Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-34/2021 02.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi , Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 2 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 02 noyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 28 avqust 1990-cı il tarixdə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, üzərində məhkumluğu olmayan, subay, orta təhsilli, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci və 151-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədilə 09 mart 2021-ci il tarixdə, axşam təxminən saat 18:00 radələrindən sonra 5 ay müddətdir ki, sevgi münasibətlərində olduğu Zərərçəkmiş şəxs Şabran şəhərində yerləşən “Fidan” restoranına apararaq orada olan otaqların birində sonuncuya zor tətbiq etməklə yumruq təpiklə döyərək bədəni üzərində üzün sol yarısının və sol bazu nahiyəsinin hərəsinin bir ədəd qançırı formasında dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra seksual xarakterli zorakılıq hərəkətlərini davam etdirməklə onu zorla yarıçılpaq vəziyyətdə soyundurmuş, cinsi orqanını zorla onun ağzına salaraq öz ehtirasını pozğun şəkildə təmin etmiş və bu hərəkətlərini özünə məxsus mobil telefon vasitəsilə videolentə çəkərək, bir neçə gün sonra həmin videogörüntüləri sonuncunun telefonuna göndərmiş, ona qarşı zor tətbiq etməklə etdiyi seksual xaraklerli hərəkətlərin videogörüntülərinə görə Zərərçəkmiş şəxs özündən asılı vəziyyətə salmaqla həmin videoörüntüləri sonuncunun ailə üzvlərinə və digər şəxslərə göndərməklə onu rüsvay edəcəyi ilə hədələmiş, daha sonra hərəkətlərini davam etdirərək, 18 mart 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanının qarşsına gələrək, telefonla zəng edib, bayıra çıxmağını və yenidən onunla birlikdə gedərək cinsi əlaqədə olmağı tələb etmiş, əks təqdirdə həmin videoları yenidən ailə üzvlərinə, digər şəxslərə göndərməklə, həmçinin sosial şəbəkələrdə yerləşdirib onu rüsvay edəcəyi ilə hədələmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 4 il bundan əvvəl tanış olub, ailə kimi bir yerdə yaşamış, aralarında heç bir problem olmamışdır. O, 01 oktyabr 2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilməklə, Vətən müharibəsində iştirak etmiş, 30 dekabr 2020-ci il tarixdə qaytdıqdan sonra isə müharibənin təsiri altında olduğundan əsəbləri gərgin olmuşdur. O, müharibədən qayıtdıqdan sonra Zərərçəkmiş şəxs onun bilmədiyi ikinci mobil nömrə və telefon işlətdiyini eşitmiş, bu onu əsəbləşdirmiş, bu səbəbdən də Mahxanıma əl qaldırmışdır. O, təxminən 2021-ci ilin mart ayının İ yarısında sonuncu ilə birlikdə Şabran şəhərində yerləşən “Fidan” restoranına getmiş, əvvəlcədən sonuncunun işlətdiyi 2-ci nömrəni tapmış, həmin nömrəyə zəng etdikdə Mahxanımın cavab verdiyini görmüşdür. Onlar restoranda olarkən o, Mahxanımdan istifadə etdiyi 2-ci nömrə ilə bağlı maraqlanmış, sonuncu bu sualdan yayınmış, həmçinin belə bir nömrənin olmadığını bildirdikdə, o, həmin nömrəyə öz telefonundan yığdığı vaxtı göstərib, həmin zəngə onun cavab verdiyini qeyd etdikdə, Mahxanım nömrənin mövcudluğunu etiraf etmiş, bu zaman o, əsəblərini cilovlaya bilməyib, Mahxanımın qolundan tutaraq üzündən sillə vurmuş, daha sonra evə gedərək telefonu götürmüş və nömrəni sındırıb telefonu Mahxanıma qaytarmışdır. Əxlaqsız hərəkətlər olan videogörüntü isə 2021-ci ilin fevral ayında Mahxanımın istəyi ilə onun telefonu vasitəsi ilə sonuncu ilə birlikdə yaşadıqları evdə çəkilmişdir. Bundan əlavə, o, Mahxanımın yaşadığı evin qarşısında səs-küy salmamış, habelə əxlaqsız görüntülərin olduğu videoçəkilişi heç kimə göndərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə ilə razı deyildir. Belə ki, ibtidai araşdırma zamanı savadsızlığından istifadə edilmiş onun adından əsassız ifadə tərtib edilmişdir. Halbuki, o, Zərərçəkmiş şəxs fiziki ağrı yetirdiyini etiraf etmiş və adından tərtib olunmuş ifadəni həmin məzmunda tərtib edildiyini düşünərək imzalamışdır. Hazırda, zərərçəkmiş şəxslə barışmış və onunla ailə qurmaq niyyətindədir. Odur ki, gəncliyinin, zərərçəkmiş şəxslə barışmaqla, sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırda ziddiyyətli ifadə verərək təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin həmin dövrdə verdiyi ifadə, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Çünki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək Zərərçəkmiş şəxs münasibətdə etdiyi bütün hərəkərləri, o cümlədən seksual xarakterli və bu xarakterli zorakılıq hərəkətlərini səmimi şəkildə etiraf etmiş, bu zaman ona hər hansı bir formada təsir və ya fiziki, eləcə də psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 4 ilə yaxın olar Təqsirləndirilən şəxs tanımaqla, sonuncu ilə qeyd etdiyi müddətdə faktiki nikah münasibətlərində yaşamışlar. Belə ki, 2009-cu ildə X3 ilə ailə həyatı qursa da, 2014-cü ildə boşanmış və sonuncu ilə birgə nikahlarından doğulmuş 2 oğlan övladı, anası və Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. Özü təxminən 3 il olar, Qalaaltı hoteldə xadimə vəzifəsində işləyir. 2021-ci ilin mart ayının əvvəllərində təxminən saat 18:00 radələrində Elmar yaşadığı ünvanın qarşısına tanımadığı taksi ilə gəlmiş və onlar birlikdə Şabran şəhərində yerləşən “Fidan” adlı restorana getmişlər. Qeyd etdiyi restoranın otaqlarının birində əyləşib çörək yeyərkən Elmar icazə vermədiyi halda rəfiqəsinin evinə getməyini bəhanə gətirərək onunla mübahisə, daha sonra isə onu, yumruq və təpiklə üzünə, çənəsinə, qollarına və bədəninin müxtəlif nahiyələrinə vurmaqla döyməyə başlamış və bu proses təxminən 5-10 dəqiqə davam etmişdir. Bu müddət ərzində səsini çıxartmadığı üçün ətrafdan heç kim yemək yedikləri otağa daxil olmamışdır. Bundan sonra, Elmar onu qucaqlayaraq bağışlamasını xahiş etmiş, o da, sonuncunun onu döyməsinə görə etdiyi üzrxahlığı ciddiyə almamışdır. Daha sonra, Elmar onu restorana gəldikləri taksi ilə yaşadığı evin qarşısında düşürtmüşdür. 09 mart 2021-ci il tarixdə işdən sonra, təxminən saat 18-19:00 radələrində onlar yenidən görüşərək birlikdə Şabran şəhərində yerləşən “Fidan” adlı restoranına gedib orada olan otaqlardan birində əyləşmişlər. Bu zaman Elmar əvvəllər istifadəsində olan mobil nömrəni istifadə etdiyinə görə onunla mübahisə etməyə başlamış, sonuncuya səbəsiz yerə onunla mübahisə etdiyini və qısqanclığından bezdiyi üçün ayrılmaq istədiyini bildirdiyində, aralarında mübahisə yaranmışdır. Bu zaman Elmar yumruq və təpiklə onu döyməyə başlamış və bu hadisəni öz istifadəsində olan mobil telefona çəkmişdir. Bundan bir qədər sonra Elmar sakitləşmiş və onlar əyləşib birlikdə yemək yemiş, saat 22-23:00 radələrində isə yaşadıqları evə qayıtmışlar. Baş vermiş hadisələrin təsiri altında, 18 mart 2021-ci il tarixdə işdən çıxıb birbaşa Siyəzən RPŞ-yə gedib, Təqsirləndirilən şəxs onu qısqanması, buna görə də, sonuncudan sivil qaydada ayrılmaq istəməsi məzmunlu ərizə ilə müraciət etmək istəmişdir. RPŞ-də olarkən polis əməkdaşı onun adından, məzmunu ilə onu tanış etmədiyi ərizə yazıb, ondan həmin ərizəni imzalamasını istəmişdir. Həmçinin, o, Siyəzən RPŞ-də olarkən Elmar yaşadığı ünvana gəlib, harada olması ilə maraqlanmış, anası sonuncuya onun RPŞ-yə getməsi barədə məlumat verdikdən sonra Elmar dayanmadan ona zəng etdiyi üçün polis əməkdaşları istifadəsində olan mobil telefonu əlindən almış, telefonunda saxladığı, hadisələrdən çox əvvəl öz istəyi ilə Təqsirləndirilən şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olarkən çəkilmiş videolarını oradan götürmüşlər. Qeyd edir ki, Elmarla birgə yaşadıqları müddət ərzində münasibətləri həmişə normal olmuş, tez-tez biri-biriləri ilə sözlə mübahisə etsələr də, qısa müddət ərizində barışmış, habelə, sonuncunun İİ Qarabağ döyüşlərində iştirakından sonra əsəbləri korlanmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır və bundan sonra da birlikdə bir ailə kimi yaşamağı fikirləşir. Məhkəmə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, onun bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Zərərçəkmiş şəxs hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona qarşı etdiyi bütün hərəkətləri, o cümlədən seksual xarakterli və bu xarakterli zorakılıq hərəkətlərini səmimi şəkildə etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid X5 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailəsi, habelə, qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Mahxanım 4 il olar, Təqsirləndirilən şəxs ilə sevgi münasibətlərindədir. Belə ki, sonuncu bir neçə dəfə onların yaşadıqları ünvanına gəlmişdir. 18 mart 2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində Mahxanım ona zəng vuraraq Elmarın yaşadıqları ünvanın qarşısına gəldiyini bildirmiş və ondan düşüb sonuncunu oradan uzaqlaşdırmasını xahiş etmişdir. Həmin vaxt düşüb Elmarı oradan uzaqlaşdırarkən, sonuncu ondan Mahxanımın harada olmasını soruşub, onunla görüşməli olduğunu bildirdikdə, o, Mahxanımın evdə olmadığını bildirib, Elmarın çıxıb getməsini istəmiş və sonuncu oradan uzaqlaşmışdır. Həmin vaxt Elmar ilə Mahxanım dalaşmış, sonradan qızı Mahxanımın Elmar barəsində polisə müraciət etməsini öyrənmişdir. Halhazırda Mahxanım Elmarla barışmış və sonuncu qızı ilə ailə quracağını bildirmişdir. Bu səbəbdən də Mahxanımın Elmardan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Şabran şəhərində yerləşən “Fidan” restoranında ofsiant işləmiş, təxminən 6 ay olar məlum hadisə ilə bağlı oradan işdən çıxmışdır. Həmin restoranda 2 ədəd böyük zal, 1 ədəd mətbəx və 6 ədəd kabinet olmuşdur. Adlarını sonrada öyrəndiyi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hadisə günündən əvvəlki günlərdə təxminən 2-3 dəfə işləmiş olduğu restorana gəlibgetmişlər. Xatırladığı qədəri ilə ilk dəfə Elmar və Mahxanım 06 mart 2021-ci il tarixdə restorana gəlmiş, tərəfindən onlar 4-cü kabinetdə yerləşdirilmiş, sifarişlərini gətirib verdikdən sonra zalda müştəri çox olduğundan kabinetə keçib baxa bilməmiş, bir qədər sonra kabinetə baxdıqda hər şeyin normal olduğunu görmüş, habelə təxminən 22 manat hesabı aldıqdan sonra Elmar və Mahxanım kabinetdə əyləşib taksi gözləmiş, taksi gəldikdən sonra isə çıxıb getmişlər. Həmin gün müştəri çox olduğundan və təxminən 2-3 ofsiant olduğları üçün kabinetə tez-tez baş çəkə bilməmişdir. Daha sonra, 09 mart 2021-ci il tarixdə Elmar yenidən Mahxanımla birlikdə işlədiyi restorana gəlmiş və o, ilk dəfə olduğu kimi onları qarşılayaraq yenə eyni kabinetdə yerləşdirmişdir. İkinci gəlişlərində onlar restoranda təxminən bir saat oturmuş, sadəcə çay içmiş və o, ara-sıra həmin kabinetə gedib-gəlmişdir. Həmin gündə kabinetdə heç bir səs-küy eşitməmişdir. Əgər orada nə isə baş versə idi belə, restoranın ərazisində müştəri çoxluğu ilə əlaqədar olan səs-küydən onsuz da heçnə eşidə bilməzdi. Bundan əlavə, o, kabinetə gedib-gələrkən Elmar və Mahxanımda qeyri-adi nəsə hiss etməmişdir. İşləmiş olduğu restoran yalnız yeməkxana kimi fəaliyyət göstərmiş, orada yataq otağı olmamış, restoran otel kimi fəaliyyət göstərməmişdir. Bundan əlavə, hesabı həmişə Elmar vermiş, ora taksi ilə gəlib-getmişlər. Eyni zamanda, Elmar və Mahxanım restoranı tərk edəndə adi qaydada getmiş, sonuncuda heç bir xəsarət görməmiş, onlara özü tək xidmət etmişdir. Məhkəməyə ünvanlanmış elektron müraciətində məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin fevral ayından etibarən Bakı-Quba magistral yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən “Fidan” rastoranını icarəyə götürərək işlətmişdir. Həmin restoranda adminstrator kimi çalışmış, orada 2 ədəd böyük zal, 1 ədəd mətbəx və 6 ədəd kabinet olmuşdur. Obyektin təyinatı müştərilərə sırf restoran xidmətləri göstərməkdən ibarət olmuşdur. Restoran xidmətləri dedikdə, gələn müştərilərə yemək və çay verilməsini nəzərdə tutmuşdur. Restoran Bakı-Quba magistral yolunun sağ kənarında yerləşdiyi üçün restorana həm rayon sakinləri, həm digər rayon sakinləri, həm də Bakı-Quba magistral yolundan istifadə edən digər şəxslər gəlmişlər. Adını sonradan öyrəndiyi Elmar adlı şəxs 2021-ci ilin mart ayının əvvəllərindən birinci on günlüyünədək iki dəfə həmin restorana yanında xanım tanışı ilə gəlmiş, hər iki dəfəsində restoranın həyətində olan kabinetlərdən birində əyləşmişlər. Onlar ikinci dəfə həmin restorana 09 mart 2021-ci il tarixdə, axşam təxminən saat 18:00 radələrindən sonra gəlmiş və ikisi birlikdə kabinetdə oturub çay içdikdən sonra sakit formada çıxıb getmişlər. Həmin tarixdə onlara restoranda işləyən Şabran rayon sakini Elsevər adlı ofisiant xidmət göstərmişdir. 23 mart 2021-ci il tarixdə, səhər saatlarında restoranda olarkən Siyəzən RPŞ-nin əməkdaşları restorana daxil olaraq özlərini təqdim etmiş və RPŞ-nin İB-nin icraatında olan cinayət işi üzrə 09 mart 2021-ci il tarixdə işlədiyi restoranda olan çörək yemək üçün nəzərdə tutulan kabinetlərdən birində adını bilmədiyi və tanımadığı qadına qarşı adını həmin vaxt öyrəndiyi Elmar adlı Siyəzən rayon sakini tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edildiyini və həmin hərəkətlərin telefon vasitəsilə videolentə alındığını, bu səbəbdən baş vermiş hadisə ilə əlaqədar həmin kabinetdə ifadələrin yerində yoxlanılması istintaq hərəkətinin həyata keçiriləcəyini və həmin istintaq hərəkətində iştirak etməli olduğu izah edilmişdir. O, bununla razılaşmış, habelə polis əməkdaşları işlərini yekunlaşdırdıqdan sonra apardığı dəqiqləşmə zamanı həmin şəxslərin 2021-ci ilin mart ayının əvvəllərindən 9-dək olan müddət ərzində iki dəfə gəldiklərini, hər iki dəfəsində eyni kabinetdə oturduqlarını, birinci dəfə onların 06 mart 2021-ci il tarixdə həmin restorana gəldiklərini, onlara Elsevər adlı ofisiant qulluq etməklə, ümumilikdə 22 manat məbləğində hesab ödədiklərini, ikinci dəfə isə Elsevər adlı ofisiant qulluq etməklə, çay içib ümumilikdə 7 manat hesab ödəyərək çıxıb getmələrini dəqiqləşdirmişdir. Elsevər adlı ofisiant ilə bu barədə söhbət etmiş, o, isə həmin müştərilərə qulluq edərkən qəribə hal ilə qarşılaşmadığını bildirmişdir. Bundan başqa, o, həmin restoranı icarə müqaviləsi əsasında işlətmiş, qazandığı gəlirə müvafiq olaraq vergi ödəmişdir. Nə onun, nə də hadisə baş verən vaxt xidmət göstərən ofisiantın baş vermiş hadisədən xəbəri olmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 183-185-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2021-ci il tarixli, 4/537 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə qeydə alınmış mübahisəli videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin 182-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fonoskopik ekspertizası tədqiqatnın dəyəri 300 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 16-17-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X8 məhkəmə-tibb ekspertizasının 18 mart 2021-ci il tarixli, 42 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üzün sol yarısının və sol bazu nahiyəsinin hərəsinin bir ədəd qançırı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) olar bilər ki, yumruğun təsirindən törənmişdir, törənmə müddəti müayinə vaxtından təqribən 7-10 gün əvvələ, müayinə olunanın göstədiyi 10 mart 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Qeyd olunmuş xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilib-yetirilməməsi istintaq yolu ilə araşdırılmalıdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 204-222-ci vərəqələrində olan 25 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 150.1 və 151-ci maddələri ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməsinə əsas verən hallar meydana çıxmadığından həmin ittiham, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmış, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-nin 150.2.5-ci, 149-cu və 242-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında videoçəkiliş vasitəsilə həyata keçirilmiş üzləşdirmə istintaq hərəkətinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, Təqsirləndirilən şəxs səs nümunəsinin yaddaşına köçürüldüyü 1 ədəd, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Fidan” restoranında olan otaqların birində ona zor tətbiq etməklə yumruq təpiklə döyməsi və seksual xarakterli zorakılıq hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs zorla yarıçılpaq vəziyyətdə soyunduraraq, cinsi orqanını zorla Zərərçəkmiş şəxs ağzına salaraq öz ehtirasını pozğun şəkildə təmin etməsinin video görüntülərinin köçürüldüyü 1 ədəd CD disk, Zərərçəkmiş şəxs məxsus Samsung A10 markalı mobil telefonun whatsapp mobil tətbiqetməsi bölümündən çıxarılmış 3 ədəd, Təqsirləndirilən şəxs məxsus Xiaomi markalı mobil telefonun whatsapp mobil tətbiqetməsi bölümündən çıxarılmış 2 ədəd fotoşəkil maddi sübut hesab edilmiş və saxlanılmaları üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məxsus Xiaomi markalı mobil telefon da maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 126-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 aprel 2021-ci il tarixli tələbnaməsindən, eləcə də işin 195-199-cu vərəqələrindəki Siyəzən Rayon Məhkəməsinin 11 may 2006-cı il tarixli, 1-25,2006 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Repsublikası CM-nin 85.2-ci maddəsinə əsasən şərti maliyyə vahidinin 30 misli məbləğində cərimə cəzasına məhkum edilsə də, CM-nin 89.1-ci maddəsi tətbiq edilməklə cəzadan azad edilməklə, həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən valideynin nəzarətinə verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 21 mart 2021-ci il tarixli, 4(059)-10/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 150.1ci və 151-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 3 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 mart 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 130-131-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən görünür ki, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə, şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 53-54-cü vərəqələrində olan AO seriyalı, ******* nömrəli hərbi biletin surətindən və işin 192-ci vərəqəsindəki Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş 386 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikasında “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən Quliyev X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi tərəfindən 01 oktyabr 2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və həmin tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Quliyev X1 üzrə hərbi xidmət zamanı Vətən müharibəsində iştirak etmiş, bundan sonra, Azərbaycan Respublikası müdafiə nazirinin 25 dekabr 2020-ci il tarixli, 274 nömrəli əmrinə əsasən 26 dekabr 2020-ci il tarixdə səfərbərlik üzrə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən 27 iyul 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə ailə qurmaq fikrində olduğu üçün sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə, eləcə də zərərçəkmiş şəxsin sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə məcbur etmə cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən və zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 150.1-ci və 151-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən gəncliyini, zərərçəkmiş şəxsin onunla barışmaqla, bir ailə kimi yaşamaq niyyətini, habelə ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 150.1-ci və 151-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Lakin, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.4-cü bəndinə əsasən şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsi tövsiyə edilmişdir. Beləliklə, məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs hadisədən sonrakı davranışını, xüsusilə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin şikayət və tələbi olmamaqla sonuncuların bir ailə kimi birlikdə yaşamaq niyyətini, eləcə də yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar, bundan əlavə onun cəmiyyətdən təcrid etməklə real cəza çəkməyə göndərilməsinin yeni ailənin qurulmasına mane olacağı diqqətlayiq hallar kimi nəzərə alaraq və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 mart 2021-ci il tarixdən 02 noyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 07 (yeddi) ay 14 (on dörd) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi və ümumiyyətlə hökmün icrası onun yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və ailəsinə maddi yardım göstərmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş “Xiaomi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı, maddi sübutlar, o cümlədən Zərərçəkmiş şəxs mobil telefonundan götürülmüş iş üzrə əhəmiyyət kəsb edən video görüntülərin köçürüldüyü 1 ədəd, Təqsirləndirilən şəxs götürülmüş səs nümunəsinin köçürüldüyü 1 ədəd, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında videoçəkiliş vasitəsilə keçirilmiş üzləşdirmə istintaq hərəkətinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, cəmi 3 (üç) ədəd Compakt Disk, Zərərçəkmiş şəxs mobil telefonunda “whatsapp” mobil tətbiqetməsindən götürülmüş 3 ədəd fotoşəkil surətləri, Təqsirləndirilən şəxs mobil telefonunda “whatsapp” mobil tətbiqetməsindən götürülmüş 2 ədəd fotoşəkil surətləri cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 300 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci və 151ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 07 (yeddi) ay 14 (on dörd) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona qəti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və ailəsinə maddi yardım göstərmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş “Xiaomi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan və Zərərçəkmiş şəxs mobil telefonundan götürülmüş iş üzrə əhəmiyyət kəsb edən video görüntülərin köçürüldüyü 1 ədəd, Təqsirləndirilən şəxs götürülmüş səs nümunəsinin köçürüldüyü 1 ədəd, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında videoçəkiliş vasitəsilə keçirilmiş üzləşdirmə istintaq hərəkətinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, cəmi 3 (üç) ədəd Compakt Disk, Zərərçəkmiş şəxs mobil telefonunda “whatsapp” mobil tətbiqetməsindən götürülmüş 3 ədəd fotoşəkil surətləri, Təqsirləndirilən şəxs mobil telefonunda “whatsapp” mobil tətbiqetməsindən götürülmüş 2 ədəd fotoşəkil surətləri cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 300 (üç yüz) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-34/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-34/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver