Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-37/2022 12.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 12 aprel 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1998-ci il tarixdə Siyəzən rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 1(059)-29/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bu məhkəmənin 13 noyabr 2020-ci il tarixli, 7(059)-22/2020 saylı qərarı ilə ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 23 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 05 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 24 aprel 2021-ci il tarixdə cəza müddəti başa çatmış, üzərində məhkumluğu olan, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 23 yanvar 2021-ci il tarixdə, təxminən saat 06:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Siyəzən rayonunun Zarat kəndində yerləşən evin aynabəndində olan masanın üzərindəki sonuncuya məxsus 320 manat dəyərində “Samsung A32” markalı mobil telefonu və həmin aynabənddə divanın üzərində olan Zərərçəkmiş şəxs məxsus şalvarın qabaq sağ cibindən 1 ədəd 200 manatlıq, 2 ədədi 100 manatlıq, 5 ədədi 20 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 500 manat məbləğində nağd pulu oğurlayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 820 manat məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Məhkəmə iclasında ona elan olunmuş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etsə də, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək, göstərmişdir ki, o, 23 yanvar 2022-ci il tarixədək həmkəndlisi Nurəddinin evində qalmaqla, ona köməklik etmiş, habelə həmin ərəfədə sonuncudan evində qalmağa icazə verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs onunla razılaşaraq, onu Siyəzən rayonunun Zarat kəndindəki yaşadığı evə qəbul etmişdir. Bundan sonra, o, Nurəddin və onun ailə üzvləri ilə birlikdə eyni ünvanda yaşamağa başlamış, ev işlərində, iri buynuzlu heyvanlara baxmaqda ona köməklik etmiş, əvəzində isə Zərərçəkmiş şəxs ona yemək vermiş və baxmışdır. 23 yanvar 2022-ci il tarixdə, saat 06:00 radələrində o, yuxudan oyanıb, oğurluq etmək qərarına gəlmiş, habelə Nurəddinin yatmasından istifadə etməklə, onun əynindən çıxararaq divanın yanına qoyduğu şalvarının sağ cibindəki bir ədəd 200 manatlıq, iki ədəd 100 manatlıq və 5 ədəd 20 manatlıq pulları götürüb, cibinə qoymuşdur. Bundan sonra o, evdə olan stolun üzərində Nurəddinə məxsus Samsung A 32 markalı mobil telefonu da götürüb, cibinə qoymuş və evdən sakitcə çıxmışdır. Daha sonra o, Siyəzən rayonu ərazisində Bakı-Quba magistral yolunun üzərində yerləşən yanacaq doldurma məntəqələrindən birində 200 manatlıq pul əksinasını xırdalayıb, yoldan keçən avtomobillərdən biri ilə Bakı şəhərinə getmiş, orada “Şamaxinka” adlanan yerdə avtomobildən düşmüşdür. O, oğurladığı 500 manat puldan 227 manatını Bakı şəhəri, “Şamaxinka” adlanan yerdə yerləşən marketlərdə və orda olan kafelərdə, eləcə də ərzaq və digər mağazalarda şəxsi ehtiyacları üçün xərcləmiş, kafelərdə spirtli içki qəbul etmiş, məhz bundan sonra 23 yanvar 2022-ci il tarixdə, təxminən saat 23:00 radələrində yenidən yoldan keçən avtomobillərdən biri ilə Siyəzən rayonuna qayıtmış, bunun üçün sürücüyə 40 manat zəhmət haqqı vermişdir. O, Siyəzən rayonunun Böyük Həmyə kəndi ərazisində avtomaşından düşmüş, həmin vaxt artıq təxminən saat 01:00 radələri olmuşdur. Avtomobildən düşdükdən sonra Siyəzən RPŞ-nin polis əməkdaşları onu Siyəzən rayonunun Böyük Həmyə kəndi ərazisində beton yolun kənarında saxlamış, habelə RPŞyə aparıb, növbətçi hissəyə təhvil vermişlər. O, Nurəddinə məxsus olmaqla, cibində qalmış 233 manat pulu və Samsung A 32 markalı telefonu təhqiqat qrupuna təqdim etmişdir. Oğurluq etməyə onu heç kim sövq etməmiş, oğurluq edərkən tək olmuş və bu barədə heç kimin xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 2022-ci ilin yanvar ayından həmkəndlisi Təqsirləndirilən şəxs onunla Siyəzən rayonunun Zarat kəndində bir evdə yaşamaqla, təsərrüfat işlərində və heyvana baxmaqda ona köməklik etmişdir. Təqsirləndirilən şəxs kasıb, eləcə də baxımsız olduğundan sonuncunu öz istəyi ilə yanında saxlamış, habelə ailə üzvləri ilə birlikdə baxaraq, ona yardım etmişdir. 23 yanvar 2022-ci il tarixdə, saat 07:00 radələrində o, yuxudan oyanıb, Təqsirləndirilən şəxs evdə olmadığını görmüş, həmçinin aynabənddə ola divanın yanına gecədən qoyduğu şalvarının sağ yan cibinə baxarkən 500 manat pulunun və evdəki stolun üzərində olan Samsung A 32 markalı mobil telefonunun yerində olmadığını təsbit etmişdir. Daha sonra, ona Təqsirləndirilən şəxs pulu və mobil telefonu oğurlayaraq, evdən çıxıb getməsi məlum olmuş, bu barədə oğlu Vüqara bildirmiş və sonuncu DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona 820 manat zərər dəymiş, mobil telefonu və 233 manat pulu Siyəzən RPŞ vasitəsilə qaytarılsa da, 267 manat zərəri ödənilməmişdir. Hazırda, dəyən ziyan tam ödənilmədiyindən o, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022-ci il tarixli, 9/590 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 ədəd qara rəngli, “Samsung Galaxy” markalı, “SM-A325F/DS” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla, orta bazar qiyməti təxminən 320 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatnın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-21-ci vərəqələrində olan 24 yanvar 2022-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, 24 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus olmaqla, ittihamın əsasını təşkil edən “Samsung A32” markalı mobil telefon, eləcə də 1 ədədi 100 manatlıq 6 ədədi 20 manatlıq, 1 ədədi 10 manatlıq və 3 ədəd 1 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 233 manat məbləğində pul müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-ci vərəqəsindəki 24 yanvar 2022-ci il tarixli, 61-ci vərəqəsindəki 14 mart 2022-ci il tarixli qəbzlərdən, eləcə də işin 62-67-ci vərəqələrində olan 14 mart 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədədi 100 manatlıq, 6 ədədi 20 manatlıq, 1 ədədi 10 manatlıq, 3 ədədi 1 manatlıq pul əskinasları formasında olmaqla ümumilikdə, 233 manat məbləğində pul və “Samsung Galaxy” markalı, “SM-A325F/DS” modelli mobil telefon maddi sübut kimi tanınaraq, Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 46-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli tələbnamədən, işin 47-50-ci vərəqələrində olan Siyəzən Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 1(059)-29/2019 saylı hökmünün, 13 noyabr 2020-ci il tarixli, 7(059)-22/2020 saylı qərarının, eləcə də iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinin 27 aprel 2021-ci tarixli, 17/29-2031 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bu məhkəmənin 13 noyabr 2020-ci il tarixli qərarı ilə ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 23 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 05 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 24 aprel 2021-ci il tarixdə isə o, cəza müddətinin sona çatması ilə əlaqədar olaraq cəzadan azad edilmişdir. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci vərəqələrində olan 14 mart 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 53-54-cü vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs hərbi mükəlləfiyyətli olmamaqla, heç bir yerdə işləmir, bundan əvvəl məhkumluğu olmuşdur. O, yaşadığı ərazidə özünü qeyri-normal aparır, dəfələrlə evlərə, mağazalara oğurluğa cəhd etmişdir. Bununla belə, onun barəsində Siyəzən rayonu İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə rəsmi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs 12 aprel 2022-ci il tarixdə tərtib etdiyi ərizədən görünür ki, dəyən ziyan tam ödənilmədiyindən o, təqsirləndirilən şəxsdən şikayətçidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gəncliyini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Azərbaycan Respublikasının CM-nin 18-cü maddəsinin 4-cü hissəsinin 4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Məhkəməsinin 08 avqust 2019-cu il tarixli hökmü ilə qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin, bu məhkəmənin 13 noyabr 2020-ci il tarixli qərarı ilə ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 23 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 05 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanaraq bir daha qeyd etmək olar ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsi nəzərə alınmaqla, residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə mülkiyyətə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini (ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər bu kateqoriyadan törətdiyi inzibati xəta əməllərinə görə verilmiş tənbehlərdən, həmçinin bu kateqoriyadan törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah, o cümlədən tərbiyə olunmamasını, yeni cinayət törətməyə meylliyini), həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, gəncliyi kimi yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın ½ hissəsinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 1 ədədi 100 manatlıq, 6 ədədi 20 manatlıq, 1 ədədi 10 manatlıq, 3 ədədi 1 manatlıq pul əskinasları formasında olmaqla ümumilikdə, 233 manat məbləğində pul və “Samsung Galaxy” markalı, “SM- A325F/DS” modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 1 ədədi 100 manatlıq, 6 ədədi 20 manatlıq, 1 ədədi 10 manatlıq, 3 ədədi 1 manatlıq pul əskinasları formasında olmaqla ümumilikdə, 233 manat məbləğində pul və “Samsung Galaxy” markalı, “SM- A325F/DS” modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-37/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-37/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver