Məhkəmə qərarları › İş №1(059)-35/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-35/2021

17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-35/2021 17.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər-fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları 17 iyul 2021-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1997-ci il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 3126-cı məhəllədə yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri, 03 iyun 1996-cı il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 3126-cı məhəllədə yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri, 10 avqust 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cavidabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Bulqan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ mədən, korpus 43-də yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 09 mart 2021-ci il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşməklə, hazırda fəaliyyəti dayandırılmış “Zəfəran” restoranına qanunsuz daxil olaraq restoranın sağ tərəfindəki yardımçı tikilinin arxa sağ tərəfindən 75 manat dəyərində 1,6x1,2 metr ölçüdə 1 (bir) ədəd sanitar qovşağının plastik qapısını, 20 manat dəyərində 0,4x0,4 metr ölçüdə 2(iki) ədəd sanitar qovşağının plastik nəfəsliklərini, restoranın mətbəxindən 75 manat dəyərində 1,6x1,2 metr ölçüdə plastik qapını, restoranın arxa sol tərəfində yerləşən toyuq-cücə saxlanılması üçün nəzərdə tutulan sexdən 150 manat dəyərində 2,2x1 metr ölçüdə göy rəngli dəmir qapını, 50 manat dəyərində 2,2x1,4 metr ölçüdə 1(bir) ədəd plastik qapını, 120 manat dəyərində 0,6x0,04 metr ölçüdə 8 ədəd plastik nəfəslikləri, 200 manat dəyərində istilik sobasını oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 690 manat məbləğində ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 16 mart 2021-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşməklə, hazırda fəaliyyəti dayandırılmış “Qarabağ” restoranına nəfəslik üçün nəzərdə tutulmuş yerdən qanunsuz daxil olaraq oradan 350 manat dəyərində 1 ədəd üzərində “Кама КДЕ 6500 Т, Diesel Generator” markalı işıq generatorunu, 15 manat dəyərində bir ədəd metaldan hazırlanmış elektrik lövhəni, 90 manat dəyərində televizoru, 200 manat dəyərində kondisioneri, 320 manat dəyərində 8 ədəd plastik qapıları oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 655 manat məbləğində ziyan vurmuşlar. Bundan əlavə o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 23 mart 2021-ci il tarixdə, saat 01:00 radələrində “Rivaes” şirkətinə məxsus Siyəzən rayonu, Sədan kəndində yerləşən daş karxanasına və karxananın həyətində olan iki mərtəbəli yardımçı tikilinin birinci mərtəbəsinə pəncərəni açmaqla, ikinci mərtəbəsinə isə qapının üzərində olan qıfılı sındırmaqla qanunsuz daxil olaraq karxananın həyətindən Zərərçəkmiş şəxs3 məxsus 800 manat dəyərində 2 ədəd göy rəngdə boyalanmış 11 kv, 1000 amp gücündə olan elektrik mühərriklərini, 500 manat dəyərində 2 ədəd 7,5 kv 1000 amp gücündə olan elektrik mühərriklərini, daha sonra daş karxanasının həyətində olan iki mərtəbəli yardımçı binanın birinci mərtəbəsindən 300 manat dəyərində qaynaq aparatının 60 metr uzunluğunda elektrik naqilini, həmin yardımçı tikilinin ikinci mərtəbəsindən isə 25 manat dəyərində 6 mm enində 50 metr uzunluğunda elektrik naqilini, 150 manat dəyərində “Kzubr, MMA 300 N” markalanma yazıları olan kabel ilə birlikdə 1 ədəd qaynaq aparatını, 70 manat dəyərində üzərində “Dayu” markalanma yazıları olan 1 ədəd laqonda aparatını, 50 manat dəyərində üzərində “Meakida, MD 130, 880W, 13 mm, made in China” markalanma yazıları olan 1 ədəd direli, 45 manat dəyərində 1 dəst müxtəlif ölçülü qayka açan 20 açardan, 3 ədəd qulpu qırmızı rəngli vint açandan, bir ədəd 10 mm ölçüdə yiv açandan və bir qutu divar kağızı kəsən tiyələrdən ibarət təmir alətlər qutusunu, 5 manat dəyərində 1 ədəd taxta qulplu çəkici, 24 manat dəyərində 100 ədəd qaynaq çubuqlarını, 38 manat dəyərində motorlara yağ vurmaq üçün nəzərdə tutulan şprisi oğurlayaraq, ümumilikdə zərərçəkmiş şəxsə 2007 manat məbləğində ziyan vurmuşlar. Həmçinin o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 26 mart 2021-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Siyəzən rayonu, Beşdam kəndində yerləşməklə, hazırda fəaliyyəti dayandırılmış “Qarabağ” restoranına əsas giriş qapısının sol tərəfindəki digər qapısından qanunsuz daxil olaraq oradan 120 manat dəyərində 4 ədəd balaca soyuduculardan çıxarılmış paslanmış vəziyyətdə olan radiatorları və 150 manat dəyərində 3 ədəd iri soyuduculardan çıxarılmış paslanmış vəziyyətdə olan radiatorları oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 270 manat məbləğində ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 26 mart 2021-ci il tarixdə, saat 06:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Siyəzən rayonu, Beşdam kəndində yerləşməklə, hazırda fəaliyyəti dayandırılmış “Zəfəran” restoranına qanunsuz daxil olaraq restoranın həyətində olan 2000 manat dəyərində 60 kilovatlıq, Rusiya istehsalı olan işıq paylayıcısını oğurlamaq məqsədilə təxminən iki saat ərzində həmin işıq paylayıcısının sökülməsi üçün bilavasitə cinayət törətməyə yönəlmiş bütün hərəkətləri etsələr də, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən onlar hadisə yerində saxlanıldıqlarına görə iradələrindən asılı olmayan səbəbdən əməllərini başa çatdıra bilməmişlər. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 09 mart 2021-ci il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşməklə, hazırda fəaliyyəti dayandırılmış “Zəfəran” restoranına qanunsuz daxil olaraq restoranın sağ tərəfindəki yardımçı tikilinin arxa sağ tərəfindən 75 manat dəyərində 1,6x1,2 metr ölçüdə 1 (bir) ədəd sanitar qovşağının plastik qapısını, 20 manat dəyərində 0,4x0,4 metr ölçüdə 2(iki) ədəd sanitar qovşağının plastik nəfəsliklərini, restoranın mətbəxindən 75 manat dəyərində 1,6x1,2 metr ölçüdə plastik qapını, restoranın arxa sol tərəfində yerləşən toyuq-cücə saxlanılması üçün nəzərdə tutulan sexdən 150 manat dəyərində 2,2x1 metr ölçüdə göy rəngli dəmir qapını, 50 manat dəyərində 2,2x1,4 metr ölçüdə 1(bir) ədəd plastik qapını, 120 manat dəyərində 0,6x0,04 metr ölçüdə 8 ədəd plastik nəfəslikləri, 200 manat dəyərində istilik sobasını oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 690 manat məbləğində ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 16 mart 2021-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşməklə, hazırda fəaliyyəti dayandırılmış “Qarabağ” restoranına nəfəslik üçün nəzərdə tutulmuş yerdən qanunsuz daxil olaraq oradan 350 manat dəyərində 1 ədəd üzərində “Кама КДЕ 6500 Т, Diesel Generator” markalı işıq generatorunu, 15 manat dəyərində bir ədəd metaldan hazırlanmış elektrik lövhəni, 90 manat dəyərində televizoru, 200 manat dəyərində kondisioneri, 320 manat dəyərində 8 ədəd plastik qapıları oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 655 manat məbləğində ziyan vurmuşlar. Bundan əlavə o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 23 mart 2021-ci il tarixdə, saat 01:00 radələrində “Rivaes” şirkətinə məxsus Siyəzən rayonu, Sədan kəndində yerləşən daş karxanasına və karxananın həyətində olan iki mərtəbəli yardımçı tikilinin birinci mərtəbəsinə pəncərəni açmaqla, ikinci mərtəbəsinə isə qapının üzərində olan qıfılı sındırmaqla qanunsuz daxil olaraq karxananın həyətindən Zərərçəkmiş şəxs3 məxsus 800 manat dəyərində 2 ədəd göy rəngdə boyalanmış 11 kv, 1000 amp gücündə olan elektrikli mühərriklərini, 500 manat dəyərində 2 ədəd 7,5 kv 1000 amp gücündə olan elektrik mühərriklərini, daha sonra daş karxanasının həyətində olan iki mərtəbəli yardımçı binanın birinci mərtəbəsindən 300 manat dəyərində qaynaq aparatının 60 metr uzunluğunda elektrik naqilini, həmin yardımçı tikilinin ikinci mərtəbəsindən isə 25 manat dəyərində 6 mm enində 50 metr uzunluğunda elektrik naqilini, 150 manat dəyərində “Kzubr, MMA 300 N” markalanma yazıları olan kabel ilə birlikdə 1 ədəd qaynaq aparatını, 70 manat dəyərində üzərində “Dayu” markalanma yazıları olan 1 ədəd laqonda aparatını, 50 manat dəyərində üzərində “Meakida, MD 130, 880W, 13 mm, made in China” markalanma yazıları olan 1 ədəd direli, 45 manat dəyərində 1 dəst müxtəlif ölçülü qayka açan 20 açardan, 3 ədəd qulpu qırmızı rəngli vint açandan, bir ədəd 10 mm ölçüdə yiv açandan və bir qutun divar kağızı kəsən tiyələrdən ibarət təmir alətlər qutusunu, 5 manat dəyərində 1 ədəd taxta qulplu çəkici, 24 manat dəyərində 100 ədəd qaynaq çubuqlarını, 38 manat dəyərində motorlara yağ vurmaq üçün nəzərdə tutulan şprisi oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 2007 manat məbləğində ziyan vurmuşlar. Həmçinin o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 26 mart 2021-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Siyəzən rayonu, Beşdam kəndində yerləşməklə, hazırda fəaliyyəti dayandırılmış “Qarabağ” restoranına əsas giriş qapısının sol tərəfindəki digər qapısından qanunsuz daxil olaraq oradan 120 manat dəyərində 4 ədəd balaca soyuduculardan çıxarılmış paslanmış vəziyyətdə olan radiatorları və 150 manat dəyərində 3 ədəd iri soyuduculardan çıxarılmış paslanmış vəziyyətdə olan radiatorları oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 270 manat məbləğində ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 26 mart 2021-ci il tarixdə, saat 06:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Siyəzən rayonu, Beşdam kəndində yerləşməklə, hazırda fəaliyyəti dayandırılmış “Zəfəran” restoranına qanunsuz daxil olaraq restoranın həyətində olan 2000 manat dəyərində 60 kilovatlıq, Rusiya istehsalı olan işıq paylayıcısını oğurlamaq məqsədilə təxminən iki saat ərzində həmin işıq paylayıcısının sökülməsi üçün bilavasitə cinayət törətməyə yönəlmiş bütün hərəkətləri etsələr də, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən onlar hadisə yerində saxlanıldıqlarına görə iradələrindən asılı olmayan səbəbdən əməllərini başa çatdıra bilməmişlər. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 09 mart 2021-ci il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşməklə, hazırda fəaliyyəti dayandırılmış “Zəfəran” restoranına qanunsuz daxil olaraq, restoranın sağ tərəfindəki yardımçı tikilinin arxa sağ tərəfindən 75 manat dəyərində 1,6x1,2 metr ölçüdə 1 (bir) ədəd sanitar qovşağının plastik qapısını, 20 manat dəyərində 0,4x0,4 metr ölçüdə 2(iki) ədəd sanitar qovşağının plastik nəfəsliklərini, restoranın mətbəxindən 75 manat dəyərində 1,6x1,2 metr ölçüdə plastik qapını, restoranın arxa sol tərəfində yerləşən toyuq-cücə saxlanılması üçün nəzərdə tutulan sexdən 150 manat dəyərində 2,2x1 metr ölçüdə göy rəngli dəmir qapını, 50 manat dəyərində 2,2x1,4 metr ölçüdə 1(bir) ədəd plastik qapını, 120 manat dəyərində 0,6x0,04 metr ölçüdə 8 ədəd plastik nəfəslikləri, 200 manat dəyərində istilik sobasını oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 690 manat məbləğində ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 16 mart 2021-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşməklə, hazırda fəaliyyəti dayandırılmış “Qarabağ” restoranına nəfəslik üçün nəzərdə tutulmuş yerdən qanunsuz daxil olaraq oradan 350 manat dəyərində 1 ədəd üzərində “Кама КДЕ 6500 Т, Diesel Generator” markalı işıq generatorunu, 15 manat dəyərində bir ədəd metaldan hazırlanmış elektrik lövhəni, 90 manat dəyərində televizoru, 200 manat dəyərində kondisioneri, 320 manat dəyərində 8 ədəd plastik qapıları oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 655 manat məbləğində ziyan vurmuşlar. Bundan əlavə o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 23 mart 2021-ci il tarixdə, saat 01:00 radələrində “Rivaes” şirkətinə məxsus Siyəzən rayonu, Sədan kəndində yerləşən daş karxanasına və karxananın həyətində olan iki mərtəbəli yardımçı tikilinin birinci mərtəbəsinə pəncərəni açmaqla, ikinci mərtəbəsinə isə qapının üzərində olan qıfıılı sındırmaqla qanunsuz daxil olaraq karxananın həyətindən Zərərçəkmiş şəxs3 məxsus 800 manat dəyərində 2 ədəd göy rəngdə boyalanmış 11 kv, 1000 amp gücündə olan elektrik mühərriklərini, 500 manat dəyərində 2 ədəd 7,5 kv 1000 amp gücündə olan elektrik mühərriklərini, daha sonra daş karxanasının həyətində olan iki mərtəbəli yardımçı binanın birinci mərtəbəsindən 300 manat dəyərində qaynaq aparatının 60 metr uzunluğunda elektrik naqilini, həmin yardımçı tikilinin ikinci mərtəbəsindən isə 25 manat dəyərində 6 mm enində 50 metr uzunluğunda elektrik naqilini, 150 manat dəyərində “Kzubr, MMA 300 N” markalanma yazıları olan kabel ilə birlikdə 1 ədəd qaynaq aparatını, 70 manat dəyərində üzərində “Dayu” markalanma yazıları olan 1 ədəd laqonda aparatını, 50 manat dəyərində üzərində “Meakida, MD 130, 880W, 13 mm, made in China” markalanma yazıları olan 1 ədəd direli, 45 manat dəyərində 1 dəst müxtəlif ölçülü qayka açan 20 açardan, 3 ədəd qulpu qırmızı rəngli vint açandan, bir ədəd 10 mm ölçüdə yiv açandan və bir qutu divar kağızı kəsən tiyələrdən ibarət təmir alətlər qutusunu, 5 manat dəyərində 1 ədəd taxta qulplu çəkici, 24 manat dəyərində 100 ədəd qaynaq çubuqlarını, 38 manat dəyərində motorlara yağ vurmaq üçün nəzərdə tutulan şprisi oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 2007 manat məbləğində ziyan vurmuşlar. Həmçinin o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 26 mart 2021-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Siyəzən rayonu, Beşdam kəndində yerləşməklə, hazırda fəaliyyəti dayandırılmış “Qarabağ” restoranına əsas giriş qapısının sol tərəfindəki digər qapısından qanunsuz daxil olaraq oradan 120 manat dəyərində 4 ədəd balaca soyuduculardan çıxarılmış paslanmış vəziyyətdə olan radiatorları və 150 manat dəyərində 3 ədəd iri soyuduculardan çıxarılmış paslanmış vəziyyətdə olan radiatorları oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 270 manat məbləğində ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 26 mart 2021-ci il tarixdə, saat 06:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Siyəzən rayonu, Beşdam kəndində yerləşməklə, hazırda fəaliyyəti dayandırılmış “Zəfəran” restoranına qanunsuz daxil olaraq restoranın həyətində olan 2000 manat dəyərində 60 kilovatlıq, Rusiya istehsalı olan işıq paylayıcısını oğurlamaq məqsədilə təxminən iki saat ərzində həmin işıq paylayıcısının sökülməsi üçün bilavasitə cinayət törətməyə yönəlmiş bütün hərəkətləri etsələr də, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən onlar hadisə yerində saxlanıldıqlarına görə iradələrindən asılı olmayan səbəbdən əməllərini başa çatdıra bilməmişlər. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, tanışları Təqsirləndirilən şəxs3 və bibisioğlu Təqsirləndirilən şəxs2 dost olmaqla, normal münasibətlərdədirlər. 2021-ci ilin mart ayının əvvələrində işləmədiklərinə görə maddi vəziyyətləri ilə əlaqədar oğurluq etmək qərarına gəlib, 09 mart 2021-ci il tarixdə bununla əlaqədar istifadə etmək məqsədilə İlkinin adına icarəyə “Toyota Camry” markalı avtomobil götürmüşlər. Aralarındakı razılaşmaya əsasən avtomobilin icarə haqqı və digər xərcləri törədəcəkləri oğurluq nəticəsində əldə edəcəkləri pullardan verilməli, yerdə qalan pulu isə bərabər şəkildə bölməli idilər. Beləliklə, onlar 09 mart 2021-ci il tarixdə, saat 19:00 radələrində Bakı-Quba beton yolla Quba rayonu istiqamətində hərəkət edib, yol kənarında yerləşən Siyəzən rayonuna daxil olaraq, bir qədər gəzdikdən sonra, təxminən saat 21:00 radələrində kənardan müşahidə zamanı fəaliyyət göstərməməklə, istifadə edilməyən, bu səbəblərdən də rahatlıqla oğurluq edə biləcəkləri “Zəfəran” adlı restoranın qarşısına gəlib, avtomobili açıq giriş qapısından restoranın həyətinə sürərək avtomobildən düşmüşlər. Bundan sonra, restoranın giriş qapısına yaxınlaşmış, qapını açmaq istəsələr də, qapı bağlı olduğundan restoranın sağ tərəfində yerləşən tikiliyə yaxınlaşaraq, həmin tikilinin arxa tərəfində, ona bitişik sanitar qovşağın 1 ədəd plastik qapısını və 2 ədəd nəfəsliyini, restoranın arxa hissəsində, ona bitişik formada olan mətbəxin 1 ədəd plastik qapısını, həmin yerdən bir qədər aralıda yerləşən tikilinin dəmir qapısını, bu tikilinin içərisindəki 1 ədəd plastik qapını, 8 ədəd nəfəsliyi və 2 ədəd istilik sobasını söküb çıxartmaqla, gəldkləri avtomobilə yükləyib, cəld şəkildə restoranın həyətindən çıxaraq oradan uzaqlaşmış, birbaşa Bakı şəhərinə getmişlər. Bakı şəhərinə çatdıqdan sonra oğurladıqları əşyaları səhəri gün satmaq məqsədi ilə avtomobildə saxlamaqla, hər kəs öz evinə çıxıb getmişdir. 10 mart 2021-ci il tarixdə, saat 11:00 radələrində zəngləşərək ünvan 4ikrorayon ərazisində görüşmüş, oğurladıqları əşyaları harada sata biləcəklərini müzakirə etdikdən sonra, həmin əşyaları “Baksol” adlanan yerdə olan metal və plastik qəbulu məntəqələrindən birinə satmağa qərar vermişlər. Bu məqsədlə həmin gün, saat 12:00 radələrində “Baksol” adlanan yerdə oğurladıqları əşyalardan 3 ədəd plastik qapını və 10 ədəd plastik nəfəsliyi 50 manat müqabilində Ləyaqət adlı şəxsə, 1 ədəd dəmirdən hazırlanmış qapını və 2 ədəd istilik sobasını isə Ləyaqətin yaxınlığında işləyən metal qəbulu ilə məşğul olan sonradan adını öyrəndikləri Qəhrəman adlı şəxsə 20 manat müqabilində satmış və həmin puldan xərclərini çıxdıqdan sonra az məbləğdə qalan pulu birlikdə xərcləmişlər. Bir neçə gündən sonra yenidən oğurluq etmək qərarına gələrək, bu məqsədlə İlkinin adına icarəyə götürdükləri “Mercedes Viano” markalı avtomobillə 15 mart 2021-ci il tarixdən 16 mart 2021-ci il tarixə keçən gecə təkrarən Siyəzən rayonuna gəlmişlər. Daha əvvəl, Siyəzən rayonunda “Zəfəran” restoranından oğurluq edərkən yanından keçdikləri “Qarabağ” restoranının da işlək vəziyyətdə olmadığını gördükləri üçün təxminən saat 02:00 radələrində həmin restoranın önünə gəlib, ətrafda və restoranda heç kimin olmadığına əmin olduqdan sonra İlkin avtomobili restoranın qarşısında saxlamış, habelə onlar həmin restorana sağ tərəfində olan nəfəslik qoyulması üçün nəzərdə tutulmuş, lakin nəfəslik olmayan yerdən daxil olmaqla, oradan 1 ədəd televizoru, 1 ədəd dizel generatorunu, 1 ədəd elektrikli rəsm əsərini və 1 ədəd markasını xatırlamadığı kondisioneri restoranın əsas giriş qapısının sol tərəfində yerləşən digər qapını içəri tərəfdən açaraq həyətə çıxarmışlar. Bundan sonra, yenidən həmin qapıdan restoranın içərisinə daxil olaraq orada olan 6 ədəd kabinetin, zalın və mətbəxin ümumilikdə 8 ədəd plastik qapısını sökərək çıxarıb avtomobilə yığmışlar. Daha sonra, restoranın həyətində televizoru sındıraraq içərisində olan mis metalları çıxarıb oğurladıqları digər əşyalarla birlikdə avtomobilə yığsalar da, televizorun qalıqları restoranın həyətində qalmışdır. Bundan sonra, onlar avtomobilə əyləşərək oradan uzaqlaşıb, Bakı şəhərinə yaşadıqları ünvanlara qayıtmışlar. 16 mart 2021-ci il tarixdə, saat 10:00 radələrində ünvan 4ikrorayon ərazisidə görüşərək oğurladıqları əşyaları satmaq üçün yenidən “Baksol” deyilən metal və plastik qəbulu məntəqəsinə getmiş, orada oğurladıqları əşyalardan kondisoneri və televizor içərisindən çıxartdıqları misləri, həmçinin 8 ədəd plastik qapıları Ləyaqət adlı şəxsə satsalar da, satdıqları əşyalardan nə qədər pul əldə etdikləri dəqiq yadında qalmamışdır. Əldə olunan puldan xərcləri çıxdıqdan sonra qalan pul aralarında bölüşdürülmüşdür. “Baksol” deyilən metal və plastik qəbulu məntəqəsində oğurladıqları 1 ədəd dizel generatorunu sata bilmədiklərindən həmin əşyanı ünvan 4ikrorayon ərazisində yerləşən “Karvan” restoranın yanındakı avtoyuma məntəqəsində işləyən Sahib adlı şəxsə alması üçün təklif etsələr də, sonuncu həmin generatoru almaq istəmədiyini, lakin generatoru yanında qoyub getmələrini və müştəri düşərsə onu satıb pullarını verəcəyini bildirmişdir. Elektrik lövhəsi isə xoşuna gəldiyindən onu evinə qoymuşdur. Bundan sonra, 22 mart 2021-ci il tarixdə Quba rayonuna istirahət getmək məqsədilə İlkin saat 13:00 radələrində “İnstagram” sosial şəbəkəsində tapdığı nömrəyə zəng edib bir günlük icarəsi 120 manat olan “Mercedes- Benz Viano” markalı avtomobili icarəyə götürmüşdür. Onlar həmin gün günorta saatlarında yaşadıqları məhəllədə görüşüb, icarəyə götürdükləri avtomobillə Bakı şəhərində bir az gəzdikdən sonra Quba rayonuna yola düşmüşlər. Quba rayonunun Təngəaltı kəndinə gedərkən yolun duman olması səbəbindən geri qayıdaraq yemək yemək üçün Siyəzən rayonu, Qalaaltı deyilən yerə hərəkət edərkən oraya yaxın ərazidə daş karxanasının olduğunu görmüşlər. İlkinin təklifi əsasında baxdıqları bu daş karxanasında oğurluq üçün şərait olduğunu anlayıb, Siyəzən rayonunda “Pirin altı” deyilən yerə gedib orada yemək yemişlər. 23 mart 2021-ci il tarixdə təxminən saat 01:00 radələrində yenidən karxana istiqamətində qayıdıb, avtomobili karxananın həyətinə salaraq avtomobildən düşmüş, ətrafa göz gəzdirməklə, heç kimin olmadığına əmin olduqdan sonra həyətdəki dəmirlərin üzərinə bərkidilmiş motorları sökmək qərarına gəlmişlər. O, söküntü aparmaq üçün lazımı əşyaları İlkin və Təvəkkülə verib, kiminsə gəlməsindən xəbərinin olması üçün karxananın həyətində dayanaraq ətrafa nəzarət edərkən, sonuncular karxanada olan daş doğramaq üçün nəzərdə tutulan iri qurğunun üstünə çıxıb 2 ədəd motoru ordan sökərək bunkerin üzərindən yerə atmışlar. Bundan sonra, Təvəkkül aşağı düşüb, onunla birlikdə daş karxanasının həyətində olan iki mərtəbəli binaya yaxınlaşmış, üçü də birlikdə motoru avtomobilə yükləyəndə İlkin avtomobilin salonunda 60 metr uzunluğunda elektrik naqilinin, 50 metr uzunluğunda ağ rəngli elektrik naqilinin, 1 ədəd qaynaq aparatının, 1 ədəd laqondanın, 1 ədəd direlin, 100 ədəd qaynaq çubuqlarının, 1 ədəd motorlara yağ vuran şpiresin, 1 dəst təmir alətlər qutusunun və 1 ədəd çəkicin olduğunu gördükdə, o və Təvəkkül İlkinə qeyd edilənləri otaqdan oğurladıqlarını bildirmişlər. İlkin və Təvəkkül aşağıda digər qurğunun üzərində olan 2 ədəd motoru da sökdükdən sonra, təxminən saat 06:00 radələrində oğurladıqları bütün əşyaları avtomobilə yükləyib Bakı şəhəri istiqamətində hərəkət etmişlər. Əvvəlcə boş bir sahədə oğurladıqları kabellərin qara rəngli olanını soyaraq içərisində olan misi çıxartmışlar. Təxminən saat 08:00 radələrində Bakı şəhərinə çataraq Dərnəgül yolunun yaxınlığında “Baksol” deyilən yerdə əldə etdikləri təxmini 10 kq olan misi Ləyaqət adlı tanışlarına 100 manata, oğurladıqları 50 metr uzunluğunda olan ağ naqilləri və metal qarşığığını sonuncunun yanxınlığında olan sonradan adını öyrəndikləri Qəhrəman adlı şəxsə 141 manata, oradan təxminən saat 12:00 radələrində Bakı şəhərinin 3-cü mikrorayon adlanan ərazisində yerləşən daş bazarına gələrək motorların oğurluq olmadığını inandırdıqları tanımadıqları şəxsə isə iki ədəd böyük ölçüdəki motoru 150 manatdan olmaqla, cəmi 300 manata satmışlar. Motorları alan şəxs onlardan şəxsiyyət vəsiqəsi istədikdə, İlkin öz şəxsiyyət vəsiqəsinin surətini həmin şəxsə vermişdir. Oğurladıqları əşyalardan 2 ədəd balaca motor, 1 ədəd qaynaq aparatı, 1 ədəd direl, 1 ədəd laqonda, 100 ədəd qaynaq çubuqları, 1 ədəd motorlara yağ vuran şpris, 1 dəst təmir alətlər qutusu avtomobildə qalmış və onlar yenidən tanışları Ləyaqətin yanına qayıdıb, sonuncudan 2 ədəd motoru özündə saxlamasını xahiş etdikdə o, buna etiraz etməmiş, digər əşyalar isə yenə də, avtomobildə qalmışdır. 23 mart 2021-ci il tarixdə İlkin ilə birlikdə icarəyə götürdükləri avtomobili qaytarmaq üçün getməmişdən əvvəl avtomobildə qalmış, oğurladıqları əşyaları sonuncunun yaşadığı evin həyətində özünə məxsus olan avtomobilə qoymuşlar. Bu barədə əvvəlcədən İlkin ilə birlikdə Təvəkkülə də məlumat vermişlər. Bundan sonra, 24 mart 2021-ci il tarixdə, saat 10:00 radələrində o və İlkin birlikdə icarəyə götürdükləri “Lexus” markalı avtomobillə, Təvəkkül isə tək, əvvəlcədən razılaşdıqları kimi “Baksola” Ləyaqətin yanına getmiş və sonuncunun yanında olan 2 ədəd balaca motoru oradan götürüb, onları satmaq üçün yenidən Bakı şəhəri 3-cü mikrorayon bazarına getməklə, orada əvvəl motorları satdıqları adama yaxınlaşıb, həmin şəxsə yenidən satılıq motor olduğunu bildirmiş, sonuncu motorlara baxdıqdan sonra, onları alıb, hər birinə görə 125 manat olmaqla, cəmi 250 manat pul ödəmişdir. Daha sonra yəni, 25 mart 2021-ci il tarixdə Təvəkkül oğurladıqları digər əşyaları satmaq üçün müştəri tapdığını bildirmiş, həmin gün axşam saatlarında icrarəyə götürdükləri “Lexus” markalı avtomobil ilə Bakı şəhərindəki 7-ci mikrorayona getmiş, orada Təvəkkül Sahib adlı şəxslə görüşərək qaynaq aparatını 50 manata, laqondanı isə 20 manata Sahibə satması, habelə, direl yaxşı işləmədiyindən sonuncu onu ustaya göstərdikdən sonra pullarını verəcəyi barədə onlara məlumat vermişdir. Oğurluq nəticəsində satdıqları əmlaklardan əldə etdikləri ümumi pulun 470 manatını 2 gün ərzində ümumi xərclərə çıxdıqdan sonra, qalan məbləği hərəsinə 115 manat olmaqla 3 yerə bölmüşlər. Həmin gün, yəni 25 mart 2021-ci il tarixdə axşam saat 17:00 radələrində Bakı şəhəri, 7-ci mikrorayonda yenidən birlikdə görüşüb, yenidən oğurluq etmək qərarına gəlmiş və o, bu məqsədlə İlkin ilə birlikdə Nəsimi rayonu ərazisində yerləşən avtomobil icarəsi şirkətindən 2 gün üçün 150 manat icarə pulunu qabaqcadan ödəməklə, “Chevrolet Cruze” markalı avtomobili icarəyə götürmüşdür. 25 mart 2021-ci il tarixdən 26 mart 2021-ci il tarixə keçən gecə saat 01:00 radələrində Bakı şəhərindən çıxaraq təxminən saat 03:00 radələrində Siyəzən rayonuna çatıb, rayonun Beşdam kəndindəki “Qarabağ” kafesinin qarşısından keçərkən yenidən həmin restorana daxil olmaqla, orada oğurlamaq üçün nə olduğuna baxmaq qərarına gəlmişlər. Onların birinci dəfə oğurluq etdikləri yerdən təkrarən oğurluq etmək kimi fikirləri olmasa da, həmin vaxt restoranın qarşısından keçərkən onlarda oradan təkrar oğurluq etmək niyyəti yaranmışdır. Bu səbəbdən onlar avtomobili kafenin qarşısında saxlayıb, kafeyə əsas giriş qapısının sol tərəfində yerləşən digər qapıdan daxil olmuşlar. Bundan sonra, oradan 3 ədəd sökülmüş vəziyyətdə olan iri soyuducu radiatorunu və soyuduculardan 4 ədəd balaca radiatorları sökərək gəldikləri avtomobilə yığıb, oradan çıxaraq uzaqlaşmışlar. Daha sonra, təxminən saat 06:00 radələrində Siyəzən rayonu istiqamətində hərəkət edərkən “Zəfəran” restoranının qarşısından keçəndə eyniylə Qarabağ kafesindən olduğu kimi təkrar həmin restorana daxil olub oradan da, oğurluq etmək qərarına gəlmişlər. Onlar avtomobili restoranın həyətinə saldıqdan sonra orada işıq paylayıcısının (transformator) olduğunu görüb, həmin işıq paylayıcısını söküb içində mis varsa oğurlamaq qərarına gələrək, hər üçü də söküntüyə başlamışdır. Səhər saat 08:00 radələrində isə polis əməkdaşları onlara yaxınlaşıb, şübhəli olduqları üçün onları saxlamışlar. Bundan əlavə, onlar 21 mart 2021-ci il tarixdən 22 mart 2021-ci il tarixə keçən gecə, təxminən saat 02:00 radələrində icarəyə götürdükləri “Mercedes-Benz-Viano” markalı avtomobillə Bakı-Quba yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçərkən fəaliyyətini dayandırmış moteldəki otaqlardan və restoranın içərisindən ümumilikdə 8 ədəd radiotaru, 2 ədəd plastik qapını, 2 ədəd nəfəsliyi, 1 ədəd nerjavikadan hazırlanmış masanı, motelin həyətində olan generatorun içərisindəki misdən hazırlanmış teni də oğurlayıb, onları, Ləyaqətin yanına gedərək orada satmışlar. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, gəncliyinin, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, digər Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verməklə, yanaşı törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində 1 azyaşlı övladının olmasının, gəncliyinin, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CMnin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinə uyğun, eyni məzmunlu ifadə verməklə, yanaşı törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində 2 azyaşlı övladının olmasının, gəncliyinin, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Siyəzən rayonunun Beşdam kəndində 2018-ci ildən bəri fəaliyyətini dayandırdığı “Zəfəran” adlı restoranı vardır. Sözügedən restoranı 2016-cı ildə təmir etdirərək plastik qapı və pəncərələrini dəyişdirsə də, ora nəzarətçi qoymamış, habelə, özü 3-4 gündən bir gedərək restorana baş çəkmişdir. Axırıncı dəfə 07 mart 2021-ci il tarixdə restoranına baş çəkərkən orada heç bir oğurluq hadisəsi baş verməmiş, bundan sonra, bir qədər işləri olduğundan restoranına baş çəkə bilməmişdir. Sonuncu dəfə isə 25 mart 2021-ci il tarixdə, saat 10:00 radələrində restoranına baş çəkməyə gedərkən orada sanitar qovşağının 1 ədəd plastik qapısının və 2 ədəd nəfəsliyinin, mətbəxin 1 ədəd plastik qapısının, toyuq-cücə saxlamaq üçün nəzərdə tutulmuş sexin 1 ədəd dəmirdən olan giriş qapısının, sexin içərisində olan 1 ədəd plastik qapının, 2 ədəd istilik sobasının və 8 ədəd nəfəsliyinin də oğurlandığını görmüşdür. 26 mart 2021-ci il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları onunla əlaqə saxlayaraq “Zəfəran” adlı restoranın həyətində olan işıq paylayıcısının 3 nəfər, adları sonradan ona məlum olan Təvəkkül, Emin və İlkin adlı şəxslər tərəfindən sökülərək oğurlanan zaman polis əməkdaşlarının onları saxlayaraq rayon Polis Şöbəsinə gətirmələri barədə məlumat vermişlər. Həmin vaxt Siyəzən şəhərində olmadığı üçün, baş vermiş hadisə ilə əlaqədar ərizə ilə RPŞ-yə müraciət edə bilməmişdir. 28 mart 2021-ci il tarixdə “Zəfəran” restoranına gəlib baxaraq, həqiqətən də restoranın həyətində olan işıq paylayıcısının yararsız vəziyyətə salındığını görmüşdür. Daha sonra, o, həmin işıq paylayıcısını quraşdırıldığı yerdən çıxartdıraraq təhlükəsiz yerə aparmışdır. Özü isə baş vermiş hadisə ilə əlaqədar RPŞ-yə gedib, ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş, istintaq tərəfindən müəyyən edilmiş 690 manat ziyan natura və pul şəkilində tam ödənildiyindən və dəyəri təxminən 2000 manat olan işıq paylayıcısı bərpa edildiyindən onlara qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Şabran rayonu, Ağbaş kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Daş karxanalarının iş prinsipindən anlayışı olduğu üçün orada qurğuların quraşdırılması ilə məşğul olur. Belə ki, sifariş əsasında öz vəsaiti hesabına daş karxanalarında lazımı işləri görmək üçün müxtəlif növ qurğuları quraşdırıb, tam işlək vəziyyətə gətirdikdən sonra gördüyü işin müqabilində pulunu alır. 2021-ci ilin mart ayında X3 onunla əlaqə saxlayaraq icraçı direktoru olduğu “Rivaes” şirkətinin Siyəzən rayonun, Sədan kəndində fəaliyyət göstərməyən daş karxanasının olduğunu və həmin karxananın işləməsi üçün qurğuların quraşdırılaraq, işlək vəziyyətə gətirmək lazım olduğunu bildirdikdə o, sonuncu ilə razılaşaraq həmin yerə gedib baxmış, bundan sonra, aralarında razılaşma əldə olunaraq müqavilə imzalanmışdır. Müqaviləyə əsasən o, həmin daş karxanasını işlək vəziyyətə gətirdikdən sonra tam hazır vəziyyətdə şirkətə təhvil verməli olmuşdur. Bu məqsədlə işə başlayaraq daş karxanasını işə salmaqdan ötrü lazımı əmlakları alaraq həmin karxanaya gətirib, bəzilərini qurğuların üzərinə quraşdırmış, bəzilərini də orada yerləşən iki mərtəbəli yardımçı binanın içərisinə yığmışdır. Karxanada müəyyən işlər görsə də, gördüyü işlər tam bitmədiyindən oranı təhvil verməmişdir. Qeyd edir ki, orada istifadə etdiyi alətlər və orada quraşdırdığı avadanlıqlar bütünlüklə ona məxsus olmuşdur. Sonuncu dəfə 22 mart 2021-ci il tarixdə, saat 15:00 radələrində həmin daş karxanasında olmuş və hər şeyin qaydasında olduğunu görüb, evinə getmişdir. 23 mart 2021-ci il tarixdə, saat 08:00 radələrində daş karxanasına gəlib çatdıqda oraya ümumi nəzər keçirərkən daş karxanasının çölündəki avadanlığın (şinek) üzərinə bərkildilmiş 2 ədəd 11 kv, 1000 amper gücündə elektrik motorunun, çöldə olan karxana qurğusunun üzərinə bərkidilmiş 2 ədəd 7,5 kv, 1000 amper gücündə elektrik motorunun yerində olmadığını aşkar etmişdir. Bundan sonra, karxananın həyətində yerləşən 2 mərtəbəli operator binasına baxarkən birinci mərtəbənin plastik pəncərəsinin şüşəsinin sınıq olduğunu və pəncərənin layının açıq olduğunu görmüşdür. Birinci mərtəbəyə baxış keçirərkən qaynaq aparatının 60 metr uzunluğunda elektrik naqilinin yerində olmadığını, ikinci mərtəbəyə baxarkən isə qapının qıfılının sındırıldığını, habelə oradan 6 mm enində, 50 metr uzunluğunda elektrik naqilinin, bir ədəd qaynaq aparatının, 1 ədəd laqondanın, 1 ədəd direlin, 100 ədəd qaynaq çubuqlarının, 1 ədəd motorlara yağ vuran şprisin, 1 dəst təmir alətlər qutusunun və 1 ədəd çəkicin də naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Bundan sonra, daş karxanasına ümumi nəzər keçirməyə başlamış və qeyd etdiklərindən başqa heç nəyin oğurlanmadığı məlum olmuşdur. Daha sonra, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və hadisə yerinə gələn polis əməkdaşları ilə oğurluq hadisəsiylə bağlı baxış keçirmişlər. Daş karxanasının yerləşdiyi ərazi “Rivaes” şirkətinə məxsus olsa da, X3 ilə aralarında olan müqaviləyə əsasən həmin karxana fəaliyyətə başlayanadək ərazinin nəzarəti ona tapşırılmış və oradan oğurlanmış əmlaklar da sonradan tərəfindən alınaraq karxanaya gətirilmiş əmlaklar olmuşdur. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş, istintaq tərəfindən müəyyən edilmiş 2007 manat ziyan natura və pul şəkilində ödənildiyindən onlara qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlandığı ərizəsində göstərmişdir ki, o, məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq edir və səhhətində ciddi problemlə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyinin, eləcə də təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərərin tam şəkildə ödənildiyi, bu səbəbdən də onlara qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun Siyəzən rayonunun Beşdam kəndində “Qarabağ” adlı restoranı vardır və bu restoran təxminən 5 ilə yaxın olar fəaliyyətini dayandırmışdır. Həmin restoranı 2004-cü ildən açaraq fəaliyyət göstərməyə başlasa da, 2016-cı ildə səhhətində yaranmış narahatlıqlarla bağlı fəaliyyətini dayandırmışdır. Restoran fəaliyyətini dayandırdıqdan sonra ora heç bir nəzarətçi qoymamış, özü arada bir gedərək restoranına baş çəkib, orada olan əmlakların vəziyyəti ilə maraqlanmışdır. Son dövrlərdə isə səhhətində yaranmış problemlə əlaqədar restoranına gedib baxa bilməmişdir. Sonuncu dəfə restorana 2021-ci ilin fevral ayının sonlarında baş çəkmiş, həmin vaxt restoranından heç bir oğurluq hadisəsi baş verməmiş, hər şey öz qaydasında olmuşdur. Bundan sonra, 27 mart 2021-ci il tarixdə, saat 11:00 radələrində restoranına baş çəkərkən orada olan 1 ədəd televizorun, 1 ədəd dizel generatorunun, 1 ədəd divardan asılmış elektrikli rəsm əsəri lövhəsinin, 4 ədəd balaca soyuduculara və 3 ədəd böyük soyuduculara məxsus radiatorların və 1 ədəd kondisonerin, bundan başqa, restoranın daxilindəki otaqların plastikdən olan 8 ədəd qapılarının sökülərək oğurlandığını müəyyən etmiş, restoranının həyətinə çıxıb nəzər saldığında isə televizorun qalıqlarının həyətdə olduğunu görmüşdür. Beləliklə baş vermiş oğurluq hadisəsi nəticəsidə ona ümumilikdə 1895 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, o, oğlu Eminin 2021-ci ilin mart ayında müxtəlif vaxtlarda oğurluq etməsindən məlumatı olmamışdır. 16 mart 2021-ci il tarixdə, gecə saatlarında Emin evə gələndə əlində metaldan hazırlanmış elektrik lövhə olmuş, sonuncu həmin lövhəni gətirib evə qoyarkən o, Emindən lövhəni haradan əldə etməsi barədə heç bir söz soruşmamışdır. 26 mart 2021-ci il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları ona zəng vuraraq oğlu Eminin törətdiyi oğurluqlarla bağlı tutulduğunu, oğurladığı əşyalardan 1 ədəd rəsm formasında metaldan hazırlanmış elektrik lövhənin evdə olduğunu və bu lövhəni aidiyyəti üzrə Siyəzən RPŞ-yə təqdim etməli olduğunu bildirdikdə, o, elektrik lövhənin bir neçə gün əvvəl Emin tərəfindən evə gətirilən lövhə olduğunu başa düşmüşdür. 28 mart 2021-ci il tarixdə metaldan olan elektrik lövhəni götürərək Siyəzən RPŞ-yə getmiş, habelə elektrik lövhəni təqdim etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhərinin Binəqədi rayonunda Baksol adlanan ərazidə yerləşən məntəqədə metal qəbulu sexi işlədir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 sonradan tanımaqla, onlarla heç biri ilə düşmənçiliyi və ədavəti olmamışdır. 10 mart 2021-ci il tarixdə, səhər saatlarında adını sonradan bildiyi Emin, İlkin və Təvəkkül işlədiyi sexə gəlib, ondan metal əşyalar qəbul edib-etmədiyini soruşduqda, o, metal qəbul etdiyini bildirmişdir. Bu zaman həmin şəxslər ona 1 ədəd dəmir qapı və 2 ədəd istilik sobalarının olduğunu bildirmiş, o, isə qeyd olunan əşyaları götürsə də, əvəzində nə qədər pul verdiyi yadında qalmamışdır. 23 mart 2021-ci il tarixdə Emin, İlkin və Təvəkkül yenidən onun işlədiyi yerə gələrək ona naqillərinin olmasını və satmaq istədiklərin bildirmiş, o, da cəmi 470 kiloqram metal qarışığı götürməklə, onlara aldıqlarının əvəzində 141 manat pul vermişdir. Bir neçə gün sonra işlədiyi sexə Siyəzən RPŞ-nin əməkdaşları gəlmiş, həmçinin sonuncular özləri ilə birlikdə ora Emini, İlkini və Təvəkkülü də gətirmişlər. Həmin vaxt ona Eminin, İlkinin və Təvəkkülün satmış olduqları 1 ədəd dəmir qapının, naqillərin və 2 ədəd istilik sobasının oğurluq olması məlum olmuşdur. Buna baxmayaraq, o, həmin vaxt artıq Emindən, İlkindən və Təvəkküldən aldığı əşyaları ərinti üçün təhvil vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhərinin Binəqədi rayonunda Baksol adlanan ərazidə yerləşən məntəqədə plastik və əlvan metal qəbulu sexi işlədir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 sonradan tanımaqla, həmin şəxslərin heç biri ilə düşmənçiliyi və ədavəti olmamışdır. 10 mart 2021-ci il tarixdə, səhər saatlarında adlarını sonradan bildiyi Emin, İlkin və Təvəkkül işlədiyi sexə gəlmiş, habelə ondan plastik əşyalar qəbul edib-etmədiyini soruşmuş, o, isə onlara plastik əşyalar qəbul etdiyini bildirdikdə, sonuncular ona 3 ədəd plastik qapı və 10 ədəd plastik nəfəsliklərinin olduğunu bildirmişlər. O, adlarını sonradan bildiyi Emin, İlkin və Təvəkküldən plastik əşyaları götürmüş və çəkilərini çəkdikdən sonra onlara həmin əşyaların əvəzində razılaşma əsasında 50 manat pul vermişdir. Bundan sonra, həmin şəxslər ona əlavə 1 ədəd dəmir qapı və 2 ədəd soba olduğunu da bildirdikdə, o, onlara yalnız əlvan metal qəbul etdiyini qey etmişdir. Daha sonra, onlar həmin dəmir qapı və 2 ədəd sobanı yaxınlığında olan metal qəbulu məntəqəsini işlədən Qəhrəmana satmışlar. 16 mart 2021-ci il tarixdə Emin, İlkin və Təvəkkül yenidən işlədiyi yerə gələrək, bu dəfə ona kondisoner və xatırlamadığı çəkidə mis almaq təklif etmiş, o, da həmin şəxslərlə artıq bir dəfə alış-veriş etdiyi üçün tanış müştərilər kimi yenidən onlardan gətirdikləri əşyaları götürsə də, nə qədər pul verdiyi yadında qalmamış, bu şəxslər ondan pulu aldıqdan sonra çıxıb getmişlər. 23 mart 2021-ci il tarixdə Emin, İlkin və Təvəkkül yenidən onun işlədiyi yerə gəlmiş, bu dəfə ona mis satdıqlarını bildirdikdə, o, gətirilmiş 10 kq misin müqabilində onlara 100 manat pul vermişdir. Daha sonra, həmin şəxslər yenidən yaxınlığında işləyən metal qəbulu məntəqəsinə gedərək Qəhrəmana 50 metr uzunluğunda ağ naqil və metal qarşığını satıb, çıxıb getmişlər. Həmin gün günorta saatlarında Emin, İlkin və Təvəkkül yanına gəlmiş, saxlamaq üçün yerlərinin olmadığını bildirərək, ondan iki ədəd motoru öz yanında saxlamağı xahiş edərək, tez zamanda gəlib götürəcəklərini qeyd etdikdə, o, bu təkliflə razılaşaraq onlar gələnədək gətirilmiş motorları saxlanca götürmüşdür. Bir gün keçdikdən sonra 24 mart 2021-ci il tarixdə Emin, İlkin və Təvəkkül yenidən onun yanına gələrək motorları götürmək istədiklərini bildirib, əşyaları ondan təhvil alaraq getmişlər. Bundan bir neçə gün sonra işlədiyi sexə Siyəzən RPŞ-nin əməkdaşları gəlmiş, sonuncular özləri ilə birlikdə ora Emini, İlkini və Təvəkkülü də gətirmişlər. Həmin vaxt ona Eminin, İlkinin və Təvəkkülün satmış olduqları 3 ədəd plastik qapının, 10 ədəd plastik nəfəsiliyin, kondisionerin, televizorun içərisindən çıxardıqları misin və 10 kiloqram çəkidə mis metalının oğurluq olması məlum olmuşdur. Həmçinin, həmin vaxt o, Eminin, İlkinin və Təvəkkülün onlarla bir həyətdə metal işi ilə məşğul olan məntəqəyə təhvil verdikləri metalların da oğurluq yolu ilə əldə etdiklərini bilmişdir. Bundan sonra, o, Eminin, İlkinin və Təvəkkülün ona satdıqları əşyalardan sexdə qalan 1 ədəd plastik qapını polis əməkdaşlarına təhvil vermişdir. Həmçinin, Emin, İlkin və Təvəkkül ona işlədiyi sexdə bir neçə dəfə plastik qapı, nəfəslik və məbləği yadında qalmadığı miqdarda mis versə də, onun onlara hansı məbləğdə pul verdiyi yadında qalmamışdır. Bütün əşyaları hər üç şəxsdən alarkən onlardan əşyaların oğurluq olub-olmamasını soruşmuş, qeyd olunan şəxslər isə həmin əşyaların oğurluq olmadığını, rayonlardan metal yığaraq satışı ilə məşqul oldqularını, aldığı metalları evlərdən yığdıqlarını bildirdiyi üçün o, da həmin şəxslərə inanaraq əşyaları onlardan bazar dəyərinə uyğun qiymətlərlə almışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 185-187-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2021-ci il tarixli, 9/3029 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində respublika ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərində və inşaat materialların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən tədqiqata təqdim edilmiş tədqiqat obyektlərinin, o cümlədən 2 ədəd üzərində markalanma yazıları olmayan xarici görünüşünə görə əvvəllər istifadə edilmiş və göy rəngdə boyalanmış qərarda qeyd edilən 11 kilovatlıq 1000 amper gücündə olan elektrikli mühərriyin 2021-ci ilin mart ayına respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 800 manat, 2 ədəd üzərində markalanma yazıları olmayan, xarici görünüşünə görə əvvəllər uzun müddət istifadə edilmiş, üzəri çirkli və pas ləkələri ilə örtülmüş, qərarda qeyd edilən 7,5 kv 1000 amp gücündə olan elektrik mühərrikinin qiyməti 500 manat, 1 ədəd üzərində “Kzubr, MMA 300 N” markalanma yazıları olan, xarici görünüşünə görə istismar olunmuş kabel ilə birlikdə qaynaq aparatının qiyməti 150 manat, 1 ədəd üzərində “Dayu” markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istismar olunmuş laqondanın qiyməti 70 manat, 1 ədəd “Meakida, MD 130, 880W, 13 mm, made in China” markalanma yazıları olan, xarici görünüşünə görə istismar olunmuş direlin qiyməti 50 manat, 1 dəst müxtəlif ölçülü qayka açan 20 açardan, 3 ədəd qulpu qırmızı rəngli vint açandan, bir ədəd 10 mm ölçüdə yiv açandan və bir qutu divar kağızı kəsən tiyələrdən ibarət, xarici görünüşünə görə istismar olunmuş təmir alətləri qutusunun qiyməti 45 manat, 1 ədəd xarici görünüşünə görə istismar olunmuş taxta qulplu çəkicin qiyməti 5 manat, 1 ədəd üzərində “Кама КДЕ 6500 Т, Diesel Generator” markalı xarici görünüşünə görə əvvəllər istifadə edilmiş işıq generatorunun qiyməti 350 manat, 1 ədəd xarici görünüşünə görə istismar olunmuş metaldan hazırlanmış elektrik lövhənin qiyməti 15 manat, 4 ədəd xarici görünüşünə görə uzun müddət istismar olunmuş balaca soyuduculardan çıxarılmış, paslanmış vəziyyətdə olan radiatorların qiyməti 120 manat, 3 ədəd xarici görünüşünə görə uzun müddət istismar olunmuş iri soyuduculardan çıxarılmış, paslanmış vəziyyətdə olan radiatorların qiyməti 150 manat, 1 ədəd hündürlüyü təxminən 2,2 metr, eni isə təxminən 1,4 metr olan 1 ədəd plastik qapının qiyməti 50 manat müəyyən edilsə də, 1 ədəd televizor sındığından onun qiyməti hesablanmamışdır. Həmçinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilməyən tədqiqat obyektlərinin, o cümlədən 6 mm enində 50 metr uzunluğunda əvvəllər istifadədə olmuş elektrik naqilinin 2021-ci ilin mart ayına nəzəri yolla qiyməti 25 manat, 100 ədəd qaynaq çubuqlarının qiyməti 24 manat, 2 ədəd 1,6 metr, eni 1,2 metr olan əvvəllər istifadədə olmuş plastik qapının (aşınma müddəti 5 il) qiyməti 150 manat, 2 ədəd 0,4x0,4 metr ölçüdə əvvəllər istifadə olunmuş plastik nəfəsliyin qiyməti 20 manat, 1 ədəd göy rəngli hündürlüyü 2,2 metr, eni isə 1 metr olan əvvəllər istifadədə olmuş dəmir qapının qiyməti 150 manat, 8 ədəd 0,6x0,4 metr ölçüdə əvvəllər istifadədə olmuş plastik nəfəsliyin (aşınma müddəti 5 il) qiyməti isə 120 manat hesablanmışdır. Bundan əlavə, qərarın təsviri hissəsində göstərilən lakin, qiymətləndirilməsi üçün tədqiqata təqdim edilməyən qaynaq aparatının 60 metr uzunluğunda elektrik naqili, 1 ədəd mühərrik ilə yağ vuran şpris, 1 ədəd kondisioner aparatı, 8 ədəd plastik qapı, 5 millimetrlik polad materialdan hazırlanmış uzunluğu təxminən 2 metr, hündürlüyü 30 santimetr, eni isə 50 santimetr olan 2 ədəd istilik sobası, 60 kilovatlıq, Rusiya istehsallı işıq paylayıcısı faktiki ekspert baxışı keçirilmədən, onların konkret olaraq markasını, modelini, əmtəə görünüşünü, yararlılığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barəsində kifayət qədər məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 184-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 209-241-ci vərəqələrində olan 26 may 2021-ci il tarixli sübutlaırn qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan, eləcə də 201, 203 və 205-ci səhifələrdəki qəbzlərdən görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələrinə tövsif edilmiş, Şahid3, Şahid2, X1 və X5 barələrində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, 2 ədəd göy rəngdə boyalanmış 11 kv, 1000 amp gücündə olan elektrikli mühərriklər, 2 ədəd 7,5 kv 1000 amp gücündə olan elektrik mühərrikləri, “Kzubr, MMA 300 N” markalanma yazıları olan kabel ilə birlikdə 1 ədəd qaynaq aparatı, üzərində “Dayu” markalanma yazıları olan 1 ədəd laqonda aparatı, üzərində “Meakida, MD 130, 880W, 13 mm, made in China” markalanma yazıları olan 1 ədəd direl, 1 dəst müxtəlif ölçülü qayka açan 20 açardan, 3 ədəd qulpu qırmızı rəngli vint açandan, bir ədəd 10 mm ölçüdə yiv açandan və bir qutun divar kağızı kəsən tiyələrdən ibarət təmir alətləri qutusu və 1 ədəd taxta qulplu çəkic maddi sübut kimi tanınmaqla, Zərərçəkmiş şəxs3, 1 ədəd üzərində “Кама КДЕ 6500 Т, Diesel Generator” markalı işıq generatoru, 1 ədəd metaldan hazırlanmış elektrik lövhə, 4 ədəd balaca və 3 ədəd iri soyuduculardan çıxarılmış paslanmış vəziyyətdə olan radiatorlar maddi sübut kimi tanınmaqla, Zərərçəkmiş şəxs2, 1 ədəd plastik qapı isə maddi sübut kimi tanınmaqla, Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Həmçinin qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 tərəfindən Bakı-Quba beton yolunun Siyəzən rayonundan keçən hissəsinin başlanğıcında Quba şəhəri istiqamətində yolun sağ tərəfində yerləşən motel kimi fəaliyyət göstərmiş, son illərdə fəaliyyətini dayandırmış obyektdən oğurluq edilməsi xüsusat ilə əlaqədar əmlakın mülkiyyətçisi tərəfindən hər hansı müraciət daxil olmadığından, həmin xüsusat üzrə cinayət işindən materiallar ayrılaraq araşdırmanın aparılmasının davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 158-160-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 may 2021-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 213-214-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 28 mart 2021-ci il tarixli, 4(059)-11/2021 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 mart 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 227-228-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 28 mart 2021-ci il tarixli, 4(059)-12/2021 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 mart 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 220-221-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 28 mart 2021-ci il tarixli, 4(059)-13/2021 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 mart 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin İİ cild 162-ci vərəqəsində olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 may 2021-ci il tarixli, 14-18/080 nömrəli məktubundan görünür ki, həbs olunanadək Bakı şəhəri, Binəqədi rayonu, 3126-cı məhəllədə yerləşən fərdi yaşayış evində anası Şahid1 ilə birlikdə qeydiyyatsız yaşamış Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin İİ cild 139-140-cı vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyindən verilən arayışdan və xasiyyətnamədən, 142-143-cü vərəqələrdəki doğum haqqında şəhadətnamələrin surətlərindən, həmçinin 166-cı səhifədəki Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaracuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 may 2021-ci il tarixdə verilmiş 12 nömrəli məktubdan görünür ki, himayəsində 16 iyun 2016-cı il təvəllüdlü Məsud və 04 may 2020-ci il təvəllüdlü Tunc adında iki azyaşlı uşağı olmaqla, Naxçıvan MR., Naxçıvan şəhər, Bulqan kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ mədən, korpus 43-də qeydiyyatsız yaşamış Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə heç bir əks məlumat daxil olmamışdır. Cinayət işinin İİ cild 163-cü vərəqəsində olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 may 2021-ci il tarixli, 14-18/082 nömrəli məktubundan, həmçinin 164-165-ci səhifələrdəki nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 29 avqust 2018-ci il təvəllüdlü Yusif adında bir azyaşlı uşağı olmaqla, həbs olunanadək Bakı şəhəri, Binəqədi rayonu, 3126-cı məhəllədə yerləşən fərdi yaşayış evində arvadı X4 ilə birlikdə qeydiyyatsız yaşamış Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən tərtib olunmuş 06 iyul 2021-ci il tarixli ərizələrdən, eləcə də Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə göndərilmiş 15 iyul 2021-ci il tarixli ərizədən görünür ki, dəymiş zərər tam şəkildə ödənildiyinə görə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Bundan əlavə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ərizələrində zərərçəkmiş şəxslər barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaları, habelə talamağa cəhd etmə cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsin sını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması, habelə talamağa cəhd etmə cinayət əməllərini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, gənc olmaqla, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması, həmçinin Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 26 mart 2021-ci il tarixdən 17 iyul 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 3 (üç) ay 21 (iyirmi bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 1 azyaşlı uşağı olmaqla, gəncliyini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsin sını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması, habelə talamağa cəhd etmə cinayət əməllərini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, himayəsində 1 azyaşlı uşağı olmaqla, gənc olması, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması, həmçinin Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 26 mart 2021-ci il tarixdən 17 iyul 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 03 (üç) ay 21 (iyirmi bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs2 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 2 azyaşlı uşağı olmaqla, gəncliyini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsin sını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması, habelə talamağa cəhd etmə cinayət əməllərini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, himayəsində 2 azyaşlı uşağı olmaqla, gənc olması, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması, həmçinin Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 26 mart 2021-ci il tarixdən 17 iyul 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 03 (üç) ay 21 (iyirmi bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs3 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan 2 ədəd göy rəngdə boyalanmış 11 kv, 1000 amp gücündə olan elektrikli mühərriklər, 2 ədəd 7,5 kv 1000 amp gücündə olan elektrik mühərrikləri, “Kzubr, MMA 300 N” markalanma yazıları olan kabel ilə birlikdə 1 ədəd qaynaq aparatı, üzərində “Dayu” markalanma yazıları olan 1 ədəd laqonda aparatı, üzərində “Meakida, MD 130, 880W, 13 mm, made in China” markalanma yazıları olan 1 ədəd direl, 1 dəst müxtəlif ölçülü qayka açan 20 açardan, 3 ədəd qulpu qırmızı rəngli vint açandan, bir ədəd 10 mm ölçüdə yiv açandan və bir qutu divar kağızı kəsən tiyələrdən ibarət təmir alətləri qutusu və 1 ədəd taxta qulplu çəkic Zərərçəkmiş şəxs3, 1 ədəd üzərində “Кама КДЕ 6500 Т, Diesel Generator” markalı işıq generatoru, 1 ədəd metaldan hazırlanmış elektrik lövhə, 4 ədəd balaca və 3 ədəd iri soyuduculardan çıxarılmış paslanmış vəziyyətdə olan radiatorlar Zərərçəkmiş şəxs2, 1 ədəd plastik qapı isə Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 75 (yetmiş beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 03 (üç) ay 21 (iyirmi bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 03 (üç) ay 21 (iyirmi bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 03 (üç) ay 21 (iyirmi bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd göy rəngdə boyalanmış 11 kv, 1000 amp gücündə olan elektrikli mühərrikləri, 2 ədəd 7,5 kv 1000 amp gücündə olan elektrik mühərrikləri, “Kzubr, MMA 300 N” markalanma yazıları olan kabel ilə birlikdə 1 ədəd qaynaq aparatı, üzərində “Dayu” markalanma yazıları olan 1 ədəd laqonda aparatı, üzərində “Meakida, MD 130, 880W, 13 mm, made in China” markalanma yazıları olan 1 ədəd direl, 1 dəst müxtəlif ölçülü qayka açan 20 açardan, 3 ədəd qulpu qırmızı rəngli vint açandan, bir ədəd 10 mm ölçüdə yiv açandan və bir qutu divar kağızı kəsən tiyələrdən ibarət təmir alətləri qutusu və 1 ədəd taxta qulplu çəkic Zərərçəkmiş şəxs3, 1 ədəd üzərində “Кама КДЕ 6500 Т, Diesel Generator” markalı işıq generatoru, 1 ədəd metaldan hazırlanmış elektrik lövhə, 4 ədəd balaca və 3 ədəd iri soyuduculardan çıxarılmış paslanmış vəziyyətdə olan radiatorlar Zərərçəkmiş şəxs2, 1 ədəd plastik qapı isə Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 75 (yetmiş beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar