nahiyəsinə sillə vurduğunu görmüşdür. Həmin vaxt Svetanı ayırarkən sonuncunun itələməyi nəticəsində qızılgül koluna yıxılmışlar, nəticədə Svetanın burnu, onun isə qolu cızılmış, habelə qonşuları Natavan onları ayırmışdır. Onlar gəldikdən sonra təxminən 10-15 dəqiqə davam edən hadisə zamanı Svetanı vurmasa da, sonuncu gedərkən əri Talehi nalayiq ifadələr ilə təhqir etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 32-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 məhkəmə-tibb ekspertizasının 07 sentyabr 2023-cü il tarixli, 169 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində boynun, sol bazu və hər iki said nahiyəsinin qançırları, sol said nahiyəsinin hematoma halında əziyi, burun belinin, üzün sağ yarısının və sol said nahiyəsinin çoxsaylı sıyrıqları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə yarana bilər, yaranma müddəti müayinə vaxtından bir-iki günə qədər əvvələ aid olub 29 avqust 2023-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 67-69-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 məhkəmə-tibb ekspertizasının 17 noyabr 2023-cü il tarixli, T799/2023 saylı təkrar rəyindən görünür ki, Zərərçəkmiş şəxs boynun, sol bazu və hər iki said nahiyəsinin qançırları, sol said nahiyəsinin hematoma halında əziyi, burun belinin, üzün sağ yarısının və sol said nahiyəsinin çoxsaylı sıyrıqları aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, 29 avqust 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 169-180-cı vərəqələrində olan 19 mart 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş 10 mart 2024-cü il tarixli ittihamın məzmununa dəyişiklik edilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun əməlində CM-nin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 fevral 2024-cü il tarixdə verilmiş cinayət işinin 104-cü vərəqəsindəki tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 150-151-ci vərəqələrində olan 10 mart 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 157-158-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan eləcə də elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Siyəzən rayonunun Orta Calğan kəndində daimi yaşayan, həmçinin pensiyaçı Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Məşrif kənd İƏD üzrə nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və məhkəmə istintaqının nəticələrinə əsaslanaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs törətdiyi yuxarıda şərh edilən əməl cinayət hadisəsidir və həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidlərin, məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq sübutların qiymətləndirilməsi barədə 19 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə araşdırmasında Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun ahıl yaşlı qadın olmaqla, pensiyaçı olmasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, müsbət xarakterizə edilməsini və hadisələrin təsadüfü axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Material üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİİ bəndinin İİ yarımbəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ahıl yaşlı qadın olmaqla, pensiyaçı olmasını, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, şəxsiyyətin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla belə onun əməlində ağırlaşdıran halların olmamasını, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, maddi zərər, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-25/2024
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-25/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver