Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-3/2022 25.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 25 yanvar 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1985-ci il tarixdə Rusiya Federasiyasının Komi vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci və 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 1,076 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 0,04 qram çəkidə narkotik vasitə olan metadon və güclü təsir edən maddə hesab olunan tərkibindəki təsiredici maddələrinin miqdarı 0,675 qram təşkil edən tramadol hidroxloridi əldə edərək, üzərində və yaşadığı ünvan 2 ünvanda saxlamış, 02 iyun 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhərinin Şəhriyar küçəsi ərazisində yaşadığı evin qarşısında saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə heroindən 0,744 qramı əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofanın içərisində ayrı-ayrılıqda çəkiləri 0,093 qram; 0,089; 0,078; 0,085; 0,080; 0,130; 0,074 və 0,115 qram olmaqla, 8 ədəd bükümlərdə aşkar olunaraq götürülmüş, əməliyyat-axtarış təbdirlərinin davamı olaraq yaşadığı ünvanda videoçəkiliş vasitəsilə keçirilən baxış zamanı narkotik vasitə heroinin 0,332 qramı isə 1 ədəd qara rəngli kağız bükülüdə, narkotik vasitə metadon 1 ədəd üzərində “F/M-40” sözləri yazılmış qəhvəyi rəngli dairəvi həb formasında və tramadol hidroxlorid 3 ədəd qırmızı rəngli dairəvi həb formasında qapıdan daxil olduqda təmir işləri gedən otaqda qonaq otağına açılan pəncərənin qarşısından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci və 240.1-ci maddələri ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və istifadəsində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr vardır. Təxminən 2007-ci ildən etibarən narkotik tərkibli dərmanlardan və inyeksiya üsulu ilə narkotik vasitə olan heroindən istifadə edir. 01 iyun 2021-ci il tarixdə günorta saat 13:00 radələrində Siyəzən bazarına gedən pilləkənlərin yanından keçərkən, yerdə içərisində 9 ədəd bükülü olan, şəffaf rəngli sellofan diqqətini çəkmiş, sellofanın içərisindəki bükülülərdən birini açdıqda içərisində narkotik vasitə heroin olduğunu gördüyündən, digər bükülülərdə də narkotik vasitə heroin olacağını düşünüb, bükülüləri özü ilə götürmüşdür. Sonra, həmin bükülülərdən birinin bir qismini istifadə edib, qalan hissəsini isə qara rəngli kağız bükülüyə bükərək yaşadığı evdə təmir gedən otaqda pəncərənin qarşısına, digər 8 ədəd bükülünü isə şəxsi istifadəsi üçün əynində olan boz rəngli gödəkcənin sağ cibinə qoymuşdur. 02 iyun 2021-ci il tarixdə, saat 14:00 radələrində yaşadığı ünvanın qarşısında olduğu vaxt polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış keçirilməsindən ötrü Siyəzən RPŞ-yə dəvət etmiş, o, isə sonuncularla birlikdə RPŞ-yə getməyə razılaşmış, habelə onlara üzərində tapdığı narkotik vasitələrin olduğunu göstərmişdir. RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilməsinə başlamazdan əvvəl müstəntiq tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmaqla, üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququ təmin olunmuş, ona fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmişdir. O, da həm üzərimdə keçiriləcək şəxsi axtarış zamanı, həm də, cinayət prosesinin digər mərhələlərində hüquqlarının Müdafiəçi tərəfindən müdafiə edilməsinə hər hansı etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunduqda, əynində olan boz rəngli qısaqollu gödəkcənin sol yan cibindən müxtəlif əskinaslarda olmaqla, 149 manat məbləğində pulu, həmin gödəkcənin sağ yan cibindən 1 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinasları olmaqla, cəmi 9 manat məbləğində pulu, habelə həmin gödəkcənin sağ yan cibindən içərisində 5 ədəd gümüşü və 3 ədəd qırmızı rəngli olmaqla, ümumilikdə 8 ədəd bükülü olan sellofanı çıxararaq masanın üzərinə qoymuş və bükülülərin içərisindəki kütlələrin hamısının narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzəri sellofanla örtülü bükülülər ayrı-ayrılıqda açıldıqda hər birinin içərisində narkotik vasitə olan heroinə bənzər kütlələrin olması aşkar olunmuş və yenidən şəffaf rəngli sellofana bükülərək bir ədəd ağ rəngli zərfin içərisinə qoyulmaqla, qablaşdırılmış, zərfin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, bu barədə tərtib olunmuş protokol, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, polis əməkdaşları yaşadığı ünvana baxış keçirəcəklərini bildirmiş, o, da etirazının olmadığını bildirmiş, habelə, polis əməkdaşları ilə birlikdə baxış keçirilməsi üçün yaşadığı ünvana getmişlər. Burada yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması barədə ərizəni müstəntiqə təqdim etmiş, sonra, yaşadığı ünvana Müdafiəçi iştirakı ilə baxış keçirilməsinə başlanılmışdır. Qeyd edir ki, qardaşı və o, eyni həyətdə qonşu evlərdə yaşayır, hazırda ona məxsus evdə təmir işləri görüldüyündən müvəqqəti olaraq qardaşına məxsus evdə yaşayır. Baxış zamanı ilk olaraq həyətyanı sahədə it saxlamaq üçün nəzərdə tutulmuş taxtadan hazırlanmış yerə baxış keçirilərkən həmin yerin qapısının kilidini yerdə olan açarla açmış və baxış zamanı it damından ona məxsus qara rəngli pul qabı, pul qabının içərisindən isə narkotik vasitəni istehlak etmək üçün istifadə etdiyi sınıq şüşə qab (flakon), 4 ədəd inyeksiya vasitəsi olan şprislər və şəffaf rəngli selofanın içərisində kristalşəkilli kütlə yəni, narkotik vasitə heroini qəbul etmək üçün istifadə etdiyi limon duzu aşkar olunmuşdur. Aşkar olunmuş predmetlər yenidən həmin pulqabının içərisinə qoyularaq bir ədəd ağ zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, qardaşının yaşadığı otağa, daha sonra, ona məxsus evin qonaq otağına baxış keçirilsə də, oralardan qanunla qadağan olunmuş predmetlər aşkar olunmamışdır. Bundan sonra, polis əməkdaşları ilə birlikdə qonaq otağı vasitəsilə hal-hazırda təmir edilən otağa daxil olmuş, orada qonaq otağına açılan pəncərənin qarşısından ağrıları çox olduqda narkotik vasitəyə olan tələbatını azaltmaq üçün istifadə etdiyi, onda çoxdan olduğundan, haradan əldə etdiyini xatırlamadığı, içərisində 2 ədəd dərman qablaşdırmasında və 1 ədəd qablaşdırmadan çıxarılmış formada ümumilikdə 3 ədəd qırmızı rəngli tramadol dərmanının və 1 ədəd gümüşü rəngli metadon dərmanının olduğu bir ədəd şəffaf rəngli sellofan, həmçinin, 1 ədəd qara rəngli kağız bükülüdə qoyduğu narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra, içərisində narkotik tərkibli həblər olan sellofan bükülü və 1 ədəd qara rəngli bükülü bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, bu barədə tərtib olunmuş protokol, iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitələri və narkotik tərkibli həbləri saxlamasından ailə üzvlərindən və digər şəxslərdən heç kimin xəbəri olmamış, habelə, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmçinin, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təzyiq olunmamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 02 iyun 2021-ci il tarixdə Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə həmin gün CAB-ın əməliyyat müvəkkili Şahid2, İTB-nin İNQBK-nin təhlükəsizliyi qrupunun baş inspektoru Şahid3, Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru X3, PPXT-nın polis nəfərləri X5, X6, X4 və Şahid4 ilə birlikdə Siyəzən şəhəri, Şəhriyar küçəsinə getmiş və ətraf ərazini müşahidəyə götürdükləri zaman Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında dayandığını görüb, ona yaxınlaşmış, özlərinin təqdim edərək Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçiriləcəyini, bu barədə əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərarın olduğunu bildirib, üzərində şəxsi axtarış aparmaq məqsədilə rayon Polis Şöbəsinə dəvət etmiş və sonuncu üzərində şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirdikdə tərəflərindən RPŞ-yə aparılmışdır. RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış başlamazdan əvvəl sonuncuya və digər iştirakçılara qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, habelə, X7 tərəfindən Təqsirləndirilən şəxs müvafiq bildiriş verilmiş, həmçinin sonuncunun üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı X7 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulduqda, sonuncu əynində olan boz rəngli gödəkcənin sol yan cibindən 3 ədədi 20 manatlıq, 5 ədədi 10 manatlıq, 5 ədədi 5 manatlıq və 14 ədəd 1 manatlıq pul əskinasları formasında olmaqla, cəmi 149 manat nağd pulu və əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən isə 1 ədədi 5 manatlıq və 4 ədədi 1 manatlıq pul əskinasları formasında olmaqla, cəmi 9 manat pulu, ümumilikdə isə 158 manat pulu, habelə, əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülünü çıxararaq masanın üzərinə qoydu və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükülünün içərisindəki kütlənin “kakos” olduğunu bildirmişdir. Sonra, sellofanın ağzı açılıb içərisindəki bükülülər sayıldığında 3 ədəd qırmızı rəngli və 5 ədəd gümüşü rəngli bükülü olmaqla, ümumilikdə 8 ədəd bükülülər olduğu, bütün bükülülərin üzərinin sellofanla üzləndiyi, Şahid2 və tərəfimdən bükülülər bir-bir açıldığında hər bir bükülünün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Qırmızı rəngli bükülülərdən birinin ağzı açılarkən büküm yararsız hala düşdüyündən üzəri əlavə gümüşü rəngli siqaret kağızı ilə örtülmüş, habelə, digər kağız bükülülərin ağızları bağlanılaraq yenidən 1 ədəd şəffaf rəngli sellofanın içərisinə qoyulmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 8 ədəd bükülülər və pul əskinasları müstəniq Rəhmin Zeynalov tərəfindən iki ədəd ayrı-ayrı ağ rəngli zərflərin içərisinə qoyularaq qablaşdırılmış, zərflərin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, əlavə qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. X7 Təqsirləndirilən şəxs şifahi olaraq yaşadığı ünvanda qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını soruşub, yaşadığı ünvana baxış keçiriləcəyini bildirdikdə, sonuncu yaşadığı ünvanda qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını, habelə, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan dərhal sonra, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış yekunlaşmış və sonuncunun yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 18 nömrəli evə videoçəkiliş vasitəsilə baxış keçirilməsi üçün Şahid2 və Şahid3 ilə birlikdə qeyd olunan ünvanın qarşısına gəlmişlər. Burada Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması barədə ərizəni təqdim edib, iştirakçıları evə dəvət etmişdir. İlk olaraq evin həyətyanı sahəsinə baxış keçirdikləri zaman həyətin sonunda sol tərəfdə it saxlanılması üçün nəzərdə tutulmuş taxta tikilinin olduğu, həmin taxta tikiliyə tərəflərindən baxış keçirilərkən, orada 1 ədəd qara rəngli pul qabı olması, pul qabına baxış keçirilən zaman isə içərisində 1 ədəd inyeksiya vasitəsi, 1 ədəd sınmış vəziyyətdə narkotik vasitənin bişirilməsi üçün istifadə olunan şüşə (flakon), 1 ədəd şəffaf rəngli sellofanın içərisində limon duzu və əlavə 3 ədəd inyeksiya vasitəsi aşkar olunmuşdur. Qeyd olunan predmetlər aşkar olunduğu formada həmin qara rəngli pul qabının içərisinə qoyulmuş və pul qabı iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evin təmir gedən otağına keçirilən baxış zamanı həmin otaqda olan qonaq otağına açılan pəncərənin qarşısında şəffaf rəngli sellofan, həmin sellefona X7 tərəfindən baxış keçirildikdə orada, 2 ədəd istehsal olunduğu qablaşdırmada, 1 ədəd heç bir qablaşdırmada olmayan qırmızı rəngli tramadol həbləri, 1 ədəd gümüşü rəngli bükülüdə üzərində “M-40” sözləri yazılmış metadon həbi və 1 ədəd qara rəngli bükülüdə narkotik vasitə heroin də aşkar olunmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin həblərin ağrıkəsici tərkibli olmasını bildirmişdir. Daha sonra, aşkar olunmuş predmetlər bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam etdirilsə də, oradan qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, növbətçi hissəsinin növbətçi köməkçisi Şahid5, PPXT-nin polis nəfəri Şahid4 və İTB-nin İNQBK təhlükəsizliyi qrupunun baş inspektoru Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, əvvəllər Rusiya Federasiyasında ailəsi ilə birlikdə yaşadığı vaxtdan narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. Lakin, son dövrlər narkotik vasitə istifadəçilərindən “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu və onun da yaxşı “həz” gətirdiyini eşitmişdir. Təxminən 2021-ci il iyun ayında içkili olduğu vaxt psixotrop maddə “şüşə” kimi tanınan metamfetamin qəbul etmək həvəsi yaranmış və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan “Saşa” kimi tanınan Siyəzən şəhər sakini Mehdi adlı şəxsdən ala biləcəyini düşünüb ona zəng etməyi qərara almışdır. Bunun üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Saşa” kimi tanınan Mehdi adlı şəxsin onda olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq, şəxsi istifadəsi üçün istehlak miqdarında “şüşə”, yəni psixotrop maddə metamfetamin lazım olduğunu bildirmiş və neçə manat pula satdığını soruşmuşdur. Mehdi isə telefonda onunla danışan zaman “şüşə kimi tanınan psixotrop maddəni 10 manat pula satdığını bildirmişdir. Mehdidən əlavə olaraq “şüşəni” almaq üçün haradan gəlib götürə biləcəyini soruşduqda, sonuncu yaşadığı evin yaxınlığına, yəni dəmiryolunun üst hissəsinə gəlməli olduğunu və psixotrop maddəni orada evin divarına yaxın bir yerdə otluğun içərisinə 1 ədəd siqaret qutusunun içərisində olacağını bildirmiş və onlar bu barədə telefondan ətraflı danışıb razılaşdıqdan sonra, “şüşəni” almaq üçün piyada Mehdinin yaşadığı ünvana yaxın olan dəmiryolunun üst hissəsinə getmişdir. Mehdi ilə danışıb razılaşdığı kimi onun yaşadığı evin çöl hissəsində divara yaxın otluğun içində qabaqcadan sonuncu tərəfindən həmin yerə qoyulmuş 1 bir ədəd boz rəngli “klassik “markalı siqaret qutusunu tapmış, siqaret qutusunu dərhal yerdən götürüb içərisinə açıb baxdıqda, içində bir gümüşü rəngli siqaret kağızı bükümündə “şüşə” olduğunu görüb onu tanıyandan sonra, özü ilə götürmüş, bunun müqabilində ödəməli olduğu 10 manat pulu Mehdi ilə razılaşdığı kimi siqaret qutusunun içərisinə qoyub ağzını bağlamış və siqaret qutusunu yenidən götürdüyü yerə qoymuşdur. Bundan sonra, həmin psixotrop maddə metamfetamini üzərində götürərək piyada yaşadığı ünvana yollanmış və yaşadığı ünvana çatdıqdan sonra, həmin psixotrop maddə metamfetamini yaşadığı küçənin dalanında kənar şəxslərin olmadığı xəlvəti bir yerdə nəfəsinə çəkmək yolu ilə istifadə etmişdir. Məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, təxminən 5 il olar narkotik vasitələrdən istifadə edir. Həmin vaxtdan da başlayaraq narkotik vasitə heroin, güclü təsir edən dərmanlar və düşəndə marixuanadan istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitələri əsasən Bakı şəhərində tanımadığı şəxslərdən şəxsi istehlakı üçün alıb istifadə etmişdir. Lakin, tutulduqdan bir müddət sonra narkotik vasitənin istehlakına fasilə vermək qərarına gəlmiş və müalicə olunmağa başlamışdır. Müalicə aldığı müddətdə baş qaldıran ağrılarını kəsmək üçün güclü təsir edən tramadol dərmanı qəbul etmişdir. Həmin dərmanları şəxsi istifadəsi üçün narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmaqla, “Saşa” kimi tanınan Siyəzən şəhər sakini Mehdi adlı şəxsdən ala biləcəyini düşünərək ona zəng etmək qərarına gəlmişdir. Bunun üçün o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Saşa” kimi tanınan Mehdi adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq çox pis ağrılarının olduğunu, şəxsi istifadəsi üçün güclü təsir edən tramadol dərmanı lazım olduğunu bildirmiş və ona tramadol dərmanı verməsini xahiş etmişdir. Əlavə olaraq telefonda Mehdi ilə danışıq zamanı tramadol həbini ona neçə manat pula satacağını soruşduqda, Mehdi qiymət barədə heç bir şey danışmayaraq sözügedən dərmanı almaq üçün yaşadığı evin yaxınlığına, yəni dəmiryolunun üst hissəsinə gələrək götürə biləcəyini bildirmişdir. O, Mehdi ilə bu barədə telefonda ətraflı danışıb razılaşdıqdan sonra tramadol həbini almaq üçün piyada sonuncunun yaşadığı ünvana yaxın olan dəmiryolunun üst hissəsinə yollanmışdır. Qabaqcadan danışdıqları kimi Mehdinin yaşadığı evin yaxınlığında onunla görüşərək tramadol həbini alaraq qarşılığında sonuncuya 5 manat pul verib, həbi üzərində götürərək piyada yaşadığı ünvana qayıtmışdır. Yaşadığı ünvana çatdıqdan sonra həmin tramadol həbini evdə istifadə etmişdir. Təqsirləndirilən şəxs əvvəllər də bir dəfə güclü təsir edən tramadol həbi almışdır. Məhkəməyə ünvanlanmış ərizəsində məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, təxminən 2 il olar, narkotik vasitə olan heroindən və “şüşə” kimi tanınan psixotrop maddə metamfetamindən istifadə edir. Qəbul etdiyi narkotik vasitələri Siyəzən rayonunda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan “Saşa” ləqəbli Siyəzən şəhər sakini Mehdi adlı şəxsdən pul müqabilində almışdır. Bunun üçün qabaqcadan istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Mehdinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etməklə, sonuncuya “şüşə” lazım olduğunu, qiyməti barədə danışıb, razılaşaraq haradan götürə biləcəyini öyrənmişdir. Mehdi telefonda onunla danışıq zamanı “şüşə kimi tanınan psixotrop maddənin 10 manat pula satıldığını bildirmiş, əlavə olaraq “şüşəni” almaq üçün haradan götürə biləcəyini soruşduqda isə Mehdi ona yaşadığı evin yaxınlığına gələrək orada görüşüb, ala biləcəyini qeyd etmişdir. 01 iyun 2021-ci il tarixdə axşamüstü radələrində Mehdi ilə bu barədə telefonda ətraflı danışıb razılaşdıqdan sonra həmin “şüşəni” almaq üçün piyada Mehdinin yaşadığı ünvana yollanmışdır. Qabaqcadan danışıb razılaşdıqları kimi Mehdinin yaşadığı ünvanın, yəni Şəhriyar küçəsinin yaxınlığında görüşərək “şüşə” kimi tanınan psixotrop maddə üçün ödəməli olduğu 10 manat pulu Mehdiyə vermiş, sonuncu isə əvəzində ona razılaşdıqları kimi psixotrop maddə metamfetamin kütləsinin olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü verərək çıxıb getmişdir. Bundan sonra, həmin psixotrop maddə metamfetamini götürərək piyada yaşadığı ünvana qayıtmış, yaşadığı ünvana çatdıqdan sonra psixotrop maddə metamfetamini yaşadığı küçənin dalanında kənar şəxslərin olmadığı xəlvəti bir yerdə nəfəsinə çəkmək yolu ilə istifadə etmişdir. Təqsirləndirilən şəxs 1 il olar tanıyır. Belə ki, tanışlıqlarına səbəb hər ikisinin ev göyərçinləri saxlaması olmuşdur. Tanış olandan sonra Mehdinin narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmiş və daha sonra bir neçə dəfə ondan pul müqabilində narkotik vasitə və psixotrop maddələr əldə etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 45-49-cu vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2021-ci il tarixli, 6/2241 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” yazısı olan zərfdəki 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,093qr, 0,089qr, 0,078qr, 0,085qr, 0,080qr, 0,130qr, 0,074qr, 0,115qr, ümumi təmiz çəkisi 0,744 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Eyni zamanda, rəydən görünür ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan.. aşkar olunmuş..” yazısı olan 2 zərfdəki, o cümlədən 1 ədəd “qara” rəngli kağız bükümdə təmiz çəkisi 0,332 qram tünd qəhvəyi rəngli bərk vəziyyətdə dənəvari formada maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd “gümüşü” rəngli kağız bükümdə üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 1 ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edir; üzərində “Royal...225” yazısı olan konvalyutda 2 ədəd qablaşdırılmamış vəziyyətdə 1 ədəd, ümumi 3 ədəd qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlarid tərkibli dərman preparatıdır və 3 ədəd həbdə tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 0,675 qramdır (bir həbdə 0,225 qram tramadol hidroxlarid olmaqla); bir ədəd qara rəngli pul qabının içərisində bir ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 14,945 qram ağ rəngli xırda kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid olmayan limon turşusudur, bir ədəd şüşə ampulun və 3 ədəd 1 ml-lik şprisin içərisində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün olmamışdır. Həmin pulqabındakı 1 ədəd 1 ml-lik şprisin içərisində narkotik və psixotrop maddələrə məxsus izlər yoxdur. Təqsirləndirilən şəxs yaşadığı ünvandan və üzərindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1,076 qramdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıya əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına, tramadol hidroxlarid 16 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına daxildirlər. Təmiz çəkisi 1,076 qram olan heroinin 0,15 qramı tədqiqata sərf olunduqdan sonra qalıq çəki 0,926 qram təşkil etmiş, 3 ədəd tramadol həbindən 1 həb və 1 ədəd metadon həbinin ½ hissəsi sərf edildikdən sonra 2 ədəd tramadol, ½ həb hissəsi metadon qalmışdır. Cinayət işinin 44-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 160-161-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 03 iyul 2021-ci il tarixdə verilmiş 2152 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-26-cı vərəqələrində olan 02 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə, eləcə də 30-32-ci vərəqələrində olan eyni tarixli baxış və götürmə haqqında protokollardan görünür ki, 02 iyun 2021-ci il tarixdə saat 14:53-dən saat 15:11-dək, həmçinin saat 15:30-dan saat 15:51-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış və üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofanın içərisində 8 ədəd bükümlərdə aşkar olunaraq götürülmüş, əməliyyat-axtarış təbdirlərinin davamı olaraq yaşadığı ünvanda videoçəkiliş vasitəsilə keçirilən baxış zamanı narkotik vasitə heroinə bənzər digər kütlənin isə 1 ədəd qara rəngli kağız bükülüdə, narkotik vasitə metadon 1 ədəd üzərində “F/M-40” sözləri yazılmış qəhvəyi rəngli dairəvi həb formasında və tramadol hidroxlorid 3 ədəd qırmızı rəngli dairəvi həb aşkar edilmişdir. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkilişlər edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-99-cu vərəqələrində olan 07 iyun 2021-ci il tarixli maddi sübut kimi tanıma, eləcə də işin 186-208-ci vərəqələrində olan 23 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,926 qram narkotik vasitə heroin, 2 ədəd tramadol və ½ hissədə metadon həbləri, həmçinin təmiz çəkisi 14,945 qram ağ rəngli xırda kristallardan limon turşusu, içərisində heroin izləri olan 1 ədəd şüşə ampul və 3 ədəd 1 ml-lik şpris, eləcə də 1 ədəd 1 ml-lik şpris cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə 02 iyun 2021-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də həmin tarixdə onun yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindək 18 saylı evə videoçəkiliş ilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 ədəd, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 3 ədəd Kompakt Disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 iyul 2021-ci il tarixli tələbnaməsindən, həmçinin işin 125-135-ci vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 fevral 2009-cu il tarixli, 1(101)-280/09 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib, 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmçinin CM-nin 67.1-ci maddəsi tətbiq olunub, Siyəzən Rayon Məhkəməsinin 25 sentyabr 2008-ci il tarixli hökmü ilə təyin edilmiş, lakin çəkilməmiş 8 ay islah işləri cəzasının üç günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 2 ay 20 gün hesablanmış və yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilərək ona qəti olaraq 11 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 19 dekabr 2019-cu il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və o, üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 02 iyun 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-94-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 4(059)-29/2021 saylı qərarından, eləcə də eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi Şamil Rzayevin vəsatəti təmin edilməmiş, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, habelə həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 140-141-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, daşıma, satma, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 1,076 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 0,04 qram çəkidə narkotik vasitə olan metadon və güclü təsir edən maddə hesab olunan tərkibindəki təsiredici maddələrinin miqdarı 0,675 qram təşkil edən tramadol hidroxloridi əldə edərək üzərində və yaşadığı ünvan 2 ünvanda saxlaması, heroinin müxtəlif bükümlərə bölünməklə ayrılması, habelə ayrı-ayrı vaxtlarda Şahid6la, Şahid8lə və Şahid7la əvvəlcədən razılıq əldə edərək, onları müəyyən haqq müqabilində qanunsuz olaraq narkotik vasitə, psixotrop, habelə güclü təsir edən maddə ilə təmin etməsi, bununla da öz şəxsi maraqlarını təmin etməsi Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop, habelə güclü təsir edən maddə satmasını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci və 240.1-ci maddələri ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən qismən peşmançılıq hissi keçirməsini, barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə (törətdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsi nəzərə almaqla) görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci və 240.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, şəxsiyyətini, o cümlədən əvvəllər ictimai təhlükəsizlik, həyat və sağlamlıq əleyhinə, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməllərinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, yenidən bu dəfə də əvvəllər olduğu kimi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar kateqoriyadan olan cinayət əməlini törətməsi onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artdığını, hüquqazidd əməllərini davam etdirməklə, barəsində bu məhkəmənin icraatında cinayət işinin araşdırıldığını bilə-bilə Bakı şəhəri, Xəzər rayonun ərazisində təkrarən eyni qəbildən olan cinayət əməlini törətməkdə ittiham edilməsini, məhkəmə istintaqından yayındığına görə barəsində dəfələrlə məcburi gətirmə tətbiq olunmasını, bununla belə yuxarıda qeyd olunan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.2-ci və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdən 04 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,926 qram narkotik vasitə heroin, 2 ədəd tramadol və ½ hissədə metadon həbləri, həmçinin təmiz çəkisi 14,945 qram ağ rəngli xırda kristallardan limon turşusu, içərisində heroin izləri olan 1 ədəd şüşə ampul və 3 ədəd 1 ml-lik şpris, eləcə də 1 ədəd 1 ml-lik şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə 02 iyun 2021-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də həmin tarixdə onun yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindək 18 saylı evə videoçəkiliş ilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 ədəd, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 3 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 114 manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,926 qram narkotik vasitə heroin, 2 ədəd tramadol və ½ hissədə metadon həbləri, həmçinin təmiz çəkisi 14,945 qram ağ rəngli xırda kristallardan limon turşusu, içərisində heroin izləri olan 1 ədəd şüşə ampul və 3 ədəd 1 ml-lik şpris, eləcə də 1 ədəd 1 ml-lik şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə 02 iyun 2021-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də həmin tarixdə onun yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindək 18 saylı evə videoçəkiliş ilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 ədəd, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 3 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-3/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-3/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver