Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-29/2022 10.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 10 mart 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 08 avqust 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, "X11" MMC-də ictimai işlər üzrə sosial işçi, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 115,775 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı idarə etdiyi Mercedes Benz E 200 markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlayaraq, Xaçmaz rayonundan Bakı şəhərinə daşımış, 04 noyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPXA-nın l tağımının 707 saylı stasionar postunda həmin tağımın əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılarkən narkotik vasitələrdən istifadə etməsi, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitələr olmasında şübhəli olduğuna görə Siyəzən RPŞ-nin əməkdaşları ilə birlikdə avtomobilinə baxış zamanı arxa sol oturacağın üzərində 1 ədəd göy rəngli sellofan torbanın içərisində 1 ədəd ağ rəngli sellofanın içərisində ağ rəngli salfetkada 0,775 qram narkotik vasitə qurudulmuş marixuana və göy rəngli sellofan torbada digər 1 ədəd şəffaf sellofan torbanın içərisində əlavə bir ədəd şəffaf sellofan torbada 115 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 7 ay olar düşəndə narkotik vasitə qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə edir, bununla yanaşı balıqçı olmaqla, mövsüm vaxtında balıqların alqı-satqısı ilə məşğul olur, habelə işi ilə əlaqədar etibarnamə əsasında **-UY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 200 markalı avtomobili idarə edir. 02 noyabr 2021-ci il tarixdə Xaçmaz rayonu, Muxtadır kəndinin meşəlik ərazisində göbələk yığarkən yabanı halda tərkibində narkotik maddələr olan çətənə bitkilərini görmüş, həmin bitkinin yarpaqlarını yığaraq qurutmaq üçün yaşadığı Muxtadır kəndindəki evinə gətirmişdir. Daha sonra, evdə çətənə bitkisinin yarpaqlarını qurudaraq şəffaf sellofan torbaya, həmin şəffaf sellofan torbanı isə digər şəffaf sellofan torbaya, habelə qurutduğu bitkidən bir hissəsini istifadə edərək, ağ rəngli salfetkaya, həmin salfetkanı da ağ rəngli sellefon torbaya, yekunda isə hamısını 1 ədəd göy rəngli sellofan torbaya yerləşdirmiş və həmin göy rəngli selofan torbanı özü ilə Bakı şəhərinə aparmaq üçün idarə etdiyi avtomobilin arxa sol oturacağına qoymuşdur. 04 noyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində tanışı Şahid7 ilə birlikdə idarə etdiyi avtomobillə Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən stasionar postdan keçərkən polis əməkdaşlarının saxla əmrinə əsasən idarə etdiyi avtomobili saxlamış, habelə həmin vaxt özünü şübhəli apardığı üçün sonuncular qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu bildirmiş və Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən avtomobilinə baxış keçiriləcəyini qeyd etdiklərində, buna etiraz etməmişdir. Bundan sonra, hüquq, vəzifələri və müdafiə hüququ izah olunmuş, baxışda Müdafiəçi iştirakı təmin edilmiş, habelə idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanmamışdan öncə tərəfindən yazılmış müvafiq ərizəni polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra, təklif əsasında idarə etdiyi avtomobilin arxa oturacağından 1 ədəd içərisində qurudulmuş marixuana olan göy rəngli sellofan torbanı avtomobilin arxa yük hissəsinin üzərinə qoymuşdur. Həmin göy rəngli sellofan torbaya polis əməkdaşı tərəfindən baxış keçirilərkən içərisindən digər 1 ədəd şəffaf rəngli sellofana bükülmüş əlavə 1 ədəd şəffaf rəngli sellofan torbada yaşılımtıl rəngdə spesifik iyə malik qurudulmuş marixuana, habelə 1 ədəd ağ rəngli sellofan torbanın içərisindən ağ rəngli salfetdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş və şifahi sorğu zamanı aşkar edilmiş vasitənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra, aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana kütlələri aşkar olunmuş formada ağızları bağlanmış və 1 ədəd göy rəngli sellofan torba, 1 ədəd boş ağ rəngli kağız zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, ardıcıllıqla avtomobilin çöl və içəri hissələrinə baxış keçirilsə də, oradan əlavə qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra, ona və Şahid7 şifahi formada üzərilərində qanunsuz əşya saxlayıb-saxlamadığları soruşulmuş, üzərilərində qanunsuz əşya olmadığını bildirdikdən sonra baxış yekunlaşmışdır. Polis əməkdaşları tərəfindən onlara hər hansı fiziki və psixi təsir olunmamış, ifadəsini özü sərbəst formada vermiş, həmçinin idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitəni gələcəkdə öz tələbatına uyğun olaraq istifadə etmək niyyətində olmuş, əvvəllər heç kimdən narkotik vasitə almamış və heç kimə narkotik vasitə satmamış, idarə etdiyi avtomobildə narkotik vasitə saxlamağından tanışı Şahid7 xəbəri olmamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirməsini, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 04 noyabr 2021-ci il tarixdə, təxminən saat 20:00 radələrində Quba şəhərindən Bakı şəhəri istiqamətində hərəkətdə olan Mercedes Benz markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən 707 saylı Stasionar Postunun əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılmış, avtomobilin sürücüsünün üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyalar ola biləcəyinə əsaslı şübhələr olduğundan avtomobilə baxış keçirilməsi zərurətinin yaranması barədə Siyəzən RPŞ-yə daxil olmuş məlumat əsasında RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmaqla, RPŞ-nin rəhbərliyi tərəfindən təsdiqlənmiş, daha sonra o, Şahid1 və RPŞ-nin NH-nin sürücüsü Nuran Ucaqov həmin posta getmişlər. Bundan sonra, araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin müstəntiqi X4 tapşırılmış, habelə onun, Şahid1, Nuran Ucaqovun, eləcə də DİN BDYPİ-yə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidmətinin əməkdaşları Şahid2, Şahid4, Şahid5, sözügedən avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, sərnişin Şahid7 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilməsinə başlanılmışdır. Bundan əvvəl Təqsirləndirilən şəxs hüquq, vəzifələri, eləcə də müdafiə hüquqları izah olunmaqla, Müdafiəçi kimi ona təqdim edilmiş, sonuncu buna etiraz etməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təklif əsasında idarə etdiyi Mercedes Benz markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısını açaraq arxa oturacaqdan bir ədəd göy rəngli sellofan torbanı çıxararaq təqdim etmiş, torbanın içərisində digər bir ədəd şəffaf rəngli sellofana bükülmüş əlavə bir ədəd şəffaf rəngli sellofan torbada yaşılımtıl rəngdə spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Daha sonra, göy rəngli sellofan torbaya baxış keçirilərkən onun içərisində digər bir ədəd ağ rəngli sellofan torba, bu torbadan ağ rəngli salfetka, həmin salfetkanın içərisindən isə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra, aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr müvafiq qaydada qablaşdırılmaqla, zərfin üzəri möhürlənmiş, həmçinin imzalanmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə baxışın davam etdirilməsinə, eləcə də sonuncunun üzərinə sonradan şəxsi axtarışın keçirilməsinə baxmayaraq, əlavə qadağan edilmiş əşyalar aşkar olunmamışdır. Daha sonra, keçirilmiş şəxsi axtarış və baxış ilə bağlı tərtib olunmaqla, ucadan oxunmuş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında digər şahidlər DİN BDYPİ-yə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru Şahid2, inspektorlar Şahid4, Şahid5, Siyəzən RPŞ-nin növbətçi hissəsi polis nəfəri-sürücü X5, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili, hazırda Bakı şəhər Suraxanı RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Şahid1 Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərdi ki, o, təxminən 2021-ci il oktyabr ayının sonunda Xaçmaz rayonu, Muxtadır kəndində yaşayan tanışı Tanyanın evində ad günü qonaqlığında olarkən Təqsirləndirilən şəxs ilə tanış olub, əlaqə saxlamağa başlamış, habelə sonuncunun Bakı şəhərində yaşadığını bilmişdir. 04 noyabr 2021-ci il tarixdə axşamüstü radələrində Samirənin Bakı şəhərinə getdiyini bilib, ondan onu da yaşadığı evə getmək üçün Bakı şəhərinə aparmasını xahiş etmiş, habelə sonuncu buna etiraz etmədikdə, onun idarə etdiyi **-UY-*** nömrəli, Mercedes Benz markalı avtomobildə qabaq sağ oturacağa əyləşmiş və birlikdə yola düşmüşlər. Həmin gün Siyəzən rayonu, Zarat kəndi ərazisində hərəkətdə olarkən təxminən 21:00 radələrində Zarat postunda yol polisləri tərəfindən Samirənin idarə etdiyi avtomobil saxlanılmışdır. Bundan sonra, ilk olaraq Samirənin sənədlərində problem yarandığı müəyyən olunsa da, daha sonra, onun narkotik vasitələri saxlamaqda şübhəli olduğu, bununla əlaqədar Siyəzən RPŞ-yə məlumat veriləcəyi bildirilmişdir. Sonra, Siyəzən RPŞ-nin əməkdaşları həmin posta yaxınlaşmış, Samirənin idarə etdiyi avtomobildə qanunsuz əşya və predmet saxladığına görə avtomobilə baxış keçirəcəklərini bildirmiş, bu zaman onlara hüquq, vəzfələri və müdafiə hüquqları izah olunmuş, habelə baxışda vəkilin iştirakı da təmin olunmuşdur. Baxış zamanı Samirə təklif əsasında idarə etdiyi avtomobilin arxa oturacağından 1 ədəd içərisində qurudulmuş marixuana olan göy rəngli sellofan torbanı avtomobilin arxa yük hissəsinin üzərinə qoymuşdur. Həmin göy rəngli selofan torbaya polis əməkdaşı tərəfindən baxış keçirilərkən içərisindən digər 1 ədəd şəffaf rəngli sellofana bükülmüş əlavə 1 ədəd şəffaf rəngli sellofan torbada yaşılımtıl rəngdə spesifik iyə malik qurudulmuş marixuana, habelə 1 ədəd ağ rəngli sellofan torbanın içərisindən ağ rəngli salfetdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş və şifahi sorğu zamanı Samirə aşkar edilmiş vasitələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra, narkotik vasitə qurudulmuş marixuana kütlələri aşkar olunmuş formada ağızları bağlanmış və 1 ədəd göy rəngli sellofan torba bir ədəd boş ağ rəngli kağız zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, ardıcıllıqla avtomobilin çöl və içəri hissələrinə baxış keçirilsə də, oradan əlavə qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra, ona və Samirəyə şifahi formada üzərilərində qanunsuz əşya saxlayıb-saxlamadığları soruşulmuş, üzərilərində qanunsuz əşya olmadığını bildirdikdən sonra baxış yekunlaşmışdır. O, spirtli içki və siqaretdən istifadə etsə də, narkotik vasitələrdən istifadə etmir, habelə Samirənin avtomobilində narkotik vasitə olmasından məlumatı olmamış, əgər bundan məlumatı olsaydı sonuncunun avtomobilinə əyləşməzdi. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 42-43-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021-ci il tarixli, 7/1145 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa sol oturacağından götürülmüş 01 ədəd üzərində “Levis” yazısı olan göy selofan torba və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr” yazılar və imzalar olan kağız paketdə üzərində “Levis” yazısı olan göy sellofan torbadakı 1 ədəd ağ rəngli sellofan torbada salfet kağızı bükümündə təmiz çəkisi 0,775 qram və bir ədəd şəffaf sellofan torbadakı digər sellofan torbada təmiz çəkisi 115 qram olan bitki mənşəli kütlələr, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 115,775 qramdır. Təqdim olunmuş həmin marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata 0,04 qram (hər obyektdən 0,02 qram) sərf olunduqdan sonra marixuanaların qalıq çəkiləri 0,755 qram; 114,98 qram təşkil etmişdir. Cinayət işinin 41-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 66,46 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 26 noyabr 2021-ci il tarixdə verilmiş 4699 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-28-ci vərəqələrində olan 04 noyabr 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 04 noyabr 2021-ci il tarixdə, saat 21:23-dən saat 21:50-dək olan müddət ərzində Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E 200 markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilən baxış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr həmin avtomobilin arxa sol oturacağın üzərində 1 ədəd göy rəngli sellofan torbanın içərisində 1 ədəd ağ rəngli sellofanın içərisində ağ rəngli salfetkada və göy rəngli sellofan torbada digər 1 ədəd şəffaf sellofan torbanın içərisində əlavə bir ədəd şəffaf sellofan torbada aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-123-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 26 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,755 qram və 114,98 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsin axtarışın və idarə etdiyi avtomobilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk də iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 dekabr 2021-ci il tarixli tələbnaməsindən, həmçinin işin 91-93-cü vərəqələrində olan Bakı şəhərinin Xətai Rayon Məhkəməsinin 17 iyul 2007-ci il tarixli, 1-218 2007-ci il saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, habelə o, 10 aprel 2008-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 19-cu vərəqəsində olan 04 noyabr 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqələrində olan 06 noyabr 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-96-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş Xaçmaz RİH Mənzil Kommunal Təsərrüfatı idarəsinin 09 mart 2022-ci il tarixli arayışından, elektron məhkəmə informasiya sistemindən çıxarışdan və ATU-nun X3 tərəfindən verilmiş epikrizin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan "X11" MMC-də ictimai işlər üzrə sosial işçi işləyən, sağ süd vəzinin irinli mastiti xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, tək qadın olmasını, faydalı əməklə məşğul olmasını, xəstəlikdən əziyyət çəkməsini, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixdən 06 noyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xaçmaz rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xaçmaz rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,755 qram və 114,98 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsin axtarışın və idarə etdiyi avtomobilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 66,46 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xaçmaz rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xaçmaz rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,755 qram və 114,98 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsin axtarışın və idarə etdiyi avtomobilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 66,46 (altmış altı manat 46 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-29/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-29/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver