Məhkəmə qərarları › İş №1(059)-33/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-33/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-33/2024 21.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 21 may 2024-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən rayonunun Qalaşıxı kəndində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə 09 yanvar 2024-cü il tarixdə, saat 21:00 radələrində Siyəzən şəhər sakini Zərərçəkmiş şəxs məxsus Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşməklə, yaşayış olmayan evin dəmir çəpərdən ibarət olan hasarın üzərindən tullanaraq həyətə qanunsuz daxil olaraq, oradan 01 ədəd dəyəri 100 manat olan dəmir materialdan hazırlanmış 54 kq çəkidə manqalı, 01 ədəd dəyəri 40 manat olan dəmir materialdan hazırlanmış 46 kq çəkidə dəmir qutunu və hər birinin dəyəri 0,50 manat olmaqla, ümumilikdə dəyəri 4 manat olan dəmir materialdan hazırlanmış ümumi çəkisi 34 kq, uzunluğu 1 metr olan 12-lik 08 ədəd armaturu oğurlayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 144 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 6,57 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla, daşımış və 17 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində Siyəzən rayonunun Qarabulaq kəndində "xxxx" ASC-nin yaxınlığında Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış aparılan zaman həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əynində olan gödəkcənin sağ cibindən 01 ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 139 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla, daşımış və 24 fevral 2024-cü il tarixdə, saat 15:00 radələrində Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əynində olan tünd göy rəngli gödəkcənin sol iç cibindən 1 ədəd şəffaf sellofanın içərisində aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, həbs olunanadək Siyəzən rayonunun Qalaşıxı kəndində yaşamaqla, "xxxx" ASC-də müqavilə əsasında fəhlə işləmişdir. Bundan başqa, 09 yanvar 2024-cü il tarixdə işdən yaşadığı evə gəlmiş, habelə həmin tarixdə, təxminən saat 21:00 radələrində atası Canbaxış Fətəliyevə məxsus olmaqla, etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı, yaşıl rəngli, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs məxsus evinin yanına getmişdir. Eyni zamanda, o, Zərərçəkmiş şəxs əvvəldən tanımaqla, sonuncuya məxsus ev onun yaşadığı evdən təxminən 100 metr aralı məsafədə, Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşmişdir. Beləliklə, Zərərçəkmiş şəxs məxsus evə kənardan nəzər yetirib, evdə heç kəsin olmadığına əmin olduqdan sonra, evin həyətinə hasardan tullanmaqla, daxil olmuş, habelə həyətdən dəmir metaldan olan manqalı, dəmir qutunu və 8 ədəd armaturu götürüb, həmin əşyaları əvvəl hasardan evin çölünə tullamış, sonra isə, avtomobilinin yük yerinə yerləşdirmişdir. Bundan sonra, cəmi 134 kiloqram olan həmin əşyaları Siyəzən rayonunun Gənclik qəsəbəsində metal qəbulu ilə məşğul olan Aqil adlı şəxsə 55 manat müqabilində satsa da, sonuncuya əşyaların oğurluq olduğunu bildirməmiş, habelə bu pulu şəxsi ehtiyaclarına, o cümlədən narkotik vasitəyə xərcləmişdir. Bununla yanaşı oğurluq hadisəsini tək törətmişdir. Bundan başqa, o, 17 fevral 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılanadək təxminən 2 il narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Belə ki, 17 fevral 2024-cü il tarixdə, təxminən saat 15:00 radələrində yaşadığı evdən çıxıb, işlədiyi "xxxx" ASC-də qalmış geyimlərini götürmək üçün gedərkən, rayonun Qarabulaq kəndindəki əkin sahələrinə yaxın ərazidə olmaqla, yerdə kibrit qutusunu, qutunu açıb baxdığında isə içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görüb, həmin qutunu əynində olan gödəkcənin sağ yan cibinə yerləşdirmiş, habelə ASC istiqamətində hərəkət etmişdir. Cəmiyyətin ərazisinə yaxın ərazidə polis əməkdaşları tərəfindən saxlanılaraq, rayon Polis Şöbəsinə gətirilmiş, habelə orada növbətçi hissədə Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin sağ yan cibində saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu təqdim etmiş, həmçinin bu qutu və üzərində davam etdirilən şəxsi axtarış zamanı aşkar edilmiş “Pirmida” markalı, filtirsiz siqaretlər ayrı-ayrılıqda boş zərflərdə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, o, 2 gün Siyəzən RPŞ-də saxlanıldıqdan sonra, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılmışdır. Bundan əlavə, 24 fevral 2024-cü il tarixdə, təxminən saat 13:00 radələrində heyvanlarını otlaq sahəsindən gətirmək üçün gedərkən, yaşadığı Siyəzən rayonunun Qalaşıxı kəndinin ərazisində olmaqla, baxdığında içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan paketi yerdən götürüb, əynində olan gödəkcənin sol iç cibinə yerləşdirmiş, habelə bundan bir qədər sonra, ona yaxınlaşmış polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə aparılmışdır. Orada Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin sol iç cibində saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan paketi təqdim etmiş, habelə bu paket boş zərfdə qablaşdırılmaqla, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə, polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, 07 yanvar 2024-cü il tarixinədək mərhum atası Vahab və anası Fəzilə Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən evlərində yaşamışlar. 08 yanvar 2024-cü il tarixində atası vəfat etmiş, sonuncunun yas mərasimi onun ünvan 3 ünvanında yerləşən yaşadığı mənzildə keçirilsə də, mərhum atası bir gün sonra yəni, 09 yanvar 2024-cü il tarixində rayonun Qalaşıxı kənd qəbirstanlığında dəfn edilmiş, habelə o, dəfndən bir qədər əvvəl bu kənddəki evlərinə getsə də, həmin vaxt evdən oğurluq törədilməsini müşahidə etməmişdir. Növbəti gün yəni, 10 yanvar 2024-cü il tarixində, saat təxminən 14-15:00 radələrində Qalaşıxı kəndindəki evlərinə getdiyində isə, evlərinin həyətində olmaqla, 01 ədəd dəyəri 100 manat olan dəmir materialdan hazırlanmış 54 kq çəkidə manqalın, 01 ədəd dəyəri 40 manat olan dəmir materialdan hazırlanmış 46 kq çəkidə dəmir qutunun və hər birinin dəyəri 0,50 manat olmaqla, ümumilikdə dəyəri 4 manat olan dəmir materialdan hazırlanmış ümumi çəkisi 34 kq, uzunluğu 1 metr olan 12-lik 08 ədəd armaturun oğurlandığını müəyyən etməklə, rayon Polis Şöbəsinə gələrək, bu barədə şikayət etmişdir. Eyni zamanda, metal qəbulu ilə məşğul olan Aqil adlı şəxsi rayon sakini kimi əvvəldən tanısa da, oğurlanmış metal əşyaların sonuncu tərəfindən satın alınmasından məlumatlı olmamış, eləcə də, polis əməkdaşları ilə birlikdə Aqilin yaşadığı evə gedərkən, həmin metal əşyaların orada olmasını müəyyən etmişdir. Bununla yanaşı, əvvəl hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilməmiş, hazırda isə, oğurlanmış əşyalar ona geri qaytarıldığından, təqsirləndirilən şəxə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl də, ona dəmir metallar satmış, habelə o, hər dəfə metal qəbul edərkən bu metalın oğurluq olub-olmaması ilə maraqlanmaqla, bu barədə qeydiyyat apardıqdan sonra, metalı satın alır. 09 yanvar 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs “VAZ 21074” markalı avtomobil ilə onun yaşadığı ünvana gələrək, dəmir metaldan olan manqal, dəmir metaldan olan qutu və 8 ədəd armatur olmaqla, cəmi 134 kiloqram olan metal gətirmiş, habelə gətirdiyi əşyaların özünə məxsus olduğunu bildirmişdir. Bu zaman, o, metalın kiloqramını 41 qəpikdən olmaqla, həmin əşyalara görə Rəhim Fətəliyə 55 manat məbləğində pul verərək, onları evinin hasarının yanına yerləşdirmişdir. Növbəti gün polis əməkdaşları yaşadığı ünvana gələrək, qeyd olunan əşyaların Zərərçəkmiş şəxs məxsus olmasını bildirməklə, rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamaqla, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. 17 fevral 2024-cü il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında o, CAB-ın sabiq əməliyyat müvəkkili Elşən Abbaszadə ilə birlikdə həmin tarixdə, saat 16:00 radələrində Təqsirləndirilən şəxs Siyəzən rayonunun Qarabulaq kəndi ərazisi olmaqla, "xxxx" ASC-nin yaxınlığında saxlayaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Siyəzən RPŞ-yə dəvət etdiklərində, sonuncu etiraz etməmişdir. Orada, növbətçi hissədə Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu təklif əsasında əynində olan qara gödəkcənin sağ cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kibrit qutusunu təqdim etmiş, habelə bu qutu və şəxsin üzərində Elşən Abbaszadə tərəfindən davam etdirilən şəxsi axtarış zamanı aşkar edilmiş “Pirmida” markalı filtirsiz siqaretlər ayrı-ayrı boş zərfdə qablaşdırılmaqla, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 24 fevral 2024-cü il tarixində daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs, onun və əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin tarixdə, saat 15:00 radələrində Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün RPŞ-yə gətirilmişdir. Orada, növbətçi hissədə Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu təklif əsasında əynində olan gödəkcənin sol iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan paketi təqdim etmişdir. Bundan sonra, təqdim edilmiş paket boş zərfdə qablaşdırılmaqla, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 32-33-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2024-cü il tarixli, 9/517 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, internet saytlarında, bazarlarında, eləcə də, Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 03 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq, 40 il bundan öncə əldə hazırlanmış 01 ədəd dəmir materialdan olan 54 kq çəkidə manqalın orta bazar qiyməti 100 manat, 40 il bundan öncə əldə qaynaq ilə hazırlanmış 01 ədəd dəmir materialdan olan 46 kq çəkidə dəmir qutunun orta bazar qiyməti 40 manat, ümumi çəkisi 34 kq, hərəsinin uzunluğu 1 metr olan 08 ədəd 12-lik armaturun orta bazar qiyməti 4 manat olmaqla, cəmi 144 manat olması müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 183-184-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/270 saylı ekspert rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd kibrit qutusunda......” yazılar və imzalar olan 1№-li kağız paketdə 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,57 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Piramida” marka siqaret qutusu içərisində siqaretlər olmaqla” yazılar və imzalar olan 2 №-li kağız paketdə üzərində “Pramida” yazısı olan siqaret qutusunda təmiz çəkisi 2,09 qram və 12 ədəd siqaretlərin içərisindəki bitki mənşəli kütlələr tütündür. Onların tərkibində narkotik vasitə hissəcikləri yoxdur. Tədqiqata 0,02 qram narkotik vasitə qurudulmuş marixuana istifadə olunduqdan sonra onun qalıq çəkisi 6,55 qram təşkil etmişdir. Cinayət işinin 182-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 72 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 108-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/311 saylı ekspert rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs.......marixuanaya bənzər bitki kütlələri....” yazı və imzalar olan zərfdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 139,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram marixuana istifadə olunduqdan sonra onun qalıq çəkisi 138,95 qram təşkil etmişdir. Cinayət işinin 107-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 70 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 232-233-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 09 mart 2024-cü il tarixdə verilmiş 1604 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 172-173-cü və 97-98-ci vərəqələrində olan 17 və 24 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokollardan görünür ki, 17 fevral 2024-cü il tarixdə, saat 16:28-dən saat 15:50-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə əynindəki tünd qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Samsung Galaxy A53 5G” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Bundan başqa, 24 fevral 2024-cü il tarixdə, saat 15:40dan saat 15:53-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə əynindəki tünd göy rəngli gödəkcənin sol iç cibindən 1 ədəd şəffaf sellofan bükümündə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 259-cu vərəqəsində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 22 aprel 2024-cü il tarixli maddi sübutun təhvil verilməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd manqal, 01 ədəd dəmir qutu və dəmir materialdan hazırlanmış uzunluğu 1 metr olan 12-lik 08 ədəd armatur cinayət işi üzrə maddi sübut kimi tanınaraq, baş müstəntiq tərəfindən Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 246-257-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 22 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə elan olunmuş 20 aprel 2024-cü il tarixli ittiham, dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadağından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkiləri 6,55 və 138,95 qram olan narkotik vasitə qurudulmuş marixuana kütlələri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilsə də, Təqsirləndirilən şəxs üzərinə 17 və 24 fevral 2024-cü il tarixlərində keçirilmiş şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 ədəd Kompakt disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin, maddi sübut kimi tanınmış Şahid3 evinin həyətindən götürülmüş manqal, dəmir qutu və 08 ədəd armatur Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 7-12-ci və 16-21-ci vərəqələrində olan 10 yanvar 2024-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokollardan və fotoşəkillərdən görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs Siyəzən rayonunun Qalaşıxı kəndindəki evinin həyətindən oğurlanmış əşyaların saxlanıldığı yeri, həmçinin sonuncu özünə məxsus olmaqla, Şahid3 həyətyani sahəsinin kənarında digər metal əşyaların arasına yığılmış 01 ədəd dəmir materialdan hazırlanmış 54 kq çəkidə manqalı, 01 ədəd dəmir materialdan hazırlanmış 46 kq çəkidə dəmir qutunu və dəmir materialdan hazırlanmış ümumi çəkisi 34 kq, uzunluğu 1 metr olan 12-lik 08 ədəd armaturu göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 210-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 166-cı vərəqəsində olan 17 fevral 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 202-ci vərəqəsində olan 19 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 131-133-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 4(059)-8/2024 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 fevral 2024-cü il tarixdən, yəni şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 19 aprel 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs növündə qətimkan tədbiri nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək, istintaq ********* nömrə ilə davam etdirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 215-216-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonunun Qalaşıxı kəndində yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdardan ümumilikdə 29 dəfə artıq miqdarda əldə edib saxlamaqla, daşıma, eləcə də, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən istintaq bölməsinin müstəntiqi cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 22 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə elan olunmuş 20 aprel 2024-cü il tarixli ittiham, dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə barəsində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadağından həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməllərinin CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə tövsif edilməsinə razılaşır və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterlərini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini və onun gənc yaşda olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin 1-ci hissəsinin 13cü bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətləri təkrar törətməsi onun cəzasını ağırlaşdıran hal hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməllərdə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə, eləcə də mülkiyyətə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq xeyli miqdardan ümumilikdə 29 dəfə artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla, daşımasını, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini (opioidlərin, və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, narkotik vasitələrə meylli olmaqla, ibtidai araşdırma dövründə cəmiyyətdən təcrid edilməməsinə baxmayaraq, ibtidai araşdırma orqanının humanist mövqeyinə zidd hərəkət edib, islah yoluna qədəm qoymayıb, narkotik aludəçisi olaraq eyni hərəkətlərini davam etdirməsini, yeni cinayət törətməyə meylliyini, o cümlədən tərbiyə olunmamasını), tərəfindən eyni kateqoriyadan cinayət əməlinin yenidən qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, bununla da narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına və hüquqazidd əməllərini davam etdirəcəyinə kifayət qədər əsaslar olmasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olması ilə yanaşı ağırlaşdıran halın mövcudluğunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdən 19 fevral 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 24 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkiləri 6,55 və 138,95 qram olan narkotik vasitə qurudulmuş marixuana kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üzərində 17 və 24 fevral 2024-cü il tarixlərində keçirilmiş şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Bundan əlavə, iş üzrə maddi sübut kimi tanınmış manqal, dəmir qutu və 08 ədəd armatur Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 242 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 24 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkiləri 6,55 və 138,95 qram olan narkotik vasitə qurudulmuş marixuana kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üzərində 17 və 24 fevral 2024-cü il tarixlərində keçirilmiş şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 ədəd Kompakt disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış manqal, dəmir qutu və 08 ədəd armatur Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan ümumilikdə 242 (iki yüz qırx iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar