Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-26/2022 19.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri- fərdi qaydada fəaliyyət göstərən vəkillər X8, Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə 19 aprel 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1974-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, “X22” MMC-də sosial işçi, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə, xx xxxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 1(012)-242/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarı ilə cəzasının müddəti 03 il 06 ay müddətə endirilmiş, 31 iyul 2021-ci il tarixdə cəza müddəti başa çatmış, üzərində məhkumluğu olan, Siyəzən şəhəri, İ.Qayıbov küçəsi, ev 77 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə və xx xxxxxxxx 1982-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 15 noyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində ünvan 3 ünvanın qarşısında 8 manat müqabilində, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda miqdarda, yəni 0,270 qram çəkidə narkotik vasitə olan heroin əldə edib, üzərində saxlayaraq, daşımış, 15 noyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhərinin H.Aslanov küçəsi ərazisində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin qabaq sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükülüdə ümumi təmiz çəkisi 0,270 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və içərisində heroin izləri olan 1 ədəd sınıq şüşə ampula aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən əldə etdiyi, qanunsuz olaraq, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda 0,290 qram narkotik vasitə olan heroini 15 noyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında 8 manat müqabilində tanışı Təqsirləndirilən şəxs3 satmış, 16 noyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində onun yaşadığı ünvanda jurnal masasının üzərində 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,409 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 0,725 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla, həmin heroinin 0,409 qramını 15 noyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı ünvan 4 ünvanda 20 manat müqabilində tanışı Təqsirləndirilən şəxs1 satmış, 17 noyabr 2021-ci il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Siyəzən şəhərinin H.Əliyev küçəsi ərazisində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının qabaq sol yan cibindən 1 ədəd şəffaf siqaret sellofanının içərisində 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş digər 1 ədəd ağ-gümüşü rəngli siqaret kağızı bükülüsünün içərisində ümumi təmiz çəkisi 0,316 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3-4 ay olar narkotik vasitə heroindən inyeksiya üsulu ilə istifadə edir. 15 noyabr 2021-ci il tarixdə, təxminən saat 18:00 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onunla yaxın ünvanda yaşayan, əvvəllər narkotik vasitə almasa da, narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitdiyi Natiq adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, ona narkotik vasitə almaq istədiyini bildirdiyində, sonuncu 8 manat pulun qarşılığında sata biləcəyini qeyd etmiş, o, da Natiqlə razılaşaraq, onun yaşadığı ünvanın qarşısına getmişdir. Orada Natiqdən bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə narkotik vasitə heroini 8 manat müqabilində alıb, əynində olan qara rəngli gödəkcənin sol yan cibindəki sınıq şüşə ampula və şəffaf sellofan bükülüdəki limon duzunun yanına qoymuşdur. Bundan sonra, Natiqdən ayrılıb yaşadığı ünvana doğru getməyə başlamış, habelə, yaşadığı ünvanın qarşısına çatarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını, narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirib, Siyəzən RPŞ-yə aparmışlar. Orada hüquq və vəzifələri izah olunmuş, habelə müdafiə hüququ təmin olunaraq Müdafiəçi1 iştirakı təmin edilmişdir. Sonra, təklif əsasında əynində olan qara rəngli gödəkcənin qabaq sol yan cibindən şifahi sorğu zamanı içərisində ağ kristalşəkilli kütlələr yəni, limon duzu olduğunu bildirdiyi 1 ədəd sellofan bükülüsünü, içərisində narkotik vasitə “kokos” olduğunu bildirdiyi 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü və narkotik vasitəni bişirmək üçün istifadə etdiyini bildirdiyi 1 ədəd sınıq şüşə ampulanı masanın üzərinə qoymuş, habelə əlavə təklif əsasında həmin şalvarın sağ yan cibindən bir ədəd kiçik ölçülü plastmas qabda ətiri, sol yan cibindən isə bir ədəd çəhrayı rəngli təsbehi və üç ədəd açardan ibarət açar dəstini, əynində olan qara rəngli gödəkcənin altından geyindiyi idman gödəkcəsinin sağ yan cibindən bir ədəd keno markalı siqaret qutusunu və arxa cibindən kağız parçasını təqdim etmişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, əlavə qanunsuz əşya aşkar edilməmiş, habelə təqdim etdiyi içərisində ağ kristalşəkilli kütlə olan 1 ədəd sellofan bükülüsü, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü və 1 ədəd sınıq şüşə ampula müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, bu barədə tərtib edilmiş protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, faydalı əmək fəaliyyəti ilə məşğul olmağının, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 il olar narkotik vasitə heroindən inyeksiya üsulu ilə istifadə edir. Abşeron Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 31 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra, təxminən 2 aya yaxın müddət Şirvan şəhərində, daha sonra isə qeydiyyatda olduğu ünvan 3 evdə tək yaşamışdır. Şirvan şəhərindən Siyəzən rayonuna gələrkən, 2018-ci ildə onunla birlikdə eyni cəzaçəkmə müəssisəsində cəza çəkən, adını hazırda xatırlamadığı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə heroin almış və həmin narkotik vasitəni özü ilə birlikdə yaşadığı evə gətirmişdir. 15 noyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhərində onunla yaxın ünvanda yaşayan Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib, ağrıları olduğunu bildirərək, narkotik vasitə heroin istədikdə, evdə olan narkotik vasitədən bir ədəd kağız bükümdə olan heroini Eltona satmaq qərarına gəlib, ona yaşadığı ünvanın qarşısına gəlməsini tapşırmışdır. Bundan sonra, Elton yaşadığı ünvanın qarşısına gəldikdən sonra ona 8 manat pulun müqabilində yaşadığı evdə olan bir ədəd gümüşü rəngli bükülünün içərisində olan heroini sonuncuya vermişdir. 16 noyabr 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində yaşadığı ünvanın qarşısında dayanarkən polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, videoçəkilişdən istifadə edilməklə, Müdafiəçi2 da iştirakı ilə yaşadığı ünvana baxış və üzərinə şəxsi axtarış keçirəcəyini bildiridikdə, buna etirazının olmadığını bildirib, bu barədə müvafiq ərizəni təqdim etmiş, həmçinin hüquq və vəzifələrinin izahında dair bildirişi imzalamaqla, götürmüşdür. Bundan sonra, baxış keçirilməsinə başlanılmış və təklif əsasında iştirakçıları yaşadığı evə dəvət etmiş, habelə evin girişində sağ tərəfdə yerləşən jurnal masasının üzərindən 4 ədəd istifadə edilmiş şpris, 1 ədəd narkotik vasitənin bişirilməsində istifadə olunan sınıq şüşə ampula və 1 ədəd göy rəngli siqaret kağızında olan, şifahi sorğu zamanı limon duzu olduğunu bildirdiyi ağ kristalşəkilli kütlə aşkar edilmişdir. Daha sonra isə digər jurnal masasının üzərində olan şifahi sorğu zamanı içərisindəki kütlənin “kokos” olduğunu bildirdiyi gümüşü rəngli siqaret kağızı bükülüsünü təqdim etmiş, habelə həmin bükülü müstəntiq tərəfindən açıldıqda, orada narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Bundan sonra, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə olan narkotik vasitə heroin bir ədəd zərfə, 4 ədəd istifadə edilmiş şpris, 1 ədəd narkotik vasitənin bişirilməsində istifadə olunan sınıq şüşə ampula və 1 ədəd göy rəngli “Sobranie” markalı siqaret qutusunda limon duzu digər bir ədəd zərfə qoyularaq, qablaşdırılmış, zərflərin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarış və yaşadığı evdə baxış davam etdirilsə də, əlavə qanunsuz əşya aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 uzun müddətdir tanıyır, lakin sonuncundan hər hansı narkotik vasitə almamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Şirvan şəhərindən Siyəzən rayonuna gələrkən, 2018-ci ildə onunla birlikdə eyni cəzaçəkmə müəssisəsində cəza çəkən, adını hazırda xatırlamadığı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə heroin alması və həmin narkotik vasitəni özü ilə birlikdə yaşadığı evə gətirməsi, eləcə də Təqsirləndirilən şəxs2 hər hansı narkotik vasitə almaması ilə bağlı məhkəmə istintaqı zamanı veridiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 münasibətdə bu cür ifadə verməsi sonuncunun gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs1 hər hası bir təsir və təzyiq altında olmadan özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilərək, göstərmişdir ki, təxminən 10 il olar narkotik vasitə heroindən inyeksiya üsulu ilə istifadə etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 31 iyul 2021-ci il tarixdə cəzanın sonu ilə azad edilərək ünvan 6 ünvanda tək yaşamışdır. 16 noyabr 2021-ci il tarixindən bir neçə gün öncə yaşadığı evin qarşısında gəzişərkən diqqətini cəlb etməklə, yerdən götürdüyü içərisində narkotik vasitə heroin olan bir ədəd gümüşü rəngli bükülünü yaşadığı evə aparmış, habelə həmin bükülünün içərisində olan heroinin bir hissəsini istifadə etmişdir. 15 noyabr 2021-ci il tarixdə, 18:00 radələrində Siyəzən şəhərində onunla yaxın ünvanda yaşayan Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib ağrıları olduğunu bildirərək, narkotik vasitə heroin istəmiş, o, evdə olan narkotik vasitədən bir ədəd kağız bükümdə olan heroini Eltona satmaq qərarına gəlmiş və sonuncuya onun yaşadığı ünvanın qarşısına gəlməsini tapşırmışdır. Bundan sonra, Elton onun yaşadığı ünvanın qarşısına gəlmiş və o, 8 manat pulun müqabilində yaşadığı evdə olan bir ədəd gümüşü rəngli bükülünün içərisində olan heroini sonuncuya vermişdir. Sonradan özünün istifadəsi üçün heroin olmadığından narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi Təqsirləndirilən şəxs2 narkotik vasitə almaq üçün sonuncun yaşadığı Siyəzən şəhərinin H. Əliyev küçəsində yerləşən evinə getmiş və pəncərəsini döymüşdür. Bundan sonra, pəncərəni açan Əlişərəfə narkotik vasitə lazım olduğunu bildirmiş, habelə Eltondan aldığı 8 manatın üzərinə öz cibindən 12 manat qoymaqla, 20 manat pulu Əlişərəfə vermiş və sonuncu həmin pulun müqabilində ona iki ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroin vermişdir. Daha sonra, o yaşadığı ünvana getmiş və ağrıları olduğu üçün həmin bükülülərdən birini istifadə etmiş, bir bükümünü isə istifadə etmək üçün jurnal masasının üzərinə qoyub yatmışdır. 16 noyabr 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində yaşadığı ünvanın qarşısında dayanarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, videoçəkilişdən istifadə edilməklə, Müdafiəçi2 da iştirakı ilə yaşadığı ünvana baxış və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdikdə, buna etirazının olmadığını bildirmiş, habelə bu barədə müvafiq ərizəni təqdim etmiş, həmçinin hüquq və vəzifələrinin izahına dair bildirişi imzalamaqla, götürmüşdür. Bundan sonra, baxış keçirilməsinə başlanılmış və təklif əsasında iştirakçıları yaşadığı evə dəvət etmiş, habelə evin girişində sağ tərəfdə yerləşən jurnal masasının üzərindən 4 ədəd istifadə edilmiş şpris, 1 ədəd narkotik vasitənin bişirilməsində istifadə olunan sınıq şüşə ampula və 1 ədəd göy rəngli siqaret kağızında olan, şifahi sorğu zamanı limon duzu olduğunu bildirdiyi ağ kristalşəkilli kütlə aşkar edilmişdir. Daha sonra isə, digər jurnal masasının üzərində olan, şifahi sorğu zamanı içərisindəki kütlənin “kokos” olduğunu bildirdiyi gümüşü rəngli siqaret kağızı bükülüsünü təqdim etmiş, habelə həmin bükülü müstəntiq tərəfindən açıldıqda, orada narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Bundan sonra, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə olan narkotik vasitə heroin bir ədəd zərfə, 4 ədəd istifadə edilmiş şpris, 1 ədəd narkotik vasitənin bişirilməsində istifadə olunan sınıq şüşə ampula və 1 ədəd göy rəngli “Sobranie” markalı siqaret qutusunda limon duzu digər bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərflərin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarış və yaşadığı evdə baxış davam etdirilsə də, əlavə qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, bu barədə tərtib olunmuş protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 əməlinə münasibətdə məhkəməyədək istintaq zamanı verdiyi ifadə obyektiv həqiqəti çatdırmaqla, daha əsaslı, inandırıcı və mötəbər hesab edilməli, o cümlədən nəzərə alınmalıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Siyəzən Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək, 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2019-cu ildə cəzasını çəkib qurtardıqdan sonra yaşadığı ünvana qayıtmışdır. Həbsdən qayıtdıqdan sonra narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə etmişdir. 16 noyabr 2021-ci il tarixdə Siyəzən rayon ərazisində olarkən polis əməkdaşlarının yaşadığı evdə olduqlarını eşidib, sonuncuların hansı səbəbdən yaşadığı evə gəlmələrini öyrənmək üçün dayısıgilə getmiş, habelə orada dayısı arvadının mobil telefonu ilə anası ilə əlaqə saxlayaraq, sonuncudan Siyəzən RPŞ-nin rəis müavini Əhməd Nəcəfovun və digər polis əməkdaşlarının onlarda olduğunu öyrənmişdir. Belə ki, həmin vaxt Əhməd Nəcəfov anasından onların yaşadıqları evdə olmaları barədə ona məlumat verməməsini tələb edib, məlumat verdiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, əks təqdirdə, CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlayacağını bildirmişdir. Bundan bir gün sonra, yəni 17 noyabr 2021-ci il tarixdə, təxminən saat 18:00 radələrində yaşadığı ünvanın qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını, narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirib, onu Siyəzən RPŞ-yə aparmışlar. Orada hüquq və vəzifələri izah olunmuş, habelə müdafiə hüququ təmin olunaraq, Müdafiəçi1 iştirakı təmin edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman şalvarının qabaq sol yan cibindən 40 qəpik və 22 manat pulu polis əməkdaşlarına təqdim etmiş, habelə üzərindən aşkar edilmiş bir ədəd siqaret sellofanı bükülüsünün içərisində olan narkotik vasitə heroinin ona məxsus olduğunu bildirsə də, həmin kütlə qolları bağlı olduğu üçün polis əməkdaşları tərəfindən cibinə atılmışdır. Daha sonra müdafiəçinin iştirakı ilə yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş, habelə polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana gələrkən baxış keçirilməsinə etirazı olmaması barədə ərizəsini sonunculara təqdim etmişdir. Bundan sonra, yaşadığı ünvana baxış keçirilsə də, oradan qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra, bu barədə tərtib olunmuş protokol doğru olduğundan, iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd edir ki, üzərində ümumiyyətlə narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən saxlanılarkən, sonuncular üzərində məhkumluğumun olmadığını, buna görə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilməyəcəyini, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmasını etiraf etməsini, ibtidai istintaqın gedişində əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən, həmin məcəllənin 234.1-ci maddəsinə tövsif olunacağını bildirdikləri üçün, habelə həmin vaxt narkotikin təsiri altında ağrıları çox olduğu üçün onlarla razılaşmışdır. Bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə təqsirli olması digər Təqsirləndirilən şəxs1 məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsi, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilərək, göstərmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2019-cu ildə cəzasını çəkib qurtardıqdan sonra yaşadığı ünvana qayıtmış və həmin tarixdən sonra narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə etmişdir. 17 noyabr 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində zibil qutularının yanında butulka yığarkən diqqətini cəlb etməklə, yerdən götürdüyü bir ədəd siqaret qutusunun içərisində qara rəngli siqaret kağızı bükülüsü, həmin bükülünün içərisində ağ-gümüşü rəngli siqaret kağızı bükülüsü, onun da içərisində narkotik vasitə olduğunu görmüş və həmin bükülünü şəxsi istifadəsi üçün əynində olan boz rəngli idman şalvarının qabaq sol yan cibinə qoymuşdur. Həmin gün, təxminən saat 18:00 radələrində yaşadığı ünvanın qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirərək, razılığı əsasında onu Siyəzən RPŞ-yə aparmışlar. Orada ona hüquq və vəzifələri izah olunaraq, bu barədə bildiriş verilmiş, habelə üzərində keçiriləcək şəxsi axtarış zamanı Müdafiəçi1 iştirakı da təmin edilmişdir. Bundan sonra o, təklif əsasında əynində olan boz rəngli idman şalvarının qabaq sol yan cibindən 1 ədəd siqaret sellofanı bükülüsünü, 40 qəpik pulu və sol cibindən 22 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Müstəntiq tərəfindən təqdim etdiyi şəffaf siqaret sellofanı bükülüsü açıldıqda, orada qara rəngli siqaret kağızı bükülüsü, həmin qara rəngli siqaret kağızı bükülüsü açıldıqda, orada ağ-gümüşü rəngli siqaret kağızı bükülüsü, həmin ağ-gümüşü rəngli siqaret kağızı bükülüsü açıldıqda orada qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmiş və şifahi sorğu zamanı o, həmin kütlənin “kokos” olduğunu bildirmişdir. Daha sonra, onun üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən əlavə qanunsuz əşya aşkar edilməmişdir. Sonra, onun təqdim etdiyi narkotik vasitə heroin bükülüsü bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, onun yaşadığı ünvana gəlinmiş, orada ondan yaşadığı ünvana baxış keçirilməsinə etirazı olub-olmaması barədə soruşulmuş və o, bu zaman yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmaması barədə ərizəni təqdim etmiş, habelə müdafiəçinin iştirakı ilə yaşadığı ünvana baxış keçirilməsinə başlanılmışdır. Daha sonra, ondan yaşadığı ünvanda qanunsuz əşya olubolmaması soruşulduqda, o, yaşadığı ünvanda qanunsuz əşya olmadığını bildirmiş və iştirakçıları yaşadığı ünvana dəvət etmişdir, habelə polis əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilmiş, oradan qanunsuz əşya aşkar edilməmişdir. Sonra, bu barədə tərtib olunmuş protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, Təqsirləndirilən şəxs1 narkotik vasitə heroin satmamışdır. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və istifadə etməsi barədə 15 noyabr 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş, habelə tərəfindən CAB-nin əməliyyat müvəkkili Şahid3 təlimatlandırılma keçirilmişdir. Rəhbərliyin tapşırığı ilə həmin gün saat təxminən 18:00 radələrində Siyəzən şəhəri, H. Aslanov küçəsinə gedərək, oranı və ona yaxın olan ətraf küçələri nəzarətə götürmüş və bir qədər sonra Təqsirləndirilən şəxs3 sözügedən küçə ilə hərəkətdə olarkən ona yaxınlaşıb, özlərini təqdim edərək, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması məqsədilə RPŞ-yə dəvət etmiş, habelə sonuncu buna etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs3 tərəflərindən şöbəyə gətirildikdən sonra, faktla bağlı araşdırma aparılması İB-nin müstəntiqi X5 həvalə olunmuş, habelə növbətçi hissədə Təqsirləndirilən şəxs3 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlamamışdan əvvəl sonuncuya hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs3 bununla bağlı təqdim edilmiş bildirişi imzalamaqla götürmüş, habelə onun müdafiə hüququnun təmin edilməsi məqsədilə şəxsi axtarışda Müdafiəçi1 iştirakı da təmin edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs3 təklif əsasında əynində olan qara rəngli gödəkcənin qabaq sol yan cibindən 1 ədəd sellofan bükülüsünü, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü və 1 ədəd sınıq şüşə ampulanı masanın üzərinə qoymuş, müstəntiq tərəfindən narkotik vasitələrin bişirilməsində istifadə olunan sınıq şüşə ampulaya, həmçinin bükülülərə baxış keçirilmişdir. Şəffaf sellofan bükülüyə baxış keçirilərkən, orada ağ kristalşəkilli kütlələr olması, gümüşü rəngli siqaret kağızı bükülüsünə baxış keçirilərkən, orada narkotik vasitə olan heroinə bənzər kütlə olması aşkar edilmiş və sorğu zamanı Təqsirləndirilən şəxs3 sellofan bükülüsünün içərisindəki kütlənin limon duzu olmasını, gümüşü rəngli siqaret kağızı bükülüsündəki kütlənin isə “kokos” olduğunu bildirmişdir. Əlavə təklif əsasında Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kiçik ölçülü plastmas qabda ətri, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd çəhrayı rəngli təsbehi və üç ədəd açardan ibarət açar dəstini, əynində olan qara rəngli gödəkcənin altından geyindiyi idman gödəkcəsinin sağ yan cibindən bir ədəd keno markalı siqaret qutusunu və arxa cibindən kağız parçasını təqdim etmiş, habelə sonuncunun üzərində Şahid3 tərəfindən şəxsi axtarış davam etdirilsə də, əlavə qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs3 təqdim etdiyi 1 ədəd sellofan bükülüsü, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü və 1 ədəd sınıq şüşə ampula müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, digər əşyalar isə Təqsirləndirilən şəxs3 özünə qaytarılmışdır. Şəxsi axtarış keçirilməsi prosesi əvvəldən axıra kimi KTQ-un baş inspektoru X9 tərəfindən "Nikon" markalı fotoaparatla qeydə alınmış, həmçinin şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Daha sonra, bu barədə tərtib olunaraq ucadan oxunmuş protokol doğru olduğundan o və bütün digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitə heroini Natiq adlı şəxsdən alması barədə müstəntiq Rəhmin Zeynalov tərəfindən əməliyyat tapşırığı daxil olmuş, habelə həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 olması təsbit edilmiş, həmçinin 16 noyabr 2021-ci il tarixdə sonuncunun yaşadığı ünvanda narkotik maddə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş, bununla yanaşı tərəfindən CAB-ın əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Şahid1 təlimatlandırılma keçirilmiş, həmin faktla bağlı araşdırma aparılması da Rəhmin Zeynalova həvalə olunmuş, həmçinin fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 şöbəyə dəvət olunaraq keçiriləcək tədbirlə bağlı məlumatlandırılmışdır. Rəhbərliyin tapşırığı ilə həmin gün, təxminən saat 12:00 radələrində Siyəzən şəhəri, İ.Qayıbov küçəsinə gedərək həmin küçədə yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı evi müşahidəyə götürmüş və bir qədər sonra sonuncunun yaşadığı evin qarşısına çıxaraq dayandığını görüb, ona yaxınlaşaraq özlərini təqdim etmiş, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair əsaslı şübhə olduğunu bildirib, yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirərək, bu barədə müvafiq ərizəni təqdim etmiş, həmçinin hüquq və vəzifələrinin izahına dair təqdim edilmiş bildirişi imzalamaqla götürmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs1 təklif əsasında iştirakçıları yaşadığı evin həyətinə dəvət etmiş, çəhrayı rəngli dəmir darvazadan həyətə daxil olduqdan sonra sol tərəfdə girişi taxta qapı vasitəsi ilə olan, təxminən 15 kv ölçüdə boş otağa, oradan isə digər otağa daxil olduqda sonuncu, həmin otağın girişdən sağ tərəfdə yerləşən masanın üzərində olan şprisləri, limon duzunu və narkotik vasitənin bişirilməsində istifadə etdiyi sınıq şüşə ampulanı, sonra isə “bir çet malım da var idi burda” deyərək, digər jurnal masasına yaxınlaşıb, orada olan bükülünü göstərmişdir. İlk olaraq həmin gümüşü rəngli siqaret kağızı bükülüsünə baxış keçirilmiş, həmin bükülü müstəntiq tərəfindən açıldıqda, içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş və sorğu zamanı Təqsirləndirilən şəxs1 bükülünün içərisindəki kütlənin “kokos” olduğunu bildirmişdir. Sonra, həmin jurnal masasının üzərinə baxış keçirilsə də, oradan əlavə qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, həmin otağın girişindən sağ tərəfdə olan jurnal masasının üzərinə baxış keçirilməsinə başlanılmış və bu zaman oradan 4 ədəd istifadə edilmiş şpris, 1 ədəd narkotik vasitənin bişirilməsində istifadə olunan sınıq şüşə ampula və 1 ədəd göy rəngli siqaret kağızında şəxsin özünün bildirməsinə görə limon duzu olan ağ kristalşəkilli kütlə aşkar olunmuş, həmçinin girişdən sol tərəfdə yerləşən jurnal masasının üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülü bir ədəd zərfə, girişdən sağ tərəfdə yerləşən jurnal masasının üzərindən aşkar edilmiş 4 ədəd istifadə edilmiş şpris, 1 ədəd narkotik vasitənin bişirilməsində istifadə olunan sınıq şüşə ampula və 1 ədəd göy rəngli “Sobranie” markalı siqaret qutusu digər bir ədəd zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərflərin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və onun yaşadığı evə baxış keçirilsə də, əlavə qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış keçirilməsi prosesi əvvəldən axıra kimi Şahid1 tərəfindən "Nikon" markalı fotoaparatla qeydə alınmış, həmçinin şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Daha sonra, bu barədə tərtib olunaraq ucadan oxunmuş protokol doğru olduğundan o və bütün digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroni Əlişərəf adlı şəxsdən alması barədə müstəntiq Rəhmin Zeynalov tərəfindən əməliyyat tapşırığı daxil olmuş, habelə həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olması təsbit edilmiş, həmçinin 17 noyabr 2021-ci il tarixdə sonuncunun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib edilmiş müvafiq qərar RPŞnin rəisinin imzası ilə təsdiq edilmiş, habelə tərəfindən Şahid4 və Babək Güləliyəvə təlimatlandırılma keçirilmişdir. Rəhbərliyinin tapşırığı ilə həmin gün, təxminən saat 18:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsinə gedərək oranı və ona yaxın olan ətraf küçələri nəzarətə götürmüş və bir qədər sonra Təqsirləndirilən şəxs2 sözügedən küçə ilə hərəkətdə olarkən ona yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu və üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması məqsədilə RPŞ-yə dəvət etmiş, habelə sonuncu buna etirazının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 tərəflərindən rayon Polis Şöbəsinə gətirilmiş, lakin xidməti zərurətlə əlaqədar onun üzərində keçirilən şəxsi axtarışda iştirak edə bilməmişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 ifadəsində Təqsirləndirilən şəxs1 münasibətdə Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verməklə, yanaşı Təqsirləndirilən şəxs2 münasibətdə əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroni Əlişərəf adlı şəxsdən alması barədə müstəntiq Rəhmin Zeynalov tərəfindən əməliyyat tapşırığı daxil olmuş, habelə həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olması təsbit edilmiş, həmçinin 17 noyabr 2021-ci il tarixdə sonuncunun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Şahid2 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib edilmiş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş, habelə Şahid2 tərəfindən ona və Babək Güləliyəvə təlimatlandırılma keçirilmişdir. Rəhbərliyin tapşırığı ilə həmin gün, təxminən saat 18:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsinə gedərək, oranı və ona yaxın olan ətraf küçələri nəzarətə götürmüş və bir qədər sonra Təqsirləndirilən şəxs2 sözügedən küçə ilə hərəkətdə olarkən ona yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu və üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması məqsədilə RPŞ-yə dəvət etmiş, habelə sonuncu buna etirazının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 tərəflərindən rayon Polis Şöbəsinə gətirilmiş, lakin xidməti zərurətlə əlaqədar Şahid2 şəxsi axtarışda iştirak edə bilməmişdir. Həmin faktla bağlı araşdırma aparılması da Rəhmin Zeynalova həvalə onunmuşdur. Növbətçi hissədə Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlamamışdan əvvəl sonuncuya hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs2 bununla bağlı təqdim edilmiş bildirişi imzalamaqla götürmüş, habelə onun müdafiə hüququnun təmin edilməsi məqsədilə şəxsi axtarışda Müdafiəçi1 iştirakı da təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 təklif əsasında əynində olan boz rəngli idman şalvarının qabaq sol yan cibindən bir ədəd şəffaf rəngli bükülünü, 40 qəpik dəmir pulu və idman şalvarının sağ yan cibindən 2 ədədi 5 manatlıq, 12 ədəd 1 manatlıq pul əskinası formasında olmaqla, 22 manat pulu təqdim etmişdir. Müstəntiq tərəfindən təqdim edilmiş şəffaf siqaret sellofanı bükülüsünə baxış keçirilərkən, içərisində qara rəngli siqaret kağız bükülüsünün olması, həmin bükülünün içərisində ağ-gümüşü rəngli siqaret kağızı bükülüsünün olması, həmin bükülünün içərisində isə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilmiş və sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kütlənin “kokos” olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilsə də, əlavə qanunsuz əşya aşkar edilməmiş, habelə təqdim edilmiş 1 ədəd ağ-gümüşü rəngli siqaret kağızı bükülüsü bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi prosesi əvvəldən axıra kimi Şahid1 tərəfindən "Nikon" markalı fotoaparatla qeydə alınmış, həmçinin şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Daha sonra, bu barədə tərtib olunaraq ucadan oxunmuş protokol doğru olduğundan o və bütün digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2 yaşadığı ünvana baxış keçiriləcəyi, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğu bildirildikdə, sonuncu buna etirazının olmadığını bildirmiş, habelə Müdafiəçi1 və Şahid1, eləcə də MSY-nin konvoyu X11 birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gedilmiş, orada sonuncu yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması barədə müvafiq ərizəni təqdim etmişdir. Orada ilk olaraq həyətə olan əşyalara, sonra pilləkən vasitəsilə qalxaraq qonaq otağına, daha sonra isə Təqsirləndirilən şəxs2 məxsus otağa baxış keçirilsə də, sonuncunun yaşadığı evdən qanunsuz əşya aşkar edilməmişdir. Baxış keçirilməsi prosesi əvvəldən axıra kimi Şahid1 tərəfindən "Nikon" markalı fotoaparatla qeydə alınmış, həmçinin baxış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Daha sonra, bu barədə tərtib olunaraq ucadan oxunmuş protokol doğru olduğundan o və bütün digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3, axtarış üzrə əməliyyat müvəkkili Şahid1, növbətçi hissəsinin növbətçi köməkçisi Şahid5 şahidlər Şahid2 və Şahid4 ifadələrinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun məhəllə uşaqları olmaqla, sonuncularla arasında hər hansı bir formada ədavət və düşmənçiliyi yoxdur. O, 4-5 ay narkotik vasitə “kokos”dan istifadə etsə də, hazırda istifadə etmir. Hazırda telefon işlətməməsinə baxmayaraq, əvvəllər istifadəsində 748-12-11, 070 914-25-15 saylı mobil nömrələr olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə alması üçün 5 manat pul vermiş, sonuncu da həmin pulun üzərinə 5 manat qoyaraq, narkotik vasitə almaqla, onu yarıya bölüb, istifadə etmişlər. Bundan sonra, o, yenidən narkotik vasitəyə ehtiyacı olduğu üçün Natiqə zəng etsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Daha sonra, o, narkotik vasitə istifadəçisi kimi tanıdığı Təqsirləndirilən şəxs2 yadında qalmadığı mobil nömrəsi ilə əlaqə saxlayaraq, sonuncudan narkotik vasitə istəmiş, habelə bunun üçün Təqsirləndirilən şəxs2 5 manat pul vermiş, sonuncu da, üzərinə 5 manat pul qoyaraq, narkotik vasitə alıb, çəkmək üçün ona vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 68-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2021-ci il tarixli, 6/5070 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs3...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,270 qram qəhvəyi rəngli tozşkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 35,588 qram ağ rəngli kristalşəkilli maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. 1 ədəd baş hissəsi qırılmış şüşə ampulun daxilində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün olmamışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,220 qram, 0,05 qram ağ rəngli kristalşəkilli maddə sərf olunduqdan sonra onun qalıq çəkisi 35,538 qram təşkil etmişdir. Cinayət işinin İ cild 67-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 88,70 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 97-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2021-ci il tarixli, 6/5086 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs1 yaşadığı.......aşkar olunmuş kütlə” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,409 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı.......aşkar olunmuş ağ rəngli kristalşəkilli kütlə” yazı və imzalar olan zərfdə, təmiz çəkisi 3,017 qram ağ rəngli kristalşəkilli maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. 1 ədəd baş hissəsi qırılmış şüşə ampulun daxilində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. Həmin zərfdə 4 ədəd içərisi boş 1 ml həcmli şprisin içərisində narkotik vasitə və psixotrop maddələrin izləri yoxdur. “Təqsirləndirilən şəxs1 yaşadığı.......aşkar olunmuş kütlə” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,409 qram heroin ilə üzərində “Təqsirləndirilən şəxs3...” yazılan ağ rəngli zərfdə təmiz çəkisi 0,220 qr heroin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,170 qram, 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,359 qram, 0,05 qram ağ rəngli kristalşəkilli maddə sərf olunduqdan sonra onun qalıq çəkisi 2,967 qram təşkil etmişdir. Cinayət işinin İ cild 96-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 88,70 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 171-173-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2021-ci il tarixli, 6/5109 saylı ekspert rəyindən görünür ki, üzərində “....Təqsirləndirilən şəxs2...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,316 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində “....Təqsirləndirilən şəxs1 yaşadığı...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,359 qram olan narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,050 qram heroin sərf olunduqdan sonra 1 nömrəli zərfdəki heroinin qalıq çəkisi 0,266 qram və 0,050 qram heroin sərf olunduqdan sonra 2 nömrəli zərfdəki heroinin qalıq çəkisi 0,309 qram təşkil etmişdir. Cinayət işinin İ cild 170-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 81,82 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 67-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 23 dekabr 2021-ci il tarixdə verilmiş, 5254 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 69-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 30 dekabr 2021-ci il tarixdə verilmiş, 5369 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 71-72-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 08 yanvar 2022-ci il tarixdə verilmiş, 64 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 25-26-cı vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 15 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün, saat 19:18-dən saat 19:28-dək olan müddət ərzində Təqsirləndirilən şəxs3 üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə olan heroinə bənzər kütlə 1 ədəd gümüşü rəngli kağız bükülüdə və içərisində heroin izləri olması ehtimal edilən 1 ədəd sınıq şüşə ampula əynində olan qara rəngli gödəkcənin qabaq sol yan cibindən aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 55-56-cı vərəqələrində olan şəxsi axtarış, baxış və götürmə haqqında 16 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ev ünvan 3 ünvanda yerləşir. Təqsirləndirilən şəxs1 ilk növbədə girişdən sağ tərəfdə yerləşən masanın üzərində olan şprisləri, limon duzunu və narkotik vasitənin bişirilməsində istifadə etdiyi sınıq şüşə ampulanı təqdim etmişdir. Daha sonra, isə “bir çet malım da var idi burda” deyərək, digər jurnal masasına yaxınlaşıb, orada olan bükülünü göstərmişdir. İlk növbədə həmin gümüşü rəngli siqaret kağızı bükülüsünə baxış keçirilmiş, bu zaman sorğu əsasında Təqsirləndirilən şəxs1 bükülüdə “kokos” olduğunu bildirmiş, həmin bükülü açılarkən orada qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra, həmin jurnal masasının üzərinə baxış keçirilməsi davam etdirilsə də, qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra, aşkar edilmiş gümüşü rəngli bükülü qablaşdırılması üçün götürülmüş və girişdən sağ tərəfdə olan jurnal masasının üzərinə baxış keçirilməsinə başlanılmışdır. Həmin vaxt orada 4 ədəd istifadə edilmiş şpris, 1 ədəd narkotik vasitənin bişirilməsində istifadə olunan sınıq şüşə ampula və 1 ədəd göy rəngli siqaret kağızında şəxsin özünün bildirməsinə görə limon duzu olan ağ kristalşəkilli kütlə aşkar olunmuş, habelə aşkar olunmuş bütün predmetlər müvafiq qaydada qablaşdırılmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış zamanı qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Həmçinin, otağa baxış davam etdirilsə də, oradan əlavə qadağan edilmiş əşya aşkar edilməmişdir. Videoçəkiliş zamanı “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 131-132-ci vərəqələrində olan şəxsi axtarış, baxış və götürmə haqqında 17 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün, saat 19:07-dən saat 19:14-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə olan heroinə bənzər kütlə əynində olan boz rəngli idman şalvarının qabaq sol yan cibindən 1 ədəd şəffaf siqaret sellofanının içərisində 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş digər 1 ədəd ağ-gümüşü rəngli siqaret kağızı bükülüsünün içərisində aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 175-178-ci vərəqələrində olan 19 noyabr 2021-ci il tarixli maddi sübut kimi tanımaq haqqında və işin İİ cild 86-105-ci vərəqələrində olan 26 yanvar 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,170 qram heroin kütləsi, qalıq çəkisi 35,538 qram ağ rəngli kristalşəkilli maddə və bir ədəd sınıq şüşə ampula, Təqsirləndirilən şəxs1 aşkar edilmiş qalıq çəkisi 0,309 qram heroin kütləsi, qalıq çəkisi 2,967 qram ağ rəngli kristalşəkilli maddə, 1 ədəd baş hissəsi sınmış şüşə flakon, 4 ədəd içərisi boş 1 ml şprislər, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,266 qram heron kütləsi cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs3 RPŞ-nin növbətçi hissəsində üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 yaşadığı üvana keçirilmiş axtarış, həmçinin Təqsirləndirilən şəxs2 RPŞ-nin növbətçi hissəsində üzərinə şəxs axtarış və yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 4 ədəd, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 5 ədəd Kompakt disklər də, maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 34-35-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixli tələbnamədən, eləcə də bu cildin 40-44-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli, 1(059)- 17/2015 saylı hökmünün surətindən görünür ki, sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, məhkum edilmiş Təqsirləndirilən şəxs2 31 avqust 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs2 üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixli tələbnamədən, eləcə də bu cildin 46-55-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 1(012)- 242/2018 saylı hökmünün surətindən görünür ki, Tağıyev X10 Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarı ilə cəzasının müddəti 03 il 06 ay müddətə endirilmiş, 31 iyul 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bununla da, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 38-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 10-cu vərəqəsində olan 15 noyabr 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 92-93-cü vərəqələrindəki 17 noyabr 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Bədəlov X7 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 167-168-ci vərəqələrindəki Siyəzən Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 4(059)-54/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 haqqında həmin tarixdə 3 ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 213-214-cü vərəqələrindəki Siyəzən Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 4(059)-55/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 oğlunun haqqında həmin tarixdə 2 ay 29 gün həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 56-57-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 77 nömrəli evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 58-59-cu vərəqələrində olan arayışdan, xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin H. Əliyev küçəsindəki 40 nömrəli evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 60-61-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, himayəsində 10 aprel 2005-ci il təvəllüdlü Nuşabə və 02 dekabr 2007-ci il təvəllüdlü Selcan adında övladları olmaqla, Siyəzən şəhərinin H.Aslanov küçəsindəki 6 nömrəli evdə qeydiyyatda olan və “X22” MMC-də sosial işçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitəni satma cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən əməlindən törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, əldə etməklə, daşıdığı narkotik vasitənin miqdarını, narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın 1/3 həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 15 noyabr 2021-ci il tarixdən 17 noyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 19 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 qanunsuz olaraq, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 0,290 qram narkotik vasitə olan heroini 15 noyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında 8 manat müqabilində tanışı Təqsirləndirilən şəxs3 satması, 16 noyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində onun yaşadığı ünvanda jurnal masasının üzərində 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,409 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi, bununla da öz şəxsi maraqlarını təmin etməsi Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə satmasını özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, onu təbliğ edərək, qanunsuz dövriyyəsində iştirakını, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər mülkiyyət əleyhinə kateqoriyadan törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), cəzasını ağırlaşdıran halın mövcud olması, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə son həddinin cəzanın 2/3 hissəsindən az olmayan həddə cəza təyin edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 16 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədənsaxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan əlavə, cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 0,725 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla, həmin heroinin 0,409 qramını 15 noyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı ünvan 4 ünvanda 20 manat müqabilində tanışı Təqsirləndirilən şəxs1 satması, 17 noyabr 2021-ci il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Siyəzən şəhərinin H.Əliyev küçəsi ərazisində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının qabaq sol yan cibindən 1 ədəd şəffaf siqaret sellofanının içərisində 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş digər 1 ədəd ağ-gümüşü rəngli siqaret kağızı bükülüsünün içərisində ümumi təmiz çəkisi 0,316 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi, bununla da öz şəxsi maraqlarını təmin etməsi Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə satmasını özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlindən qismən peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, onu təbliğ edərək, qanunsuz dövriyyəsində iştirakını, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər də bu, həmçinin digər kateqoriyadan törətdiyi cinayət əməllərinə görə verilmiş cəzalardan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), cəzasını ağırlaşdıran halın mövcud olmaması, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə son həddinin cəzanın 2/3 hissəsindən az olmayan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 17 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs3 aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,170 qram heroin kütləsi, qalıq çəkisi 35,538 qram ağ rəngli kristalşəkilli maddə və bir ədəd sınıq şüşə ampula, Təqsirləndirilən şəxs1 aşkar edilmiş qalıq çəkisi 0,309 qram heroin kütləsi, qalıq çəkisi 2,967 qram ağ rəngli kristalşəkilli maddə, 1 ədəd baş hissəsi sınmış şüşə flakon, 4 ədəd içərisi boş 1 ml şprislər, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,266 qram heron kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs3 RPŞ-nin növbətçi hissəsində üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 yaşadığı üvana keçirilmiş axtarış, həmçinin Təqsirləndirilən şəxs2 RPŞ-nin növbətçi hissəsində üzərinə şəxs axtarış və yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 4 ədəd, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 5 ədəd Kompakt disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 259 (iki yüz əlli doqquz) manat 22 (iyirmi iki) qəpik məhkəmə xərci təqsirləndirilən şəxslər X6, X1 və X3 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 16 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 17 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs3 aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,170 qram heroin kütləsi, qalıq çəkisi 35,538 qram ağ rəngli kristalşəkilli maddə və bir ədəd sınıq şüşə ampula, Təqsirləndirilən şəxs1 aşkar edilmiş qalıq çəkisi 0,309 qram heroin kütləsi, qalıq çəkisi 2,967 qram ağ rəngli kristalşəkilli maddə, 1 ədəd baş hissəsi sınmış şüşə flakon, 4 ədəd içərisi boş 1 ml şprislər, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,266 qram heron kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs3 RPŞ-nin növbətçi hissəsində üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 yaşadığı üvana keçirilmiş axtarış, həmçinin Təqsirləndirilən şəxs2 RPŞ-nin növbətçi hissəsində üzərinə şəxs axtarış və yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 4 ədəd, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 5 ədəd Kompakt disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan cəmi 259 (iki yüz əlli doqquz) manat 22 (iyirmi iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-26/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-26/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver