Məhkəmə qərarları › İş №1(059)-31/2025

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-31/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-31/2025 01.08.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər-fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə 01 avqust 2025-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxx 1990-cı il tarixdə Quba rayonunun Rük kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Quba rayonunun Rük kəndində qeydiyyatda olmaqa, yaşamış barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, xx xxxxxx 1984-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxx 1986-cı il tarixdə Xaçmaz rayonunun Hülövlü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Hülövlü kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək 06 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şabran rayonu, Çölquşu kəndində yerləşən fermanın arxasına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən saxlanc yeri hesab edilən parağa ikisi birlikdə qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 1275 manat təşkil edən 04 baş doqquz aylıq, diri çəkiləri 170 kq olan erkək danaları, dəyəri 1650 manat təşkil edən 01 baş iki illik, diri çəkisi 220 kq olan düyəni, dəyəri 1350 manat təşkil edən 01 baş on aylıq, diri çəkisi 180 kq olan düyəni və dəyəri 4050 manat təşkil edən 01 baş üç illik, diri çəkisi 540 kq olan damazlıq dana olmaqla, ümumilikdə 7 baş iribuynuzlu heyvanı birlikdə paraqdan çıxardaraq gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 12150 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 30 noyabr 2024-cü il tarixdə, gecə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Quba şəhəri “Kompleks yolu” adlanan yerdə yerləşən fermanın yaxınlığına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə fermanın ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, Təqsirləndirilən şəxs1 isə saxlanc yeri hesab olunan tövləyə qapını açmaqla qanunsuz daxil olaraq, orada hər birinin dəyəri 361 manat təşkil edən 5 baş, on yeddi aylıq, hər birinin diri çəkisi 38 kq olan, ümumi dəyəri 1805 manat təşkil edən 05 baş xırdabuynuzlu heyvanları çıxardaraq, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nissan Note” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1805 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 17 dekabr 2024-cü il tarixdə, saat 02:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən evinin qaşısına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə evin ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, Təqsirləndirilən şəxs1 isə yaşayış yeri olan evin həyətinə, oradan da saxlanc yeri hesab olunan tövləyə qapını açmaqla qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 627 manat təşkil edən, 01 başı bir illik, 01 başı isə iki illik qoçları, hər birinin dəyəri 380 manat təşkil edən, on yeddi aylıq, diri çəkiləri 40 kq olan 03 baş qoyun və hər birinin dəyəri 380 manat təşkil edən, üç illik, diri çəkiləri 40 kq olan 03 baş qoyun olmaqla, ümumilikdə 3534 manat dəyərində 08 ədəd xırdabuynuzlu heyvanları çıxardaraq, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nissan Note”markalı, 77- EV-478 dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 3534 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 01 yanvar 2025-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Xaçmaz rayonu, Aşağı-Zeyid kəndindəki evinin qarşısına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə evin ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, Təqsirləndirilən şəxs1 isə yaşayış yeri olan evin həyətinə, oradan da saxlanc yeri hesab olunan tövləyə sağ yan tərəfində olan pəncərədən qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 760 manat təşkil edən, iki illik, hər birinin diri çəkisi 80 kq olan, ümumilikdə 3040 manat dəyərində 04 baş xırdabuynuzlu heyvanları tövlənin küçəyə açılan qapısını açıb çıxardaraq, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nissan Note”markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 3040 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 yanvar 2025-ci il tarixdə, gecə saat 03:00 radələrində Zərərçəkmiş şəxs6 məxsus Siyəzən rayonu, Kiçik Həmyə kəndində yerləşən evin qarşısına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə evin ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, Təqsirləndirilən şəxs1 isə 05 baş xırdabuynuzlu heyvanları oğurlamaq üçün saxlanc yeri hesab olunan tövlənin əvvəlcə pəncərəsinə bərkidilmiş plastik örtüyü sındıraraq, daha sonra isə qapını açmaq yolu ilə qanunsuz daxil olmuş, lakin nəzərdə tutduğu heyvanlar orada olmadığından öz iradəsindən aslı olmayan səbəblərə görə gizli talamaya yönəlmiş əməlini başa çatdıra bilməyib 05 baş xırdabuynuzlu heyvanları oğurlamaq cinayətini törətməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 yanvar 2025-ci il tarixdə, gecə saat 04:00 radələrində Zərərçəkmiş şəxs5 Cəmaləddin oğluna məxsus Siyəzən rayonu, Kiçik Həmyə kəndində yerləşən evin qarşısına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə evin ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, Təqsirləndirilən şəxs1 isə qapısı küçəyə açılan ot damına, oradan da saxlanc yeri hesab olunan tövləyə qapını açma yolu ilə qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 280 manat təşkil edən, bir yaş altı aylıq, hər birinin diri çəkisi 35 kq olan 07 baş quzuları, hər birinin dəyəri, 375 manat təşkil edən, iki yaş altı aylıq, hər birnin diri çəkisi 50 kq olan 02 baş qoçları ümumilikdə 2710 manat dəyərində 09 baş xırda buynuzlu heyvanları qapıdan çıxardaraq, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nissan Note” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 Cəmaləddin oğluna ümumilikdə 2710 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 30 noyabr 2024-cü il tarixdə, gecə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Quba şəhəri “Kompleks yolu” adlanan yerdə yerləşən fermanın yaxınlığına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə fermanın ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, Təqsirləndirilən şəxs1 isə saxlanc yeri hesab olunan tövləyə qapını açmaqla qanunsuz daxil olaraq orada hər birinin dəyəri 361 manat təşkil edən 05 baş, on yeddi aylıq, hər birinin diri çəkisi 38 kq olan, ümumi dəyəri 1805 manat təşkil edən 05 baş xırdabuynuzlu heyvanları çıxardaraq, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nissan Note”markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1805 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 17 dekabr 2024-cü il tarixdə, saat 02:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən evinin qaşısına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə evin ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, Təqsirləndirilən şəxs1 isə yaşayış yeri olan evin həyətinə, oradan da saxlanc yeri hesab olunan tövləyə qapını açmaqla qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 627 manat təşkil edən, 01 başı bir illik, 01 başı isə iki illik qoçları, hər birinin dəyəri 380 manat təşkil edən, on yeddi aylıq, diri çəkiləri 40 kq olan 03 baş qoyun və hər birinin dəyəri 380 manat təşkil edən, üç illik, diri çəkiləri 40 kq olan 03 baş qoyun olmaqla, ümumilikdə 3534 manat dəyərində 08 ədəd xırdabuynuzlu heyvanları çıxardaraq, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nissan Note”markalı, 77- EV-478 dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 3534 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 01 yanvar 2025-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Xaçmaz rayonu, Aşağı-Zeyid kəndindəki evinin qarşısına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə evin ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, Təqsirləndirilən şəxs1 isə yaşayış yeri olan evin həyətinə, oradan da saxlanc yeri hesab olunan tövləyə sağ yan tərəfində olan pəncərədən qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 760 manat təşkil edən, iki illik, hər birinin diri çəkisi 80 kq olan, ümumilikdə 3040 manat dəyərində 04 baş xırdabuynuzlu heyvanları tövlənin küçəyə açılan qapısını açıb çıxardaraq, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nissan Note”markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 3040 manat məbləğində, maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 yanvar 2025-ci il tarixdə, gecə saat 03:00 radələrində Zərərçəkmiş şəxs6 məxsus Siyəzən rayonu, Kiçik Həmyə kəndində yerləşən evin qarşısına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə evin ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, Təqsirləndirilən şəxs1 isə 05 baş xırdabuynuzlu heyvanları oğurlamaq üçün saxlanc yeri hesab olunan tövlənin əvvəlcə pəncərəsinə bərkidilmiş plastik örtüyü sındıraraq, daha sonra isə qapını açmaq yolu ilə qanunsuz daxil olmuş, lakin nəzərdə tutduğu heyvanlar orada olmadığından öz iradəsindən aslı olmayan səbəblərə görə gizli talamaya yönəlmiş əməlini başa çatdıra bilməyib 05 baş xırdabuynuzlu heyvanları oğurlamaq cinayətini törətməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 yanvar 2025-ci il tarixdə, gecə saat 04:00 radələrində Zərərçəkmiş şəxs5 Cəmaləddin oğluna məxsus Siyəzən rayonu, Kiçik Həmyə kəndində yerləşən evin qarşısına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə evin ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, Təqsirləndirilən şəxs1 isə qapısı küçəyə açılan ot damına, oradan da saxlanc yeri hesab olunan tövləyə qapını açma yolu ilə qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 280 manat təşkil edən, bir yaş altı aylıq, hər birinin diri çəkisi 35 kq olan 07 baş quzuları, hər birinin dəyəri 375 manat təşkil edən, iki yaş altı aylıq, hər birnin diri çəkisi 50 kq olan 02 baş qoçları ümumilikdə 2710 manat dəyərində 09 baş xırda buynuzlu heyvanları qapıdan çıxardaraq, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nissan Note”markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 Cəmaləddin oğluna ümumilikdə 2710 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək 06 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şabran rayonu, Çölquşu kəndində yerləşən fermanın arxasına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən saxlanc yeri hesab edilən parağa ikisi birlikdə qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 1275 manat təşkil edən 04 baş doqquz aylıq, diri çəkiləri 170 kq olan erkək danaları, dəyəri 1650 manat təşkil edən 01 baş iki illik, diri çəkisi 220 kq olan düyəni, dəyəri 1350 manat təşkil edən 01 baş on aylıq, diri çəkisi 180 kq olan düyəni və dəyəri 4050 manat təşkil edən 01 baş üç illik, diri çəkisi 540 kq olan damazlıq dana olamaqla ümumilikdə 7 baş iribuynuzlu heyvanı birlikdə paraqdan çıxardaraq gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 12150 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ibtidai araşdırma dövründə verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, o, Təqsirləndirilən şəxs3lə Şabran rayonunda, özü Ramin, Pərviz isə İsmayıl adlı şəxsə məxsus fermada işləyərkən tanış olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs1 əvvəllər tanımasa da, 06 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində Təqsirləndirilən şəxs3lə birlikdə birinciyə məxsus fermaya gələrək, orada parağda olan 07 baş iribuynuzlu heyvanları oğurlayaraq, bu heyvanları əvvəl Qaraqaşlı kəndinə, sonra isə Ərəblər kəndinə aparmışlar. Orada isə qazel markalı avtomobilə yükləyib, Sumqayıt şəhəri ərazisində yerləşən “iyirmi altılar” deyilən yerdə satıb, əldə etdikləri pulu bərabər şəkildə bölmüşlər. Bundan əlavə, digər Təqsirləndirilən şəxs2 ilə 3 saylı İstintaq Təcridxanasında olarkən tanış olmuş, həmçinin digər zərərçəkmiş şəxslərə məxsus heyvanları oğurlamağı Murada o təklif etmişdir. Belə ki, o, oğurluq əməllərini törətməzdən bir neçə gün öncə hadisə yerinə tək gələrək, ətrafı müşahidə etməklə bərabər oğurluq edəcəyi yerləri dəqiqləşdirmiş, habelə bu barədə ona heç kim köməklik göstərməmiş və ya istiqamət verməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 idarəçiliyinə olan avtomobilə, sonuncu ilə birlikdə hadisəni törətməyi planlaşdırdığı yerlərə gəlmişlər, həmçinin əməlləri törədərkən Murad idarəçiliyində olan avtomobildə onu gözləmiş, o isə ferma və ya tövlələrə tək daxil olmuşdur. Eyni zamanda, 30 noyabr 2024cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Quba şəhəri “Kompleks yolu” adlanan yerdə yerləşməklə, Zərərçəkmiş şəxs2 məxsus olan fermadan 05 baş xırda buynuzlu heyvan oğurlamış, habelə həmin heyvanları Bakı şəhərinin Maştağa qəsəbəsi ərazisində yerləşən bazarda sataraq, əldə etdiyi puldan təxminən 100-150 manatı Murada zəhmət haqqı kimi vermişdir. Bununla yanaşı, 17 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Xaçmaz rayonunun Rəhim-Oba kəndində yerləşməklə, Zərərçəkmiş şəxs3 məxsus tövlədən 06 baş heyvanı oğurlayaraq, bu heyvanları isə Siyəzən şəhərində Vüsal adlı şəxsə təxminən 1200-1250 manat müqabilində satmış, həmçinin bu hadisədən sonra da, Təqsirləndirilən şəxs2 təxminən 130-150 manat zəhmət haqqı vermişdir. Həmçinin, 01 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Xaçmaz rayonunun Aşağı-Zeyid kəndində yerləşməklə, Zərərçəkmiş şəxs4 məxsus tövlədən 04 baş xırda buynuzlu heyvan oğurlayaraq, bu heyvanları da, Bakı şəhərinin Maştağa qəsəbəsi ərazisində yerləşən bazarda birini 250 manat müqabilində sataraq, əldə etdiyi puldan təxminən 130-140 manatı Murada zəhmət haqqı vermişdir. Bundan əlavə, 05 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Siyəzən rayonunun Balaca Həmyə kəndində yerləşməklə, Zərərçəkmiş şəxs6 məxsus tövlədən heyvan oğurlamaq istəsələr də, tövlənin boş olması səbəbindən niyyətlərini həyata keçirə bilməmişlər. Habelə, sonuncu qeyd olunan tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Siyəzən rayonunun Balaca Həmyə kəndində yerləşməklə, Fəzail Əkbərova məxsus tövlədən 09 baş heyvan oğurlayaraq, bu heyvanları da, Bakı şəhərinin Maştağa qəsəbəsi ərazisində yerləşən bazarda cəmi 2470 manat pul müqabilində satmış, bu puldan 150 manatı zəhmət haqqı əvəzində, 20 manatını isə avtomobilini yuduzdurması üçün Murada vermişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu, maddi çətinliyi olduğu üçün oğurluq etdiyini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, digər Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verməklə, ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 oğurluq edəcəyini bilmiş, lakin hadisənin harada baş verəcəyindən əvvəlcədən məlumatlı olmamışdır. Belə ki, icarəyə götürdüyü avtomobil ilə sonuncunu hadisələrin törədiləcəyi yerlərə gətirmiş, bunun müqabilində isə təxminən cəmi 600 manat məbləğində zəhmət haqqı almışdır. Qeyd edir ki, hər dəfəsində avtomobilini təxminən 100-150 metr aralıda saxlamış, Yavər ona işarə verdikdən sonra sonuncuya yaxınlaşmış, habelə heyvanları onun idarəçiliyində olan avtomobilə yükləyərək, hadisə yerindən uzaqlaşmışlar. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, özünə münasibətdə zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsinin, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs3 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 ilə Şabran rayonun ərazisində yerləşən fermadan işləyərkən tanış olmuş, digər Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə tanımamışdır. Bundan əlavə, Şabran rayonunun Çölquşçu kəndidə ferma yerləşməsindən məlumatlı olsa da, fermanın kimə məxsus olduğunu bilməmişdir. Beləliklə, 06 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus fermaya gələrək, orada parağda olan 07 baş iribuynuzlu heyvanları oğurlayaraq, bu heyvanları əvvəl Qaraqaşlı kəndinə, sonra isə Ərəblər kəndinə aparmışlar. Orada isə, Abas adlı tanışına zəng vurmuş, həmçinin sonuncuya məxsus qazel markalı yük avtomobili ilə heyvanları Sumqayıt şəhəri ərazisində yerləşən “iyirmi altılar” deyilən yerdə satıb, əldə etdikləri pulu bərabər şəkildə bölmüşlər. Hazırda Zərərçəkmiş şəxs1 vurmuş olduqları cəmi 12150 manat məbləğində maddi ziyanın payına düşən hissəsini yəni, 2000 manatını bir neçə ay bundan öncə, qalıq qalan 4075 manatını isə poçt vasitəsi ilə birinciyə ödəmişdir. Odur ki, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın ödəməsinin, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsləri hadisədən əvvəl tanımamış, sonunculara qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, baş vermiş oğurluq hadisəsinin araşdırılması məqsədi ilə bir neçə orqana şikayət etməklə yanaşı, Şabran rayon prokurorunun qəbulunda da olmuş, lakin əməldə cinayət tərkibinin olmaması ona bildirilmişdir. Nəhayət Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsinə aparılmış ibtidai istintaqdan sonra hazırki iş məhkəmənin icraatına daxil olmuşdur. Bununla belə, hesab edir ki, cinayət işinin istər ibtidai, istərsə də, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ziddiyyətli ifadələr verməklə yanaşı, ona dəymiş ziyan düzgün hesablanmamışdır. Belə ki, ittihama görə oğurluq hadisəsi nəticəsində ona cəmi 12150 manat məbləğində ziyan dəyməsi qeyd edilsə də, ona məxsus fermandan birinin təmiz çəkisi 300 kiloqram iribuynuzlu heyvanlar oğurlanmışdır. Beləliklə, 07 ədəd 300 kiloqramlıq heyvanların bir kiloqram ətini 15 manat müqabilində satmış olsaydı, 30000 manatdan artıq gəlir əldə etmiş olardı. Bununla belə, Təqsirləndirilən şəxs3 tərəfindən ittiham görə ona vurmuş olduğu cəmi 12150 manat ziyandan 2000 manatını bir neçə ay əvvəl ödəmiş, qalıq qalan 4075 manatı isə poçt vasitəsilə ona göndərilmişdir. Hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş əldən çıxmış fayda növündə maddi ziyan və mənəvi zərər də ödənilməlidir. Təqsirləndirilən şəxs1 ona dəymiş ziyandan heç bir ödəniş etməsə də, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Digər Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyandan 6075 manat pul ödənbilsə də, ondan şikayətçidir və onun həbs edilməsi barədə qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 xalası oğlu onun qonşusudur. Bununla yanaşı, hadisədən bir neçə gün öncə Yavərin xalası oğlu ilə onun arasında söz mübahisəsi yaşanmışdır. Eyni zamanda, Yavərin xalası oğlu qonşuluqda hər-hansı şəxsin ev quşu belə oğurlansa, həmin şəxs ilə maraqlanaraq, köməklik göstərməyə cəhd edir. Lakin, Yavərin xalası oğlu bu hadisədən sonra onunla maraqlanmamış, hətta sonuncunun adını bir neçə yerdə şübhəli şəxs kimi istifadə etsə də, bundan sonra da, hadisə ilə heç bir əlaqəsi olmaması barədə ona bir söz deməmişdir. Ona görə də, hesab edir ki, Yavər hadisəni tək törətməmiş və ona köməklik edən olmuşdur. Bundan başqa, hadisə nəticəsinə ona cəmi 1805 manat ziyan dəymişdir və bu ziyanın özünə aid olan hissəsini digər Təqsirləndirilən şəxs2 ödədiyi üçün sonuncuya qarşı heç bir şikayət və tələbi olmasa da, Təqsirləndirilən şəxs1 şikayətçidir və sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsləri hadisədən əvvəl tanımamış, sonunculara qarşı düşmənçilik və ədavəti olmamışdır. Həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 oğurluq hadisəsini tək törətməmiş, yaşadığı kənddən ona köməklik edən olmuşdur. Bundan başqa, hadisə nəticəsində ona cəmi 3534 manat məbləğində ziyan dəymiş, habelə bu ziyanın özünə aid olan hissəsini digər Təqsirləndirilən şəxs2 ödəmişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ona məxsus 04 baş xırda buynuzlu heyvanı oğurlanmaqla, 3540 manat məbləğində ziyan dəymiş, habelə bu ziyanın özünə aid olan hissəsini Təqsirləndirilən şəxs2 ödəmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, təsərrüfatında olan heyvaları toy məclisi üçün damazlıq saxlamışdır. Habelə oğurluq hadisəsi barədə oğlu ona məlumat vermişdir. Hesab edir ki, ittihama görə ona 3600 manat məbləğində ziyan dəyməsi qeyd edilsə də, həmin məbləğ ilə razılaşmır. Bununla belə, ona dəymiş ziyanın özünə aid olan hissəsini Təqsirləndirilən şəxs2 ödədiyi üçün sonuncuya qarşı heç bir şikayət və tələbi olmasa da, digər Təqsirləndirilən şəxs1 şikayətçidir və sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ona heç bir ziyan dəymədiyi üçün təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, iri və xırdabuynuz heyvanların alqı-satqısı ilə məşğul olur. Bundan başqa, Təqsirləndirilən şəxs1la təxminən 05 il bundan öncə Quba-Xaçmaz yolunun kənarında yerləşən fermadan heyvan alarkən tanış olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs1 ona zəng edərək, arvadının qalxana bənzər vəzi xəstəliyindən əziyyət çəkməsi səbəbindən xəstəxanada stasionar müalicə aldığını söyləmiş və özünə məxsus heyvanları satmaq məcburiyyətində qaldığını bildirmiş, günün gündüz saatlarında Bakı şəhərinə getməli olduğunu, habelə heyvanları gecə saatlarında gətirə biləcəyini qeyd etmişdir. Beləliklə, təxminən saat 03-04:00 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə əvvəl 6, sonra isə 04 baş heyvan gətirmiş, habelə o, bu heyvanlara görə birincilərə müvafiq olaraq 1250 və 1050 manat məbləğində pul vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 Fəzayil oğlu məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təsərrüfatlarında cəmi 16 baş xırdabuynuzlu heyvanları olmuşdur. Bununla yanaşı, hadisə baş verən tarixdə, səhər saatlarında heyvanları sayarkən 09 ədədinin çatışmadığı müəyyən etmiş, habelə bu barədə ilk olaraq atasına məlumat vermişdir. Bundan sonra, tövlənin ətrafına baxış keçirərkən, tövlənin pəncərəsində xırdabuynuz heyvanların tüklərinin ilişərək qaldığını görmüşdür. Beləliklə, heyvanların oğurlandığını müəyyən etmiş və bu barədə Siyəzən rayon Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 atasını yaşadığı kəndə fermada işləyərkən tanımış, habelə sonuncunun istəyilə özünə məxsus “qazel” markalı yük avtomobili ilə heyvanları və ya otları sifariş olunan yerə aparmışdır. Bundan əlavə, təxminən saat 11:00 radələrində Ağaquluya məxsus çayın kənarında yerləşən fermaya şəxsi yük avtomobil ilə getmiş, habelə orada əvvəl 03 baş, müəyyən müddət sonra isə 04 baş iri buynuzlu heyvan avtomobilinə yüklənmiş, habelə bu heyvanları Sumqayıt şəhəri ərazisində yerləşən “iyirmi altılar” deyilən yerə aparmış, həmçinin hər dəfə zəhmət haqqı olaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən ona 120 manat məbləğində pul verilmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təsərrüfatlarında olan heyvanlara nəzər yetirərkən oğurlandıqlarını müəyyən etmiş və bu barədə DİN-nin 102 xidmətinə zəng etməklə, məlumat vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 225-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2025-ci il tarixli, 9/166 nömrəli ekspert rəyindən görünür ki, ekspert təyini haqqında qərarda göstərilən heyvanların 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə nəzəri qaydada, o cümlədən 1 yaş 6 aylıq, hər birinin xalis ət çıxarı 16 kq, diri çəkisi isə 35 kq olan 10 baş quzunun dəyəri (10x280) 2800 manat, 2 yaş 6 aylıq, hər birinin xalis ət çıxarı 25 kq, ümumi diri çəkisi 50 kq olan 2 baş qoçun dəyəri (2x375) 750 manat, olmaqla, cəmi təxminən 3550 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 224-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (bir əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İV cild 203-cü vərəqəsində olan Siyəzən rayonunun Beşdam kəndi ərazisində VÖEN (**********) əsasında fəaliyyət göstərən “X4 Təsərrüfatı” MMC-nin 20 may 2025-ci il tarixli, 157 nömrəli məktubundan görünür ki, 04 baş iki illik, hər birinin diri çəkisi 80 kq olan qoyunların cəmi dəyəri (760x4=3040) 3040 manat, 01 baş bir illik, diri çəkisi 66 kq olan qoç və 01 baş iki illik diri çəkisi 66 kq olan qoçların cəmi dəyəri (627x2=1254) 1254 manat, 03 baş on yeddi aylıq, hər birinin diri çəkisi 40 kq və 03 baş üç illik, hər birinin diri çəkisi 40 kq olan qoyunların cəmi dəyəri (380x6=2280) 2280 manat, 05 baş, bir yaş yeddi aylıq, hər birinin diri çəkisi 38 kq olan qoyunların cəmi dəyəri (361x5=1805) 1805 manat, 04 baş doqquz aylıq, diri çəkisi 170 kq olan erkək danaların cəmi dəyəri (4x1275=5100) 5100 manat, 01 baş iki illik, diri çəkisi 220 kq olan dügənin dəyəri 1650 manat, 01 baş on aylıq, diri çəkisi 180 kq olan dügənin cəmi dəyəri 1350 manat, 01 baş üç illik, diri çəkisi 540 kq olan damazlıq dananın dəyəri 4050 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin V cild 14-42-ci vərəqlərində olan 22 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 20 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 21 may 2025-ci il tarixdə CMnin 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Umud oğluna isə 22 may 2025-ci il tarixdə CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 180-cı, Şahid4 oğu barəsində CM-nin 177.2.1-ci, X1 və Şahid2 barəsində CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın məbləği 12150 manat, Zərərçəkmiş şəxs2 1805 manat, Zərərçəkmiş şəxs3 3534 manat, Zərərçəkmiş şəxs4 3040 manat, Zərərçəkmiş şəxs5 Cəmaləddin oğluna 2710 manat hesab edilmiş, “X5 LTD”- dən daxil olmuş 02 ədəd və "xxxx" Telekom LTD/MMCdən daxil olmuş 01 ədəd dvd disk maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş işin İİİ cild 190-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 fevral 2025-ci il tarixli tələbnaməsindən, eləcə də, iş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin müvafiq olaraq 15 noyabr 2023-cü il tarixli, 1(071)-93/2023 saylı və 22 avqust 2024-cü il tarixli, 1(071)-29/2024 saylı qərarlarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə, eləcə də, CM-nin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətmiş şəxs Təqsirləndirilən şəxs2 barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilməklə, sonuncu cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə hazırki cinayəti törədən zaman məhkumluğu olmayan şəxs olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 191-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 fevral 2025-ci il tarixli tələbnaməsindən, eləcə də, iş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(067)-39/2025 saylı hökmündən, həmçinin, sözügedən məhkəmənin 30 iyul 2025-ci il tarixli, eyni nömrəli hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında hakimin göstərişindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 68.1.1-1-ci və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, habelə sözügedən hökmün icra edilməsi haqqında hakimin göstərişi 30 iyul 2025-ci il tarixdə icra edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə göndərilmiş, təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə həbs qətimkan tədbiri seçildiyi üçün hökmün icrasına başlanılmamışdır. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 7-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 mart 2025-ci il tarixli tələbnaməsindən, eləcə də, iş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(067)-39/2025 saylı hökmündən, sözügedən məhkəmənin 30 iyul 2025-ci il tarixli, eyni nömrəli hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında hakimin göstərişinin surətindən, həmçinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 01 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 68.1.1-1-ci və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,hökm icra edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, 01 avqust 2025-ci il tarixə onun cəzasının icrasına başlanılmamışdır. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs3 üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 150-151-ci, eləcə də, işin İV cild 84-87-ci, V cild 3-7-ci və 128-132ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarxili, 4(059)-2/2025 saylı həbs qətimkan tədbirinin seçilməsinə, həmçinin həbsdə saxlama müddətinin uzadılmasına dair 04 aprel 2025-ci il tarixli 4(059)- 13/2025 saylı, 15 may 2025-ci il tarixli 4(059)-17/2025 saylı və 05 iyun 2025-ci il tarixli, 4(059)-22/2025 saylı qərarlarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1ci və 177.2.3-cü maddələri təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 10 yanvar 2025-ci il tarixdə 03 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablanmış, həmçinin, onun həbsdə saxlama müddəti 04 aprel 2025-ci il tarixdə 01 ay 11 gün, 15 may 2025-ci il tarixdə 19 gün, 05 iyun 2025-ci il tarixdə isə 15 gün, yəni 23 iyun 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 147-148-ci, eləcə də, işin İV cild 74-77-ci, V cild 9-13-cü və 123-127-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarxili, 4(059)-1/2025 saylı həbs qətimkan tədbirinin seçilməsinə, həmçinin həbsdə saxlama müddətinin uzadılmasına dair 04 aprel 2025-ci il tarixli 4(059)-12/2025 saylı, 15 may 2025-ci il tarixli 4(059)-18/2025 saylı və 05 iyun 2025ci il tarixli, 4(059)-21/2025 saylı qərarlarından görünür ki, Azərbaycan Respublikası CMnin 177.2.1-ci və 177.2.3-cü maddələri təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində 10 yanvar 2025-ci il tarixdə 03 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablanmış, həmçinin, onun həbsdə saxlama müddəti 04 aprel 2025-ci il tarixdə 01 ay 11 gün, 15 may 2025-ci il tarixdə 19 gün, 05 iyun 2025-ci il tarixdə isə 15 gün, yəni 23 iyun 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 201-ci vərəqəsində olan 20 fevral 2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, İ cild 232-239-cu vərəqələrində olan Şabran Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 4(031)-6/2025 saylı qərarından və İ cild 240-cı vərəqəsində olan 21 fevral 2025-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 20 fevral 2025-ci tarixdə, saat 16:30 radələrində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Şabran RPŞ-nin İB-nin müstəntiqi X2 vəsatəti təmin edilməmiş, 0, 21 fevral 2025-ci il tarixdə, saat 17:20 radələrində Şabran RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 15-26-cı vərəqələrində olan hadisə yerinə baxış keçirməsi haqqında, işin İ cild 47-51-ci vərəqələrində olan şahidin ifadəsinin yerində yoxlanılması haqqında, işin İ cild 135-138-ci vərəqələrində olan baxış keçirilməsi haqqında, işin İ cild 188-191-ci və İİ cild 20-22-ci vərəqələrində olan şahidin ifadəsinin yerində yoxlanılması haqqında, işin İİ cild 84-86-cı vərəqələrində olan baxış keçirilməsi haqqında, işin İİ cild 106-109-cu vərəqələrində olan hadisə yerinə baxış keçirilməsi haqqında, işin İİ cild 206-214-cü vərəqələrində olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında, işin İİ cild 234-236-cı vərəqələrində olan baxış keçirmə və götürmə haqqında, işin İİİ cild 107-130-cu vərəqələrində olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollardan eləcə də, fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 30 noyabr 2024-cü il tarixdə, gecə saat 03:00 radələrində Quba şəhəri “Kompleks yolu” adlanan yerdə yerləşən fermadan, Zərərçəkmiş şəxs1 06 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində Şabran rayonu, Çölquşu kəndində yerləşən fermadan, Zərərçəkmiş şəxs4 01 yanvar 2025-ci il tarixdə, saat 03:00 radələrində Xaçmaz rayonu, Aşağı-Zeyid kəndindəki evinin həyətindəki tövlədən, Zərərçəkmiş şəxs3 17 dekabr 2024-cü il tarixdə, saat 02:30 radələrində Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən evinin həyətindəki tövlədən və Zərərçəkmiş şəxs5 Cəmaləddin oğlu 05 yanvar 2025-ci il tarixdə, gecə saat 04:00 radələrində Siyəzən rayonu, Kiçik Həmyə kəndində yerləşən evinin həyətindəki tövlədən oğurlanmış müvafiq olaraq iri və xırdabuynuzlu heyvanların saxlanıldığı yeri göstərmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə törədikləri əməlləri təfərrüatlı şəkildə izah etməklə, hadisələrin baş verdiyi yerləri göstərib, olanları bir daha təsdiq etmiş, habelə heyvanları satdıqları bazarda heyvanları və idarəçiliklərində olan avtomobili saxladıqları yeri nümayiş etdirmişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 188-189-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sisteminin çıxarışından görünür ki, himayəsində 02 noyabr 2017-ci il təvəllüdlü Uğur və 09 yanvar 2021-ci il təvəllüdlü Babaqulu adında iki azyaşlı övladı olan, Quba rayonun Rük kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində Quba Rayon İcra Hakimiyyəti başçısının Rük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 215-216-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sisteminin çıxarışından görünür ki, himayəsində 09 yanvar 2009-cu il təvəllüdlü Mülayim və 12 avqust 2012-ci il təvəllüdlü Zeynəb adında bir yetkinlik yaşına çatmayan və bir azyaşlı övladı olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs2 barəsində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İV cild 199-201-ci vərəqələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, Xaçmaz rayonu, Hülövlü kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs3 yaşadığı kəndə kənd sakinləri ilə yaxşı münasibətdədir, kənd nümayəndəliyi sonuncu barəsində müsbət rəydə olmaqla bərabər onun barəsində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Hülövlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 15 iyul 2025-ci il tarixli, Zərərçəkmiş şəxs4 15 iyul 2025-ci il və 22 iyul 2025-ci il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs2 dəymiş zərərin ona aid olan hissəsini ödədiyinə görə sonuncuya qarşı, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaları, habelə sonuncuların talamağa cəhd etmə cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs1 əməllərii 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslər Yusif Rəhmanovun, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Xaçmaz Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(067)-39/2025 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs1 tərəfindən hazırki törədilən cinayət əməlinin Xaçmaz Rayon Məhkəməsinin 18 iyun 2025ci il tarixli hökmü hələ qanuni qüvvəsini almamış törədilməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, onun əməlinə münasibətdə cinayətin residivi yaranmır, belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Eyni zamanda təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlində digər ağırlaşdırıcı halların olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaq, habelə talamağa cəhd etmə kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törədilmiş cinayətlər üzrə təşkilatçı qismində iştirak etdiyini, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyandan hər hansı ödəniş etmədiyini, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməlləri törətməsinə, həmçinin hökmün icrasından yayınmasına, eyni zamanda bir növ özünə peşə kimi seçdiyi hüquqazidd əməllərini (oğurluq) davam etdirəcəyinə kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona bu cəzanın son həddinin 2/5 hissəsində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin İİ və V hissələrinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu vaxt cinayət törətmiş şəxsə, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual əsaslarla ləğv edildiyi halda və mahiyyət etibarilə şəxsə bəraət verilmədiyi və ya onun tərəfindən cinayətin törədilməsi faktı inkar edilmədiyi təqdirdə, hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Göründüyü kimi, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, sonrakı cinayət əməli əvvəlki hökm qanuni qüvvəsini almamışdan qabaq törədildiyinə görə cəza təyin edilərkən cəzalar hökmlərin deyil, cinayətlərin məcmusu üzrə toplanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(067)-39/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanaraq 01 il 04 ay müddətinə müəyyən edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 02 il azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, o, qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan olmaqla, iki övladının olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması, habelə talamağa cəhd etmə cinayət əməllərini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın yuxarı həddinə yaxın həddə (02 il 06 ay) cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 09 yanvar 2025-ci il tarixdən 01 avqust 2025-ci il tarixə kimi həbsdə saxlanıldığı 06 (altı) ay 23 (iyirmi üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 01 il 01 ay 16 gün müddətinə müəyyən olunmalı, ona təyin olunacaq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 04 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhər icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhər icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şirvan şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şirvan şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, eləcə də yaşayış yeri üzrə barəsində şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 Xaçmaz Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(067)-39/2025 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs3 tərəfindən hazırki törədilən cinayət əməlinin Xaçmaz Rayon Məhkəməsinin 18 iyun 2025ci il tarixli hökmü hələ qanuni qüvvəsini almamış törədilməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, onun əməlinə münasibətdə cinayətin residivi yaranmır, belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Eyni zamanda təqsirləndirilən Təqsirləndirilən şəxs3 əməlində digər ağırlaşdırıcı halların olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, bununla belə barəsində cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, barəsində yuxarıda sadalanan yüngülləşdirici halların, xüsusilə də zərərçəkmiş şəxsə dəymiş zərərin ona aid hissəsini ödənilməsini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın yuxarı həddində (03 il müddətə) cəza təyin etməyi qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(067)-39/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 02 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 20 fevral 2025-ci il tarixdə, saat 16:30-dan 21 fevral 2025-ci il, saat 17:20-dək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xaçmaz rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs3 hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xaçmaz rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 131-ci maddəsinin İ hissəsinin İİİ bəndinə əsasən cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan maddi sübut sayılan gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanları mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, maddi sübut kimi tanınmış “X5 LTD”dən daxil olmuş 02 ədəd və "xxxx" Telekom LTD/MMC-dən daxil olmuş 01 ədəd dvd disk cinayət işində saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məhkəməəmtəəşünaslıq ekspertizası xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Həmçinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 cinayət əməli nəticəsində onlara dəymiş zərərin qalıq hissəsini Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun olaraq Təqsirləndirilən şəxs1 tələb etmək hüquqlarının olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Xaçmaz Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(067)-39/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla 01 (bir) il 04 (dörd) ay müddətinə müəyyən edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablansın və cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29,177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 06 (ay) ay 23 (iyirmi üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 16 (on altı) gün müddətə müəyyən edilsin və təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şirvan şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şirvan şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Xaçmaz Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(067)-39/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 qəti olaraq təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs3 üzərində 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xaçmaz rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xaçmaz rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “X5 LTD”- dən daxil olmuş 02 ədəd və "xxxx" Telekom LTD/MMC-dən daxil olmuş 01 ədəd DVD disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 cinayət əməli nəticəsində onlara dəymiş zərərin qalıq hissəsini Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun olaraq Təqsirləndirilən şəxs1 tələb etmək hüquqlarının olması izah edilsin. Məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar