Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-35/2020 21.07.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə 21 iyul 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 09 avqust 1987-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə və xx xxxxxx 1977-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olan, Siyəzən rayonu Zarat kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan Təqsirləndirilən şəxs2 06 mart 2020-ci il tarixdə saat 01:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazsində 110 manata almaqla qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0,149 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 1,147 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini üzərində saxlamış, həmin gün saat 01:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən rayonu, Zarat kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib növbətçi hissədə üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində “Kent” markalı siqaret qutusunun içərisində 1 ədəd kağız bükümün içərisində ağ rəngli şəffaf sellofan bükülüdə 0,149 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd kağız bükümün içərisində ağ rəngli şəffaf sellofan bükülülərdə 0,081 və 1,066 qram çəkilərdə olmaqla, 1,147 qram ümumi təmiz çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən ümumi təmiz çəkisi 0,323 qram çəkidə narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,147 qram çəkidə psixotrop maddə metafetamin əldə edərək, həmin narkotik vasitələrdən 0,149 qram heroini və 1,147 qram psixotrop maddə metafetamini 06 mart 2020-ci il tarixdə, təxminən saat 01:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində Təqsirləndirilən şəxs1 110 manata sataraq, qalan 0,174 qram narkotik vasitə heroini üzərində saxlamış, həmin gün saat 05:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Xalıqov x6 rayonu, Zarat kəndi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,048 qram, 0,023 qram, 0,075 qram və 0,028 qram olmaqla 4 ədəd siqaretin gümüşü rəngli iç kağızlarına bükülmüş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, “Daewoo Gentra” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur və təxminən 2 ilə yaxın olar, narkotik vasitə heroindən və psixotrop maddə metafetamindən istifadə edir. Siyəzən rayonu, Zarat kənd sakini Təqsirləndirilən şəxs2 təxminən 2020-ci ilin fevral ayından etibarən tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 bir neçə dəfə onunla Bakı şəhərinə gedib-gəlmiş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 05 mart 2020-ci il tarixdə axşam saatlarında ona narkotik vasitə heroin və psixotrop maddə metafetamin lazım olduğundan istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq, sonuncudan narkotik vasitə heroin və psixotrop maddə metafetamin istəmiş, Təqsirləndirilən şəxs2 da ona istədiyi predmetləri təşkil edə biləcəyini bildirmişdir. 06 mart 2020-ci il tarixdə, təxminən saat 01:00 radələrində Siyəzən şəhərinin mərəkəzində olduğu zaman Siyəzən şəhər sakini kimi tanıdığı x11 ona yaxınlaşaraq Bakı şəhərinə gedibgetmədiyini soruşduqda,o, Namiqə Siyəzən rayonu, Zarat kəndi ərazisində işinin olduğunu, ondan sonra ola bilsin ki, Bakı şəhərinə gedəcəyini bildirib, getməyəcəyi təqdirdə, onu Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən “Pirin altı” adlanan yerdən Bakı şəhərinə yola salacağını qeyd etmiş və sonununcu onunla razılaşmıdır. Beləliklə, onlar birlikdə Siyəzən rayonu, Zarat kəndi ərazisinə gəlmiş, burada o, idarə etdiyi avtomobildən düşüb Təqsirləndirilən şəxs2la görüşməyə getmiş, Namiq Quliyev isə avtomobildə qalmış və onun hara, eləcə də nə məqsədlə getdiyini bilməmişdir. Bundan sonra, o, avtomobildən bir xeyli kənarda Təqsirləndirilən şəxs2la görüşmüş, sonuncu ona “Kent” markalı siqaret qutusunun içərisində 1 ədəd bükümdə narkotik vasitə heroin, 2 bükümdə psixotrop maddə metafetamin vermiş, o, isə əvəzində Ceyhuna 110 manat nağd pul vermiş, həmçinin, həmin “Kent” markalı siqaret qutusunu içərisindəki psixotrop maddə və heroinlə birlikdə əynində olan gödəkcənin sağ yan cibinə qoymuşdur. Daha sonra, Təqsirləndirilən şəxs2la sağollaşıb idarə etdiyi avtomobilin yaxınlığına gəldiyi zaman Namiq Quliyevin orada olmadığını görmüş, avtomobilinə çatarkənisə mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirməklə, bu halın araşdırılması məqsədilə onu Siyəzən RPŞ-yə dəvət etmişlər və o, etiraz etməyərək onlarla RPŞ-yə getmişdir. RPŞ-nin növbətçi hissəsində ona hüquqları izah olunduqdan sonra, vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, bu zaman üzərindən həmin narkotik vasitə heroin və psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüşdür. Daha sonra, üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə olan narkotik vasitə heroin və 2 bükümdə olan psixotrop maddə metafetamin 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra, o və digər şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra, bununla əlaqədar tərtib olunaraq ucadan oxunmuş protokol da imzalarla təsdiqlənmişdir. Daha sonra, idarə etdiyi **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli,“Daewoo Gentra” markalı avtomobilə baxış keçirilsə də, avtomobildən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamış, habelə bu barədə tərtib edilmiş protokol da imzalanmışdır.Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, gəncliyinin və bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün, digər təqsirləndirilən şəxs CeyhunXalıqovun, həmçinin şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Siyəzən rayonu, Zarat kəndi ərazisində ailəüzvləri ilə birlikdə yaşayır. Təxminən 2il olar narkotik vasitə qurudulmuş marixuana və tiryəkdən, aradabir isə narkotik vasitə heroin də istifadə edir. 05 mart 2020-ci il tarixdəSiyəzən rayonu, Zaratkəndi ərazisində yerdən 1 ədəd “Kent” markalı siqaret qutusunun içərisində 5 ədəd bükülüdə narkotik vasitə heroin və 2 ədəd bükülüdə isə psixotrop maddə metafetamin tapmış, həmin bükülüləri siqaret qutusu ilə birlikdə götürərək əynində olan gödəkcənin sağ yan cibinə qoymuşdur.Qeyd olunan gün axşam saatlarında təxminən 2020-ci ilin fevral ayından taksi sürücüsü kimi tanıdığı Xanmirzə adlı Siyəzən şəhər sakini istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsindəki ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ondan narkotik vasitəheroin və psixotrop maddə metafetamin istəmiş, o, isə Xanmirzəyə narkotik vasitə heroin və psixotrop maddə metafetamin təşkil edə biləcəyini bildirmişdir. Daha sonra, o, yerdən tapdığı“Kent” markalı siqaret qutusunun içərisindən 4 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində olan narkotik vasitə heroini özüüçün götürərək əynində olan gödəkcənin sağ yan cibinə qoymuşdur. Bundan sonra, 06 mart 2020-ci il tarixdə təxminən saat 01:00 radələrində XanmirzəƏhmədov Siyəzən rayonu, Zarat kəndi ərazisinə gəldikdən sonra onlar orada təklikdə xəlvət yerdə görüşmüşlər. O, tapdığı narkotik vasitə heroindən 1 bükümünü, psixotrop maddə metafetaminin isə hamısını, yəni 2 bükümünü Xanmirzəyə110 manata sata biləcəyini bildirdikdə, sonuncu onunla razılaşaraq ona qeyd olunan məbləği vermişdir. Beləliklə, o, Xanmirzəyə “Kent” markalı siqaret qutusunun içərisində saxladığı 1 bükümdə narkotik vasitə heroini, 2bükümdə isə psixotrop maddə metafetamini 110 manata satmış, yerdə qalan 4ədəd bükümdə olan narkotik vasitə heroini isə yenidən əynində olan gödəkcənin sağ yan cibinə qoyub yaşadığı evə qayıtmışdır. Əynindəki həmin gödəkcəni çıxarıb evin girəcəyində asılqandan asaraq evə keçmiş, təxminən saat 05:00 radələrində yaşadığı evin qapısı döyülmüş və qapını atası Zeybulla açmışdır. Gələn şəxslər polis əməkdaşlarıolmuş və onlar atası Zeybullaya onu Siyəzən RPŞ-yə aparmaq üçün gəldiklərini bildirdikdə, atası onlara etiraz etməyərək polis əməkdaşlarınıiçəri dəvət etmişdir. Daha sonra o, əynini geyinərək polis əməkdaşları ilə Siyəzən RPŞ-yə getməyə razılıq vermişdir. Bundan əlavə, atası onu oyadaraq arxasınca polis əməkdaşlarının gəldiyini dediyində o, Təqsirləndirilən şəxs1 verdiyi 110 manat pulun nömrələnmiş pullar olmasını fikirləşib, qorxduğu üçün həmin pulları elə yatdığı otaqdaca alışqan vasitəsilə siqaret çəkdiyi külqabının içərisində yandırıb məhv etmişdir. İçərisində narkotik vasitə heroin olan gödəkcəni evin girəcəyində asılqandan asdığıüçün, məcbur polis əməkdaşlarının yanında həmin gödəkcəni geyinməli olmuşdur. Daha sonra, o, RPŞyə gətirilmiş, növbətçi hissədə Müdafiəçi1 iştirakı iləüzərində videoçəkilişləşəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin sağ yan cibindən 4 ədəd gümüşü rəngli kağız bükülüdə olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin 4 ədəd bükülüdə olan narkotik vasitə heroin 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürləndikdən sonra tərəflərindən imzalanmışdır. Dahasonra, bununla bağlı protokol tərtib olunmuş, doğruluğunu o və digər iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində biri azyaşlı olmaqla, daha bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasının nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün, digər Təqsirləndirilən şəxs1, həmçinin şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 mart 2020-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 üzərində və idarə etdiyi **-PG-*** dövlət qeydiyyat nişanlı,“Daewoo Gentra” markalı avtomobildə, həmçinin Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 29 saylı binanın 30-cu mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan x7 üzərində narkotik vasitə saxlamaları barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmaqla, təsdiq edilmişdir. Bundan sonra, RPŞ-nin rəhbərliyinin tapşırığı ilə birinci qrupda o və PPXT-nın polis nəfəri Şahid6, ikinci qrupda isə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və DYPB-nin YPX-nin inspektoru Şahid3 olmaqla iki qrup şəklində Siyəzən rayonu, Zarat kəndi ərazisinə gedərək beton yolun kənarında kəndin girəcəyindəki ətraf ərazini müşahidəyə götürmüşlər. Beləliklə, 06 mart 2020-ci il tarixdə, təxminən saat 01:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi **-PG-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtomobillə Siyəzən rayonu, Zarat kəndi istiqamətində hərəkət edərək avtomobili kəndin girəcəyində saxlamaqla, avtomobildən düşüb getdiyini görmüşlər. Daha sonra, avtomobildə sərnişin qismində əyləşmiş x11 avtomobildən düşərək avtomobilin yanında dayanıb siqaret çəkdiyi zaman digər qrupda olan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və DYPB-nin YPX-nin inspektoru Şahid3 tərəfindən saxlanılmışdır. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 da idarə etdiyi avtomobilə tərəf gəldiyi zaman o və PPXT-nın polis nəfəri Şahid6 tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 və Namiq Quliyevun üzərlərində şəxsi axtarış, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə isə baxış keçirilməsi üçün hər iki şəxs tərəflərindən RPŞ-yə gətirilmişlər. Əvvəlcə RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan qabaq Təqsirləndirilən şəxs1 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin, Təqsirləndirilən şəxs1 üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədilə şəxsi axtarışda Müdafiəçi2 də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd əzilmiş vəziyyətdə olan “Kent” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. RPŞ-nin TQ-nun təhqiqatçısı Fəzail Fərzəlibəyli tərəfindən həmin “Kent” markalı siqaret qutusunun içərisinə baxıldığında orada 3 ədəd gümüşü rəngli siqaret kağızları olan bükülülər aşkar olunmuşdur. Daha sonra, həmin gümüş bükülülərdən ikisi açıldığında hər iki gümüş bükülünün içərisində əlavə olaraq şəffaf rəngli sellofan bükülü, həmin bükülülərin içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə metafetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Daha sonra, Fəzail Fərzəlibəyli tərəfindən üçüncü gümüşü rəngli kağız bükülü açıldığında, onun da içərisində ağ rəngli sellofan bükülü, həmin bükülünün də içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş həmin 3 ədəd bükümlərdə olan kütlələr tərəflərindən götürülərək 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürləndikdən sonra müvafiq qaydada imzalanmışdır. Bundan sonra, tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır.Daha sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və doğru olduğundan Təqsirləndirilən şəxs1, o və digər iştirakçılar imza etmişlər. Bundan sonra, müvafiq olaraq videoçəkiliş vasitəsi ilə RPŞ-nin növbətçi hissəsində x7 üzərində Müdafiəçi2 iştirakı ilə hüquq və vəzifələri izah olunmaqla videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilsə də, Namiq Quliyevin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Namiq Quliyevin üzərində keçirilən şəxsi axtarış ilə əlaqədar protokol tərtib olunaraq ucadan oxunmuş və doğru olduğundan o və digər iştirakçılar imza etmişlər. Daha sonra, RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs1 saxlanılarkən idarə etdiyi **- PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli,“Daewoo Gentra” markalı avtomobilə özünün və Müdafiəçi2 iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Həmin avtomobilə baxış zamanı avtomobildən də qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 saxlanılarkən idarə etdiyi **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, “Daewoo Gentra” markalı avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və doğru olduğundan Təqsirləndirilən şəxs1, o və digər iştirakçılar imza etmişlər. Təqsirləndirilən şəxs1 ilkin izahatında üzərindən aşkar olunmuş 3 ədəd bükülülərdə olan kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu və həmin kütlələri 06 mart 2020-ci il tarixdə gecə təxminən saat 01:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində Siyəzən rayon sakini Təqsirləndirilən şəxs2 110 manata aldığını bildirdiyindən, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində həmin şəxsin Siyəzən rayonu Zarat kəndində yaşayan Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Bundan sonra, 06 mart 2020-ci il tarixdə tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmaqla, təsdiq edilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə NMQ-nun əməliyyat müvəkkili Şahid2la birlikdə 06 mart 2020-ci il tarixdə, saat 05:00 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Siyəzən rayonu, Zarat kəndində yerləşən evinin qarşısına gəlmişlər. Qapını döydükdə Təqsirləndirilən şəxs2 atası Zeybulla Xalıqov açmışdır. x5 Xalıqovun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, Təqsirləndirilən şəxs2 RPŞ-yə aparmalı olduğlarını qeyd etmişlər. Zeybulla Xalıqov etiraz etməyərək, onları yaşadıqları evə dəvət etmiş, bir qədər sonra Təqsirləndirilən şəxs2 yatdığı otaqdan çıxaraq onlara yaxınlaşmışdır. Onlar Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, onu RPŞ-yə dəvət etdikdə, sonuncu razılaşmışdır. Daha sonra, Təqsirləndirilən şəxs2 evin girişində olan asılqandan asılmış gödəkcəsini yanlarında geyinərək onlarla birlikdə evdən çıxıb RPŞ-yə getmişdir. RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin, Təqsirləndirilən şəxs2 üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi1 da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda sonuncu üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra, tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkcəsinin sağ yan cibindən 4 ədəd siqaretin gümüşü rəngli kağız bükülüsü aşkar olunmuşdur. Fəzail Fərzəlibəyli tərəfindən həmin bükülülər ayrı-ayrılıqda açıldığında içərilərində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Daha sonra, tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş hər hansı əlavə əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd siqaretin gümüşü rəngli kağız bükülüləri içərisindəki kütlələrlə birlikdə tərəflərindən götürülərək 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. O və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış ilə əlaqədar protokol tərtib olunaraq ucadan oxunmuş, doğru olduğundan o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, KTQ-nin baş inspektor kriminalisti Şahid4, PPXT-nın polis nəfəri Şahid6, DYPBnin YPX-nin inspektoru Şahid3, RPŞ-nin növbətçi hissənin növbətçi köməkçisi Şahid7, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid RPŞ-nin növbətçi hissənin məsul növbətçisi Şahid5 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 91-93-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2020-ci il tarixli, 6/78 saylı ekspert rəyindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə...” sözləri qeyd olan zərfdəki 1 ədəd bükümdə, təmiz çəkisi 0,149 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 ədəd bükümdə, ümumi təmiz çəkisi 1,147 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə...” sözləri qeyd olan zərfdəki 4 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,174 qr. qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 götürülmüş heroin və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinin təmiz çəkisi 0,149 qram təşkil etmiş, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,099 qram qalmışdır. Metafetaminin ümumi təmiz çəkisi 1,147 qram təşkil etmiş, tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq 1,047 qram qalmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 0,174 qram təşkil etmiş, tədqiqata 0,08 qram sərf edildikdən sonra qalıq 0,094 qram qalmışdır. Cinayət işinin İ cild 90-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 247-248-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji x12 Şəxsi Ambulator x3 Ekspert komissiyası tərəfindən 02 aprel 2020-ci il tarixdə verilmiş, 857 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 1-2-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji x12 Şəxsi Ambulator x3 Ekspert komissiyası tərəfindən 19 mart 2020-ci il tarixdə verilmiş, 812 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 24-25-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 06 mart 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində qara gəngli gödəkcə, qara rəngli uzunqol köynək, qara rəngli cins şalvar və qara rəngli ayaqqabı olmuş, bu zaman ona qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynindəki qara gəngli gödəkcənin sağ yan cibindən 1 ədəd “Kent” markalı siqaret qutusunu çıxararaq təhqiqata təqdim etmişdir. Həmin qutunun içərisində 3 ədəd bükülü olmuş, bükülülərə baxıldıqda 2 ədəd bükülünün içərisində kristal formada psixotrop maddə olan metafetaminə oxşar kütlə, digər 1 ədəd bükülünün içərisində isə narkotik vasitə olan heroinə bənzər kütlənin olması aşkar edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 44-45-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 06 mart 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı x7 əynində qara rəngli dəri gödəkcə, qara rəngli uzunqol köynək, boz rəngli cins şalvar və qara rəngli, ipli ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı x8 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, lakin, sonuncu üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra, Namiq Quliyevin üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, bu zaman sonuncunun üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 48-49-cu vərəqələrində olan avtomobilə baxış keçirilməsi haqqında 06 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan avtomobildə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet olub-olmaması soruşularkən, sonuncu avtomobildə hər hansı qanunla qadağan olunmuş heç bir əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra, **-PG- *** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtomobilə baxış keçirilsə də, baxış zamanı avtomobildən hər hansı qanunla qadağan olunmuş əşya predmet aşkar olmamışdır. Baxış keçirilməsi zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 79-80-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 06 mart 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 başında qara rəngli papaq, əynində qara, sarı və qəhvəyi rəngli gödəkcə, göy rəngli uzunqol və uzunboğaz köynək, onun altında göy rəngli uzunqol düyməli köynək, boz rəngli parça şalvar və qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunsa da, o, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra, RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən şəxsi axtarışa başlanılmış, bu zaman Təqsirləndirilən şəxs2 əynində olan gödəkcənin sağ yancibindən 4 ədəd gümüşü rəngli siqaretin iç kağızına bükülülər aşkar olunmuşdur. Bükülülər açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin bükülülər götürülərək zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş “Nİkon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 105-107-ci, 123-124-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 06 mart 2020-ci il tarixli, eləcə də işin 215-216-cı vərəqələrində olan 06 aprel 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,099 qram olan narkotik vasitə olan heroin, qalıq çəkisi 1,047 qram olan psixotrop maddə olan metafetamin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,094 qram olan narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Həmçinin, 06 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və x7 üzərilərində keçirilmiş şəxsi axtarışın, həmin tarixdə Siyəzən RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs1 saxlanılarkən idarə etdiyi **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, “Daewoo Gentra” markalı avtomobilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 04 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 alınmış məlumatların yerləşdiyi 1 ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 09-27-ci vərəqələrində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 13 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 07 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 isə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, x11 barəsində isə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 181-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x2 16 mart 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 182-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x2 16 mart 2020-ci il tarixli tələbnaməsindən, işin İ cild 237-240-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 1(059)-14/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti cəza olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 11-ci vərəqəsində olan 06 mart 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 158-159-cu vərəqələrindəki 07 mart 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Əhmədov x4 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 143-144-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 07 mart 2020-ci il tarixli, 4(059)-8/2020 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 mart 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 190-191-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində 14 yanvar 2011-ci il təvəllüdlü Əkbər və 15 dekabr 2016-cı il təvəllüdlü Sərfinaz adında biri azyaşlı olmaqla, daha bir yetkinlik yaşına çatmayan övladı olan Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 218-221-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, himayəsində 01 iyul 2012-ci il təvəllüdlü Gülçin və 12 avqust 2015-ci il təvəllüdlü Hüseyn adında biri azyaşlı olmaqla, daha bir yetkinlik yaşına çatmayanövladı olan ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə metafetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama, Təqsirləndirilən şəxs2 isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini, eləcə də psixotrop maddə metafetamini əldə etmə və ya saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitəni satma cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində biri azyaşlı olmaqla, daha bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasının olmasını, gəncliyinin və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, həmçinin barəsində əməlindən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində biri azyaşlı olmaqla, daha bir yetkinlik yaşına çatmayan uşaqlarınınolması, gəncliyi və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın 1/3 həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 06 mart 2020-ci il tarixdən 07 mart 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 21 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində biri azyaşlı olmaqla, iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Siyəzən Rayon Məhkəməsinin 27 fevral 2020-citarixli, 1(059)-14/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs2 tərəfindən Siyəzən Rayon Məhkəməsinin 27 fevral 2020-ciil tarixli hökmü hələ qanuni qüvvəsini almamış, yəni 06 mart 2020-ci il tarixdə hazırkı cinayət əməli törədilmişdir ki, bu da onun əməlinə münasibətdə cinayətin residivini yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Çünki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanarq bir daha qeyd etmək olar ki, hazırkı əmələ münasibətdə Azərbaycan Respublikası CM-in 18-ci maddəsində göstərilən hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini və onun tərəfindən cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin İİ və İV hissələrinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu vaxt cinayət törətmiş şəxsə, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual əsaslarla ləğv edildiyi halda və mahiyyət etibarilə şəxsə bəraət verilmədiyi və ya onun tərəfindən cinayətin törədilməsi faktı inkar edilmədiyi təqdirdə, hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Göründüyü kimi, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, sonrakı cinayət əməli əvvəlki hökm qanuni qüvvəsini almamışdan qabaq törədildiyinə görə cəza təyin edilərkən cəzalar hökmlərin deyil, cinayətlərin məcmusu üzrə toplanmalıdır. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 27 fevral 2020-citarixli, 1(059)-14/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 qəti olaraq təyin edilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaqla, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 06 mart 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,099 qram olan narkotik vasitə olan heroin, qalıq çəkisi 1,047 qram olan psixotrop maddə olan metafetamin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,094 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və x7 üzərilərində, eləcə də Təqsirləndirilən şəxs1 idarə etdiyi **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, “Daewoo Gentra” markalı avtomobildə 06 mart 2020-ci il tarixdə videoçəkiliş ilə aparılan şəxsi axtarış və götürmə, həmçinin baxışın görüntüləri köçürülmüş 4 ədəd, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 5 ədəd CD disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 27 fevral 2020-citarixli, 1(059)-14/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 qəti olaraq təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla, o, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 06 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,099 qram olan narkotik vasitə olan heroin, qalıq çəkisi 1,047 qram olan psixotrop maddə olan metafetamin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,094 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və x7 üzərilərində, eləcə də Təqsirləndirilən şəxs1 idarə etdiyi **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, “Daewoo Gentra” markalı avtomobildə 06 mart 2020-ci il tarixdə videoçəkiliş ilə aparılan şəxsi axtarış və götürmə, həmçinin baxışın görüntüləri köçürülmüş 4 ədəd, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 5 ədəd CD disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-35/2020
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-35/2020
21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver