Məhkəmə qərarları › İş №1(059)-38/2025

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-38/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-38/2025 25.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 25 noyabr 2025-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1974-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şabran Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 1(031)-65/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, sözügedən Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 7(007)- 888/2024 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 3 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti 20 dekabr 2024-cü il tarixdə başa çatmış, üzərində məhkumluğu olan, Siyəzən şəhəri, X14 küçəsi, ev 70 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 aprel 2025ci il tarixdə axşam saatlarında istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin X14 küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinin hasarından tullanma yolu ilə qanunsuz olaraq ora daxil olub evin birinci mərtəbəsində yerləşən mətbəx kimi istifadə edilən yerdən sonuncuya məxsus 01 (bir) ədəd, 0,5 litr tutarı olan 236 manat dəyərində samovarı talamaqla özgə əmlakını ələ keçirməklə oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan, xeyli miqdarda, yəni təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan 02 (iki) ədəd üzərində "F/M40" yazısı həkk olunmuş bozumtul qəhvəyi rəngli narkotik vasitə metadon həblərini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 14 aprel 2025-ci il tarixdə, saat 14:12-də Siyəzən şəhərinin X14 küçəsində fərdi yaşayış evlərinin yanında olan zaman Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən həmin həblər 01 ədəd ağ rəngli kağıza bükülmüş formada aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Belə ki, 13 aprel 2025-ci il tarixdə, təxminən saat 18:00 radələrində Siyəzən şəhərinin Sabir küçəsi ilə hərəkətdə olarkən orada yerləşən darvaza qapısı açıq olan evlərdən birinin, həyətində samovar olduğunu görüb, həmin samovarı satmaq üçün oğurlamış, habelə yaşadığı evin həyətyanı sahəsində yerləşən saxlanc yerinə qoymuşdur. Bundan sonra, 14 aprel 2025-ci il tarixdə, saat 10:00 radələrində yaşadığı Siyəzən şəhəri, X14 küçəsi, ev 70 ünvanında olarkən həyətdən səslər gəldiyini eşidib, çölə çıxmış, həmçinin orada Siyəzən RPŞ-nin əməkdaşları X3, Şahid4 və tanımadığı digər polis əməkdaşının olduğunu görmüş, habelə sonuncular onu “Chevrolet Niva” markalı avtomobil ilə RPŞ-yə aparmışlar. Belə ki, yolda olarkən, Vasif Səfərov ona kiminsə telefonunu əlindən alıb, qaytarmamasını bildirmiş, lakin, RPŞ-də olarkən həmin şəxsin o olmaması müəyyən edilmişdir. Bundan sonra, RPŞ-nin əməkdaşları X6, Şahid4 və tanımadığı digər polis əməkdaşları onu orada döymüş, nəticədə müxtəlif xəsarətlər almışdır. Daha sonra o, Siyəzən RPŞ-nin ƏİÜ rəisi müavini X4 xidməti otağına aparılmış, habelə orada sonuncu ona içərisində hansı narkotik vasitə olmasını bilmədiyi 4 ədəd büküm vermiş, lakin, buna etiraz edərək, bükümün sayının çox olduğunu, bir ədədi ilə razılaşa biləcəyini qeyd etmişdir. Bundan sonra, razılıq ərizəsi əsasında yaşadığı evə baxış keçirilmiş, habelə oradan qanunsuz əşya və predmet aşkar olunmasa da, saxlanc yerindən samovar götürülmüşdür. Beləliklə, həmin vaxt Şahid4 samovarı haradan əldə etdiyini soruşmuş, o da, özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra, RPŞ-nin ƏİÜ rəisi müavini Rövşən Cəlilov ona “samovarı haradan oğurlamısansa yerini de aparaq qaytaraq” deyə qeyd etmişdir. Daha sonra o, Rövşən Cəlilovun bu fikri ilə razılaşmış, habelə polis əməkdaşları ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı, yəni, samovarı oğurladığı evə getmiş, həmin vaxt evdə sonuncunun bacısı olmuş, habelə ona evdən samovar oğurlandığını bildirmişlər. Bundan sonra o, “Fiat Doblo” markalı xidməti avtomobilə getmiş, həmçinin bu zaman Şahid4 və Vasif Səfərov ona yaxınlaşaraq, samovarı sahibinə qaytardıqlarını, 2 ədəd metadon həbini götürməsini, videoçəkiliş aparılmasını qeyd etmiş, habelə Vasif tərəfindən həmin həblər bükülərək onun əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoyulmuşdur. Daha sonra, videoçəkiliş başlanılmış, RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ona yaxınlaşmış, özünü təqdim etmiş, üzərində qanunsuz əşya və predmet olub-olmamasını soruşmuş, o da, Vasif Səfərov tərəfindən əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoyulmuş içərisində iki ədəd metadon həbləri olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Belə ki, əvvəlcədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona ittiham elan olunmasına razılaşdığından, məcbur olub həmin həblərin ona aid olduğunu bildirmişdir. Bundan sonra, RPŞ-yə gətirilmiş, 2 gün saxlandıqdan sonra, barəsində həbs qətimkan tədbirinin seçilməsindən ötrü rayon prokurorluğuna və məhkəməsinə gətirilmiş, habelə polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə orada məlumat vermişdir. Daha sonra, Siyəzən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş, həmçinin yenidən RPŞ-yə aparılmışdır. Belə ki, RPŞ-yə daxil olarkən Şahid4 ona hansı səbəbdən “işverənlik” etmisən deyə qeyd edib, təpik zərbəsi vurmuşdur. Bundan sonra, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna və məhkəməsinə məlumat verdiyi üçün, RPŞ-də onun barəsində 2 aydan sonra, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Beləliklə o, Siyəzən RPŞ-də olarkən X6 və Şahid4 tərəfindən təxminən 15 dəqiqə döyülmüş, habelə aldığı xəsarətlər ilə bağlı xəstəxanaya aparılaraq müayinə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü elan olunmuş ittihamlarla qismən təqsirli bilməsinə dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərinə, o cümlədən onların hədə-qorxusuna məruz qalması, həmçinin üzərindən aşkar olunan ittihamın əsasını təşkil edən narkotik vasitənin ona aid olmadığını bildirməsi, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır, habelə gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə həmin ittihamları qəbul etməsi ilə yanaşı, məhkəməyədək istintaq dövründə verdiyi izahatları və ifadələri, zərərçəkmiş şəxsin məhkəməyədək və məhkəmə istintaqında verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Çünki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə elan olunmuş ittihamlarda təqsirli bilərək eyni məzmunlu izahat və ifadələr vermiş, habelə hər hansı bir təsir və təzyiq altında olmadan sonuncu, yəni, 20 iyun 2025-ci il tarixdə vermiş olduğu və məhkəmə istintaqında elan edilmiş ifadəsində göstərmişdir ki, o, subay olmaqla, Siyəzən şəhəri, X14 küçəsi, ev 70 ünvanında bacısı Şahid2 ilə birlikdə yaşayır. Həmçinin, əvvəllər 5 dəfə məhkum olunmuş və sonuncu dəfə Şabran Rayon Məhkəməsinin 11 noyabr 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1,177.2.2,177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 3 ay 16 günündən vaxtından əvvəl şərti azad olunmuş, 20 dekabr 2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Bundan başqa o, 5-6 aydır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, həmçinin bəzən narkotik vasitələri almaq üçün maddi sıxıntılar çəkdiyi üçün əvvəllərdə oğurluq cinayəti törətdiyindən, yenidən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 05 aprel 2025-ci il tarixdə hava qaralan zaman yaşadığı Siyəzən şəhərinin Sabir küçəsində gəzərkən əvvəllər tanımadığı, sonradan ad və soyadının Zərərçəkmiş şəxs olduğunu bildiyi sonuncunun yaşadığı evin qarşısından keçən zaman həmin ev diqqətini çəkmişdir. Bundan sonra o, oğurluq etmək niyyəti ilə evə baxmış ətrafda onu heç kimin görmədiyinə əmin olduqdan sonra qapısı açıq olan evin qarşısında olan 1 ədəd samovar diqqətini çəkdiyi üçün götürmüş və həmin samovarı metal qəbul müəssisəsinə sataraq pul əldə etmək məqsədilə yaşadığı evə gətirib saxlanc yerində saxlamışdır. 17 aprel 2025-ci il tarixdə polis əməkdaşları ondan oğurluq etməsi barədə soruşmuş, o da, oğurladığı samovarı saxladığı evindən polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, 14 mart 2025-ci il tarixdə, saat 09 radələrində yaşadığı Siyəzən şəhərinin X14 küçəsində gəzərkən yol kənarında bir ədəd kağız bükülü diqqətini cəlb etdiyindən, həmin bükülünü görüb götürmüş, habelə açıb içərisinə baxdığında orada 2 ədəd “M40” həbi kimi tanıdığı psixotrop maddə olduğunu müşahidə etmişdir. Belə ki, əvvəllər həmin həbdən istifadə etdiyi üçün onu tanımış və istifadə etmək üçün əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra, 14 aprel 2025-ci il tarixdə, saat 14:12 radələrində yaşadığı Siyəzən şəhərinin X14 küçəsində yerləşən fərdi yaşayış evlərinin yanı ilə hərəkət edərkən 3 nəfər mülki geyimli polis əməkdaşları, video çəkiliş ilə ona yaxınlaşaraq özlərini təqdim edib, psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirərək, ondan üzərində qanunsuz hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Daha sonra o, təklif əsasında əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd kağız bükümü təqdim etmişdir. Qeyd olunan bükümə baxış keçirilmiş, içərisindən 2 ədəd dərman həbi aşkar olunmuş, o da, öz növbəsində həmin həblərin “Methadone 40” olduğunu bildirmişdir. Beləliklə, həmin həblər əvvəlki vəziyyətinə qaytarılmış və 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri o və polis əməkdaşları tərəfindən imzalanaraq, götürülmüşdür. Bundan sonra, onun üzəri yoxlanılmış, lakin, qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonda, Siyəzən RPŞ-nin istintaq bölməsində üzərindən aşkar olunan qanunsuz əşya və predmetlərə baxış keçirilmiş, ona vəkillərin siyahısı təqdim olunmuş, hüquq və vəzifələrini müdafiə etməsi üçün Müdafiəçi1 seçmişdir. Həmçinin, polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və psixi təzyiqə məruz qalmamış, izahatını özü sərbəst formada vermişdir. Bundan başqa o, sözügedən həbləri yaşadığı küçədən tapmış, habelə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bundan əlavə, əlində və ayağında xırda sıyrıqlar olsa da, onları həyətdə işləyən zaman almışdır. Beləliklə, mobil telefon işlətməməklə yanaşı, samovarı oğurlayan zaman ətrafda kimsə olmamış, onu görməmiş, oğurluq etməkdə kömək etməmiş, özü tək törətmişdir. Həmçinin, ilkin araşdırma zamanı samovara görə cinayət məsuliyyətinə cəlb edilməyəcəyini düşünmüş, ona görə də, evin həyətinə daxil olaraq orada samovar gördüyünü bildirmişdir. Ancaq əslində o, samovarı küçədə görən zaman sahibsiz olduğunu düşünüb götürmüşdür. Bundan başqa, əvvəllər məhkum olunduğu üçün Siyəzən RPŞ-nin əməkdaşları Qorxmaz və Vasif adlı şəxsləri tanımış, bu səbəbdən də, barəsində həbs qətimkan tədbiri seçilərkən rayon məhkəməsində sonuncuların adlarını qeyd edərək, Qorxmaz və Vasifin onu yerə yıxaraq, yüngül xəsarətlər yetdiklərini, üzərindən aşkar edilmiş metadon həblərinin ona aid olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Əslində, həmin həblər ona məxsus olmuş, özü istifadə etmiş, əvvəllərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edildiyi üçün məsuliyyətdən yayınmaq məqsədilə məhkəmə iclasında bu cür ifadə vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək ibtidai araşdırma zamanı vermiş olduğu izahatında (cinayət işinin İ cild 16-cı səhifəsində olan) göstərmişdir ki, 05 aprel 2025-ci il tarixdə yaşadığı Siyəzən şəhərinin Sabir küçəsində gəzərkən əvvəllər tanımadığı, sonradan adının Qızxanım olduğunu bildiyi sonuncunun həmin küçədə yerləşən evinin qarşısından keçərkən, sözügedən 2 mərtəbəli ev diqqətini cəlb etdiyindən, oradan oğurluq etmək qərarına gəlmiş, habelə ətrafda onu kiminsə görmədiyinə əmin olduqdan sonra hasardan tullanaraq həyətə daxil olmuşdur. Belə ki, həmin vaxt evin birinci mərtəbəsinin qapısı açıq olduğundan, oradan mətbəxə keçmiş, habelə bir ədəd samovarı satıb pul əldə etmək məqsədilə götürərək yaşadığı evə aparmışdır. Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 2 mərtəbədən ibarət, 1 sot torpaq sahəsinin içərisində Siyəzən şəhərinin Sabir küçəsində yerləşən 16 saylı evdə qeydiyyatda olmaqla, daimi olaraq orada bacısı və sonuncunun əri ilə birlikdə yaşayır. 15 aprel 2025-ci il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları yaşadığı sözügedən evə gələrək, Təqsirləndirilən şəxs ona məxsus həmin evin 1-ci mərtəbəsində yerləşən mətbəxindən 0,5 litr tutarı olan 236 manat dəyərində samovarı oğurladığını bildirmişlər. Belə ki, həmin samovarı sonuncu dəfə 10 mart 2025-ci il tarixdə bacısı gil istifadə etməklə, sonra mətbəxə qoymuşlar. Beləliklə, samovar ona geri qaytarıldığından təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər Siyəzən rayon sakini kimi tanısa da, ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 14 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Bundan sonra, tərəfindən müvafiq sənədləşmə işləri aparılmış, habelə həmin tarixdə, saat 14:12 radələrində o, RPŞ-nin KTQ-nin baş inspektoru kriminalisti Cavidan Dadaşov və təminat hissəsinin sürücüsü Vasif Səfərov ilə birlikdə Siyəzən şəhərinin Sabir küçəsində olarkən Təqsirləndirilən şəxs həmin küçədə olduğunu görüb video çəkiliş vasitəsilə ona yaxınlaşmış, habelə sonuncuya özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamasına dair əsaslı şübhələr olduğunu bildirməklə, üzərində şəxsi axtarış keçirməli olduqlarını qeyd etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş, habelə təklif əsasında əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxladığı içərisində 2 ədəd metadon həbi olan 1 ədəd kağız bükülünü çıxarıb təqdim etmişdir. Beləliklə, təqdim edilmiş qeyd olunan həblər boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və RPŞ-nin İB-nə təhvil verilməsi üçün götürülmüşdür. Bundan sonra, video çəkiliş yekunlaşmış, habelə Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə gətirilməklə, orada İB-nin sabiq baş müstəntiqi Murad Məmmədli tərəfindən video çəkilişlə təqdim olunmuş zərfə və diskə baxış keçirilmiş, sonradan həmin predmet yenidən müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid Siyəzən RPŞ-nin PPXB-nün polis nəfərisürücüsü X6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər Siyəzən rayon sakini kimi tanısa da, ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 14 aprel 2025-ci il tarixdə, saat 14:12 radələrində Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında o, RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 və KTQ-nin baş inspektoru kriminalisti Cavidan Dadaşov ilə birlikdə Siyəzən şəhərinin Sabir küçəsində olarkən Təqsirləndirilən şəxs həmin küçədə olduğunu görüb video çəkiliş vasitəsilə ona yaxınlaşmışlar, habelə sonuncuya özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamasına dair əsaslı şübhələr olduğunu bildirməklə, üzərində şəxsi axtarış keçirməli olduqlarını qeyd etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş, habelə təklif əsasında əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxladığı içərisində 2 ədəd metadon həbi olan 1 ədəd kağız bükülünü çıxarıb təqdim etmişdir. Beləliklə, təqdim edilmiş qeyd olunan həblər boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və RPŞ-nin İB-nə təhvil verilməsi üçün götürülmüşdür. Bundan sonra, video çəkiliş yekunlaşmış, habelə Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə gətirilməklə, orada İB-nin sabiq baş müstəntiqi Murad Məmmədli tərəfindən video çəkilişlə təqdim olunmuş zərfə və diskə baxış keçirilmiş, sonradan həmin predmet yenidən müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs o və digər polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı evdə deyil, qeyd edilən küçədə saxlanılmaqla, sonuncunun üzərinə tərəfindən metadon həblərinin yerləşdirilməsi məzmunda verdiyi ifadə həqiqəti əks etdirmir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin məlumat axtarış portalının operatoru Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunduğu üçün tanısa da, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa o, 14 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilmiş əməliyyat tədbirlərində iştirak etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs o və digər polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Həmçinin, əvvəllər dəfələrlə məhkum olunmuş şəxsin polis əməkdaşlarına qarşı şər və böhtan xarakterli fikirlər səsləndirməsi anlaşılandır. Bundan əlavə, Təqsirləndirilən şəxs saxlanılarkən o, Siyəzən RPŞ-də xidməti iş otağında olmuş, habelə sonuncunu müvəqqəti saxlama yerinə aparılarkən həmin otağın qarşısından keçdikdə görmüşdür. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin MSY-nin konvoyu Şahid5 məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlara qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 14 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilmiş əməliyyat tədbirlərində iştirak etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs o və digər polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı olmaqla, ona qarşı düşmənçilik və ədavəti olmamış, habelə sonuncu həbs olunanadək onunla birlikdə ünvan 2 ünvanında yaşamışdır. Belə ki, 14 aprel 2025-ci il tarixdə, təxminən saat 10:00 radələrində sözügedən evin mətbəxində iş görərkən, həyətin giriş qapısının açıldığını, mülki geyimli polis əməkdaşlarının həyətə daxil olduğunu görmüşdür. Bundan sonra, həmin polis əməkdaşları Təqsirləndirilən şəxs harada olduğunu soruşmuş, o da, öz növbəsində sonuncunun yerini bilmədiyini qeyd etmişdir. Daha sonra, polis əməkdaşları Sərvərin ayaqqabılarının evin girişində olduğunu görüb, onun evdə olmasını bildirmişlər. Beləliklə, söhbət əsnasında Sərvər evdən çölə çıxmış, habelə polis əməkdaşları onu yarı çılpaq vəziyyətdə tutub sürüyərək aparmışlar. Həmin vaxt səs-küyə onunla qonşuluqda yaşayan Şahid3 çıxaraq, nə baş verdiyini soruşmuş, o da, polis əməkdaşlarının Sərvəri saxlamaları barədə məlumat vermişdir. Beləliklə, təxminən 2-3 saat sonra, yəni, həmin tarixdə, saat təxminən 14:00 radələrində polis əməkdaşları Sərvər ilə birlikdə yenidən yaşadıqları evə gəlmiş, habelə sonuncunun otağına baxış keçirmişlər. Həmçinin, həmin vaxt Sərvərin axsadığını görmüş, sonradan isə onun dəfələrlə vəziyyətinin pisləşdiyini eşitmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qonşusu olmaqla, ona qarşı düşmənçilik və ədavəti olmamışdır. Belə ki, 14 aprel 2025-ci il tarixdə, təxminən saat 10-11:00 radələrində yaşadığı Siyəzən şəhəri, X14 küçəsi, ev 69 ünvanında evdə olarkən səs küy gəldiyini eşidib, çölə çıxmış, habelə Təqsirləndirilən şəxs digər şəxslər ilə çəkişdiyini, habelə sonuncunun bacısı Şahid2 icazə verin paltarını geyinsin dediyini müşahidə etmişdir. Bundan sonra, Şahid2 yanına getmiş, habelə sonuncudan nə baş verməsini soruşduğunda o, Sərvərin polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Lakin o, həmin vaxt orada hansı polis əməkdaşlarının və yaxud xidməti avtomobilin olmasını görməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 28-31-ci vərəqlərində olan İnvest- EM MMC qiymətləndirmə şirkətinin 20 may 2025-ci il tarixli, ER-185-01 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus, xarici görünüşü qüsursuz olmaqla, istifadəyə yararlı bir ədəd beş litrlik latun samovarın orta bazar dəyəri 236 manatdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2025-ci il tarixli, 6/1371 saylı ekspert rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün №131” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd kağız bükümdə üzərində “F/M40” yazısı həkk olunmuş 02 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan narkotik vasitə metadon müəyyən edilmişdir. Tədqiqata 1 ədəd metadon həbi istifadə olunduqdan sonra 1 həb qalıq qalmışdır. Cinayət işinin İ cild 117-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 137-138-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 məhkəmə-tibb ekspertizasının 15 aprel 2025-ci il tarixli, 64 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər iki əlin 1-ci barmağının, sağ ayağın 5-ci barmağının və sağ baldırın sıyrılmış yaraları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 2-3 günə qədər olub 13 aprel 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Müayinə olunanın deməsinə görə 14 aprel 2025-ci il tarixdə Siyəzən RPŞ-nə gətirilmiş, bir gün əvvəl həyətdə iş görərkən xəsarətlər almış, tibbi yardıma müraciət etməmiş, hazırda şikayətləri olmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 182-183-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 16 may 2025-ci il tarixdə verilmiş 2878 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdən Siyəzən MX-da (F19X2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 84-85-ci vərəqələrində olan 14 aprel 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan, eləcə də işin 91-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Compakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün saat 14:12-dən saat 14:18-dək olan müddət ərzində Siyəzən şəhərinin X14 küçəsində Təqsirləndirilən şəxs üstündə yoxlama aparılan zaman sonuncu ittihamın əsasını təşkil edən, əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd kağız bükümdə 02 ədəd narkotik vasitə metadona bənzər həbləri təqdim etmişdir. Eyni zamanda, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş predmeti sərbəst şəkildə, kənar təsir olmadan təqdim etməsi və bu zaman ona qarşı hər hansı bir qeyri-qanuni hərəkətlərin edilməsi vizual müşahidə edilməmişdir. Yoxlama zamanı “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 89-90-cı vərəqələrində olan 14 aprel 2025-ci il tarixli əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan, eləcə də işin 92-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Compakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün saat 15:26-dan saat 15:33-dək olan müddət ərzində Siyəzən RPŞ-nin İB-nin sabiq baş müstəntiqi Murad Məmmədli tərəfindən, içərisində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, üstü yoxlanılan zaman təqdim etdiyi 02 ədəd narkotik vasitə metadona bənzər həblər olan 01 ədəd zərfə və təqsirləndirilən şəxsin üstünün yoxlanılmasının videogörüntüləri əks edilmiş 01 ədəd Compakt diskə baxış keçirilmiş, habelə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalıb-qalmaması soruşulmuş, nəticədə təqsirləndirilən şəxs bu halın baş verməməsini, sözügedən həblərin ona məxsus olmasını qeyd etmişdir. Baxış və götürmə zamanı “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 229-237-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 11 avqust 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq 1 ədəd narkotik vasitə metadon həbi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, həmçinin 14 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin video çəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Compakt disk də, maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Həmçinin, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs yaşadığı evdən oğurlanmış 1 ədəd 5 litrlik samovarın sonuncuya təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 246-cı vərəqəsində olan 25 avqust 2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evdən oğurlanmış 1 ədəd 5 litrlik samovarı həmin tarixdə qəbul etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 8-11-ci, 19-21 və 22-25-ci vərəqələrində olan 17 aprel 2025-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokollardan, eləcə də fotoşəkillərdən görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin X14 küçəsində yerləşən 16 saylı evinin mətbəxindən oğurlanmış 1 ədəd 5 litrlik samovarı saxladığı yeri göstərmiş, həmçinin Təqsirləndirilən şəxs sözügedən samovarı yaşadığı Siyəzən şəhərinin X14 küçəsində yerləşən 70 saylı evin saxlanc yerindən polis əməkdaşlarına təqdim etmiş, habelə bu samovarı 05 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs qeyd olunan fərdi yaşayış evinin mətbəxindən oğurlamasını bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 156-157-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 aprel 2025-ci il tarixli tələbnaməsindən, işin 160-166-cı vərəqələrində olan Şabran Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 1(031)-65/2021 saylı hökmündən, işin 176-177-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 7(007)-888/2024 saylı qərarından, həmçinin işin 175-ci vərəqəsində olan Siyəzən rayon icra və probasiya şöbəsinin 19 may 2025-ci il tarixli, 304 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şabran Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, sözügedən Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 3 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti 20 dekabr 2024-cü il tarixdə başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 152-154-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 4(059)-14/2025 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 aprel 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 20 iyun 2025-ci il tarixli cinayət işinin birləşdirilməsi və əməlin tövsif edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi sonuncunun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilərək, əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş, habelə istintaq ********* nömrə ilə davam etdirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru X2 29 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluqlara yol verilmədiyi müəyyən olunduğu üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən 16 sentyabr 2025ci il tarixdə tərtib olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış samovar ona qaytarıldığından, Təqsirləndirilən şəxs ilə barışmış, habelə sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə metadon həblərini xeyli miqdarda əldə edib saxlamaqla, daşıma, eləcə də yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi izahat və ifadələr, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs Siyəzən rayon Polis Şöbəsində oranın əməkdaşları tərəfindən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması ilə əlaqədar olaraq müvafiq araşdırma aparılması üçün Siyəzən rayon prokurorluğuna məlumat verilsə də, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru X2 29 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə onun polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluqlara məruz qalması faktı təsdiq olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməməklə bağlı qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmadı, habelə onun bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmadı. Başqa sözlə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Siyəzən RPŞ-də oranın əməkdaşları tərəfindən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar toplanmış materiallarla, o cümlədən müvafiq ifadələrlə, izahatlarla sübuta yetmədi. Belə olan halda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin onun öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Bundan başqa, məhkəmə şahidlər Təqsirləndirilən şəxs bacısı Şahid2 və qonşusu Şahid3 ifadələrinə münasibətdə belə hesab edir ki, şahidlərdən Hicranə təqsirləndirilən şəxsin yaxın qohumu, Turac isə qonşusu olmaqla, onun tərəfdən ifadə vermələri və şahid dəvət edildikləri tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduqlarından, eyni zamanda vermiş olduqları ifadələr təqsirləndirilən şəxsin əməlinə, o cümlədən ittihamın müqəddaratına aydınlıq gətirmədiyindən, habelə ittihamın əsaslılığına şübhə yaradacaq, cinayət işi üzrə toplanmış sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcək ziddiyyətli məqamlar ortaya çıxarmadığından əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin, bu şahidlərin polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı hadisələrin birbaşa iştirakçısı olmamaları da onların ifadələrinin əsaslı və mötəbər olmamasına dəlalət edir. Eyni zamanda, qeyd edilən şahidlərin bu cür ifadə vermələri Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə olan təqdirdə isə müdafiə tərəfindən verilən şahid ifadələrinin əsaslı və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Çünki, məhkəmə iclasında tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına, eləcə də əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsinə və onların götürülməsinə dair 2 ədəd Compakt diskin yaddaşına köçürülmüş videogörüntülərdə də, Təqsirləndirilən şəxs ittihamın əsasını təşkil edən narkotik vasitə metadon həbini özü çıxarıb, könüllü olaraq təqdim etdiyi, həmin vaxt polis əməkdaşları tərəfindən onun konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum edilməsi və ya onların məhdudlaşdırılması, eləcə də onun üzərində zorakılıq, hədə-qorxu, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarının olmadığı müşahidə edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs elan edilmiş digər, yəni, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətinə münasibətdə məhkəmə qeyd edir ki, cinayət işinin İ cild 22-25-ci vərəqələrində olan baxış keçirmə və götürmə haqqında protokoldan, eləcə də ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs özü, Zərərçəkmiş şəxs məxsus 1 ədəd 5 litrlik samovarı 05 aprel 2025-ci il tarixdə sonuncunun yaşadığı Siyəzən şəhərinin X14 küçəsində yerləşən 16 saylı evin mətbəxindən oğurladığını bildirmiş və bunu fotoşəkillərdə təfərrüatlı şəkildə göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Sözügedən Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterlərini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Sözügedən Qərarın İİ maddəsinin İV abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və sair) kimi hallara da diqqət yetirilməlidir. Göstərilən Plenum qərarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinə də nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun zərərçəkmiş şəxslə barışmasını, sonuncunun şikayət və tələbinin olmamasını, eləcə də cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətləri etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin 1-ci hissəsinin 14cü bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Sözügedən Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza qeyd edilən Məcəllənin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməllərdə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə, eləcə də mülkiyyətə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, onun törətdiyi əməllərə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, zərərin onun iradəsindən kənar qaytarılmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə metadon həblərini əldə edib saxlamasını, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni, kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, bu vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər eyni kateqoriyalardan olan törətdiyi cinayət əməllərinə görə çəkdiyi cəzalardan nəticə çıxarmamasını, habelə cəza müddətinin başa çatmasından 4 ay keçməmiş ard-arda 2 cinayət əməlini törətməsini, islah yoluna qədəm qoymayıb, narkotik aludəçisi olaraq eyni hərəkətlərini həbs olunanadək davam etdirməsini, yeni cinayət törətməyə və hüquq pozuntusuna meylliyini, islah, o cümlədən tərbiyə olunmamasını, onun tərəfindən əvvəldə olduğu kimi mülkiyyət əleyhinə, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayət əməllərinin yenidən törədilməsi ilə onun hazırda törətdiyi əməllərin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, cinayət əməllərindən əl çəkməməsini, eyni zamanda bir növ özünə peşə kimi seçdiyi hüquqazidd əməllərini (oğurluq və narkotik) davam etdirəcəyinə kifayət qədər əsaslar olmasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 14 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdən Siyəzən MX-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq 1 ədəd narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 5 litrlik samovar Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 110 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 14 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdən Siyəzən MX-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq 1 ədəd narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Compakt Disk cinayət işində saxlanılsın. . İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd 5 litrlik samovar Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar