Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-34/2024 21.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 21 may 2024-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1971-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 1(059)-33/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2-ci, 29, 177.2.3-cü, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə, saat 19:00 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə divarın üstündən tullanmaqla, qanunsuz daxil olmuş, habelə həyətdə olan dəmir bel hissəsi ilə evin yataq otağının pəncərəsini açaraq, həmin otaqdakı çəkməcənin üzərində olan mücrünün içərisindən ümumilikdə 120 manat məbləğində nağd pulu, 01 ədəd dəyəri 15 manat olan “X4” markalı qadın ətrini, 5 manat dəyərində “UP” markalı metal qolbaqlı gümüşü və 10 manat dəyərində “Fitron” markalı metal qolbaqlı qızılı qol saatlarını qazanc əldə etmək niyyəti ilə oğurlayaraq ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 150 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını oğurlamış, yəni gizli talamışdır. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 13 dekabr 2023-cü il tarixdə, saat 19:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə divarın üstündən tullanmaqla, orada olan dəmir bel hissəsi ilə isə evin yataq otağının pəncərəsini açaraq, otağın içərisinə daxil olmuşdur. O, ilk olaraq həmin otağı axtarmağa başlamış, habelə həmin otaqda olmaqla, “ürək şəkilli” mücrünün içərisindən ümumilikdə 120 manat məbləğində nağd pulu, 01 ədəd dəyəri 15 manat olan “X4” markalı qadın ətrini, 5 manat dəyərində “UP” markalı metal qolbaqlı gümüşü və 10 manat dəyərində “Fitron” markalı metal qolbaqlı qızılı qol saatlarını oğurlamışdır. Oğurladığı qol saatlarını zərərçəkmiş şəxsə qaytarsa da, qadın ətrini çöllük əraziyə atmış, pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd edir ki, Zərərçəkmiş şəxs yaşadığı evə daxil olarkən evdə heç kəs olmamış, eyni zamanda, oğurluq hadisəsini tək, habelə spirtçi içkinin təsiri altında törətmişdir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla, sonuncu ilə arasında hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. ünvan 2 ünvanında yerləşən üç otaqlı evin yataq otaqlarının birində o, digər yataq otağında isə oğlu gəlini ilə birlikdə yaşayır. O, 13 dekabr 2023-cü il tarixdə, saat 13:00 radələrində yaşadığı evin qapısını bağlayaraq, işə getmiş, həmin vaxt oğlu ilə gəlini isə onun baldızıgilin evində olmuşlar. Həmin tarixdə, təxminən saat 19:30 radələrində işdən yaşadığı evə gəlib, yataq otağına daxil olarkən, həmin otağın pəncərəsinin açıq olduğunu, pəncərənin kənarında olan tikiş maşının yerə düşdüyünü, xalçanın üzərində palçıq olduğunu, lakin, gəlinigilin yaşadığı otağın səliqəli vəziyyətdə olduğunu görüb, dərhal DİN-nin 102 xidmətinə zəng vurmaqla, məlumat verərkən, gəlini Leylaya məxsus qızıl-zinət əşyalarının da, oğurlandığını bildirmişdir. Lakin, bir qədər sonra, oğlu və daha sonra, gəlini yaşadıqları evə gəlmiş, habelə bu zaman sonuncu qızıl-zinət əşyalarını saxladığı yeri dəyişdiyini bildirməklə, oğurlanmadığını qeyd etmiş, həmçinin onun gərginliyi keçdiyi üçün otağına diqqətlə baxdığında, ittihamda markaları qeyd olunan 2 ədəd qol saatının və 1 ədəd ətrinin, habelə 120 manat məbləğində pulunun oğurladığını müəyyən etmişdir. Məhkəməyədək istintaq zamanı qol saatları ona qaytarılsa da, pulu qaytarılmadığı üçün Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 144-145-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2024-cü il tarixli, 9/1379 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd kişi qol saatının istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti 15 manat, təqdim edilməyən ətir nəzəri qaydada təxminən 15 manat müəyyən olunur, o cümlədən 01 ədəd gövdəsində “Fitron No: 7869M madi in P.R.C” yazıları olan, metal qolbaqlı, qızılı rəngli qol saatının qiyməti 10 manat, 01 ədəd ön hissəsində “UP!” yazıları olan, metal qolbaqlı, gümüşü rəngli qol saatının qiyməti 5 manat, təqdim edilməyən 01 ədəd (orijinal olmayan) az istifadə olunmuş, “X2” markalı, 50 ml həcmində qadın parfumünün nəzəri qaydada qiyməti 15 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 143-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 188-195-ci səhifələrində olan 30 aprel 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan, eləcə də iş materiallarına əlavə edilmiş 30 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “Fitron” və 01 ədəd “UP” markalı qol saatları, eləcə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evə daxil olmaq üçün pəncərəni açarkən istifadə etdiyi bel başlığı sonuncuya qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli tələbnamədən, işin 163-187-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 1(059)-33/2019 saylı hökmündən, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin 20 oktyabr 2022-ci il tarixli, xx/xx-3751 nömrəli məktubun surətindən görünür ki, Nəzərov X3 Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2-ci, 29, 177.2.3-cü, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının müddəti başa çatdığı üçün 20 oktyabr 2022-ci il tarixdə 11 saylı Cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-cu vərəqəsində olan 20 dekabr 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-90-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 4(059)-49/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Siyəzən RPŞnin İB-nin müstəntiqi X1 vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-ci vərəqəsində olan 22 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-100-cü vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 4(105)-127/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonuna kimi, yəni 20 mart 2024-cü il tarixədək həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimatın təmin edilməməsinə dair Siyəzən Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 4(059)-49/2023 nömrəli qərarı ləğv edilərək, vəsatət və təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonuna kimi, yəni 20 mart 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, həbsdə saxlanma müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 29 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-139-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 16 mart 2024-cü il tarixli, 4(059)-12/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 20 may 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 7-14-cü vərəqələrində olan 13 dekabr 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokollardan və fotoşəkillərdən, eləcə də, cinayət işinin 60-cı vərəqəsində olan 21 dekabr 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evindən oğurlanmış pulun və digər əşyalarının saxladığı yeri göstərmiş, Təqsirləndirilən şəxs isə 13 dekabr 2023-cü il tarixdə, saat 19:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən etdiyi oğurluğu etiraf etməklə, yanaşı baş vermiş hadisənin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-112-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin 1-ci hissəsinin 14cü bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməli törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini (ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər də, dəfələrlə mülkiyyət əleyhinə kateqoriyadan törətdiyi cinayət əməllərinə görə verilmiş cəzalardan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməlləri törətməsinə, həmçinin hökmün icrasından yayınmasına, eyni zamanda bir növ özünə peşə kimi seçdiyi hüquqazidd əməllərini (oğurluq) davam etdirəcəyinə kifayət qədər əsaslar olmasını, onun tərəfindən cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 3/5 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 29 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, 01 ədəd “Fitron” və 01 ədəd “UP” markalı qol saatları, eləcə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evə daxil olmaq üçün pəncərəni açarkən istifadə etdiyi bel başlığı sonuncuya qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 29 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Fitron” və 01 ədəd “UP” markalı qol saatları, eləcə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evə daxil olmaq üçün pəncərəni açarkən istifadə etdiyi bel başlığı sonuncuya qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-34/2024
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-34/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver