Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-33/2022 29.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 29 mart 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, saat 11:55-də xx xxxxxx 1983-cü il tarixdə keçmiş Dəvəçi rayonu, Böyük Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə COVİD-19 infeksiyasına yoluxması ilə bağlı verdiyi testin nəticəsi 11 noyabr 2021-ci il tarixdən pozitiv olduğu üçün COVİD-19 xəstəsi kimi rəsmi qeydiyyata alındıqdan sonra yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən ünvanında karantinə alınmasına və karantin qaydalarına uyğun olaraq 14 gün müddət ərzində yaşadığı evi tərk etməməli olmasına baxmayaraq, 24 noyabr 2021-ci il tarixdə, səhər saatlarında karantin rejimi qaydalarını pozub yaşadığı və özünü təcriddə olduğu ünvanı tərk edərək, yeni növ COVİD-19 xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin tarixdə saat 08:00 radələrində Siyəzən rayonunun Böyük Həmyə kəndi ərazisində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Siyəzən rayonu Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. Həmçinin, istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. 10 noyabr 2021-ci il tarixdə səhhətində narahatçılıq olduğundan X2 X5 X6 Şöbəsinə müraciət edərək, orada olan həkimlərə özünü narahat hiss etdiyini, Covid 19 xəstəliyinə yoluxub-yoluxmamasını öyrənmək üçün test vermək istədiyini bildirmiş, sorğu-sualdan sonra, bədən hərarəti ölçülərkən hərarətinin yüksək olduğu müəyyən olunmuşdur. Bundan sonra, ondan COVİD 19 infeksiyası ilə bağlı burnundan və ağız hissəsindən yaxma analizi götürülmüş, cavabının bir gün ərzində veriləcəyi, neqativ və ya pozitiv olacağı təqdirdə həmin məlumatın mobil telefonuna mesaj şəklində göndəriləcəyi barədə məlumat verilmişdir. Daha sonra, ona testin nəticəsi bilinənədək yaşadığı ünvanı tərk etməməsi və kənar şəxslərlə ünsiyyətə girməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bundan sonra o, yaşadığı evə gələrək, heç bir yerə çıxmamışdır. 11 noyabr 2021-ci il tarixdə arvadı Nəzakət Bayramovanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə COVİD 19 infeksiyasına qarşı verdiyi testin nəticəsinin pozitiv çıxdığı və onun yeni növ koronovirus infeksiyasına yoluxduğunun müəyyən olunması barədə mesaj gəlmişdir. Həmin vaxt SMS ilə yanaşı xəstəxanadan da, ona zəng vurularaq, verdiyi testin nəticəsinin pozitiv olduğu və bununla əlaqədar xəstəxanaya yaxınlaşmağı bildirilmiş, habelə orada 14 gün ərzində özünü təcrid edərək ev şəraitində müalicə olunmalı olduğu onun diqqətinə çatdırılmaqla, iltizam təqdim edilmiş, o, da iltizamla tanış olaraq onu imzalamışdır. Sahə həkiminin nömrəsi verildikdən sonra, o, yaşadığı evə qayıtmış, növbəti analizinin vaxtı 25 noyabr 2021-ci il tarixə təyin olunmuş, həmin müddətədək, yəni 11 noyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək evdə özünü təcrid şəraitində qalmalı olmuşdur. Yaşadığı kənddə mal-qara növbə ilə otlağa aparıldığından, eləcə də 24 noyabr 2021-ci il tarixdə mal-qaranı otlağa aparmaq növbəsi onun olduğundan həmin gün, saat 08:00 radələrində o, kənd sakinlərinin malqarasını otlağa aparmaq üçün yaşadığı ünvanı tərk etmişdir. Bu zaman kənd ərazisində olan Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edib, adının Vüqar olduğunu dəqiqləşdirdikdən sonra Covid 19 xəstəsi olduğu halda hansı səbəbdən yaşadığı ünvanı tərk edib, xəstəliyin yayılması üçün real təhlükə yaratdığını soruşmuşlar. O, polis əməkdaşlarına vəziyyəti izah etdikdən sonra sonuncular onu maarifləndirməklə, özünütəcriddə olduğu müddət ərzində yaşadığı ünvanı tərk etməməli olduğunu bildirərək, onu yaşadığı ünvana qədər müşayiət etmiş, bundan sonra barəsində özünü təcrid qaydalarını pozduğuna görə cinayət işi başlanılması barədə məlumatlandırılmışdır. Daha sonra o, 14 günün tamamında özünü yaxşı hiss etdiyi üçün sağalıb-sağalmamasını öyrənmək məqsədilə sahə həkimi ilə danışaraq, test vermək istədiyini bildirmiş, bunun üçün yaşadığı evə çağırış əsasında gəlmiş təcili tibbi yardım briqadasının əməkdaşları ondan növbəti yaxma analizini götürmüş, həmin analizin cavabı isə neqativ olmuşdur. Bununla əlaqədar onun arvadı Nəzakət Bayramovanın istifadəsində olan 077- ***-**-** saylı mobil nömrəyə məlumat xarakterli mesajlar da gəlmişdir. Onun sonuncu test analizinin “Neqativ” olması ilə bağlı mesaj gəldikdən sonra həkimlə bir daha əlaqə saxlayıb, sonuncuya bu barədə məlumat vermişdir. Ailə üzvlərindən heç kim Covid-19 xəstəliyinə yoluxmamış, o, özünü təcriddə olduğu müddət ərzində cəmi bir dəfə 24 noyabr 2021-ci il tarixdə yaşadığı ünvanı tərk etmiş, qalan günlərdə yaşadığı evdə olmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə az ağır cinayət əməlini törətməsinin, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin PPXT-nin taqım komandiri Şahid1 ifadəsində göstərdi ki, 23 noyabr 2021-ci il tarixdə, saat 09:00 təlimatında onlara Covid-19 xəstələri ilə bağlı X2 X3 şəxsindən COVİD-19 xəstəliyi ilə əlaqədar evdə təcriddə olan xəstələrin adlı siyahısı barədə məlumat verilmişdir. 24 noyabr 2021-ci il tarixdə, saat 08:00 radələrində avtopatrulda xidmətdə olan Şahid2 və X1 ilə birlikdə Siyəzən rayonunun Böyük Həmyə kəndində Covid-19 virusuna yoluxmuş şəxslərin özünütəcrid qaydalarına riayət edib-etməməsinə nəzarət etmək üçün həmin kəndə getmiş, habelə orada Covid-19 virusuna yoluxmuş şəxslərin siyahısında olan Təqsirləndirilən şəxs kənd ərazisində olduğunu görmüşlər. Bundan sonra, o, Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etməklə, ona özünü təcrid müddətində yaşadığı ünvanı tərk etməməli olmasını bildirmiş, həmçinin Vüqarı qeyd olunan xəstəliyin yayılmasının digər şəxslər üçün təhlükəli olması barədə məlumatlandırdıqdan sonra təlimata əsasən sonuncunu yaşadığı ünvana qədər müşayiət etmiş, bu zaman da Vüqara bir daha ətrafdakı insanların və kənd əhalisinin sağlamlığı üçün yaşadığı ünvanı tərk etməməli olmasının mahiyyətini izah etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olandan sonra o, Vüqarın karantin rejimi qaydalarını pozaraq özünü təcriddə olduğu ünvanı tərk etməklə, ünvan 3ortla şöbə rəhbərliyinə məruzə etmişdir. Qeyd olunan tarixdən sonra Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozması və yaşadığı ünvanı tərk etməsi halları olmamışdır. Məhkəmə istintaqında digər şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 15-ci vərəqəsində olan X2 X5 Şəxsin 23 dekabr 2021-ci il tarixli, 1347 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə COVİD-19 görə Nazofarengial yaxma götürülmüş, müayinə olunmaq üçün X7 Əleyhinə Stansiyaya göndərilmişdir. 11 noyabr 2021-ci il tarixində müayinənin nəticəsi pozitiv (müsbət) olmuş, Təqsirləndirilən şəxs həmin tarixdən 14 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılmışdır. Təqsirləndirilən şəxs 25 noyabr 2021-ci il tarixdə yenidən nazofarengial yaxma götürülmüş 26 noyabr 2021-ci tarixində müayinənin nəticəsi neqativ (mənfi) olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-cı vərəqəsində olan 11 noyabr 2021-ci il tarixli iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə bağlı nəticələrinin müsbət olması səbəbi ilə 11 noyabr 2021-ci il tarixindən 14 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılması, test nəticələrinin mənfi çıxacağı müddətə qədər yaşadığı evi tərk etməyərək sanitariya-gigiyena normalarına, epidemiya əleyhinə və xüsusi karantin rejiminin qaydalarına riayət edəcəyi, qeyd olunan normaları və qaydaları pozacağı təqdirdə Azərbaycan Respublikası CM-nin 139-cu və Azərbaycan Respublikası İXM-nin 211-ci maddələri ilə cinayət və inzibati məsuliyyət daşıyacağı barədə məlumatlandırılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 43-53-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə 20 fevral 2022-ci il tarixli qərardan görünür ki, 11 noyabr 2021-ci il tarixdən COVİD-19 xəstəsi kimi qeydiyyata alınmaqla, 14 gün ərzində yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndində özünü təcrid formada karantinə alınmış Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə, saat 08:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd Kompakt Disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-73-cü vərəqələrində olan 20 fevral 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-29-cu vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, himayəsində 26 aprel 2011-ci il təvəllüdlü Zəhra və 15 may 2013-cü il təvəllüdlü Nuran adında iki yetkinlik yaşına çatmayan övladı olmaqla, Siyəzən rayonu, Böyük Həmyə kəndində yaşayan və ümumilikdə müsbət xarakterizə olunan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nın Həmyə kənd İƏD üzrə nümayəndəliyinə bir dəfə şifahi şikayət daxil olmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Belə ki, “Koronavirus (COVİD-19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokol”a 1 nömrəli əlavənin 9.1-ci bəndinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcridetmə müddəti bitdikdə, yoluxma faktı təsdiq edilmiş şəxs və (və ya) onunla təmasda olanlar üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən onlara SMS bildirişlər göndərilir. Bu əlavənin 9.3-cü və 9.4-cü bəndlərinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcrid olunanların ən azı 7 gündən sonra 24 saat intervalla 2 ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda, eləcə də yaşayış yerində və ya olduğu yerdə təcrid olunma başlandığı gündən 14 gün keçdikdə, tövsiyələrin 9.1-ci bəndində nəzərdə tutulan SMS bildirişlər göndərilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, barəsində yüngülləşdirici halların olmasını, xüsusilə himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 1/2 hissəsində cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə, saat 08:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə, saat 08:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-33/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-33/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver