Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-38/2022 28.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 28 iyun 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1982-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Sədan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Sədan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdə, saat 16:00 radələrində Siyəzən şəhərinin H. Əliyev küçəsində Şahid4 məxsus un dükanının qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs idarə etdiyi **-AU-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Niva” markalı minik avtomobilinin gözlüyündən icazəsiz sənədləri götürməsi üstündə sonuncu ilə aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etməklə, üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağından silah qismində istifadə edib, Zərərçəkmiş şəxs üzərinə getmiş, sonuncu Təqsirləndirilən şəxs əlindən bıçağı almaq üçün əlbəyaxa olaraq yerə yıxdıqdan sonra sonuncu onu kənara itəliyərək sağ diz nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməklə, xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 05 dekabr 2021-ci il tarixdə, saat 16:00 radələrində Siyəzən şəhərində H. Əliyev küçəsində yerləşən avtoyuma məntəqəsinə gəlmiş, habelə oranı işlədən Əmrahın bibisioğlu, Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Niva” markalı minik avtomobili salonunu təmizlədiyin görmüş, ondan Zərərçəkmiş şəxs harada olmasını soruşmuş, Əmrah isə evə getdiyini bildirmişdir. Bu zaman o, içərisi təmizlənməklə, qapısı açıq olan metallik rəngli, “Chevrolet Niva” markalı minik avtomobilinin sağ oturacağının üzərində kağız, həmin kağızda isə Elvinin şəxsiyyət vəsiqəsinin surətinin olduğunu görmüş, habelə Əmraha kağızı götürdüyünü göstərib, sonuncuya “bibimoğluna deyərsən ki, dayınoğlu sənin maşınından kağız götürdü, məni yığsın” deyə bildirmişdir. Bundan təxminən 15-30 dəqiqə sonra Elvin ona zəng edib, harada olmasını soruşmuş, habelə o, zəngdən sonra avtoyuma məntəqəsinin qarşısına getmişdir. Elvinlə ilk dəfə söhbətləri Şahid5 mağazasının qarşısında olmuşdur. Belə ki, avtoyuma ilə mağaza yan-yana olmaqla, içəri tərəfdə avtoyuma, üz tərəfdə yolun kənarında isə mağaza yerləşir. Beləliklə, o, orada piyada hərəkət hissəsində Elvinlə söhbət edərkən, həmin vaxt Şahid5 oğlu Məmməd onlara yaxınlaşaraq, onun qolundan tutmuş, həmçinin ona avtomaşınına əyləşib, çıxıb getməsini istəmiş, o, isə öz növbəsində Elvinlə qohum olduqlarını xatırlatmışdır. Həmin vaxt o, Elvinə, sonucu isə ona əl atmamış, aralarında əlbəyaxa dava olmamış, geyimləri cırılmamış, sadəcə bir-birinə qarşı sərt danışmışlar. Avtomaşına əyləşib, çıxıb getmək üçün əynindəki gödəkcəni çıxardarkən bıçaq cibindən yerə düşmüşdür. Belə ki, avtomaşının akkumulyatoruna gedən naqillərdə nasazlıq olduğundan 10 ilə əvvəl Bakı şəhərində yerləşən “Təzə bazardan” aldığı bıçaqdan istifadə etməklə, onları təmir etmiş, bu zaman, avtomaşınında saxladığı həmin bıçaq yadından çıxıb, gödəkcəsinin cibində qalmışdır. Habelə, sözügedən bıçaq düyməli bıçaq olduğuna görə yerə düşərkən açılma ehtimalı olmuşdur. Bundan başqa, həmin vaxt Elvin bıçağı onun əlindən almamış, sonuncu bıçağı yerdən götürüb polis nəfərinə təhvil verərkən görmüşdür. Həmçinin, o, avtomaşından açarları və Elvinə aid fərqlənmə nişanını götürməmişdir. Bundan əlavə, Elvinlə əvvəllər ədavət və ya düşmənçiliyi olmasa da, Elvin hadisədən 10-15 gün əvvəl ona gödəkcə verəcəyinə söz verməsi, sonuncunun vədinə əməl etməməsi, bununla yanaşı mobil nömrəsini bloka atması kimi hörmətsiz hərəkətləri mübahisələrinə səbəb olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Çünki, məhkəməyədək istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs hər hansı bir təsir və təzyiq altında olmadan ona elan olunmuş ittihamla özünü təqsirli bilərək, ifadəsində onun Elvinin idarə etdiyi xidməti “Chevrolet Niva” markalı minik avtomaşının qabaq qapısını açaraq orada ön panelin üstünə yığılmış çoxlu sayda sənədlərin fərqinə varmadan onların arasında Elvinə məxsus şəkilli sənədi götürüb cibinə qoyduğunu, 05 dekabr 2021-ci il tarixdə aralarında yaranmış münaqişə zamanı Elvini vurmadığını, lakin onunla əlbəyaxa olub dartışdıqlarını səmimi şəkildə etiraf etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs atasının dayısı oğlu olmaqla, sonuncunu uzun müddətdir tanıyır və əvvəllər onunla aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Təxminən 6-7 ay bundan öncə Rövşənin qardaşı, onunla ailəvi dostluq münasibətində olan Azərin Ülvi adlı oğlu zəhərləndiyi üçün Bakı şəhərində yerləşən 1 saylı X5 getmiş və həmin vaxt tibbi mərkəzin həyətində Rövşənə gödəkcə verəcəyinə söz vermişdir. 05 dekabr 2021-ci il tarixdə işlədiyi X3 xidmətinə məxsus “Niva Chevrolet” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili avtoyuma məntəqəsinə aparmış və hazırda adını xatırlamadığı işçiyə avtomobili yuduqdan sonra, bu barədə ona məlumat verməsini istəmişdir. Bundan təxminən 30-60 dəqiqə sonra, saat təxminən 15:00 radələrində avtoyuma məntəqəsinın yaxınlığından keçib, işçinin avtomobili yuyub-yumadığını yoxlamış, habelə avtomobilin yuyulmasının yekunlaşmağa yaxın olduğunu müşahidə etmişdir. Daha sonra, saat təxminən 16-17:00 radələrində avtoyuma məntəqəsinə yaxınlaşıb, işçiyə avtomobilin açarlarını verməsini istədiyində, sonuncu açarların onda olmadığını bildirmiş, bunun səbəbini soruşduğunda, o, Rövşən adlı şəxsin avtomobilin açarlarını, eləcə də, avtomaşının gözlüyünü açdığını bildirmişdir. Bu zaman avtomobilin gözlüyündə şəxsiyyət vəsiqəsinin surətinin və fərqlənmə nişanının olmadığını görmüş və xidməti mobil telefonu vasitəsi ilə Rövşənin onda olan mobil nömrəsinə zəng vurmuşdur. Telefon danışığı zamanı Rövşəndən “bu nə hərəkətdi etmisən” deyə soruşduğunda, o, “gəlirəm ora” deyə bildirmiş, sonuncuya həmçinin avtomobildən götürdüyü sənədlərin idarəyə məxsus olduğunu qeyd etmişdir. Bundan 15-20 dəqiqə sonra, Rövşən avtoyuma məntəqəsinə gəlib, ondan, onun gödəkcə ilə bağlı zənglərinə cavab verməməsinin səbəbini soruşmuş, sonuncuya vaxtının olmadığını, xəstəsinin olduğunu, gödəkcənin mahiyyətinin çox olmadığını, həmin gödəkcənin Bakı şəhərində yerləşən evində olduğunu, Bakı şəhərinə getmədiyini, etdiyi hərəkətin “ayıb” olduğunu bildirmişdir. Bu zaman, aralarında yaranmış mübahisəni yüksək səs tonu ilə davam etdirdiklərindən, habelə ətrafda kənar şəxslər olduğu üçün Rövşənlə orada yerləşən Məmməd adlı şəxsin un dükanının yanına keçmiş, həmin vaxt sonuncu və onun anası da orada olmuşlar. Orada dayanarkən sol ayağı piyada yolunun üzərində olduğundan, Rövşənlə bir-birilərini itələyərkən, müvazinətini itirmiş və sağ ayağı yerə dəymiş, habelə özü də yerə yıxılmışdır. Bu zaman Rövşən ilə olan münaqişələri daha da, şiddətlənmiş, həmçinin yerdə bıçaq olduğunu, Rövşənin həmin bıçağı götürdüyünü görmüş, habelə sonuncunun bıçaqla üzərinə gələcəyini zənn edib, bıçağı onun əlindən almışdır. Qeyd edir ki, un mağazasının sahibi Məmmədin anası bıçağın ona məxsus olduğunu, onun Rövşənin üzərinə bıçaqla getdiyini fikirləşib, bıçağı əlindən almağa, habelə Məmməd və orada olan polis əməkdaşı onları ayırmağa çalışmış, bu zaman o, bıçağı həmin polis əməkdaşına vermiş və bundan sonra, RPŞ-yə getmişdir. İstintaq gedəndə də, o, bu məzmunda ifadə vermiş və ifadəsinin düzgün yazılmasını istəmişdir. Məhkəmə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Təqsirləndirilən şəxs münasibətdə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin hazırkı ifadəsi ilə ziddiyyət təşkil etməsini həmin vaxt hirsli olması, başqa problemlərinin olması, habelə övladı xəstə olduğu üçün tələsməsi, bunun nəticəsində sənədlərə oxumadan imza etməsi ilə izah etsə də, onun hazırda bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Zərərçəkmiş şəxs hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində səmimi şəkildə göstərmişdir ki, o, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və X3 xidmətinin Quba regional şöbəsində avtomobil müfəttişi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə qohumluq əlaqəsi var, habelə son vaxtlara kimi münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 05 dekabr 2021-ci il tarixdə, saat 15:00 radələrində “Niva Chevrolet” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobili çirkli olduğundan yuduzdurmaq üçün Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən avtoyuma məntəqəsinə aparmış və avtomobili avtoyumanı işlədən Əmrah adlı şəxsə verib, evinə getmişdir. Bundan sonra, saat təxminən 16:30 radələrində o, avtomobili avtoyuma məntəqəsindən götürmək üçün həmin yerə getmiş və bu zaman avtoyuma məntəqəsini işlədən Əmrah ona, taksi sürücüsü kimi tanıdığı Rövşən adlı şəxsin avtoyuma məntəqəsinə gələrək, xidməti avtomobilinin qapılarını açıb avtomaşının gözlüyündən xidməti işinə aid sənədləri götürüb getdiyini bildirmiş, Əmrah həmçinin ona Rövşən gedərkən “Elvin mənə zəng etsin” sözləri deməsini də nəzərinə çatdırmışdır. O, dərhal Rövşənin nömrəsini tapıb ona zəng edərək, niyə maşınının içərisinə icazəsiz daxil olub sənədlərini götürmüsəni soruşduqda, Rövşən ona təxminən 5 dəqiqə sonra həmin yerə yaxınlaşacağını bildirmişdir. Daha sonra, Rövşən özünə məxsus avtomobil ilə avtoyuma məntəqəsinin qarşısını gəlmiş, sonuncu avtoyuma məntəqəsinin qarşısında olarkən hirsli şəkildə onu söhbət etmək məqsədi ilə Heydər Əliyev küçəsinə tərəf çağırmışdır. Sözügedən küçədə un dükanının qarşısında olarkən Rövşən ondan qəzəbli şəkildə niyə onun zənglərinə cavab vermədiyini soruşduqda, sonuncuya işdə olduğunu və zənglərini görmədiyini bildirmişdir. Bundan sonra, o Rövşənə icazəsiz xidməti avtomobilindən sənədlərini götürməyi ilə bağlı iradını bildirib, “sən qudurmusan mənim avtomaşınımdan sənəd götürürsən” demiş, habelə həmin vaxt Rövşən onunla uca səslə danışaraq, təhqir etdiyi üçün, o da, məcbur olub onun cavabını verərək söyüş söyməməsini və ətrafda insanların olduğunu xatırlatmışdır. Onun bu sözlərindən sonra Rövşən əlini arxa cibinə ataraq bıçaq çıxartmış, həmçinin bıçağın düyməsini basıb açmış və bundan sonra, üzərinə hücum edərək bıçaqlamaq üçün ona tərəf zərbə atsa da, o, müdafiə olunaraq, Rövşənin atdığı zərbədən yayınmış və sonuncuya qarşı fənd işlədərək yerə yıxmışdır. Rövşən yerdə olarkən, onun ayağından tutub səkiyə vurmuş və nəticədə sağ ayağı səkiyə dəydiyindən, o, sağ ayağından xəsarət almışdır. Bu zaman mübahisələrinə şahidlik etmək üçün yığışan insanlar və həmin vaxt oradan keçən mühafizə polisində işləyən Samil adlı şəxs dava etdiklərini görüb, yaxınlaşaraq, onları ayırmışlar. Bundan sonra, Rövşən həmin yerdən uzaqlaşaraq, çıxıb getmiş, o isə, Rövşənə məxsus yerə düşmüş bıçağı götürüb özündə saxlamış və daha sonra, Siyəzən RPŞ-yə gedərək, baş vermiş hadisə barədə məlumat verib, ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisədən sonra, elə həmin gün Təqsirləndirilən şəxs ona məxsus sənədləri qaytarmış, sonuncu ilə aralarında baş vermiş münaqişə 10-15 dəqiqə müddət ərzində davam etmiş və həmin yerə xeyli sayda tanımadığı şəxslər toplanmışdır. Məhkəmə iclasında Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs təxminən 3-4 il olar tanımaqla, sonuncuların hər ikisi ilə münasibəti normaldır, onlarla arasında hər hansı ədavət və düşmənçilik yoxdur. Hazırda atasına məxsus avtoyuma məntəqəsində avtomobilləri yumaqla atasına kömək edir. 05 dekabr 2021-ci il tarixdə, saat 15:00 radələrində avtoyuma məntəqəsində olarkən Elvin “Niva Chevrolet” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, metallik rəngli avtomobili yuduzdurmaq üçün avtoyuma məntəqəsinə gətirmiş və avtomobilin açarlarını ona təqdim edib, avtomobilini yumasını tapşırmış, habelə özü çıxıb getmişdir. Bundan təxminən 30-40 dəqiqə sonra, avtomobilin içərisini təmizlədiyi vaxt, Rövşən avtoyuma məntəqəsinə gəlib, təmizlədiyi avtomobilin qabaq sağ qapısını açıb, nəyisə götürmək istəyərkən, sonuncudan nə etdiyini soruşmuş, bu zaman Rövşən maqnitofon üzlüyünü götürdüyünü bildirsə də, avtomobilin gözlüyündən sənədləri götürmüşdür. Rövşəndən Elvinin bundan xəbərinin olub-olmamasını soruşduğunda isə sonuncunun xəbərinin olduğunu bildirib, sənədləri götürüb getmişdir. Bundan təxminən 30 dəqiqə sonra, Elvin avtoyuma məntəqəsinə gəlib, avtomobilini götürmək istəyərkən, sonuncuya Rövşənin avtomobildən sənəd götürdüyünü bildirib, bundan xəbərinin olub-olmamasını maraqlanmış, Elvin isə xəbərinin olmadığını bildirmişdir. Bundan sonra, Elvin Rövşənə zəng vurmuş, habelə bir müddət sonra Rövşən də avtoyuma məntəqəsinə gəlmiş, həmin vaxt Rövşən avtoyuma məntəqəsinin qarşısında, Elvin isə yolun kənarında dayanarkən aralarında söz mübahisəsi başlamışdır. Məhkəmə iclasında Şahid2 Əmrağa oğlu məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs tanımaqla, sonuncularla qohumluq münasibəti olmasa da, hər ikisi ilə münasibəti normaldır, onlarla arasında hər hansı ədavət və düşmənçilik yoxdur. Hazırda taksi fəaliyyəti ilə məşğul olur, habelə evinin qarşısında yerləşən avtoyuma məntəqəsini oğlu Əmrah ilə birlikdə işlədir. 05 dekabr 2021-ci il tarixdə, saat təxminən 16:00 radələrində Bakı şəhərindən gələrkən, oğlunun avtoyuma məntəqəsində Elvinə məxsus xidməti avtomobili yuduğunu, Elvinin isə yolun kənarında mobil telefon ilə danışdığını müşahidə etmişdir. Həmin vaxt, Elvinin telefonla danışmasının səbəbini oğlundan soruşduğunda, sonuncu Rövşənin məntəqəyə gəldiyini və Elvinə məxsus xidməti avtomobildən sənədləri götürdüyünü bildirmiş, o, isə evinə daxil olmuşdur. Bundan təxminən 10-15 dəqiqə sonra, evində xörək yeyərkən arvadı avtoyuma məntəqəsindən səs gəldiyini bildirdiyi üçün məntəqəyə getmiş, bu zaman orada Elvinin, Rövşənin və kənar şəxslərin olduğunu görmüş və Rövşən ilə Elvinə eyni camaat olduqlarını, qohum olduqlarını, etdikləri hərəkətin “ayıb” olduğunu, qonşuların olduğunu bildirmişdir. Bundan sonra, anasının xəstəliyi ilə əlaqədar dərman almaq üçün Rahim adlı şəxsin işlətdiyi aptekə getmiş, habelə dərman preparatlarını alıb, yaşadığı evə qayıdarkən məntəqənin qarşısında polis əməkdaşlarının olduğunu görmüşdür. Məhkəmə iclasında Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Fövqəladə Hallar Nazirliyinin Siyəzən rayon X4 hissəsində yanğın söndürən vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Bakı şəhərinə sərnişin aparan taksi sürücüsü kimi hadisədən öncə də tanımış, habelə sonuncu ilə aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Tarixini xatırlamadığı vaxt un mağazasında olarkən mağazanın önündə Rövşən və Elvin adlı şəxslərin bir-biriləri ilə dava etdiklərini gördüyündə, mağazadan çıxıb həmin şəxsləri ayırmış, habelə Rövşəni həmin yerdən uzaqlaşdırdıqdan, sonra mağazada gözləyən müştərilərə xidmət etməyə başlamışdır. Məhkəmə iclasında Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən öncə tanımasa da, Zərərçəkmiş şəxs tanımışdır. Tarixini dəqiq xatırlamadığı, lakin havaların soyuq keçdiyi vaxtda, saat təxminən 16:00 radələrində idarəçiliyində olan Lada (Vaz) Niva markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə yanacaq doldurma məntəqəsindən Şabran istiqamətindən üzü Bakı istiqamətində Heydər Əliyev prospekti ilə qayıdarkən “turac” adlanan ərazidə, un mağazasının arxasında, həmçinin orada yerləşən avtoyuma məntəqəsinin önündə insanların toplaşdığını görmüş, avtomobilindən düşdükdə Rövşən və Elvin adlı şəxslərin yerdə əlbəyaxa olaraq bir-birilərini dartışdırdığını müşahidə etmiş, habelə həmin şəxsləri orada olan digər insanlar ilə birlikdə ayırmışdır. Bundan başqa, hadisə vaxtı piyada yolunun kənarında bağlı vəziyyətdə olan bıçağı Elvin götürüb, sonradan oraya gəlmiş RPŞ-nin əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, eləcə də Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Hadisənin vaxtını dəqiq xatırlamasa da, işlədiyi mağazada müştərilərlə məşğul olarkən, dükanın qarşısında iki nəfər oğlanın, adları sonradan ona məlum olan Rövşən və Elvinin sözlü mübahisə etdiklərini görmüş, bu zaman bayıra çıxaraq, nə baş verdiyini soruşub, sonunculardan oradan kənarlaşmalarını tələb etmişdir. Bundan sonra, onlar onun işlədiyi mağazanın qarşısından o biri mağazanın qarşısına keçmişlər. Çıxıb yenə baş verənləri müşahidə etdikdə, vəziyyətin yaxşı olmadığını başa düşüb, içəridən oğlu Məmmədi çağıraraq, həmin şəxslərin nə etməsi ilə maraqlanmasını istəmişdir. Müştəri olduğundan o, mağazaya keçsə də, oğlu Məmməd Təqsirləndirilən şəxs qolundan tutaraq, yavaş-yavaş oradan uzaqlaşdırmışdır. O, mağazada müştərilərlə məşğul olduğundan sonra nə baş verdiyindən məlumatlı olmamışdır. Təxminən 10 dəqiqə davam edən hadisə vaxtı ətrafda insanları görsə də, mübahisə edən şəxslərin əlbəyaxa olduqlarını görməmişdir. Eyni zamanda, hadisə vaxtı kəskin nalayiq ifadələr işlədilməmiş, habelə mübahisə edən tərəflər bir-birinə “axmağın biri axmaq keç o tərəfə” bildirmişdir. Məhkəmə Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Təqsirləndirilən şəxs münasibətdə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, şahidin bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Şahid5 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində 05 dekabr 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində işlətdiyi dükanda olarkən mağazanın qarşısında 2 nəfər kişi cinsindən olan şəxslərin uca səslə bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiyini, sonra əlbəyaxa olduqlarının şahidi olduğunu, bərk narahatçılıq keçirib öz iradını bildirmək üçün mağazadan bayıra çıxıb, həmin şəxslərə dava etməmələrini və münaqişəyə son qoymalarını istədiyini, bundan sonra dava edən şəxslərin onun dükanının qarşısından uzaqlaşaraq oğlu Şahid4 işlətdiyi un dükanının qarşısına keçib, orada davalarını davam etdirdiklərini göstərmişdir. Məhkəmə iclasında elan edilmiş işin 28-29-cu səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 06 dekabr 2021-ci il tarixli, 360 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ diz nahiyəsinin sıyrığı aşkar olunmuşdur. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, öz-özünə yetirilən xəsarətlər üçün xarakterik deyil, yaranma müddəti bir-iki günə qədər olub, müayinə olunanın göstərdiyi 05 dekabr 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 32-33-cü səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 3/2061 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə ballistik ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-ci səhifəsində olan 11 yanvar 2022ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan, eləcə də işin 110-118-ci vərəqələrində olan 22 mart 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, dəstəyi qara rəngli plastmasaoxşar materialdan olan, üzərində “Stainless İtaly” sözləri yazılan bıçaq maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işinin 59-cu vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 29 yanvar 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-107-ci vərəqələrində olan 17 mart 2022-ci il tarixli başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 69-70-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonunun Sədan kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Sədan kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamış, habelə Təqsirləndirilən şəxs kənd içərisində özünü etik qaydalara uyğun aparmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs 22 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Bundan əlavə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məsələn, mədəni, dini və ya digər ictimai tədbiri, gecə vaxtı vətəndaşların dincliyini pozma və s. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.3-cü maddəsi xuliqanlığın xüsusilə ağırlaşdırıcı tərkib əlaməti qismində bu cinayətin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Bu, xüsusilə qərəzli xuliqanlıq hesab edilir. Xüsusilə qərəzli xuliqanlıq təkcə təqsirkarın silah və ya silah qismində istifadə edilən əşyaların köməyilə zərərçəkmişin sağlamlığına zərər vurduğu və ya zərər vurmağa cəhd etdiyi halları deyil, həm də vətəndaşların həyatı və ya sağlamlığı üçün real təhlükə yaratdığı halları əhatə edir. Silah tətbiq etmə dedikdə, yalnız zərərçəkmişin sağlamlığına fiziki zərər vurulması və ya buna cəhd etmə deyil (məsələn, insana atəş açarkən güllənin yan keçməsi, bıçaqla zərbə vurmağa cəhd etmə və s.), həm də silahı nümayiş etdirməklə hədələmə başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011 -ci il tarixli Qərarında da deyilir ki, CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Xüsusilə qərəzli xuliqanlıq bu cinayətin törədilməsi prosesində silahın və ya silah qismində istifadə edilən əşyaların faktiki tətbiq edildiyi andan başa çatmış hesab edilir. Eyni zamanda, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 13-cü bəndinə əsasən CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etməklə, üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağından silah qismində istifadə etmiş, habelə bu silah baş vermiş hadisədən sonra maddi sübut kimi götürülmüşdür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs məhkəməyədək istintaq zamanı özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi soyuq silahdan, yəni 1 ədəd tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, dəstəyi qara rəngli plastmasaoxşar materialdan olan, üzərində “Stainless İtaly” sözləri yazılan bıçaqdan ictimai yerdə, o cümlədən Siyəzən şəhərinin H.Əliyev küçəsində Şahid4 məxsus un dükanının qarşısında istifadə etməklə özünü ətrafdakılara qarşı qoyub davranışı ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü və 228.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin şikayətinin olmamasını, həmçinin Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini, habelə ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır kateqoriyadan olan cinayət əməlləri törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, o cümlədən törədilmiş əməllərin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcələrini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Lakin, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.4-cü bəndinə əsasən şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsi tövsiyə edilmişdir. Beləliklə, məhkəmə, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, Təqsirləndirilən şəxs hadisədən sonrakı davranışını, xüsusilə də zərərçəkmiş şəxsin ona humanist mövqe nümayiş etdirməsini, onların barışmaqla, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmamasını, mübahisə tərəflərinin aralarında qısa zaman kəsiyində yaşanmış münaqişəni deyil, qohumluq münasibətlərini təbliğ etməklə, bu münasibətləri hazırda da davam etdirmələrini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin Təqsirləndirilən şəxs barəsindəki yuxarıda qeyd olunmuş cəzanı yüngülləşdirən hallar, bundan əlavə onun cəmiyyətdən təcrid etməklə real cəza çəkməyə göndərilməsinin qohumlar arasındakı münasibətlərin daha da kəskinləşməsinə rəvac verəcəyi diqqətlayiq hallar kimi nəzərə alaraq və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə, şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi və ümumiyyətlə hökmün icrası onun yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və ailəsinə maddi yardım göstərmək vəzifəsi qoyulmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İ bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, dəstəyi qara rəngli plastmasaoxşar materialdan olan, üzərində “Stainless İtaly” sözləri yazılan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, ona qəti olaraq təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti verilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və ailəsinə maddi yardım göstərmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, dəstəyi qara rəngli plastmasaoxşar materialdan olan, üzərində “Stainless İtaly” sözləri yazılan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 64 (altmış dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-38/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-38/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver