Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-3/2023 24.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 24 yanvar 2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxx 1988-ci il tarixdə Qusar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə, saat 22:15-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transit” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 81-ci kilometrliyində, yolun Bakı istiqamətindəki təmirdə olan hərəkət hissəsi ilə 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin İİİ bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, havanın qaranlıq olması səbəbindən qarşıda yolun təmirə bağlı olduğunu görməmiş və əks yola manevr edərkən idarəetməni itirərək Quba istiqamətindəki hərəkət hissəsinə çıxmış və yolun həmin istiqamətdəki hərəkət hissəsi ilə 50 km/saat sürətlə düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21099” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-21099” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 kəllə əsasının sınığı, beyin silkələnməsi, sol almacıq sümüyünün sınığı, sol bud sümüyünün sınığı, döş qəfəsinin küt travması kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, “VAZ-21099” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 QKBT, baş beyin silkələnməsi, sağ əngin ön, lateral divarının, sol əngin arxa divarın sınığı, iki tərəfli hemosinus, hər iki tərəfli paraorbital nahiyədə dərialtı hematoma, sağ diz nahiyəsində çapılmış yarası, üst çənənin kəsici dişlərin qopması, alt dodağın, sol təpə, qulaq, hər iki ayaq, bilək nahiyələrində sıyrıntı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvuran bədən xəsarətləri almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 17 iyun 2022-ci il tarixdə, saat təxminən 22:15 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transit” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qusar rayonundan Bakı istiqamətində 50 km/saat sürətlə hərəkətdə olduğu vaxt, Siyəzən rayonunun Zarat kəndində yerləşən stasionar postu təxminən 3 kilometr keçəndən sonra, yəni Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 81-ci kilometrliyində yolun hərəkətdə olduğu hissəsinin təmir ilə əlaqədar bağlı olduğunu gec görmüş və bu zaman idarə etdiyi avtomobili yolun Bakı istiqamətindəki hərəkət hissəsindən Quba istiqamətindəki hərəkət hissəsinə manevr etdirmiş, lakin yerdə çınqıl dənələri olduğu üçün avtomobili sürüşmüş, habelə idarəetməni itirdiyindən avtomobilinin qabaq sağ hissəsi ilə yolun Quba istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkətdə olan “Vaz 21099” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında toqquşma baş vermişdir. Bu zaman avtomobilində yük olmasa da, avtomobilin salonun qabaq sağ oturacağında tanışı Şahid əyləşmiş, toqquşmadan sonra, sonuncu, habelə köməyə çağırdığı daha iki nəfər şəxs ilə birlikdə adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 “Vaz 21099” markalı avtomobildən çıxartmışdır. Bir müddət sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid Siyəzən rayon MDM-yə aparsa da, təcili yardım avtomobilində yer olmadığı üçün o, hadisə yerində gözləmiş, sonradan isə sol çiyin nahiyəsində güclü ağrı yarandığına görə Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasına getmiş, habelə sol körpücük sümüyünün sındığı məlum olmuşdur. Bundan başqa, atası Ceyhun Döyüşov ilk onun yox, zərərçəkmişlərin olduğu xəstəxanaya getmiş, habelə sonuncuların müalicəsinə maddi yardım göstərmişdir. Həmçinin, zərərçəkmiş Zərərçəkmiş şəxs2 axırıncı əməliyyatına 950 manat olmaqla, sonuncunun ümumi müalicə və müayinəsinə cəmi 9700 manat məbləğində xərc çəkmişdir. Eyni zamanda, digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 xəstəxanada olarkən müalicə və müayinəsinə qohumu köməklik göstərsə də, ona, kreditdə olan avtomobilinin aylıq ödənişini etməsi üçün cəmi 1050 manat yardım etmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən öncə tanımamış, sonuncu ilə aralarında hər-hansı ədavət və düşmənçilik olmamışdır. 17 iyun 2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən avtoyuma məntəqəsində olduğu vaxt dostu Zərərçəkmiş şəxs2 mobil telefonuna zəng vurub, onu yaşadığı Xaçmaz rayonuna aparmasını xahiş etmiş, həmin gün Zərərçəkmiş şəxs2 ilə birlikdə saat təxminən 22:15 radələrində etibarnamə əsasında idarə etdiyi “Vaz 21099” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhərindən Xaçmaz rayonu istiqamətində 50 km/saat sürətlə hərəkətdə olduğu vaxt Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 81-ci kilometrliyində, Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən stasionar posta çatmağa az qalmış, yol patrul xidməti əməkdaşı avtomobilinə saxla işarəsi verməsin deyə, təhlükəsizlik kəmərini bağlayarkən hadisə baş vermiş, habelə hadisəni görməmiş, həmçinin bundan sonra özünə gələrkən Siyəzən rayon MDM-də olduğunu bilmişdir. Bundan əlavə, hadisə vaxtı Zərərçəkmiş şəxs2 qabaq sağ tərəfdə əyləşmiş, eyni zamanda, idarə etdiyi avtomobil ilə eyni istiqamətdə, həmçinin önündə “Kamaz” markalı yük avtomobili hərəkət etdiyindən, xəstəxanada olarkən ilk öncə idarə etdiyi avtomobilin qarşısında olan yük avtomobili ilə toqquşduğunu zənn etmiş, lakin sonra, Şahid hadisə barədə soruşduğunda, hadisənin necə baş verdiyini bilmişdir. Bundan başqa, Siyəzən rayon MDM-də olarkən Zərərçəkmiş şəxs2 orada olmadığını, sonuncunun vəziyyətinin ağır olduğunu, həmçinin onun Bakı şəhərində yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıldığını öyrənmiş, bu zaman qorxduğundan Siyəzən rayon MDM-dən çıxıb Sumqayıt şəhərinə getmiş, orada alkotest müayinəsindən keçmiş, həmçinin hadisə vaxtı içkili olmamasına dair sənədi hadisədə təqsirkar hesab edilməsin deyə polis əməkdaşlarına təqdim etmişdir. Bununla yanaşı, Zərərçəkmiş şəxs1 əvvəlcə ifadəsində avtomobilinin yararsız vəziyyətdə olduğundan kredit ödənişlərini ödəyə bilmədiyini, habelə Təqsirləndirilən şəxs şikayətçi olmasının səbəbinin də, sonuncunun avtomobilinin kredit ödənişlərinə köməklik etməməsini bildirsə də, sonuncu məhkəmə baxış iclasında o, ərizəylə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə ona qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin gələcəkdə də olmayacağını bildirib, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən öncə tanımamış, sonucu ilə aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 17 iyun 2022-ci il tarixdə, saat təxminən 22:15 radələrində dostu Elnar Məmmədovun etibarnamə əsasında idarə etdiyi “Vaz 21099” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhərindən Xaçmaz rayonu istiqamətində 50 km/saat sürətlə hərəkətdə olduqları vaxt Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 81-ci kilometrliyində, Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən stasionar posta çatmağa az qalmış, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil onların hərəkət zolağına keçib, Elnar Məmmədovun idarə etdiyi avtomobillə üz-üzə toqquşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilini 50 km/saat sürətlə deyil, daha yüksək sürətlə hərəkət etdirdiyindən, idarəetməni itirmişdir. Hadisə nəticəsində ciddi xəsarət aldığından ilk olaraq aparıldığı Siyəzən rayon MDM-dən Bakı şəhərində yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs əməliyyatlarına 4000 və 2000 manat, habelə sonuncu dəfə sol gözünün əməliyyatına 950 manat pul xərcləsə də, hazırda sağlamlığı tam olaraq bərpa olunmamışdır. Belə ki, sol gözü altmış faiz görsə də, sağ gözü ümumiyyətlə görmür. Lakin, Türkiyə Respublikasında əməliyyat olunsa gözləri tam olaraq sağala bilər. Bununla yanaşı, Zərərçəkmiş şəxs2 əvvəlcə ifadəsində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza verilməsinin tərəfdarı olmasa da, ondan şikayətçi olduğunu, habelə müalicəsi üçün pul verməsini tələb etdiyini bildirməsinə baxmayaraq, sonuncu məhkəmə baxış iclasında o, ərizəylə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə ona qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin gələcəkdə də olmayacağını bildirib, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 17 iyun 2022-ci il tarixdə, saat təxminən 22:15 radələrində Təqsirləndirilən şəxs “Ford Transit” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qusar rayonundan Bakı istiqamətində 50 km/saat sürətlə hərəkətdə olduqları vaxt Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 81-ci kilometrliyində qarşıda olan avtomobil uzaq vuran işıqları yandırmaqla, idarə etdiyindən hərəkətdə olduqları yolun təmir ilə əlaqədar bağlı olduğunu gec görmüş və bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yolun Bakı şəhəri istiqamətindəki hərəkət hissəsindən Quba rayonu istiqamətindəki hərəkət hissəsinə manevr etdirsə də, yerdə çınqıl dənələri olduğu üçün avtomobil sürüşmüş, habelə sonuncu idarəetməni itirdiyindən avtomobilin qabaq sağ hissəsi ilə yolun Quba istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkətdə olan “Vaz 21099” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi arasında toqquşma baş vermişdir. Həmin vaxt avtomobilin salonunda qabaq sağ tərəfdə əyləşsə də, xəsarət almamışdır. Bundan başqa, hadisədən dərhal sonra Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 avtomobillərindən çıxartmış, daha sonra, sonuncular və o, hadisə yerinə təxminən 10 dəqiqə sonra gəlmiş təcili tibbi yardım avtomobili ilə Siyəzən rayon MDM-yə aparılmışdır. Zərərçəkmiş şəxs1 24 yanvar 2023 il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə ona qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin gələcəkdə də olmayacağını bildirib, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 24 yanvar 2023 il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə ona qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin gələcəkdə də olmayacağını bildirib, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 24 yanvar 2023 il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, özünü təqsirli bilməklə, törətdiyi əməldən səmimi peşmançılıq keçirdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, sonunculara dəymiş zərəri tam şəkildə ödədiyinə görə onların ona qarşı şikayət və tələblərinin olmamasını bildirmiş və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 69-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 8/1627 nömrəli ekspert rəyindən görünür ki, “Ford Transit” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda rəydən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz 21099” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum olmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 68-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 72-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 məhkəmə-tibb ekspertizasının 05 iyul 2022-ci il tarixli, 950 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində QKBT. Baş beyin silkələnməsi, sağ əngin ön, lateral divarının, sol əngin arxa divarın sınığı, iki tərəfli hemosinus, hər iki tərəfli paraorbital nahiyədə dərialtı hematoma, sağ diz nahiyəsində çapılmış yarası, üst çənənin kəsici dişlərin qopması, alt dodağın, sol təpə, qulaq, hər iki ayaq, bilək nahiyələrində sıyrıntı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmış, tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 17 iyun 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvumaya aiddir. Məhkəmə iclasında elan edilmiş işin 76-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 məhkəmə-tibb ekspertizasının 08 iyul 2022-ci il tarixli, 937 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində kəllə əsasının sınığı, beyin silkələnməsi, sol almacıq sümüyünün sınığı, sol bud sümüyünün sınığı, döş qəfəsinin küt travması xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmış, tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 17 iyun 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvumaya aiddir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş işin 59-cu səhifələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 145-146-cı vərəqələrində olan 21 oktyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 32-34-cü səhifələrində olan AC seriyalı, 223234 saylı sürücülük vəsiqəsinin, Xaçmaz RQİ və TBŞ tərəfindən 18 noyabr 2021-ci il tarixdə verilmiş BD seriyalı, 152840 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də ƏN-V seriyalı, 623481 nömrəli etibarnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2016-cı il tarixdən 10 aprel 2026-cı il tarixədək “BC” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Həmçinin, “Ford Transit” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 bu avtomobili 18 noyabr 2021-ci il tarixdən 10 aprel 2026-cı il tarixədək idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 37-39-cu səhifələrində olan BD seriyalı, 002729 saylı sürücülük vəsiqəsinin, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 08 noyabr 2021-ci il tarixdə verilmiş BA seriyalı, 133701 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də ƏN-V seriyalı, 906528 nömrəli etibarnamənin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs1 08 yanvar 2021-ci il tarixdən 08 yanvar 2031-ci il tarixədək “B1, B, C1, C” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Həmçinin, “Vaz 21099” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4 bu avtomobili 11 yanvar 2022-ci il tarixdən 11 yanvar 2023-cü il tarixədək idarə etmək üçün Zərərçəkmiş şəxs1 etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 114-cü səhifəsində olan "xxxx" ASC-nin X1 “Avtovaz” Servis Xidməti tərəfindən 17 sentyabr 2022-ci il tarixdə verilmiş ziyan aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21099” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə 6300 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında elan edilmiş işin 64-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən 30 iyun 2022-ci il tarixdə verilmiş 016-85470- 1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Məhkəmə iclasında elan edilmiş işin 19-cu səhifəsində olan 18 iyun 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2848 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun alkoqol qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 119-124-cü səhifələrində olan 18 oktyabr 2022ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “VAZ-21099” markalı, ** BD *** və “Ford Transit” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. Həmçinin, bu qərardan görünür ki, Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 116-118-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20 noyabr 2012-ci il təvəllüdlü Anjela, 14 mart 2014-cü il təvəllüdlü Yusif və 22 may 2022-ci il təvəllüdlü Alina adında uşaqları vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyləri, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Bu Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. "Yol hərəkəti haqqında" 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, sonunculara dəymiş zərəri tam şəkildə ödəməsini və zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış, “VAZ-21099” markalı ** BD *** və “Ford Transit” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri pozulduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321.2.1, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21099” markalı, ** BD *** və “Ford Transit” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-3/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-3/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver