Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-3/2024 16.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 16 yanvar 2024-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1987-ci il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(059)-12/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 04 aprel 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış, məhkəmənin qeyd olunan hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 9 (doqquz) ay 12 (on iki) gününü çəksə də, 16 yanvar 2024-cü il tarixdə bu cəzanın 02 (iki) iİ 02 (iki) ay 14 (on dörd) gün hissəsi çəkilməmiş qalmış, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 1(059)- 20/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, üzərində məhkumluğu olan, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 02 fevral 2023-cü il tarixdə, saat 19:00 radələrində tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup təşkil edərək Zərərçəkmiş şəxs məxsus Siyəzən şəhərinin C.Cabbarlı küçəsindəki 12 saylı evdə yerləşən fərdi yaşayış evinin hasarla əhatələnmiş həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus bir ədəd 140 manat dəyərində UAZ 53 markalı yük maşınına məxsus bir ədəd işlək vəziyyətdə arxa körpünü oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 02 fevral 2023-cü il tarixdə, saat 19:00 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil edərək Siyəzən şəhərinin C.Cabbarlı küçəsindəki 12 saylı evdə qeydiyyatda olmaqla, yaşayan Zərərçəkmiş şəxs evinin həyətyanı sahəsinə qanunsuz olaraq daxil olaraq oradan 1976-cı il istehsallı olan UAZ 53 markalı yük maşınına məxsus olan bir ədəd arxa körpünü gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 140 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 12 fevral 2023-cü il tarixdə, saat 14:00 radələrində Siyəzən şəhərinin H. Aslanov küçəsində yerləşən 23 nömrəli evdə X1 qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,395 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamış, 12 fevral 2023-cü il tarixdə, saat 14:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı X3 yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 23 saylı evin həyətində saxlanılaraq üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə təmiz çəkisi 0,395 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, o, təkrar olaraq, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,458 qram təşkil edən narkotik vasitə heroini üzərində saxlamış, 15 may 2023-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək Siyəzən şəhərinin H. Əliyev küçəsində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə 0,458 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 çoxdan tanımaqla, yanaşı onunla dost olmasalar da, yoldaşlıqları olmuşdur. Digər cinayət işi ilə bağlı 05 fevral 2023cü il tarixdə bu məhkəmədə hazırlıq iclası keçirildikdən sonra məhkəmədən çıxarkən Siyəzən RPŞ-nin Vasif adlı əməliyyat müvəkkili onu saxlayıb, Şahin adlı müstəntiqin məhkəməyə gəldiyini bildirərək, sonuncunu gözləməsini istədikdə, o, müstəntiqlə hansı işinin olduğunu maraqlanmış və məhkəmədəki işinin 14 fevral 2023-cü il tarixə təyin edildiyini qeyd edib, həmin tarixdə məhkəməyə gələcəyini bildirmişdir. Bundan sonra, Vasif adlı əməliyyat müvəkkili onu söhbətgahda saxlamış, bunu kameralar da çəkmiş, özü də bilə-bilə kameraların qabağında durmuşdur. Daha sonra, Vasifdən Şahin müəllimin gəlibgəlməməsi ilə maraqlandıqda, o, ona gəlmədiyini, gedə biləcəyini bildirmiş, habelə yola salanda məhkəmənin darvazasından çıxan kimi avtomaşına əyləşdirilərək, Siyəzən RPŞyə aparılmışdır. RPŞ-də olarkən polis əməkdaşları ona Təqsirləndirilən şəxs2lə oğurluq etdiyini bildirmişlər. Halbuki, o, 04 fevral 2023-cü il tarixdə qardaşının yaşadığı evdən çıxıb, öz evinə gedərkən, həmin gün, təxminən saat 20-20:30 radələrində "xxxx" ASC-nin filialının yerləşmiş olduğu Siyəzən şəhərinin Nizami küçəsində Təqsirləndirilən şəxs2lə rastlaşdığında, sonuncu bankın filialının köhnə binasının qarşısında qoyduğu dəmir əşyanı daşıyıb, zərərçəkmiş Tahirgilə aparmaqda ona köməklik göstərməsini xahiş etmişdir. O, da tullantı kimi alındığını zənn etdiyinə görə dəmir əşyanın daşınmasında Təqsirləndirilən şəxs2 köməklik etməyə razılıq vermişdir. Bundan sonra, həmin predmeti çiyinlərinə aldıqlarında Rəhman əşyanın oğurluq çıxdığını, bununla bağlı Fikrət müəllimlə danışdığını bildirəndə o, əşyanı çiynindən atıb, evinə getmişdir. Daha sonra, baş verənlərlə bağlı, Siyəzən RPŞ-nin təhqiqatçısına izahat verərkən sonuncuya Rəhmanın Fikrət müəllimlə bu barədə danışdığını bildirəndə, təhqiqatçı Fikrət müəllimlə əlaqə saxlamış, sonra isə izahatını yarıda saxlayıb, getməsini istəmiş, o, da evinə getmişdir. Bundan sonra, o, 14 fevral 2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 18 fevral 2023-cü il tarixdə isə Siyəzən RPŞ-nin adının Eldar olduğunu təxmin etdiyi təhqiqatçısı onu RPŞ-yə çağırmış, habelə orada olarkən ona otağında bir nəfərin olduğunu ondan izahat aldığını bildirib, ağ kağız təqdim edərək, kağızı imzalamasını istəmiş, o, da imzalayıb, RPŞ-dən çıxmışdır. Daha sonra, 2023-cü ilin iyul ayında Siyəzən RPŞ-nin müstəntiqi onu çağırıb, cinayət işinin istintaqının yekunlaşması ilə əlaqədar sənədlərə imza etməsini istəmişdir. Halbuki, o, hadisə ilə əlaqədar Siyəzən RPŞ-də ifadə verməmişdir. Məhz bununla əlaqədar oxuya bilmədiyini bildirib, vəkilinin də ora çağırılmasını, sonuncu ilə birgə sənədləri imzalayacığını bildirsə də, imzalamada vəkili iştirak etməmişdir. Amma, ola bilər ki, vəkil sonradan sənədləri imzalasın. Dəfələrlə Şahin müəllimin çağırışlarına gəlmiş, yayınmamışdır. Onun oğurluqda iştirakı olmamış, sadəcə olaraq Rəhmana dəmir əşyanı daşımaqda köməklik etmək niyyəti olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamla təqsirli bilməməsinə dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Siyəzən RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması, həmçinin digər Təqsirləndirilən şəxs2lə oğurluqda iştirak etməməsini qeyd etməsi, bununla da təqsirini etiraf etməməsi özünü, eləcə də digər Təqsirləndirilən şəxs2 müdafiə xarakteri daşıyır, habelə gələcəkdə özünün, eyni zamanda Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, digər Təqsirləndirilən şəxs2 məhkəməyədək istintaq dövründə verdiyi ifadəsi, zərərçəkmiş şəxsin məhkəməyədək və məhkəmə istintaqında verdiyi ifadəsi, Siyəzən RPŞ-nin İstintaq bölməsinin rəisi və Təhqiqat qrupunun təhqiqatçısının izahatları, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Halbuki, Təqsirləndirilən şəxs1 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirildiyi cinayətlə əlaqədar özünü təqsirli hesab edir və tək yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs2 əvvəllər tanımış, onunla münasibəti yaxşı olmuş, düşmənçilik və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs uzun müddət olar, tanıyır. 02 fevral 2023-cü il tarixdə Siyəzən Rayon İcra Hakimiyyətinin inzibati binasının yanında olarkən Təqsirləndirilən şəxs2 ona yaxınlaşmış və salamlaşdıqdan sonra bir nəfərin evinin həyətində avtomobilin körpüsünün (most) olduğunu, həmin körpünü oğurlamaq istədiyini, lakin, ağır olduğu üçün təkbaşına bacarmayacağını, ona kömək etməyini xahiş etmişdir. Rəhman ona “kömək edib mostu oğurlayaq, sonra mostu sataq və pulu yarı bölərik” demişdir. Pul lazım olduğu üçün onunla razılaşmışdır. Bundan sonra, parkdan çıxmış və Rəhmanla birlikdə Siyəzən şəhərinin C.Cabbarlı küçəsində yerləşən Rəhmanın dediyi evə getmişlər. Həmin evin qarşısında olduğu zaman başa düşmüşdür ki, həmin ev Tahirin evidir. Tahirin evinə çatmış, qapı açıq olduğu üçün həyətyanı sahəyə daxil olmuşlar. Həmin vaxt ətrafa göz gəzdirmiş və ətrafda heç kimin olmadığını bilib dəqiqləşdirdikdən sonra həyətə daxil olmuşlar. Qapının ağzında, həyətyanı sahədə olan dəmir arxa körpünü ikisi birlikdə götürmüş və həyətdən çıxmışlar. Həmin arxa körpünü təxminən 20 metr birlikdə daşıdıqdan sonra ağır olduğu üçün yerə qoymuş və onları gələcəkdə satmayacaq taksi sürücüsü axtarmağa başlamışlar. Rəhmandan aralanıb taksi axtarsa da, tapa bilməmiş və arxa körpünü qoyduqları yerə qayıtmışdır. Orada bir qədər Rəhmanı gözləmiş, sonradan Rəhman da yanına gəlmişdir. Rəhman, yolda Tahirlə rastlaşdığını, Tahirin ona həyətindən arxa körpünü oğurlandığını və ondan şübhələnməsini, Tahirin onun barəsində polisə şikayət edəcəyini dediyini bildirmişdir. Bilmişdir ki, Tahir artıq polisə şikayət edəcək və polis artıq üzə çıxaracaq ki, oğurluq etmişlər. Bundan sonra, həmin gün dəmir arxa körpünü orada qoyub getmişlər. Səhəri günü, yəni 03 fevral 2023-cü il tarixdə səhər tezdən Rəhmanla birlikdə həmin dəmir arxa körpünü aparıb Tahirə vermişlər. Həmçinin, Təqsirləndirilən şəxs1 hər hansı bir təsir və təzyiq altında olmadan 03 fevral 2023-cü il tarixdə izahatında bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Siyəzən RPŞ-də aparılan araşdırılma ilə tanış olmuş və bildirmişdir ki, dünən 02 fevral 2023-cü il tarixdə Siyəzən Rayon İcra Hakimiyyətinin inzibati binasının yanındakı parkda olarkən, Təqsirləndirilən şəxs2 ona yaxınlaşmış, oğurluq etmək istədiyini, bir nəfərin evində dəmirdən olan maşın arxa körpüsünün olduğunu, onu oğurlayıb pul etmək istədiyini bildirmişdir. Amma o, arxa körpünü çox ağır olduğundan bu işi tək bacarmayacağını deyib, ona köməklik etməyi təklif etmişdir. Rəhman ona kömək edib arxa körpünü satdıqdan sonra, pulu yarıya böləcəyini bildirmişdir. Pul lazım olduğu üçün onun fikri ilə razılaşmışdır. Parkdan çıxmış 02 fevral 2023-cü il tarixdə, saat 19:00 radələrində Rəhmanla birlikdə sözügedən evə getmişlər. Evə çatanda başa düşmüşdür ki, həmin ev Tahirin evidir. Tahirin evinə çatmış, qapı açıq olduğu üçün həyətə daxil olmuşlar. Qapının ağzında, girişdə olan dəmir arxa körpünü ikisi birlikdə əllərində götürmüş və evdən çıxmışlar. Tahirin evindən çıxıb əllərində olan arxa körpünü Tahirin evindən 15-20 metr məsafəyə qədər apara bilmişlər. Lakin, arxa körpü çox ağır olduğundan, onu yerə qoymuşlar, maşın lazım olduğunu başa düşmüşlər. O və Rəhman onları gələcəkdə oğurluq etdiklərinə görə satmayacaq taksi axtarmağa başlamışlar, lakin xeyli axtarsalar da, tapa bilməmişlər. O, taksi tapa bilmədiyi üçün arxa körpünü qoyduqları yerə qayıtmış, orada bir qədər Rəhmanı gözləmiş, sonuncu gəlmiş və ona yolda Tahiri gördüyünü bildirmişdir. Rəhman, Tahirin ona həyətindən arxa körpünü oğurlandığını və ondan şübhələnməsini dediyini bildirmişdir. O, başa düşmüşdür ki, Tahir artıq həyətindən oğurluq baş verdiyini bilir. Həmçinin, Tahir Rəhmana oğurluq barədə polisə şikayət edəcəyini bildirmişdir. O, cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxmuşdur. Tutulacaqlarından qorxduqları üçün dəmir arxa körpünü aparıb Tahirin evinə əvvəlki qaydada daxil olduqları kimi girib, götürdükləri yerə qoyub çıxıb getmişlər. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilsə də, bu məcəllənin 177.2.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilmir. Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabroktyabr ayından Siyəzən rayon sakini tanımış, habelə sonuncu metal qəbulu ilə məşğul olduğundan dəmir olduqda ona kiloqramı 40 qəpikdən satmışdır. 02 fevral 2023-cü il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs həyətinə dəmir aparmış, habelə sonuncunu səsləsə də, evdə kimsənin olmadığını düşünüb, gətirdiklərini həyətə qoymuşdur. Daha sonra, Zərərçəkmiş şəxs həyətində təxminən 30 kiloqram çəkidə avtomobilin arxa körpüsünün olduğunu görüb, çiyninə alaraq götürmüşdür. Avtomobil ehtiyat hissələrindən anlayışı olmadığı üçün onun lazımsız dəmir olduğunu fikirləşsə də, sonradan həmin dəmirin avtomobilin arxa körpüsü olduğunu öyrənmişdir. Sözügedən ehtiyat hissəsini götürüb həyətdən çıxıb 25-30 metr getdikdən sonra, peşman olduğundan, avtomobilin arxa körpüsünü yerə qoyub Zərərçəkmiş şəxs yaşadığı ünvana qayıtmışdır. Bu zaman, Zərərçəkmiş şəxs həyətində əlində mobil telefon olduğunu görmüş, habelə sonuncu ona polis ilə danışdığını bildirdikdə, ona polisə məlumat verməməsini, avtomobilin arxa körpüsünün tərəfindən götürüldüyünü bildirmişdir. Daha sonra, Zərərçəkmiş şəxs mobil telefon ilə danışdığı Siyəzən RPŞ-nin CAB-nin rəisi Şahid1 şikayətinin olmamasını bildirmiş, habelə sonuncu ilə özü də danışaraq ehtiyat hissəsinin tərəfindən götürüldüyünü, həmçinin Zərərçəkmiş şəxs qaytardığını bildirmişdir. Bundan sonra, avtomobilin arxa körpüsünü qoyduğu yerdən götürərək həyətə gətirmək üçün getdikdə, "xxxx" ASC-nin filialının yerləşmiş olduğu Siyəzən şəhərinin Nizami küçəsində Təqsirləndirilən şəxs1la rastlaşmış, habelə sonuncuya dəmir əşyanı daşıyıb, Zərərçəkmiş şəxs həyətinə aparmaqda ona köməklik göstərməsini xahiş etmiş, lakin, Təbriz Siyəzən RPŞ-nin CAB-nin rəisi Şahid1 onu oğurluq əməlinə cəlb edəcəyindən qorxduğu bildirərək oradan uzaqlaşmışdır. Bundan sonra, həmin dəmiri biraz gətirdikdən sonra, halının olmadığını görüb, Tahirin yanına gedərək kömək etməsini istəmiş, habelə sonuncu ilə birlikdə həmin dəmiri onun həyətinə gətirmişlər. Daha sonra, Zərərçəkmiş şəxs üzrxahlıq etmiş, habelə Şahid1 zəng etdikdə, Tahir ona dəmiri gətirdiyini, həmçinin sınığı olmadığını bildirmişdir. 03 fevral 2023-cü il tarixdə, səhər saatlarında Siyəzən RPŞ-yə çağırılmış, habelə Siyəzən RPŞ-nin təhqiqatçısı Eldar oğurluq etdiyini bildirmiş, o, da ona törətdiyi əməli etiraf edərək dəmiri zərərçəkmiş şəxsə qaytardığını bildirmiş, habelə RPŞ-dən getmişdir. Bundan başqa, 12 fevral 2023-cü il tarixdə, saat 14:00 radələrində narkotik vasitə heroin almaq üçün xeyli müddətdir tanıdığı Siyəzən şəhərinin Həzi Aslanov küçəsində yaşayan X3 yaşadığı evə gedərkən, həmin küçədə Vahid adlı şəxsi görüb ondan hara getdiyini soruşduqda sonuncu da Əlmərdanın yanına getdiyini bildirmişdir. Vahidlə birlikdə Siyəzən şəhərinin Həzi Aslanov küçəsində hərəkət edərkən, Əlmərdan Cəfərovun yaşadığı evin qarşısında olduğunu görmüş, habelə əvvəlcə Vahid ona yaxınlaşmış, aralarında söhbət etdikdən sonra, Əlmərdan ikisini də yaşadığı evin həyətinə dəvət etmişdir. İçəri daxil olduqdan sonra, Əlmərdan Cəfərova ağrılarının olduğunu bildirib, narkotik vasitə heroin istəmiş, bu zaman, Əlmərdan özündə narkotik vasitə heroin olduğunu bildirib, həyətində olan sanuzel otağından bir büküm narkotik vasitə heroin gətirərək Vahidlə ona vermişdir. Daha sonra, o, həmin bir bükümdə narkotik vasitə heroindən iynə vasitəsilə sağ əli ilə sol qoluna vuraraq istifadə etsə də, polis əməkdaşları həyətə daxil olduğundan Vahid istifadə edə bilməmişdir. Bundan başqa, Müdafiəçi1 Əlmərdanın yaşadığı həyətə gəldikdə, müdafiəçinin iştirakı ilə videoçəkilişlə ikinci dəfə üzərilərində şəxsi axtarış keçirilmişdir. Belə ki, Şahid1 qarşısına şərtlər qoyaraq videoçəkilişlə keçiriləcək şəxsi axtarış zamanı narkotik vasitə heroinin ona məxsus olmasını bildirməsini, əks halda külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar həbs olunacağını bildirmişdir. 15 may 2023-cü il tarixdə, saat 17:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində Əlizaman Mürsəlovun qardaşıgildən gələrkən Siyəzən RPŞ-nin əməkdaşları Qeybulla Nəcəfov və digər tanımadığı polis əməkdaşı onlara yaxınlaşaraq üzərilərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Üzərində qanunsuz predmet olmadığından əmin olduğu üçün cibində olanları, eləcə də, siqaret qutusunu polis əməkdaşlarına vermiş, habelə sonuncular qutunun içərisinə baxış keçirmişlər. Daha sonra, Əlizaman Mürsəlovun üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, habelə axtarış zamanı sonuncunun üzərində olan kibrit qutusunun içərisində 3 ədəd tramadol həbi aşkar olunmuşdur. Həmçinin, Əlizaman Mürsəlovun üzərindən aşkar olunmuş həblərdən heç bir məlumatı olmamışdır. Bundan sonra, Qeybulla Nəcəfov RPŞyə məlumat verərək şöbəyə getmələri üçün “Fiat Doblo” markalı xidməti avtomobil çağırmış, habelə sonuncuya üzərindən qanunsuz predmetin aşkar olunmadığını bildirsə də, onlarla birlikdə RPŞ-yə aparılacağını qeyd etmişdir. Beləliklə, 15-20 dəqiqə gözlədikdən sonra, Qeybulla Nəcəfovun çağırdığı xidməti avtomobil gəlmiş, habelə Siyəzən RPŞ-yə aparılmışlar. RPŞ-də rəis müavininin otağına daxil olduqda orada Şahid1 polis əməkdaşlarına onu silahla, Əlizaman Mürsəlovu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə sənədləşdirmələrini bildirdikdə, ona hazırda barəsində cinayət işi olduğunu, habelə 1-2 aya həbs olunacağını bildirmişdir. Üzərində RPŞ-nin növbətçi hissəsində videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı narkotik vasitələrin külli miqdarda dövriyyəsi ilə bağlı həbs olunacağından qorxduğu üçün, məcburiyyət qarşısında qalaraq narkotik vasitə heroinin ona aid olduğu bildirərək sənədləri imza etmişdir. Barəsində olan cinayət işinə obyektiv baxılaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin özünü elan olunmuş ittihamla qismən təqsirli bilməsinə dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Siyəzən RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərinə, o cümlədən onların hədə-qorxusuna məruz qalması, həmçinin üzərindən aşkar olunan ittihamın əsasını təşkil edən narkotik vasitənin ona aid olmadığını bildirməsi, bundan əlavə, digər Təqsirləndirilən şəxs1 oğurluqda onunla birlikdə iştirak etməməsini qeyd etməsi, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 234.1-ci maddələri ilə təqsirini etiraf etməməsi özünü, eləcə də digər Təqsirləndirilən şəxs1 müdafiə xarakteri daşıyır, habelə gələcəkdə özünün, eyni zamanda Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, digər Təqsirləndirilən şəxs1 məhkəməyədək istintaq dövründə verdiyi izahatı və ifadəsi, zərərçəkmiş şəxsin məhkəməyədək və məhkəmə istintaqında verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Halbuki, Təqsirləndirilən şəxs2 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, özünü təqsirli hesab edir, işsizdir, habelə əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 06 aprel 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 2 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2 il cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 06 ayı amnistiya ilə 06 aprel 2022-ci il tarixdə azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs1 əvvəllər tanımış, onunla münasibəti yaxşı olmuş, düşmənçilik və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs uzun müddət olar, tanıyır. 01 fevral 2023-cü il tarixdə günorta radələrində Tahirin evinin həyətyanı sahəsinin yanında keçən vaxt onun həyətyanı sahəsinin qapısı açıq olmuş, orada qapının yaxınlığında bir ədəd avtomobil arxa körpüsü olmasını görmüşdür. Həyətə daxil olub, həmin arxa körpünü götürmək istəsə də, gücü çatmamışdır. 02 fevral 2023-cü il tarixdə Siyəzən Rayon İcra Hakimiyyətinin inzibati binasının yanında olduğu zaman Təqsirləndirilən şəxs1 orada olduğunu görüb, ona yaxınlaşmış və salamlaşdıqdan sonra ona bir nəfərin evinin həyətində avtomobilin körpüsünün (most) olduğunu, həmin körpünü oğurlamaq istədiyini, lakin, ağır olduğu üçün təkbaşına bacarmadığını, ona kömək etməsini xahiş etmişdir. Təbrizə mostu oğurlamağı, sonra onu bir nəfər tapıb satmağı və pulu yarı bölməyi təklif etmiş o, da onunla razılaşmışdır. Bundan sonra, parkdan çıxmış və Təbrizlə birlikdə Siyəzən şəhəri C.Cabbarlı küçəsində yerləşən dediyi evə getmişlər. Tahirin evinə çatmış, qapı açıq olduğu üçün həyətyanı sahəyə daxil olmuşlar. Həmin vaxt ətrafa göz gəzdirib, ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra həyətə daxil olmuşlar. Həyətyanı sahədə, qapının ağzında olan dəmir arxa körpünü ikisi birlikdə götürüb, həyətdən çıxmışlar. Həmin körpünü təxminən 20 metr birlikdə daşıdıqdan sonra ağır olduğu üçün yerə qoymuş və gələcəkdə onları satmayacaq taksi sürücüsü axtarmağa başlamışlar. Bir az aralanıb taksi axtarmağa başlasalar da, tapa bilməmişlər. Həmin vaxt Tahirlə sonuncunun evinin yaxınlığında rastlaşmış, Tahir ona həyətindən avtomobil arxa körpüsünü oğurlandığını, ondan şübhələndiyini bildirmiş, o, isə öz növbəsində arxa körpünü oğurlamadığını qeyd etmişdir. Lakin, Tahir ona gedib polisə şikayət edəcəyini bildirmişdir. Bundan sonra, ondan aralanıb arxa körpünü qoyduqları yerə qayıtmışdır. Bir qədər sonra Təbriz də gəlmiş, ona yolda Tahirlə rastlaşdığını, Tahirin ona həyətindən arxa körpünü oğurlandığını və ondan şübhələnməsini dediyini bildirmişdir və əlavə etmişdir ki, “deyir ki, polisə şikayət edəcək”. Bundan sonra, həmin gün dəmir arxa körpünü orada qoyub getmişdir. Səhəri günü, yəni 03 fevral 2023-cü il tarixdə səhər tezdən Təbrizlə birlikdə həmin dəmir arxa körpünü aparıb Tahirə vermişlər. Bundan başqa, 4-5 ay olar narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Əlmərdan Cəfərovun narkotik vasitə olan heroin satdığını eşitmiş və ondan narkotik vasitə olan heroin almaq üçün 12 fevral 2023-cü il tarixdə, saat 14:00 radələrində X3 yaşadığı Siyəzən şəhərinin Həzi Aslanov küçəsində yerləşən evinə gedərkən Əlmərdanın yaşadığı küçədə narkotik istifadəçisi kimi tanıdığı Vahid adlı şəxslə təsadüfən rastlaşmış və Vahid ondan hara getməyini soruşmuş, Əlmərdangilə getdiyini bildirmişdir. Vahid “mən də Əlmərdangilə gedirəm” demiş, birlikdə Əlmərdanın evinə tərəf getməyə başlamış və Əlmərdanın evinin qarşısına çatanda Əlmərdan evindən küçəyə çıxmışdır. X17 yaxınlaşmış, öz aralarında nə isə danışmışlar. Sonra Əlmərdan ikisinə də demişdir ki, “gəlin həyətə içəridə söhbət edək”. Üçü də həyətə daxil olmuşdur. Həyətdə Əlmərdana demişdir ki, “ağrılarım çoxdur xahiş edirəm mənə bir büküm heroin ver ağrıdan çıxım”. Əlmərdan həyətində olan hamamdan iki siqaret kağızı bükümündə narkotik vasitə olan heroin çıxardıb hərəsinə bir siqaret kağızı bükümünü vermişdir. Heroini ciblərinə qoyub Əlmərdan ilə söhbət edərkən, təxminən saat 14:00 radələrində polis əməkdaşları qəfil evə daxil olmuş və Əlmərdanın yaşadığı ünvana baxış və üzərlərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış və baxışa başlamazdan əvvəl Əlmərdan Cəfərova Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquqları, vəzifələri və müdafiə hüquqları izah olunmuş və bununla bağlı ona bildiriş verilmiş və o, həmin bildirişi imzalamaqla götürmüşdür. Hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra, polis əməkdaşları ondan şifahi olaraq yaşadığı evdə və üzərində qanunla qadağan olunmuş predmet və əşya olub-olmadığını soruşmuşlar. O yaşadığı evin həyətində olan hamamda narkotik vasitə olan heroin saxladığını bildirmişdir. Bundan sonra, müdafiəçi və Əlmərdan polis əməkdaşları ilə birlikdə hamama daxil olmuşlar. Hamamda Əlmərdan saxladığı narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Hamam balaca olduğuna görə bütün iştirakçılar hamama daxil ola bilməmişdir. Hamamda Əlmərdanın təqdim etdiyi narkotik vasitələrə baxış keçirildikdən və qablaşdırıldıqdan sonra hamamdan həyətə çıxmışlar və həyətdə olan masanın üzərində özü və digər iştirakçılar Əlmərdanın təqdim etdiyi narkotik vasitələrin qablaşdırıldığı iki ədəd zərfin üzəri möhürlənmiş, bütün iştirakçılar imza etmişlər. Daha sonra, müstəntiq tərəfindən Əlmərdan Cəfərovdan üzərində qanunla qadağan olunmuş predmet və əşya olub-olmaması barədə şifahi olaraq soruşulmuşdur. O, üzərində qadağan olunmuş hər hansı bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra, onun üzərində müstəntiqin göstərişi ilə polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Əlmərdanın əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir qutu Veqas markalı siqaret, 1 ədəd alışqan, 1 ədəd içərisində kibrit dənələri olan kibrit qutusu, 1 ədəd cib dəsmalı və iki ədəd 10 qəpiklik dəmir pul əskinasları aşkar olunmuşdur. Onun üzərindən başqa qanunla qadağan olunmuş predmet və əşya aşkar olunmamışdır. Daha sonra, onun üzərindən aşkar edilmiş bir qutu Veqas markalı siqaret, 1 ədəd alışqan, 1 ədəd içərisində kibrit dənələri olan kibrit qutusu, 1 ədəd cib dəsmalı və iki ədəd 10 qəpiklik dəmir pul əskinasları iş üçün əhəmiyyəti olmadığından özünə qaytarılmışdır. Bundan sonra, Əlmərdanın yaşadığı evin həyətində Vahid Məmmədovun üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquqları, vəzifələri və müdafiə hüquqları izah olunmuş və bununla bağlı ona bildiriş verilmiş və o, həmin bildirişi imzalamaqla götürmüşdür. Hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra, müstəntiq tərəfindən ondan üzərində qanunla qadağan olunmuş predmet və əşya olub-olmaması barədə şifahi olaraq soruşulmuşdur. Vahid Əlmərdandan aldığı narkotik vasitə olan heroini əynində olan qara rəngli gödəkcənin sağ cibindən 1 ədəd siqaret kağızı bükülüsündə təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Müstəntiqin göstərişi ilə polis əməkdaşı tərəfindən həmin büküm açılmış və içərisində narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Daha sonra, müstəntiqin göstərişi ilə polis əməkdaşı tərəfindən onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş predmet və əşya aşkar edilməmişdir. Eyni zamanda, üzərindən aşkar edilmiş 1 ədəd siqaret kağız bükümü boş ağ rəngli zərfin içərisinə qoyulmuş və möhürlə möhürlənmiş, həmçinin, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, müstəntiqin şifahi sorğusu əsasında Vahid, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olmasını və həmin heroini Əlmərdanın ona verdiyini bildirmişdir. Bundan sonra, Əlmərdanın yaşadığı evin həyətində üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquqları, vəzifələri və müdafiə hüquqları izah olunmuş və bununla bağlı ona bildiriş verilmiş və həmin bildirişi imzalamaqla götürmüşdür. Hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra, müstəntiq tərəfindən üzərinə qanunla qadağan olunmuş predmet və əşya olub-olmaması barədə şifahi olaraq soruşulmuşdur. Əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd siqaret kağızı bükülüsü çıxardaraq təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Müstəntiqin göstərişi ilə polis əməkdaşı tərəfindən həmin büküm açılmış və içərisində heroin olması müəyyən olunmuşdur. Bundan əlavə, müstəntiqin göstərişi ilə polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən şəxsiyyət vəsiqəsi siqaret kağız parçaları, 1 ədəd 50 qəpiklik pul əskinası, 2 ədəd dəmir dırnaq tutan, 1 ədəd alışqan aşkar edilmiş və başqa qanunla qadağan edilmiş predmet və əşya aşkar edilməmişdir. Eyni zamanda, üzərindən aşkar edilmiş 1 ədəd 50 qəpiklik pul əskinası, 2 ədəd dəmir dırnaq tutan, 1 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra, üzərindən aşkar edilmiş 1 ədəd siqaret kağız bükümü boş ağ rəngli zərfin içərisinə qoyulmuş və möhürlə möhürlənmiş, özü və bütün digər iştirakçılar zərfin üzərində imza etmişlər. Habelə, müstəntiqin şifahi sorğusu əsasında üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin özünə məxsus olmasını və həmin heroini Əlmərdanın ona verdiyini bildirmişdir. Daha sonra, müstətiqin göstərişi ilə Əlmərdanın yataq otağına baxış keçirilmişdir. Yataq otağından qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış və baxış yekunlaşmazdan əvvəl Əlmərdan Cəfərovdan evinə keçirilmiş baxışa və üzərlərində aparılan şəxsi axtarış zamanı ondan və digər iştirakçılardan şikayət və tələblərinin olub-olmaması barədə soruşulmuş və heç bir şikayət və tələblərinin olmamasını bildirmişlər. Bundan sonra, bu barədə protokol tərtib olunmuş, protokol doğru olduğundan bütün iştirakçılar həmin protokola imza etmişlər. Bundan başqa, 15 may 2023-cü il tarixdə, saat 17:00 radələrində şəhər ərazisində yerdən 1 ədəd kağız bükülüdə narkotik vasitə heroinə bənzər kütlə tapmışdır. Özü narkotik istifadəçisi olduğundan həmin kütlənin narkotik vasitə olmasını bilmiş və istifadə etmək məqsədilə üzərində olan şalvarın sağ cibinə qoymuşdur. 15 may 2023-cü il tarixdə, saat təxminən 18:00 radələrində şəhərin H.Əliyev prospektində olarkən polis əməkdaşları ona yaxınlaşmış və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Siyəzən RPŞ-nə gətirmişlər. Siyəzən RPŞ-də ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildiriş verilmiş və Müdafiəçi2 iştirakı təmin edilmişdir. Siyəzən RPŞ-də Müdafiəçi2 iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman ona qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, üzərində olan kağız bükülünü çıxartmış və masanın üzərinə qoymuşdur. Bundan sonra, müstəntiq tərəfindən həmin bükülüyə baxış keçirilməsinə başlanılmışdır. Həmin bükülü müstəntiq tərəfindən açıldığında içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı həmin bükülünün içərisində olan kütlənin “heroin” olduğunu bildirmişdir. Bundan sonra, içərisində heroinə bənzər kütlə 1 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, bütün iştirakçılar zərfin üzərinə imza etmişlər. Daha sonra, üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. 02 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs evinin həyətyanı sahəsindən oğurluq etdikləri vaxt ətrafda kənar şəxslər olmamış və onları heç kəs görməmişdir. Onları heç kəsin görmədiyindən əmin olduqdan sonra oğurluğu etmişlər. Oğurluq etmələrindən heç kimin məlumatı olmamış, heç kimə heç nə deməmişlər. Oğurladıqları avtomobilin körpüsünü kiməsə satmaq barədə razılaşmamış, bir nəfər tapıb satacaqlarını, həmçinin satdıqdan sonra əldə etdikləri pulu öz ehtiyaclarına xərcləməyi fikirləşmişlər. Həmin əşyanı 100-150 manata satmağı, sonra da həmin pulu bölməyi düşünmüşdür. Başqa oğurluq etməmişdir. 12 fevral 2023-cü il tarixdə və 15 may 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir olunmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Siyəzən şəhər sakinləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəldən tanısa da, onlarla dostluğu, düşmənçiliyi və ədavəti olmamışdır. Təxminən 6 il əvvəl 2000 manata Oğuz rayonunun Poladlı kəndindən bir nəfər şəxsdən satın aldığı 1976-cı il buraxılışlı, “UAZ 53” markalı avtomobilin arxa körpüsü bir müddət sonra xarab olduğundan, oğurluq hadisəsi baş verdiyi 02 fevral 2023-cü il tarixdən, təqribən 10 gün əvvəl, Bakı şəhərindən “8-ci kilometr bazarı” deyilən yerdən sifarişlə 500 manata avtomaşınına aid arxa körpü alıb, bu ehtiyat hissəsini yaşadığı evin darvazasından içəri daxil olan kimi həyətyanı sahənin sağ tərəfində saxlamışdır. Həmin ərəfədə avtomaşınını təmir etdirə bilməsə də, ehtiyat hissəsi daim nəzarətində olmuşdur. Bu mənada, 02 fevral 2023-cü il tarixdə, saat 17:00 radələrində işləri ilə əlaqədar evdən çıxıb, gedərkən avtomaşınına aid arxa körpünün yaşadığı evin həyətyanı sahəsində olduğunu görsə də, axşam saat 21-22:00 radələrində evə qayıdarkən ehtiyat hissəsinin qoyulan yerdə olmadığını müəyyən etmişdir. Həmin ərəfədə arvadı Həbibə Bayramova evdə olduğundan dərhal ondan həyətyanı sahəyə kimin gəlib-getməsi ilə maraqlandığında, sonuncu Təqsirləndirilən şəxs2 onu soruşduğunu bildirmişdir. Elə həmin vaxt Rəhman dəmir satmaq adı ilə onlara gəlib, ondan dəmir almaq istəyib-istəməməsi ilə maraqlanmış, o, isə Rəhmana avtomaşınına aid arxa körpünün onun tərəfindən aparıldığından şübhələndiyini bildirib, əşyasını qaytarmasını tələb etmişdir. Bu zaman aralarında mübahisə yarandığından dərhal Siyəzən RPŞ-yə zəng vurub, əvvəlki talamalarla bağlı müraciətlərinə münasibət bildirilməməsi barədə narazılığını ifadə etməklə yanaşı, baş verənlərlə bağlı məlumat vermiş, həm də bununla əlaqədar Rəhmandan şübhələndiyini qeyd etmişdir. Daha sonra, Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid1 Rəhmanla danışıqlar aparmış, habelə nəticədə, 02 fevral 2023-cü il tarixdə, axşam saatlarında, telefon danışığından təxminən 30 dəqiqə sonra sonuncu avtomaşınına aid arxa körpünü gətirərək ona qaytarmışdır. Bundan sonra, o, hadisə günü Siyəzən RPŞyə getməsə də, 03 fevral 2023-cü il tarixdə, səhər tezdən gedərək orada şikayət ərizəsi yazmışdır. Eyni zamanda, təxminən 35 kiloqram çəkisi olan “UAZ 53” markalı avtomobilə aid arxa körpünün bir nəfər, yəni Təqsirləndirilən şəxs2 tərəfindən təkbaşına aparılması inandırıcı olmasa da, Təqsirləndirilən şəxs1 hadisə günü orada görməmişdir. Amma, bu Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 hadisə günü bir yerdə olmasını və avtomobilinə aid arxa körpünü talamalarını istisna etmir. Hazırda, ona vurulmuş zərər ödənildiyindən, o cümlədən ona məxsus əşya qaytarıldığından təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 12 fevral 2023-cü il tarixdə, saat 14:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Əlmərdan Cəfərovun yaşadığı evin həyətinə daxil olmuş, habelə sonuncunun həyətində Təqsirləndirilən şəxs2 və Vahid Məmmədovun olduğunu görmüşlər. Belə ki, Əlmərdan Cəfərovun həyətyanı sahəsindəki sanuzel otağına keçirilmiş baxış zamanı oradan təxminən 19 bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş şəxsi axtarış nəticəsində isə sonuncudan 1 ədəd içərisində narkotik vasitə heroin olan siqaret kağızı bükülüsü aşkar edilərək götürülmüşdür. Bundan sonra, müvafiq sənədləşdirmə işləri aparılmış, habelə Təqsirləndirilən şəxs2 RPŞ-yə gətirilmiş, həmçinin narkotik vasitə heroinin ona məxsus olmasını etiraf etmişdir. Bundan başqa, 02 fevral 2023-cü il tarixdə, Zərərçəkmiş şəxs ona zəng vuraraq həyətindən avtomobilinin arxa körpüsünün oğurlandığını, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhələndiyini, həmçinin sonuncuları evinin qarşısından keçərkən gördüyünü bildirmişdir. Zərərçəkmiş şəxsla mobil telefon vasitəsilə danışdıqları vaxt ondan Təqsirləndirilən şəxs2 avtomobilinin arxa körpüsünün tək necə götürüb apara biləcəyini soruşduğunda, o, Təqsirləndirilən şəxs1 da Rəhmanla birlikdə olduğunu bildirmişdir. Bundan sonra, Tahir, Təqsirləndirilən şəxs2 ona yaxınlaşdığını bildirmiş, o da, Tahirdən danışması üçün telefonu Rəhmana verməsini istəmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs məxsus avtomobilin arxa körpüsünü qaytarıb sonuncunun həyətinə qoymasını bildirmişdir. Bundan sonra, ərizə ilə müraciət etməsi üçün Zərərçəkmiş şəxs RPŞ-yə dəvət etmiş, habelə ərizə əsasında müvafiq sənədləşdirmə işləri aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin PPXB-nin polis nəfəri-sürücü X5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Siyəzən rayon sakini tanısa da, onlara qarşı düşmənçilik və ədavəti olmamışdır.12 fevral 2023-cü il tarixdə, saat 14:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Əlmərdan Cəfərovun yaşadığı Siyəzən şəhərinin H.Aslanov küçəsində yerləşən 23 saylı evin həyətinə daxil olmuş, habelə sonuncunun həyətində Təqsirləndirilən şəxs2 də olduğunu görüb şübhəli şəxs kimi saxlamışlar. Belə ki, Əlmərdan Cəfərovun həyətyanı sahəsindəki sanuzel otağına keçirilmiş baxış zamanı oradan təxminən 14 bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, həmin vaxt Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olmasını xatırlamasa da, sonuncu özü narkotik vasitə heroin olmasını etiraf etmişdir. Bundan başqa, 15 may 2023-cü il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində, Siyəzən RPŞ-nin PPXB-nün polis nəfəri X7 ilə birlikdə xidmətdə olduqları vaxt Təqsirləndirilən şəxs2 və Əlizaman Mürsəlov oğurluq əməlləri və narkotik vasitə istifadə etmələri ilə bağlı şübhəli olduqlarından sonuncuları görüb onlara yaxınlaşaraq RPŞ-yə gətirmişlər. Daha sonra, RPŞ-nin növbətçi hissəsində Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, həmçinin axtarış zamanı sonuncunun üzərindən kağız bükülünün içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun sabiq əməliyyat müvəkkili, hazırda müvəqqəti saxlama yerinin rəisi Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 hadisədən əvvəl tanımamış, habelə onunla düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə 15 may 2023-cü il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında protokol tərtib edilməklə, müvafiq qərar şöbə rəisi tərəfindən imzalanmışdır. Bundan sonra, həmin gün Siyəzən şəhərinin Heydər Əliyev küçəsi müşahidəyə götürülmüş, həmçinin saat 18:00 radələrində Təqsirləndirilən şəxs2 qeyd olunan küçədə saxlayıb, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün RPŞ-yə dəvət etmişlər, habelə Təqsirləndirilən şəxs2 razılığı əsasında Siyəzən RPŞyə aparılmışdır. Orada növbətçi hissədə işin araşdırılması məqsədilə müstəntiq, eləcə də, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün müdafiəçi təyin edilmişdir. Bundan sonra, videoçəkiliş vasitəsi ilə, Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman sonuncu təklif əsasında üzərində saxladığı kağız bükülünü təqdim etmiş, habelə içərisindəkinin heroin olduğunu qeyd etmişdir. Bundan sonra, videoçəkilişlə, eləcə də şahidlərin iştirakı ilə təqdim edilmiş bükülü açıldıqda, orada narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilmişdir. Daha sonra, aşkar edilmiş predmetlər boş bir zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, habelə sorğu əsasında Təqsirləndirilən şəxs2 şikayət və tələbinin olmadığını bildirmiş, habelə videoçəkiliş yekunlaşmışdır. Məhkəmə istintaqı zamanı Siyəzən RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçı X10 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Siyəzən RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsus avtomobilin arxa körpüsünün oğurlandığını bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs izahatını alaraq, əməliyyat tapşırığı vermişdir. Daha sonra, oğurluq hadisəsi ilə bağlı tərəfindən Təqsirləndirilən şəxs1 sərbəst izahatı alınmış, habelə sonuncu izahatında Zərərçəkmiş şəxs məxsus avtomobilin arxa körpüsünü, Təqsirləndirilən şəxs2 ilə oğurladığını, həmçinin oğurladıqdan sonra onu aparmaq üçün taksi axtardıqlarını, lakin Zərərçəkmiş şəxs avtomobilin arxa körpüsünün onların oğurladıqlarından xəbəri olmasını bildiklərindən sonra, sonuncuya geri qaytardıqlarını bildirməklə, izahatına özü şəxsən imza edib getmişdir. Məhkəmə istintaqı zamanı Siyəzən RPŞ-nin İstintaq bölməsinin rəisi X15 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs2 barəsində 12 fevral və 15 may 2023-cü il tarixlərində üzərində narkotik vasitə heroin olması faktı ilə, 02 fevral 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs məxsus avtomobilin arxa körpüsünü Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamaları ilə bağlı ittihamlar elan edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməli etiraf edib, habelə sonuncular müdafiəçinin iştirakı ilə hadisə yerində olub, həmçinin bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imza edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxslər özləri ifadələrinin, eləcə də, protokolların sonundan imza etmiş, ağ kağıza imza etməmişlər. Çünki, ağ kağıza texniki cəhətdən də, imza etdirmək mümkün deyildir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 59-61-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 6/878 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,395 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd bükümdə heroin ilə X4 üzərindən aşkar edilmiş bir ədəd bükümdə heroin və X3 üzərindən aşkar edilmiş 18 ədəd bükümdə heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Tədqiqata 0,02 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,375 qram təşkil etmişdir. Cinayət işinin İ cild 58-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 194-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli, 9/913 saylı ekspert rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 1979-cu ildə istehsal olunmuş “UAZ 53” markalı yük maşınına məxsus bir ədəd işlək vəziyyətdə, dəst şəkildə olan arxa körpünün (mostun-arxa təkərləri birləşdirən dəmir konstruksiyası) orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 140 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 193-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 19-20-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2023-cü il tarixli, 6/2836 nömrəli ekspert rəyindən görünür ki, üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,458 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,408 qram təşkil etmişdir. Cinayət işinin İİ cild 18-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 137-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 07 iyul 2023-cü il tarixdə verilmiş 4227 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 31-34-cü vərəqələrində olan 12 fevral 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, həmin gün, saat 14:58-dən saat 15:34-dək olan müddət ərzində keçirilmiş şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə narkotik vasitə heroinə bənzər kütlə Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkcənin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 07-08-ci vərəqələrində olan 15 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin gün, saat 18:20-dən saat 18:27-dək olan müddət ərzində keçirilmiş şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən 1 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlə Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı fotoaparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 178-183-cü, İİ cild 178-184-cü vərəqələrində olan müvafiq olaraq 03 fevral və 22 iyul 2023-cü il tarixli baxış keçirmə və götürmə, eləcə də ifadənin hadisə yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq 02 fevral 2023-cü il tarixdə, saat 19:00 radələrində Zərərçəkmiş şəxs aid Siyəzən şəhərinin C.Cabbarlı küçəsindəki 12 saylı evdə yerləşən fərdi yaşayış evinin hasarla əhatələnmiş həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus UAZ 53 markalı yük maşınına məxsus bir ədəd işlək vəziyyətdə arxa körpünü oğurlamalarını etiraf etmiş, habelə baş vermiş hadisənin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmişlər. Bundan əlavə, Zərərçəkmiş şəxs da ondan oğurlanmış yük maşınına məxsus bir ədəd arxa körpünün sonradan ona qaytarıldığını göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 145-167-ci və İİ cild 53-56, 190- 214-cü vərəqələrində olan müvafiq olaraq 26 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında, 17 may 2023-cü il tarixli maddi sübut kimi tanımaq və 23 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 üzərində 12 fevral 2023-cü il tarixdə şəxsi axtarış zamanı 0,395 qram narkotik vasitə heroin aşkar edilməsi faktına görə X3 Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq ********* saylı cinayət işindən zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, ayrılmış cinayət işinə əlavə olunmuş və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkisi 0,375 və 0,408 qram olan narkotik vasitə heroin kütlələri iş üzrə maddi kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin ayrı-ayrılıqda yaddaşına köçürüldüyü cəmi 2 ədəd Kompakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Bundan əlavə, maddi sübut kimi tanınmış UAZ 53 markalı yük maşınına məxsus bir ədəd işlək vəziyyətdə, dəst şəkildə olan arxa körpü Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 205-206-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 aprel 2023-cü il tarixli tələbnaməsindən, İİ cild 93-98-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(059)-12/2023 saylı hökmünün surətindən, eləcə də iş materiallarına əlavə edilmiş Siyəzən rayon icra və probasiya şöbəsinin 16 yanvar 2024-cü il tarixli, 55/2024-64-1 saylı məktubundan görünür ki, İlyasov X8 Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 04 aprel 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış, məhkəmənin qeyd olunan hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 9 ay 12 gününü çəksə də, 16 yanvar 2024-cü il tarixdə bu cəzanın 02 iİ 02 ay 14 gün hissəsi çəkilməmiş qalmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 hazırda Siyəzən rayon icra və probasiya şöbəsinin qeydiyyatında olmaqla, cəza çəkməkdədir. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 mart 2023-cü il tarixli tələbnamədən, eləcə də iş materiallarına əlavə edilmiş Siyəzən Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 1(059)-20/2020 saylı hökmünün və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsinin 15 aprel 2022-ci tarixli, xx/xx-2112 nömrəli məktubunun surətindən görünür ki, Əliyev X9 Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, hazırkı cinayət əməllərinin törədildiyi vaxt Təqsirləndirilən şəxs2 üzərində məhkumluğu olmuşdur. Cinayət işinin İİ cild 170-171-ci vərəqələrindəki 21 iyul 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 26-cı vərəqəsində olan 12 fevral 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də həmin cildin 27-ci vərəqəsindəki cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 14:57-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 91-ci vərəqəsində olan 13 fevral 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 17:00-da Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 51-52-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 4(059)-20/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə 3 ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 may 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin İ cild 203-204-cü vərəqələrində olan arayışdan, xasiyyətnamədən, həmçinin iş materiallarına əlavə edilmiş vəsiqədən, elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, "xxxx" MMC-də fəhlə işləyən, həmçinin himayəsində 15 sentyabr 2016-cı il Giləbacı adında bir azyaşlı uşağı olan şəhid qardaşı Təqsirləndirilən şəxs1 barəsində Siyəzən RİHin Mənzil İstismar Sahəsinə şikayət daxil olmamışdır. Cinayət işinin İ cild 112-113-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs2 barəsində Siyəzən RİHB-in Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, şahidlərin ifadələri, Siyəzən RPŞ-nin İstintaq bölməsinin rəisi və Təhqiqat qrupunun təhqiqatçısının izahatları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Yəni, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında qeyd etdiklərini təsdiq edəcək mötəbər sübutlara malik olmamış, habelə onların bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Belə olan, halda Təqsirləndirilən şəxs1 Siyəzən RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərinə, Təqsirləndirilən şəxs2 isə RPŞ-nin əməkdaşlarının hədə-qorxusuna məruz qalmalarına, həmçinin üzərindən aşkar olunan ittihamın əsasını təşkil edən narkotik vasitənin ona aid olmadığını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri isə CM-in 177.2.1, 177.2.3-cü və 234.1-ci maddələri ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun şəhid qardaşı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olaraq, himayəsində 15 sentyabr 2016-cı il Giləbacı adında bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(059)-12/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs1 tərəfindən Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmü hələ çıxarılmamış, yəni 02 fevral 2023-cü tarixdə hazırkı cinayət əməli törədilmişdir ki, bu da onun əməlinə münasibətdə cinayətin residivini yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Çünki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanarq bir daha qeyd etmək olar ki, hazırkı əmələ münasibətdə Azərbaycan Respublikası CM-in 18-ci maddəsində göstərilən hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, oğurluq əməlinin törədilməsində iştirakını, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər bu kateqoriyadan olan cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, lakin, barəsində yuxarıda sadalanan yüngülləşdirici halların, xüsusilə də şəhid qardaşı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olaraq, himayəsində 15 sentyabr 2016cı il Giləbacı adında bir yetkinlik yaşına çatmayan uşağının olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 2/3 hissəsi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin İİ və V hissələrinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu vaxt cinayət törətmiş şəxsə, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual əsaslarla ləğv edildiyi halda və mahiyyət etibarilə şəxsə bəraət verilmədiyi və ya onun tərəfindən cinayətin törədilməsi faktı inkar edilmədiyi təqdirdə, hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Göründüyü kimi, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, sonrakı cinayət əməli əvvəlki hökm qanuni qüvvəsini almamışdan qabaq törədildiyinə görə cəza təyin edilərkən cəzalar hökmlərin deyil, cinayətlərin məcmusu üzrə toplanmalıdır. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(059)-12/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs1 cəza təyin edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmü üzrə çəkmiş olduğu 9 (doqquz) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası sözügedən maddəyə əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2024cü il tarixdən hesablanmaqla, cəzanın icrası davam etdirilməli, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmin müddət ərzində yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Siyəzən rayonu daxilində ictimaiiaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməllərdə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə, eləcə də mülkiyyətə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, həmçinin oğurluq əməlinin törədilməsində iştirakını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq şəxsi istehlak miqdarından təxminən 5 dəfə artıq narkotik vasitə heroini əldə edib saxlamasını, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər mülkiyyət əleyhinə və başqa kateqoriyalardan törətdiyi cinayətlər, eləcə də inzibati xəta əməllərinə görə çəkdiyi cəzalardan, verilmiş tənbehlərdən nəticə çıxarmamasını, habelə cəzaçəkmə müəssisəsindən azad olunmasından bir il keçməmiş ard-arda 3 cinayət əməlini törətməsini, ibtidai araşdırma dövründə cəmiyyətdən təcrid edilməməsinə baxmayaraq, ibtidai araşdırma orqanının humanist mövqeyinə zidd hərəkət edib, islah yoluna qədəm qoymayıb, narkotik aludəçisi olaraq eyni hərəkətlərini son zamanlara qədər davam etdirməsini, yeni cinayət törətməyə meylliyini, islah, o cümlədən tərbiyə olunmamasını), onun tərəfindən əvvəldə olduğu kimi mülkiyyət əleyhinə kateqoriyadan olan cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, eyni zamanda bir növ özünə peşə kimi seçdiyi hüquqazidd əməllərini (oğurluq) davam etdirəcəyinə kifayət qədər əsaslar olmasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 12 fevral 2023-cü il tarixdə, saat 14:57-dən 13 fevral 2023-cü il, saat 17:00-dək həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bu mənada, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 may 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkisi 0,375 və 0,408 qram olan narkotik vasitə heroin kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin ayrı-ayrılıqda yaddaşına köçürüldüyü cəmi 2 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Bundan əlavə, iş üzrə maddi sübut kimi tanınmış UAZ 53 markalı yük maşınına məxsus bir ədəd işlək vəziyyətdə, dəst şəkildə olan arxa körpü Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci müştərək qaydada, materialların məhkəmə ekspertizası, eləcə də məhkəmə fiziki-kimyəvi ekspertizası xərcini təşkil edən cəmi 120 (yüz iyirmi) məhkəmə məsrəfi isə Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(059)-12/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılaraq, Təqsirləndirilən şəxs1 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmü üzrə çəkmiş olduğu 9 (doqquz) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablanmaqla, cəzanın icrası davam etdirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Siyəzən rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkisi 0,375 və 0,408 qram olan narkotik vasitə heroin kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin ayrı-ayrılıqda yaddaşına köçürüldüyü cəmi 2 ədəd Kompakt disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış UAZ 53 markalı yük maşınına məxsus bir ədəd işlək vəziyyətdə, dəst şəkildə olan arxa körpü Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci müştərək qaydada, materialların məhkəmə ekspertizası, eləcə də məhkəmə fiziki-kimyəvi ekspertizası xərcini təşkil edən cəmi 120 (yüz iyirmi) məhkəmə məsrəfi isə Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-3/2024
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-3/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver