Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-35/2022 19.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X7 iştirakları ilə 19 aprel 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1990-cı il tarixdə Siyəzən rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyul 2021-ci il tarixdə, saat 09:10 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Gilgilçay stansiyası ərazisində yerləşən dəmir yolu xətləri ərazisindən 1148,14 manat dəyərində 14 ədəd rels yanlıqları, 42,7 manat dəyərində 14 ədəd calaq bolt-qaykalarını, cəmi 1190,84 manat dəyərində özgənin əmlakını götürüb aparmaqla, dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 23 iyul 2021-ci il tarixdə, səhər saat 09-10:00 radələrində Siyəzən rayonu, Gilgilçay dəmir yolu stansiyası ərazisində olarkən orada dayanmış yük vaqonlarında dəmir yolu xətləri üçün gətirilən rels yanlıqlarının olmasını görmüş və həmin yanlıqları götürüb, satmaqla pul əldə etmək qərarına gəlmişdir. İlk olaraq ətrafa göz gəzdirib, heç kəsin olmadığına əmin olduqdan sonra, yük vaqonlarının birindən 14 ədəd rels yanlığını, bolt qaykaları ilə birlikdə gizli yolla çıxardaraq, yerə atmış və həmin yanlıqları ərazidən tapdığı dörd ədəd kisəyə yığmış, habelə həmin kisələri əlləri ilə dartaraq stansiya ərazisindən çıxardıb, yol kənarına aparmışdır. Bundan təxminən 10-15 dəqiqə sonra, yoldan Mercedes markalı avtomobili ilə keçən həmkəndlisi Şahid2 onu görüb, avtomobilini saxlayaraq hara getdiyini soruşduqda, sonuncuya yaşadıqları kəndin çıxacağında olan avtobazanın yanında yerləşən metal qəbulu məntəqəsinə getdiyini bildirib, onu həmin yerə kimi aparmasını ondan xahiş etmiş, habelə Ruslan ilə birlikdə onun idarə etdiyi avtomobil ilə metal qəbulu məntəqəsinin qarşısına gəlmişdir. Oraya çatanda rels yanlıqlarını Ruslanla avtomobildən düşürdərək, onunla sağollaşmışdır. Bundan sonra, metal qəbulu məntəqəsində işləyən adını bilmədiyi şəxsə 14 ədəd rels yanlığını 140 manat müqabilində sataraq həmin yerdən çıxıb getmişdir. Bir qədər sonra ona tanımadığı mobil telefon nömrəsindən zəng gəlmiş və özünü polis əməkdaşı kimi təqdim edən şəxs tərəfindən Xaçmaz st. XPŞ-yə dəvət edilmişdir. Orada barəsində daxil olmuş məlumat barədə ona deyildikdə hər şeyi olduğu kimi etiraf etmiş və rels yanlıqlarını təhvil verdiyi yer barədə polis əməkdaşlarına məlumat vermişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, faydalı əmək fəaliyyəti ilə məşğul olmasının, eləcə də zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncunun nümayəndəsi tərəfdən ona qarşı şikayət və tələbin olmamasını nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, eləcə də şahidlərin verdikləri ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs QSC-də dispetçer vəzifəsində işləyir. İşlədiyi "xxxx" QSC dəmir yolu xətlərinin tikintisi və bina-qurğuların layihələndirilməsi ilə məşğul olur. 23 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-yə məxsus rels yanlıqlarının və bolt qaykalarının oğurlanması nəticəsində QSC-yə ümumilikdə 1190,84 manat ziyan dəymiş, bu ziyan aradan qaldırılmışdır. Odur ki, sonuncuya qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Siyəzən rayonu, Yenikənd kəndi ərazisində avtomobil təmiri sexinin qarşısında metal qəbulu məntəqəsini oğlu Vasiflə birlikdə işlədir. 23 iyul 2021-ci il tarixdə, saat 10-11:00 radələrində metal qəbulu məntəqəsində olarkən, bir nəfər şəxs ona yaxınlaşıb, dəmir detal satmaq istədiyini bildirmiş və avtomobilin yük yerini açaraq həmin detalları yerə boşaltmışdır. Həmin şəxsə problemli dəmir almadığını deyərək, xəbərdarlıq etmiş, detallar barədə soruşaraq maraqlanmış, bu şəxs isə detalların köhnədən qaldığını, onların özünə məxsus olduğunu və heç bir problem olmayacağını bildirmişdir. Bundan sonra, 14 ədəd rels yanlığı ilə bolt qaykaya görə həmin şəxsə 140 manat pul verməklə, bu detalları ondan almışdır. Bir qədər sonra Quba rayonunda olarkən oğlu Vasif ona zəng edib, rels yanlıqlarına görə məntəqəyə polis əməkdaşlarının gəldiyini bildirmiş, bu səbəbdən də məntəqəyə qayıtmaqla, polislərə yanlıqları necə aldığını izah etmiş, habelə sonuncular tərəfindən məntəqədə keçirilən baxış zamanı ümumilikdə rels yanlığı ilə bolt qaykalarını onlara təqdim etmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, 23 iyul 2021-ci il tarixdə, saat 10-11 radələrində Siyəzən rayonunun Yenikənd kəndində yerləşən Gilgilçay stansiyası ərazisindən özünə məxsus Mercedes markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yoldan keçərkən, həmkəndlisi Təqsirləndirilən şəxs yolun kənarında durduğunu görmüş, avtomobilini saxlayıb, ondan hara getdiyini soruşduqda, sonuncu kisələrdə dəmir hissələrin olmasını bildirərək, bir qədər aralıda yerləşən metal qəbulu məntəqəsinin yanında onu düşürtməsini xahiş etmiş, o, da Atakişini kisələrdə olan dəmir hissələri ilə qarşıda yerləşən metal qəbulu məntəqəsinin qabağına aparıb, orada düşürdərək çıxıb getmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/5422 nömrəli ekspert rəyinin surətindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" QSC-nin icraçı direktoru R.Sadıqov tərəfindən tərtib edilmiş 83-1/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli məlumata əsasən calaq bolt, qayka dəstinin və rels yanlığının 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4082,88 manat müəyyən edilir. Belə ki, 48 ədəd rels yanlığı-3936,48 (48X82,01 man) manat, 48 ədəd calaq bolt və qayka-146,40 (48X3,05) manat. Qərarda və məlumatda rels yanlığının tipi göstərilməmiş, həmçinin məmulatların istismar müddəti barədə məlumat olmadığından köhnəlmə faizi tətbiq edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 43-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişin surətindən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-cı vərəqəsindəki 30 noyabr 2021-ci il tarixli maddi sübut kimi tanınma, eləcə də 109-114-cü səhifələrində olan 08 dekabr 2021ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarların surətlərindən görünür ki, X8 və X10 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham və barələrində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Şahid1 və X11 barələrində CM-nin 194-cü maddəsi ilə, Şahid2 və X1 barələrində CM-nin 177-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd olunmuşdur. Həmçinin, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 332-ci maddəsi ilə tədbir görülməsindən ötrü qərarın surəti Xaçmaz st. XPŞ-nin İTQ-ya göndərilmişdir. Eyni zamanda, X5, X9 və Təqsirləndirilən şəxs oğlurladıqları 48 ədəd rels yanlıqları və 48 ədəd calaq bolt-qaykaları iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına verilmiş, həmçinin Təqsirləndirilən şəxs 14 ədəd rels yanlığı və 14 ədəd calaq bolt-qaykasını oğurlaması faktı üzrə bu cinayət işindən yeni cinayət işinin ayrılması məqsədə müvafiq bilinmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 122-130-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 1(059)-18/2022 saylı hökmünün surətindən görünür ki, X12 və X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin hökmə əsasən iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmiş 34 ədəd rels yanlığı və 34 ədəd calaq boltqaykaları hökm qanuni qüvvəyə mindikdən sonra "xxxx" QSC-yə qaytarılmalı və aparılmış ekspertizanın dəyəri olan 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər X3 və X6 müştərək qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 53-54-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli tələbnamədən, işin 64-66-cı vərəqələrində olan Lənkəran Hərbi Məhkəməsinin 25 avqust 2009-cu il tarixli, 1(096)-78/2009 saylı hökmünün surətlərindən, eləcə də iş materiallarına əlavə edilmiş Cəlilabad Hərbi Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 34 nömrəli məktubundan görünür ki, Əsgərov X4 Hərbi Məhkəməsinin 25 avqust 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, ona təyin olunmuş cəza 6 ay sınaq müddəti müəyyən edilməklə, şərti hesab edilmişdir. Sözügedən hökm icraya yönəldilmiş və icra olunmuşdur. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində cinayət xarakterli əməl və ya digər nizamintizam pozuntusu törətməmişdir. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-cü vərəqəsində olan 30 noyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 120-121-ci vərəqələrində olan arayışın və xasiyyətnamənin surətlərindən görünür ki, Siyəzən rayonunun Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-in Yenikənd kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə tərəfindən 18 aprel 2022-ci il tarixdə tərtib olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç şikayət və tələbləri yoxdur. Cəzanın təyin edilməsi məsələsi məhkəmənin mülahizəsinə buraxılır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, gənc olmaqla, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, gənc olmaqla, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin ½-i həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmiş 14 ədəd rels yanlığı və 14 ədəd calaq bolt-qaykaları hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə qaytarılmalıdır. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 1(059)- 18/2022 saylı hökmü ilə təqsirləndirilən şəxslər X3 və X6 məhkəmə məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərcinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi üçün müştərək qaydada tutulması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmiş 14 ədəd rels yanlığı və 14 ədəd calaq bolt-qaykaları hökm qanuni qüvvəyə mindikdən sonra "xxxx" QSC-yə qaytarılsın. Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 1(059)-18/2022 saylı hökmü ilə təqsirləndirilən şəxslər X3 və X6 məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilməsi üçün müştərək qaydada tutulması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-35/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-35/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver