Məhkəmə qərarları › İş №1(059)-32/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-32/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-32/2023 20.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 20 iyun 2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxxx 1992-ci il tarixdə Rusiya Federasiyasının Sverdlovsk vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, İİ dərəcə əlilliyi olan şəxs, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi ** XU *** dövlət qeydiyyat nişanlı, “İnfinity FX 35” markalı avtomobil ilə Siyəzən şəhərinin H. Əliyev prospektində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərini, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyərək, ehtiyatsızlıqdan yolun sol kənarından yolun sağ kənarına hərəkət edən piyada Zərərçəkmiş şəxs yolun sağ hərəkət hissəsində avtomobilin qabaq sol tərəfi ilə vurmuş sonuncunun bədəni üzərində sağ baldır sümüklərinin orta üçdə birinin qapalı, yerini dəyişən qəlpəli sınığı, baş beyin silkələnməsi, alının və alt çənənin qançırları, sağ baldırın əzilmiş yaraları sağlamlığın uzun müddətə pozulması ilə müşahidə edilən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 31 oktyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində dayısı X10 küçəsində yerləşən mağazasının qarşısında özünə məxsus və sürücülük vəsiqəsi əsasında idarə etdiyi ** XU *** dövlət qeydiyyat nişanlı, “İnfinity FX 35” markalı avtomobilinə əyləşmiş, habelə avtomobili ilə Bakı şəhəri istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən, həmin küçədə yerləşən "xxxx" ASC-in inzibati binasının qarşısında, yolun əks istiqamətində dayanmış, “İkarus” markalı avtomobilin arxa tərəfindən çıxmaqla, yolun solundan sağına bir neçə xanımın keçdiyini görüb, əyləci sıxmış, bu zaman avtomobilinin gəldiyini görən xanımlar yolu cəld şəkildə keçməyə başlasalar da, avtomobilinin gəldiyi istiqamətə baxmayan Zərərçəkmiş şəxs avtomobilinin qabaq sol tərəfi ilə vurmuşdur. Bundan sonra, dərhal avtomobilindən enib, Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmiş, habelə hadisə yerinə yaxınlaşan rayon sakininin avtomobili ilə onu X5 Mərkəzinə göndərmiş, həmçinin bir qədər sonra özü də Diaqnostika Mərkəzinə getmişdir. Həmin gecə Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən Sabunçu rayon xəstəxanasına, sonra isə millət vəkili Məlahət xanımın köməkliyi ilə “Azərbaycan Elmi-Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu” X11 travmatologiya şöbəsinə aparmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs təxminən 1000 manata yaxın maddi yardım göstərmiş, hətta sonuncuya əsaları belə alıb vermişdir. Hadisəni qəsdən törətməsə də, hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 31 oktyabr 2022-ci il tarixdə, saat təxminən 19:30-20:00 radələrində “İkarus” markalı avtomobil ilə işdən gələrkən, sürücü əyləşdiyi avtomobili Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən "xxxx" ASC-in inzibati binasının qarşısında, sağ hərəkət zolağında, üzü Şabran rayonu istiqamətində saxlamış, bu zaman avtomobildən enib, sonuncunun istəyi ilə avtomobilin arxa tərəfindən çıxıb, yolu keçmək istəyərkən avtomobil onu vurmuş, bundan sonra huşunu itirmiş, habelə X1rkən ayaq ağrılarına görə huşu özünə gəlmişdir. Qeyd edir ki, həmin vaxt onunla birlikdə bir neçə xanım avtomobildən enmiş, habelə onlar birlikdə yolu keçsələr də, həmin xanımların kim olmasını, həmçinin kimin avtomobili ilə X3 aparılmasını xatırlamır. Bundan başqa, Bakı şəhərində yerləşən Sabunçu rayon xəstəxanasında 10 gün qalmaqla, əməliyyat olunmasa da, bu müddətdən sonra, əməliyyat olunmuşdur. Hadisədən 21 gün sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb, ondan müayinə olunmasını istəsə də, sonuncu sözünü eşitməyib, habelə mobil telefon vasitəsi ilə etdiyi zənglərə “nə olub ala” kimi cavablar vermişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ona cəmi 400 manat məbləğində maddi yardım göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 500 manat olan əmək haqqının 7 ayını, həmçinin kredit borcunu tam şəkildə ödəsə, ona qarşı heç bir şikayət və tələbi olmaz. Əlavə olaraq, Zərərçəkmiş şəxs 20 iyun 2023-cü il tarixdə, eyni tarixdə reyestrdə 8İ- 1325 nömrə ilə qeyd edilməklə, notariat qaydasında təsdiq edilmiş, həmçinin məhkəmədə tərtib edərək, imzaladığı ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə ona qarşı indi, həmçinin gələcəkdə də şikayət və tələbinin olmayacağını bildirib, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da 20 iyun 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, özünü təqsirli bilməklə, əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş zərəri tam şəkildə ödədiyinə görə sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirib, onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2023-cü il tarixli, 8/3540 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “İnfinity FX 35” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Elsəvər oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud şəraitdə hadisə yerində qalmış tormoz izinə uyğun nəqliyyat vasitəsinin hərəkət sürəti 59 km/saatdır. Qeyd edilir ki, nəqliyyat vasitəsi tormoz izi qoyana kimi tormozlamada gedə bildiyindən onun hərəkət sürətinin 60 km/saat olması istisna edilmir. Məhkəmə iclasında elan edilmiş işin 40-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 64-66-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X8 məhkəmə-tibb ekspertizasının 28 fevral 2023-cü il tarixli, 28 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ baldır sümüklərinin orta üçdəbirinin qapalı yerini dəyişən qəlpəli sınığı, baş beyin silkələnməsi, alnın və alt çənənin qançırları, sağ baldırın əzilmiş yaraları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 31 oktyabr 2022-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvumaya aid edilir. İş üzrə Təqsirləndirilən şəxs Elsəvər oğluna elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli tələbnamədən, işin 74-78-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 12 aprel 2011-ci il tarixli, 1(059)-7/2011 saylı hökmünün surətindən görünür ki, Əzimov X4 Rayon Məhkəməsinin 12 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 faiz tutulmaqla, 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya Qərarının 1.4-cü bəndinə əsasən 05 iyun 2013-cü il tarixdə cəzadan azad olunmuşdur. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 108-109-cu vərəqələrində olan 02 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs Elsəvər oğlunun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 18, 23-cü səhifələrində olan müvafiq olaraq AF seriyalı, 710964 saylı sürücülük vəsiqəsinin və Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 30 iyul 2018-ci il tarixdə verilmiş AD seriyalı, 279633 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Elsəvər oğlu 13 iyul 2020-ci il tarixdən 13 iyul 2030-cu il tarixədək “BC” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Həmçinin, o, ** XU *** dövlət qeydiyyat nişanlı, “İnfinity FX 35” markalı avtomobilin sahibidir. Məhkəmə iclasında elan edilmiş işin 25-26-cı səhifələrində olan Siyəzən rayon Polis Şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi X6 tərəfindən 24 noyabr 2022-ci il tarixdə tərtib edilmiş raportdan və ona əlavə edilmiş məlumatdan görünür ki, ** XU *** dövlət qeydiyyat nişanlı, “İnfinity FX 35” markalı avtomobilin sahibi Təqsirləndirilən şəxs Elsəvər oğlu son bir il ərzində heç bir inzibati xəta törətməməklə, həmçinin o, AF seriyalı, 710964 saylı sürücülük vəsiqəsinə malikdir. Məhkəmə iclasında elan edilmiş işin 6-cı səhifəsində olan 31 oktyabr 2022-ci il tarixdə, saat 21:49-da tərtib edilmiş 01791 nömrəli protokollaşdırmadan görünür ki, Təqsirləndirilən şəxs Elsəvər oğlunun müayinəsi zamanı onun alkoqol qəbul etməsi aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki Təqsirləndirilən şəxs Elsəvər oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar əvvəlcə İİİ dərəcə, daha sonra İİ dərəcə əlilliyi olan şəxs kimi 627,70 manat sosial ödəniş alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Elsəvər oğlunun törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Elsəvər oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Bu Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. "Yol hərəkəti haqqında" 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Elsəvər oğlunun zərərçəkmiş şəxslə barışmasını, sonuncuya dəymiş zərəri tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Elsəvər oğlu barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs Elsəvər oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyyəti üzrə Siyəzən rayon prokurorluğuna göndərilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321.2.1, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyyəti üzrə Siyəzən rayon prokurorluğuna göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar