Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-33/2021 13.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil X4, təqsiriləndirilən şəxs, mülki cavabdeh – Təqsirləndirilən şəxs iştirakı ilə 13 iyul 2021ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxxx 1975-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”-nın 2-ci bəndinin 2.5.1., 2.5.11. və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 14 mart 2021-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən rayonu, Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və 1 ədəd rezin kombinezondan istifadə edərək dənizə girib uzunluğu 70 metr, eni 2 metr, gözlərinin ölçüsü 42x42 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd toru suda qurmuş və 15 mart 2021-ci il tarixə saat 12:30-dək 101 ədəd hər biri 11 manat olmaqla, 1111 manat dəyərində adi siyənək balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1111 manat məbləğində ziyan vurmuş və həmin tarixdə sahilə çıxarkən X8 İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, uzunluğu 70 metr, eni 2 metr, gözlərinin ölçüsü 42x42 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor, 101 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Təqsiriləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 14 mart 2021-ci il tarixdə, saat 19:00-da balıq tutmaq məqsədilə Siyəzən rayonu, Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş və özünə məxsus 1 ədəd taxta qayıq, 1 ədəd rezin kombinezon və 2 ədəd taxta avardan istifadə edərək, dənizə girib jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 70 metr, eni 2 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 1 ədəd toru suda qurub evinə qayıtmışdır. Sonrakı gün saat 08:00-da yenidən Siyəzən rayonu, Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlib, 1 ədəd taxta qayıq, 1 ədəd rezin kombinezon və 2 ədəd taxta avardan istifadə edərək dənizə girmiş və bir gün öncə qurduğu toru yığarkən çoxlu sayda adi siyənək balıqlarını tutmuşdur. Bundan sonra, toru tutduğu balıqlarla birlikdə qayığa yığıb sahil istiqamətində hərəkət etməyə başlamışdır. Saat 11-12:00 radələrində sahilə çıxmış, 12:30-da sahildə toru təmizləyərkən X8 idarəsinin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış və ilkin sorğu zamanı sonunculara Siyəzən rayonu, Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizindən torla balıq tutmaq üçün balıqovlama biletinin olmadığını bildirmişdir. Polis əməkdaşları Xəzər dənizinə girmək üçün istifadə etdiyi 1 ədəd taxta qayığa dəvət edilmiş hal şahidlərinin iştirakı baxış keçirərkən qayığın içərisində olan 2 ədəd taxta avar, jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 70 metr, eni 2 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 1 ədəd tor, üzərində olan 1 ədəd rezin kombinezon və həmin balıqovlama vasitələri ilə Siyəzən rayonu, Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğu 101 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüş və keçirilmiş baxışın nəticəsi olaraq protokol tərtib edilmişdir. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan Siyəzən rayonu, Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizindən torla balıq tutmanın qadağan edildiyini, yəni bunun cinayət olduğunu bilsə də, ailəsinə qida əldə etmək üçün başa çıxış yolu olmadığından cinayəti törətməyə məcbur olmuşdur. Törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmaqla, şəhid qardaşı olmasının, ziyanın tam şəkildə ödənilməsinin, mülki iddiaçı tərəfin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Belə ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün ifadəsi, mülki iddiaçının nümayəndəsinin izahatı və şahidlərin ifadələri ilə yanaşı, iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, 15 mart 2021-ci il tarixdə Kərimov X6 rayonu, Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizindən qanunsuz balıq tutmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları” nın 2-ci bəndinin 2.5.1ci hissəsinin tələblərini pozmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, jilka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 70 metr, eni 2 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 1 ədəd tor və 101 ədəd adi siyənək balığı aşkar edilərək götürülmüş və faktla bağlı sonuncu barəsində X8 İdarəsinin əməkdaşları tərəfindən 15 mart 2021-ci il tarixdə protokol tərtib edilmişdir. Baxış keçirilmiş balıqlar qanunsuz ovlandığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələrin” 10-cu bəndinə, bu qərara əlavə edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli, 119 nömrəli qərarına əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq 101 ədəd balığı qanunsuz ovlamaqla, balıq ehtiyatlarına vurulmuş ziyan aşağıdakı qaydada hesablanmışdır. Belə ki, 1 ədəd adi siyənək balığının qanunsuz tutulması ilə vurulan ziyan qiyməti 11 manatdan hesablandığından, 101 ədəd adi siyənək balığına görə vurulmuş ziyan 11 manat x 101 ədəd = 1111 manat təşkil etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarmın sənaye ovu Qaydaları”nın 1-ci bəndinin 1.9.6-cı hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli, 962 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su bioresurslarımn qorunması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”yə əsasən vətəndaş təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində 1111 manat məbləğində iddia qaldırılmışdır. Hazırda Təqsirləndirilən şəxs iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanı tam şəkildə idarəyə ödədiyindən, ondan heç bir şikayət və tələbləri yoxdur. Bu səbəbdən də, mülki iddiadan imtina etməklə, iş üzrə icraata xitam verilmənin hüquqi əsaslarının və nəticələrinin ona aydın olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Sumqayıt xətt polis məntəqəsinin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 15 mart 2021ci il tarixdə X8 idarəsinin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin gün saat 12:30-da Siyəzən rayonu, Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizindən balıq tutmaqla, məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra, dəvət edilmiş hal şahidlərinin iştirakları ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 70 metr, eni 2 metr, gözlərinin ölçüsü 42x42 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 101 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 101 ədəd adi siyənək balıqlarını 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 70 metr, eni 2 metr, gözlərinin ölçüsü 42x42 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə rəsmi icazəsi olmadan Siyəzən rayonu, Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğunu bildirmişdir. Bundan sonra, baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Sumqayıt xətt polis məntəqəsinin polis nəfəri Şahid3, eləcə də məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Sumqayıt xətt polis məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra etmiş, hazırda Saatlı rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, 15 mart 2021-ci il tarixdə Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün ona saat 12:30 radələrində Siyəzən rayonu, Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizində balıq tutmaqla, məşğul olmuş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı məlum olmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 70 metr, eni 2 metr, gözlərinin ölçüsü 42x42 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 101 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib, protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs 101 ədəd adi siyənək balıqlarını 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 70 metr, eni 2 metr, gözlərinin ölçüsü 42x42 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə Siyəzən rayonu, Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğunu, balıq tutmağa onun rəsmi icazəsinin, yəni balıqovlama biletinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, habelə məhkəmə istintaqında ifadəsi elan edilməklə, məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid4 digər Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 32-33-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2021-ci il tarixli, 9/1602 saylı ekspert rəyindən görünür ki, Balıqlar və digər su bioresursları qanunsuz ovlandığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələrin” 10-cu bəndinə əsasən (ölçüsündən və çəkisindən asılı olmayaraq) 101 ədəd adi siyənək balıqlarının qanunsuz ovlanması nəticəsində balıq ehtiyatlarına vurulmuş ziyanın ümumi məbləği 2021-ci ilin mart ayına 1111 manat müəyyən edilmişdir. Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur. Cinayət işinin 31-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 4-cü vərəqəsində olan 15 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları tərəfindən 15 mart 2021-ci il tarixdə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Siyəzən rayonu, Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 70 metr, eni 2 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 1 ədəd tor və 101 ədəd adi siyənək balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 101 ədəd siyənək balıqlarını aşkar edilmiş 1 ədəd torun vasitəsilə Siyəzən rayonu, Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğunu bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-cı vərəqəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 16 mart 2021-ci il tarixli, 21/112 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xəzər dənizində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 51-ci vərəqəsində olan maddi sübut kimi tanıma haqqında 07 aprel 2021-ci il tarixli qərarından, eləcə də işin 8-9-cu vərəqələrində olan qəbzdən və 15 mat 2021-ci il tarixli qəbul aktından görünür ki, 15 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd taxta qayıq, 1 ədəd rezin kombinezon, 2 ədəd taxta avar, uzunluğu 70 metr, eni 2 metr, gözlərinin ölçüsü 42x42 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor, 101 ədəd adi siyənək balıqları maddi sübut kimi tanınmış, balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün 15 mart 2021-ci il tarixdə qəbul aktına əsasən “xxxx” MMC-nin direktoru X5, balıqovlama vasitələri isə saxlanılması üçün Su NPİ-nin Sumqayıt XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 53-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 aprel 2021-ci il tarixli tələbnaməsindən, eləcə də işin 78-ci səhifəsində olan Siyəzən rayon İcra və probasiya şöbəsinin 07 may 2021-ci il tarixli, 875/21-64-1 nömrəli məktubundan görünür ki, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-105-ci vərəqələrində olan 09 may 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 17-19-cu vərəqələrində olan xasiyyətnamədən, eləcə də şəxsiyyət vəsiqəsinin, həmçinin cinayət işinə əlavə edilmiş doğum və ölüm şəhadətnamələrinin surətlərindən görünür ki, himayəsində 06 iyun 2010-cu il təvəllüdlü Adəm adında bir yetkinlik yaşına çatmayan uşağı olan şəhid qardaşı Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 26-27-ci vərəqələrində olan iddia ərizəsindən, işin 39-40-cı vərəqələrində olan mülki iddiaçının və mülki iddiaçının nümayəndəsinin tanıması haqqında 01 aprel 2021-ci il tarixli qərardan, işin 61-62-ci vərəqələrində olan 20 aprel 2021-ci il tarixli mədaxil qəbzindən və ödəniş tapşırığından, eləcə də işin 63-cü vərəqəsində olan mülki iddianın hesablanması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi cinayət işi üzrə 1111 manat maddi ziyana görə mülki iddiaçı kimi tanınmış, həmçinin balıq ehtiyatlarına vurulan ziyan məbləği kimi hesablanmış 1111 manat Təqsirləndirilən şəxs tərəfindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülmüşdür. Məhkəmə iclasında elan edilməklə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə 29 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanı ödədiyinə görə mülki iddiadan imtina edilmiş, həmçinin iş üzrə icraata xitam verilmənin hüquqi əsaslarının və nəticələrinin ona aydın olduğunu bildirərək, mülki iddianın icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs balıqları qanunsuz tutması ilə xeyli miqdarda ziyan vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsiriləndirilən şəxs, mülki cavabdehin özünün ifadəsi, mülki iddiaçının nümayəndəsinin izahatı, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 256.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, təqsiriləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsiriləndirilən şəxs, mülki cavabdehin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsiriləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmaqla, şəhid qardaşı olmasını, qanunsuz balıq ovlaması nəticəsində vurduğu xeyli miqdarda zərəri tam şəkildə ödəməsini, bununla da, mülki iddiaçı tərəfin ona qarşı şikayət və tələbinin olmaması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsiriləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsiriləndirilən şəxs, mülki cavabdehə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iddiaçı tərəfin iddiadan imtinası qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Bu Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Su Məcəlləsinin 38-ci maddəsinə əsasən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən təsərrüfat obyektlərinin tikintisindən, istismarından, habelə balıqçılıq su obyektlərində müxtəlif fəaliyyət növlərindən balıq və digər su bioresurslarına dəyən zərərli təsirin qarşısının alınması mümkün olmadıqda balıq və digər su bioresurslarına vurulan zərər təqsirkar şəxslər tərəfindən kompensasiya edilir. Kompensasiya vəsaitləri balıq və digər su bioresurslarının artırılmasına, bərpasına, habelə balıqmühafizə və balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə yönəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su resursları ovunun Qaydaları”nın 2-ci bəndinin 2.5.1 hissəsinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə balıqovlama biletləri olmadan balıq və digər su bioresurslarının ovu qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr”in 10-cu bəndinə və bu qərara əlavə edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli, 119 nömrəli qərarına əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq, bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan şərti maliyyə vahidinin balıq növləri müəyyən edilmiş əmsallara (dərəcələrə) vurulması yolu ilə hesablanır. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs təqsirli hərəkətləri nəticəsində balıq ehtiyatlarına 1111 manat məbləğində maddi zərər dəymiş, habelə bu məbləğ onun tərəfindən mülki iddiaçının hesabına ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığından məhkəmə tərəfindən qəbul edilməli, mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə müvafiq olaraq iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəyə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci bəndinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Sumqayıt xətt polis məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra etmiş Şahid1 müvəqqəti saxlancına verilmiş, habelə 15 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd taxta qayıq, 1 ədəd rezin kombinezon, 2 ədəd taxta avar, uzunluğu 70 metr, eni 2 metr, gözlərinin ölçüsü 42x42 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilməlidir. Həmçinin, iş üzrə maddi sübut kimi tanınmış, 15 mart 2021-ci il tarixdə tərtib edilmiş qəbul aktına əsasən “xxxx” MMC-nin direktoru X1 üçün təhvil verilmiş 101 ədəd adi siyənək balıqları satılaraq, dəyəri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası təqsiriləndirilən şəxs, mülki cavabdehin yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 179, 181, 197- 198, 344-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iddiası üzrə mülki iddiaçı tərəfin iddiadan imtinası qəbul edilsin, mülki iddia üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, mülki iddianın icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə maddi sübut olan və Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Sumqayıt xətt polis məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra etmiş Şahid1 müvəqqəti saxlancına verilmiş, habelə 15 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd taxta qayıq, 1 ədəd rezin kombinezon, 2 ədəd taxta avar, uzunluğu 70 metr, eni 2 metr, gözlərinin ölçüsü 42x42 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməklə, dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, 15 mart 2021-ci il tarixdə tərtib edilmiş qəbul aktına əsasən “xxxx” MMC-nin direktoru X1 üçün təhvil verilmiş 101 ədəd adi siyənək balıqları satılaraq, dəyəri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-33/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-33/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver