Məhkəmə qərarları › İş №1(059)-29/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-29/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-29/2024 07.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 07 may 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 1(059)-32/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 1772.3-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.2-ci, 67.1-ci və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması hökm edilmiş, 23 mart 2022-cı il tarixdə cəzasının sonu ilə azad edilsə də, 3000 manat cərimə cəzasından heç bir vəsait ödəməmiş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni, ümumi təmiz çəkisi 0,505 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, onlardan xeyli miqdar hesab edilən 0,242 qram çəkidə olan bir bükümünü üzərində saxlamaqla, daşımış və 24 fevral 2024-cü il tarixdə, saat 16:15 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhərinin Samir Muradov küçəsində yerləşən dəmiryolu xətinin yaxınlığında etibarnamə əsasında idarə etdiyi “Ravon 4” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən şübhəli şəxs qismində saxlanılaraq, gətirildiyi RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman həmin çəkidə narkotik vasitə olan heroin əynində olan tünd göy rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd bükümdə, eləcə də, xeyli miqdar hesab edilən 0,263 qram çəkidə olan digər 1 büküm narkotik vasitə olan heroin isə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman sürücü oturacağının altındakı dəmir qabın içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 24 fevral 2024-cü il tarixdə, təxminən saat 15:00 radələrində Siyəzən şəhərinin H. Aslanov küçəsində etibarnamə əsasında idarə etməklə, taksi fəaliyyəti ilə məşğul olduğu “Ravon 4” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açıb, əyləşərkən yerdə olmaqla, diqqətini cəlb etdiyi, baxdığında içərisində narkotik vasitə heroin olan bir ədəd sarı rəngli siqaret kağızı bükülüsünü həmin ərəfədə narkotik vasitə istifadə etməsə də, özü ilə götürərək, avtomobilinə yerləşdirmişdir. Bundan sonra, elə həmin tarixdə, cəzaçəkmə müəssisəsindən azad olunmuş Abusət adlı şəxsi gətirmək üçün taksi kimi getdiyi Siyəzən şəhərinin Samir Muradov küçəsində yerləşən dəmiryolu xəttinin yaxınlığında olarkən polis əməkdaşları şübhəli şəxs kimi ona yaxınlaşmış, habelə sonuncular onu və idarəçiliyində olan avtomobili, eləcə də, Abusət adlı şəxsi Siyəzən RPŞ-yə aparmışlar. RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ arxa cibindəki narkotik vasitə heroini təqdim etmiş, həmçinin RPŞ-nin inzibati binasının həyətində avtomobilinə keçirilmiş baxış zamanı avtomobilinin sürücü oturacağının altından ikinci büküm narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmışdır. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Bununla da, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması hazırda özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 24 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində və idarə etdiyi avtomobildə saxlaması barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol tərtib edilmiş, habelə müvafiq sənədləşdirmə işləri aparılmışdır. Həmin tarixdə, Təqsirləndirilən şəxs Siyəzən şəhərinin Samir Muradov küçəsində idarə etdiyi “Ravon 4” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tərəflərindən saxlanılmış, habelə onun üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi üçün avtomobili ilə birlikdə rayon Polis Şöbəsinə aparılmışdır. Orada müdafiəçinin iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman müstəntiq Şahid Lətifovun təklifi ilə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ arxa cibində olan bir ədəd sarı rəngli bükülünü təqdim etmiş, habelə soruşularkən bu bükülünün içərisindəkinin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra, təqdim edilmiş bükülü müvafiq qaydada qablaşdırılmaqla, sənədləşdirmə işləri aparılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilərkən, sonuncuya avtomobilində qanunsuz əşya və ya predment olduğu təqdirdə təqdim etməyi təklif olunmuş, o, avtomobilində qanunsuz əşya və ya predmentin olmadığını bildirsə də, keçirilmiş baxış zamanı avtomobilin sürücü oturacağının alt hissəsindəki içərisində məişət əşyalarının yığıldığı dəmir qabın içərisindən, üstü sellofanla bükülmüş kağız bükülü aşkar edilərək götürülmüş, habelə bu bükülüyə baxış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, eyni zamanda, bu bükülü də, müvafiq qaydada qablaşdırılmaqla, sənədləşdirmə işləri aparılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamış, sonuncu şifahi sorğu zamanı hər iki bükülünün içərisindəkinin narkotik vasitə heroin olduğunu bildirmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/1112 saylı ekspert rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə .... 01 ədəd bükülüdə...” yazı və imzalar olan zərfdə açdıqda içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,242 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs.... avtomobilindən...... 01 ədəd kağız bükümdə ......” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0, 263 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata 0,242 qram və 0,263 qram heroindən müvafiq olaraq 0,05 qram və 0,05 qram istifadə edildikdən sonra qalıq heroinin miqdarları 0,192 qram və 0,213 qram təşkil etmişdir. Cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 09 mart 2024-cü il tarixdə verilmiş 1601 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-cı vərəqələrində olan 24 fevral 2024-cü il tarixli şəxsi axtarış, nəqliyyat vasitəsinə baxış və götürmə haqqında protokoldan görünür ki, həmin gün, saat 16:50-dən saat 17:22-dək olan müddət ərzində Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında sonuncunun üzərində və idarə etdiyi avtomobildə keçirilən şəxsi axtarış və baxış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlələr onun əynində olan cins şalvarın sağ arxa cibindən 01 ədəd sarı rəngli və idarə etdiyi “Ravon 4” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, sürücü oturacağının alt hissəsində, məişət əşyalarının yığıldığı dairəvi qabdan 1 ədəd üzərinə sellofan örtük çəkilmiş, ağ rəngli bükülülərdə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Samsung” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-114-cü vərəqələrində olan 03 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,405 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilsə də, Təqsirləndirilən şəxs üzərinə 24 fevral 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış və nəqliyyat vasitəsinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Siyəzən Rayon Məhkəməsinin 02 aprel 2015-ci il tarixli, 1(059)-20/2015 saylı hökmünün və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinin 30 iyun 2016-cı il tarixli, 17/3023338 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs sözügedən hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmçinin bu hökmlə Siyəzən Rayon Məhkəməsinin 12 avqust 2014-cü il tarixli hökmü ilə ona təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilmiş və onun üzərində qəti olaraq 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılmış, habelə o, 29 iyun 2016-cı il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar azadlıqdan məhrum etmə cəzasından cəza çəkməkdən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 mart 2024-cü il tarixli tələbnaməsindən, cinayət işinin 80-85-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 1(059)-32/2018 saylı hökmünün surətindən, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsinin 06 may 2024-cü il tarixli, 3-16-17/31/2/1783/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sözügedən hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 1772.3-cü maddələri ilə təqsirli bilinərək, bu Məcəllənin 66.2-ci və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmçinin bu hökmlə Siyəzən Rayon Məhkəməsinin 02 aprel 2015-ci il tarixli hökmü ilə ona təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilmiş və onun üzərində qəti olaraq 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılmış, bundan sonra o, 23 mart 2022-cı il tarixdə cəzasının sonu ilə azad edilsə də, 3000 manat cərimə cəzasından heç bir vəsait ödəməmişdir. Bununla da, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-73-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 4(059)-9/2024 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 fevral 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 22 may 2017-ci il təvəllüdlü Sünəyyə və 03 avqust 2023-cü il təvəllüdlü Rəsmiyyə adında iki azyaşlı uşağı olmaqla, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarda əldə edib, saxlamaqla, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən istintaq bölməsinin baş müstəntiqi cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 03 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, eləcə də barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.1ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən əvvəlki hər iki məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə təhlükəli residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə heroini əldə edərək bükümlər halında üzərində və idarə etdiyi avtomobildə saxlamaqla, daşımasını bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, eləcə də bununla əlaqədar hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin cəzasını ağırlaşdıran halın mövcud olmasını, yəni Təqsirləndirilən şəxs tərəfindən eyni kateqoriyadan və mülkiyyət əleyhinə cinayət əməllərinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamaqla, narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını, həmçinin barəsində yuxarıda sadalalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 5/6 hissəsində cəza təyin edilməlidir. Siyəzən Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməli və onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 24 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,192 qram narkotik vasitə heroin, eləcə də, sonuncunun idarə etdiyi avtomobildən götürülmüş qalıq çəkisi 0,213 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 24 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və avtomobilə keçirilmiş baxışın video görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilsin və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 24 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,192 qram narkotik vasitə heroin, eləcə də, sonuncunun idarə etdiyi avtomobildən götürülmüş qalıq çəkisi 0,213 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 24 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın və avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar