Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-34/2025 28.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 28 oktyabr 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1987-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 1(027)-106/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-732/2023 saylı 04 noyabr 2023-cü il tarixli qərarı ilə cəzasından 04 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 05 mart 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 0,230 qram çəkidə narkotik vasitə heroini və xeyli miqdarda, yəni 0,174 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 13 may 2025-ci il tarixdə, saat 21:40-da Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində, “Pilləkənlər” kimi tanınan yerin yaxınlığında saxlanılaraq, üstü yoxlanılan zaman həmin çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ patron cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən Siyəzən rayonunun Zarat kəndində saxlanılmış, habelə həmin vaxt üzərində narkotik vasitə olmasa da, polis əməkdaşları ona, “sən mütləq içəri girməlisən” deyə bildirmişlər. Bu zaman etiraz etsə də, polis əməkdaşları ünvanına nalayiq ifadələr işlətməkə bərabər hər bir halda həbs olunmalı olduğunu qeyd etmişlər. Belə ki, barəsində daha ağır maddə ilə cinayət işi başlanılmasından ehtiyat etdiyi üçün polis əməkdaşları ilə razılaşmış, habelə sonunculardan xəstə anası ilə görüşməsinə şərait yaradılmasını xahiş etməklə yanaşı, təklif olunan yerə gələcəyinə dair vəd vermiş, həmçinin xahişi əsasında yaşadığı evə gedərək, anası ilə görüşmüşdür. Bundan sonra, istifadəsində olan mobil telefona zəng edən polis əməkdaşları onun aptekin yanında gözlədiklərini bildirdiyi üçün, qeyd olunan ünvana getmişdir. Orada iki nəfər polis əməkdaşı ona iki ədəd bükümü təqdim edərək, həmin bükümləri cibinə yerləşdirməsini istəmiş, daha sonra isə, videoçəkiliş vasitəsi ilə üzərində baxış keçirilmişdir. Bununla belə, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və ifadəsində qeyd etdiyi hallar heç bir mötəbər sübutla təsdiq edilməməklə bərabər onun subyektiv mülahizələrdən ibarətdir. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə, habelə sonuncu dəfə isə 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuş, həmçinin təxminən 2-3 aydır narkotik vasitələrdən istifadə edir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında bibisigildən yaşadığı evə qayıdarkən, Siyəzən şəhərinin ərazisindəki Dəmiryolu Vağzalının yanından keçəndə yerdə olmaqla, baxdığında içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan iki ədəd gümüş rəngli bükümləri şəxsi istifadəsi üçün əynində olan göy rəngli cins şalvarın sağ yan patron cibinə yerləşdirmişdir. Bundan sonra, Siyəzən şəhərinin T.İsmayılov küçəsində “pilləkənlər” adlanan yerə çatdıqda ona yaxınlaşmış üç nəfər şəxs mobil telefonla videoçəkiliş aparmaqla, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş, habelə narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün üzərinin yoxlanılmalı olduğunu qeyd etmişlər. Bu zaman, üzərinin yoxlanılmasına etiraz etməmiş, habelə ona hüquq və vəzifələri izah edilmiş, həmçinin təklif əsasında əynində olan göy rəngli cins şalvarın sağ yan patron cibindən 02 ədəd gümüşü rəngli bükümləri təqdim etmişdir. Bundan sonra, bükümlərə baxış keçirilmiş, həmçinin bükümlərdən birinin içərisindən qəhvəyi rəngli kütlə, digərindən isə ağ kristal şəkilli kütlələr olması aşkar olunmuş, daha sonra, həmin kütlələr bir ədəd içərisi boş ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənərək, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, üzəri yoxlanarkən əynində olan qara rəngli pencəyin sol cibindən içərisindən 02 ədəd siqaret dənəsi olan 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan aşkar olunsa da, həmin predmetlər iş üçün əhəmiyyət kəsb etmədiyindən yenidən ona qaytarılmış, bundan sonra isə, rayon Polis Şöbəsinə aparılmışdır. RPŞ-nin istintaq bölməsində üzərindən aşkarlanan qanunsuz əşya və predmetlərə baxış keçirilmiş, habelə ona təqdim edilmiş vəkillərin siyahısından hüquq və vəzifələrini müdafiə etməsi üçün Müdafiəçi seçmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, habelə sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında birinci 13 may 2025-ci il tarixdə, saat 21:40 radələrində Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində, “Pilləkənlər” kimi tanınan yerin yaxınlığında tərəflərindən saxlanılmış, bu zaman videoçəkiliş vasitəsi ilə ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitə istifadə etməsinə və üzərində saxlamasına dair əsaslı şübhə olduğunu bildirərək, üzərinə şəxsi axtarış keçirməli olduqlarını qeyd etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş, habelə təklif əsasında əynində olan göy rəngli cins şalvarın sağ yan patron cibində olan 02 ədəd gümüşü rəngli siqaret folqaya dolanmış bükümləri təqdim etmişdir. Beləliklə, təqdim edilmiş bükümlərə baxış keçirilərkən, bükümlərdən birinin içərisində narkotik vasitə olan heroinə, digərinin içərisində isə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olması müəyyən edilmiş, habelə həmin 02 ədəd büküm bir ədəd boş zərfdə qablaşdırılmış, qablaşdırmanın üzəri saxlanılan şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2025-ci il tarixli, 16/322 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd qəhvəyi rəngində olan kütlə və 01 ədəd bükümdə olan ağ kristal şəkilində olan kütlə...” sözlər və imzalar olan kağız paketdəki, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,230 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd gümüşü rəngli kağız bükümdəki təmiz çəkisi 0,174 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,04 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,190 qram, 0,04 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,134 qram təşkil etmişdir. Cinayət işinin 40-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 63 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 30 may 2025-ci il tarixdə verilmiş 3239 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-14-cü vərəqələrində olan 13 may 2025-ci il tarixli təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan, eləcə də, işin 15-16-cı vərəqələrində olan məhkəmə iclasında tədqiq edilmiş iki ədəd kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün saat 22:41-dən saat 22:48-dək olan müddət ərzində Siyəzən şəhərinin T.İsmayılov küçəsində Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman sonuncu ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələri əynində olan göy rəngli cins şalvarın sağ patron cibindən iki ədəd gümüşü rəngli kağız bükümdə bükümdə təqdim etmişdir. Yoxlama zamanı “Redmi” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-116-cı vərəqələrində olan 12 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,190 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,134 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilsə də, sonuncunun 13 may 2025-ci il tarixdə üstününü yoxlanılması və təqdim olunan əşyalara baxış keçirilməsi və götürülməsi görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 may 2025-ci il tarixli tələbnamədən, işin 81-83-cü vərəqələrində olan Quba Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 1(027)-106/2022 saylı hökmünün, işin 84-85-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04noyabr 2023-cü il tarixli, 7(010)-732/2023 saylı qərarının surətindən və eləcə də, iş materiallarına əlavə edilmiş Siyəzən rayon icra və probasiya şöbəsinin 07 oktyabr 2025-ci il tarixli, 3-16-35- 75/2-93333/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli qərarı ilə cəzasından 04 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 05 mart 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-78-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 4(059)-16/2025 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 may 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-96-cı vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də, iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xeyli miqdardan artıq miqdarda əldə edib üzərində saxlamaqla, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmamış, habelə onun bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Belə olan halda, Təqsirləndirilən şəxs aşkar olunan ittihamın əsasını təşkil edən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona aid olmadığını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında tədqiq edilmiş video-diskə baxış keçirilən zaman özü könüllü şəkildə narkotik vasitələr olan heroini və psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmiş, onlara heç bir etiraz etməmiş, məhkəmə iclasında üzərində aşkar olunmuş narkotik vasitələrin polis əməkdaşları tərəfindən ona verildiyini bildirsə də, video-çəkiliş gedən zaman bu barədə hər hansı məlumat verməmiş, polis əməkdaşlarının hərəkətlərindən şikayət etməmiş, həmçinin məhkəmə istintaqında ona hər hansı fiziki və psixi zor işlətmədən sərbəst ifadə verdiyini bildirmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə baxılan zaman məhkəmə iclasında Təqsirləndirilən şəxs heroinin və metamfetaminin ona məxsus olduğunu bildirmiş, həmin vaxt da həmin maddələrin ona məxsus olmadığını bildirməmişdir. Bundan başqa ifadəsində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra anası ilə görüşmək üçün evə buraxıldığını, sonradan ona zəng edib çağırdıqlarını bildirsə də, iş materiallarında onun hər hansı telefon vasitəsi istifadə etməsinə dair sübut olmamaqla bərabər, ibtidai araşdırma dövründə verdiyi izahat və ifadəsində hər hansı mobil nömrə istifadə etmədiyini bildirmişdir. Bundan başqa polis əməkdaşları tərəfindən evə buraxıldığını bildirsə də, bu müddət ərzində niyə digər hüquq mühafizə orqanlarına getmədiyi, bu barədə məlumat vermədiyi anlaşılan deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işinin istintaqı zamanı ziddiyətli ifadələr verilərək sonradan həmin ifadələrin inkar edilməsi onun cinayət məsuliyyətindən boyun qaçırmaq istəyi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunan Məcəllənin 125-ci maddəsinin İ və Vİİİ hissələrinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq xeyli miqdardan artıq miqdarda həm narkotik vasitə, həm də psixotrop maddələri saxlayıb daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, o cümlədən mülkiyyət əleyhinə törətdiyi cinayət əməlinə görə çəkdiyi cəzadan nəticə çıxarmamasını, islah olunmamasını, yeni cinayət törətməsini və onun tərəfindən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, hüquqazidd əməllərini davam etdirməklə, yeni cinayət törətməyə meylliyini, cəzasını ağırlaşdıran halın və yuxarıda qeyd olunan yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 2/3 hissəsi həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 may 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,190 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,134 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,190 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,134 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 63 (altımış üç) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(059)-34/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-34/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver