Məhkəmə qərarları › İş №1(059)-28/2025

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-28/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-28/2025 15.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 15 iyul 2025-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1(011)-370/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 68.1.1-1-ci, 66.2-ci və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 7(010)- 463/2023 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 04 ay 28 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 29 dekabr 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, Şabran rayonunun Şahnəzərli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı X2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək 21 dekabr 2024-cü il tarixdə, saat 04:00-dan 05:00-dək olan müddət ərzində Siyəzən şəhərinin Şəhriyar küçəsində dayanmış, Zərərçəkmiş şəxs1 məxsus “MAN” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən həmin avtomobilin üzərində quraşdırılmış, qiyməti 477 manat təşkil edən 01 ədəd “VARTA” markalı, M18, 12V, 180Ah, 1000A göstəricilərə sahib olan və qiyməti 360 manat təşkil edən 01 ədəd “EXTRA POVER” markalı, M18, 12V, 180Ah, 1000A göstəricilərə sahib olan akkumulyatorları hərəsi bir tərəfindən tutub götürməklə gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 837 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı X2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək 21 dekabr 2024-cü il tarixdə, saat 04:00-dan 05:00-dək olan müddət ərzində Siyəzən şəhərinin F.Əliməmmədov küçəsində dayanmış Zərərçəkmiş şəxs2 məxsus “MAN” yük markalı, **-FQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən həmin avtomobilin üzərində quraşdırılmış, qiyməti 360 manat təşkil edən 01 ədəd “İSTOK” markalı, M18, 12V, 192Ah, 1250A göstəricilərə sahib olan və qiyməti 360 manat təşkil edən 01 ədəd “ENERAİCO” markalı, M18, 12V, 192Ah, 1250A göstəricilərə sahib olan akkumulyatorları hərəsi bir tərəfindən tutub götürməklə gizli yolla talayıb zərərçəkmiş Fizuli Qiysaova ümumilikdə 720 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, Azay Qurbanov ilə birlikdə Şabran rayonunun ərazisində spirtli içki qəbul edərkən bunu davam etdirmək istəsələr də, pulları olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Beləliklə, atasına məxsus olmaqla, “Opel Astra” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanını hadisədən təxminən bir ay öncə yolun kənarında tapdığı dövlət qeydiyyat nişanı ilə dəyişmiş, habelə Azay Qurbanov ilə birlikdə Siyəzən rayonunun ərazisinə gəlmişlər. Həmçinin, Siyəzən rayonunda olan yük avtomobillərinin akkumulyatorlarını oğurlayaraq, idarəçiliyində olan avtomobil ilə Şabran rayonuna aparmışlar, habelə orada cəmi 186 manat müqabilində sataraq, əldə etdikləri pulu aralarında bölüşdürmüşlər. Bundan təxminən 3-4 gün sonra Bakı şəhərində olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda zərərçəkmiş şəxslərə vurmuş zərəri ödəməklə yanaşı, sonuncular ilə barışıq əldə etmişdir. Odur ki, hadisəni spirtli içkinin təsiri altında törətməsinin, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs2 Vaiqf oğlunun nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, oğurluq hadisəsi nəticəsində atası, Zərərçəkmiş şəxs2 Vaiqf oğlunun mülkiyyətində olan yük avtomobilindən iki ədəd akkumulyatorları oğurlanması nəticəsində onlara cəmi 720 manat məbləğində ziyan dəymişdir. Belə ki, bu barədə ona avtomobili etibarnamə əsasında idarə etmiş Şahid3 məlumat vermiş, habelə sonuncu öz növbəsində hadisəni müəyyən etdikdən sonra, DİN-nin 102 xidmətinə də, zəng etməklə məlumat vermişdir. Hazırda onlara dəymiş ziyan ödənilmiş yəni, akkumulyatorlar qaytarılmışdır. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid X4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs bir nəfər şəxs ilə onların metal qəbulu məntəqəsinə gəlmiş, habelə bu zaman birinci özü ilə köhnə vəziyyətdə olan 04 ədəd akkumulyator gətirərək, özünə məxsus olduğunu bildirmişdir. O, akkumulyatorların yeni olmadığını görüb, oğurluq olmasından şübhələnməmiş və bu akkumulyatorların əvəzində Təqsirləndirilən şəxs təxminən 200 manat məbləğində pul vermişdir. Bundan təxminən bir həftə sonra polis əməkdaşları onun yaşadığı evə gələrək, akkumulyatorları oradan götürmüşdür. Hazırda isə, Təqsirləndirilən şəxs tərəfindən 200 manat məbləğində pul ona qaytarılmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, qohumu olan, Zərərçəkmiş şəxs2 Vaiqf oğluna məxsus yük avtomobilini etibarnamə əsasında idarə etmişdir. Beləliklə, hadisədən bir gün öncə avtomobili Siyəzən rayonunda yerləşən “Xəzər İnşaat” adlı mağazanın yaxınlığında saxlamış, növbəti gün isə avtomobili işə salmaq istəyərkən avtomobilin iki ədəd akkumulyatorunun oğurlandığını müəyyən etmişdir. Bundan sonra, DİN-nin 102 xidmətinə zəng etməklə məlumat vermişdir. Hazırda isə, həmin akkumulyatorlar geri qaytarılmışdır. Dəfələrlə məhkəmə iclasına dəvət edilməsinə, habelə barəsində məcburi gətirmə qərarı olmasına baxmayaraq, məhkəmə iclasında iştirakı təmin edilməmiş Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, özünə məxsus “MAN” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini işlətməsi üçün etibarnamə əsasında Şahid2 vermişdir. Onun oğurluq hadisəsindən bir neçə gün sonra məlumatı olmuş, habelə Şahid2 ona, yük avtomobilindən iki ədəd akkumulyatorun oğurlanması, lakin başqa hər hansı ehtiyat hissə və ya əşyanın oğurlanmaması barədə məlumat vermişdir. Qeyd etmişdir ki, akkumulyatorları hadisədən təxminən 2-3 ay öncə biri 360 manat olmaqla, cəmi 720 manata almışdır. Bununla belə, oğurlanmış akkumulyatorlar ona qaytarılmaqla, dəymiş ziyan tam ödənilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Dəfələrlə məhkəmə iclasına dəvət edilməsinə, habelə barəsində məcburi gətirmə qərarı olmasına baxmayaraq, məhkəmə iclasında iştirakı təmin edilməmiş Şahid2 məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, etibarnamə əsasında “MAN” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə etməklə yanaşı, bu avtomobil ilə müxtəlif yerlərə yük daşıdıqdan sonra, avtomobili yaşadığı evə yaxın yerdə saxlayır. Beləliklə, 20 dekabr 2024-cü il tarixdə, saat 21:00 radələrində idarə etdiyi avtomobili həmişəki kimi yaşadığı məhəllədə saxlayaraq evə getmiş, növbəti gün yəni, 21 dekabr 2024-cü il tarixdə evdən çıxaraq işə getmək üçün avtomobili işə salmaq istəyərkən avtomobilin işə düşmədiyini görmüşdür. O, yerə düşüb avtomobilə baxdıqda avtomobilin üzərində olan 02 ədəd akkumulyatorların yerində olmadığını görmüş, habelə oğurlandığını müəyyən etdikdən sonra bu DİN-nin 102 xidmətinə zəng etməklə məlumat vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci cild 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2025-ci il tarixli, 9/103 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd “VARTA” markalı, M18, 12V, 180Ah, 1000A göstəricilərə sahib akkumulyatorun yeni vəziyyətdə orta bazar qiyməti 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 477,0 manat müəyyən olunur. 01 ədəd “EXTRA POVER” markalı M18, 12V, 180 Ah, 1000A göstəricilərə sahib olan istifadəyə yararlı akkumulyatorun yeni və istifadədə olmuş vəziyyətdə satışına və qiymətinə dair məlumat olmadığı üçün həmçinin 01 “VARTA” markalı M18, 12V, 180 Ah, 1000A göstəricilərə sahib olan istifadəyə yararlı akkumulyatorun istifadədə olmuş vəziyyətdə satışına və qiymətinə dair məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci cild 80-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci cild 65 və 203-cü vərəqələrində olan fiziki şəxs X3 tərəfindən müvafiq olaraq 07 və 16 fevral 2025-ci il tarixlərdə tərtib edilmiş ziyan aktlarından, eləcə də, işin 1-ci cild 55-ci vərəqəsindəki BB292041 nömrəli və işin 1-ci cild 186-cı vərəqəsindəki BB624213 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, “MAN” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 01 ədəd “EXTRA POVER” markalı, M18, 12V, 180Ah, 1000A göstəricilərə sahib və 01 ədəd “VARTA” markalı M18, 12V, 180Ah, 1000 A akkumulyatora görə cəmi 720 manat və həmçinin, “MAN” markalı, **-FQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 01 ədəd “İSTOK” markalı, M18, 12V, 192Ah, 1250A göstəricilərə sahib və 01 ədəd “ENERAİCO” markalı, M18, 12V, 192Ah, 1250A göstəricilərə sahib olan akkumulyatorlara görə cəmi 720 manat ziyan dəymişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci cild 9-12-ci, 1-ci cild 119-122-ci, 1-ci cild 139-142-ci, 1-ci cild 151-154-cü və 1-ci cild 240-243-cü vərəqələrində olan baxış keçirmə və götürmə haqqında, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollardan, eləcə də, fotoşəkillərdən görünür ki, “MAN” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 və “MAN” yük markalı, **-FQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 qeyd olunan avtomobillərdə akkumulyatorların saxlanması nəzərdə tutulan yerdə olmamasını göstərmiş, Təqsirləndirilən şəxs isə baş vermiş hadisələrin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmiş, həmçinin oğurlanmış 04 ədəd akkumulyator işlək vəziyyətdə Şabran şəhəri, M. Ə. Rəsulzadə küçəsində yerləşməklə, Şahid1 məxsus saxlanc yerindən götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci cild 22-ci və 155-ci vərəqələrində olan müvafiq olaraq 27 və 26 dekabr 2024-cü il tarixli qəbzlərdən görünür ki, 01 ədəd “VARTA” markalı, M18, 12V, 180Ah, 1000A göstəricilərə və 01 ədəd “EXTRA POVER” markalı, M18, 12V, 180Ah, 1000A göstəricilərə sahib akkumulyatorlar 27 dekabr 2024-cü il tarixdə Şahid2, 01 ədəd “İSTOK” markalı, M18, 12V, 192Ah, 1250A göstəricilərə və 01 ədəd “ENERAİCO” markalı, M18, 12V, 192Ah, 1250A göstəricilərə sahib olan akkumulyator isə 26 dekabr 2024-cü il tarixdə Şahid3 işlək vəziyyətdə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 2-ci cild 21-31-ci vərəqələrində olan 01 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-cü maddələri ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, sonuncunun və X2 barəsində Cinayət Məcəlləsinin 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə, Şahid1 barəsində Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində İXM-nin 342.7-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin DYPB-nə göndərilmiş, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işindən X1 barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işinin ayrılması barədə qəbul edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər birinə məxsus 02 ədəd akkumulyatorlar maddi sübut kimi tanınaraq, sahiblərinə qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs və Azay Qurbanovun 21 dekabr 2024-cü il tarixdə oğurluq etdikləri görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd kompakt disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci cild 66-67-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli tələbnamədən, cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1(011)- 370/2022 saylı hökmündən, işin 2-ci cild 8-11-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 7(010)-463/2023 saylı qərarından, eləcə də, işin 2-ci cild 7-ci vərəqəsində olan Şabran rayon icra və probasiya şöbəsinin 19 mart 2025-ci il tarixli, 198066-23/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sözügedən hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək, bu Məcəllənin 68.1.1-1-ci, 66.2-ci və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 04 ay 28 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 29 dekabr 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci cild 87-ci vərəqəsində olan 27 fevral 2025-ci il tarixli şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan və işin 1-ci cild 94-cü vərəqəsində olan 12 mart 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 fevral 2025-ci il tarixdə axtarış elan edilməklə, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmış, sonuncu 12 mart 2025-ci il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq, Siyəzən RPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci cild 123-cü vərəqəsində olan 14 mart 2025-ci il tarixli tutulmuş şəxsin həbsdən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə, saat 19:45-də Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 2-ci cild 33-34-cü vərəqələrində olan 01 may 2025-ci il tarixli cinayət işi materiallarından cinayət işinin ayrılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından X2 barəsində istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul olunub istintaqı davam etdirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci cild 76-78-ci vərəqələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, Şabran rayonunun Şahnəzərli kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs yaşadığı kəndə özünü nəzakətli aparmış, birgə yaşayış qaydalarında hörmətlə yanaşmış, kəndin xeyr və şər işlərində iştirak etmiş, sonuncunun qanuna zidd hərəkəti barədə Şabran Rayon İcra Hakimiyyəti başçısının Şahnəzərli kənd İƏD üzrə nümayəndəliyinə heç bir məlumat daxil olmamışdır. Subaydır, ailə üzvləri ata və anasından ibarətdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talaması cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də, tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini (sonuncu dəfə eyni kateqoriyadan və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayət əməllərinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə, həmçinin 29.12.23-cü il tarixdə cəza müddətinin başa çatmasına baxmayaraq, yenidən cinayət əməli törətməklə, islah olunmamasını nümayiş etdirməsini, beləliklə, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, həmçinin hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.2-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixdən 14 mart 2025-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 15 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, 01 ədəd “VARTA” markalı, M18, 12V, 180Ah, 1000A göstəricilərə və 01 ədəd “EXTRA POVER” markalı, M18, 12V, 180Ah, 1000A göstəricilərə sahib olan akkumulyatorların sahibi, Zərərçəkmiş şəxs1 və 01 ədəd “İSTOK” markalı, M18, 12V, 192Ah, 1250A göstəricilərə və 01 ədəd “ENERAİCO” markalı, M18, 12V, 192Ah, 1250A göstəricilərə sahib olan akkumulyatorların isə sahibi, Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “VARTA” markalı, M18, 12V, 180Ah, 1000A göstəricilərə və 01 ədəd “EXTRA POVER” markalı, M18, 12V, 180Ah, 1000A göstəricilərə sahib olan akkumulyatorların sahibi, Zərərçəkmiş şəxs1 və 01 ədəd “İSTOK” markalı, M18, 12V, 192Ah, 1250A göstəricilərə və 01 ədəd “ENERAİCO” markalı, M18, 12V, 192Ah, 1250A göstəricilərə sahib olan akkumulyatorların isə sahibi, Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (bir əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar