Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-26/2023 02.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- fərdi qaydada fəaliyyət göstərən vəkillər X3 və Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə 02 may 2023-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 127.1-ci və 221.2.1-ci maddələri, xx xxxxxx 2001-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Ağbaş kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 127.1-ci və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 25 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində qardaşı oğlu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs təşkil edərək insanların toplaşdığı Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən Okean marketin qarşısında işlədikləri meyvətərəvəz mağazasının önündə heç bir əsaslı səbəb olmadan ucadan nalayiq söyüşlər söyərək, insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik etməklə, qohumları Zərərçəkmiş şəxs yerə yıxmaqla onun baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vuraraq ona döş qəfəsinin sağ yarısında 9-cu qabırğanın yerini dəyişən az ağır xəsarət yetirməklə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 25 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində əmisi Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs təşkil edərək insanların toplaşdığı Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən Okean marketin qarşısında işlədikləri meyvətərəvəz mağazasının önündə heç bir əsaslı səbəb olmadan ucadan nalayiq söyüşlər söyərək, insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik etməklə, qohumları Zərərçəkmiş şəxs yumruqla bir neçə dəfə baş və kürək nahiyəsinə vurub yerə yıxmaqla döş qəfəsinin sağ yarısında 9cu qabırğanın yerini dəyişən az ağır xəsarət yetirməklə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 25 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən Okean marketin qarşısında meyvə-tərəvəz mağazasında mərhum qardaşı X1 meyvə-tərəvəz satışı ilə məşğul olarkən qohumları Zərərçəkmiş şəxs tanımadığı taksi ilə gələrək, mağazasının qarşısında düşmüş, heyvanlara görə aralarında mübahisə yaranmışdır. Belə ki, Vətən müharibəsi iştirakçısı Təqsirləndirilən şəxs1 ona bir ədəd inək və bir ədəd danadan ibarət heyvanlarının olduğunu bildirmiş, habelə təxminən 5 ay onun yanında yaşamışdır. Bu minvalla Zərərçəkmiş şəxslə aralarında mübahisə başlamış, bir müddət dartışdıqdan sonra sonuncu çıxıb getmiş, onun dişləri sındığı üçün baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan əlavə, qarşılıqlı yumruq zərbələri ilk Zərərçəkmiş şəxs tərəfindən onun ağzına zərbə dəydikdən sonra başlamış, təxminən 10-15 dəqiqə davam etmiş, bu vaxt Mirzəmməddə orada olmuş, sonuncunun Bəxtiyarı dartdığını görsə də, vurmasından xəbəri olmamışdır. DİN-in 102 xidmətinə müraciət etdikdən sonra rayon Polis Şöbəsində izahatı alınmış, həmçinin, oradan yenidən meyvə-tərəvəz mağazasına qayıdıb, oranı bağlayaraq, evə getmişlər. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirməklə, himayəsində üç övladının olmasının nəzərə alınmasını xahiş edir. Həmçinin, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 25 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən Okean marketin qarşısında meyvə-tərəvəz mağazasında əmisi Təqsirləndirilən şəxs2la meyvə-tərəvəz satışı ilə məşğul olarkən atalığı Zərərçəkmiş şəxs avtomaşınla gələrək, mağazanın qarşısında düşmüş, bir ədəd mandarin soyub yedikdən sonra, sonuncu ilə əmisinin arasında əmisinin evinə gətirdiyi heyvanlara görə mübahisə düşmüş, habelə bir-birilərini qırağa çəkib söhbət etməyə başlamışlar. Bundan sonra, atalığı ilə əmisi dalaşmağa başlayıb, bir-birinin üstünə yıxılmış, o, isə onları ayırmaq məqsədilə Zərərçəkmiş şəxs vurmuşdur. Hazırda əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 anası Elnarə İlyasova ilə vətəndaş nikahında yaşayır, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 əmisidir, təqsirləndirilən şəxslər ilə əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Qeyd edir ki, Təqsirləndirilən şəxs1 və onun hər iki bacısı uşaq yaşlarından yanında yaşamış, hətta böyük bacısının toy məclisini təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 balaca bacısını Siyəzən rayonunda yerləşən "Nihat" marketə işə düzəltmiş, sonuncu hər gün işindən yaşadıqları Şabran rayonunun Ağbaş kəndinə gedibgəlməsin deyə, əmisi Təqsirləndirilən şəxs2gildə yaşamasını istəmişdir. 2022-ci il noyabr ayının əvvəllərində X2 İlyasovun harada olmasını soruşduğunda, o, sonunucunu alma bağlarında işləməyə getdiyini bildirsə də, qonşusundan təsadüfən Mirzəmmədin balaca bacısının toy məclisinin təşkil etdiyini eşitmiş və bununla da ailədə mübahisə yaranmağa başlamışdır. Bundan bir müddət sonra, təxminən 2022-ci il noyabr ayının ikinci yarısında işdən evə döndüyü vaxt, bir baş inəyin və bir baş dananın pəyədə olmadığını müəyyən etmiş, ətraf ərazilərə nəzər yetirdikdən sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub, bu barədə məlumat vermiş, habelə yaşadığı ünvana gəlmiş polis əməkdaşlarına heyvanların oğurlanma ehtimalının olmadığını, lakin, Təqsirləndirilən şəxs2gilə aparıla biləcəyini bildirmişdir. Bundan sonra, polis əməkdaşları ilə birlikdə Rövşəngilə getdiklərində heyvanların həqiqətən də onlarda olduğunu müəyyən etsələr də, heyvanları oradan apara bilməmişdir. 25 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən “Okean” marketin qarşısında Təqsirləndirilən şəxs2 işlətdiyi meyvə tərəvəz mağazasının qarşısına gəlib, sonuncuya Təqsirləndirilən şəxs1 övladı olduğunu bildirməklə, onu hansı səbəbdən yaşadığı ünvana aparmasını soruşmuş, bu zaman Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yanına çağırıb, ondan atasının kimi olmasını soruşduqda, sonuncu atasının Çingiz olduğunu bildirmişdir. Həmin vaxt Rövşənə Mirzəmmədin atasının mərhum Çingiz olmasının hərə kəsə məlum olduğunu bildirsə də, verilən cavab ona pis təsir etmişdir. Bundan sonra, Rövşən əynində olan gödəkcəni soyunduğunda, onunla mübahisə edəcəyini anlamış, habelə aralarında mübahisə başlamış və onlar bir-birilərini vurmuşlar. Hazırda təqsirləndirilən şəxslər ilə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməsinə etiraz etməsə də, onlara CM-nin 221.2.1-ci maddəsi ilə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X5 məhkəmə-tibb ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 315 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sağ yarısında 9-cu qabırğanın yerini dəyişən sınığı aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən şəraitdə yarana bilər, boyu hündürlüyündən sərbəst yıxılmaya və özözünə yetirilməyə xarakterik deyil, yaranma müddətinin 25 noyabr 2022-ci il tarixə uyğun gəlməsi inkar olunmur və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-12-ci vərəqələrində olan 25 noyabr 2022-ci il tarixli diskə baxış keçirmə haqqında protokoldan, eləcə də həmin tarixdə hadisənin baş vermə görüntülərinin köçürüldüyü 1 ədəd DVD diskdən görünür ki, Zərərçəkmiş şəxs dövlət qeydiyyat nişanı görünməyən “Lada” VAZ 21099 markalı avtomaşınla Təqsirləndirilən şəxs2 meyvə-tərəvəz satışı ilə məşğul olduğu Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən Okean marketin qarşısına gəlmiş, sonradan sonuncu ilə söz mübahisəsi etmiş, onunla əlbəyaxa olmuş, habelə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən döyülmüşdür. Belə ki, bu görüntülərdən tərəflərin qarşılıqlı şəkildə dalaşdıqları aydın görünür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-131-ci vərəqələrində olan 20 mart 2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs təşkil etməklə, Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar təqdim edilmiş video görüntü ilə qeydə alınaraq cinayət işi materiallarına əlavə edilmiş 1 (bir) ədəd DVD Disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli tələbnamələrdən görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin 90 A-cı və 111 A-cı vərəqələrindəki 07 mart 2023-cü il tarixli başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 116-117-ci vərəqələrində olan xasiyyətnamə və arayışdan görünür ki, Siyəzən şəhərinin Vaqif küçəsindəki 19 saylı evdə qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən RİHB-in Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin 118-119-cu vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən görünür ki, Şabran rayonunun Ağbaş kəndində ailə üzvləri ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs1 barəsində kənddə yaşadığı müddətdə nümayəndəliyə heç bir şikayət daxil olmamaqla, yanaşı qonşuları onun haqqında müsbət fikirdədirlər. Təqsirləndirilən şəxs1 spirtli içkilərə meyilli deyildir, habelə o, Qarabağ müharibəsi iştirakçısıdır. Belə ki, müharibədə göstərdiyi xidmətlərə görə o, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs tərəfindən 02 may 2023-cü il tarixdə tərtib olunmuş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, həmçinin onlara qarşı heç bir şikayəti yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməsinə etiraz etməsə də, onlara CM-nin 221.2.1-ci maddəsi ilə yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxslər tərəfindən 02 may 2023-cü il tarixdə tərtib olunmuş ərizələrdən görünür ki, onlar törətdikləri əməldə özlərini təqsirli bilərək əməllərindən peşmançılıq hissi keçirdiklərini, zərərçəkmiş şəxslə barışdıqlarını, sonuncunun onlara qarşı şikayət və tələbinin olmadığını bildirmiş və barələrində Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməsini xahiş etmişlər. Cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 1(059)-26/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onlar, Azərbaycan Respublikasının CM-nin 127.1-ci və 221.2.1ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, habelə həmin hissədə cinayət işinin icraatına xitam verilmişdir. Odur ki, cinayət işi üzrə icraata hissəvi xitam verilməsi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Bundan əlavə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məsələn, mədəni, dini və ya digər ictimai tədbiri, gecə vaxtı vətəndaşların dincliyini pozma və s. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulan hərəkətlər qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədildikdə, bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 7 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarına əsasən hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Bununla da, cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 25 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində bir qrup şəxs təşkil edərək, insanların toplaşdığı Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən Okean marketin qarşısında işlədikləri meyvə-tərəvəz mağazasının önündə heç bir əsaslı səbəb olmadan ucadan nalayiq söyüşlər söyərək, insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək, qohumları Zərərçəkmiş şəxs yerə yıxmaqla, onun baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vuraraq, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz davranışları ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özlərini ətrafdakılara qarşı qoymuş və hadisə yerində olan şəxslərə münasibətdə laqeydliklərini ifadə etməklə, cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşlar. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmaqla, zərərçəkmiş şəxsin onunla barışaraq, ona qarşı şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin İ hissəsinin Xİİ bəndinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar hesab edilir. Bu Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, xuliqanlıq əməlinin törədilməsində iştirakını, cəzasını ağırlaşdıran halların mövcud olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmaqla, zərərçəkmiş şəxsin onunla barışmaqla, ona qarşı şikayətinin və tələbinin olmamasını, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin İ hissəsinin Xİİ bəndinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar hesab edilir. Bu Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, xuliqanlıq əməlinin törədilməsində iştirakını, cəzasını ağırlaşdıran halların mövcud olmamasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, xüsusilə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin Vİ bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs təşkil etməklə, Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar video görüntülərin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD Disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs təşkil etməklə, Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar video görüntülərin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD Disk cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-26/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-26/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver