Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-3/2025 15.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı- Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə 15 aprel 2025-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1993-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qida və qeyri-qida məhsullarının idxalı və satışı ilə məşğul olan Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi (ekspeditoru) vəzifəsində işləyərkən, cəmiyyətlə aralarında bağlanmış 02 mart 2022-ci il tarixli, 4077/13 nömrəli əmək və həmin tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilələrə əsasən, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin, idarənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq, ona etibar edilmiş məhsulun, inventarın, görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada sənədləşməsini tərtib edib tələb olunan yerlərə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etmək, alıcıya malın satılmasına, alıcının malların dəyərini tam və vaxtında ödəməsinə və bu səbəbdən Zərərçəkmiş şəxs MMC-yə dəyən zərərə görə şirkət qarşısında tam maddi məsuliyyət daşımaq, satılmış malların pullarını ticarət məntəqələrindən vaxtında alıb cəmiyyətin kassasına təhvil vermək, ticarət şəbəkələrində hər hansı bir obyektin işləməməsi və ya bağlanması barədə vaxtında xəbər tutmaq, orada olan satılmış malların pullarının alınmasını, satılmamış malların geri qaytarılmasını təmin etmək və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək vəzifələrinin ona həvalə edilməsinə baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə talama məqsədilə Siyəzən rayonunun ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə satılması üçün 02 mart 2022ci il tarixdən 01 avqust 2023-cü il tarixədək olan müddət ərzində, öz sifarişi ilə cəmiyyətin Quba rayonunda yerləşən anbarından qida və qeyri-qida məhsullarını təhvil alaraq, Siyəzən rayonunun ərazisindəki cəmiyyətlə ticarət münasibətlərində olan obyektlərə satmaqla, əldə olunmuş 31235,93 manat (otuz bir min iki yüz otuz beş manat 93 qəpik) məbləğində pul vəsaitini qaimə-faktura əsasında hissə-hissə Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə nağd olaraq mədaxil etmək əvəzinə, xeyli məbləğdə həmin pul vəsaitini öz qulluq mövqeyindən istifadə edib şəxsi ehtiyaclarına sərf edərək, mənimsəməklə talamışdır. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 20 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-də sürücü köməkçisi kimi əmək fəaliyyətinə başlamış, 02 mart 2022-ci il tarixdə isə sözügedən MMC-də satış nümayəndəsi vəzifəsinə keçirilmişdir. Bundan başqa, MMC-də satış nümayəndəsi kimi işə başladığında onunla əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmış, habelə satış departamentinin satış nümayəndəsinin vəzifə təlimatı ilə tanış olaraq, özü şəxsən həmin təlimata imza etmişdir. Belə ki, Zərərçəkmiş şəxs MMC qida və qeyri qida məhsullarının idxalı, satışı, eləcə də, öz istehsalı ilə məşğul olur. 02 mart 2022-ci il tarixdə satış nümayəndəsi kimi işə başladığında vəzifəsi əsasında əvvəlcədən müştərilərdən sifarişləri qəbul edərək, məlumatları cəmiyyətə ötürmüş, cəmiyyətdə öz növbəsində sifarişləri satış fakturaları əsasında sürücülər vasitəsi ilə ticarət obyektlərinə çatdırmışlar. Belə ki, qaimə-faktura sənədində məhsulların adları, miqdarı, hər birinin ayrı-ayrılıqda və ümumi qiymətləri qeyd olunmuşdur. Bundan sonra o, öz növbəsində məhsulların ticarət obyektlərinə verildiyi gündən bir ay ərzində satışdan əldə olunmuş məbləği MMC-nin xəzinəsinə təhvil vermiş, habelə pulu qəbul edən kassir hər bir ödənişə görə ayrı-ayrılıqda kassa mədaxil qəbzi tərtib edərək, bir nüsxəsini satış təmsilçisi kimi ona təqdim etmişdir. Bundan başqa, MMCdə öz “VAZ 2106” markalı avtomobili ilə 345 manat əmək haqqı, satışdan əldə olunan pulun faizi və 380 litr yanacaq qarşılığında işləmişdir. Beləliklə, işə başladığında, yəni ondan öncə satış nümayəndəsi işləmiş Şahid2 ərazini təhvil aldığında, sonuncudan ona mağazalara təhvil verilmiş, lakin, ödənişləri alınmamış qida məhsullarına görə 10 000 manat borc qalıq keçmişdir. Bundan başqa o, şəxsən hesabat aparmasa da, mobil telefonuna yüklədiyi proqram vasitəsilə maddi məsuliyyətində olan məhsulların hesabatını və ticarət obyektlərinin hansı məbləğdə qalıq borcu olduğunu bilmişdir. Nəticədə, 2022-ci ilin noyabr ayında özünün 10 000 manat kəsri yaranmış, habelə buna səbəb marketlərə verilmiş qida məhsullarından ona 3000-3500 manatlıq geri qaytarılmalar olmuşdur. Bundan sonra, işini düzgün təşkil edə bilmədiyindən, cəmiyyətə olan kəsri 30400 manat məbləğinə yüksəlmişdir. Belə ki, marketlərdən geri qaytarılan məhsulları MMC-yə təhvil vermək istəsə də, cəmiyyət qəbul etmədiyindən onları yaşadığı evdə saxlamışdır. Çünki, MMC-nin qaydalarına əsasən məhsulun marketdən cəmiyyətə geri qaytarılması malın cəmiyyətdən çıxdığı tarixindən 40 gün ərzində ola bilərdi. Beləliklə, MMC-yə olan kəsrindən kiminsə xəbəri olmasa da, məbləğin artdığını görüb bu barədə o, şəxsən satış müdiri Şahid2 bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs MMC-yə dəymiş 31 235 manat 93 qəpik ziyandan ibtidai və məhkəmə istintaq dövründə ümumilikdə 8400 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə baxış iclasında izahatında göstərdi ki, nümayəndəsi olduğu Zərərçəkmiş şəxs MMC qida və qeyri qida məhsullarının idxalı, satışı, eləcə də, öz istehsalı ilə məşğul olur. Belə ki, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdən 01 avqust 2023-cü il tarixədək MMC-də satış nümayəndəsi kimi işləmiş, habelə onunla cəmiyyət arasında həmin dövr üçün əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Beləliklə, 01 avqust 2023-cü il tarixə aparılmış hesabat üzrə Təqsirləndirilən şəxs maddi məsuliyyətində 36 948 manat 98 qəpik dəyərində qida məhsulları qalmışdır. Bundan başqa, hesabat MMC-nin daxili auditoru tərəfindən yoxlanılarkən Təqsirləndirilən şəxs dislokasiyasına daxil olan satış nöqtələrində 5 713 manat 05 qəpik məbləğində qida məhsullarının qaldığı müəyyən olunmuş, bu məbləğ 36 948 manat 98 qəpik təşkil edən ümumi məbləğdən çıxıldıqdan sonra isə onun Zərərçəkmiş şəxs MMC-yə cəmi 31235 manat 93 qəpik ziyan vurması aşkar edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs MMCyə vurmuş olduğu ziyandan ibtidai və məhkəmə istintaq dövründə ümumilikdə 8400 manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs şikayətçi olmaqla, sonuncu ilə MMC arasında barışıq əldə olunmamışdır. Odur ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsini, habelə sonuncudan zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə 22835,93 manat məbləğində maddi zərərin və ödənilmiş 183,71 manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi barədə hökm çıxarılmasını xahiş edir. Eyni zamanda, iddiaçı tərəf 13 fevral 2025-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsi ilə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ünvanlayaraq, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə 31235 manat 93 qəpik məbləğində maddi zərərin və ödənilmiş 183,71 (bir yüz səksən üç manat 71 qəpik) manat dövlət rüsumunun əvəzinin tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı tərəf 17 fevral 2025-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 13 fevral 2025-ci il tarixli mülki iddia ərizələrində texniki səhvə yol verilərək Təqsirləndirilən şəxs 31235 manat 93 qəpik məbləğində maddi zərərin əvəzinin tutulmasının tələb edildiyini, sonuncunun qalıq borcunun 28335,93 manat təşkil etdiyini qeyd edərək, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə 28335 manat 93 qəpik məbləğində maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf 28 fevral 2025-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs həmin tarixə qalıq borcunun 27835,93 manat təşkil etdiyini qeyd edərək, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə 27835 manat 93 qəpik məbləğində maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Nəhayət, iddiaçı tərəf 14 aprel 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs mövcud borcunun 22835,93 manat təşkil etdiyini qeyd edərək, tələbin həcminin azaldılmasını xahiş etmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddia tələbini qismən qəbul edərək, məhkəmə iclası zamanı bildirmişdir ki, o, iddianı qismən, yəni 21400 manat hissədə qəbul edir. Belə ki, MMC-yə 31235,93 manat ziyan vurması qeyd edilsə də, geri qaytardığı məhsulların dəyəri çıxıldıqdan sonra məbləğ 30400 manat qalmalı idi. Bundan başqa, işdən çıxdıqdan sonra ona MMC tərəfindən 600 manat DSMF ödənişi edilməli olsa da, həmin məbləğ ona verilməmişdir. Beləliklə, MMC-yə geri qaytardığı məhsulların dəyərini, 600 manat DSMF ödənişini, habelə ödədiyi 8400 manatı çıxdıqdan sonra, ziyan 21400 manat təşkil edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, o, təxminən 8 ildir Zərərçəkmiş şəxs MMC-də işləsə də, 2023-cü ilin may ayından MMC-nin Quba rayon bölməsinin müdiri vəzifəsində çalışır. Belə ki, Zərərçəkmiş şəxs MMC qida və qeyri-qida məhsullarının idxalı, satışı, eləcə də, öz istehsalı ilə məşğul olur. Bundan başqa, bölmə müdiri olaraq vəzifəsi ona təhkim olunmuş satış komandasının işinə nəzarət etmək, müştərilərin müraciətlərinə baxmaq, müştəri sifarişlərinin çatdırılmasının təmin edilməsinə nəzarət etməkdən ibarətdir. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs 20 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-də sürücü köməkçisi kimi əmək fəaliyyətinə başlamış, 02 mart 2022-ci il tarixdə isə sözügedən MMC-də satış nümayəndəsi vəzifəsinə keçirilmiş, 31 avqust 2023-cü il tarixdə isə işdən azad olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs işə başlayarkən onunla əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmış, habelə sonuncu Siyəzən rayonunun ərazisində yerləşən ticarət obyektlərinə MMC-nin satış fəaliyyətinin həyata keçirilməsinə təhkim olunmuş, habelə onun bu fəaliyyətinə nəzarəti həmin vaxt Zərərçəkmiş şəxs MMC-nin bölgə müdiri işləyən Şahid2 etmişdir. Bununla yanaşı, MMC-nin auditorları da, satış təmsilçilərinin işinə nəzarət edir, mütəmadi olaraq ərazi yoxlanışı aparır, yəni müştərilərlə birbaşa görüşərək borc yoxlanışı etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs satış nümayəndəsi olaraq əvvəlcədən müştərilərdən sifarişləri qəbul edərək, məlumatları cəmiyyətə ötürür, cəmiyyətdə öz növbəsində sifarişləri satış fakturaları əsasında sürücülər vasitəsi ilə ticarət obyektlərinə çatdırırdılar. Həmçinin, qaimə-faktura sənədində məhsulların adları, miqdarı, hər birinin ayrı-ayrılıqda və ümumi qiymətləri qeyd olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs öz növbəsində məhsulların ticarət obyektlərinə verildiyi gündən bir ay ərzində satışdan əldə olunmuş məbləği MMC-nin xəzinəsinə təhvil vermiş, habelə pulu qəbul edən kassir hər bir ödənişə görə ayrı-ayrılıqda kassa mədaxil qəbzi tərtib edərək, bir nüsxəsini satış təmsilçisi kimi Əfqana təqdim etmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında MMC-nin bölgə müdiri Şahid2 müraciət edərək, 30 000 manatdan artıq kəsrinin olduğunu bildirmişdir. Bundan sonra, məlumat əsasında daxili auditorlar tərəfindən ərazidə təhvil-təslim aparılmış, habelə təftiş zamanı 31235,93 manat çatışmamazlıq aşkar olunmuşdur. Belə ki, ərazi üzrə təhvil-təslim zamanı Təqsirləndirilən şəxs özü də, iştirak etmiş, habelə qeyd olunan məbləğdə kəsrinin olmasını etiraf etməklə, yanaşı müştərilərə yazılan bəzi məhsulları öz evində saxlamasını və satış planını doldurmaq üçün bir müddətdən sonra satacağını da bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs mağaza sahibləri ilə əvvəlcədən danışaraq, satdığı məhsulların dəyərini onlardan almış, lakin, sonunculara audit yoxlaması aparılan zaman əməkdaşlara borclarını vermədiklərini bildirmələrini xahiş etmişdir. Beləliklə, hazırda Təqsirləndirilən şəxs MMC-yə vurmuş olduğu 31235,93 manat ziyandan 8400 manat ödəniş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o, 2017-ci ildə Zərərçəkmiş şəxs MMC-də satış nümayəndəsi kimi işə başlamış, 2022-ci ilin iyun ayında MMC-nin bölgə müdiri vəzifəsinə keçirilmiş, lakin, 2023-cü ilin dekabr ayından hazıradək orada satış nümayəndəsi olaraq çalışır. Bundan başqa, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs 20 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-də sürücü köməkçisi kimi əmək fəaliyyətinə başlamış, 02 mart 2022-ci il tarixdə isə sözügedən MMCdə satış nümayəndəsi vəzifəsinə keçirilmiş, 31 avqust 2023-cü il tarixdə işdən azad olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs MMC-də satış nümayəndəsi işlədiyi dövrdə ay üzrə satış planını yerinə yetirsə də, 2023-cü ilin avqust ayında onun kəsrlərinin olmasına şübhələr yaranmış və daxili auditorlar tərəfindən ərazidə təhvil-təslim aparılmışdır. Beləliklə, təftiş zamanı Təqsirləndirilən şəxs satışı həyata keçirtdiyi Siyəzən rayonunun ərazisində olan mağazalardan 31235,93 manat çatışmamazlıq aşkar olunmuş, habelə qeyd olunan məbləğdə kəsrinin olmasını sonuncu özü də, etiraf etmişdir. Beləliklə, hazırda Təqsirləndirilən şəxs MMC-yə vurmuş olduğu 31235,93 manat ziyandan 8400 manat ödəniş etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, o, 2022-ci ilin fevral ayından Zərərçəkmiş şəxs MMC-də satış auditoru vəzifəsində işləyir. Bundan başqa, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs 20 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-də sürücü köməkçisi kimi əmək fəaliyyətinə başlamış, 02 mart 2022-ci il tarixdə isə sözügedən MMC-də satış nümayəndəsi vəzifəsinə keçirilmiş, 31 avqust 2023-cü il tarixdə işdən azad olunmuşdur. Belə ki o, təxminən 2023-cü ilin iyul ayının sonları, avqust ayının əvvəllərində Siyəzən rayonunun ərazisində olan mağazalarda borc yoxlanışı apararkən Təqsirləndirilən şəxs öhdəliyində çatışmazlıqların olduğunu müəyyən etmişdir. Bundan sonra, rəhbərliyin göstərişinə əsasən Təqsirləndirilən şəxs təhkim olunduğu Siyəzən rayonu ərazisində yerləşən ticarət obyektlərində, sonuncunun, MMC-nin sabiq bölgə müdiri Şahid2 və həmin obyektlərin səlahiyyətli nümayəndələrinin iştirakları ilə təhvil-təslim aparmışdır. Beləliklə, təhvil-təslim zamanı Təqsirləndirilən şəxs satışı həyata keçirtdiyi mağazalardan 31235,93 manat çatışmamazlıq aşkar olunmuş, habelə qeyd olunan məbləğdə kəsrinin olmasını sonuncu özü də, etiraf etmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, o, 2020-ci ilin fevral ayından Zərərçəkmiş şəxs MMC-nin Quba filialında xəzinədar vəzifəsində işləyir. Eyni zamand, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs 20 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-də sürücü köməkçisi kimi əmək fəaliyyətinə başlamış, 02 mart 2022-ci il tarixdə isə sözügedən MMC-də satış nümayəndəsi vəzifəsinə keçirilmiş, 31 avqust 2023-cü il tarixdə işdən azad olunmuşdur. Bundan başqa, işə qəbul olunarkən Təqsirləndirilən şəxs ilə əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmış, habelə Siyəzən rayonunun ərazisində yerləşən ticarət obyektlərində şirkətin satış fəaliyyətinin keçirilməsinə təhkim olunmuşdur. Belə ki o, Təqsirləndirilən şəxs gündəlik satışdan əldə olunan məbləğləri qəbzlər ilə təhvil almışdır. Beləliklə, təhvil-təslim zamanı Təqsirləndirilən şəxs satışı həyata keçirtdiyi mağazalardan 31235,93 manat çatışmamazlıq aşkar olunmuş, habelə sonuncu qeyd olunan məbləğdən 8400 manat MMC-yə ödəniş etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 35-37-ci səhifələrində olan 04 avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin təsdiqlənməsi barədə aktdan, eləcə də işin İ cild 38-ci səhifəsində olan sonuncunun eyni tarixli izahatından görünür ki, Təqsirləndirilən şəxs öz vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində Zərərçəkmiş şəxs MMC-yə 31235,93 manat zərər vurmuş və bu hal onun özünün izahatı ilə də, təsdiq olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 234-237-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli, 9/808 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında öz əksini tapmış yuxarıda qeyd olunan sənədlərdə göstərilən əməliyyatların aparılması istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə, həmin sənədlər üzrə Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 31235,93 manat məbləğində müəyyən olunur. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 235-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 112-114-cü səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli, 9/8242 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında öz əksini tapmış auditor hesabatı, qarşılıqlı üzləşmə aktları, satış fakturaları və cədvəl məlumatlarına əsasən həmin sənədlər üzrə Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 31,235,93 manat məbləğində müəyyən olunur. Əmələ gələn çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 111-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 104-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 55-56-cı vərəqələrində olan 26 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 88-89-cu vərəqələrində olan 28 avqust 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 107-108-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinə əlavə edilmiş iddiadan, iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılması barədə ərizələrdən, eləcə də ona əlavə edilmiş 13 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət edilmiş, o cümlədən 22835,93 (iyirmi iki min səkkiz yüz otuz beş manat 93 qəpik) manat pulun Təqsirləndirilən şəxs tutularaq MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmiş, həmçinin iddia tələbi üzrə 183,71 manat dövlət rüsumu ödənilmişdir. Cinayət işinin İ cild 18-ci vərəqəsində olan 02 mart 2022-ci il tarixli, 139/K nömrəli əmrdən çıxarışın, 24-cü vərəqəsindəki eyni tarixli əmək müqaviləsinə əlavənin, 25-ci vərəqəsində olan həmin tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin, eləcə də 19-20-ci vərəqələrdəki 02 mart 2022-ci il tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilələrin və iş materiallarına əlavə olunmuş 31 avqust 2023-cü il tarixli, 397 nömrəli əmrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-də sürücü köməkçisi kimi əmək fəaliyyətinə başlamış, 02 mart 2022-ci il tarixdən 31 avqust 2023-cü il tarixədək isə sözügedən MMC-də satış nümayəndəsi vəzifəsində işləmiş, həmçinin o, işəgötürən tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub, saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 11 ədəd qaimə fakturadan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 8400 manat məbləğində ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib, Zərərçəkmiş şəxs MMC-nin ona etibar edərək təhvil verdiyi əmlakının satışından əldə etdiyi pul vəsaitini MMC-nin kassasına mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, zərərçəkmiş şəxs, mülki iddiaçıya xeyli miqdarda ziyan vurmaqla, özgə əmlakını talaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçının nümayəndəsinin izahatı, təqsirləndirilən şəxs, mülki cavabdehin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 179.2.3-cü və 179.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun cinayət nəticəsində vurduğu ziyanının təxminən 1/4 hissəsini ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun öz qulluq mövqeyindən istifadə edərək, etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talama cinayət əməllərini törətməsini, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçıya dəymiş zərərin məbləğini, həmçinin bu zərərin az qismini qaytarmasına baxmayaraq, uzun müddət əhəmiyyətli hissəsini ödəməməsini, habelə bu istiqamətdə əməli hərəkətlər etməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, həmçinin hökmün icrasından yayınmasına, eyni zamanda hüquqazidd əməllərini davam etdirəcəyinə kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həmin cəzanın son həddinin 1/2 hissəsi həcmində cəza, həmçinin bu cəzaya əlavə kimi dövlət, kommersiya və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasının da təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarına əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Azərbaycan Repsublikası CPM-in 346.1.14-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Bu Məcəllənin 353.2.8-ci maddəsinə əsasən əlavə cəza növünün təyin edilməsi haqqında qərarın motivləri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Bu baxımdan, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs maddi-məsul şəxs kimi vəzifə öhdəliklərini düzgün yerinə yetirməmiş, habelə öz qulluq mövqeyindən istifadə edərək, Zərərçəkmiş şəxs MMC tərəfindən ona etibar edilmiş əmlakı satmaqla, satışdan əldə olunmuş pul vəsaitini cəmiyyətin xəzinəsinə təhvil vermədən, özünün şəxsi ehtiyaclarına sərf etmiş, bununla da, MMC-yə aid həmin vəsaiti qanunsuz və əvəzsiz olaraq götürmüş (mənimsəmiş), həmçinin özgəninkiləşdirmişdir (israf etmişdir). Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsini nəzərdə tutur. Bu cəzanın məqsədi cinayət əməlini törətmiş şəxsin öz vəzifəsindən, konkret peşə və ya digər fəaliyyət növündən istifadə etməklə təkrar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmçinin, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. İşin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs öz xidməti vəzifələrini icra edərkən uzun müddət davamlı olaraq, şüurlu şəkildə qulluq mövqeyindən istifadə etməklə belə nöqsanlara yol verməsi nəticəsində Zərərçəkmiş şəxs MMC xeyli miqdarda zərərə məruz qalmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs dövlət, kommersiya və yerli özünüidarə orqanlarında maddiməsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi labüddür və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdən 28 avqust 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 15 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan...Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında da qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarının 65-ci bəndinə əsasən məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “maddi zərərin əvəzinin ödənilməsinə” dair mülki iddiası əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinin İ hissəsinin İ və İİ bəndlərinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsini İİ və İİİ hissələrinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Sözügedən Məcəllənin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Bu Məcəllənin 191-ci maddəsinin İ bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 199-cu maddəsinin İ hissəsinin “a” və “ç” bəndlərinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 194-cü maddəsinin İİ bəndinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə bu Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, 20 avqust 2018-ci il tarixli əmək müqaviləsinə əsasən Təqsirləndirilən şəxs bu tarixdən "xxxx" MMC-yə "sürücü köməkçisi", 02 mart 2022-ci il tarixdən "satış nümayəndəsi" vəzifəsinə işə qəbul edilmiş, habelə həmin tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən o, işəgötürən tərəfindən ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmasını, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamasını və ziyankarlığa qarşı mübariz olmasını tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Lakin, sonradan, 2023-cü ilin avqust ayının əvvəllərində keçirilmiş auditor yoxlamaları zamanı Təqsirləndirilən şəxs MMC-yə 31235,93 manat zərər vurması aşkar edilərək, bu barədə müvafiq akt tərtib olunmuş, bundan əlavə sonuncu özü də, auditor yoxlamalarında iştirak etmiş, sənədləri imzalamış və əskik gəlmiş 31235,93 manat pulu mənimsəməsi barədə 04 avqust 2023-cü il tarixdə izahat (İ cild 38-ci v) vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) 31 avqust 2023-cü il tarixli əmrlə vəzifəsindən azad edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs "xxxx" MMC-də satış nümayəndəsi işləyərkən vəzifəsindən irəli gələn öhdəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, nəticədə zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı MMC-yə ümumilikdə 31235,93 manat məbləğində zərər vurmuş, habelə bu zərərdən şirkətə 8400 manat qaytarsa da, 22835,93 manat pul ödənilməmiş qalmışdır. Buna görə də, təqsirləndirilən şəxs, mülki cavabdeh, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək mülki iddiaya münasibətdə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə 22835,93 (iyirmi iki min səkkiz yüz otuz beş manat 93 qəpik) manat məbləğində maddi zərərin və ödənilmiş 183,71 (bir yüz səksən üç manat 71 qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il 06 (altı) ay müddətində dövlət, kommersiya və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətində dövlət, kommersiya və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası onun azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi bütün müddətə və bundan sonrakı 01 (bir) il 06 (altı) ay müddətinə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə 22835,93 (iyirmi iki min səkkiz yüz otuz beş manat 93 qəpik) manat məbləğində maddi zərərin və ödənilmiş 183,71 (bir yüz səksən üç manat 71 qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-3/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-3/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver