Məhkəmə qərarları › İş №1(059)-30/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-30/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-30/2022 05.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 05 aprel 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 29,177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 21 noyabr 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində Zərərçəkmiş şəxs məxsus, Siyəzən şəhərinin O.Qoçəliyev küçəsində yaşadığı ünvanın qarşısında saxladığı **-MT-*** dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobilin qapısını açıb, avtomobilə daxil olaraq, qoltuqaltı adlanan yerdəki 5 ədədi 100 manatlıq 1 ədədi 50 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 550 manat məbləğində pulu oğurlamaq üçün bilavasitə cinayət törətməyə yönəlmiş bütün hərəkətləri etsə də, avtomobilin sahibi tərəfindən o, hadisə yerində saxlanıldığı üçün iradəsindən asılı olmayan səbəbdən əməllərini başa çatdıra bilməyərək, özgə əmlakını gizli yolla talamaqla, oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 21 noyabr 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki 12 saylı evin yaxınlığındakı marketdən ərzaq məhsulları və siqaret alıb qayıdarkən, adını sonradan öyrəndiyi Mirqardaşın evinin qarşısında nəzarətsiz saxlanılmış, sonuncuya məxsus göy rəngli, VAZ 2106 markalı avtomobilin kilid yerinə əlində olan fənərlə işıq salıb qapısının açıq olduğunu görmüş və onun içərisindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə avtomobilin qapısını açaraq içəri daxil olub, orada pul və ya digər hər hansı qiymətli əşyaların olubolmamasını yoxlayarkən ilk olaraq baxdığı avtomobilin qolaltı adlanan hissəsində tibbi maska və sənədlər olduğunu görsə də, həmin hissədə pul və digər dəyərli əşya tapa bilmədiyindən avtomobildən yerə düşmüşdür. Həmin vaxt avtomobilin sahibi Mirqardaş yaşadığı evdən küçəyə çıxan zaman onu görüb tutmaq üçün üstünə gələrkən qaçmağa çalışsa da, sonuncu avtomobili ilə ona çatıb yaxalamış və baş vermiş hadisə ilə bağlı polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra, polis əməkdaşları olduqları yerə gəlib, onu Siyəzən PRŞ-yə aparmışlar. Bundan əlavə, qeyd olunan hadisədən başqa, hər hansı yerdən oğurluqlar etməmiş, habelə avtomobildən oğurluq edərkən yanında digər şəxs və ya şəxslər olmamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirməsini, bir daha cinayət əməli törətməyəcəyi barədə vədini nəzərə alıb, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Siyəzən şəhərinin O.Qoçəliev küçəsindəki nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamaqla, idarəçiliyində **-MT-*** dövlət qeydiyyat nişanlı, Vaz 2106 markalı avtomobil vardır. 21 noyabr 2021-ci il tarixdə onlara qonaq gəlmiş bacısı uşaqlarını evlərinə aparmalı olduğundan avtomobilini evinin çölündə saxlamışdır. Təxminən saat 23:30 radələrində bacısı və uşaqları getməyə hazırlaşarkən avtomobilini işə salmaq məqsədilə çölə çıxdığında avtomobilinin içərisində bir nəfər şəxsin olduğunu və nə isə axtardığını görüb ona uca səslə səslənmişdir. Bu zaman həmin şəxs dərhal avtomobildən düşərək qaçsa da, avtomobilini işə salaraq həmin şəxsin arxası ilə gedib onu tutmuş və bu barədə dərhal qohumu Siyəzən RPŞ-nin əməkdaşı Şahid1 məlumat vermişdir. Bir qədər sonra, hadisə yerinə gəlmiş Mirnağı və digər polis əməkdaşlarına tutduğu şəxsi təhvil vermiş, habelə avtomobilinə baxış keçirilmişdir. Hadisə baş verən zaman avtomobilinin qolaltı adlanan hissəsində 550 manat məbləğində pul və ona aid sənədlər olsa da, vaxtında çölə çıxdığı üçün həmin şəxs orada olan pulu oğurlaya bilməmişdir. Oğurluq etmək istəyən şəxsi hadisəyə qədər tanımasa da, sonradan həmin şəxsin Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Bundan başqa, Seymur avtomobilindən oğurluq edərkən onun yanında başqa hər hansı şəxs və ya şəxslər olmamışdır. Həmçinin, Seymur avtomobilinin kilidini sındıraraq içəriyə daxil olduğu üçün ona 50 manat məbləğində maddi ziyan vurmuş və hazırki vaxta kimi zərəri ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin PPXT-nin manqa komandiri Şahid1 ifadəsində göstərdi ki, 21 noyabr 2022-ci il tarixdə xidmətdə olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə qohumu Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrədən zəng edərək, bir nəfər şəxsi ona məxsus avtomobilindən oğurluq edərkən saxladığını bildirib, polisin yaşadığı Siyəzən şəhəri, O.Qoçəliyev küçəsinə gəlməsini istədikdən sonra, o, birlikdə xidmətdə olduğu polis nəfələri Turxan Heydarov və Şahid2 ilə həmin küçəyə getmiş və orada Zərərçəkmiş şəxs tərəfindən saxlanılmış şəxsi Siyəzən RPŞ-yə aparmışlar. Orada olarkən həmin şəxsin Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Hadisə yerinə Siyəzən RPŞ-nin TQ-nin təhqiqatçısı Eldar Şükürov tərəfindən keçirilən baxışda o da iştirak etmiş və bu zaman avtomobildən 5 ədədi 100 manatlıq və 1 ədədi 50 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 550 manat məbləğində pul aşkar olunmuşdur. Məhkəmə istintaqında digər şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-12-ci vərəqələrində olan 21 noyabr 2021-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, 21 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus, **-MT-*** dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobilə keçirilən baxış zamanı həmin avtomobildən ittihamın əsasını təşkil edən 5 ədədi 100 manatlıq 1 ədədi 50 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 550 manat məbləğində pul götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-80-ci vərəqələrində olan 05 fevral 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 21 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomobilə keçirilən baxış zamanı aşkar edilmiş 5 ədədi 100 manatlıq və 1 ədədi 50 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 550 manat məbləğində nağd pul iş üzrə maddi sübut kimi tanınmış, habelə onlara baxış keçirildikdən sonra Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 38-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli tələbnamədən, işin 39-68-ci vərəqələrində olan Siyəzən Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli, 1(059)-24/2016 saylı hökmünün surətindən görünür ki, Paşayev X1 Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilərək şərti olaraq tətbiq edilmiş, habelə 26 oktyabr 2018-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-101-ci vərəqələrində olan 06 fevral 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 36-37-ci vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən rayonu İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, tünd göy rəngli, **-MT-*** dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobil Zərərçəkmiş şəxs məxsusdur. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs 15 mart 2022-ci il tarixdə tərtib etdiyi ərizədən görünür ki, dəyən ziyan ödənilmədiyindən o, təqsirləndirilən şəxsdən şikayətçidir. Beləliklə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamağa cəhd etmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 29,177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun özgənin əmlakını gizli olaraq talamağa cəhd etmə cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, o cümlədən əvvəllər eyni kateqoriyadan olan cinayət əməlini törətməsinə, eləcə də məhkum olunmasına, məhkumluğunun ödənilməsinə baxmayaraq, islah olunmamasını, həmçinin narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər sözügedən və idarəçilik qaydaları əleyhinə kateqoriyadan törətdiyi inzibati xəta əməllərinə görə verilmiş tənbehlərdən nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyə olunmamasını, yeni cinayət törətməyə meylliyini, bununla belə barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmaması kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29, 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçü nəzərə alınmaqla, ona həmin həddin dörddə biri həcmində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 21 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomobilə keçirilən baxış zamanı aşkar edilmiş 5 ədədi 100 manatlıq və 1 ədədi 50 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 550 manat məbləğində nağd pul Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 21 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomobilə keçirilən baxış zamanı aşkar edilmiş 5 ədədi 100 manatlıq və 1 ədədi 50 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 550 manat məbləğində nağd pul Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar