Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-27/2023 02.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi , Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid, Təqsirləndirilən şəxs iştirakları ilə 02 may 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1980-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin T. İsmayılov küçəsindəki 14 saylı evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdə, saat 19:00 radələrində kirayə yaşadıqları Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 14 nömrəli evdə yetkinlik yaşına çatmamış, xx xxxxxx 2010-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs “niyə telefonu atan qoyan yerdən götürməmisən deyərək” əsəbləşib, sonuncunun az yaşlı qardaşı 10 iyul 2014-cü il təvəllüdlü X2 gördüyünü və bacısına qarşı tətbiq edəcəyi zorakılığın onun psixikasına pis təsir edəcəyini və ona əzab verəcəyini dərk edərək xüsusi amansızlıqla evdən götürdüyü yer silmək üçün taxta ilə qəsdən bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol dirsək sümüyünün dirsək çıxıntısının yerini dəyişməyən sınığı, üzün və sağ saidin sıyrıqları, sol kürək nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşahidə edilən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, 12 dekabr 2022-ci il tarixdə, saat 18:30 radələrində anasıgildən yaşadığı evə qayıtdığında, telefonunu tapmadığından qızı Zərərçəkmiş şəxs telefonunun harada olmasını soruşmuş, sonuncu telefonun harada olmasını bilmədiyini bildirsə də, oğlu X4 yalan söylədiyini telefonu döşəyin altında gizlətdiyini bildirmişdir. Daha sonra, Zərərçəkmiş şəxs telefonu verməsini istəsə də, sonuncu telefonu atası Şahid gizlətdiyini qeyd etmişdir. Bu zaman oğlu Yunus Hüseynov bir daha Fidanın yalan söylədiyini, telefonun sonuncuda olduğunu qeyd etmişdir. Bundan sonra o, əsəbləşərək Zərərçəkmiş şəxs mətbəxə aparmış, sonuncunu bir daha telefonu alıb gizlətməməsi üçün tənbeh etmək məqsədilə taxtadan olan döşəmə paspası ilə bir dəfə sol qolundan vurmuşdur. Hazırda ailəsi ilə bir yerdə yaşamaqla, yanaşı ailəsinə maddi yardım etmək üçün Şabran rayonunda yerləşən hoteldəki restoranda hər gün gündüz 16:00-dan gecə saat 00:20-dək xadimə işləyir. Eyni zamanda, törətdiyi əməldən peşmançılıq hissi keçirməsinin və hazırda zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsini bildirməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin ifadəsi, eləcə də, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı bir təsir və təzyiq altında olmadan məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində özünü təqsirli bilərək, qızı Zərərçəkmiş şəxs əsəbləşib, sonuncunu taxtadan olan döşəmə paspası ilə sol qol nahiyəsindən və bədənin müxtəlif nahiyələrindən vurduğunu göstərmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi, atası Şahid və mütəxəssis-Siyəzən şəhər İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın müəllim-tərbiyəçisi X1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 12 dekabr 2022-ci il tarixdə anası evdə olmayan vaxt atası Şahid anasının telefonunu gizlətmiş, habelə o, telefonun yerini bilmişdir. Belə ki, 12 dekabr 2022-ci il tarixdə axşam saatlarında anası Təqsirləndirilən şəxs evə gəldikdə, ondan telefonun yerini soruşmuş, o da yerini bilmədiyini qeyd etmişdir. Bundan sonra, qardaşı Yunus Hüseynov anasına onun telefonun yerini bildiyini söyləmişdir. Bundan əsəbləşən anası onu taxtadan olan döşəmə paspası ilə sol qolundan vurmuşdur. Həmin vaxt atası siqaret almağa getdiyindən, evdə anası, qardaşı və özü olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, eləcə də Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, 2009-cu ildə Təqsirləndirilən şəxs ilə nikahlarını rəsmiləşdirməklə evlənmiş, habelə sonuncu ilə münasibətləri yaxşıdır. 12 dekabr 2022-ci il tarixdə, saat 18-19:00 radələrində işdən evə yorğun gəlmiş, evə gələnə qədər bir qədər spirtli içki qəbul etmiş vəziyyətdə olmuş, yemək yedikdən sonra arvadı Samirənin mobil telefonda musiqi qoşduğunu görmüş, sonuncuya yatıb istirahət etməsi üçün musiqinin səsini azaltmağı təklif etsə də, onun buna əməl etmədiyini görüb, telefonu əlindən alaraq, döşəyin altına qoymuş, verməmiş, arvadı Təqsirləndirilən şəxs isə ondan küsüb, xəbərsiz anasının evinə getmiş, habelə təxminən 30 dəqiqə sonra gizlətdiyi telefona zəng gəlmişdir. Belə ki, uşaqları Fidan və Yunusun müəllimləri onlara zəng vuraraq, uşaqların ağladığını, evə gəlmək istədiklərini bildirdikdə, o, əvvəlcə buna razı olmasa da, sonradan gedib, uşaqları evə gətirmiş, lakin, həmin vaxt qızı Fidanın telefonu gizlətdiyindən xəbəri olmamışdır. Bundan sonra, o, yenidən yatmış, təxminən 1 saat sonra arvadı Samirənin səsinin gəldiyini, habelə sonuncunun qızı Fidana telefonu gətirməsini taprşığını və ona telefonun onun döşəyinin altında olduğunu bildirdiyini eşitmişdir. Bir qədər keçdikdən səslərin kəsilmədiyi üçün əsəbi halda yataqdan qalxıb, sol əli arvadı Samirənin üz nahiyəsinə sillə ilə bir dəfə vurub, təkidlə yatdığını, daha sonra telefonu ona verəcəyini bildirmiş, bu vaxt arvadı anasının evindən gətirdiyi telefonla DİN-in 102 xidmətinə zəng vurub, onun telefonu əlindən alması, habelə satmaq istəməsi barədə məlumat vermişdir. Təxminən 10 dəqiqə evdən bayıra çıxıb, siqaret çəkərək qayıtdıqdan sonra qızı Fidan ona yaxınlaşıb, sol qolunun sındığını qeyd etmiş, o, isə bunun səbəbini soruşduqda, qızı, anasının taxtadan olan döşəmə paspası ilə başına vurmaq istəyəndə sol qolundan özünü müdafiə etmək məqsədilə istifadə edərkən taxtanın qoluna dəydiyini qeyd etmişdir. Bundan sonra, həm özü, həm də arvadı Samirə Siyəzən RPŞ-yə aparılmış, orada hadisənin təfərrüatları barədə məlumat vermiş, habelə ərizə ilə müraciət etmişdir. Hazırda ailəliklə bir yerdə yaşamaqla, arvadı Samirəyə qarşı şikayəti yoxdur və onunla barışmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 məhkəmə-tibb ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 316 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol dirsək sümüyünün dirsək çıxıntısının yerini dəyişməyən qapalı sınığı, üzün və sağ saidin sıyrıqları, sol kürək nahiyəsinin yumşaq toxumalarının əzilməsi aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə yarana bilər, boyu hündürlüyündən sərbəst yıxılmaya və öz-özünə yetirilməyə xarakterik deyildir, yaranma müddəti 12 dekabr 2022-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 113-118-ci vərəqələrində olan 20 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, qızı Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bir ədəd yer silmək üçün ağac maddi sübut hesab edilmiş və saxlanılması üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-90-cı vərəqələrində olan 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 92-93-cü vərəqələrində olan xasiyyətnamə və arayışdan, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 09 avqust 2009-cu il təvəllüdlü Şəbnəm, xx xxxxxx 2010-cu il təvəllüdlü Fidan, 10 iyul 2014-cü il təvəllüdlü Yunus və 09 mart 2016-cı il təvəllüdlü Samir adında övladları olmaqla, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 14 saylı evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-in Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs tərəfindən 02 may 2023-cü il tarixdə tərtib edilmiş, onun özü və qanuni nümayəndəsi Şahid tərəfindən imzalanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmaqla, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, habelə ona yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli, 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” siyahısının İİ bəndinə əsasən sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla (10%-dən 33%-ə qədər), dayanıqlı itirilməsi ilə nəticələnən xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır xəsarətlərə aid edilir. Azərbaycan Respublikası CM-in 127-ci maddəsində nəzərdə tutulan cinayətin ictimai təhlükəliliyi qəsdən sağlamlığa ağır zərər vurmanın ictimai təhlükəliliyi dərəcədə olmasa da, həmin maddədə müəyyən edilən əməllər də insanların sağlamlığına kifayət qədər ciddi zərər vurduğu üçün cinayət məsuliyyətinə səbəb olur. Bu cinayətin törədilməsi həyat üçün təhlükəli zərərə, habelə CM-in 126.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmur, lakin sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla (10%-dən 33%-ə qədər), dayanıqlı itirilməsi ilə nəticələnir. Eyni zamanda, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmişə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməsi Azərbaycan Respublikası cinayət qanununda bu cinayətin ağırlaşdırıcı tərkib əlaməti kimi nəzərdə tutmuşdur. Xüsusi amansızlıqda söhbət təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından, həmçinin zərərçəkmiş şəxsə onun yaxınlarının yanında xüsusi əzab verməsindən gedirsə, zərərçəkmiş şəxsin köməksiz vəziyyəti onun fiziki və ya psixi vəziyyəti (azyaşlı, qoca, xəstə, ruhi fəaliyyəti pozulmuş şəxs olması, sərxoş vəziyyətdə, huşsuz və ya yatmış olması və s.) ilə müəyyən edilir. Zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə onun barəsində edilən hərəkətlərin mahiyyətini ya dərk etmir, ya da dərk etsə də, müqavimət göstərmək imkanında olmur. Təqsirkar əməli törədərkən onun köməksiz vəziyyətdə olduğunu dərk edir. Belə məqamda zərərçəkmiş şəxs öz iradəsinə zidd olaraq və ya öz iradəsi əleyhinə düşdüyü vəziyyətdə müqavimət göstərmək imkanını tamamilə və ya qismən itirir. Təqsirkarın əməlinin bu əlamət üzrə tövsif edilməsi üçün zərərçəkmiş şəxsin özü, yaxud cinayət törədən şəxs tərəfindən onun köməksiz vəziyyətə gətirilməsinin heç bir əhəmiyyəti yoxdur. Zərərçəkmiş şəxsə ağır iztirablar verməklə, qəsdən sağlamlığa az ağır zərər vurma şərh edilən cinayətin xüsusi amansızlıqla törədilməsi üsullarından biridir. Bu, təqsirkarın zərərçəkmişə əzab verməsində və ya digər qeyri-insani, qəddar hərəkətlərində, onun ləyaqətini alçaldan davranışında ifadə olunur. Belə hərəkətlərə zərərçəkmişin uzun müddət qidadan, sudan məhrum edilməsi, soyuq və ya sağlamlıq üçün çox əlverişsiz yerdə saxlanması, onun uzun müddət və ya dəfələrlə döyülməsi, ona müxtəlif küt və ya iti alətlərin köməyi ilə mütəmadi ağrılar yetirilməsi, onun uzun müddət ağrıverici vəziyyətdə (məsələn, əllərindən asılmış vəziyyətdə) saxlanması və s. aid edilə bilər. Beləliklə, Təqsirləndirilən şəxs, xüsusi amansızlıqla, o cümlədən özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan qızı xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs küt alətlə (taxtadan olan döşəmə paspası ilə) ağır iztirablar verməklə, sonuncunun sağlamlığına qəsdən az ağır zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin özünün, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, şahidin, habelə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin məhkəməyədək istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində dörd yetkinlik yaşına çatmayan uşaqları olmaqla, qadın olmasını, faydalı əməklə məşğul olmasını, zərərçəkmiş şəxsin onunla barışmaqla, ona qarşı şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin İ hissəsinin Xİİ bəndinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Bu Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə zərərçəkmiş şəxsin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, barəsində yuxarıda sadalanan yüngülləşdirici halların, xüsusilə də himayəsində dörd yetkinlik yaşına çatmayan uşaqları olmaqla, qadın olmasını, faydalı əməklə məşğul olaraq, ailəsinə maddi yardım göstərməsini, bununla da ailəyə və əməyə vicdanlı münasibətini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.2.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin ½ hissəsi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün gecə saat 02:00-dan həmin gün gündüz saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Şabran rayonlarının ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün gecə saat 02:00-dan həmin gün gündüz saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Şabran rayonlarının ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs, qızı Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bir ədəd yer silmək üçün ağac Təqsirləndirilən şəxs qaytarılmış hesab edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün gecə saat 02:00-dan həmin gün gündüz saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Şabran rayonlarının ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün gecə saat 02:00-dan həmin gün gündüz saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Şabran rayonlarının ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs, qızı Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bir ədəd yer silmək üçün ağac Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-27/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-27/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver