Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-35/2023 06.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 06 iyun 2023-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1994-cü il tarixdə Ağdam rayonun, Maqsudlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də ekspeditor vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonun, Maqsudlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 7-ci döngədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 185.2.1-ci maddəsi, xx xxxxxx 1986-cı il tarixdə Tovuz rayonu, Əlimərdanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Tovuz rayon Suvarma Sistemləri İdarəsində meliorasiya işlərinin traktorçusu vəzifəsində işləyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 1(088)-148/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 7(002)-435/2019 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 01 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 11 oktyabr 2019-cu il tarixdə cəzasını tam şəkildə çəkdiyinə görə Tovuz rayon icra və probasiya şöbəsindən qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, Tovuz rayonu, Əlimərdanlı kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə, 01 yanvar 2023-cü il tarixdə, saat 04:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin H. Əliyev küçəsindəki 53 saylı evin qarşısında saxladığı ona məxsus VAZ 21099 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə, qaçırmış və həmin avtomaşın Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 01 yanvar 2023-cü il tarixdə Yaşma qəsəbəsindən keçən Bakı-Quba magistral yolunun kənarında aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə, 01 yanvar 2023-cü il tarixdə, saat 04:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin H. Əliyev küçəsindəki 53 saylı evin qarşısında saxladığı ona məxsus VAZ 21099 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə, qaçırmış və həmin avtomaşın Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 01 yanvar 2023-cü il tarixdə Yaşma qəsəbəsindən keçən Bakı-Quba magistral yolunun kənarında aşkar edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 12 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixə kimi "xxxx" ASC-də fəhlə kimi işləmiş, həmçinin digər Təqsirləndirilən şəxs2 orada tanımışdır. 31 dekabr 2022-ci il tarixdə bayram günü ilə əlaqədar "xxxx" ASC-də Təqsirləndirilən şəxs2la birlikdə yemək yeyib, bir litr spirtli içki araq, pivə, eləcə də “Yaguar” markalı energetik içki qəbul etmiş, bundan sonra 01 yanvar 2023-cü il tarixdə gecə saat 03:00 radələrində sonuncu ilə oradan çıxıb, Bakı şəhərinə getmək üçün taksi tapmaq məqsədilə piyada Siyəzən şəhərinə gəlmiş, habelə orada marketlə üzbəüz yerləşən fərdi yaşayış evinin qarşısında qapısı açıq olmaqla, açarı üzərində olan VAZ 21099 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb əyləşmiş, Təqsirləndirilən şəxs2 da onun yanında sağ oturacaqda əyləşdikdən sonra, avtomobili Bakı şəhəri istiqamətində idarə etməyə başlamış, habelə Yaşma ərazisində avtomobilin təkəri partlasa da, onu bir qədər idarə etdikdən sonra avtomobili sürə bilmədiyini müşahidə edib, onu yolun kənarında saxlayaraq, əvvəlcə Tural, daha sonra özü avtobusa əyləşməklə, Bakı şəhərinə getmişlər. Eyni zamanda, avtomaşını qaçırmaqda məqsədləri talamaq deyil, Bakı şəhərinə getmək olmuş, habelə bunun üçün Turalla qabaqcadan birgə razılığa gəlmişlər. Hazırda əməlindən peşmançılıq hissi keçirməsinin, eyni zamanda zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 31 dekabr 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs1lə fəhlə kimi işlədikləri "xxxx" ASC-də yemək yeyib, spirtli içki qəbul etdikdən sonra birlikdə, sərxoş halda piyada Siyəzən şəhərinə gəlmiş, habelə orada marketlə üzbəüz yerləşən fərdi yaşayış evinin qarşısında qapısı açıq olmaqla, açarı üzərində olan VAZ 21099 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb, özü sağ qabaq sərnişin oturacağında, Valeh isə sürücü oturacağında əyləşmiş, habelə sonuncu bu avtomobili idarə edərək, Bakı şəhəri istiqamətində yola düşmüşlər. Avtomaşını qaçırmaqda məqsədləri talamaq deyil, Bakı şəhərinə getmək olsa da, avtomaşının təkəri partladığından onu yol kənarında saxlayıb, avtobusla Bakı şəhərinə getmişlər. Eyni zamanda, avtomaşını qaçırmaq üçün Valehlə qabaqcadan birgə razılığa gəlmişlər. Hazırda, əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisədən əvvəl tanımamış, sonunculara qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. VAZ 21099 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2 ildən çox olar 3000 manata almaqla, etibarnamə əsasında idarə etmişdir. 31 dekabr 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixə keçən gecə, saat 01:00 radələrində VAZ 21099 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 53 saylı evin qarşısında saxlamış, həmçinin həmişəki kimi avtomobilin qapısını açıq, açarı isə üzərində olmuşdur. Təxminən saat 03:00 radələrində kimi oyaq olmuş, daha sonra evə gedib, səhər saat 07:00 radələrində yuxudan oyanmış, habelə avtomobilinin yerində olmadığını görmüş, həmin vaxt kimdənsə, o cümlədən dostlarından şübhələnməmiş, avtomobilinin qaçırıldığını başa düşüb, bu barədə dərhal polisə məlumat vermişdir. Bundan sonra, elə 01 yanvar 2023-cü il tarixdə tanışları ona zəng vurub, avtomaşınının Quba-Bakı magistral yolunun Yaşma ərazisində yol kənarında olduğunu bildirdikdə, o, bu barədə Siyəzən RPŞ-yə məlumat vermiş, habelə RPŞ-nin əməkdaşları ilə birlikdə ora gedib avtomaşını gətirmişlər. Sözügedən avtomaşını aşkar etdiklərində nəqliyyat vasitəsinin sağ qabaq və arxa təkərləri partlamış, hər iki diskləri yararsız halda, sağ qapısının alt hissəsi və sağ qanadı isə əzilmiş vəziyyətdə olmuşdur. Eyni zamanda, avtomobilin motoru da qaynatmışdır. Bundan başqa, hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş 1655 manat ziyan tam olaraq ödənildiyindən, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 6-10-cu, 69-70-ci və 103-104-cü vərəqələrində olan müvafiq olaraq 01, 24 yanvar və 05 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi, baxış və götürmə, eləcə də ifadənin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs ona məxsus VAZ 21099 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 53 saylı evin qarşısında qapıları açıq və açarı üstündə olan vəziyyətdə saxladığını bildirmiş, ifadələri yerində yoxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə sözügedən avtomobili qaçırdıqları yeri göstərmişlər. Eyni zamanda, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən 01 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı VAZ 21099 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri Yaşma qəsəbəsi ərazisindən keçən Quba- Bakı Magistral yolunun kənarında dayanmış vəziyyətdə, o cümlədən həmin magistralın kənarında üzü Bakı şəhəri istiqamətində sol təkərləri asfalt yolda və sağ təkərləri ehtiyat yolda dayanmış vəziyyətdə, sağ təkərlərinin şinləri üstündə olmadan aşkar olunmuş, baxış zamanı avtomobildən əl barmaq izləri götürülmüşdür. Həmçinin, avtomobil əzilmiş diskilərin üzərində dayanmış, sağ qapısının alt panel hissəsi və sağ qanadı əzilmiş, qabaq nömrəsi isə asılmış halda olmuşdur. Avtomobilə baxış keçirildikdən sonra müvafiq qaydada götürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi, eləcə də ifadənin yerində yoxlanılması zamanı “Samsung” markalı mobil telefonla müvafiq fotoşəkillər çəkilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 130-133-cü vərəqələrindəki 15 aprel 2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 24 yanvar 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs2 isə 04 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, həmçinin onlara CM-nin 185.2.4-cü və 186-cı maddələri ilə cinayət işini başlanması rədd edilmiş, eyni zamanda Zərərçəkmiş şəxs məxsus VAZ 21099 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq, sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 113-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 fevral 2023-cü il tarixli tələbnaməsindən, 122-129-cu vərəqələrdəki Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 1(088)-148/2017 saylı hökmünün surətindən, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 7(002)-435/2019 saylı qərarının, həmçinin Tovuz rayon icra və probasiya şöbəsinin 02 iyun 2023-cü il tarixli, CB-181/79726/2019 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.1ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 01 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 11 oktyabr 2019-cu il tarixdə cəzasını tam şəkildə çəkdiyinə görə Tovuz rayon icra və probasiya şöbəsindən qeydiyyatdan çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs2 hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olan şəxsdir. Cinayət işinin 43-cü səhifələrində olan 22 yanvar 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 63-64-cü vərəqələrindəki 24 yanvar 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-73-cü səhifələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 01 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunmaqla, onun olduğu yer müəyyən edildikdə, tutularaq Siyəzən RPŞ-yə gətirilib, istintaqa təqdim olunması, tutulduqda ifadəsinin alınması, ittiham edilməsi və digər istintaq hərəkətlərinin yerinə yetirilməsi məqsədilə 48 saat ərzində Siyəzən RPŞ-nin MSY-də saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-ci səhifəsində olan 04 fevral 2023cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:18-də Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində saxlanılaraq, Siyəzən RPŞ-yə gətirilmiş və RPŞ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işinin 97-98-ci vərəqələrindəki 05 fevral 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 15:30-da Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 114-115-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, Azərbaycan Respublikası DİN Suraxanı Rayon Polis İdarəsinin 14 fevral 2023-cü il tarixli, 3-13-54/2-3011/23 saylı məktubunun surətindən, həmçinin iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, hüquqi ünvanı Bakı şəhərinin Sabunçu rayonundakı Bakıxanov ŞTQ-nın Yavər Əliyev (Bakıxanov qəsəbəsi) küçəsində yerləşən 00/37 saylı ev olan "xxxx" MMC-də ekspeditor vəzifəsində işləməklə, Ağdam rayonun, Maqsudlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 7-ci döngədə yaşayan Təqsirləndirilən şəxs1 barəsində Ağdam RİHB-nin Maqsudlu kənd İƏD üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamış, sonuncu daim özünü nümunəvi apararaq, ictimai işlərdə fəal iştirak etmiş və ictimaiyyətin hörmətini qazanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Tovuz rayon Suvarma Sistemləri İdarəsində meliorasiya işlərinin traktorçusu vəzifəsində işləməklə, Tovuz rayonunun Əlimərdanlı kəndində qeydiyyatda olaraq, yaşayan Təqsirləndirilən şəxs2 himayəsində 07 iyul 2009-cu il təvəllüdlü Nərmin adında bir yetkinlik yaşına çatmayan uşağı vardır. Cinayət işinin 33-cü vərəqəsində olan fiziki şəxs X6 tərəfindən 22 yanvar 2022-ci il tarixdə tərtib edilmiş ziyan aktından, eləcə də iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərtib etdiyi 06 iyun 2023-cü il tarixli ərizədən və elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs, X2 mülkiyyətində olmaqla, 20 fevral 2022-ci il tarixdə ölmüş mərhum əmisi oğlu X1 etibarnaməli idarəçiliyində olmuş, habelə hazırda faktiki saxlancında olan VAZ 21099 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ona dəymiş 1655 manat maddi ziyan tam şəkildə ödənildiyinə görə təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmiş, həmçinin sonunculara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs aid avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayət əməlini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmaqla, Bakı şəhərində faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, həmçinin zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə aid avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) kimi hüquqazidd əməli törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, bu əməlin törədilməsində iştirakını, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, gənc yaşda olmaqla, Bakı şəhərində faydalı əmək fəaliyyəti ilə məşğul olması, həmçinin zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 22 yanvar 2023-cü il tarixdən 24 yanvar 2023-cü il tarixə həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əməklə məşğul olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə aid avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) kimi hüquqazidd əməli törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, bu əməlin törədilməsində iştirakını, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini (əvvəllər bu kateqoriyadan törətdiyi cinayət əməlinə görə çəkdiyi cəzadan nəticə çıxarmamasını, habelə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini) və onun tərəfindən əvvəl də olduğu kimi mülkiyyət əleyhinə kateqoriyadan olan cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, barəsində axtarış tətbiq olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, həmçinin hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin ½ hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 04 fevral 2023-cü il tarixdən 05 fevral 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 06 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “VAZ 21099” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşın sahibi, Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21099” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşın sahibi, Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-35/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-35/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver