Məhkəmə qərarları › İş №1(059)-33/2020

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-33/2020

30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-33/2020 30.06.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs “Az-Maş” QTSC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 30 iyun 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1984-cü il tarixdə keçmiş Dəvəçi rayonunun Zarat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, üzərində məhkumluğu olmayan, Siyəzən rayonu, Dib kəndində qeydiyyatda olan və barəsində "həbs" növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 232.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 yanvar 2020-ci il tarixdə təxminən saat 02:00 radələrində Siyəzən rayonu, Zarat kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasına dam hissəsindən qanunsuz daxil olaraq oradan hər biri 2,28 manat olan 25 ədəd “Kent 4” markalı, hər biri 1,4 manat olan 20 ədəd “Bakı” markalı, hər biri 2,2 manat olan 10 ədəd “Rothmans” markalı, hər biri 2,2 manat olan 28 ədəd “LD” markalı siqaretləri gizlin yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 168,60 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları x6 və x4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 21 yanvar 2020-ci il tarixdə gecə saat 02:00 radələrində Siyəzən rayonu, Candahar kəndi ərazisində yerləşən “Az-Maş” QTSC-yə məxsus ** JZ *** dövlət qeydiyyat nişanlı, “Howo” markalı və ** JZ *** dövlət qeydiyyat nişanlı, “Howo” markalı yük avtomobillərinin üzərində quraşdırılmış, hər birinin qiyməti 240 manat olan 4 ədəd istifadəyə yaralı “Klema norm, Ca/Ca, 12b, 90” markalı yük avtomobilləri üçün nəzərdə tutulan akkumlyatorları gizlin yolla talayıb hüquqi şəxs olan zərərçəkmiş “Az-Maş” QTSC-yə ümumilikdə 960 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 26 yanvar 2020-ci il tarixdə saat 01:00 radələrində Siyəzən rayonu, Zarat kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazının qarşısına gəlib, üzünü gizlətmək məqsədilə istifadə etdiyi papağı maska kimi düzəldərək üzünə taxmış və yerdən tapdığı dəmir parçası ilə həmin mağazanın giriş qapısının qıfılını sındırmaqla mağazaya qanunsuz daxil olaraq, oradan hər biri 1,4 manat olan 10 ədəd “Prima” markalı, hər biri 1,5 manat olan 20 ədəd “Maqna” markalı, hər biri 1,5 manat olan 20 ədəd “Vant” markalı, hər biri 1,4 manat olan 20 ədəd ”Arqo” markalı, hər biri 1,4 manat olan 10 ədəd “Bakı” markalı, hər biri 2,2 manat olan 8 ədəd “Rotmans” markalı, hər biri 2,2 manat olan 5 ədəd “LD” markalı, hər biri 3 manat olan 5 ədəd “Kent 4” markalı, hər biri 12 manat olan 6 ədəd “Mamedoff” markalı 0,5 litr spirtli enerji içkisi və hər biri 2,2 manat olan 5 ədəd “Natura” markalı 1 litr kağız qablaşdırmada olan meyvə şirəsini, hər birinin qiyməti 1 manat 50 qəpik olmaqla 24 ədəd corab və 15 manat dəyərində şirniyyat məhsullarını gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 293,60 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 yanvar 2020-ci il tarixdə gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Siyəzən rayonu, Qalaşıxı kəndində yerləşən evin qapısına vurulmuş asma qıfılı sındıraraq qanunsuz içəri daxil olub oradan Zərərçəkmiş şəxs4 Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə 02 oktyabr 2019-cu il tarixli, 39/19 saylı şəhadətnamə ilə xüsusi icazə verilmiş, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli, 208458 nömrəli, texniki cəhətdən saz vəziyyətdə olmaqla atəş üçün yararlı “TOZ-B” modelli, həmçinin saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün xüsusi icazəsi olmayan 1958-ci ildə Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli, 74235-58 nömrəli, texniki cəhətdən saz vəziyyətdə olmaqla atəş üçün yararlı “TOZ-B” modelli olmaqla ümumilikdə 02 ədəd çaxmaqlı hamar qoşa lüləli yivsiz odlu ov silahlarını talamışdır. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3-cü və 232.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş və 2013-cü ildə azadlığa çıxmışdır. 18 yanvar 2020-ci il tarixdə, gecə saat 01:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində küçədə gəzərkən cibində siqaret olmadığı üçün oğurluq etmək qərarına gəlmiş və bu əməlini həyata keçirmək üçün yaxınlığında olduğu Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasını münasib bilmişdir. Həmin mağazaya yaxınlaşdıqdan sonra ətrafa nəzər salmış və heç kimin olmadığına əmin olduqdan sonra, mağazanın qapısına yaxınlaşmışdır. Mağazanın qapısında qıfıl olduğundan və qıfılı sındırmaq üçün hər hansı alət tapmadığından damına qalxaraq, mağazanın dam hissəsini əli ilə sökmüş, oradan mağazanın içərisinə daxil olmuşdur. Mağazanın içərisinə daxil olduqdan sonra oradan 25 qutu “Kent 4” markalı, 20 qutu “Bakı” markalı, 10 qutu “Rothmans” markalı və 28 qutu “LD” markalı siqaretləri götürmüş, daha sonra, mağazada çox dayanmayaraq həmin siqaret qutularının hamısını sellofan torbaya yığıb, mağazaya daxil olduğu yerdən çıxmış, yaşamış olduğu Siyəzən rayonu, Qalaşıxı kəndindəki evinə qayıtmışdır. Anası Zenfira da növbəli rejimdə işlədiyinə görə sonuncunun evdə olmamasından istifadə edərək oğurladığı siqaretləri öz yaşadığı otaqda gizlətmişdir. Həmin siqaretlərin bir qismini gündəlik tələbatı üçün istifadə etmiş, bir qismini isə ətrafında olan dost-tanışına pay vermiş, qalan bir qismini isə ucuz qiymətə tanımadığı adamlara satıb əldə etdiyi pulları da öz şəxsi ehtiyacına xərcləmişdir. Bundan əlavə, törətmiş olduğu ikinci oğurluq hadisəsini kənd sakinləri Gülbala və Həsənağa ilə birlikdə həyata keçirmiş, sonuncu ilə qohumluq münasibətləri olsa da, Gülbalanı uşaqlıqdan tanımışdır. 21 yanvar 2020-ci il tarixdə gecə saat 02:00 radələrində hər üçü bir yerdə olduğu zaman oğurluq etmək qərarına gəlmiş, oğurluq etmək üçün ən münasib yer kimi dənizkənarı yolun çəkilməsində iştirak edən “Az-Maş” QTSC-yə məxsus “Howo” markalı yük avtomobillərinin işdən sonra gecə saxlanıldığı yeri seçmiş, bu məqsədlə həmin əraziyə getmişlər. Ətrafa nəzər salıb, sakitçilik olduğuna əmin olduqdan sonra orada dayanmış “Howo” markalı avtomobillərdən birinin akkumlyatorlarının yerləşdiyi sağ tərəfə yaxınlaşaraq avtomobilin üzərində olan iki ədəd akkumlyatoru yerindən çıxartmışlar. Həmin iki ədəd akkumlyatoru götürdükdən sonra, üzərlərinə nəzər saldıqda, akkumlyatorların hər ikisinin də köhnə olduğunu görmüşlər. Bundan sonra, üçü də köməkləşib həmin iki ədəd akkumlyatoru oradan aralıya apararaq su gölməçəsinin yaxınlığında təpənin arxa tərəfinə qoymuş, daha sonra, geri qayıdaraq digər “Howo” markalı avtomobilə yaxınlaşmışlar. Onlar yenidən ətrafa nəzər salıb sakitçilik olduğuna əmin olduqdan sonra ikinci avtomobilin üzərində olan iki ədəd akkumlyatoru da çıxartmış, akkumlyatorlar ağır olduqlarından, çiyinlərində növbə ilə aparmağa başlamışlar. Bu zaman Həsənağa ilə Gülbalanın danışdıqları söhbətlərdən onların əvvəl bir dəfə də həmin əraziyə gələrək qeyd olunan avtomobillərin birindən akkumlyator oğurladıqlarını başa düşmüşdür. O, sonradan bu işin üstünün açılacağını fikirləşərək, Həsənağa ilə Gülbalanın əvvəl oğurladıqları akkumlyatorun da məsuliyyətinin onun üzərində qalacağını fikirləşərək, getdikləri yerdə, beton yolu Qalaşıxı kəndi istiqamətində keçdikdən sonra çiynində olan akkumlyatoru yerə qoyub, sonunculara “mən getdim, sağ olun” deyərək oradan uzaqlaşmış, onlarla birlikdə oğurluq etdiyi üçün peşiman olmuşdur. Həmçinin, Gülbalagil oradan əvvəl oğurluq etdikləri üçün, ikinci dəfə də oradan oğurluq etmək təklifi onlardan gəlmişdi. Sonradan Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən oğurladıqları iki ədəd akkumlyatoru qoyduqları gölməçənin arxasında olan təpəlik ərazini polis əməkdaşlarına göstərmiş, həmin akkumlyatorlar qeyd olunan ərazidən götürülmüş, qalan iki ədəd akkumlyatorun isə Gülbalagil tərəfindən satılıb-satılmaması barədə hər hansı məlumatı olmamışdır. Növbəti oğurluq əməlini bir neçə gün sonra yəni 26 yanvar 2020-ci il tarixdə, saat 01:26 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasından etmişdir. Belə ki, yaşadığı evdən çıxaraq dəmiryolunun üzəri ilə piyada Siyəzən rayonu, Zarat kəndinə getmiş, yolda getdiyi zaman oğurluq edəcəyi yerin qapısını açmaqdan ötrü yerdən tapdığı dəmir parçasını və başında olan papağını çıxaraq ondan oğurluq zamanı üzünü gizlətmək üçün maska kimi istifadə etmək məqsədilə həmin papağın müəyyən yerlərini kəsməklə papaqdan maska düzəltmişdir. Siyəzən rayonu, Zarat kəndinə çatdıqdan sonra kənddə piyada gəzdiyi zaman Ucəddin adlı şəxsin mağazasından oğurluq etmək qərarına gəlmiş, həmin mağazada müşahidə kameralarının olduğunu bilməsə də, hər ehtimala qarşı mağazaya oğurluğa girməmişdən əvvəl həmin maskanı üzünə geyinərək mağazaya yaxınlaşıb, əlində olan dəmir parçası ilə bir qədər işlədikdən sonra mağazanın qıfılını sındıra bilmiş, qıfılı sındırdıqdan sonra mağazanın qapısını açıb içəriyə daxil olmuşdur. Bundan sonra, mağazadan 10 qutu “Prima” markalı siqaret, 20 qutu “Maqna” markalı siqaret, 20 ədəd “Vant” markalı siqaret, 20 ədəd “Arqo” markalı siqaret, 10 ədəd “Bakı” markalı siqaret, 8 ədəd “Rotmans” markalı siqaret, 5 ədəd “LD” markalı siqaret, 5 ədəd “Kent 4” markalı siqaret, 6 ədəd ”Mammedoff” markalı 0,5 litrlik spirtli enerji içkisi, 5 ədəd “Naturra” markalı 1 litrlik kağız qablaşdırmada olan meyvə şirəsi, 24 ədəd Türkiyyə istehsalı olan kişi corabları və bir qədər şirniyyat məmulatlarını götürərək həmin mağazadan tapdığı torbanın içərisinə yığaraq mağazadan çıxmışdır. Mağazadan çıxdıqdan sonra yaşadığı evə qayıtmış, anasının evdə olmamasından istifadə edərək həmin əşyaları gətirib yaşadığı otaqda, siqaretlərdən isə çox hissəsini çəkmək üçün öz otağında saxlamışdır. Növbəti günlərdə həmin siqaretlərin yerdə qalanlarını və kişi corablarını tanımadığı şəxslərə dəyər-dəyməzinə satmış, enerji içkilərini və şirniyyat məmulatlarını isə özü yeyibiçmışdir. Həmin mağazadan etdiyi oğurluq nəticəsində əldə etdiyi siqaretlərdən bəzilərinin qutularının içərisi boş olmuşdur. Oğurluqda maska kimi istifadə etdiyi papağı da yaşadığı evdə öz otağında saxlamışdır. Zərərçəkmiş şəxs2 mağazasından etdiyi oğurluq zamanı qapını açmaqda istifadə etdiyi dəmir parçasını isə yolda gələrkən tullamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs4 2014-cü ildən tanıyır, aralarında hər hansı ədavət və düşmənçilik yoxdur, Zərərçəkmiş şəxs4 uzun müddət onların kəndində yaşasa da, təxminən 2014-cü ildən sonra Sumqayıt şəhərinə köçmüş və orada yaşamağa başlamışdır. 31 yanvar 2020-ci il tarixdə, gecə saat 02:00 radələrində cibində pulu və siqareti olmadığı üçün, yaşadığı kənddə gəzərkən Zərərçəkmiş şəxs4 məxsus Siyəzən rayonu, Qalaşıxı kəndində yerləşən evə girərək oradan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, Zərərçəkmiş şəxs4 evində heç kimin olmadığından əmin olduğu üçün, həmin evə rahatlıqla qanunsuz daxil olaraq oradan oğurluq edə biləcəyini fikirləşmişdir. Bunun üçün o, Zərərçəkmiş şəxs4 məxsus Siyəzən rayonu, Qalaşıxı kəndində yerləşən evinin yaxınlığına gəlmiş, həmin evin küçə taxta qapısının yanında setkanı kənara çəkib evin həyətinə oradan isə qapının üzərindəki açıq hissədən evə daxil olmuş, evdə sol tərəfdə olan otağa yaxınlaşmış, otağın qapısı köhnə olsa da, qapının üzərindəki köhnə dəmirə qıfıl vurulmuş vəziyyətdə olmuşdur. Həmin dəmiri itələdikdə dəmir bağlandığı yerdən qopmuş, avtomatik olaraq qıfıl da yararsız vəziyyətə düşmüş və qapı açılmışdır. Otağa daxil olub göz gəzdirdiyində otağın küncündə gözünə göy rəngli kisə sataşmış, həmin kisəyə yaxınlaşıb, onun içərisinə baxmış, içərisində iki ədəd qoşa lülə ov tüfəngi olduğunu görmüşdür. Tüfənglərin olduğu həmin göy rəngli kisəni özü ilə götürüb otaqdan çıxmışdır. Otaqdan çıxdıqdan sonra gecə radələri olduğundan, həm çox yorğun olduğu, həm də evə heç kimin gəlməyəcəyinə əmin olduğu üçün otağın qarşısında olan dəhlizdə istirahət etməyə başlamışdır. Həmin yerdə təxminən 1 gün yatmış, yuxudan oyandıqdan sonra heç kim görməsin deyə bir qədər də havanın qaranlıqlaşmasını gözləmişdir. Həyətdən çıxmamışdan əvvəl ətrafa nəzər salıb heç kimin görmədiyinə əmin olmuş, bundan sonra 31 yanvar 2020-ci il tarixdə təxminən saat 21:00 radələrində evə daxil olduğu yolla yenidən həmin evdən çıxmışdır. Daha sonra, beton yola çıxmış, yolda keçən maşınlardan birinə saxlaması üçün əl ilə işarə vermiş, avtomobillərdən birinin sürücüsü avtomobili saxlamışdır. Həmin şəxsə yaxınlaşıb ondan hara getdiyini soruşmuş, həmin şəxs isə cavabında Xızı rayonu, Şuraabad qəsəbəsinə getdiyini bildirmişdir. Onun Xızı rayonu, Şuraabad qəsəbəsinə qədər getdiyini öyrəndikdən sonra maşınına minmiş, oradan uzaqlaşdırması üçün ona Xızı rayonu, Sitalçay qəsəbəsinə getdiyini bildirmişdir. Yolda həmin şəxsin adının Elxan olduğunu öyrənmiş, şifahi söhbət zamanı sonuncudan tüfəng istəyən tanışının olub-olmadığını soruşmuş, o da tüfənglərin necə tüfəng olması və harada olması ilə maraqlandıqda, həmin tüfəngləri kisənin içərisindən çıxararaq yol gedəgedə əlində Elxana göstərmişdir. Bu zaman Elxan tüfənglərin kimə məxsus olması ilə maraqlanmış, o isə sonuncuya tüfənglərin özünə aid olduğunu bildirmişdir. Bundan sonra, Elxan tüfənglərin sənədinin olub-olmaması ilə maraqlanmış və neçəyə satdığını soruşduqda, həmin tüfəngin ikisinə bir yerdə 150 manat pul verən olacağı təqdirdə satacağını bildirmişdir. Bir qədər söhbətdən sonra Elxan qeyd olunan tüfənglərin ikisinə birlikdə 100 manat pul verəcəyini qeyd etmiş və o, sonuncu ilə razılaşaraq hər iki tüfəngi 100 manata satmışdır. Elxan 100 manat pulu verdikdən sonra o, həmin tüfəngləri Elxanın avtomobilində qoyaraq, avtomobili yolun kənarında saxlatmış və maşından düşmüşdür. Daha sonra, yolun əks istiqamətinə keçərək yaşadığı kəndə qayıtmışdır. Daha sonra, Sumqayıt şəhərinə getmiş, həmin tüfənglərin satışından əldə etdiyi 100 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs4 evində qeyd olunan tüfənglərin olması barədə əvvəlcədən məlumatlı olmamış, yalnız həmin evə daxil olduqdan sonra otağın küncündə tüfəngləri göy rəngli kisənin içərisində görmüş, qeyd etdiyi tüfənglərdən hər ikisi 16 çaplı, qoşa lülə tüfəngləri olmuşdur. Zərərçəkmiş şəxs4 evindən özü tək oğurluq etmiş, həmin silahları oğurlamaqda ona heç kim kömək etməmiş, qeyd olunan silahları oğurladıqdan sonra nə ailə üzvlərinə nə də, başqa şəxslərə hər hansı bir söz bildirməmişdir. Etdiyi cinayət əməllərini tək törətmiş, yalnız avtomobillərdən akkumulyatorları Gülbala və Həsənağa adlı şəxslər ilə birlikdə oğurlamışdır. Zərərçəkmiş şəxs2 mağazasından etdiyi oğurluq zamanı istifadə etdiyi maskanı daha əvvəl istintaqa təqdim etmiş, dəmir parçasını isə mağazadan çıxdıqdan sonra yolda evinə getdiyi zaman əlinin var gücü ilə kənara tullamış, oğurladığı əşyaları əsasən Siyəzən rayonu, Zarat kəndi ərazisində olan “Pirin” altı deyilən ərazidə yol maşınlarına tanımadığı şəxslərə satmışdır. Törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, dəymiş zərərin tam şəkildə ödənilməsinin, buna görə də zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə iclasında dindirilmiş şahidin verdiyi ifadə, zərərçəkmiş şəxs “Az-Maş” QTSC-nin nümayəndəsinin izahatı, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs1məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, 17 yanvar 2020ci il tarixdə təxminən saat 22:00 radələrində mağazanın qapısını bağlayaraq evə getmiş, işləri olduğu üçün 18 yanvar 2020-ci il tarixdə mağazaya gələ bilməmişdir. 19 yanvar 2020-ci il tarixdə təxminən saat 08:00 radələrində isə mağazanı açıb içəri daxil olduqdan sonra mağazanın tavanının sökülmüş vəziyyətdə olduğunu görmüş, bundan sonra mağazaya baxdıqda, bir çox siqaretin oğurlandığını müəyyən etmişdir. Belə ki, mağazaya baxış keçirən zaman naməlum şəxs və ya şəxslərin 20 ədəd hər birinin qiyməti 1 manat 20 qəpik olan “Bakı” markalı siqareti, 10 ədəd hər birinin qiyməti 1 manat 90 qəpik olan “Rotmans” markalı siqareti, 28 ədəd hər birinin qiyməti 2 manat 20 qəpik olan “LD” markalı siqareti, 25 ədəd hər birinin qiyməti 3 manat olan “Kent 4” markalı siqaretləri oğurladıqları məlum olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 179,60 manat məbləğində maddi zərər dəymiş, sonradan isə hadisənin Qalaşıxı kənd sakini Nəcəf tərəfindən törədildiyini eşitmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxsə qarşı hər hansı şikayətinin və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs “Az-Maş” QTSC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3 məhkəmə baxış iclasında izahatında göstərdi ki, o, 2014-cü ildən “AZ-Maş” QTSC-nin hüquq məsələləri üzrə direktor müavini vəzifəsində işləyir. 17 yanvar 2020-ci il tarixdən 19 yanvar 2020-ci il tarixədək olan müddətdə Cəmiyyətə məxsus “Howo” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobildən 2 ədəd akkumlyator oğurlanmışdır. Bundan başqa, 19 yanvar 2020-ci il tarixdən 20 yanvar 2020-ci il tarixə kimi olan müddətdə Cəmiyyətə məxsus “Howo” markalı, ** JZ *** və ** JZ *** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin hər birinin 2 ədəd, ümumlikdə 4 ədəd akkumlyatorları oğurlanmışdır. Ümumilikdə şirkətə məxsus 3 yük avtomobildən 6 ədəd akulmyator oğurlanmışdır. Baş vermiş oğurluq zamanı 6 ədəd akkumlyatorun oğurlanması nəticəsində nümayəndəsi olduğu “Az-Maş” QTSC -yə ümumilikdə təxminən 800 manat məbləğində maddi zərər dəymişdir. Oğurlanmış akkumlyatorlar “Klema norm, Ca/Ca, 12b, 90” markalı yük avtomobilləri üçün nəzərdə tutulan akkumlyatorlar olmuş, təxminən 1 il bundan əvvəl alınmış, işlək vəizyyətdə olan akkumlyator olmuşdur. Baş vermiş oğurluq nəticəsində Cəmiyyətin avtomaşınlarına aid bütün akkumlyatorlar qaytarılmış və dəymiş bütün ziyan ödənilmişdir. Bu səbəbdən də hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı şikayətləri və tələbləri yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, 25 yanvar 2020ci il tarixdə təxminən saat 21:50 radələrində mağazanın qapısını bağlayıb evə getmiş 26 yanvar 2020-ci il tarixdə təxminən saat 06:40 radələrində isə mağazanı açan zaman mağazanın qapısının kilidinin yerdə olduğunu, qapının açıq olduğunu görmüşdür. Mağazaya daxil olub baxış keçirən zaman naməlum şəxs və ya şəxslərin mağazanın qapısının kilidini sındırmaq yolu ilə mağazaya daxil olduqlarını və oğurluq etdiklərini müəyyən etmiş və bu haqda DİN-nin 102 xidmətinə zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Mağazaya baxış keçirən zaman naməlum şəxs və ya şəxslərin 10 ədəd hər birinin qiyməti 1 manat 40 qəpik olan “Prima” markalı siqaret, 20 ədəd hər birinin qiyməti 1 manat 40 qəpik olan “Maqna” markalı siqaret, 20 ədəd hər birinin qiyməti 1 manat 50 qəpik olan “Vant” markalı siqaret, 20 ədəd hər birinin qiyməti 1 manat 40 qəpik olan “Arqo” markalı siqaret, 10 ədəd hər birinin qiyməti 1 manat 20 qəpik olan “Bakı” markalı siqaret, 8 ədəd hər birinin qiyməti 1 manat 90 qəpik olan “Rotmans” markalı siqaret, 5 ədəd hər birinin qiyməti 2 manat 20 qəpik olan “LD” markalı siqaret, 5 ədəd hər birinin qiyməti 3 manat olan “Kent 4” marakalı siqaret, 6 ədəd hər birinin qiyməti 2 manat olan “”Mammedoff” markalı 0,5 litrlik spirtli enrji içkisi, 5 ədəd hər birinin qiyməti 1 manat 80 qəpik olan “Naturra” markalı 1 litirlik kağız qablaşdırmada olan meyvə şirəsi, 24 ədəd hər birinin qiyməti 1 manat 50 qəpik olan Türkiyyə istehsalı olan kişi corabları və 15 manat dəyərinə şirniyyat məmulatlarını oğurladıqları müəyyən olunmuşdur. Baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 225,20 manat maddi zərər dəymiş, oğurluq edən şəxsin Qalaşıxı kənd sakini Nəcəf olduğunu öyrənmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayətinin və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs4 məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, 1992-ci ilin may ayından 2014-cü ilədək Siyəzən rayonu, Qalaşıxı kəndində yerləşən evində yaşamışdır. Hal-hazırda Sumqayıt şəhərində yaşasa da, hər həftənin sonları və yay aylarında təsərrüfatı olduğuna görə Siyəzən rayonu, Qalaşıxı kəndində yerləşən evinə gedib-gəlir. 02 oktyabr 2019-cu il tarixdə özü üçün Gəncə şəhərindən 800 manat müqabilində “Toz” markalı, 16 çaplı, 2 lüləli, 208458-61 nömrəli tüfəng almış, həmin tüfəng ilə bağlı ona Gəncə şəhər Baş Polis İdarəsindən 39\19 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Tüfəngi aldıqdan sonra əvvəllər Sumqayıt şəhərində yaşadığı ünvanda saxlamış, təxminən 2019-cu ilin dekabr ayının əvvəllərindən isə həmin silahı Siyəzən rayonu, Qalaşıxı kəndində yerləşən evinə gətirərək həmin evdə saxlamağa başlamışdır. Bundan başqa, 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi Siyəzən rayonu, Qalaşıxı kəndinə gəldiyi zaman özü ilə mərhum atasından miras qalmış hər hansı sənədi olmayan 16 kalibrli, “TOZ-B” modelli qoşa lülə ov tüfəngini gətirmiş, həmin tüfəngi də qeyd olunan tarixdən etibarən hər hansı sənəd və saxlanılması üçün icazə olmadan həmin evdə saxlamışdır. Bu vaxta qədər maddi cəhətdən imkanı olmadığına görə və bir qədər səhlənkarlıq etdiyi üçün həmin tüfəngi öz adına sənədləşdirməmişdir. Rəsmi sənədi olan digər “Toz” markalı tüfəngi də Siyəzən rayonu, Qalaşıxı kəndində yerləşən evinə gətirdikdən sonra həmin tüfənglərin ikisini bir yerdə göy rəngli tüfəng saxlanılması üçün nəzərdə tutulan xüsusi kisənin içərisində yaşadığı evin otağında divarın küncündə saxlamışdır. Sonuncu dəfə 26 yanvar 2020-ci il tarixdə Siyəzən rayonu, Qalaşıxı kəndində yerləşən evində olduğu zaman hər iki tüfəngin qaydasında və yerində olduğunu görmüş, bundan sonra, həmin otağın qapısını qıfıl ilə bağlayaraq faktiki yaşadığı Sumqayıt şəhərinə getmiş, 01 fevral 2020-ci il tarixdə yenidən Siyəzən rayonu, Qalaşıxı kəndində yerləşən evinə gələn zaman evin həyətində vaqon ilə otağın arasında olan qapının üzərinin söküldüyünü, qapıdan keçərək otağa tərəf getdiyində isə otağın qapısının qıfılının sındırıldığını görmüşdür. Otağa daxil olaraq evə nəzər saldığında həmin otağın küncündə göy rəngli xüsusi kisənin içərisində saxladığı tüfənglərin orada olmadığını görmüşdür. Daha sonra, evə ətraflı şəkildə nəzər salmağa başladıqda, evdən başqa hər hansı əşya və predmet oğurlanmadığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı Siyəzən RPŞ-yə ərizə ilə müraciət etmiş, evindən oğurlanmış tüfənglərdən birinin rəsmi sənədi olmadığından ilkin ərizə və izahatında ehtiyat edərək yalnız 1 ədəd sənədi olan tüfənginin oğurlandığını bildirmişdir. Aparılan araşdırma zamanı həmin oğurluq hadisəsini törətmiş şəxsin Təqsirləndirilən şəxs olduğu və onun tərəfindən həmin tüfənglərin Xızı rayonu, Şuraabad kəndində Elxan adlı şəxsə satıldığı müəyyən olunmuşdur. Daha sonra, əlavə izahat verərək evindən bir deyil, iki ədəd tüfəngin oğurlandığını qeyd etmişdir. Tüfənglərdən birini Gəncə şəhərindən 800 manata alsa da, mərhum atasından qalmış digər tüfəngin qiyməti təxminən 300 manat olardı. Maddi imkanı olmadığından mərhum atasından qalmış tüfəngi sənədləşdirə bilməmiş, həmin tüfəngi qeyri-qanuni olaraq hər hansı icazə olmadan yaşadığı evdə saxlamışdır. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayətinin və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, 31 yanvar 2020-ci il tarixdə təxminən saat 23:00 radələrində idarə etdiyi avtomobillə Siyəzən rayonundan yaşayış evinə gedərkən Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPAnın Stasionar xidməti postunun yaxınlığına çatan zman yol kənarında dayanmış təxminən 30-35 yaşlı bir nəfər şəxsin avtomobili saxlamaq üçün işarə etdiyini görmüş, hava küləkli olduğu üçün həmin şəxsə yazığı gəldiyindən avtomobilini saxlamış, sonuncu maşına yaxınlaşıb Xızı rayonu Sitalçay kəndinə qədər onu apara bilib-bilməyəcəyini soruşmuş, özünün də Xızı rayonu, Şuraabad qəsəbəsinə getdiyini, ona görə də yolüstü onu yolda düşürə biləcəyini qeyd etmişdir. Bundan sonra, o, həmin şəxsə avtomaşının arxa yük yerində it olduğunu deyərək, ehtiyatlı olmağı tapşırmış, sonuncu da avtomobilin arxa sağ qapısını açaraq arxa oturacaqda əyləşmişdir. Həmin şəxsin əlində bağlama olmuş, avtomaşına oturduqdan sonra bağlamanı da öz yanına qoymuşdur. Yolda şifahi söhbət zamanı həmin şəxsin adının Nəcəf olduğunu və Siyəzən rayonu, Qalaşıxı kəndində yaşadığını bilmiş, daha sonra, sonunucu vəfat etmiş babasından qalmış, sənədləri olmayan iki ədəd ov tüfənginin olduğunu, həmçinin həmin tüfəngləri Xızı rayonu, Sitalçay kəndinə satmaq üçün apardığını bildirmişdir. Özü ov həvəskarı olduğu üçün, Nəcəfin bu söhbətinə reaksiya verərək, sonuncudan tüfənglərin harada olduğunu soruşduqda, Nəcəf tüfənglərin əlindəki bağlamada olduğunu bildirmişdir. Bundan sonra, o, Nəcəfdən tüfənglərin oğurluq olub-olmamasını və sənədlərinin olmamasının səbəbini soruşmuş, Nəcəf isə tüfənglərin oğurluq olmadığını, vəfat etmiş babasından qalma olduğunu, tüfənglərin uzun müddət istifadə olunmadığını və ona görə də sənədlərinin olmadığını qeyd etmiş, tüfənglərin də evdə istifadəsiz qaldığı və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Nəcəfdən tüfənglərin oğurluq olub-olmamasını bir neçə dəfə soruşsa da, sonuncu hər dəfəsində tüfənglərin onun özünə məxsus olduğunu qeyd etmişdir. Daha sonra, o, Nəcəfdən tüfənglərin hansı növ tüfəng olduğunu və onların atəşə yararlı vəziyyətdə olub-olmamaları ilə maraqlandığında, Nəcəf hər iki tüfəngin 16-lıq tüfənglər olduğunu və hər ikisinin işlək, saz vəziyyətdə atəş üçün yararlı olduqlarını bildirmişdir. Nəcəfdən tüfəngləri neçəyə satdığını soruşduğunda isə sonuncu tüfəngləri 150 manata satmaq istədiyini bildirmişdir. Bundan sonra, o, cibindən pul çıxararaq saydığında cibində 70 manat pul olduğunu görmüş, avtomobilin sənədlərinin saxlanıldığı yerə baxdığında oradan da 30 manat pul düzəltmişdir. Bu vaxt Nəcəf onun əlində ümumilikdə 100 manat nəğd pulu görmüş, həmin pulun kifayət etdiyini və qeyd olunan iki tüfəngi 100 manata sata biləcəyini bildirmişdir. Bundan sonra, o, avtomobildə 100 manat pulu Nəcəf vermiş, özözlüyündə həmin tüfənglərin qiymətlərinin aşağı olduğu üçün ya nasaz vəziyyətdə olduğunu və ya ikisindən birinin işləmədiyini düşünmüş, həmin tüfənglərdən bir ədəd normal işlək vəziyyətdə olan tüfəng düzəldə biləcəyini fikirləşmiş, buna görə də bağlamanın içərisinə baxmamışdır.Pulu Nəcəfə verdikdən sonra o, tüfənglərin olduğu bağlamanı maşında qoymuş, Sitalçay kəndinin dayanacağında avtomobildən düşmüş, daha sonra, özü də yaşadığı evə gəldikdən sonra həmin tüfənglərin olduğu bağlamanı yaşadığı evin həyətində olan köhnə dam altlığı kimi yerdə saxlamışdır. Aldığı tüfənglər barədə nə atasına, nə də, digər ailə üzvlərinə hər hansı bir məlumat verməmiş, bir müddət sonra bununla əlaqədar Siyəzən RPŞ-yə dəvət edilmiş, orada olarkən Nəcəfdən 100 manata iki ədəd ov tüfəngi aldığını və ondan aldığı tüfəngləri yaşadığı evin həyətinə qoyduğunu bildirmişdir. Daha sonra, polis əməkdaşları ilə birlikdə yaşadığı Xızı rayonu, Şuraabad qəsəbəsinə gedərək, həmin tüfəngləri rəsmi qaydada Siyəzən RPŞ-nin əməkdaşlarına təqdim etmişdir. Nəcəfi tanımamış, ondan daha əvvəl hər hansı bir əşya almamış, Nəcəfin oğurluqla məşğul olduğunu bilməmiş və sonuncu ilkin baxışdan ona oğru insan təsiri bağışlamamışdır. Belə ki, o, bir neçə dəfə Nəcəfdən tüfənglərin oğurluq olub-olmamasını soruşmuş, sonuncu tüfənglərin oğurluq olmadığını, babasından qaldığını və öz evlərində uzun müddət istifadəsiz qaldığı və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Nəcəfin dediklərinə inandığı, həmçinin qiymətdə münasib olduğu üçün ondan həmin tüfəngləri almış, bu tüfənglərin Nəcəf tərəfindən oğurlandığını polis əməkdaşlarından öyrənmiş, Nəcəfdən tüfəngləri alarkən tək olmuş, idarə etdiyi avtomobildə başqa heç kim olmamış, yaşadığı evdə, nə də, başqa digər şəxslərin həmin tüfənglərdən məlumatı olmamış, atasının sənədsiz tüfəng aldığına görə əsəbləşə biləcəyindən bu barədə heç kimə heç nə bildirməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 60-62-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2020-ci il tarixli, 3448 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, bir il əvvəl alınmış və işlənmiş, lakin xarici görünüşünə görə təyinatı üzrə istifadəyə yararlı olan “Klema norm” adlı yük avtomobili üçün akkumulyatorun işlənmiş vəziyyətdə, 2020-ci ilin yanvar ayına, köhnəlməsi nəzərə alınmaqla respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 240 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 59-cu səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 65-67-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2020-ci il tarixli, 4936 nömrəli ekspert rəyindən görünür ki, tədqiq edilən maddi sübutların, o cümlədən 20 qutu “Bakı” markalı siqaretin 19 yanvar 2020-ci il tarixə, respublikadaxili orta bazar satış qiyməti təxminən 28 manat, 10 qutu “Rotmans” markalı siqaretin qiyməti 22 manat, 28 qutu “LD” markalı siqaretin qiyməti 61,60 manat, 25 qutu “Kent 4” markalı siqaretləri qiyməti isə 57 manat, cəmi 168,60 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 64-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 70-72-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2020-ci il tarixli, 4935 nömrəli ekspert rəyindən görünür ki, tədqiq edilən maddi sübutların, o cümlədən 10 qutu “Prima” markalı siqaretin 26 yanvar 2020-ci il tarixə, respublikadaxili orta bazar satış qiyməti təxminən 14 manat, 20 qutu “Maqna” markalı siqaretin qiyməti 30 manat, 20 qutu “Vant” markalı siqaretin qiyməti 30 manat, 20 qutu “Arqo” markalı siqaretləri qiyməti 28 manat, 10 qutu “Bakı” markalı siqaretin qiyməti 14 manat, 8 qutu “Rotmans” markalı siqaretin qiyməti 17,60 manat, 5 qutu “LD” markalı siqaretin qiyməti 11 manat, 5 qutu “Kent 4” markalı siqaretin qiyməti 15 manat, 6 ədəd “Mamedoff” markalı 0,5 litr spirtli enerji içkisinin qiyməti 72 manat, 5 ədəd “Natura” markalı 1 litr kağız qablaşdırmada olan meyvə şirəsinin qiyməti isə 11 manat, cəmi 242,60 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 69-cu səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 35-39-cu səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 fevral 2020-ci il tarixli, 20/96R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 208458 nömrəli silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Həmçinin, tədqiqata təqdim edilmiş gövdənin üzərində 74235-58 nömrəsi olan silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1958-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 243-244-cü vərəqələrində olan 13 mart 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, “Az-Maş” QTSC-dən oğurlanmış 6 ədəd akkumulyatorlar maddi sübut kimi tanınmaqla, gündəlik iş fəaliyyətində lazım olduğu üçün QTSC-yə qaytarılmış, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 mağazasında etdiyi oğurluq zamanı istifadə etdiyi 1 ədəd uzunsov formada, üzərində kəsiklər olan, qalın materialdan olan qış papağı, eləcə də 1 ədəd “LD”, 1 ədəd “Arqo” və 1 ədəd “Bakı” markalı boş siqaret qutuları da maddi sübut kimi tanınaraq, saxlanılması üçün Siyəzən RPŞ-nin Təminat Hissəsinin saxlancına verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 80-96-cı vərəqələrində olan 23 aprel 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, x5 və x1 x2 başqa 18 yanvar 2020-ci il tarixdə 2 ədəd istifadəyə yararlı “Klema norm, Ca/Ca, 12b, 90” markalı yük avtomobilləri üçün nəzərdə tutulan akkumlyatorları gizlin yolla talaması, eləcə də 21 yanvar 2020-ci il tarixdə qeyd edilən yerdən Nəcəf Mütəllimovla birlikdə 4 ədəd istifadəyə yararlı “Klema norm, Ca/Ca, 12b, 90” akkumlyatorları oğurlanmaları faktı ilə əlaqədar Gülbala Zərbəliyev və Həsənağa Hüseynovun əməllərinə hüquqi qiymət verilməsindən, eləcə də iş üzrə tam hərtərəfli və obyektiv araşdırma aparılmasından ötrü ********* nömrəli cinayət işi materiallarından başqa cinayət işi ayrılmış və ayrı icraatda istintaqının aparılması qərara alınmışdır. Bundan əlavə, Şahid əməlində Azərbaycan Respublikası CM-in 194-cü və 228.1-ci maddəsinin, Zərərçəkmiş şəxs4 əməlində isə Azərbaycan Respublikası CM-in 228-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, habelə, Zərərçəkmiş şəxs4 babasında qalan 1958-ci ildə Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli, 74235-58 nömrəli, texniki cəhətdən saz vəziyyətdə olmaqla atəş üçün yararlı “TOZ-B” modelli silahın saxlanması və təyinatı üzrə heç bir şəhadətnaməsi olmadığına görə Azərbaycan Respublikası İXM-nin 590-cı maddəsi ilə barəsində inzibati icraat açılması üçün qərardan çıxarış Siyəzən RPŞ-nin İTB-ə göndərilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 mağazasında etdiyi oğurluq əməlinin bütün görüntüləri köçürülmüş 1 ədəd Compakt Disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə 208458 nömrəli silah və 74235-58 silahlar iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Siyəzən RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 15-ci vərəqəsində olan Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən 02 oktyabr 2019-cu il tarixdə verilmiş 39/19 nömrəli şəhadətnamənin surətindən görünür ki, 1961-ci il istehsallı, 16 kalibrli, “TOZ-B” markalı, 208458 nömrəli silah saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Zərərçəkmiş şəxs4 verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 231-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x3 29 fevral 2020-ci il tarixli, 012-5337-1220 nömrəli məktubunun surətindən görünür ki, 1961-ci il istehsallı, 16 kalibrli, “TOZ-B” markalı, 208458 nömrəli (müvafiq sənədləri olan) və 1958-ci il istehsallı, 16 kalibrli, “TOZ-B” markalı, 74235-58 nömrəli (müvafiq sənədləri olmayan) silahların mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş Siyəzən Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 3(059)-93/2020 saylı qərarının surətindən görünür ki, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib ona inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni “Toz B” markalı qoşalülə ov tüfəngi müsadirə edilməklə, 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 230-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x3 04 mart 2020-ci il tarixli tələbnaməsindən, eləcə də eyni cilddə 235-238-ci vərəqələrdə olan Siyəzən Rayon Məhkəməsinin 18 sentyabr 2012-ci il tarixli, 1(059)-27/2012 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 18 sentyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Republikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, amnistiya qərarının 3-cü bəndinə əsasən cəzası 6 ay azaldıldıqdan sonra 22 noyabr 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 197-198-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 4(059)-5/2020 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 232.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 fevral 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin İ cild 249-250-ci vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, Siyəzən rayonu, Qalaşıxı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidin ifadəsi, ekspertiza rəyləri, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq, eləcə də odlu silahı talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 232.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını, həmçinin Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmamaqla, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, o cümlədən törədilmiş əməllərilin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 232.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 23 fevral 2020-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İ, V, Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-in Təminat Hissəsinin saxlancına verilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 mağazasında etdiyi oğurluq zamanı istifadə etdiyi 1 ədəd uzunsov formada, üzərində kəsiklər olan, qalın materialdan olan qış papağı, həmçinin 1 ədəd “LD”, 1 ədəd “Arqo” və 1 ədəd “Bakı” markalı boş siqaret qutuları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də növbətçi hissədə saxlanılan, eləcə də Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən 02 oktyabr 2019-cu il tarixdə 39/19 nömrəli şəhadətnamə ilə saxlanılmasına və təyinatı üzrə istifadəsinə icazə verilən 1961-ci istehsallı, 16 kalibrli, “TOZ-B” markalı, 208458 nömrəli silah hökm qanuni qüvvəyə mindikdən sonra sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qaytarılmalı, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də növbətçi hissədə saxlanılan 1958-ci tarixdə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli, “TOZ-B” markalı, 74235-58 nömrəli çaxmaqlı, yivsiz, texniki cəhətdən saz, atəş üçün yararlı, hamar qoşalülə ov tüfənginin isə Siyəzən Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 3(059)-93/2020 saylı qərarına əsasən müsadirə edilməsi nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə maddi sübut olan və gündəlik iş fəaliyyətində lazım olan “Az- Maş” QTSC-yə məxsus ** JZ *** dövlət qeydiyyat nişanlı, “Howo” markalı və ** JZ *** dövlət qeydiyyat nişanlı, “Howo” markalı yük avtomobillərinin üzərindən götürülmüş 4 ədəd istifadəyə yaralı “Klema norm, Ca/Ca, 12b, 90” markalı yük avtomobilləri üçün nəzərdə tutulan akkumulyatorlar zərərçəkmiş şəxs “Az-Maş” QTSC-yə qaytarılmış hesab edilməli, həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 mağazasında etdiyi oğurluq əməlinin bütün görüntüləri köçürülmüş maddi sübut 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 232.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 23 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-in Təminat Hissəsinin saxlancına verilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 mağazasında etdiyi oğurluq zamanı istifadə etdiyi 1 ədəd uzunsov formada, üzərində kəsiklər olan, qalın materialdan olan qış papağı, həmçinin 1 ədəd “LD”, 1 ədəd “Arqo” və 1 ədəd “Bakı” markalı boş siqaret qutuları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də növbətçi hissədə saxlanılan, eləcə də Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən 02 oktyabr 2019-cu il tarixdə 39/19 nömrəli şəhadətnamə ilə saxlanılmasına və təyinatı üzrə istifadəsinə icazə verilən 1961-ci istehsallı, 16 kalibrli, “TOZ-B” markalı, 208458 nömrəli silah hökm qanuni qüvvəyə mindikdən sonra sahibizərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qaytarılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də növbətçi hissədə saxlanılan 1958-ci tarixdə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli, “TOZ-B” markalı, 74235-58 nömrəli çaxmaqlı, yivsiz, texniki cəhətdən saz, atəş üçün yararlı, hamar qoşalülə ov tüfənginin Siyəzən Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 3(059)-93/2020 saylı qərarına əsasən müsadirə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və gündəlik iş fəaliyyətində lazım olan “Az-Maş” QTSC-yə məxsus ** JZ *** dövlət qeydiyyat nişanlı, “Howo” markalı və ** JZ *** dövlət qeydiyyat nişanlı, “Howo” markalı yük avtomobillərinin üzərindən götürülmüş 4 ədəd istifadəyə yaralı “Klema norm, Ca/Ca, 12b, 90” markalı yük avtomobilləri üçün nəzərdə tutulan akkumulyatorlar zərərçəkmiş şəxs “Az-Maş” QTSC-yə qaytarılmış hesab edilsin, həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 mağazasında etdiyi oğurluq əməlinin bütün görüntüləri köçürülmüş maddi sübut 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar