Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-31/2020 08.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 Qudrət oğlunun, Zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X12, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhəri Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə gecə saat 01:03 radələrində “BC” kateqariyalı, “AB 749665” seriya nömrəli sürücülük vəsiqəsi və “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli etibarnamə əsasında idarə etdiyi həmin MMC-yə məxsus “Azsamand Runna” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən şəhəri, H.Əliyev küçəsində üzü Şabran rayonu istiqamətində yolun özünə aid hərəkət zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin İİİ bəndinin və 64-cü maddəsinin İ hissəsinin tələblərinə, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, avtomobili hərəkət sürəti “Maksimum sürətin məhdudlaşdırılması” 3.24 yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda qeyd olunan sürətdən çox olmayan sürətlə hərəkət etdirməli, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda Zərərçəkmiş şəxs2 Qudrət oğluna məxsus “QAZ 33021” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin küçənin X13 rayon filialının qarşısından keçən hissəsində yolun sağ kənarında hərəkətsiz vəziyyətdə dayanmasını nəzərə almaqla qeyd olunan avtomobildən təhlükəsiz yan məsafə saxlayaraq keçib getməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməmiş, avtomobili hərəkət sürəti 60 km/saata qədər məhdudlaşdırılmış yolda saatda 70 km/sürətlə hərəkət etdirib, diqqətini hərəkət yolundan yayındırmaqla qarşıda yolun sağ kənarında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs2 məxsus “QAZ 33021” markalı, 10 RM-635 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfi ilə toqquşaraq ehtiyatsızlıqdan avtomobilində olan 1991-ci il təvəllüdlü sərnişin X1 qapağı və əsası sümüklərinin, üz sümüklərinin çoxqəlpəli sınıqları, baş beyin toxumasına və baş beynin yumşaq qişasına diffuz qansızmalar, baş beynin sərt qişasının cırılması, başın sağ alın nahiyəsinin əzilmiş yarası, başın yumşaq örtüyü altına qansızmalar və sol əlin sıyrıqları kimi, canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirilməsinə və başın küt zədəsi nəticəsində kəllə qapağı və əsası sümüklərinin çoxqəlpəli sınıqları, baş beyin toxumasına və onun yumşaq qişasına geniş diffuz qansızmalardan törəyən baş beynin kəskin ödemindən ölməsinə, idarə etdiyi “Azsamand Runna” markalı avtomobilin əzilib zədələnməsi ilə “xxxxxxxxxxxxx” MMC-yə 3842 manat, “QAZ 33021” markalı avtomobilin əzilib zədələnməsi ilə sürücü Zərərçəkmiş şəxs2 isə 640,50 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, avtomobil idarə etmək üçün “BC” kateqoriyalı sürücülük hüququ olmaqla, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək sürmək üçün nəzərdə tutulan etibarnamə ilə “xxxxxxxxxxxxx” MMC-dən kirayəyə götürdüyü 2014-cü ilin buraxılışı olan “Runna minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə həmin avtomobili müvəqqəti olaraq bacısı Aysel Baxşiyevanın əri Şahid1 vermiş, həmin gün axşam təxminən saat 22:00 radələrində kiçik qardaşı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş mərhum Vidadi Baxşiyev onlarla birlikdə qonşuluqda yaşayan əmiləri Əlizamin Baxşiyevin evinə bayram münasibətilə qonaq getmişlər. Orada olduqları zaman yeznəsi Xətai onunla əlaqə saxlayıb, onlara gəlib həm bayramlaşmaq, həm də ki, maşını geri qaytarmaq istədiyini bildirdikdə o, sonuncuya qardaşı Vidadi ilə birlikdə əmisi Əlizamingildə olduqlarını qeyd etmişdir. Bir neçə dəqiqədən sonra Xətai bacısı Aysel Baxşiyeva ilə birlikdə əmisigilə gəlmişlər. Daha sonra, onlar bacısıgillə birlikdə əmisi Əlizamingildən çıxaraq özlərinin yaşadıqları evə getmişlər. Bundan bir qədər sonra süfrə arxasında əyləşib birlikdə yemək yeməyə başlamışlar və yemək zamanı mərhum qardaşı Vidadi Baxşiyev bayram olduğu üçün özü tək bir qədər spirtli içki qəbul etmiş, yeznəsi Xətai spirtli içki içən olmadığından xüsusən də avtomobil idarə edəcəyi üçün ümumiyyətlə spirtli içki qəbul etməmişdir. Onlar yemək yedikdən sonra xx xxxxxx 2020-ci il tarixdə axşam təxminən saat 01:00 radələrində bacısı Aysel Baxşiyevanı və əri Şahid1 yaşadıqları ünvana aparmaq üçün evdən çıxaraq yuxarıda qeyd etdiyi avtomobilinə əyləşmişlər. Həmin gün avtomobil yeznəsi Şahid1 olduğundan sükan arxasında sonuncu əyləşmişdir. O, geri qayıdan zaman tək olmasın deyə, mərhum qardaşı Vidadi də onlarla birlikdə getmişdir. Vidadi Baxşiyev avtomobildə qabaq sağ tərəfdə, o və bacısı isə avtomobildə arxa oturacaqda əyləşmişlər. Onlar bacıları və ərini yaşadıqları Siyəzən şəhəri, Xətai küçəsində yerləşən evlərinin qarşısında düşürdükdən sonra, o avtomobilin sükanı arxasına keçmiş, mərhum qardaşı Vidadi Baxşiyev isə avtomobildə yerini dəyişmədən qabaq sağ oturacaqda əyləşmişdir. Onlar evə gəlmək üçün hərəkətə başlamış, yolda Vidadi ilə söhbət edə-edə Siyəzən şəhəri, H.Əliyev küçəsi ilə yaşadıqları ev istiqamətində hərəkət etmişlər. Həmin ərazi yaşayış məntəqəsi olduğundan avtomobili sürətlə idarə etməmişdir. Siyəzən şəhəri, H.Əliyev küçəsində “Mərkəz” adlanan hissədə yerləşən işıqforun qadağanedici qırmızı işığı yandığından avtomobilin sürətini tamamilə azaldaraq, işıqforda dayanmış, sonra icazəverici yaşıl işıq yandığında yenidən hərəkətə başlamışdır. Təxminən 500 metr sonra “Beynəlxalq Bankın” Siyəzən rayon filialının qarşısına çatdığında qəfildən avtomobilin əsasən qabaq sağ tərəfinin hansısa bir maneəyə çırpıldığını hiss etmişdir. İşıqforda dayandıqdan sonra hərəkətini davam etdirdiyi üçün idarə etdiyi avtomobilin hərəkət surəti təxminən 70 km/saat olmuşdur. Avtomobil maneəyə çırpıldıqdan sonra avtomobilin yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış “Qazel” markalı yük avtomobilinə arxadan dəydiyini bilmişdir. X16 tərəf çevrilərək qardaşını qucaqlayıb çağırmağa başlamış, lakin qardaşının ona reaksiya vermədiyini görüb avtomobildən düşərək qardaşı Vidadi Baxşiyevin oturduğu qabaq sağ oturacağın qapısına tərəf qaçmışdır. Qapını bir neçə dəfə dartıb açmağa cəhd etsə də, avtomobilin qapısını aça bilməmiş, bu zaman oraya yaxınlıqda xidmətdə olan polis əməkdaşları və tanımadığı şəxslər ona kömək etmək üçün gəlmişlər. Daha sonra, hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş, o və qardaşı X17 RMDM-yə gətirilmişlər. Bədənində hər hansı bir xəsarət olmadığı üçün tibbi yardım üçün müraciət etməmişdir. Xəstəxanaya gətirildikdən təxminən 1-2 saat sonra qardaşı Vidadi Baxşiyev vəfat etmişdir. Əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində 1 azyaşlı uşağının olmasının, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasının, habelə barışmalarının nəzərə alınmasını xahiş edir. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və mərhum Vidadi Baxşiyev doğma övladlarıdır. Vidadi Baxşiyev vəfat etdiyi günə qədər onun evində yaşamış, Təqsirləndirilən şəxs isə hal-hazırda da onun evində yaşayır. Oğlu Təqsirləndirilən şəxs bir müddət olar sürmək üçün nəzərdə tutulan etibarnamə ilə 2014-cü ilin buraxılışı olan “Runna minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında övladları Sadiq və Vidadi onlardan bir qədər aralıda yaşayan qardaşı Əlizaminin evinə bayramlaşmaq üçün getmişlər. Bir qədər sonra Sadiq, Vidadi, qızı Aysel və onun əri Xətai onlara gəlmiş, habelə onlarla birlikdə bayram süfrəsi arxasında əyləşib yemək yemişlər. Yemək zamanı oğlu Vidadi bir qədər spirtli içki qəbul etmiş, digər oğlu Sadiq isə avtomobil idarə edəcəyi üçün spirtli içki qəbul etməmişdir. Kürəkəni Xətai isə ümumiyyətlə spirtli içki içən insan deyildir. Ona görə Xətai də yemək zamanı spirtli içki qəbul etməmişdir. Axşam yeməyini yeyib qurtardıqdan bir müddət sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə gecə saat 01:00 radələrində qızı Aysel və əri Xətai evlərinə getmək üçün sağollaşaraq evdən çıxmışlar. Xətai və qızı Aysel evlərinə getmək üçün Sadiqin idarə etdiyi “Runna markalı”, **-XZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşmişlər. Həmin gün avtomobil qızının əri Xətaidə olduğu üçün avtomobilin sükanı arxasında sonuncu, oğlu Sadiq və qızı Aysel isə avtomobildə arxa oturacaqda əyləşmişlər. Digər oğlu Vidadi isə geri qayıdan zaman Sadiq tək olmasın deyə avtomobildə qabaq sağ tərəfdə sərnişin qismində əyləşmişdir. Onları yola salıb evə qayıtdıqdan təxminən 15-20 dəqiqə sonra oğlanlarının evə gəlmədiyini görüb, narahatçılıq hissi keçirdiyindən əvvəl Sadiqə, sonra isə Vidadiyə zəng vursa da, onlar telefona cavab verməmişlər. Daha sonra, qızı Aysel ilə əlaqə saxlamağa çalışsa da, sonuncunun qayınanası telefona cavab verərək, Xətai ilə Ayselin tələsik şəkildə evdən çıxaraq, harasa getdiklərini bildirmişdir. O, yenə də, nə baş verdiyini tam anlamasa da, ürəyində oğlanlarının başına hadisə gəlməsini fikirləşdiyindən taksiyə əyləşərək Siyəzən şəhəri, H.Əliyev küçəsi ilə Mərkəz adlanan istiqamətdə hərəkətdə olarkən “Beynəlxalq Bankın” Siyəzən rayon filialının qarşısına çatdığında yolun sol kənarında oğlu Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxadan “Qazel” markalı avtomobil ilə toqquşduğunu görmüşdür. Cəld taksidən düşüb avtomobilə yaxınlaşsa da, oğlanlarından heç kimi orada görməmişdir. Hadisə yerində olan şəxslərdən biri ona oğlanları Sadiq və Vidadinin ondan az öncə xəstəxanaya aparıldıqlarını bildirmişlər. Daha sonra, Siyəzən RMDM-yə getmiş və orada oğlu Sadiqi görsə də, Vidadinin vəziyyəti ağır olduğu üçün onu görə bilməmişdir. Təxminən 1-2 saatdan sonra Vidadinin aldığı bədən xəsarətlərindən Siyəzən RMDM-də vəfat etdiyini öyrənmişdir. Qəzanı törədən də və qəza nəticəsində vəfat edən də doğma övladlarıdır. Baş vermiş bu faciə onun üçün nə qədər çətin olmuş olsa da, hadisə ilə əlaqədar hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X18 izahatında göstərdi ki, “xxxxxxxxxxxxx” MMC-nin iş fəaliyyəti ölkə ərazisində müqavilə əsasında kirayəyə avtomobillərin verilməsindən ibarətdir. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında şəxsiyyəti sonradan məlum olan Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs Bakı şəhəri, N.Nərimanov rayonu, Ə.Əbdülrəhimov küçəsində yerləşən “xxxxxxxxxxxxx” MMC-nin ofisinə yaxınlaşaraq kirayəyə avtomobil götürmək istədiyini bildirib şəxsiyyətini təsdiq edən sənədin və sürücülük hüququ verən sənədinin surətini təqdim etmişdir. Onlar həmin şəxsə kirayəyə verə biləcəkləri avtomobillərin siyahısını təqdim etmişlər. Təqsirləndirilən şəxs də həmin avtomobillərdən **-XZ-*** dövlət qeydiyyat nişanlı, “Azsamand Runna” markalı avtomobili seçmişdir. Daha sonra, onlar Təqsirləndirilən şəxs ilə avtomobilin kirayə verilməsi ilə bağlı müqavilə bağlamışlar. Müqaviləyə əsasən avtomobil Təqsirləndirilən şəxs idarə edilmək üçün 1(bir) aylıq etibarnamə əsasında verilmiş, eyni zamanda, müqaviləyə Təqsirləndirilən şəxs avtomobili şirkətə geri qaytardıqdan sonra xitam veriləcəyi qeyd edilmişdir. Bir aydan sonra, yəni, xx xxxxxx 2019-cu il tarixdə etibarnamənin müddəti bitdiyi üçün Təqsirləndirilən şəxs yenidən onların ofisinə yaxınlaşaraq etibarnamənin müddətini artırmışdır. xx xxxxxx 2020-ci il tarixdə özünü Təqsirləndirilən şəxs bacısının əri kimi təqdim edən Xətai adlı şəxs onların əməkdaşları ilə telefon əlaqəsi saxlayaraq Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə həmin avtomobil ilə Siyəzən şəhəri ərazisində yol nəqliyyat hadisəsi törətdiyini, hadisə nəticəsində avtomobildə olan Təqsirləndirilən şəxs qardaşı Vidadi Baxşiyevin vəfat etdiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan tam şəkildə ödənildiyindən ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs2 Qudrət oğlu ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, habelə avtomobil idarə etmək üçün “C” kateqoriyalı sürücülük hüququ var. Hazırda sürmək üçün nəzərdə tutulan etibarnamə ilə 2000-ci ilin buraxılışı olan “Qaz 33021” (Qazel) markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Həmin avtomobil arvadı X2 məxsus olsa da, onun pulu ilə alındığı və özü idarə etdiyi üçün onun sahibliyində olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə gecə təxminən saat 00:30 radələrində həmin avtomobil ilə Siyəzən şəhəri, Gənclik qəsəbəsindən gələrək avtomobili Siyəzən şəhəri, H.Əliyev küçəsində “Beynəlxalq Bankın” Siyəzən rayon filialının inzibati binasının qarşısı ilə üzbəüz, yeni tikilməkdə olan Siyəzən şəhəri, H.Əliyev küçəsi, 53 nömrəli evin qarşısında yolun kənarında saxlayıb öz yaşadığı evə getmişdir. Orada saxlama məqsədi isə həmin ərazidə müşahidə kameralarının olmasıdır. Gecə təxminən saat 01:00 radələrində küçədən toqquşma səsi gəlmişdir. Onlarla birlikdə eyni həyətdə yaşayan qardaşı Şahid2 həyətdə olduğu üçün sonuncu ondan əvvəl küçəyə çıxıb, səs gələn tərəfə getmişdir. O, təxminən 5 dəqiqədən sonra küçəyə çıxdığında “Runna markalı” minik avtomobilinin Siyəzən şəhəri, H.Əliyev küçəsində “Mərkəz” adlanan hissədən gələrək yolun sağ hərəkət hissəsində hərəkətsiz vəziyyətdə dayanmış etibarnamə əsasında idarə etdiyi yük avtomobilinə arxa sol tərəfdən dəydiyini və zərbənin təsirindən idarə etdiyi avtomobili bir neçə metr sürüyərək, səkinin üzərinə çıxardığını görmüşdür. Bundan sonra, polis əməkdaşlarına yaxınlaşaraq həmin “Qaz 33021”(Qazel) markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini sürmək üçün nəzərdə tutulan etibarnamə əsasında idarə etdiyini bildirmiş və avtomobilə aid müvafiq sənədləri polis əməkdaşlarına təqdim etmişdir. Hazırda, Təqsirləndirilən şəxs ilə barışmış və dəymiş maddi ziyan tam şəkildə ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid2 Qudrət oğlu Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru Şahid4 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə xidmətdə olduğu zaman Siyəzən RPŞ-nin növbətçi hissəsindən Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində X13 rayon filialının qarşısında yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında o və onunla birlikdə xidmətdə olan DYPB-nin YPX-nin inspektoru Şahid5 dərhal hadisə yerinə getmişlər. Hadisə yerinə gəldiklərində Siyəzən şəhəri, H.Əliyev küçəsində Şabran rayonu istiqamətində hərəkət olan **-XZ-*** dövlət qeydiyyat nişanlı, “Runna” markalı avtomobilin “Beynəlxalq Bankın” Siyəzən rayon filialının qarşısında yolun əks tərəfində hərəkətsiz vəziyyətdə dayanmış **- RM-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı yük avtomobilinə arxadan çırpıldığını görmüşlər. Hadisə yerinə çatdıqlarında RPŞ-nin PPXT-nin polis nəfərləri Şahid6 və Şahid7 hadisə yerində olmuşlar. Daha sonra, onlar birlikdə avtomobildə qalan şəxslərə kömək etməyə başlamışlar. Hadisə yerinə çatdıqlarında şəxsiyyəti sonradan məlum olan sürücü Təqsirləndirilən şəxs artıq avtomobildən özü düşmüş olsa da, qabaq sağ tərəfdə əyləşmiş X7 avtomobildən çıxartmağa çalışmışdır. Həmin avtomobilin əsasən qabaq sağ tərəfi “Qazel” markalı avtomobilin arxa sol tərəfindən içəriyə doğru hərəkət etdiyi üçün, ilk əvvəl həmin şəxsi avtomobildən çıxara bilməmiş, məcbur qalaraq hadisə yerinə yaxınlaşmış digər polis əməkdaşlarının və mülki vətəndaşların köməkliyi ilə həmin avtomobili bir qədər arxaya çəkərək avtomobildə sərnişin qismində sıxışmış vəziyyətdə qalmış şəxsiyyəti sonradan məlum olan X7 avtomobildən çıxararaq hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə Siyəzən RMDM-yə yola salmışlar. Həmçinin, hadisə nəticəsində sürücü Təqsirləndirilən şəxs da tibbi yardım göstərilməsi üçün sonuncunu da Siyəzən RMDM-yə yola salmışlar. Bundan sonra, hadisə yerinin müayinə olunması məqsədilə mühafizəni təşkil etmişlər. Daha sonra, hadisə yerinin müayinəsi ilə bağlı olaraq protokol və yol nəqliyyat hadisəsinin sxemi tərtib olunmuşdur. Protokol ucadan oxunmuş, o, hal şahidləri və digər iştirakçılar protokolun və yol nəqliyyat hadisəsinin sxeminin doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Hadisədən bir qədər sonra, hadisə nəticəsində xəsarət almış X5 Siyəzən RMDM-də vəfat etdiyini öyrənmişdir. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru Şahid5, baş dövlət avtomobil müfəttişiŞahid3və PPXT-nin polis nəfərləri Şahid6 Rəfail oğlu, eləcə də Şahid7 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki,o, Xətai küçəsi ev 60 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qaynıdır. O, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan “Runna” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək üçün ondan müvəqqəti götürmüş, həmin gün axşam saatlarında o, işlərini qurtardıqdan sonra həm maşını geri qaytarmaq, həm də, bayramlaşmaq məqsədilə arvadı Aysel ilə birlikdə onlara getməyi qərara almışlar. O, Təqsirləndirilən şəxs ilə əlaqə saxladığında Sadiq yeni il ilə əlaqədar bayramlaşmaq məqsədilə qardaşı Vidadi Baxşiyevlə birlikdə yaxınlıqda qonşuluqlarında olan Əlizamin adlı əmisinin evində olduqlarını bildirmiş, o, da arvadı Aysellə birlikdə Təqsirləndirilən şəxs istifadəsində olan “Runna” markalı avtomobillə həmin ünvana getmişdir. Daha sonra, onlar birlikdə oradan çıxaraq Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, F.Bayramov küçəsində yerləşən 48 saylı evə getmiş, orada bayram süfrəsinə əyləşərək yemək yemişlər. O, ümumiyyətlə spirtli içki içən olmadığı üçün yemək zamanı spirtli içki qəbul etməmişdir. Qaynı Təqsirləndirilən şəxs onları istifadəsində olan yuxarıda qeyd etdiyi avtomobil ilə yaşadıqları evə geri qaytaracağından Sadiq də yemək zamanı spirtli içki qəbul etməmişdir. Süfrə arxasında əyləşənlərdən yalnız digər qaynı Vidadi Baxşiyev cüzi miqdarda spirtli içki qəbul etmişdir. Onlar bayram süfrəsində yeməklərini yeyib qurtardıqdan sonra bir qədər də həmin evdə qalmışlar. Daha sonra, artıq xx xxxxxx 2020ci il tarixdə təxminən gecə saat 01:00 radələrində onlar öz evlərinə getmək məqsədilə Təqsirləndirilən şəxs istifadəsində olan “Runna” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşmişlər. Həmin gün avtomobil onda olduğu üçün avtomobilin sükanı arxasında o, əyləşmiş, Təqsirləndirilən şəxs və arvadı avtomobilin arxa oturacağında əyləşmişlər. Onlar yaşadıqları ünvanda düşdükdən sonra Təqsirləndirilən şəxs geriyə tək qayıtmasın deyə, digər qaynı Vidadi Baxşiyev də onlarla birlikdə getmişdir. Vidadi Baxşiyev avtomobildə qabaq sağ tərəfdə əyləşmişdir. Daha sonra, onlar gəlib Siyəzən şəhəri Xətai küçəsində yerləşən evlərinin qarşısında düşmüşlər. Sadiq və Vidadi ilə sağollaşıb yaşadıqları evə girmişlər. Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasına keçərək avtomobili idarə edib yaşadıqları küçədən uzaqlaşmış, təxminən 10-15 dəqiqədən sonra ona zəng vuraraq Siyəzən şəhəri H.Əliyev küçəsi ərazisində yol nəqliyyat hadisəsi törətdiyini və hadisə nəticəsində qardaşı Vidadi Baxşiyevin ağır bədən xəsarətləri aldığını bildirmişdir. Daha sonra, o, cəld evdən çıxaraq hadisə yerinə gəlmiş, ora gəldiyində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində X13 rayon filialının qarşısında yolun əks tərəfində Qazel markalı avtomobil ilə arxa tərəfdən toqquşduğunu görmüşdür. O, hadisə yerinə çatdığında Təqsirləndirilən şəxs və Vidadi Baxşiyevi xəstəxanaya aparmışdılar. Bundan sonra, o, oradan çıxaraq Siyəzən RMDM-yə getmiş, orada Təqsirləndirilən şəxs görsə də, digər qaynı Vidadi Baxşiyevi görməmiş, Sadiq isə qardaşının vəziyyətinin ağır olduğunu bildirmişdir. Təxminən 1-2 saatdan sonra Vidadi Baxşiyevin aldığı bədən xəsarətlərindən Siyəzən RMDM-də vəfat etdiyini öyrənmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 95-98-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 01 saylı rəyindən görünür ki, X5 meyitinin müayinəsində kəllə qapağı və əsası sümüklərinin, üz sümüklərinin çoxqəlpəli sınıqları, baş beyin toxumasına və baş beynin yumşaq qişasına diffuz qansızmalar, baş beynin sərt qişasının cırılması, başın sağ alın nahiyəsinin əzilmiş yarası, başın yumşaq örtüyü altına qansızmalar və sol əlin sıyrıqlarından ibarət bədən xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər hamısı həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı yarana bilər və yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aid olmaqla xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir və hamısı birlikdə canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Vidadi Baxşiyevin ölümünə səbəb başın küt zədəsi nəticəsində kəllə qapağı və əsası sümüklərinin çoxqəlpəli sınıqları, baş beyin toxumasına və onun yumşaq qişasına geniş diffuz qansızmalardan törəyən baş beynin kəskin ödemi olmuşdur. Ölümün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən onun meyitinin meyitxanada müayinə anından (xx xxxxxx 2020-ci il tarixə, saat 05:30) 6 saata qədər əvvələ uyğun gəlir. X5 meyitindən götürülmüş qanın məhkəmə-kimya laborator tədqiqatı zamanı qanda 1,6% qatılığında etil spirti aşkar olunmuşdur, etil spirtinin həmin qatılığı canlı adalarda orta dərəcədə alkoqol sərxoşluğuna uyğun gəlir, narkotik vasitələr və psixotrop maddələr aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 46-cı səhifəsində olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 028707 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxx 2020-ci il tarixdə başın bərk əzilməsi nəticəsində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə 14 nömrəli qeyd edilmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 107-108-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4871 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Runna” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36cı maddəsinin İ hissəsinin İİİ bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırlması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 106-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, işin 111-116-cı səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4926 saylı rəyindən görünür ki, təqdim edilmiş “Surra” avtomotoservis tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş iki mütəxəssis rəyində olan dəyişilməli ehtiyat hissələri və təmir-bərpa işləri barədə məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı, “Runna” minik markalı, **-XZ-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə, yəni xx xxxxxx 2020-ci il tarixdə nəzəri hesablama yolu ilə təxminən 4024,00 manat, o cümlədən Dəyişilməli hissələrin qiyməti 2354 manat, təmir-bərpa işlərinin qiyməti 1670 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, 2014-cü il buraxılışlı, həmin “Runna” minik markalı, **-XZ-*** nömrə nişanlı avtomobilin xx xxxxxx 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 3542 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 1872 manat, təmir-bərpa işlərinin qiyməti 1670 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin rəydən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində təqdim edilmiş “Surra” avtomotoservis tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş iki mütəxəssis rəyində olan dəyişilməli ehtiyat hissələri və təmir-bərpa işləri barədə məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2000-ci il buraxılışlı, “Qaz 33021 (Qazel)” yük markalı, **-RM-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə, yəni xx xxxxxx 2020-ci il tarixdə nəzəri hesablama yolu ilə təxminən 1011 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 741 manat, təmir-bərpa işlərinin qiyməti isə 270 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, 2000-ci il buraxılışlı, “Qaz 33021 (Qazel)” yük markalı, **-RM-*** nömrə nişanlı avtomobilin xx xxxxxx 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 640,50 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 370,50 manat, təmirbərpa işlərinin qiyməti 270 manat müəyyən edilmişdir. Cinayət işinin 110-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-əmtəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş işin 72-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X9 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş, işin 68-ci səhifəsində olan AB seriyalı, 749665 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2012-ci il tarixdən xx xxx 2022-ci il tarixədək “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş işin 38-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X20 xx xxxxxx 2020-ci il tarixli, ***-***-**-**20 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər sırasında yoxdur. Məhkəmə iclasında elan edilmiş işin 16-cı səhifəsində olan xx xxxxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 01 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı sidiyində alkoqol qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 27-ci səhifəsində olan AD seriyalı, 203248 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "QAZ 33021" yük markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. Məhkəmə iclasında elan edilmiş işin 28-ci səhifəsində olan ƏN-İİİ seriyalı, 356186 saylı etibarnamənin surətindən görünür ki, "QAZ 33021" yük markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4 bu avtomobili xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2026-ci il tarixədək bütün hüquqlar da daxil olmaqla, idarə etmək üçün Zərərçəkmiş şəxs2 Qudrət oğluna etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 18-ci səhifəsində olan AC seriyalı, 877848 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Runna" minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X14r. Məhkəmə iclasında elan edilmiş işin 17-ci səhifəsində olan ƏN-İ seriyalı, 774412 saylı etibarnamənin surətindən görünür ki, "Runna" minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X19 bu avtomobili xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2024-cü il tarixədək bütün hüquqlar da daxil olmaqla, idarə etmək üçün “xxxxxxxxxxxxx” MMC-yə etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 19-cu səhifəsində olan xx xxxxxx 2019-cu il tarixli etibarnamədən görünür ki, “xxxxxxxxxxxxx” MMC "Runna" minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 54-56-cı səhifələrində olan “Surra” avtomobillərə servis xidməti məntəqəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəylərindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Qaz 33021 (Qazel)” markalı, ** RM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 1011 manat, “Runna” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 5289 manat zərər dəymişdir. Məhkəmə iclasında elan edilmiş işin 42-ci səhifəsində olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Siyəzən rayon filialının qarşısında olan videomüşahidə kameralarının görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş işin 120-135-ci səhifələrində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 168-169-cu səhifələrində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-85-ci səhifələrində olan arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, himayəsində xx xxxx 2015-ci il təvəllüdlü Nuray adlı bir övladı olan, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 Qudrət oğlunun, zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X12 və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 ərizələrindən (notariat qaydasında və məhkəmədə tərtib edilmiş) görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayətləri, eləcə də tələbləri yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxsin, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərin və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı övladının olmasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Siyəzən rayon filialının qarşısında olan videomüşahidə kameralarının görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 (bir yüz əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Siyəzən rayon filialının qarşısında olan videomüşahidə kameralarının görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-31/2020
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-31/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver