Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-37/2024 03.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə 03 sentyabr 2024-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1980-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 1(012)- 11/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5-ci və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 26 may 2022-ci il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alınmış, Abşeron Rayon Məhkəməsinin qeyd olunan hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05 (beş) ay 27 (iyirmi yeddi) gününü çəksə də, 23 noyabr 2022-ci il tarixə bu cəzanın 02 (iki) iİ 05 (beş) ay 29 (iyirmi doqquz) gün hissəsi çəkilməmiş qalmış, üzərində məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, bu şəhərin 1-ci mikrorayon, ev 16/29, mənzil 12 ünvanında yaşamış, barəsində Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 4(012)- 744/2022 saylı qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 əlilliyə görə əmək pensiyası təyin etdirəcəyinə dair yalan vəd verərək, 2020-ci ilin fevral ayında Siyəzən şəhəri ərazisində sonuncunun 3500 manat pul vəsaitini ələ keçirməklə, dələduzluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 əlilliyə görə əmək pensiyası təyin etdirəcəyinə dair yalan vəd verərək, 08 oktyabr 2020-ci il tarixdə sonuncunun yaşadığı Siyəzən şəhərinin ünvan 5 ünvanda yerləşən evində 7000 manat pul vəsaitini ələ keçirməklə, xeyli miqdarda ziyan vuraraq, dələduzluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 oğlunu “British Petrolium” şirkətinə işə düzəldəcəyinə dair yalan vəd verərək, 2021-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs4 yaşadığı Siyəzən şəhərinin ünvan 5 ünvanda yerləşən evində 8000 manat pul vəsaitini ələ keçirməklə, xeyli miqdarda ziyan vuraraq, dələduzluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 əlilliyə görə əmək pensiyası təyin etdirəcəyinə dair yalan vəd verərək, 10 dekabr 2021-ci il tarixdə sonuncunun yaşadığı Siyəzən şəhərinin ünvan 6 ünvanda yerləşən evində 3500 manat pul vəsaitini ələ keçirməklə, dələduzluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 əlilliyə görə əmək pensiyası təyin etdirəcəyinə dair yalan vəd verərək, 15 dekabr 2021-ci il tarixdə ortaq tanışları Zərərçəkmiş şəxs1 yaşadığı Siyəzən şəhərinin ünvan 6 ünvanda yerləşən evində Zərərçəkmiş şəxs3 3500 manat pul vəsaitini ələ keçirməklə, dələduzluq etmişdir. Bundan başqa o təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əlilliyə görə əmək pensiyası təyin etdirəcəyinə dair yalan vəd verərək, 08 may 2022-ci il tarixdə ortaq tanışları Şahid1 yaşadığı Siyəzən şəhərinin T.İsmayılov küçəsində yerləşən 49 nömrəli evin 31 nömrəli mənzilində Zərərçəkmiş şəxs2 5400 manat pul vəsaitini ələ keçirməklə, xeyli miqdarda ziyan vuraraq, dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 əlilliyə görə əmək pensiyası təyin etdirəcəyinə dair yalan vəd verərək, 2020-ci ilin fevral ayında Siyəzən şəhəri ərazisində sonuncunun 3500 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsi ilə ələ keçirməklə, dələduzluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 əlilliyə görə əmək pensiyası təyin etdirəcəyinə dair yalan vəd verərək, 08 oktyabr 2020-ci il tarixdə sonuncunun yaşadığı Siyəzən şəhərinin ünvan 5 ünvanda yerləşən evində 7000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsi ilə ələ keçirməklə, xeyli miqdarda ziyan vuraraq, dələduzluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 oğlunu “British Petrolium” şirkətinə işə düzəldəcəyinə dair yalan vəd verərək, 2021-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs4 yaşadığı Siyəzən şəhərinin ünvan 5 ünvanda yerləşən evində 8000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsi ilə ələ keçirməklə, xeyli miqdarda ziyan vuraraq, dələduzluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 əlilliyə görə əmək pensiyası təyin etdirəcəyinə dair yalan vəd verərək, 10 dekabr 2021-ci il tarixdə sonuncunun yaşadığı Siyəzən şəhərinin ünvan 6 ünvanda yerləşən evində 3500 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsi ilə ələ keçirməklə, dələduzluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 əlilliyə görə əmək pensiyası təyin etdirəcəyinə dair yalan vəd verərək, 15 dekabr 2021-ci il tarixdə ortaq tanışları Zərərçəkmiş şəxs1 yaşadığı Siyəzən şəhərinin ünvan 6 ünvanda yerləşən evində Zərərçəkmiş şəxs3 3500 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsi ilə ələ keçirməklə, dələduzluq etmişdir. Bundan başqa o təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əlilliyə görə əmək pensiyası təyin etdirəcəyinə dair yalan vəd verərək, 08 may 2022-ci il tarixdə ortaq tanışları Şahid1 yaşadığı Siyəzən şəhərinin T.İsmayılov küçəsində yerləşən 49 nömrəli evin 31 nömrəli mənzilində Zərərçəkmiş şəxs2 5400 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsi ilə ələ keçirməklə, xeyli miqdarda ziyan vuraraq, dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslərin əksəriyyətini bir başa, bəzilərini isə vasitəçilik yolu ilə əvvəldən tanımaqla, sonunculara qarşı heç bir düşmənçilik və ədavəti olmamış, habelə məqsədi onlara köməklik göstərmək olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs1 təxminən 2020-ci ilin yanvar ayında Quba Rayon Mərkəzi Xəstəxanasında işləyən Ülkər adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, Ülkər, Samit adlı şəxsdən Təqsirləndirilən şəxs1 məxsus mobil telefon nömrəsini alıb ona vermiş, habelə Samit Ülviyyənin hansısa universitetdə dekan vəzifəsində işlədiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng edərək, onunla əlaqə saxladığında sonuncu, Azərbaycan Respublikasının Müdafiə Sənaye Nazirliyində işləməklə, şəxslərə əlilliyə görə əmək pensiyası təyin etdirməsində köməklik göstərə biləcəyini bildirmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs5 sonuncunun qardaşı qızı olmaqla, Siyəzən rayon Mərkəzi poliklinikasında birlikdə işlədiyi Aygül vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs5 ilə görüşərkən sonuncu İİ dərəcəli əlilliyə görə əlillik müddətinin bitməsinə az qaldığını bildirmış, bu müddətin uzadılmasında köməklik göstərməsini istəmişdir. Beləliklə, 2020-ci ilin fevral ayında Siyəzən rayon Mərkəzi poliklinikasında Zərərçəkmiş şəxs5, sonuncuya təkrar əlillik təyin olunmasına köməklik göstərəcəyini vəd vermiş, ondan 3500 manat məbləğində pul almış, habelə bu məbləğin 300 manatını özünə götürsə də, qalan 3200 manat məbləği Ülviyyənin kart hesabına göndərməklə və sonuncu ilə Xaçmaz rayonunda görüşməklə, ona əlbəəl vermişdir. Hazırda Zərərçəkmiş şəxs5 aldığı məbləği sonuncuya qaytarmışdır. Bununla yanaşı, 08 oktyabr 2020-ci il tarixində Zərərçəkmiş şəxs4 yaşadığı Siyəzən şəhərinin ünvan 5 ünvanda yerləşən evində 7000 manat məbləğində pul almış, habelə ürəyində xəstəlik olan sonuncuya əlillik dərəcəsi təyin edilməsində köməklik göstərəcəyinə dair vəd vermişdir. Həmçinin, Zərərçəkmiş şəxs4 oğlunu “British Petrolium” şirkətinə işə düzəltmək üçün 10 avqust 2021-ci il tarixdə 8000 manat məbləğində pul almış, habelə 7000 manat məbləğin 400 manatını özünə götürməklə, qalan 6600 manatın 3800 manatını Ülviyyənin kart hesabına göndərmiş, 2800 manatı və 8000 manatı isə sonuncu ilə Xaçmaz rayonunda görüşərək, ona əlbəəl vermişdir. Hazırda Zərərçəkmiş şəxs4 aldığı məbləği sonuncuya qaytarsa da, Təqsirləndirilən şəxs1 etiraf etdiyi 3800 manatı geri verməmişdir. Bundan əlavə, 10 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Siyəzən şəhərinin ünvan 6 ünvanda yerləşən evində 3500 manat məbləğində pul almış, bu məbləğin 300 manatını özünə götürməklə, 3200 manatını Təqsirləndirilən şəxs1 vermişdir. Həmçinin, əlillik müddəti bitmiş Zərərçəkmiş şəxs1 bu məbləği sonuncuya təkrar əlillik təyin olunmasında köməklik göstərmək vədi ilə almışdır. Hazırda həmin məbləği də Zərərçəkmiş şəxs1 geri qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 ilə münasibəti Zərərçəkmiş şəxs1 vasitəsi ilə yaranmışdır. Əlillik müddəti bitmiş Zərərçəkmiş şəxs3 da, ona təkrar əlillik təyin olunmasında köməklik göstərməyini istədiyindən, sonuncudan 15 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Siyəzən şəhərinin ünvan 6 ünvanda yerləşən evində 3500 manat məbləğində pul almışdır. Hazırda həmin məbləği də Zərərçəkmiş şəxs3 qaytarmışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs2 2022-ci ilin may ayında Şahid1 yaşadığı ünvan 7 ünvanında 5400 manat məbləğində pul almışdır. Belə ki, Zərərçəkmiş şəxs2 da, əlilliyə görə əmək pensiyası təyin etdirəcəyinə dair vəd vermişdir. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməyinin, yaxın qohumlarının köməkliyi ilə zərərçəkmiş şəxslərə vurmuş olduğu zərəri tam şəkildə qaytarmağının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, digər Təqsirləndirilən şəxs2 ortaq tanışıları olan Samit adlı şəxs vasitəsilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 yanlış məlumat verilərək, onun hansısa universitetdə dekan vəzifəsində işlədiyi bildirilsə də, o, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Kosmoloji İnstitutun direktor müavini olan Şahid2 Məhəmməd oğlunun köməkçisi vəzifəsində işləmişdir. Bununla belə, ilk dəfə təxminən 2021-ci il may ayında Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng edib, müəllimlərin işə qəbulu imtahanında iştirak edəcək tanışına imtahandan keçməsi ilə bağlı köməklik etməyini istədikdə, o, sonuncuya artıq gec olduğunu, habelə bir qədər tez məlumat versəydi, köməklik edə biləcəyini bildirmişdir. Növbəti dəfə, təxminən 07 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 “WhatsApp” tətbiqi vasitəsi ilə ona mesaj yazaraq, özünü tanıtmış və zəng etmək istədiyini qeyd etmişdir. Habelə, Təqsirləndirilən şəxs2 ilə bu danışıqları zamanı sonuncu Zərərçəkmiş şəxs4 əmək kitabçasına əlavə staj yazdırmaq lazım olduğunu qeyd etmiş, köməklik etməsini istəmişdir. Beləliklə, sonuncu qeyd etdiyi hala görə 2021-ci ilin iyul ayında Aynurə ilə Quba rayonunda görüşüb, Zərərçəkmiş şəxs4 məxsus əmək kitabçasını ondan almış, habelə, həmin əmək kitabçasına əlavə staj yazılması üçün kitabçanı Samidə vermişdir. Habelə, Samitvasitəsilə kitabçaya əlavə staj yazılmaqla, bunun müqabilində Aynurə tərəfindən onun kart hesabına göndərilmiş 1100 manat məbləğində pulun 1000 manatını Samidə, 100 manatını isə o, öz mənfəətinə götürmüşdür. Qeyd edir ki, Aynurə, onun tərəfindən göndərilmiş işlər barədə Samitə məlumat verməsini istəməmiş, sonuncu tərəfindən ona az mənfəət verildiyini bildirmişdir. Bundan sonra, təxminən 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 oğlu Orxanı “BP” şirkətinə işə düzəltməkdə köməklik etməsini istədikdə, o, Şahid2 ilə bu məsələni danışdıqdan sonra köməklik edə biləcəyini bildirmişdir. Beləliklə, Şahid2 razılıq aldıqdan sonra, bu iş üçün 4000 manat məbləğində pul lazım olduğunu qeyd etsə də, bundan təxminən iki-üç gün sonra, Aynurə, onun Şahid2 olan kart hesabına 3800 manat məbləğində pul göndərmiş, 200 manatını öz mənfəəti üçün götürdüyünü bildirmişdir. Lakin, müəyyən müddət keçməsinə baxmayaraq, iş həllini tapmadığı üçün Aynurədən mobil telefon nömrəsini almış Surəxanım onunla əlaqə saxlayıb oğlunun işi üçün Aynurəyə 8000 manat məbləğində pul verdiyini bildirdikdə, bu işin müqabilində Aynurə tərəfindən ona 3800 manat pul verildiyini bildirib, bu barədə qəbzi ona nümayiş etdirmiş və həmin məbləğdə pulu Şahid2 verdiyini qeyd etmişdir. Habelə, Surəxanım ilə Bakı şəhərində görüşdüyündə isə sonuncu Aynurəyə cəmi 16000 manat məbləğində (oğlunun işə düzəlməsi, əmək kitabçasına əlavə staj yazılması, əlillik dərəcəsi təyin edilməsi üçün) pul verdiyini, həmin məbləğə görə faiz ödədiyini, oğlunun işi alınmadığı üçün maddi vəziyyətinin ağır olduğunu qeyd etmişdir. Bununla bağlı Şahid2 ilə əlaqə saxlayıb, mövcud vəziyyət barədə ona məlumat vermiş, habelə Surəxanımı və oğlu Orxanı, Şahid2 ilə görüşdürmüş, sonuncu bu görüş zamanı Orxanı qəbula salacağını bildirməklə yanaşı, vəd verdiyi işə düzəldəcəyini qeyd edib, bir qədər gözləmələrini istəmişdir. Lakin, Bəşirin, Orxanı qəbula salması ilə bağlı vəd verdiyi tarixdən ötdüyü üçün Surəxanım ilə Siyəzən rayonunun ərazisində təkrarən görüşüb, sonuncuya 3800 manat məbləğin 300 manatını öz mənfəəti üçün götürdüyünü, 3500 manatın isə Bəşirdə olduğunu bildirib, belə məsələlərə görə sonuncu ilə münaqişə etdiyini qeyd etmişdir. Bundan başqa, təxminən 2020-ci ildə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 əlilik dərəcəsi təyin edilməsi məqsədi ilə onun kart hesabına 1100 manat məbləğində pul göndərmişdir. O, isə həmin məbləğdə pulu Samitə vermişdir ki, sonuncu sonradan həmin məbləğdən 400 manat ona verməli olsa da, verməmişdir. Bundan əlavə, 2021-ci ilin yay aylarında Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs2 da, əlillik dərəcəsi təyin edilməsi məqsədi ilə onun kart hesabına 1100 manat məbləğində pul göndərib ki, o, bu məbləği də, Samitə vermiş, sonuncu isə hər məbləğdən 100 manatını ona qaytarmışdır. Yuxarıda adlarını çəkdiyi şəxslərdən ümumilikdə 6000 manat məbləğində pulu Aynurə vasitəsilə almış, 1200 manat məbləğini isə 2021-ci ilin sentyabr ayında sonuncuya qaytarmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərdən hansı məbləğdə pul alması barədə bir söz deyə bilməz, lakin istər Təqsirləndirilən şəxs2 istərsə də, digər şəxslər tərəfindən onun kart hesabına göndərilmiş məbləğlər barəsində ibtidai istintaq aparan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən çıxarılmışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs5 hər hansı bir məbləğdə və ya digər zərərçəkmiş şəxslərdən artıq məbləğlərdə pul alıbsa, həmin pulları ona verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, sonuncunun təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə sonuncu əmələ münasibətdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tam təqsirli olması sonuncu təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də məhkəməyədək istintaq dövründə toplanmaqla, məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 hadisədən əvvəl tanımasa da, Təqsirləndirilən şəxs2 2020-ci ildən tanımış, habelə sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 2020-ci ilin fevral ayında Siyəzən rayon Mərkəzi poliklinikasında Təqsirləndirilən şəxs2 3500 manat məbləğində pul vermiş, habelə sonuncu əlilliyə görə aldığı əmək pensiyasının müddətinin uzadılmasında ona köməklik göstərəcəyinə dair vəd vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 vədinə əməl etməmiş, habelə hər dəfəsində 500 manat olmaqla, cəmi 2000 manat pulunu 2023-cü ildə, 1500 manat məbləğində pulunu isə təxminən 15-16 iyun 2024-cü il tarixlərində geri qaytarmışdır. Təqsirləndirilən şəxs2 ondan aldığı pulu kimə verdiyi barədə bildirsə də, o, pul verilmiş şəxsi tanımadığı üçün, həmin şəxs barəsində ətraflı maraqlanmamışdır. Hazırda notarial qaydada təsdiq olunmuş ərizəsini təzyiq və təsir altında deyil, sərbəst və öz iradəsi ilə tərtib etmişdir. Odur ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 hadisədən əvvəl tanımasa da, Təqsirləndirilən şəxs2 müəyyən müddətdir tanımışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 özü üçün əlilliyə görə əmək pensiyası təyin etdirməsi məqsədi ilə 08 oktyabr 2020-ci il tarixdə 7000 manat, oğlu Orxan Niftəliyevi “British Petrolium” şirkətinə işə düzəltmək üçün isə 10 avqust 2021-ci il tarixdə 8000 manat məbləğində pulu yaşadığı Siyəzən şəhəri, ünvan 8 ünvanında vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 vədinə əməl etmədiyindən, sonuncudan pulları kimə verdiyini maraqlanaraq, həmin şəxsin mobil telefon nömrəsini istəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 ilə həm mobil telefon vasitəsi ilə əlaqə saxlayarkən, həm də Bakı şəhərində görüşərkən, sonuncu ona həmin məbləğlərdən 3800 manat pul göndərildiyini qeyd etmişdir. Bundan əlavə, təxminən 16-17 iyun 2024-cü il tarixdə yaşadığı evdə Təqsirləndirilən şəxs2 pulunu tam şəkildə ona qaytarmış, habelə notarial qaydada təsdiq olunmuş ərizəsini təzyiq və təsir altında deyil, sərbəst və öz iradəsi ilə tərtib etmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 əvvəllər tanımasa da, Təqsirləndirilən şəxs2 təxminən 8 ildən artıq müddətdir tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 xəstəxanada işləyərkən yaşadığı evə gəlib, ona və ailəsinə tibbi yardım göstərdiyindən onunla yaxşı münasibətləri yaranmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 vəzifəli tanışlarının vasitəsi ilə onun üçün əlilliyə görə əmək pensiyası təyin etdirə biləcəyini bildirib, bunun müqabilində 3500 manat məbləğində pul lazım olduğunu qeyd etmişdir. Buna görə də, o, 10 dekabr 2021-ci il tarixdə yaşadığı Siyəzən şəhərinin ünvan 6 ünvanda yerləşən evində Təqsirləndirilən şəxs2 3500 manat məbləğində pul vermiş, habelə sonuncu ona 2 ay müddətinə əlilliyə görə əmək pensiyası təyin etdirəcəyini vəd vermişdir. Lakin, bu tarixdən 5-6 ay keçməsində baxmayaraq, Təqsirləndirilən şəxs2 vədinə əməl etmədiyi üçüm pulunu geri tələb etmiş, habelə sonuncu 2022-ci ilin fevral ayında 900 manat olmaqla, əvvəl cəmi 1500 manat, hazırki cinayət işi ilə bağlı məhkəmə bildirişini qəbul etdiyi tarixdən təxminən dörd gün öncə, yəni 17 iyun 2024cü il tarixdə 2000 manat məbləğində pulunu geri qaytarmışdır. Hesab edir ki, Təqsirləndirilən şəxs2 verdiyi 3500 manat məbləğində pulu sonuncu Təqsirləndirilən şəxs1 verməmişdir. Bundan başqa, ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla yanaşı, notarial qaydada təsdiq olunmuş ərizəsini təzyiq və təsir altında deyil, sərbəst və öz iradəsi ilə tərtib etmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 əvvəllər tanımasa da, Təqsirləndirilən şəxs2 qohumu olmaqla, hazırki işdə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs2, onun üçün nevroloji xəstəliyi ilə əlaqədar İİ qrup əlilik dərəcəsi təyin etdirə biləcəyini bildirmiş, bunun müqabilində 3500 manat məbləğində pul istəmişdir. Beləliklə, 2021-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 yaşadığı Siyəzən şəhəri, ünvan 9 ünvanda Təqsirləndirilən şəxs2 3500 manat məbləğində pul vermiş, habelə sonuncu 3 ay müddətində bu vədinə əməl etməyi öhdəliyinə götürmüşdür. Lakin, bundan bir müddət keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2 vədinə əməl etməməklə yanaşı, əvvəl pulu kimə verdiyini bildirməsə də, sonradan həmin məbləği Təqsirləndirilən şəxs1 verdiyini qeyd etmişdir. Bundan başqa, 11 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 pulunu tam şəkildə qaytarmış, habelə notarial qaydada təsdiq olunmuş ərizəsini təzyiq və təsir altında deyil, sərbəst və öz iradəsi ilə tərtib etmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımasa da, sonuncu ilə tanışlığı əmisinin arvadı Şahid1 vasitəsi ilə yaranmışdır. Belə ki, ürəyində xəstəlik olduğu üçün Təqsirləndirilən şəxs2 onun üçün əlilliyə görə əmək pensiyası təyin etdirə biləcəyini bildirib, habelə 5500 manat pul lazım olduğunu qeyd etmişdir. Beləliklə, 08 may 2022-ci il tarixdə Şahid1 yaşadığı ünvan 7 ünvanında sonuncunun iştirakı ilə Təqsirləndirilən şəxs2 özünə əlilliyə görə əmək pensiyası təyin etdirilməsinə görə 5400 manat məbləğində pul versə də, sonuncu vədinə əməl etməmişdir. Bundan sonra, pulunu tələb etməyə başlasa da, Təqsirləndirilən şəxs2 pulu Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Bununla başqa, Təqsirləndirilən şəxs2 17 iyun 2024-cü il tarixdə 5400 manat məbləğində pulunu tam şəkildə ona qaytarmışdır. Ona görə də, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımasa da, digər Təqsirləndirilən şəxs1 ilə təxminən 2021-ci ilin avqust ayının sonlarında doğum günü tədbirində tanış olmuş, sonuncu ilə həmin ilin sentyabr-oktyabr aylarında telefonla əlaqələr yaratmışlar. Belə ki, Təqsirləndirilən şəxs1 özünü ona Sumqayıt şəhərinin İcra hakimiyyətinin işçisi kimi tanıtmaqla yanaşı, geniş əhatəsi olduğunu bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 ilə aralarında 25 iyul 2022-ci il tarixədək davam edən şəxsi münasibət yaransa da, sonradan sonuncunun problemli insan olduğunu görüb, münasibətlərini bitirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə hansı vədləri veribsə də, bu vədlərin onunla heç bir əlaqəsi olmamaqla yanaşı, Ülviyyə ilə birlikdə olduqları zaman belə, sonuncunun kimlərəsə vəd verməsi və ya hər hansı işlər görməsindən məlumatlı olmamışdır. Bununla belə, hesab edir ki, Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün onun barəsində yalan ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 onun qaynının qızı olmaqla yanaşı, sonuncu ilə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bununla yanaşı, təqsirləndirilən şəxs X9 təxminən 3 il öncəyə kimi onun qonşuluğunda yaşamış, habelə sonradan Xaçmaz şəhərinə köçmüşdür. Təqsirləndirilən şəxs2 tibb bacısı işləməklə yanaşı, şəxslərə əmək pensiyası təyin etdirilməsində köməklik göstərirmişdir. Beləliklə, 08 may 2022-ci il tarixində Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 7 ünvanında qonaq olarkən qaynının qızı Zərərçəkmiş şəxs2 da onun evinə qonaq gəlmişdir. Bu zaman, yaranmış söhbət əsnasında Aynurə, Günelin ürəyində xəstəlik olduğu üçün sonuncuya əmək pensiyası təyin etdirilməsində köməklik göstərə biləcəyini bildirmiş, müqabilində 5500 manat məbləğində pul lazım olduğunu qeyd etmişdir. Bundan sonra, yaşadığı evdə Günel Aynurəyə 5400 manat məbləğində pul versə də, sonradan sonuncunun vədinə əməl etmədiyini öyrənmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 103-105-ci vərəqələrində olan 16 may 2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, bu zaman sonuncu zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 (əmək kitabçasına əlavə iş staj yazılması) 3000 manat və (oğlunun işə qəbul olunması) 8000 manat olmaqla, cəmi 11000 manat, Günel Abasovdan 5400 manat, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 (pensiya düzəltdirməsi) 3500 manat olmaqla, cəmi 20400 manat məbləğində pulları dələduzluq yolu ilə ələ keçirməsini, habelə həmin məbləğləri Təqsirləndirilən şəxs1 verməsini etiraf etmiş, sonuncu isə Təqsirləndirilən şəxs2 tərəfindən ona cəmi 6000 manat məbləğində pul verildiyini və həmin məbləğdən 1200 manatını geri qaytardığını qeyd etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 121-132-ci səhifələrində olan 25 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə Aynurvə Cəfərzadə barəsində “polisin nəzarəti altına vermə”, Təqsirləndirilən şəxs1 barəsində isə “həbs” növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 ifadəsində, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərdən aldığı cəmi 30900 manat məbləğində pullardan bir qismini yəni, 6000 manatını ona göndərməsini, onun isə həmin pulları Şahid2 verdiyin bildirməsi Təqsirləndirilən şəxs2 və Şahid2 ifadələri, üzləşdirmə dindirmə protokolu və cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmadığı üçün özünü müdafiə kimi qiymətləndirilməklə, rədd edilmişdir. Eyni zamanda, Şahid2 əməlində Azərbaycan Respublikasının CM-in 178.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bununla yanaşı, Samit adlı şəxsin şəxsiyyətini müəyyən edilməsi, ifadəsinin alınması və təqsirləndirilən şəxslər ilə əlbir olub-olmamasını müəyyən etmək üçün verilmiş əməliyyat tapşırığına cavab olaraq sonuncunun şəxsiyyətinin müəyyən edilmədiyi göstərildiyindən, Təqsirləndirilən şəxs1 özünü müdafiə kimi qiymətləndirilməklə həmin xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 88-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 23 iyul 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən, eləcə də, iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 1(012)-11/2022 nömrəli hökmünün, həmçinin, sözügedən məhkəmənin 10 may 2022-ci il tarixli, eyni nömrəli hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında hakimin göstərişinin surətlərindən və Sumqayıt şəhər Probasiya şöbəsinin 03 sentyabr 2024-cü il tarixli, 21-2/3-10998 nömrəli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 178.2.1-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 66.5-ci və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, habelə sözügedən hökmün icra edilməsi haqqında hakimin göstərişi 10 may 2022-ci il tarixdə icra edilməsi üçün Sumqayıt şəhər Probasiya şöbəsinə göndərilmiş, həmçinin Təqsirləndirilən şəxs1 26 may 2022-ci il tarixdə şöbədə qeydiyyatda alınmaqla, onun haqqında həbs qətimkan tədbirinin seçildiyi 23 noyabr 2022-ci il tarixədək məhkəmənin yuxarıda qeyd olunan hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05 (beş) ay 27 (iyirmi yeddi) gününü çəksə də, bu cəzanın 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün hissəsi çəkilməmiş qalmışdır. Bununla da, Təqsirləndirilən şəxs1 hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 1949-cu vərəqəsində olan qətimkan tədbirinin seçilməsi barədə 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində qeyd olunan tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 4(012)-744/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında həmin tarixdə 02 (iki) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 116-cı vərəqəsində olan Şabran RİHB-nın Qarabağlı Qaçqın və Məcburi Köçkünlər üzrə nümayəndəsi Ə. Mirzəyev tərəfindən verilmiş xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 13 sentyabr 2012ci il təvəllüdlü Aylin və 01 avqust 2014-cü il təvəllüdlü Nisə adında iki yetkinlik yaşına çatmayan qızı olan Cəfərzadə X7 qəsəbəsində yaşadığı müddət ərzində qonşular ilə yaxşı münasibətdə olmuş, ictimai işlərdə, təşkil olunmuş tədbirlərdə həmişə fəal olmuş, əhalinin xeyir-şərində öncül olmuş, yaşlılara və imkansız adamlara həmişə köməklik etmiş, gördüyü işlərdə əhalinin dərin hörmətini qazanmış, yaxşı işlərinə görə dəfələrlə nümayəndəliyin təşəkkürünü qazanmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 5 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 24 noyabr 2006-cı il təvəllüdlü Mansur və 27 avqust 2013-cü il təvəlüldlü Nursima adında iki yetkinlik yaşına çatamayan övladı olan Təqsirləndirilən şəxs1 ünvan 10 ünvanında qeydiyyatsız yaşadığı müddət ərzində özünü səmimi və mehriban insan kimi aparmaqla yanaşı, onun barəsində Mənzil Kommunal Sahəsinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş X5 tərəfindən 03 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş ərizənin surətindən görünür ki, o, nəvələri X4 və X2 onun himayəsində qalmasına etiraz etmir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər tərəfindən tərtib olunmuş ərizələrdən görünür ki, onlara dəymiş ziyan tam şəkildə ödənildiyinə görə təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(060)-445/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 02 sentyabr 2024-cü il tarixli, 28481 nömrəli ödəniş qəbzindən və Təqsirləndirilən şəxs2 03 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, sonuncu tərəfindən X1 vurulmuş ziyanın 25 faizi, yəni 7725 manat pul ödənilmiş, habelə o, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam olaraq ödədiyi üçün barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 03 sentyabr 2024cü il tarixli, 1(059)-37/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, o, Azərbaycan Respublikasının CM-nin CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibi üzrə icraata xitam verilmişdir. Odur ki, cinayət işi üzrə icraata hissəvi xitam verilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sonuncu təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5ova, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 əlilliyə görə əmək pensiyası təyin etdirəcəyinə, habelə sonuncunun oğlunu “British Petrolium” şirkətinə işə düzəldəcəyinə dair bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə, zərərçəkmiş şəxslərə aralarında yaranmış etibarlı münasibətlərdən istifadə edib, sonunculara aid pul vəsaitlərini sahibliklərinə keçirmiş, bununla da, onlar, həmin pul vəsaitlərindən istədiyi kimi istifadə etmək imkanı əldə etməklə, dələduzluq əməlini başa çatdırmışlar. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs5 3500 manat, Surəxanım Niftəliyevdan cəmi 15000 manat (7000+8000), Bahar Səlimovdan 3500 manat, Zərərçəkmiş şəxs3 3500 manat, Günel Abasovdan 5400 manat olmaqla, aldığı cəmi 30900 manat məbləğində pulların 28800 manat məbləğini Təqsirləndirilən şəxs1 kart hesabına və ya sonuncuya əlbəəl verdiyini, həmin məbləğdən cəmi 2100 manatını şəxsi mənfəəti üçün götürdüyünü bildirsə də, Təqsirləndirilən şəxs1 bu zərərçəkmiş şəxslərdən alınmış pullardan o cümlədən, Surəxanım Niftəliyevdan cəmi 4900 (1100+3800) və Zərərçəkmiş şəxs2 1100 manatının ona verilməsini, o isə, həmin məbləğlərdən 3500 manatını Şahid2, 2000 manatını isə Samit adlı şəxsə göndərdiyini qeyd etmiş, lakin o, qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmamış, habelə cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Belə olan, halda Təqsirləndirilən şəxs1 törətdiyi əmələ dair bildirdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və Təqsirləndirilən şəxs1 həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin İ bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər.” Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(060)-445/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməklə, yanaşı zərərçəkmiş şəxslərin istər sonuncuya, istərsə də, digər Təqsirləndirilən şəxs1 qarşı şikayət, tələbləri olmasa da qüvvədə olan cinayət qanunvericiliyinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyindən o, barəsində olan hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilə bilməz. Çünki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin məzmunu kifayət qədər aydın və birmənalı olmaqla, imperativ qaydada Məcəllənin 72–73- 2 və 74-1-ci maddələri ilə nəzərdə tutulmuş əsaslar üzrə ümumilikdə yalnız bir dəfə mühakimə olunmaqdan azad edilmənin mümkünlüyünü müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 1(012)-11/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5-ci və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs1 tərəfindən onun barəsində olan Abşeron Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli ittiham hökmü hələ qanuni qüvvəsini almamış (iş materiallarına olan 10 may 2022-ci il tarixli, 1(012)-11/2022 nömrəli hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında hakimin göstərişi), hazırkı cinayət işi üzrə sonuncu əməl 08 may 2022-ci il tarixdə törədilmişdir ki, bu da onun əməlinə münasibətdə cinayətin residivini yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Çünki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanarq bir daha qeyd etmək olar ki, hazırkı əmələ münasibətdə Azərbaycan Respublikası CM-in 18-ci maddəsində göstərilən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun bir qrup şəxs halında zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə təkrarən onların əmlakını (pul vəsaitlərini) ələ keçirmə cinayət əməllərini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, o cümlədən eyni katoqroiyadan olan cinayət əməllərinə görə iki dəfə məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, əvvəlki məhkəmə hökmləri ilə ona təyin edilmiş cəzaya əsasən cəmiyyətdən tam təcrid edilməməsinə baxmayaraq, məhkəmənin humanist mövqeyinə zidd hərəkət edib, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, hazırda isə barəsində ittiham edildiyi eyni kateqoriyadan olan cinayət əməlinə görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında cinayət işinin olmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, buna baxmayaraq, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 2/5 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin İİ və V hissələrinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu vaxt cinayət törətmiş şəxsə, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual əsaslarla ləğv edildiyi halda və mahiyyət etibarilə şəxsə bəraət verilmədiyi və ya onun tərəfindən cinayətin törədilməsi faktı inkar edilmədiyi təqdirdə, hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Göründüyü kimi, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, sonrakı cinayət əməli əvvəlki hökm qanuni qüvvəsini almamışdan qabaq törədildiyinə görə cəza təyin edilərkən cəzalar hökmlərin deyil, cinayətlərin məcmusu üzrə toplanmalıdır. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 1(012)-11/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 03 sentryabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 55-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. Bu mənada, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edildikdən sonra baxımsız qalan yetkinlik yaşına çatmamış oğlu, 24 noyabr 2006-cı il təvəllüdlü X8 və qızı, 27 avqust 2013-cü il təvəllüdlü X6 nənələri 25 fevral 1954-cü il təvəllüdlü X3 razılığı ilə onun himayəsinə verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Abşeron Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 1(012)-11/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edildikdən sonra baxımsız qalan yetkinlik yaşına çatmamış oğlu, 24 noyabr 2006-cı il təvəllüdlü X8 və qızı, 27 avqust 2013-cü il təvəllüdlü X6 nənələri 25 fevral 1954-cü il təvəllüdlü X3 razılığı ilə onun himayəsinə verilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-37/2024
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-37/2024
03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver