Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-38/2024 29.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 29 oktyabr 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1987-ci il tarixdə Keşişkənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşamış, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 avqust 2024-cü il tarixli, 4(007)- 213/2024 saylı qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Siyəzən rayon sakini Zərərçəkmiş şəxs qızı Şahid Siyəzən şəhərində yerləşən 2 saylı tam orta məktəbdə laborant vəzifəsinə işə düzəldəcəyinə dair vəd verib aldadaraq, 07 mart 2023-cü il tarixdə 300 (üç yüz) manat pulunu Siyəzən şəhərində “Milliön” ödəmə terminalı vasitəsilə, 01 aprel 2023-cü il tarixdə 510 (beş yüz on) manat pulunu Siyəzən şəhərində “Milliön” ödəmə terminalı vasitəsilə yoldaşı X6 məxsus 4098 5844 5030 8018 saylı kart hesabına, 03 aprel 2023-cü il tarixdə 500 (beş yüz) manat pulunu Bakı şəhərində nağd şəkildə, 04 aprel 2023-cü il tarixdə 250 (iki yüz əlli) manat pulunu 416973******9847 nömrəli bank kartına Siyəzən şəhərində “Milliön” ödəmə terminalı vasitəsilə, 05 aprel 2023-cü il tarixdə 300 (üç yüz) manat pulunu, 06 aprel 2023cü il tarixdə 150 (yüz əlli) manat pulunu, 07 aprel 2023-cü il tarixdə 400 (dörd yüz) manat pulunu, 12 aprel 2023-cü il tarixdə 190 (yüz doxsan) manat pulunu, 24 aprel 2023-cü il tarixdə 200 (iki yüz) manat pulunu Siyəzən şəhərində yerləşən müxtəlif mağazalarda olan “Milliön” ödəmə terminalı vasitəsilə yoldaşı X2 məxsus 4098 5844 5030 8018 saylı kart hesabına göndərilməsinə nail olaraq, ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Bakı şəhəri ərazində yerləşən Bibiheybət məscidində anası Ələmzər Quliyeva ilə tanış olduqdan sonra, 2023-cü ilin fevral ayında yaşadıqları ünvan 4 ünvanında yerləşən evlərinə gəlmiş Zərərçəkmiş şəxs söhbət əsnasında qızı Şahid işə düzəltmək istədiyini bildirmişdir. Belə ki, o, işdən gəldikdən sonra, anası Ələmzər bu barədə ona məlumat vermiş, o isə, anasına məxsus mobil telefon vasitəsi ilə Mərziyənin mobil telefonuna zəng edib, qızının işə qəbul olunmasında köməklik edə biləcəyini qeyd etmişdir. Beləliklə, Mərziyəyə, sonuncunun qızını tanışı vasitəsi ilə Siyəzən şəhəri 2 nömrəli tam orta məktəbdə laborant vəzifəsinə işə düzəldə biləcəyini bildirib, bunun müqabilində 3000 manat məbləğində pul lazım olduğunu qeyd etsə də, Mərziyə 2800 manat məbləğində pul verə biləcəyini bildirmiş və onlar razılaşmışlar. Bundan sonra, Mərziyə, 07 mart 2023-cü il tarixdə 300 manat, 01 aprel 2023-cü il tarixdə isə 510 manat məbləğində pulu arvadı X1 hesabına, 03 aprel 2023-cü il tarixdə 500 manat məbləğində pulu Bakı Beynəlxalq Avtovağzal Kompleksində nağd şəkildə ona, 04 aprel 2023-cü il tarixdə 250 manat məbləğində pulu “Kapital Banka” məxsus olmaqla, zərərçəkmiş şəxsə verdiyi kart hesabına, 05, 06, 07, 12 və 24 aprel 2023-cü il tarixlərdə müvafiq olaraq, 300, 150, 400, 190 və 200 manat məbləğində pulları arvadı X1 hesabına göndərməklə, ona ümumilikdə 2800 manat məbləğində pul verilmişdir. Qeyd edir ki, bu 2800 manat məbləğində pulun 350 manatını şəxsi mənfəəti üçün götürsə də, qalan 2450 manat məbləğini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində işləyən X7 vermişdir. Bundan başqa, anası Ələmzər Quliyeva Zərərçəkmiş şəxs dəymiş ziyandan 800 manat ödəmişdir. Odur ki, bu halın nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təxminən 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs anası Ələmzər Quliyeva ilə Bakı şəhəri ərazində yerləşən Bibiheybət məscidində tanış olmuş, habelə sonuncunun vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs anasına məxsus mobil telefon nömrəsi ilə onun mobil telefonuna zəng edib, qızı Şahid işə düzəldə biləcəyini bildirdikdə, əvvəl inanmadığı üçün pulu olmadığını qeyd etsə də, Təqsirləndirilən şəxs ondan pul düzəltməsini istəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qızını Siyəzən şəhəri 2 nömrəli tam orta məktəbdə laborant vəzifəsinə işə düzəldə biləcəyini bildirib, müqabilində 3000 manat məbləğində pul lazım olduğunu qeyd etsə də, bunun üçün 2800 manat məbləğində pul verə biləcəyini bildirmiş və onlar razılaşmışlar. Bu məqsədlə Siyəzən şəhərində yerləşən “Milliön” ödəmə terminalları vasitəsilə 07 mart 2023-cü il tarixdə 300 manat, 01 aprel 2023cü il tarixdə isə 510 manat məbləğində pulu Təqsirləndirilən şəxs arvadı X1 hesabına, həmçinin 03 aprel 2023-cü il tarixdə 500 manat məbləğində pulu Bakı Beynəlxalq Avtovağzal Kompleksində nağd şəkildə Təqsirləndirilən şəxs özünə, 04 aprel 2023-cü il tarixdə 250 manat məbləğində pulu “Kapital Banka” məxsus olmaqla, təqsirləndirilən şəxsin ona verdiyi kart hesabına, 05, 06, 07, 12 və 24 aprel 2023-cü il tarixlərdə müvafiq olaraq, 300, 150, 400, 190 və 200 manat məbləğində pulları təkrarən təqsirləndirilən şəxsin arvadı Aygül Quliyevanın kart hesabına göndərməklə, Təqsirləndirilən şəxs ümumilikdə 2800 manat məbləğində pul vermişdir. Qeyd edir ki, borc aldığı, həmçinin anlayışı olmadığı üçün qızı Şahid köməkliyi ilə Təqsirləndirilən şəxs göndərdiyi pulları Siyəzən şəhərinin ərazisindəki müxtəlif mağazalarda yerləşən “Milliön” ödəmə terminalları vasitəsi ilə göndərməklə, sonuncu göndərişi 24 aprel 2023-cü il tarixdə icra etmişdir. Bundan sonra, iş alınmadığı üçün pulunu geri istəyərkən, Elməddin hər dəfə qaytaracağını bildirsə də, qaytarmamış, habelə onunla əlaqə saxlamaq mümkün olmamışdır. Daha sonra, Elməddin barəsində şikayət etdiyin də, sonuncu pulu qaytaracağına dair yalandan vəd vermişdir. Hazırda dəymiş 2800 manat məbləğində ziyandan 800 manat məbləği təqsirləndirilən şəxsin anası X3 tərəfindən ona qaytarılsa da, qalıq qalan 2000 manat məbləğində ziyanın ödənilməsini tələb etməklə yanaşı, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid Termişi (Orucova) Ülviyyə Hüseynqulu qızı məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin anası Ələmzər Quliyeva ilə onun anası Zərərçəkmiş şəxs Bakı şəhəri ərazində yerləşən Bibiheybət məscidində tanış olmuşlar. Beləliklə, Təqsirləndirilən şəxs işə düzəlməyinə köməklik edəcəyini bildirmişdir. Buna görə də, 2023-cü ilin mart-aprel aylarında Siyəzən şəhərinin ərazisindəki “Tuncay” və “Xətai” adlı marketlərdə yerləşən “Milliön” ödəmə terminalları vasitəsilə anasına məxsus pulları hər dəfəsində 200, 400, 450 manat olmaqla, Aygül adlı şəxsin kart hesabına göndərmişdir. Hazırda isə, işi alınmamaqla yanaşı, pullar geri qaytarılmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-cü vərəqələrində olan Siyəzən şəhərinin ərazisində yerləşən Miiliön ödəniş teriminallarından əldə edilmiş qəbzələrdən görünür ki, 2023-cü ilin mart-aprel ayları ərzində zərərçəkmiş şəxsin qızı tərəfindən təqsirləndirilənin arvadı X6 məxsus son səkkiz rəqəmi 5030 8018 olan karta cəmi 1160 manat, 04 aprel 2023-cü il tarixdə isə 416973******9847 nömrəli bank kartına 250 manat pul köçürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-76-cı vərəqələrində olan 06 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun, əməlində CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barələrində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 42-ci vərəqəsində olan 01 iyun 2024cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-ci vərəqəsində olan 03 iyun 2024cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək, onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 1(059)-38/2024 saylı qərarından, eləcə də Siyəzən RPŞ-nin 16 iyul 2024-cü il tarixli, 3-13-106/2-7788/2024 nömrəli və Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin 17 iyul 2024-cü il tarixli, 3-13-50-1/2-6274/2024 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, sonuncu məhkəməyə gəlməmiş, buna görə də 02 iyul 2024-cü il tarixdə onun Siyəzən Rayon Məhkəməsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, dəfələrlə gedilməsinə baxmayaraq, o, yaşadığı ünvanda aşkar edilmədiyi üçün onun məcburi gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 1(059)-38/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 avqust 2024-cü il tarixli, 4(007)-213/2024 saylı saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 avqust 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən RPŞ-nin 09 avqust 2024-cü il tarixli, 3-13-106/2-8775/24 nömrəli məktubundan və Siyəzən Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 1(059)-38/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs axtarışına, sonuncu haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 avqust 2024cü il tarixli qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçildiyi üçün xitam verilmiş, habelə sonuncu qeyd olunan qərar nəzərə alınaraq, Siyəzən Rayon Məhkəməsinin 16 iyul 2024cü il tarixli, 1(059)-38/2024 saylı qərarı ilə seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X8 ilə nikahda olan Təqsirləndirilən şəxs himayəsində 06 oktyabr 2020-ci il təvəllüdlü Nurəddin və 03 fevral 2022-ci il təvvəllüdlü Tunar adında iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilməklə, Siyəzən Rayon Məhkəməsinin məsləhətçi (məhkəmə iclasının katibi) Ələsgərli Ramil Tehran oğlu, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs anası X4 tərəfindən 29 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs anası Ələmzər Quliyeva dəymiş 2800 manat ziyandan 800 manat məbləğini Zərərçəkmiş şəxs ödəyir, habelə sonuncu bu məbləğdə pulu təhvil alır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 29 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs anası oğlunun ona vurduğu 2800 manat zərərdən 800 manatını ödəsə də, qalıq 2000 manat məbləği ödəməmişdir. Bu səbəbdən də, o, Təqsirləndirilən şəxs şikayətçidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün, eləcə də zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızı Şahid Siyəzən şəhəri 2 nömrəli tam orta məktəbdə laborant vəzifəsinə işə düzəldəcəyi vədini verib, ona məxsus pul vəsaitini ələ keçirmək niyyəti ilə sonuncuya biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə, habelə aralarında yaranmış etibarlı münasibətlərdən istifadə edib, zərərçəkmiş şəxsə aid pul vəsaitini sahibliyinə keçirmiş, bununla da, o, həmin pul vəsaitindən istədiyi kimi istifadə etmək imkanı əldə etməklə, dələduzluq əməlini başa çatdırmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını və vurduğu zərərdən qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını (pul vəsaitini) ələ keçirmə cinayət əməlini törətməsini, zərərin az bir hissəsini qaytarsa da, tam şəkildə ödəməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini (tərəfindən yenidən qəsdən bu dəfə eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, barəsində ibtidai araşdırma getdiyini bilə-bilə ibtidai istintaq orqanından qaçıb gizlənməsini və barəsində məcburi gətirmə tətbiq olunmasını, eyni zamanda barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən qaçıb gizlənməsini və barəsində məcburi gətirmə, axtarış tətbiq olunmasını), beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/4 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablanmalı və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də məhkəmə məsrəfi yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-38/2024
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-38/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver